Məhkəmə qərarları › İş №2-3(103)-48/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(103)-48/2024

01.08.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-48/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun və iddiaçının iştirakı ilə, İddiaçı cavabdehlər Əmanətlərin sığortalanması Fonuduna və ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı “banka olan kredit borcunun qalmış hissəsinin restrukturizasiya olunmaqla, manat ekvivalentində ödənilməsi tələbinə dair» ödənilmiş arğıq pul vəsaitinin geri qaytarılması və maddi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ.İddiaçı cavabdehlər Əəmanətlərin sığortalanması Fonuduna və ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh bank tərəfindən pul vəsaitinin geri qaytarılması və xx.xx.2011-xx.xx.2023-cü il tarixinə qədər zesablanmalı olan 985 manat əlavə məbləğin maddi ziyan kimi ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...xx.xx.2011-ci il tarixdə Cavabdeh2 ASC-nin İnam filialından 3500 manat kredit götürmüşdür.Bank tərəfindən ona ayrılan kreditin əsas borc hissəsini və faizi ona təqdim olunan cədvəl əsasında hər ay vaxtılı-vaxtında ödəmişdir. xx.xx.2012-ci il tarixdə ona verilən cədvəl əsasında borcunun tamamilə bağlanması üçün banka 187 manat pul ödəmiş,ödəmə barədə ona bank tərəfindən ödəniş çeki təqdim olunaraq bildirmişlər ki, borcu tam bağlandı. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, onun xx.xx.2011-ci il taricdə banka ödədiyi 236 manat pul bankın kassasına ödədiyi və çek aldığı halda həmin məbləğbankın əməliyyt sistemində əks olunmamışdır.Buhal bankəm əkdaşlarının qanuna zidd hərəkətlər hərəkətləri nəticəsində baş vermiş və onlar tərəfindən mənimsənilmişdir. Nəsimi rayon Məhkəməsində iddia qaldırsa da məhkəmənin 2(006)-509/2024 saylı 09 yanvar 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçının pul tələbi kreditor tələbi olduğundan . Həmin iddia tələbinə bankı müflis elan olunması barədə qərar qəbul edən məhkəmə tərəfindən baxılıbhüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı bütün tələblər yalnız iflas proseduru çərçivəsindəirləi sürülür. Bundan sonra o, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-Kollegiyasına ərizə ilə müraciət etmiş, lakin Məhkəmənin 2-3(103)-42/2024 saylı 29 may 2024-cü il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır.. Məhkəmə öz qərarında qeyd etmişdir ki, əvvəl X1 müraciət etməli,imtina cavabı onda məhkəməyə müraciət etməlidir…» İşə əlavə Ləğv prosesində olan Zaminbank» ASC-in iddiaçının müraciətinə baxılması barədə 28 iyun 2024-cü il tarixli məktubunda iddiaçının müvafiq müraciəti ilə əlaqədar ona bildirilmişdir ki, xx.xx.2011-ci il tarixdə bağlanmış kredit münmüqaviləsi əsasında bapnktərəfindən iddiaçıya 3500 kredit verilmişdir. xx.xx.2024-cü il tarixinə olan bank əməliyyat sisteminin məlumatlarına əsasən onun bank qarşısında borcöhdəliyi yoxdur. Ərizəsin əlavə edilmiş mədaxil qəbzində qeyd olunan 236 manat məbləğbank əməliyyat sistemiqdə özəksini tapmamışdır. Cavabdeh Zaminbank» AS_ iddia ərizəsinə etirazında iddinı qəbuletməmiş , rədd olunmasını məhkəmədən xahiş etğmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçının artıq ödədiyi 236 manat vəsaitin onun kreditorr tələbi kimi qeydə alınması ümükün deyil.Çünki Banklar haqqında Qanunun 76-cı maddəsinə əsasən bankın müflis elan olunması barədə məlumat dərc edildiyi gündən 60 təqvim günü ərzində iddiaçının müraciəti əsasında onun kreditor tələbi kimi qeydə alına bilərdi. Həmin müddətin 30 gün uzadılmasına yol verilir. 2011-ci ildən 2023-cü il tarixəqədər 985 manat maddia ziyanın isə hansı qayda və əsaslarla hesablandığı bildirlməmişdir…» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Nəcəfzadə iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verərək hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və iddiaçının hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. Konkret halda, iddiaçının cavabdehlərə qarşı hazırkı iddia tələbinin məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunmur. Belə ki, Bakı Apellypasiya Məhkəməsinin 2-1(103)-1377(2017 saylı 17 avqust 2017-ci il tarixli qərardadı ilə müəyyən olunmuş hallardan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarına əsasən Bankın məcburi ləğv edilməsi qərarı alınaraq Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi təyin olunmuş və məhkəmənin 24 iyul 2016-cı il tarixdən Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edilmiş, həmin məhkəmənin 19 sentyabr 2016-cı il tarixli qərarı ilə iflas proseduruna başlanmışdır. «Banklar haqqında» Azərbaycan Rspublikası Qanunun 76.1-ci maddəsinə əsasən Bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. Həmin Qanunun 77.1-ci maddəsinə əsasən bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə almır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. Həmin Qanunun 77.8-ci maddəsinə əsasən məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. Həmin Qanunun 77.9-cu maddəsinə əsasən ləğvedici məhkəmənin rədd etdiyi tələblərin hesabına heç bir ödənişi icra etmir. Tələbi məhkəmə tərəfindən rədd edilmiş kreditor məhkəmənin qərarından həmin qərara dair bildirişi aldığı gündən iki həftə ərzində şikayət verə bilər. