Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-32/2024 15.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “ Sosial Ədalət Partiyasının dövlət reyestrindən çıxarılması barədə qərarın ləğv edilməsi ”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı Mütəİİimli Mətləb Əzizulla oğlunun iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı Sosial Ədalət Partiyasının dövlət reyestrindən çıxarılması barədə qanunsuz qərarın ləğv edilməsi və sair tələbinə dair inzibati mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Sosial Ədalət Partiyası xx.xx.1998-ci il tarixdə 32 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
2. Partiyanın qurultayı tərəfindən xx.xx.2023-cü il tarixdə partiyanın ləğv edilməsi barədə qərar qəbul olunmuş, həmin qərarla qurumun ləğvi ilə bağlı təsviyəçi partiyanın sədri olmuş (səlahiyyət müddəti xx.xx.2001-ci il tarixdə bitmişdir) X2 təyin edilmişdir. Həmin qərar qurultayın sədri kimi Mətləb Mütəllimov tərəfindən imzalanmışdır.
3. Ləğvetmə qərarı, ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat, hüquqi 2 şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd (№ 06 (231), iyun 2023-cü il tarixli “Ədliyyə” qəzetinin buraxılışı) Mətləb Mütəllimovun xx.xx.2023-cü il tarixli ərizəsinə əlavə olunaraq Ədliyyə Nazirliyinə təqdim edilmişdir.
4. Partiyanın ləğvetmə prosesində olması barədə məlumat xx.xx.2023-cü il tarixdə qeyrikommersiya qurumlarının dövlət reyestrinə daxil edilmişdir.
5. Təsviyəçi tərəfindən xx.xx.2023-cü il tarixdə ləğvetmə balansı, habelə partiyanın qeydiyyat şəhadətnaməsinin, nizamnaməsinin və möhürünün itirildiyi barədə mətbuatda dərc edilmiş elan və onların tapılmaması haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən verilmiş arayış, üzərində “ləğv prosesindədir” yazılmış möhür və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş arayış Ədliyyə Nazirliyinə təqdim olunmuşdur.
6. Müraciətə qurum tərəfindən vergi öhdəliklərinin tam yerinə yetirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məktubu əlavə edilmişdir.Həmçinin, qurumun ləğvi barədə məlumat “Ədliyyə” qəzetində daha iki dəfə dərc olunmuşdur.
7. xx.xx.2023-cü il tarixdə qurumun dövlət reyestrindən çıxarılması barədə qərar qəbul olunmuşdur.Qanunun 16.7-ci maddəsinə və Qaydaların 12.12-ci bəndinə uyğun olaraq təşkilatın ləğv edilməsi barədə dövlət reyestrində müvafiq qeydlər aparılmış və bu barədə məktubla müraciət etmiş şəxsə - Mətləb Mütəllimova məlumat verilmişdir.”Mail Ekspress” MMC-nin qəbzinə əsasən məktub xx.xx.2023-cü il tarixdə iddiaçıya çatdırılmışdır.İddia ərizəsində göstərilmişdir ki, həmin məktub tərəflərindən 19 oktyabr 2023-cü il tarixdə alınmışdır.
İİ. Tərəflərin əsaslandırması
1. İddiaçının əsaslandırması:
İddiaçı Mütəİİimli Mətləb Əzizulla oğlu ərizə (texniki yanlış olaraq apellyasiya şikayəti yazılmışdır) ilə məhkəməyə müraciət edərək: 1. Sosial Ədalət Partiyasını dövlət reyestrindən çıxarılması barədə qanunsuz qərarın ləğv edilməsini. 2. Səlahiyyətlərini aşaraq Sosial Ədalət Partiyasını reyestdən çıxaran vəzifəli şəxslər haqqında xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İPM-in 52-ci maddəsinə əsasən “apellyasiya şikayəti” “iddia ərizəsi”, mübahisələndirilən qərarın tarixi isə “xx.xx.2023-cü il tarixli” kimi oxunması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sədri olduğu Sosial Ədalət Partiyası (SƏP) 11 dekabr 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır( Şəhadətnamə № 32). Keçən müddətdə SƏP-in 15 mindən artıq üzvü olmuş, partiya Azərbaycanın ictimai-siyasi həyatında, insanların hüquq və azadlıqlarının qorunmasında fəal iştirak etmişdir. Bununla bərabər, çoxsaylı yazılı və şifahi müraciətlərinə baxmayaraq və “Siyasi Partiyalar haqqında” qanuna zidd olaraq hakimiyyət tərəfindən SƏP-in normal fəaliyyəti üçün heç bir şərait yaradılmamış, partiya müxalif yönlü olduğuna görə heç vaxt qərargahla təmin edilməmişdir.Halbu ki, mövcud hakimiyyət tərəfindən Yeni Azərbaycan Partiyası hər cür şəraitlə təmin edilmiş və bu gün də təmin edilməkdədir. Hakimiyyətin müxalif yönlü partiyaların heç birinə qərargah vermədiyi, hər cür maneçilik törətdiyi vaxtlarda, YAP-ın nəinki rayon təşkilatları, hətta, partiya özəkləri belə qərargahla təmin edilmişdir. “Siyasi partiyalar haqqında” qanuna zidd olaraq YAP hakimiyyəti tədris müəssisələrində belə özəklər yaratmış, özünə yaxın partiyaları da qərargahla, hər cür şəraitlə təmin etmişdir.Bütün çətinliklərə baxmayaraq, uzun müddət icarəyə yerlər götürmüş, çətin də olsa, SƏP-in Nizamnaməsinə uyğun fəaliyyət göstərmişlər və vətəndaşların pozulmuş hüquqlarını müdafiə etmişlər.15 sentyabr 2023-cü ildə imzalanmış, tərəflərindən 19 oktyabr 2023-cü il tarixdə alınmış 3-16-5/ 2- 13-5888/2/2023 saylı məktubda Sosial Ədalət Partiyasının dövlət reyestrindən çıxarılması barədə onlara məlumat verilmişdir. Məktub alınan gün onlar teleqramla cavabdehə müraciət etmiş, heç bir qanuni əsası olmayan qərarın onlara verilməsini xahiş etmişlər. Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən onların teleqramına cavab verilməmişdir. Bununla kifayətlənməyərək Ədliyyə Nazirliyinin “Qeyri-hökumət təşkilatları ilə iş şöbəsi”nin rəisi vəzifəsini icra edən Aslan Hacıyevlə görüşmüş, SƏP-n reyestrdən çıxarılmasının səbəbləri barədə məlumat verməyi və qərarın surətinin onlara verməsini tələb etmişlər.Şöbə rəisi qərarın surətini ünvana göndərəcəyini vəd etsə də, göndərməmişdir.12 dekabr 2023-cü il tarixdə onlar bir daha, cavabdehə müraciət edərək SƏP-in reyestrdən çıxarılması barədə qərarın sürətinin verilməsini tələb etmişlər.Onların bu müraciəti də cavabsız qalmışdır.Cavabdehin məktubda istinad etdiyi qanunlar isə dövlət reyestri ilə, qeydiyyatla bağlıdır ki, bu da SƏP-in dövlət reyestrindən çıxarılmasına hüquqi əsas vermir.
Cavabdehin etirazı:
Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir.Etiraz onunla əsaslandırılmışdır ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən siyasi partiya bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda siyasi partiya qurultayının və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Qurumun qurultayı tərəfindən xx.xx.2023-cü il tarixdə partiyanın ləğv edilməsi barədə qərar qəbul olunmuş, həmin qərarla qurumun ləğvi ilə bağlı təsviyəçi partiyanın sədri olmuş (səlahiyyət müddəti xx.xx.2001-ci il tarixdə bitmişdir) X2 təyin edilmişdir. Həmin qərar qurultayın sədri kimi Mətləb Mütəllimov tərəfindən imzalanmışdır. Qeyd edilməlidir ki, partiyanın nizamnaməsinin 7.1-ci bəndinə uyğun olaraq qərarda seçilmiş nümayəndələrin üçdə iki hissəsindən çoxu iştirak etdiyindən qurultayın səlahiyyətli olduğu göstərilmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 16.1-1-ci maddəsi ilə nəzərdə tutulan sənədlər - ləğvetmə qərarı, ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat, hüquqi 2 şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd (№ 06 (231), iyun 2023-cü il tarixli “Ədliyyə” qəzetinin buraxılışı) Mətləb Mütəllimovun xx.xx.2023-cü il tarixli ərizəsinə əlavə olunaraq Ədliyyə Nazirliyinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.2-ci və Qanunun 16.1-2-ci maddələrinə əsasən partiyanın ləğvetmə prosesində olması barədə məlumat xx.xx.2023-cü il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmişdir. Qanunun 16.2-ci maddəsinə və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Qeyrikommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nın (bundan sonra - Qaydalar) 12.4-cü bəndinə uyğun olaraq təsviyəçi tərəfindən xx.xx.2023-cü il tarixdə ləğvetmə balansı, habelə partiyanın qeydiyyat şəhadətnaməsinin, nizamnaməsinin və möhürünün itirildiyi barədə mətbuatda dərc edilmiş elan və onların tapılmaması haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən verilmiş arayış, üzərində “ləğv prosesindədir” yazılmış möhür və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş arayış Ədliyyə Nazirliyinə təqdim olunmuşdur. Bununla yanaşı, müraciətə Mülki Məcəllənin 61.3-cü maddəsinə uyğun olaraq qurum tərəfindən vergi öhdəliklərinin tam yerinə yetirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məktubu əlavə edilmişdir. Həmçinin Mülki Məcəllənin 61.1-ci maddəsinin tələblərinə əsasən qurumun ləğvi barədə məlumat “Ədliyyə” qəzetində daha iki dəfə dərc olunmuşdur. Göstərilənlər nəzərə alınmaqla, Mülki Məcəllənin 61.12-ci, Qanunun 16.5-ci maddələri və Qaydaların 12.11-ci bəndi rəhbər tutularaq xx.xx.2023-cü il tarixdə qurumun dövlət reyestrindən çıxarılması barədə qərar qəbul olunmuşdur. Qanunun 16.7-ci maddəsinə və Qaydaların 12.12-ci bəndinə uyğun olaraq təşkilatın ləğv edilməsi barədə dövlət reyestrində müvafiq qeydlər aparılmış və bu barədə məktubla müraciət etmiş şəxsə - Mətləb Mütəllimova məlumat verilmişdir. Qurumun reyestrdən çıxarılması ilə bağlı qərarın surətinin təqdim edilməməsinə münasibətdə bildiririk ki, həmin qərar vətəndaşın ərizəsinin icrası prosesində görülmüş tədbirlərin yekunu kimi qəbul edilmişdir. Bu qərarın vətəndaşa verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, Qaydalara əsasən ləğv edilmiş və dövlət reyestrindən çıxarılmış qurumun sənədləri müvafiq ardıcıllıqla tikilir və sonra arxivə təhvil verilir. Qaydaların 12.14-cü bəndinə əsasən qurumun üzərində “ləğv prosesindədir” yazılmış möhürü məhv edilmiş və bu barədə müvafiq akt tərtib olunaraq arxiv sənədlərinə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.12-ci maddəsinə və Qaydaların 12.21-ci bəndinə əsasən qurumun ləğvi xx.xx.2023-cü il tarixdən başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır.Yuxarıda göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir.
2. Tərəflərin məhkəmə iclasında izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin dəlillərinə istinad edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Həmçinin, iddiaçı əlavə olaraq izahatında göstərmişdir ki, partiyanın dövlət reyestrindən çıxarılması barədə xx.xx.2023-cü il tarixli qərarı cavabdeh tərəfindən onlara göndərilmədiyindən məzmunundan məlumatlı olmadıqları üçün iddia qaldırmışdır.Məhkəmə Kollegiyasının verdiyi suallara cavabında isə bildirmişdir ki, partiyanın ləğvi barədə məlumatların dövlət reyestrinə daxil edilməsinə dair ərizədəki (xx.xx.2023-cü il tarixdə Ədliyyə Nazirliyinə daxil olmuşdur.) imza onun özünün imzasıdır. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın dəlillərinə uyğun izahat vermişdir.
3. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. “Siyasi partiyalar haqqında”Azərbaycan Respublikasının qanunu: 9.1. Siyasi partiya bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda (bu Qanunun 3.11-ci maddəsi nəzərə alınmaqla) siyasi partiya qurultayının və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər. 9.2. Siyasi partiyanın ləğvi barədə siyasi partiyanın qurultayının qərarı siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmuş qaydada qəbul edilir.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 16.1. Hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində qeyd edilən ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 16.1-1.1. ləğvetmə qərarı; 16.1-1.2. ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat; 16.1-1.3. Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd və möhür. ...... 16.1-2. Təqdim edilmiş sənədlər bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, 5 gün müddətində hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeyd reyestrə daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 61.1. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz. 61.2. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, bu Məcəllənin 59.2-1-ci və 61.1-ci maddələrində göstərilən ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edir. Bundan sonra hüquqi ºəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir. 61.3. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir, dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə borcların olubolmamasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. ....... Maddə 126.1. Siyasi partiyaların ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. ........ 126.5. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.
İV. Məhkəmənin mövqeyi
1. Məhkəmə Kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkünlük sayılmamalıdır.
2. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçının hazırkı tələbi iki hissədən ibarətdir: 1. Sosial Ədalət Partiyasını dövlət reyestrindən çıxarılması barədə qanunsuz qərarın ləğv edilməsi. 2. Səlahiyyətlərini aşaraq Sosial Ədalət Partiyasını reyestdən çıxaran vəzifəli şəxslər haqqında xüsusi qərardad çıxarılması.
3. Məhkəmə tətbiq edilən hüquq normalarına və işin hallarına istinad edərək iddiaçının tələbinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən siyasi partiya bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda siyasi partiya qurultayının və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər.
4. Qurumun qurultayı tərəfindən xx.xx.2023-cü il tarixdə partiyanın ləğv edilməsi barədə qərar qəbul olunmuş, həmin qərarla qurumun ləğvi ilə bağlı təsviyəçi partiyanın sədri olmuş (səlahiyyət müddəti xx.xx.2001-ci il tarixdə bitmişdir) X2 təyin edilmişdir. Həmin qərar qurultayın sədri kimi Mətləb Mütəllimov tərəfindən imzalanmışdır.
5. Qeyd edilməlidir ki, partiyanın nizamnaməsinin 7.1-ci bəndinə uyğun olaraq qərarda seçilmiş nümayəndələrin üçdə iki hissəsindən çoxu iştirak etdiyindən qurultayın səlahiyyətli olduğu göstərilmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 16.1-1-ci maddəsi ilə nəzərdə tutulan sənədlər - ləğvetmə qərarı, ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat, hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd (№ 06 (231), iyun 2023-cü il tarixli “Ədliyyə” qəzetinin buraxılışı) Mətləb Mütəllimovun xx.xx.2023-cü il tarixli ərizəsinə əlavə olunaraq Ədliyyə Nazirliyinə təqdim edilmişdir.
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.2-ci və Qanunun 16.1-2-ci maddələrinə əsasən partiyanın ləğvetmə prosesində olması barədə məlumat xx.xx.2023-cü il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmişdir. Qanunun 16.2-ci maddəsinə və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nın 12.4-cü bəndinə uyğun olaraq təsviyəçi tərəfindən xx.xx.2023-cü il tarixdə ləğvetmə balansı, habelə partiyanın qeydiyyat şəhadətnaməsinin, nizamnaməsinin və möhürünün itirildiyi barədə mətbuatda dərc edilmiş elan və onların tapılmaması haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən verilmiş arayış, üzərində “ləğv prosesindədir” yazılmış möhür və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş arayış Ədliyyə Nazirliyinə təqdim olunmuşdur.
7. Bununla yanaşı, müraciətə Mülki Məcəllənin 61.3-cü maddəsinə uyğun olaraq qurum tərəfindən vergi öhdəliklərinin tam yerinə yetirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məktubu əlavə edilmişdir.
8. Həmçinin Mülki Məcəllənin 61.1-ci maddəsinin tələblərinə əsasən qurumun ləğvi barədə məlumat “Ədliyyə” qəzetində daha iki dəfə dərc olunmuşdur. Göstərilənlər nəzərə alınmaqla, Mülki Məcəllənin 61.12-ci, Qanunun 16.5-ci maddələri və Qaydaların 12.11-ci bəndi rəhbər tutularaq xx.xx.2023-cü il tarixdə qurumun dövlət reyestrindən çıxarılması barədə qərar qəbul olunmuşdur.
9. Qanunun 16.7-ci maddəsinə və Qaydaların 12.12-ci bəndinə uyğun olaraq təşkilatın ləğv edilməsi barədə dövlət reyestrində müvafiq qeydlər aparılmış və bu barədə məktubla müraciət etmiş şəxsə - Mətləb Mütəllimova məlumat verilmişdir. Qurumun reyestrdən çıxarılması ilə bağlı qərarın surətinin təqdim edilməməsinə münasibətdə qeyd olunur ki, həmin qərar vətəndaşın ərizəsinin icrası prosesində görülmüş tədbirlərin yekunu kimi qəbul edilmişdir.
10. Belə ki, Qaydalara əsasən ləğv edilmiş və dövlət reyestrindən çıxarılmış qurumun sənədləri müvafiq ardıcıllıqla tikilir və sonra arxivə təhvil verilir. Qaydaların 12.14-cü bəndinə əsasən qurumun üzərində “ləğv prosesindədir” yazılmış möhürü məhv edilmiş və bu barədə müvafiq akt tərtib olunaraq arxiv sənədlərinə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.12-ci maddəsinə və Qaydaların 12.21-ci bəndinə əsasən qurumun ləğvi xx.xx.2023-cü il tarixdən başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır.
11. Məhkəmə tətbiq edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, hazırkı tələbdə göstərilənlər inzibati mübahisənin mövcudluğuna əsas deyildir.
12. Belə ki, göründüyü kimi, iddiaçı iddiasında inzibati mübahisəyə əsas ola biləcək halların mövcudluğunu (hüquqlarının pozulmasını) əsaslandıra bilməmişdir.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkınməyə dair iddia mümkün sayılır.
14. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
15. Məhkəmə Kollegiyası bir daha diqqətə çəkir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-1-ci maddəsi ilə nəzərdə tutulan sənədlər - ləğvetmə qərarı, ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat, hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd (№ 06 (231), iyun 2023-cü il tarixli “Ədliyyə” qəzetinin buraxılışı) Mətləb Mütəllimovun özünün xx.xx.2023-cü il tarixli ərizəsinə əlavə olunaraq Ədliyyə Nazirliyinə təqdim edilmişdir.
16. Məhkəmə Kollegiyasının iclasında məhkəmənin verdiyi suallara cavabında isə iddiaçı Mütəİİimli Mətləb Əzizulla oğlu bildirmişdir ki, partiyanın ləğvi barədə məlumatların dövlət reyestrinə daxil edilməsinə dair ərizədəki (xx.xx.2023-cü il tarixdə Ədliyyə Nazirliyinə daxil olmuşdur.) imza onun özünün imzasıdır.
17. Beləliklə, iddia ərizəsinin birinci tələbi üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının pozulmasını əsaslandıra bilmədiyindən İPM-in 35ci maddəsinə əsasən tələbi mümkün sayılmamalıdır.
18. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının birinci tələbi – “Sosial Ədalət Partiyasını dövlət reyestrindən çıxarılması barədə qanunsuz qərarın ləğv edilməsi” tələbi mümkün sayılmadığından, iddiaçının ikinci tələbi- “səlahiyyətlərini aşaraq Sosial Ədalət Partiyasını reyestdən çıxaran vəzifəli şəxslər haqqında xüsusi qərardad çıxarılması” tələbi də mümkün sayılmamalıdır.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 126.1-ci və 126.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
İddia mümkün sayılmasın. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.