Məhkəmə qərarları › İş №2-3(103)-22/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(103)-22/2025

20.02.2025 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-22/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X8 Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “12 avqust 2024-cü il tarixli, **********397 nömrəli qərarın ləğv edilərək müvafiq kompensasiya məbləğinin qaytarılması” tələbinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondunun 12 avqust 2024-cü il tarixli, **********397 nömrəli qərarının ləğv edilməsini və müvafiq kompensasiya məbləğinin ona birinci növbədə (qorunan əmanət kimi) qaytarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yoldaşı, X7 tərəfindən "xxxx" ASC-yə 05 iyun 2015-ci il tarixli, 261FM**********1 nömrəli “Standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)” Müqaviləyə əsasən 12 ay müddətinə, illik 10% (on faiz) olmaqla, 28 500 (iyirmi səkkiz min beş yüz) ABŞ dolları məbləğində əmanət yerləşdirilmişdir. Sonradan, yoldaşı, X3 rəhmətə getməsi ilə əlaqədar (qeydiyyat şöbəsinin xx.xx.2017-ci tarixli, №75 qeyd ilə ölüm faktı təsdiq edilmişdir) Mingəçevir şəhəri, 2 saylı notariat kontorunda açılmış xx.xx.2017-ci il tarixli, V-44/2017 nömrəli vərəsəlik işinin yekunlarına və övladları ilə arasında tərtib edilmiş müvafiq müqaviləyə əsasən, X3 əmlakına vərəsə kimi o, İddiaçı (AZE 1********) çıxış etmişdir. Sözügedən ölüm halına dair yazmağının səbəbi isə, vərəsə kimi tanındıqdan sonra qorunan əmanəti almağı üçün sərf etdiyi əməkdir. Belə ki, yoldaşı tərəfindən yerləşdirilmiş vəsaitin bir hissəsini - 10 044. 55 ABŞ dolları məbləğini bu günədək ala bilməmişdir. Bu məsələ ilə əlaqədar, Azərbaycan Respublikasının müvafiq qurumlarına müraciət etməsinə baxmayaraq, hər dəfə müraciəti araşdırılması üçün Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fonduna yönəldilir. Fond isə hər dəfəsində bu məsələyə dair heç bir əsas olmadan mənfi rəy verərək, qanuni vəsaitini ona birinci növbədə, qorunan əmanət kimi qaytarılmasında maneçilik törədir. Qeyd olunan qərarlardan sonuncu isə, 12 avqust 2024-cü il tarixli, **********397 nömrəli sənədlə (qoşmaya əlavə olunur) Fond tərəfindən ona təqdim edilmişdir. Bu ərizəni isə, sırf o qərarın mübahisələndirilməsi ilə əlaqədar baxılması üçün məhkəməyə təqdim edir. Belə ki, Fonda təqdim edilən müvafiq hesabdan çıxarışdan məlum olur ki (qoşmaya əlavə olunur), əmanət müqaviləsinə uyğun olaraq xx.xx.2015-ci il tarixində ödənilmiş 749,25 AZN məbləğində faiz gəlirinə xx.xx.2015-ci il tarixində ödəmə mənbəyində 10 % həcmində (74,93 manat) vergi tutulmuşdur. Həmin tarixə qüvvədə olan qanunvericiliyə uyğun olaraq faiz gəliri ödəmə mənbəyində vergiyə cəlb olunmalı idi. Lakin eyni əmanət müqaviləsi üzrə hesaba müvafiq olaraq xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərində köçürülmüş 749,25 manat məbləğində faiz gəliri üzrə 148,86 manat həcmində vergi borcu hesabdan silinməmişdir. Müvafiq əmanət hesabından xx.xx.2015-ci il tarixində 101854,98 manat vəsait məxaric edilmişdir. Büdcəyə ödənilməli olan 149,86 manat məbləğində vergi borcu hesabdan silinmədiyi üçün məxaric əməliyyatından sonra hesab üzrə qalıq məbləği 149,86 manat artıq vəsaitlə 217,84 manat təşkil etmişdir. Bununla da 149,86 manat əlavə vəsaitə görə 17 000 manatadək məbləğdə əmanəti olan şəxslərin siyahısında onun adı əks olunmamışdır. Məlumat çün bildirir ki, yuxarıda qeyd olunan parametrlərə uyğun yerləşdirilmiş əmanət qeyd olunan ərəfədə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunun 26-cı maddəsinə əsasən, qorunan əmanət anlayışına, yəni ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanət anlayışını ehtiva edir. Belə ki, sözügedən normativ hüquqi aktın həmin dövr üçün aktual olan 26-cı maddəsinə əsasən, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir. Sadalanan hallardan göründüyü kimi, rəhmətlik yoldaşı tərəfindən yerləşdirilmiş əmanət öz parametrlərinə görə tam olaraq qorunan əmanət anlayışına uyğun gəlir və onun qanuni varisi kimi mənə ödəniləsi olan kompensasiya məbləği sığorta