Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-47/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Rəşid Əfraim oğlu Səmədovdan və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının X5 publik hüquqi şəxsinin Cavabdeh qarşı “media subyektinin və onun redaksiyasının fəaliyyətinə xitam verilməsi” tələbinə dair iddia ərizəsinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının X5 publik hüquqi şəxsi iddia ərizəsi ilə müraciət edərək, cavabdeh - Cavabdeh media subyektinin və onun onlayn redaksiyasının (“dia-az.info ”veb saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Zamanov X1 olaraq əvvəllər “dia.az” onlayn redaksiyası vasitəsi ilə qanunsuz olaraq media subyekti kimi fəaliyyət göstərirdi. İddiaçı tərəfindən həmin redaksiyanın fəaliyyətinə xitam verilməsi barədə iddiası məhkəmə tərəfindən təmin edildikdən sonra cavabdeh yenidən qanunsuz olaraq “dia-az.info” onlayn media redaksiyası - veb-saytı vasitəsi ilə fəaliyyət göstərir. Buna baxmayaraq, cavabdeh bu günə qədər Media Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının X3 müraciət etməmişdir. Halbuki, ölkə ərazisində fəaliyyət göstərən çap mediası və ya onlayn media subyektləri onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün müvafiq olaraq materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yəni X3 rəsmi müraciət etməli idi. Lakin cavabdeh tərəfindən belə bir müraciət olmadan qanunsuz olaraq fəaliyyət göstərməyə başlanılmışdır. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X3 müraciət etməlidir. Qeyd olunan müddəa keçid müddəa statusunda olmuş və Qanun qüvvəyə minənə qədər, yəni xx.xx.2022-ci il tarixinə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyırdı. Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra, yəni 14 aprel 2023-cü ildə Qanunun 78.3-cü maddəsi öz hüquqi qüvvəsini itirdi və bu tarixdən sonra Qanunun 62.2-ci maddəsi yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir. Belə ki, həmin Qanunun 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yəni X3 rəsmi müraciət etməlidir. “Media haqqında” Qanunun 65.4.4-cü maddəsinə əsasən isə bu Qanunun 62.2- ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının X3 rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda Agentlik çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır. Hazırkı halda isə Cavabdeh Qanunun 62.2-ci maddəsinin tələblərinə əməl etməyərək, yəni Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərməkdədir. Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnir ki, özlüyündə həmin media subyektinin fəaliyyətinin qanunsuz olmasına gətirib çıxarır. Daha sonra iddiaçı dəqiqləşmə barədə ərizə təqdim edərək, cavabdeh - Cavabdeh media subyekti kimi “dia-az.info ” veb saytı (onlayn redaksiyası) adı altında göstərdiyi fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdehlə aralarında olan digər məhkəmə mübahisəsi üzrə tərəflərindən verilmiş şikayətə Ali Məhkəməsində baxılacaqdır. Bu əsasla hazırki iş üzrə iddia ərizəsinin baxılmadan geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadanı geri götürməyə haqlıdır. Həmin Məcəllənin 55-ci maddəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının X5 publik hüquqi şəxsinin Cavabdeh qarşı “media subyektinin və onun redaksiyasının fəaliyyətinə xitam verilməsi” tələbinə dair iddia ərizəsinin geri götürülməsi qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(103)-47/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(103)-47/2024
11.07.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver