Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-29/2024 13.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iş üzrə (Açar sözlər: “Prezidentliyə namizədliyinin qəbul edilməməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “Prezidentliyə namizədliyinin qəbul edilməsi” tələbinə dair inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: I. İşin halları
1. İddia ərizəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidenti seçkilərinə müstəqil namizəd kimi qatılmaq üçün zəruri olan sənədlərini toplayaraq, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət etmiş, lakin onun sənədləri sonuncu tərəfindən qəbul edilməmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı rəsmi qaydada cavabdehə ərizə ünvanlayaraq, namizədliyi üçün təqdim etdiyi müraciətin qəbul edilməsini və müraciətini ilkin müraciət etdiyi 22 dekabr tarixindən hesablanmağını, eləcə də imza toplamaq üçün itirdiyi günlərin sayının bərpa edilməsini xahiş etmişdir.
2. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ünvanladığı ərizənin, ona əlavə edilmiş bildirişin və öhdəlik ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir.
İİ. Tərəflərin əsaslandırması
1. İddiaçının əsaslandırması:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən pozulmuş hüquqlarınını bərpa edilərək Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq onun Prezident Seçkilərində namizədliyinin qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia əizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Konistitusiyasının 101-ci maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq, “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti Seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunması və Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müəyyən edilmiş qaydada keçirilməsini elan etmişdir. O da Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin qərarından sonra növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə müstəqil namizəd kimi qatılmaq üçün zəruri olan sənədləri toplayaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına rəsmi qaydada təqdim etmək istəmişdir. Bunun üçün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına sənədlərimlə birlikdə dəfələrlə (22,23,25, 26,27 və 31 dekabr tarixlərində) yaxınlaşmağına baxmayaraq, onun sənədlərini hələ də qəbul edən olmamışdır. Nəinki sənədləri, heç onu qəbul edən, dinləyən belə olmamışdır. Qeyd etdiyi tarixlərin hər birində saatlarla, bəzən səhərdən axşam saat 19:00-a qədər qapı ağzında gözləməsinə baxmayaraq onu kimsə qəbul etməmişdir. Qapıda dayanan mühafizəçilər hər dəfə ona iclas getdiyini, qəbulda başqa şəxslərin olduğunu bildirərək gözləmək lazım olduğunu nəzərinə çatdırmışlar. X2 daxili 111 nömrəsini yığsa da dəstəyi qaldırıb cavab verən olmamış, MSK- nın qaynar xətti ilə dəfələrlə əlaqə saxlayıb danışmışdır. Bildirilmişdir ki, müraciəti qeydə alınıb və onunla əlaqə saxlayacaqlar. Lakin bu günə kimi onunla əlaqə saxlayan olmamışdır. 26 dekabrda sənədləri skan edərək teleqramla, 4 yanvarda isə zəruri sənədləri ərizə ilə birgə X3 Seçki Komissiyasına göndərmişdir. Lakin bu günə qədər ona rəsmi cavab verilməmişdir. Mərkəzi Seçki Komissiyasının elan etdiyi təqvim planına əsasən namizədliyin irəli sürülməsinin son tarixi olan 7 yanvar tarixinin də bitdiyini nəzərə alaraq etiraz əlaməti olaraq 8 yanvar tarixində Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək onun sənədlərinə daha Mərkəzi Seçki Komissiyasında baxılmamasını istəmişdir. Yuxanda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən pozulmuş hüquqlarının bərpa edilərək Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə və AR. Seçki Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq Prezident Seçkilərində namizədliyinin qəbul edilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir.
2.Cavabdehin etirazı: Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.
Tərəflərin məhkəmə iclasında izahatları:
1. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsinə əsasən hər bir vətəndaşın seçilmək hüququ var, lakin iddiaçının bu hüququ pozulub.Mərkəzi Seçki Komissiyasına dəfələrlə getməyinə və orada saatlarla gözləməyinə baxmayaraq onu heç kəs qəbul etməmişdir. İlk dəfə 22 dekabr 2023cü il tarixdə oraya getmiş və saat 1-dən 6-ya qədər qapıda gözləmiş, lakin heç kəs onun orada nə üçün gözlədiyini belə soruşmamışdır. Qapıda duran mühafizəçilər iddiaçıya iclasın getdiyini gözləməli olacağını bildirirmişdirlər. MSK-nın qaynar xətti ilə də əlaqə saxlamış, bir xanım demişdir ki, müraciəti qeydə alınıb, onunla əlaqə saxlanacaq, lakin heç kəs onunla əlaqə saxlamamışdır. İddiaçı 26 dekabr 2023-cü il tarixdə sənədlərini teleqram vasitəsi ilə MSK-ya göndərmiş, lakin onun da bir nəticəsi olmamışdır. Odur ki, o, hüquqlarının bərpa olunmasını və ərizəsinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
2. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında qeyd etmişdir ki, iddiaçı bütün üsul və vasitələrdən istifadə etməyərək hərəkətsizlik göstərib.İddiaçı ərizəsini MSK-nın poçt qutusu var, ora atmaq vasitəsi ilə də təqdim edə bilər.İddiaçı bütün üsul və vasitələrdən istifadə etməyərək məhkəməyə müraciət edib.Hesab edir ki, ərizə qeyri-mümkünb hesab edilməlidir. Odur ki, ərizənin qeyri-mümkün hesab edilməsini xahiş etmişdir.
3. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; ........ 75.1. Şikayət instansiyası aşağıdakı hallarda inzibati şikayəti baxılmamış saxlayır: ....... 75.1.4. şikayət maraqlı şəxsin və ya onun nümayəndəsinin ərizəsinə əsasən geri götürüldükdə. ..... Azərbaycan Respublikasının Seçki Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.10-cu maddəsinə əsasən Seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır. 112.11-ci maddəsinə əsasən Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxmalıdırlar.Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Maddə 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ- İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Maddə 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Maddə 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Maddə 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. Maddə 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.
İV. Məhkəmənin mövqeyi
1. Məhkəmə Kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir.
2. Belə ki, iddiaçının iddia ərizəsinin və izahatlarının arqumentləri ondan ibarətdir ki: 1) İddiaçı Azərbaycan Respublikası Prezidenti seçkilərinə müstəqil namizəd kimi qatılmaq üçün zəruri olan sənədlərini toplayaraq, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət etmiş, lakin onun sənədləri sonuncu tərəfindən qəbul edilməmişdir. 2) xx.xx.2024-cü il tarixdə iddiaçı rəsmi qaydada cavabdehə ərizə ünvanlayaraq, namizədliyi üçün təqdim etdiyi müraciətin qəbul edilməsini və müraciətini ilkin müraciət etdiyi 22 dekabr tarixindən hesablanmasını, eləcə də imza toplamaq üçün itirdiyi günlərin sayının bərpa edilməsini xahiş etmişdir, sonradan isə yəni xx.xx.2024-cü il tarixli ərizə ilə iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək , Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ünvanladığı xx.xx.2024-cü il tarixli ərizənin, ona əlavə edilmiş bildirişin və öhdəlik ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir.
3. Məhkəmə tətbiq edilən hüquq normalarına və işin hallarına istinad edərək iddiaçının iddia ərizəsinin və izahatlarının 1-ci dəlilləri üzrə qeyd edir ki, əvvəla iddiaçının müraciətini cavabdehə təqdim etmək üçün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının inzibati binasına girişinə müdaxilə olunması kimi hal iş materialları ilə öz təsdiqini tapmamışdır.
4. Belə ki, məhkəmə iclası zamanı iddiaçı özü də izahatında bildirmişdir ki, ilk dəfə 22 dekabr 2023-cü il tarixdə MSK-ya getmiş və saat 1-dən 6-ya qədər qapıda gözləmiş, lakin heç kəs onun orada nə üçün gözlədiyini belə soruşmamışdır.
5. Bundan başqa iddiaçı cavabdeh tərəfindən sənədlərinin bilavasitə qəbul edilmədiyinə istinad etsə də, bu dəlillərin təsdiqi üçün fakt və sübutlara istinad etmir.
6. Halbuki, İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
7. Daha sonra məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının sənədlərinin bilavasitə qəbul edilməsi iddiaçının marağına uyğun inzibati orqana yeganə müraciət üsulu deyildir.
8. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir.
9. Bundan başqa, iddiaçı iddiasında bildirir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinə müstəqil namizəd kimi qatılmaq üçün zəruri olan sənədlərini toplayaraq ilk dəfə xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət etmiş, lakin onun sənədləri sonuncu tərəfindən qəbul edilməmişdir.
10. Yuxarıda qeyd olunanlardan əlavə məhkəmə diqqətə çəkir ki, iddiaçı iddia edir ki, cavabdeh orqanın hərəkətsizliyindən xx.xx.2023-cü il tarixdə məlumatlı olmuşdur, lakin Seçki Məcəlləsinin 112.1-ci maddəsinin tələblərində nəzərdə tutulmuş qaydada və müddətdə məhkəməyə müraciət etməmiş, rəsmi ərizə ilə xx.xx.2024-cü il tarixdə yenidən Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir.
11. İddiaçının iddia ərizəsinin və izahatlarının 2-ci dəlilləri üzrə Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə iddiaçı rəsmi qaydada cavabdehə ərizə ünvanlayaraq, namizədliyi üçün təqdim etdiyi müraciətin qəbul edilməsini və müraciətini ilkin müraciət etdiyi 22 dekabr tarixindən hesablanmasını, eləcə də imza toplamaq üçün itirdiyi günlərin sayının bərpa edilməsini xahiş etmişdir, sonradan isə yəni xx.xx.2024-cü il tarixli ərizə ilə iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, Seçki Komissiyasına ünvanladığı xx.xx.2024-cü il tarixli ərizənin, ona əlavə edilmiş bildirişin və öhdəlik ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir.
12. Beləliklə də, iddia tələbinin 2-ci arqumentləri üzrə iddiaçı ilə cavabdeh inzibati orqan arasında inzibati mübahisə mövcud olmaması müəyyən olunur. 13.Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 28.1.1-ci maddəsinin tələbinə əsasən hazırkı mübahisə üzrə inzibati icraatın başlanılması üçün əsas fiziki və ya hüquqi şəxsin ərizəsidir.
14. Həmin Qanunun 75.1-ci maddəsinə əsasən şikayət instansiyası aşağıdakı hallarda inzibati şikayəti baxılmamış saxlayır: ....... 75.1.4. şikayət maraqlı şəxsin və ya onun nümayəndəsinin ərizəsinə əsasən geri götürüldükdə. .....
15. İddiaçı isə xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, Mərkəzi Seçki Komissiyasına ünvanladığı xx.xx.2024-cü il tarixli ərizənin, ona əlavə edilmiş bildirişin və öhdəlik ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə tətbiq edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, hazırkı tələbdə göstərilənlər inzibati mübahisənin mövcudluğuna əsas deyildir.
17. Belə ki, göründüyü kimi, iddiaçı iddiasında inzibati mübahisəyə əsas ola biləcək halların mövcudluğunu (hüquqlarının pozulmasını) əsaslandıra bilməmişdir.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkınməyə dair iddia mümkün sayılır.
19. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qəralarında, o cümlədən “Atakişi Azərbaycana qarşı” işi üzrə xx.xx.2012-ci tarixli qərarında göstərilmişdir ki, “Məhkəmə qeyd edir ki, onun 1 saylı Protokolun 3-cü maddəsində nəzərdə tutulan seçkilərdə səmərəli iştirakla bağlı presidentlərinin xülasəsinə çoxsaylı başqa qərarlarda da rast gəlinə bilər, məsələn Orucov Azərbaycana qarşı (Nº 4508/06, § 40-42, 26 iyul 2011). Daha spesifik olaraq Məhkəmə bir daha təkrar olaraq qeyd edir ki, seçmək və seçilmək hüququ ilə bağlı məsələlərdə razılığa gələn Yüksək Tərəflərə geniş mülahizə sərbəstliyi verilsə belə, son olaraq 1 saylı Protokolun 3-cü maddəsinə əməl edilib edilməməlini müəyyən etmək Məhkəmənin səlahiyyətindədir; Dövlətin qoyduğu şərtlər mübahisə mövzusu olan hüquqların mahiyyətinə ziyan vuracaq dərəcədə onları məhdudlaşdırmamalı və onların səmərəliliyini azaltmamalıdır; onlar legitim məqsədin müəyyən olunması üçün zəruridir və istifadə olunan vasitələr qeyrimütənasib və qanunsuz olmamalıdır (bax: Matieu-Mohin və Clerfayt Belçikaya qarşı, 2 mart 1987, § 52, Seriya A Nº 113; Gitonas və Başqaları Yunanıstana qarşı, 1 iyul 1997, 39-cu bənd, Hökmlərin və qərarların hesabatları 1997-İV; və Yumak və Sadak Türkiyəyə qarşı [GC], Nº 10226/03, § 109 (iii), 8 iyul 2008).”
21. Məhkəmə hazırkı işin faktiki hallarına tətbiq edilən hüquq normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qəralarında (o cümlədən “Atakişi Azərbaycana qarşı” işi üzrə xx.xx.2012-ci tarixli qərarında) əks olunmuş seçkilərdə səmərəli iştirakla bağlı presidentlərinə istinad edərək qeyd edir ki, hazırkı işin məhkəmə icraatı üzrə araşdırmasının nəticəsi, xüsusən də iddiaçının cavabdeh orqana müraciət edərək ərizənin baxılmamış saxlanmasını xahiş etməsi və bununla da inzibati icraatın artıq mövcud olmaması işin mahiyyəti üzrə qərar qəbul edilməsinə əsas vermir.
22. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 35.1, 130.1-130.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
qərara aldı: İddia mümkün sayılmasın. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.