Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-36/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılması tələbinə dair” iddia ərizəsinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.6-cı və 122-ci maddələrinə əsasən cavabdeh Azərbaycan Respublikası Cavabdeh, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hansı normativ hüquqi akta səfirliklərdə muzdulu işlə əlaqədar gəlirdən gəlir vergisini güzəştli dərəcələrlə hesablayan vergi ödəyicilərinə aid edilməməsini, aylıq gəlirlərindən gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən hesablanıb tutulması, eyni zamanda, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xarici ölkələrin Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirliklərdə muzdulu işlə əlaqədar gəlirdən gəlir vergisini güzəştli dərəcələrlə hesablayan vergi ödəyicilərinə aid edilməsi, səfirlik tərəfindən “Sosial sığorta haqqında” AR Qanununun 2-ci və 9-cu maddələrinə zidd olaraq məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları ödənişlərinin hesablanmaması, fərdi şəxsi hesabında ödənişlərin olmaması barədə dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, «xx.xx.2015-ci il tarixdən 01 aprel 2022-ci il tarixə kimi ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyində şəxsi xidmətlər müqaviləsi ilə xidmət göstərmişdir. Səfirliklərdə əmək müqaviləsi ilə işləyən fiziki şəxslərdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdulu işdən aylıq gəlir vergisi tutulur. Məcburi dövlət sosial sığorta haqları isə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 14.3-cü maddsinə, icbari sığorta haqları “Tibbi sığğorta haqqında” Azərbaycan Respublikası Qanunun 15-10.1.2-ci, işsizlikdən sığota haqları isə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən hesablanıb tutulmalı olduğu halda hesablanmır, fərdi şəxsi hesabında ödənişlər təmin edilmir. 04 dekabr 2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Cavabdehnə məktubla müraciət edərək Dövlət Vergi Xidmətinin xarici ölkələrin Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirliklərdə muzdlu işlə əlaqədar gəlirlərdən gəlir vergisini güzəştli dərəcələrlə hesablayan vergi ödəyicilərinə aid edilməməsini və eyni zamanda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xarici ölkələrin Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirliklərdə muzdlu işlə əlaqədar gəlirdən gəlir vergisin güzəştli dərəcələrlə hesablayan vergi ödəyicilərinə aid edilməsi, səfirlik tərəfindən məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari sığorta haqları ödənişlərinin hesablanmaması, fərdi şəxsi hesabında ödənişlərin olmaması barədə mərkəzi icra hakimiyyəti orqanlarının hansı normativ hüquqi aktlara və normativ xarakterli aktlara əsasən onun səfirliklərdə muzdlu işlə əlaqədar gəlirlərindən gəlir vergisini güzəştli dərəcələrlə hesablayan vergi ödəyicilərinə aid edilib, edilməməsi barədə cavab verməyi xahiş etmiş, cavabdeh isə cavab əvəzinə onun məktubunu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərmişdir…» İddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən, məhkəmə tərəfindən iddianın mümkünlük məsələsinə baxılması üzrə məhkəmə iclası təyin edilmiş, bu barədə iddiaçıya bildiriş göndərilmiş, eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 13-cü maddəsinə müvafiq olaraq hüquqi yardım çərçivəsində iddiaçıya ayrıca məktub göelərilərək, iddia tələbinin İPM-in 122.1-ci maddəsinnin tələblərinə uyğun dəqiqləşdirilməsi təklif olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Cabir Quliyev tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilməmiş, bununla bağlı bildirmişdir ki, iddia ərizəsi bir sıra vəkillərlə məsləhətləşmə aparılmaqla tərtib edilmişdir. Onun məhkəməyə verdiyi izahatına əsasən müəyyən olunmuşdur ki, hər bir halda iddia tələbini təqdim etdiyi ifadə formasında müdafiə edir. İİ. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdrıb belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı prosessual qanunvericiliyin tələbləri qaydasında qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. Belə ki, İPM-in 122.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğu Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmədiyi halda yalnız, maraqlı şəxsin ərizəsinə əsasən inzibati məhkəmə icraatında baxıla bilər. Konkret halda isə birincisi, iddiaçının hazırkı iddia tələbinin qeyd olunan məzmunundan göründüyü kimi, iddiaçının tələbi aydın deyil. Belə ki, cavabdeh Azərbaycan Respublikası Cavabdeh konkret olaraq hansı normativ xarakterli aktının qanunauyğunluğunun yoxlanılmalı olduğu, həm də hansı qanunvericilik aktına uyğun olmadığı iddiaçı tərəfindən qeyd olunmur. Məhz, bu baxımdan məhkəmə tərəfindən iddiaçıya yazılı qaydada iddia tələbini İPM-in 122.1-ci maddəsinə uyğun qadada dəqiqləşdirilməsi təklif olunmuş, lakin iddiaçı iddia tələbini dəqiqləşdirməmiş, müvafiq ərizə məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iddia ərizəsinin təsviri hissəsində adları çəkilən- Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun və “Tibbi sığğorta haqqında” Azərbaycan Respublikası Qanunun normalarının - Azərbaycan Respubliksının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına gəldikdə, sözügəedən Məcəllə və Qanunlar Cavabdeh tərəfindən deyil, Azərbaycan Respublikasının Milli Məcəlsi tərəfindən qəbul olunmuş normativ-hüquqi aktlar hesab olunur. Həmin normativ-hüquqi aktların isə Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunu yoxlamaq səlahiyyəti Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə əsasən Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aiddir. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılması tələbinə dair” hazırkı iddiası İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilməsi istisna olunur. Başqa sözlə, inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən, məhkəmə icraatı mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsi isə nəzərdə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə də, yuxarıda göstərilənlər baxımından, məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılması tələbinə dair” iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(103)-36/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(103)-36/2024
14.03.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver