Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-31/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC cavabdehlər Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və LPO "xxxx" ASC-yə qarşı “LPO Cavabdeh ASCnin Ləğvedisinin imtinasının qanunsuz sayılmasına və məbləğin növbədənkənar ödənilməsinə” dair ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, LPO Cavabdeh ASC-nin Ləğvedicisinin xx.xx.2022-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi, LPO Cavabdeh ASC-nin Kreditorlarının Reyestrindən İddiaçı MMC-nin 59.520 ABŞ dolları məbləğin növbəlilikdən çıxarılması və xx.xx.2020-ci il tarixdə verilmiş ödəniş tapşırığının icra olunmaması nəticəsində hesabda qalmış 59.520 ABŞ dolları məbləğində vəsaitin növbədənkənar qaydada İddiaçı MMC-nə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2-3(103)-132/2020 nömrəli qərarı ilə Cavabdeh ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı MMC-nin hazırda ləğv prosesində olan Cavabdeh ASCdə cari USD hesabı olmuşdur. İddiaçı MMC ilə "xxxx" şirkəti arasında olan xx.xx.2019-cu il tarixli, P07/2019 nömrəli müqavilə əsasında tərəflərindən ölkə ərazisinə idxal olunmuş ərzaqlıq buğdanın dəyərinin bir hissəsinin ödənilməsi məqsədilə Cavabdeh ASC-də olan cari USD hesabından 59.520 ABŞ dolları məbləğində vəsaitin köçürülməsinə dair xx.xx.2020-ci il tarixdə ödəniş tapşırığı verilmişdir, ödəniş tapşırığı həmin gün (xx.xx.2020) “AGBank" ASC-nin “Çıraq” şöbəsi tərəfindən icraya qəbul edilmiş və ştampla təsdiq edilmişdir. Ödənişin icrasına dair sənədlər (ödəmə tapşırığı, SWİFT çıxarışı və s.) əvvəlki müraciətlərində Əmanətlərin Sığortalanması Fonduna təqdim olunmuşdur. Sonradan məlum olmuşdur ki, xx.xx.2020-ci ildə icraya qəbul olunmuş 59.520 ABŞ dolları məbləğ təyinatı üzrə Rusiya Federasiyasının şirkətinin hesabına köçürülməmişdir. Bu ərəfədə, xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Cavabdeh ASCyə müvəqqəti inzibatçı təyin edilmiş, xx.xx.2020-ci il tarixdə isə Bankın lisenziyası ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 nömrəli qərarı ilə Cavabdeh ASC müflis elan edilmişdir. 2020-ci ilin 05 may və sonrakı tarixlərində tərəflərindən hələ fəaliyyətdə olan Cavabdeh ASC-yə, ondan sonra isə Azərbaycan Respublikasının Mərkəzi Bankına, Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə müraciətlər olunaraq, İddiaçı MMC-nin cari USD hesabında köçürmə üçün qəbul olunmuş 59.520 ABŞ dolları vəsaitin təyinatı üzrə köçürülməsinin icrası xahiş olunmuş, lakin bu müraciətləri nəticəsiz qalmışdır. Bankın o vaxt fəaliyyət göstərən aidiyyəti əməkdaşları, guya, Mərkəzi Bank tərəfindən köçürmələrə qadağa qoyulduğuna görə ödəmə tapşırığının icrasının mümkün olmadığını bildirmişlər. Tərəflərindən Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı Bakı Kommersiya Məhkəməsində “pul vəsaitinin hesabdan köçürülməsi və cərimənin ödənilməsi tələbinə dair” iddia qaldırılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 220/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində göstərilir ki: “İş materiallarında hazırki mübahisə üzrə, konkret olaraq, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının icra edilməməsi ilə bağlı Mərkəzi Bank tərəfindən Cavabdeh ASC-ə hər hansı göstəriş və ya tapşırıq verildiyi təsdiq edilmir. Bununla əlaqədar, həmçinin, qeyd edilməlidir ki, müştərinin pul vəsaiti üzərində verdiyi sərəncamı icra etmək Mərkəzi Bankın deyil, məhz onunla müqavilə münasibətlərində olmuş Cavabdeh ASC-nin vəzifəsi idi. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəməyə ərizə ilə müraciət edərək, qeyd etmişdir ki, Cavabdeh ASC Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 nömrəli qərarı ilə müflis elan edilmiş və “Banklar haqqında” Qanunun tələblərinə görə banka qarşı bütün tələblər yalnız həmin qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür və buna görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC tələbini əsl cavabdeh olan Cavabdeh ASC-ə (ləğv prosesində) qarşı deyil, hazırki tələbə cavab verməli olmayan Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürdüyündən iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir...” Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin mövqeyinə görə, “AGBank" ASC iflas proseduru çərçivəsində ləğv prosesində olduğundan, banka qarşı tələb də ləğvetmə proseduru çərçivəsində irəli sürülə bilər. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində, həmçinin, qeyd edilir ki, iş materiallarında olan LPO Cavabdeh ASC-nin qəbul etdiyi kreditor tələblərin siyahısından görünür ki, İddiaçı MMC (VÖEN ********) 130.411,18 ABŞ dollar və 38.000,90 manat məbləğində tələbi 08 iyun 2020-ci il tarixində qeydə alınmışdır. İşə apellyasiya icraatında baxılarkən, Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məlumat vermişdir ki, İddiaçı MMC-nin cari hesabından ödənilmədən qalmış 59.520 ABŞ dolları məbləğ kreditor tələbi kimi Ləğvedici tərəfindən qeydə alınaraq reyestrə daxil edilmişdir. Halbuki, İddiaçı MMC tərəfindən 59.520 ABŞ dolları məbləğin qeydə alınmasına dair Ləğvediciyə kreditor tələbi irəli sürülməmişdir. Ləğvedicinin nümayəndəsi sözügedən məbləğin bankın mühasibat uçotu və hesabatı sənədlərində əks olunması və Bankın müştərisinə qaytarılması öhdəliyinin mübahisəsiz aşkar olmasına görə kreditor tələbi irəli sürülmədən kreditor reyestrinə daxil edildiyini bildirmişdir. Beləliklə, İddiaçı MMC-nin cari USD hesabından Rusiya Federasiyasının hüquqi şəxsinə köçürülməsi üçün xx.xx.2020-ci il tarixdə ödəniş tapşırığı verdiyi 59.520 ABŞ dolları vəsaitin bankın fəaliyyətdə olduğu dövrdə əsassız olaraq icra edilmədiyi və Ləğvedici tərəfindən aşkar öhdəlik olaraq kreditor reyestrinə daxil edildiyi müəyyən olunur. Qeyd olunmalıdır ki, Ləğvedici tərəfindən İddiaçı MMC-ə məxsus 59.520 ABŞ dolları vəsaitin kreditor reyestrinə (kateqoriya və növbəliyinə dair) daxil edilməsinə dair bildiriş təqdim olunmamışdır. Yalnız sözügedən məhkəmə icraatında bu barədə yuxarıdakı məlumatlar müəyyən olunmuşdur. İddiaçı MMC bundan əvvəl LPO ’’AGBank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, cari USD hesabında olan, Bankın fəaliyyətdə olduğu (müvəqqəti inzibatçının təyin edilməsindən 5 gün, lisenziyanın ləğv edilməsindən isə 20 gün əvvəl) dövrdə verilmiş ödəniş tapşırığının icra edilməməsi nəticəsində cari hesabda qalmış 59.520 ABŞ dolları məbləğə dair xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının 3 iş günü müddətində icra olunaraq vəsaitin Rusiya Federasiyasının "xxxx" şirkətinə köçürülməsini, hər hansı qanuni əsasla köçürmənin mümkün olmadığı halda isə, həmin məbləğin İddiaçı MMC-nin müvafiq bank hesabına köçürülməsini xahiş etmişdir. LPO Cavabdeh ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini A.Cahangirovun imzası ilə İddiaçı MMC-ə daxil olmuş xx.xx.2022-ci il tarixli cavab məktubunda müraciətə baxıldığı, İddiaçı MMC-nin “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydə alınmış kreditor tələbinin ödənilməsi həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəyi bildirilmişdir. Sözügedən cavabla Ləğvedici tərəfindən İddiaçı MMC-nin müraciətinə qanunsuz imtina verilmişdir. Qanunla və ya hər hansı digər qayda ilə və ya bank hesabı müqaviləsi ilə müştərinin sərəncamı (ödəniş tapşırığı) əsasında cari hesabdan pulun ayrı müddətdə köçürülməsi nəzərdə tutulmamışdır. Yəni, qanunda və İddiaçı MMC ilə Cavabdeh ASC arasındakı bank hesabı müqaviləsində ayrı qayda (ödənişin icra olunması üçün fərqli müddət) nəzərdə tutulmadığına görə, MMC-nin ödəniş tapşırığı Mülki Məcəllənin 959.2-ci maddəsində göstərilən müddətdə icra olunmalı olduğu halda, fəaliyyətdə olan Bankın qanunsuz hərəkətləri nəticəsində ödəniş tapşırığı icrasız qalmışdır. Sonradan İddiaçı MMC iddia ərizəsinə əlavə verərək qeyd etmişdir ki, ləğv prosesində olan (LPO) “AGBank" ASC hazırki iş üzrə cavabdeh qismində işə cəlb edilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankından Kollegiyanın sorğusuna əsasən iş materialına daxil olmuş məktubunda qeyd olunur: “...Odur ki, iddiaçının xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının icrasının mümkünsüzlüyü məhz bankın likvidliyində (ödəmə qabiliyyətində) yaranmış problemlərlə bağlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 959.2-ci maddəsinə əsasən “Müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir.” Qeyd olunan səbəblər açıq-aşkar onu göstərir ki, ödəmə qabiliyyətini itirdiyinə görə artıq müvəqqəti inzibatçı təyin olunanadək (xx.xx.2020-ci il) Cavabdeh ASC öz müştərisinin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının icrasını qanunla müəyyən edilmiş müddətdə, yəni xx.xx.2020-ci il tarixində təmin edə bilməmişdir”. Beləliklə, Mərkəzi Bankın məktubunda da təsdiq olunur ki, Cavabdeh ASC qanunun tələbini pozaraq İddiaçı MMC-nin ödəmə tapşırığını vaxtında icra etməmiş, bu qanunsuz hərəkəti ilə MMC-nin mənafeyinə ziyan vurmuşdur. Baxılan ərizədə göstərilən işin hallarını və istinad olunan maddi hüquq normalarının tələblərini, eləcə də yuxarıda göstərilən xüsusatları nəzərə alaraq LPO Cavabdeh ASC-nin hazırki iş üzrə əlavə cavabdeh qismində işə cəlb edilməsini, LPO Cavabdeh ASC-nin Kreditorlarının Reyestrindən İddiaçı MMC-nin 59.520 ABŞ dolları məbləğin növbəlilikdən çıxarılması və xx.xx.2020-ci il tarixdə verilmiş ödəniş tapşırığının icra olunmaması nəticəsində Cavabdeh ASC-nin hesabında qalmış 59.520 ABŞ dolları məbləğində vəsaitin növbədənkənar qaydada İddiaçı MMC-ə ödənilməsi vəzifəsinin cavabdehlər LPO Cavabdeh ASC-nin və LPO Cavabdeh ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə məhkəmə kollegiyası tərəfindən icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi iddiaya etiraz edərək rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, LPO Cavabdeh ASC-nin və LPO Cavabdeh ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddia ərizəsini iş materialları ilə birgə araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2020-cı il tarixli, 2- 3(103)-132/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-yə ləğvedici təyin olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(103)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 59.520 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh ASC-nin hesabından Rusiya Federasiyasının “RusAqroEksport" Şirkətinin bank hesabına köçürülməsinin cavabdehlər tərəfindən təmin edilməsi, pul vəsaitinin köçürülməsi tapşırığının verildiyi xx.xx.2020-ci il tarixindən köçürmə əməliyyatı tam başa çatdığı tarixə qədər hər gün üçün 59.520 ABŞ dolları məbləğində vəsaitin 0,01 %-i miqdarında cərimənin cavabdehlərdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 220/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 nömrəli qərarı ilə müflis elan edilmişdir. Sözügedən qərara əsasən ləğv prosesində olan banklara qarşı tələblər irəli sürüldüyü təqdirdə iş üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir, yəni, Cavabdeh ASC-yə (ləğv prosesində) qarşı birinci instansiya məhkəməsində kreditor tələblə bağlı iddialara baxıla bilməz. Lakin, İddiaçı tələbini əsl cavabdeh olan Cavabdeh ASC-yə (ləğv prosesində) qarşı deyil, hazırki tələbə cavab verməli olmayan Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürdüyündən iddia təmin edilməməlidir. Qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-171/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 220/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanan 21 noyabr 2022-ci il tarixli müraciətindən görünür ki, sözügedən 59.520 ABŞ dolları məbləğə dair xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının 3 iş günü müddətində icra olunaraq vəsaitin Rusiya Federasiyasının "xxxx" şirkətinə köçürülməsini, hər hansı qanuni əsasla köçürmənin mümkün olmadığı halda isə həmin məbləğin İddiaçı MMC-nin müvafiq bank hesabına köçürülməsinin təmin edilməsi xahiş olunmuşdur. İş materiallarında olan LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı MMC-nə ünvanlanan 19 dekabr 2022-ci il tarixli imtina məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 3(103)-132/2020 nömrəli qərarı ilə Cavabdeh ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən hüquqi şəxslərin hesablarında qalmış vəsaitlər qorunan əmanətlərə aid edilmədiyi üçün həmin vəsaitlər “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alınır. İddiaçı MMC-nin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qeydə alınmış kreditor tələbinin ödənilməsi həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. Hazırda ləğv prosesində olan Cavabdeh ASC tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.2-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələbləri ödənilməkdədir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan 09 fevral 2023-cü il tarixli məktubdan görünür ki, bank nəzarəti çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Bankın kapitalının və ödəmə qabiliyyətinin itirildiyi müəyyən olunduğuna görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 57-ci maddəsinə (Ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçı təyin edilməsi) əsasən X6 Heyətinin xx.xx.2020-ci il tarixli, 20 nömrəli qərarı ilə Banka müvəqqəti inzibatçı təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-126/2020 nömrəli qərarı ilə Banka müvəqqəti inzibatçı təyin olunduğu dövrdə (yəni xx.xx.2020-ci il tarixindən) hüquqi və fiziki şəxslərin Bankdakı depozitləri və Bankın digər öhdəlikləri üzrə ödənişlərinə moratorium tətbiq edilməsi qərara alınmışdır. Qanunla nəzərdə tutulmuş moratoriumun məqsədi isə problemli banka müvəqqəti inzibatçının təyin olunduğu zaman onun maliyyə vəziyyətinin yerində bir daha araşdırılması və bankın ödəmə qabiliyyətinin itirilməsi təsdiqini taparsa, əmanətçilərin və digər kreditorların əmlak hüquqlarının qanuna müvafiq qaydada (kreditorların tələblərinin iflas bankın işlək aktivləri hesabına növbəlilik və proporsional qaydada ödənilməsi) təmin olunmasıdır. Moratorium dövründə müvəqqəti inzibatçı tərəfindən aparılmış qiymətləndirmələr bir daha Bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyini və pisləşmə trendli olduğunu təsdiq etmişdir. Belə ki, 30 aprel 2020-ci il tarixinə Bankın kredit portfelinin 61%-i (156 mln. manat) qeyri-standard, 51%-i (130 mln. manat) qeyri-işlək statusunda olmuş, ani likvidlik əmsalı isə cəmi 5.3% təşkil etmişdir (minimum 30% olmalıdır). Odur ki, iddiaçının xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının icrasının mümkünsüzlüyü məhz bankın likvidliyində (ödəmə qabiliyyətində) yaranmış problemlərlə bağlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 959.2-ci maddəsinə əsasən “Müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir”. Qeyd olunan səbəblər açıq-aşkar onu göstərir ki, ödəmə qabiliyyətini itirdiyinə görə artıq müvəqqəti inzibatçı təyin olunanadək (xx.xx.2020-ci il) Cavabdeh ASC öz müştərisinin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının icrasını qanunla müəyyən edilmiş müddətdə, yəni xx.xx.2020-ci il tarixində təmin edə bilməmişdir. Kreditor qarşısında öhdəliyin icrası Qanunun 82 və 87-ci maddələrinin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, İddiaçı MMC-nin hazırda ləğv prosesində olan Cavabdeh ASC-də cari USD hesabı olmuşdur. İddiaçı MMC ilə "xxxx" şirkəti arasında olan xx.xx.2019-cu il tarixli, P07/2019 nömrəli müqavilə əsasında tərəflərindən ölkə ərazisinə idxal olunmuş ərzaqlıq buğdanın dəyərinin bir hissəsinin ödənilməsi məqsədilə Cavabdeh ASC-də olan cari USD hesabından 59.520 ABŞ dolları məbləğində vəsaitin köçürülməsinə dair xx.xx.2020-ci il tarixdə ödəniş tapşırığı verilmişdir, ödəniş tapşırığı həmin gün, yəni xx.xx.2020-ci il tarixdə Cavabdeh ASC-nin “Çıraq” şöbəsi tərəfindən icraya qəbul edilmiş və ştampla təsdiq edilmişdir. Ödənişin icrasına dair sənədlər (ödəmə tapşırığı, SWİFT çıxarışı və s.) Əmanətlərin Sığortalanması Fonduna təqdim olunmuşdur. xx.xx.2020-ci ildə icraya qəbul olunmuş 59.520 ABŞ dolları məbləğ təyinatı üzrə Rusiya Federasiyasının şirkətinin hesabına köçürülməmişdir. İddiaçı Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək 59.520 ABŞ dolları məbləğə dair xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının 3 iş günü müddətində icra olunaraq vəsaitin Rusiya Federasiyasının "xxxx" şirkətinə köçürülməsini, hər hansı qanuni əsasla köçürmənin mümkün olmadığı halda isə həmin məbləğin İddiaçı MMC-nin müvafiq bank hesabına köçürülməsinin təmin edilməsini tələb etsə də, Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək tələbin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 954.1-ci maddəsinə əsasən, Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Mülki Məcəllənin 959.2-ci maddəsinə əsasən, müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 73.1-ci maddəsinə əsasən, bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq: 73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun; 73.2. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə minənədək bağlanmış müqavilə və əqdləri ləğv edən və ya təxirə salan hər hansı normativ hüquqi akt və ya sərəncam ödəniş sistemləri vasitəsi ilə həyata keçirilmiş klirinqin nəticələrini ləğv edə bilməz. İş üzrə mübahisəsizdir ki, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC tərəfindən verilmiş ödəniş tapşırığı elə həmin gün Bank tərəfindən icraya qəbul edilmiş, bankın müflis elan olunmasına qədər gerigötürülməz olmuşdur və hazırki vaxtadək də geri götürülməmişdir. Beləliklə, müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC tərəfindən verilmiş ödəniş tapşırığının elə həmin gün Cavabdeh ASC-nin “Çıraq” şöbəsi tərəfindən icraya qəbul edilməsi və SWİFT sistemində işlənməsinə baxmayaraq, ertəsi gündən gec olmayaraq köçürmənin icra edilməli olduğu halda, hər hansı qanuni əsas və səbəb olmadan, ödənişin icra edilməməsi nəticəsində, xx.xx.2020-ci il tarixdə Mərkəzi Bank tərəfindən müvəqqəti inzibatçının təyin edildiyi və xx.xx.2020-ci il tarixdən sonra da Qanunun 73-cü maddəsinə əsasən ödəniş tapşırığının icra edilməli olduğu halda, Bank tərəfindən, müvəqqəti inzibatçı və Ləğvedici tərəfindən ödəniş tapşırığı icra edilməmiş, MMC tərəfindən kreditor tələbi irəli sürülmədiyi halda, Ləğvedici tərəfindən bankın mühasibat uçotu və hesabatı sənədlərinə əsasən (“Banklar haqqında” Qanunun 77-ci maddəsinin tələblərinə uyğun olaraq) 59.520 ABŞ dolları məbləği kreditor tələb kimi qeydə alınmışdır. “Banklar haqqında” Qanunun 77-ci maddəsinin tələblərinə uyğun olaraq, kreditor tələbi irəli sürülmədən Ləğvedici tərəfindən qeydə alınaraq kreditor reyestrinə daxil edilən tələblər Qanunun 82-ci maddəsində göstərilən növbəlilik qaydasında deyil, növbədənkənar qaydada icra edilməlidir. X3 tələbinə zidd olaraq İddiaçı MMC-nin cari hesabından gerigötürülməz ödəniş tapşırığına əsasən ödənilməmiş qalmış 59.520 ABŞ dolları məbləğində vəsaiti növbəlilik qaydasında ödənilməli olan tələblərin reyestrinə daxil etmişdir. Bundan əlavə, nəzərə alınmalıdır ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində göstərilir ki, “xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının icra edilməməsi ilə bağlı Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə hər hansı göstəriş və ya tapşırıq verildiyi təsdiq edilmir. Bununla əlaqədar, həmçinin, qeyd edilməlidir ki, müştərinin pul vəsaiti üzərində verdiyi sərəncamı icra etmək Mərkəzi Bankın deyil, məhz onunla müqavilə münasibətlərində olmuş "xxxx" ASC-nin vəzifəsi idi...” Beləliklə, "xxxx" ASC qanunun tələblərini pozaraq İddiaçı MMC-nin ödəmə tapşırığını vaxtında icra etməmiş, bu hərəkətsizliyi ilə MMC-nin qanuni mənafeyinə ziyan vurmuşdur. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin cavabdehlər Ləğv prosesində olan Cavabdeh ASC-yə və Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “LPO Cavabdeh ASC-nin Ləğvedisinin imtinasının qanunsuz sayılmasına və məbləğin növbədənkənar ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. LPO Cavabdeh ASC-nin Kreditorlarının Reyestrindən İddiaçı MMC-nin 59.520 (əlli doqquz min beş yüz iyirmi) ABŞ dolları məbləğin növbəlilikdən çıxarılması və xx.xx.2020-ci il tarixdə verilmiş ödəniş tapşırığının icra olunmaması nəticəsində hesabda qalmış 59.520 (əlli doqquz min beş yüz iyirmi) ABŞ dolları məbləğində vəsaitin növbədənkənar qaydada İddiaçı MMC-nə ödənilməsi (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) vəzifəsi cavabdehlər Ləğv prosesində olan Cavabdeh ASCnin və Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Aytən Oruczadə Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-3(103)-31/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-31/2023
28.04.2023 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver