Məhkəmə qərarları › İş №2-3(103)-30/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(103)-30/2024

13.03.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-30/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı “Bakı şəhər Cavabdehin 161 saylı xx.xx.2019 tarixli sərəncamının qanunauyğunluğunun yoxlanması” tələbinə dair iddia ərizəsinə 13 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı Bakı şəhər Cavabdehin 161 saylı xx.xx.2019 tarixli sərəncamının qanunauyğunluğunun yoxlanması tələbinə dair iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında hündürmərtəbəli yaşayış binasının tikintisinin aparılması üçün torpaq sahələrinin "xxxx" MMC-nin istifadəsinə verilməsi barədə cavabdeh Bakı şəhər Cavabdehin 161 saylı xx.xx.2019 tarixli sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” barədə Azərbayan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanına, Azərbayan Respublikası Konistitusiyasının 13,26,29, 60, 68, 71, 147, 148, 149-cu maddələrinin və Azərbayan Respublikası Mülki Məcəlləsinin 15-ci maddəsinin tələblərinə zidddir. Belə ki, iddiaçının mərhum atası X1 ünvan 3 ünvanlı “A” (111,5 m2) tikintisinin 13/256 hissə paydan ibarət həmin ünvanda yeganə salamat qalan “B” (118,4 m2) tikilisinin tam bütöv hüssəsinin hüquq sahibidir. Bakı Asan Xidmət Mərkəzinin notariat ofisinin xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsində o və bacısı hüquqi varis kimi qeyd olunmuşdur. Bundan başqa, ünvan 3 ünvanındakı fərdi yaşayış evi 1966-ci il tarirxdə mərhum babası Mövlamov M.B. tərəfindən 591,49 m 2-lik həyətyanı torpaq sahəsi üzərinədə yerləşməklə satın almış və ünvana dair tərtib edilmiş, 1961-ci il tarixli texniki posportda, həyətin ölçüsünə dair məlumatlar vardır."xxxx" MMC mübahisələndirilən 161 saylı (xx.xx.2019) saylı Bakı şəhər Cavabdehin sərəncamına əsaslanaraq, 2019-cu ilin sentyabr ayının 18-dən 19-a keçən gecə ünvan 3 ünvanını qeyri-qanuni zəbt edərək 13 mərtəbəli bina tikərək iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. İddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək onun maddi imkanı da olmadığından dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Lakin məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəsi təmin olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki inzibati işə İddiaçı və cavabdeh Bakı şəhər Cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı “Bakı şəhər Cavabdehin 161 saylı xx.xx.2019 tarixli sərəncamının qanunauyğunluğunun yoxlanması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15.3-cü bəndində göstərilmişdir ki, bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: 122-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. 122.2-ci maddəsinə əsasən iddia normativ xarakterli aktın qəbul edilməsi və ya tətbiq olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu və ya yaxın gələcəkdə pozulacağını əsaslandıra bilən fiziki və ya hüquqi şəxs tərəfindən, habelə aidiyyətinə toxunulan digər orqanlar tərəfindən qaldırıla bilər. 122.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq müvafiq apellyasiya instansiyası məhkəməsinə verilir. 122.7-ci maddəsinə əsasən normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair iddialar üzrə inzibati məhkəmə icraatı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar əsasında həyata keçirilir. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı tələbi “Bakı şəhər Cavabdehin 161 saylı xx.xx.2019 tarixli sərəncamının qanunauyğunluğunun yoxlanması” barədə olsa da, onun hüquqi marağı əslində adı çəkilən sərəncamın ona aid hissədə ləğv edilməsinə yönəlmişdir. Yəni, iddia, növünə görə “mübahisələndirmə haqqında” iddia növünə aid olduğu halda bu barədə iddiaçı birinci instansiya məhkəməsinə deyil, apellyasiya instansiya məhkəməsinə müraciət etmişdir. Hansı ki, onun iddiasına apellyasiya instansiyası məhkəməsində birinci instansiya qaydasında baxılması üçün inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş hallar mövcud deyildir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının bundan öncə də adı çəkilən sərəncamın müvafiq hissədə ləğv edilməsi ilə bağlı birinci instansiya qaydasında apellyasiya məhkəməsinə verdiyi iddiası 2-3(103)-45/2023 saylı 01.08.2-23-cü il tarixli qərardadla qeyri-mümkün sayılmışdır. Həmin qərardad qanuni qüvvəsini almışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddia kimi təqdim edilməməklə mümkünlük şərtlərini ödəmir və bu səbəbdən İddiaçı iddiası mümkün hesab edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2, 35-ci, 122, 122.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı “Bakı şəhər Cavabdehin 161 saylı xx.xx.2019 tarixli sərəncamın qanunauyğunluğunun yoxlanılması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar