Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-3/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İddiaçıının cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı (üçüncü şəxs Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) “ləğvetmə prosesi çərçivəsində kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın təminatlara yönəldilməsinə dair” iddia ərizəsinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İddiaçıı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı (üçüncü şəxs Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) “ləğvetmə prosesi çərçivəsində kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın təminatlara yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli, KBO13- 1507 nömrəli kredit müqaviləsi üzrə 5.992.836,07 manat əsas, 31.495,68 manat faiz borcu olmaqla, ümumilikdə 6.024.331,75 (altı milyon iyirmi dörd min üç yüz otuz bir manat, yetmiş beş qəpik) manat kredit borcunun ödənilməsi üçün tutmanın X1 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1921 saylı bağ evinə (0,12 ha torpaq sahəsi və 427,65 kv.m. yaşayış sahəsi); Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 20 nömrəli evinə (0,06 ha torpaq sahəsi və 525,48 kv.m. yaşayış sahəsi) və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1923 saylı bağ evinə (0,12 ha torpaq sahəsi və 412,9 kv.m. yaşayış sahəsi) yönəldilməsinə; Ləğv prosesində olan "xxxx" ASCnin xx.xx.2015-ci il tarixli, KBQ15-1678 nömrəli kredit müqaviləsi üzrə 9.581.066,35 (doqquz milyon beş yüz səksən bir min altmış altı manat otuz beş qəpik) manat əsas kredit borcunun ödənilməsi üçün tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 20 nömrəli evinə (0,06 ha torpaq sahəsi və 525,48 kv.m. yaşayış sahəsi) və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1923 saylı bağ evinə (0,12 ha torpaq sahəsi və 412,9 kv.m. yaşayış sahəsi), Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən 71 nömrəli qeyri-yaşayış sahəsinə (159,5 kv.m.); X3 məxsus "xxxx" ASC-nin 143.918 ədəd sənədsiz adlı səhminə və "xxxx" ASC-nin 23.891 ədəd sənədsiz adlı adi səhminə yönəldilməsinə; Ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli, KBS16-1853 nömrəli kredit müqaviləsi üzrə 16.857.198,97 manat əsas, 149.373,51 manat faiz borcu olmaqla, ümumilikdə 17.006.572,48 (on yeddi milyon altı min beş yüz yetmiş iki manat qırx səkkiz qəpik) manat kredit borcunun ödənilməsi üçün tutmanın X3 məxsus "xxxx" ASC-nin 143.918 ədəd sənədsiz adlı səhminə və "xxxx" ASC-nin 23.891 ədəd sənədsiz adlı adi səhminə yönəldilməsinə; ipoteka predmetlərinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin qeyd olunan kredit müqavilələri üzrə İddiaçı qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İddiaçıı (bundan sonra - İddiaçı) ilə borclu "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixli KBO13- 1507 nömrəli, xx.xx.2015-ci il tarixli KBQ15-1678 nömrəli və xx.xx.2017-ci il tarixli KBS16- 1853 nömrəli kredit müqavilələri bağlanmışdır. Belə ki, xx.xx.2013-cü il tarixli, KBO13- 1507 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 720 gün müddətinə illik 5,25% olmaqla 8.000.000,00 (səkkiz milyon) manat məbləğində kredit verilmişdir. Sonradan həmin kredit müqaviləsinə dair bağlanmış Əlavələrə əsasən borcun xx.xx.2019-cu il tarixinədək ödənilməsi razılaşdırılmışdır. Qeyd olunan kredit müqaviləsinin təminatı kimi X1 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1921 saylı bağ evi (0,12 ha torpaq sahəsi və 427,65 kv.m. yaşayış sahəsi) barəsində xx.xx.2019-cu il tarixdə İBO13-1507/3 saylı sonrakı ipoteka müqaviləsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 20 nömrəli ev (0,06 ha torpaq sahəsi və 525,48 kv.m. yaşayış sahəsi) və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1923 saylı bağ evi (0,12 ha torpaq sahəsi və 412,9 kv.m. yaşayış sahəsi) barəsində xx.xx.2019-cu il tarixdə İBO13-1507/4 saylı sonrakı ipoteka müqaviləsi bağlanılmışdır. Həmçinin, xx.xx.2015-ci il tarixli, KBQ15-1678 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 360 gün müddətinə illik 3,5% olmaqla 20.000.000,00 (iyirmi milyon) manat məbləğində kredit verilmişdir. Sonradan həmin kredit müqaviləsinə dair bağlanmış Əlavəyə əsasən borcun xx.xx.2018-ci il tarixinədək ödənilməsi razılaşdırılmışdır. Bu kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində yerləşən 20 nömrəli ev (0,06 ha torpaq sahəsi və 525,48 kv.m. yaşayış sahəsi) və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1923 saylı bağ evi (0,12 ha torpaq sahəsi və 412,9 kv.m. yaşayış sahəsi) barəsində xx.xx.2015-cu il tarixdə İBO13-1507/4 saylı sonrakı ipoteka müqaviləsi və ona Əlavə; Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən 71 nömrəli qeyri-yaşayış sahəsi (159,5 kv.m.) barəsində xx.xx.2015-ci il tarixdə İBQ15-1678/3 saylı sonrakı ipoteka müqaviləsi və ona Əlavə; X3 məxsus "xxxx" ASC-nin 143.918 ədəd sənədsiz adlı səhmi və "xxxx" ASC-nin 23.891 ədəd sənədsiz adlı adi səhmi barəsində xx.xx.2015-ci il tarixdə müvafiq olaraq GBQ15-1678/1 və GBQ15-1678/2 saylı girov müqavilələri və onlara Əlavələr bağlanılmışdır. Bundan başqa, xx.xx.2016-cı il tarixli, KBS16-1853 nömrəli kredit müqaviləsi üzrə "AGBank” ASCyə 6 ay müddətinə illik 15% (sonradan bankın uçot faiz dərəcəsi üzrə azaldılmışdır) olmaqla 24.000.000,00 (iyirmi dörd milyon) manat məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsinin təminatı kimi X3 məxsus "xxxx" ASC-nin 143.918 ədəd sənədsiz adlı səhmi və "xxxx" ASC-nin 23.891 ədəd sənədsiz adlı adi səhmi barəsində xx.xx.2015-ci il tarixdə müvafiq olaraq GBS16-1853/1 və GBS16-1853/2 saylı girov müqavilələri və onlara Əlavələr bağlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Hazırda bank barəsində iflas prosedurunun həyata keçirilməsi davam etdirilir. Göstərilən kredit müqavilələri üzrə qalıq borc məbləği həcmində İddiaçıın kreditor tələbləri Bankın ləğvedicisinə xx.xx.2020-ci il tarixli, 25-00247-2020 nömrəli məktubla təqdim edilməsinə və bu tələblərin ləğvedici tərəfindən qeydə alınmasına baxmayaraq, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır (İddiaçıın qeyd olunan və Bankın Ləğvedicisinin xx.xx.2020-ci il tarixli, **********13 nömrəli məktubları əlavə olunur). "xxxx" ASC-nin hazırkı günə İddiaçı qarşısında kredit müqavilələri üzrə borcu aşağıdakı kimidir: xx.xx.2013-cü il tarixli, KBO13-1507 nömrəli kredit müqaviləsi üzrə 5.992.836,07 manat əsas, 31.495,68 manat faiz borcu olmaqla, ümumilikdə 6.024.331,75 (altı milyon iyirmi dörd min üç yüz otuz bir manat yetmiş beş qəpik) manat; xx.xx.2015-ci il tarixli, KBQ15-1678 nömrəli kredit müqaviləsi üzrə 9.581.066,35 (doqquz milyon beş yüz səksən bir min altmış altı manat otuz beş qəpik) manat əsas; xx.xx.2016-cı il tarixli, KBS16-1853 nömrəli kredit müqaviləsi üzrə 16.857.198,97 manat əsas, 149.373,51 manat faiz borcu olmaqla, ümumilikdə 17.006.572,48 (on yeddi milyon altı min beş yüz yetmiş iki manat qırx səkkiz qəpik) manat. Göstərilən kredit müqavilələri üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır. İddiaçı ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişi ipoteka qoyanlara xx.xx.2020-ci il tarixli məktublarla göndərmişdir. İddiaçı tərəfindən ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlər “İpoteka haqqında” Qanunun 36.3-cü maddəsinə uyğun olaraq qeydə alınması üçün aidiyyəti üzrə göndərilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli, habelə Milli Depozit Mərkəzinin xx.xx.2020-ci il tarixli məktublar ilə bildirişlərin qeydə alındığı bildirilmişdir. Yuxarıda qeyd edilən ipoteka və girov müqavilələrinin 1.3-cü bəndinə uyğun olaraq, ipoteka və girov qoyulan əmlaklar istinad edilən müvafiq kredit müqavilələrinə əsasən İddiaçı tərəfindən "xxxx" ASC-yə verilmiş kredit müqavilələrində qeyd olunan son tarixədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizlərin və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmetlərinin hazırkı likvid qiyməti barədə tərəflər arasında razılaşma olmadığından ipoteka predmeti məhkəmənin təyin etdiyi müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməli və ilkin satış qiyməti (yəni, likvid qiymət) qətnamədə öz əksini tapmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1235/2021 və 2-2(103)-1201/2021 nömrəli işlər üzrə formalaşdırdığı hüquqi mövqeyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı olan bütün aktivlərin açıq hərracda satılması ləğvedici tərəfindən həyata keçirilməli olduğu nəzərdə tutulduğundan hazırki tələblər də ləğvetmə prosesi çərçivəsində həll edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-3/2023 saylı, 09 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası İddiaçıının cavabdehlər "xxxx" ASC-yə və “X12” MMC-yə qarşı “kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddiası üzrə müvafiq hüquq normalarının şərh edilməsi ilə bağlı edilmiş müraciətə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən baxılıb qərar qəbul edilənədək dayandırılması qərara alınmışdır. Hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci, habelə Azərbaycan Respublikası İPM-nin 131 və 132-ci maddələrinin hüquqi mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil, mülki (iddia) icraatı qaydasında baxılmalı olduğundan, hazırda icraatın dayandırılmasına əsas olan hal aradan qalxdığından 2-3(103)-3/2023 nömrəli iş üzrə icraatın təzələnməsi və müvafiq məhkəmə qərarının qəbul edilməsi xahiş olunmuşdur. Qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-3/2023 saylı, 16 avqust 2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir. Apellyasiya baxışı zamanı tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci, habelə Azərbaycan Respublikası İPM-nin 131 və 132-ci maddələrinin hüquqi mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil, mülki (iddia) icraatı qaydasında baxılmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının İddiaçıının cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı (üçüncü şəxs Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) “ləğvetmə prosesi çərçivəsində kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın təminatlara yönəldilməsinə dair” iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İddiaçıının cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı (üçüncü şəxs Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) “ləğvetmə prosesi çərçivəsində kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın təminatlara yönəldilməsinə dair” iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-3(103)-3/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(103)-3/2023
05.09.2023 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver