Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-34/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iş üzrə Q Ə R A R D A D İ (Açar sözlər: “Prezident seçkilərinin ləğv edilməsi və s.”) hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “növbədənkənar prezident seçkilərinin ləğv edilməsi və s.” tələbinə dair inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İ. İşin halları
1. İddia ərizəsinə əsasən iddiaçı iddia edir ki, öz təşəbbüsü ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi sənədlər əsasında xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti seçkilərinə müstəqil namizəd kimi qeydə alınmışdır. O, qanunvericiliklə nəzərdə tutulmuş əmlakı barədə məlumatları və maliyyə gəlirləri barədə bəyannaməni 40 000 seçici imzanın toplanmaması səbəbindən gec təqdim etmişdir.İddiaçı öz təşəbbüsü ilə növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürmüş namizədlərin 40 000 seçici imzasının toplanması öhdəliyinin Seçki Məcəlləsində nəzərdə tutulmadığını əsas gətirir.
2. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli tarixli ərizəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulmuş növbədənkənar prezident seçkilərinin ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması 1.İddiaçının əsaslandırması: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, 1) öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş namizədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən 40 000 seçici imzasını toplamaq öhdəliyi olmadığı halda onlardan qeyri-qanuni olaraq bu seçici imzalarını tələb edən Mərkəzi Seçki Komissiyasının özünün və növbədənkənar prezident seçkilərinin ləğv edilməsini və 2) öz təşşəbüsü ilə namizədliyini irəli sürmüş namizədlərdən qeyri-qanuni olmaqla 40 000 seçici imzasının toplanmasını tələb edən Mərkəzi Seçki Komissiyasının məmurlarının barələrində qanunla nəzərdə tutulan ən ağır cəza tədbirlərinin görülməsinə dair ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o öz təşəbbüsü ilə xx.xx.2023 cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi sənədlər əsasında xx.xx.2023-cü ildə növbədənkənar prezident seçkilərində namizəd olmuşdur. Bu haqda bildiriş 5 gün ərzində verilməli olduğu halda bildiriş 6 gündən sonra rəsmi olaraq 900 ədəd seçicilərin imza vərəqələrinin ona təqdim olunması ilə tərtib olunan aktla baş tutmuşdur. Azərbaycan Respublikasında seçkilərin keçirilməsinə birbaşa cavabdeh olan Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin "prezidentliyə namizədi müdafiə üçün imza toplanması" haqqında 181-ci maddəsinin tələblərindən məlumatı olmamışdır. Belə ki, namizədlərin qeydə alınması haqqında Seçki Məcəlləsinin 53.1-ci, 53.4-cü, 54.1-ci, 54.5-ci, 56-cı və 57-ci maddələri ümumi müddəlar olmaqla bərabər, bələdiyyələrə, Azərbaycan Respublikası Milli Məclisinə, həm də Azərbaycan Respublikası Prezident seçkilərinə namizədlərin seçilməsi ilə əlaqədar olaraq seçkinin növündən asılı olmaqla Seçki Məcəlləsinin digər maddələri ilə dəqiqləşdirilmişdir. Azərbaycan Respublikası Seçki Məcəlləsi Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının sayını Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1- ci maddəsinə, bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün ona lazım olan seçici imzalarının toplanması qaydasını 215.1-ci maddəsinə, eləcə də prezident seçkiləri zamanı prezidentliyə namizədi müdafiə üçün onun namizədliyini irəli sürən siyasi partiya, siyasi partiya bloku və ya təşviqaq qrupu (öz təşəbbüsü ilə namizədliyi irəli sürmüş namizəddən başqa) 181.1-ci maddəsinə əsasən öz namizədlərini 40 000-dən az olmamaqla topladıqları seçici imzaları ilə müdafiə etməlidirlər. Həmçinin 60 -dan az olmayan seçki dairəsinin hər birindən ən azı 50 seçici imzası toplanmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181.1-ci maddəsi özü tərəfindən namizədliyini irəli sürən namizədə 40 000 seçici imzası toplanması öhdəliyini nəzərdə tutmamışdır. Lakin cavabdeh Seçki Məcəlləsinin bu öhdəliyini namizədliyini onun kimi öz təşəbbüsü ilə irəli sürən namizədlər üçün Məcəllənin nəzərdə tutmadığı 40 000 seçici imzasının toplanması üçün onlara da qeyri qanuni olaraq 900 ədəd (50 nəfərdən olmaqla) seçicinin imza vərəqələrinin doldurulması öhdəliyi qoymuşdur ki, bu qüvvədə olan Seçki Məcəlləsinin kobud surətdə pozulmasıdır. Seçki Məcəlləsində nəzərdə tutulmayan, lakin çox uzun vaxt və gərgin əmək tələb edən 40 000 seçici imzasının toplanmaması səbəbindən Mərkəzi Seçki Komissiyası onun heç bir əsas olmadan namizədliyini qeydiyyata almamaqla seçkilərdən kənarda saxlamışdır.Əmlakı barədə məlumatları və maliyyə gəlirləri barədə bəyannaməni 40 000 seçici imzası səbəbindən də xx.xx.2024 cü ildə deyil xx.xx.2024 cü ildə Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir. Mərkəzi Seçki Komissiyası xx.xx.2024 cü ildə ondan qəbul etdiyi bu əlavələri 7 gün ərzində dəqiqləşdirib, aidiyyatı üzrə namizədliyini qeydə almalı idi. Çünki bu 5 saylı əlavələrlə bağlı "ləngimə” onun deyil, cavabdehin öz təşəbbüsü ilə namizədə heç aidiyyatı olmayan 40 000 seçici imzasının toplanması səbəbindən baş vermişdir.
2.Cavabdehin etirazı: Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.
Tərəflərin məhkəmə iclasında izahatları:
1. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası və onun keçirdiyi seçkilər ləğv olunmalıdır. Belə ki, növbədənkənar prezident seçkilərinə namizədliyi qeydə alınmış namizədlərin hər birinə 3 gün ərzində cavab gəlməsinə baxmayaraq o, 2023-cü il dekabr ayının 21-də Mərkəzi Seçki Komissiyasına müraciət etsə də, ona müxtəlif bəhanələr gətirərək yayındırmağa çalışmışlar. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən öz təşəbbüsü ilə nazmizədliyini irəli sürmüş şəxslərin 40.000 seçici imzasını toplamaq kimi bir öhdəliyi olmadığı halda ondan qeyri qanuni olaraq bu imzaların toplanması tələb edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının məmurlarının törətdikləri qeyri-qanuni əməllərə görə onların barəsində qanunla nəzərdə tutulan ən ağır cəza tədbirlərinin görülməsi barədə qərar çıxarılmalıdır. Yekun olaraq, o hüquqlarının bərpa olunmasını və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
2. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddia tələbi əsaslandırılmadığından mümkün sayılmamasını xahiş etmişdir. İİİ. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 101-ci maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin: 25.1. Mərkəzi Seçki Komissiyası Prezident seçkilərini və Milli Məclis deputatlarının seçkilərini, həmçinin referendumların, bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir. 53.1. Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. 53.6. Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur. 55.1. Bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. 56.1. Seçicilərin təşəbbüs qruplarının irəli sürdükləri və ya öz təşəbbüsləri ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 53.6cı maddəsində göstərilən qərarın qəbul edildiyi gündən başlanır. Siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülmüş namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 54.9-cu maddəsində göstərilən qərarın qəbul edilməsi günündən başlanır. 56.2. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin imzaları toplanmalıdır. 181.1. Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: Maddə 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Maddə 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Maddə 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Maddə 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Maddə 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. Maddə 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.
İV. Məhkəmənin mövqeyi
1. Məhkəmə Kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkünlük sayılmamalıdır.
2. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçının hazırkı tələbi iki hissədən ibarətdir: 1) öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş namizədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən 40 000 seçici imzasının toplanması öhdəliyi olmadığı halda ondan qeyri-qanuni olaraq bu seçici imzalarını tələb edən Mərkəzi Seçki Komissiyasının özünün və növbədənkənar prezident seçkilərinin ləğv edilməsi; 2) öz təşşəbüsü ilə namizədliyini irəli sürmüş namizədlərdən qeyri-qanuni olmaqla 40 000 seçici imzasının toplanmasını tələb edən Mərkəzi Seçki Komissiyasının məmurlarının barəsində ədalətli qərar çıxarılması.
3. Məhkəmə tətbiq edilən hüquq normalarına və işin hallarına istinad edərək iddiaçının tələbinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir:
4. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 177-ci maddəsinə (Maddə Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları adlanır) əsasən Azərbaycan Respublikası Prezidenti (bundan sonra — Prezident) seçkilərinin əsasları Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra — Konstitusiya) 100-102-ci maddələri ilə müəyyən edilir.
5. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 1 7 9 . 1 - c i m a d d ə s i n ə ə s a s ə n (179-cu m a d d ə Növbədənkənar Prezident seçkilərinin keçirilməsi adlanır.) Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallarda Prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, habelə Konstitusiyanın 101-ci maddəsinin İ hissəsinin ikinci cümləsinə əsasən Prezidentin elan etdiyi halda növbədənkənar Prezident seçkiləri keçirilir. Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallar növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir.
6. Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin İ. hissəsinə görə Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.
7. Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin V. Hissəsinə görə isə müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.
8. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı maddi hüquq normalarında təsbit olunmuş hüquqa əsaslanaraq subyektiv hüququ olmaqla iddia irəli sürə bilər.
9. Göründüyü kimi, təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin irəli sürülmüş namizədin tələbi ilə ləğv edilməsi ilə bağlı nə qanunvericilik sisteminin əsasını təşkil edən konstitusion normalarda, nə də ki, sahəvi maddi hüquq normalarında hər hansı müddəa nəzərdə tutulmamışdır.
10. Beləliklə, məhkəmə Kollegiyası qənaətə gəlir ki, iddiaçının növbədənkənar prezident seçkilərinin ləğv edilməsi tələbi mümkün sayılmamalıdır.
11. Həmçinin, hazırda iddiaçı Mərkəzi Seçki Komissiyasına qarşı irəli sürülmüş tələbinin birinci hissəsində öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş namizədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən 40 000 seçici imzasının toplanması öhdəliyi olmadığı halda ondan qeyri-qanuni olaraq bu seçici imzalarını tələb edən Mərkəzi Seçki Komissiyasının özünün ləğv edilməsini xahiş etmişdir.
12. İddia tələbinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, həmin dəlillərə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-26/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qərarında (Qərarın 20-26-cı bəndlərində) hüquqi qiymət verilmişdir.
13. İddiaçı isə Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-26/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qərarından yuxarı məhkəməyə şikayət verməmişdir.
14. Beləliklə, iddiaçının yuxarıda hüquqi qiymət verildiyi iddia tələbləri əsaslandırılmaması səbəbindən mümkün sayılmadığından, iddiaçının tələbinin ikinci hissəsi-yəni öz təşşəbüsü ilə namizədliyini irəli sürmüş namizədlərdən qeyri-qanuni olmaqla 40 000 seçici imzasının toplanmasını tələb edən Mərkəzi Seçki Komissiyasının məmurlarının əməlində cinayət tərkibinin olması əsası ilə barələrində ədalətli qərar çıxarılması tələbi də mümkün sayılmamalıdır.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkınməyə dair iddia mümkün sayılır.
16. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qəralarında, o cümlədən “Atakişi Azərbaycana qarşı” işi üzrə xx.xx.2012-ci tarixli qərarında göstərilmişdir ki, “Məhkəmə qeyd edir ki, onun 1 saylı Protokolun 3-cü maddəsində nəzərdə tutulan seçkilərdə səmərəli iştirakla bağlı presidentlərinin xülasəsinə çoxsaylı başqa qərarlarda da rast gəlinə bilər, məsələn Orucov Azərbaycana qarşı (Nº 4508/06, § 40-42, 26 iyul 2011). Daha spesifik olaraq Məhkəmə bir daha təkrar olaraq qeyd edir ki, seçmək və seçilmək hüququ ilə bağlı məsələlərdə razılığa gələn Yüksək Tərəflərə geniş mülahizə sərbəstliyi verilsə belə, son olaraq 1 saylı Protokolun 3-cü maddəsinə əməl edilib edilməməlini müəyyən etmək Məhkəmənin səlahiyyətindədir; Dövlətin qoyduğu şərtlər mübahisə mövzusu olan hüquqların mahiyyətinə ziyan vuracaq dərəcədə onları məhdudlaşdırmamalı və onların səmərəliliyini azaltmamalıdır; onlar legitim məqsədin müəyyən olunması üçün zəruridir və istifadə olunan vasitələr qeyri-mütənasib və qanunsuz olmamalıdır (bax: Matieu-Mohin və Clerfayt Belçikaya qarşı, 2 mart 1987, § 52, Seriya A NºGitonas və Başqaları Yunanıstana qarşı, 1 iyul 1997, 39-cu bənd, Hökmlərin və qərarların hesabatları 1997-İV; və Yumak və Sadak Türkiyəyə qarşı [GC], Nº 10226/03, § 109 (iii), 8 iyul 2008).”
18. Məhkəmə hazırkı işin faktiki hallarına tətbiq edilən hüquq normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında (o cümlədən “Atakişi Azərbaycana qarşı” işi üzrə xx.xx.2012-ci tarixli qərarında) əks olunmuş seçkilərdə səmərəli iştirakla bağlı presidentlərinə istinad edərək qeyd edir ki, hazırkı işin məhkəmə icraatı üzrə araşdırmasının nəticəsi işin mahiyyəti üzrə qərar qəbul edilməsinə əsas vermir.
19. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 35.1, 130.1- 130.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q Ə R A R A A L D I : İddia mümkün sayılmasın. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.