hadisəsi baş verdiyi andan, yəni ki, 13 aprel 2016-cı il tarixindən alacağı təqdirdə, qeyd olunan məbləğ bu günədək ödənilməmişdir. Yuxarıda qeyd olunan cavab məktubunda isə ona, səbəbi izah olunmadan, bildirilmişdir ki, sözügedən əmanət növbəlik üzrə “reqres hüququ üzrə tələblər” sırasına daxil edilməmişdir və ona dair ödəniş gələcəkdə, ləğv olunan bankın müvafiq aktivlərinin qalması halında ona ödəniləcəkdir. Yoldaşı tərəfindən yerləşdirilmiş əmanət həmin ana qüvvədə olan müvafiq normalara uyğun olaraq qorunan əmanət anlayışına düşür və bu əmanətə dair ona müvafiq kompensasiya “reqres hüququ üzrə tələblər”, yəni ki ilk növbədə ödənilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia ərizəsini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan: - cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli, **********397 №-li məktubda qeyd edilmişdir ki, “X1 əmanəti ilə bağlı məlumatların təqdim edilməsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsindən daxil olmuş müraciətinizə aidiyyəti üzrə Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1541/2016 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli, 2-1 (81)-1541/2016 nömrəli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin olunmuşdur. Bankın maliyyə bazarlarına nəzarət orqanının verdiyi lisenziya əsasında fəaliyyət göstərdiyi dövrdəki hərəkətsizliyi ilə bağlı ləğvedici məsuliyyət daşımadığından kreditor tələbinin sonuncu tərəfindən icrası qeyri-mümkündür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 92-ci maddəsinin tələblərinə əsasən, Mərkəzi Bank, X11 Heyətinin üzvləri və digər vəzifəli şəxsləri, habelə bu Qanuna uyğun təyin edilmiş müvəqqəti inzibatçılar və ləğvedicilər bu Qanunla müəyyən edilmiş tənzimləmə, nəzarət və ləğvetmə funksiyalarını və vəzifələrini həyata keçirərkən hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmış zərər üçün məsuliyyət daşımır, bu şərtlə ki, həmin hərəkətin və ya hərəkətsizliyin qanunsuz əməllərin və ya vicdansız hərəkətlərin nəticəsi olduğu sübut edilməsin. Həmçinin əlavə edək ki, Qanunun 77.2-ci maddəsinə əsasən, Bank tərəfindən əks etdirilmiş məbləğdən az məbləğdə irəli sürülmüş tələblər istisna olmaqla, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş tələblər sənədlərdə əks olunmuş məbləğdə qəbul edilir. “Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun Bankda sığorta hadisəsi baş verdiyi dövrdə qüvvədə olan redaksiyasına müvafiq olaraq 29 fevral 2016-cı il tarixdə X5 30.000 (otuz min) manat, yəni 18.781 (on səkkiz min yeddi yüz səksən bir) ABŞ dolları məbləğində kompensasiya ödənişi Fond tərəfindən həyata keçirilmişdir. 10.044 (on min qırx dörd) ABŞ dolları məbləğində vəsait isə “Banklar haqqı Azərbaycan Respublikası Qanununun (Bundan sonra Qanun) 76.1-ci maddəsinə uyğun olaraq 07 mart 2016-cı il tarixdə 1-2633-16 nömrə ilə kreditor tələb kimi qeydə alınaraq kreditorların reyestrinə daxil edilmişdir. Qanunvericilikdə ləğv prosesində olan bankın ödəniş növbəliliyi üzrə icra ediləcək öhdəliklərinin müddəti müəyyənləşdirilməmişdir. Sözügedən tələb Qanunun 82.1.8-ci maddəsinə əsasən, təminatsız kreditor tələbi kimi qeydə alınmışdır. Eyni zamanda diqqətinizə çatdırırıq ki, hazırda ləğv prosesində olan "xxxx" ASC üzrə qanunvericiliyə müvafiq olaraq fiziki şəxslərin əmanətlərinin sığortalanması üzrə Fondun reqres hüquqlarından irəli gələn tələblərin icrası davam etməkdədir. Qanunun 87-ci maddəsinə əsasən, bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Nəzərə alınması xahiş olunur.” - AR Mərkəzi Bankı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1-31/2- 3119/202 məktubda qeyd edilmişdir ki, “Vətəndaş İddiaçı məktubu əsasında Azərbaycan Respublikasını . Birinci Vitse-Prezidentinin Katibliyindən vətəndaşın vəfat etmiş həyat yoldaşı X6 ləğv prosesində olan "xxxx" ASC-də (LPO Bank) olan əmanətini qaytarılması ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) mürack daxil olmuşdur. Məsələ ilə əlaqədar 15 aprel 2024-cü il tarixində Mərkəzi Bankda vətəndaşın və Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) nümayəndəsinin iştirakı ilə üçtərəfli görüş keçirilmişdir. Müraciətdə qeyd edilən məsələlər görüş zamanı vətəndaş tərəfindən bir daha səsləndirilmiş və eyni zamanda müvafiq sənədlər təqdim edilmişdir. Vətəndaş tərəfindən təqdim edilən hesabdan çıxarışdan belə məlum olur ki, əmanət müqaviləsinə uyğun olaraq xx.xx.2015-ci il tarixində vətəndaşa ödənilmiş 749,25 manat məbləğində faiz gəlirinə xx.xx.2015-ci il tarixində ödəmə mənbəyində 10% həcmində (74,9 manat) vergi tutulmuşdur. Həmin tarixə qüvvədə olan qanunvericiliyə əsasən vətəndaşın fai gəlirləri ödəmə mənbəyində vergiyə cəlb olunmalı idi. Lakin eyni əmanət müqaviləsi üzr vətəndaşın hesabına müvafiq olaraq xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərində köçürülmü 749,25 manat məbləğində faiz gəliri ödəmə mənbəyində vergiyə cəlb olunmamış və nəticəd vətəndaşın 1498.5 manat həcmində faiz gəliri üzrə 149.86 manat həcmində vergi borc hesabdan silinməmişdir. Vətəndaşın müvafiq əmanət hesabından xx.xx.2015-ci il tarixində 101854,98 manat vəsait məxaric edilmişdir. Büdcəyə ödənilməli olan 149.86 manat məbləğində vergi borcu vətəndaşın hesabından silinmədiyi üçün məxaric əməliyyatından sonra hesab üzr qalıq məbləğ 149.86 manat artıq vəsaitlə 217.84 manat təşkil etmişdir. Beləliklə, vətəndaş 149.86 manat əlavə vəsaitə görə 17.000 manatadək məbləğdə əmanət olan şəxslərin siyahısında əks olunmadığından, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu tarixli, 2-1(103)-2402/2019 saylı qərarı əsasında icra edilmiş ödənişlərdən yararlana bilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, vətəndaşın əmanəti qaytarılan zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq gəlir vergisinin tutulmamasının səbəblərinin araşdırılması müvafiq qanunazidd faktlar təsdiqini tapdığı təqdirdə qeyd edilən tənzimləmə çərçivəsində vergi məbləği istisna olmaqla vətəndaşa əmanətinin qaytarılmasının mümkünlüyünün araşdırılması nəticələrinə dair vətəndaşa və Mərkəzi Banka məlumat verilməsi xahiş olunur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3- cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. İddia tələbindən göründüyü kimi, İddiaçı cavabdehin 12 avqust 2024-cü il tarixli, **********397 nömrəli qərarının ləğv edilməsini və müvafiq kompensasiya məbləğinin ona birinci növbədə (qorunan əmanət kimi) qaytarılmasını xahiş etmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun: 76.1. Bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. 77.1. Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə almır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. 77.2. Bank tərəfindən əks etdirilmiş məbləğdən az məbləğdə irəli sürülmüş tələblər istisna olmaqla, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş tələblər sənədlərdə əks olunmuş məbləğdə qəbul edilir. Az məbləğdə irəli sürülmüş tələblər isə təqdim olunmuş miqdarda qəbul edilir. 77.5. Qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. 77.6. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. 77.7. Məhkəmə etiraz edilmiş tələblər siyahısını təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir. Tələblərinə etiraz edilmiş kreditorlar həmin dinləmələrdə ləğvediciyə və məhkəməyə öz tələblərini təsdiqləyən sübutlar təqdim edə bilərlər. Hər dinləmənin tarixi barəsində kreditorlara poçt bildirişi və ləğvedicinin mediada dərc etdirdiyi bildirişlə məlumat verilir. Eyni bir tələb barəsində dinləmələrin başlanılmasına dair heç bir kreditora bir dəfədən artıq bildiriş göndərilmir. Dinləmələr qurtardıqda məhkəmə etiraz edilmiş tələblərin təsdiq və ya rədd olunmasına dair qərar qəbul edir. Kreditor Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada xəbərdar edildiyi dinləməyə üzürlü səbəb olmadan gəlmədikdə, onun tələbləri rədd edilir. Tələbləri rədd edilmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. 77.8. Məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. 77.9. Ləğvedici məhkəmənin rədd etdiyi tələblərin hesabına heç bir ödənişi icra etmir. Tələbi məhkəmə tərəfindən rədd edilmiş kreditor məhkəmənin qərarından həmin qərara dair bildirişi aldığı gündən iki həftə ərzində şikayət verə bilər. Belə şikayətlərə ərizə məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Şikayətin verilməsi tələbin rədd edilməsi barədə məhkəmə qərarının qüvvəsini dayandırmır. Hazırkı işin hallarından görünür ki, iddiaçının mərhum əri X7 tərəfindən "xxxx" ASC-yə 05 iyun 2015-ci il tarixli müqaviləyə əsasən 28 500 (iyirmi səkkiz min beş yüz) ABŞ dolları məbləğində əmanət yerləşdirilmişdir. Daha sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1541/2016 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və həmin məhkəmənin xx.xx.2016-cı il tarixli, 2-1 (81)-1541/2016 nömrəli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin olunmuşdur. Bu zaman qoyulmuş əmanətin bir hissəsi - 30.000 (otuz min) manat, yəni 18.781 (on səkkiz min yeddi yüz səksən bir) ABŞ dolları məbləğində kompensasiya iddiaçının mərhum ərinə geri qaytarılsa da, 10.044 (on min qırx dörd) ABŞ dolları məbləğində vəsait isə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Bundan sonra Qanun) 76.1-ci maddəsinə uyğun olaraq 07 mart 2016-cı il tarixdə 1-2633-16 nömrə ilə kreditor tələb kimi qeydə alınaraq kreditorların reyestrinə daxil edilmişdir. Sonradan, 2017-ci il tarixdə X7 vəfat etmiş, iddiaçı mərhum ərinin vərəsəsi kimi tanınmışdır. İddiaçı hazırkı tələbi ilə ödənilməmiş kompensasiya məbləğinin ona birinci növbədə (qorunan əmanət kimi) qaytarılmasını xahiş edir. İlk növbədə qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən ilkin reyestr əsasında ləğv prosesində olan "xxxx" ASC-nin kreditorlarının qəbul və etiraz edilmiş tələblərinin siyahısı təsdiq edilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi İnzibati-iqtisadi kollegiyasının 2-1(103)- 2402/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ərizəsi təmin edilmiş və Ləğv prosesində olan "xxxx" ASC-nin 17.000 manatadək məbləğdə əmanəti olan 10.930 sayda fiziki şəxs üzrə ümumilikdə 9.248.000 manat kreditor tələbinin AR X4 tövsiyəsinə uyğun olaraq X2 xx.xx.2019-cu il tarixli 108 nömrəli protokoluna müvafiq olaraq “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1180 nömrəli Fərmanına əsasən Fonda ayrılmış vəsait hesabına Fond tərəfindən ödənilərək “Banklar haqqında” AR Qanununun 82-ci maddəsinin tələblərinə əsasən tələbin növbəlilik qaydasında ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ötürülməsinə icazə verilməsi qərara alınmışdır. Göründüyü kimi ləğvedici tərəfindən məhkəmə qərardadı əsasında Ləğv prosesində olan "xxxx" ASC-nin 17.000 manatadək məbləğdə əmanəti olan şəxslərə müvafiq kompensasiya ödənişləri həyata keçirilmiş, iddiaçının mərhum ərinə məxsus kompensasiya məbləği 17 000 (on yeddi min) manatdan artıq olduğuna görə kreditor tələbi kimi qeydə alınaraq kreditorların siyahısına daxil edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həm "xxxx" ASC-nin kreditorlarının qəbul və etiraz edilmiş tələblərinin ilkin reyestrinin tərtibi və məhkəmə tərəfindən təsdiqi zamanı, həm də Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadına əsasən kreditorların qəbul və etiraz edilmiş tələblərinin siyahısının təsdiqi zamanı iddiaçının mərhum əri X3, daha sonra isə onun vərəsəsi hazırkı İddiaçı iradə ifadəsi 10.044 (on min qırx dörd) ABŞ dolları ilə bağlı olmuş, məhkəmə aktları tərəflərindən mübahisələndirilməmiş, həmçinin kompensasiya məbləği ilə əlaqədar (düzgün hesablanmaması) məhkəməyə müraciət edilməmiş, yalnız 12 avqust 2024-cü il tarixdə iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Qeyd edilməlidir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı neqativ nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı ərizəyə baxmağa imkan verən mümkünlük şərtləri mövcud olmadığınından ərizə qeyri-mümkün sayılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondunun 12 avqust 2024-cü il tarixli, **********397 nömrəli qərarının ləğv edilməsi və müvafiq kompensasiya məbləğinin ona birinci növbədə (qorunan əmanət kimi) qaytarılması” tələbinə dair ərizəsi mümkün sayılmasın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar