Məhkəmə qərarları › İş №2-3(103)-45/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-45/2025

12.06.2025 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-45/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X2 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müvafiq məbləğin və vəkil xərcinin ödənilməsi”nə dair iddia tələbi üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, “cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 17.083 (on yeddi min səksən üç ) ABŞ dolları və 6 il müddətinə ona hesablanmış (illik 10.4, 6 il müddətinə = 62.4) 10659 ( on min altı yüz əlli doqquz) ABŞ dolları faizin, ümumilikdə 27 742 (iyirmi yeddi min yeddi yüz qırx iki) ABŞ dollarının və vəkilə hüquqi xidmət üçün ödədiyi 300 ( üç yüz) manatın alınıb ona ödənilməsi barədə qərar ” xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o qazancının bir hissəsini ailənin ehtiyaclarına sərf etdikdən sonra. 2009-cu ildən etibarən ’Texnikabank" ASC-ııin Mingəçevir filialının depozitinə müəyyən vaxtlarda və müəyyən məbləğlərdə pullar yerləşdirmişdir, 2015-ci ilin sonuna kimi müqaviləyə uyğun olaraq hesablanmış faizləri götürmüşdür. Hazırda onun “Texnikabank" ASC-nin Mingəçevi filialının depozitinə pulların ABŞ dolları ilə yerləşdirməyim barədə əmanət depozit hesab haqqında müqavilələri vardır. 06 yanvar 2015-ci il tarixli, 26İFZ**********1 və 06 yanvar 2015-ci il tarixli, 261FZ**********2 saylı Standart əmanət (depozit) hesabı haqqında müqavilələrdən görünür ki, o 4000 ABŞ dolları pulu 12 ay müddətinə illik 10.4 faiz şərti ilə "xxxx" ASC -nin Mingəçevir filialına əmanət (depozit) qoymuşdur. Onda olan 002540 saylı əmanət kitabçasına əsasən xx.xx.2013-cü ildə 7000 ABŞ dolları, xx.xx.2013-cü ildə 1000 ABŞ dolları, xx.xx.2013-cü ildə 15000 ABŞ dolları, xx.xx.2013-cü ildə 9000 ABŞ dolları, xx.xx.2015-ci il isə 4000 ABŞ dolları pulu cəmi 36 000 (otuz altı min) ABŞ dolları pulu "xxxx" ASC-nin əmanət (depozit) qoymuşdur. 2016-cı ilin fevral ayında əmanətin bir hissəsi 18.917 ABŞ dolları ona qaytarılmışdır. Bundan bank tərəfindən ona qalan pulu və ona hesablanmış faizlər qaytarılmamışdır. Dəfələrlə müraciət etməsinə baxmayaraq əmanət ona qaytarılmamış, hazırda 36 000-18.917=17.083 ABŞ dolları depozitdə (əmanətdə) pulu qalmışdır. 2021 -ci ilin təxminən oktyabr ayında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun rəhbəri cənab Tural Piriyevə rəsmi ərizə ilə müraciət edib, əmanətinin qaytarılmasını xahiş etmişdir. Ləğv prosesində olan “Texnikabank" X1 Sığortalanması Fondunun ona göndərilmiş 01 dekabr 2021-ci il tarixli **********697 saylı məktubunda göstərilmişdir ki, " 20 iyul 2016-cı il tarixdə "Banklar haqqında" Azərbaycan Respublikası Qanunun 77.1-ci maddəsinə uyğun olaraq mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğdə qəbul edilmiş və həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında ödəniləyəcəni nəzərə almağınız xahiş olunur". Sonuncu müraciətinə cavabdan 10 (on) ay vaxt keçmişdir. O məcburi köçkündür, ikinci qrup əlildir, 62 yaşı var. Heç bir yerdə işləmirəm, Rusiya Federasiyasına və ya başqa xarici ölkəyə getmir, ona vacib pul lazımdır. Ləğv prosesində olan “Texnikabank" Ləğvedici Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun depozitində 17.083 (on yeddi min səksən üç) ABŞ dolları əmanəti qalmışdır. Nəzərə alınsa ki, sonuncu kredit müqaviləsinə (xx.xx.2015-ci il tarixli) əsasən illik 10.4 faiz hesablanmaq ona depozitdə qalan məbləğin faizi ödənilməli idi, 2016-2021-ci illər ərzində 6 il müddətində ona faiz ödənilməmiş, bununla da ona xeyli zərər dəymişdir. Hesab edir ki. Ləğv prosesində olan "Texnikabaıık" Ləğvedici Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun depozitində 17.083 (on yeddi min səksən üç) ABŞ dolları əmanətinin və ona hesablanmış (illik 10.4, 6 il müddətinə) 10659 (on nıin altı yüz əlli doqquz) ABŞ dolları faizin, ümumilikdə cəmi 27 742 (iyirmi yeddi min yeddi yüz qırx iki) ABŞ dolları pulun, vəkilə hüquqi xidmət üçün ödədiyi 300 (üç yüz) manatın Ləğv prosesində olan 'Texnikabaıık" Ləğvedici Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan alınıb ona verilməlidir. 2025-ci ilin təxminən mart ayında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun rəhbəri cənab Tural Piriyevə rəsmi ərizə ilə müraciət edib, əmanətinin qaytarılmasını xahiş etmişdir. Ləğv prosesində olan "Texnikabaıık" Ləğvedici Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun ona göndərilmiş 11 aprel 2025-ci il tarixli 12- 5/2-B-l8xx-xx-5674/2025 saylı məktubunda göstərilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.02,2016-cı il tarixli, 2-1 (81)-1541/2016 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, barəsində iflas prosduruna başlanılmış və eyni məhkəmənin xx.xx.2016-ci il tarixli, 2-1 (81)-1541 /2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedici təyin olunmuşdur. "Banklar haqqında" Azərbaycan Respublikası Qanunun 77.1-ci maddəsinə uyğun olaraq qeydə alınmış kreditor tələbiniz ödənilməsi həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. Məlumat üçün qeyd edirik ki, hazırda ləğv prosesində olan "xxxx" ASC tərəfindən "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 82.1.2-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ Üzrə tələbləri ödənilməkdədir. Nəzərə almağınız xahiş olunur". 3 il əvvəl eyni məzmunlu müraciətlə məhkəmələrə müraciət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2- 3(103)-28/2022 saylı qərarına əsasən iddia ərizə təmin edilməmişdir. Həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayəti təmin edilməmişdir. Hər iki instansiya məhkəməsi "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 77, 82, 87-ci maddələrinə istinad edilmişdir. Göründüyü kimi məhkəmələr Əmanətlərin Sığortalanması Fondunun qanunsuz fəaliyyətinə, süründürməçiliyinə şərait yaradırlar, ilk müraciət etdiyi gündən 3 il vaxt keçməsinə baxmayaraq 3 ildən sonra yenidən eyni məzmumlu cavab vermişlər. Daha sonra cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Banklar Haqqında Qanunun 76.1-ci maddəsinə əsasən bu Qanunun 77.1-ci və 77.2ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Belə ki, iddiaçının qorunan əmanəti üzrə ona həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq 30.000 manat məbləğində kompensasiya ödənilmiş və geri qalan məbləğ ləğvedici tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən kreditor tələbi kimi qeydə alınmışdır. Bununla bağlı, iddiaçının müraciətinə qanunvericiliyin tələblərinə uyğun olaraq cavab məktubu da təqdim olunmuşdur. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası qanununun 28.4-cü maddəsinə əsasən bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır. Qanunun qeyd edilən müddəası kəsici müddətdir və müddət artıq iddiaçı tərəfindən ötürülmüşdür. Bundan başqa qeyd edirik ki, ötürülmüş müddətin bərpası qanunla müəyyən edilməmişdir. Azərbaycan Respublikası Banklar Haqqında Qanunun 82-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.2.fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3.iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4.iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5.bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6.müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7.bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə ödənilməli məbləğlər; 82.1.8.təminatsız kreditorların tələbləri. İddiaçıya qeyd olunan məbləğ kompensasiya edildikdən sonra qalıq məbləğ qanunvericiliyin tələblərinə əsasən qeydə alınmış və növbəlik qaydasında ödənilməsi barədə iddiaçıya məlumat verilmişdir. Həmçinin bildiririk ki, ləğvedici tərəfindən məhkəmə qərardadı əsasında ləğv prosesində olan "xxxx" ASC-nin 17.000 manatadək məbləğdə əmanəti olan şəxslərə müvafiq kreditor tələblərinin ödənişləri 2019-cu ildə həyata keçirilmiş, lakin iddiaçının qalıq əmanəti 17 000 manatdan yuxarı olduğu üçün iddiaçıya vəsait ödənilməmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, iddiaçının tələbi Fonda qarşı olsa da, iddia ərizəsini iflas proseduruna nəzarət edən məhkəməyə ünvanlamışdır. Kompensasiya tələbləri ilə bağlım Fondunn cavabdeh olaraq seçildiyi işlərə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılır. Ləğv prosesində olan "xxxx" ASC və Fond ayrı-ayrı hüquqi şəxslərdir və hər birinin ayrıca VÖEN-i mövcuddur. Göründüyü kimi iddiaçı tərəfindən cavabdeh və/və ya məhkəmə aiddiyəti doğru seçilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirak olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, «Banklar haqqında» Qanunun: 82-ci maddəsi kreditorların tələblərinin təmin edilməsinin aşağıdakı növbəlik qaydasını nəzərdə tutur: 82.1.Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 81.1.(19 oktyabr 2007-ci il tarixli 452-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1070) ilə 82.1.1-ci maddə çıxarılmışdır) 82.1.2.fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3.iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4.iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5.bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6.müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7.bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər; 82.1.8.təminatsız kreditorların tələbləri. Bankın müflis elan edilməsindən və ləğvedicisi təyin olunduqdan sonra, məhkəmənin qərardadı ilə, ləğvedicinin təqdim etdiyi, iddiaçının da kreditor tələbinin daxil edildiyi kreditorların tələblər Siyahısı təsdiq olunmuş və təminatsız kreditorların tələbləri bölməsində sıralanmış şəkildə təsbit olunmuşdur. «Banklar haqqında» Qanunun 77.8-ci maddəsinin tələbində isə nəzərdə tutulur ki, məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən Bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Həmin Qanunun 87.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Həmin Qanunun 87.4-cü maddəsinə əasən ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş məbləğlər Mərkəzi Bankda xüsusi hesabda depozitə qoyulur. Ləğvedici kütləvi informasiya vasitələrində bildiriş dərc etdirərək göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş vəsait göstərilən kreditorlar və ya onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alma bilər. İddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür. İddiaçının iddia ərizəsindən də göründüyü kimi, həmin ödəniş qrafiki əsasında iddiaçıya onun qeyd alınmış tələbi üzrə 2016-cı il tarixdə 18.917,00 ABŞ dolları məbləğində ödəniş edilmişdir Qanununvericiliyin qeyd olunan tələblərindən isə göründüyü kimi, tələbin yerdə qalan hissəsinin növbəlilik qaydasından kənar ödənilməsini tələb etməsi həm maddi hüquq normalarına, həm də tələbləri qeydə alınmış digər kreditorların maraqlarına ziddir Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinin mənası da, məhz, onu ehtiva edir ki, ərizəçi öhdəliyin icrası haqqında iddia vasitəsi ilə inzibati orqandan inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini o halda tələb edə bilər ki, inzibati orqanın bu öhdəliyi qanunun tələbindən irəli gəlsin və yerinə yetirilməməsi nəticəsində iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanlardan isə göründüyü kimi, iddiaçının qeyd alınmış kreditor tələbinin qalıq hissəsinin növbəlilik qaydasından kənar ödənilməsi üçün cavabdeh ləğvedicinin qanunla üzərinə düşən öhdəliyi müəyyən olunmur. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının iddia tələbini əsassız sayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131.1-ci maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 131.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 89, 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Kollegiyası Q Ə R A R A A L D I : İddia təmin edilməsin. Qərardan, qərarın təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar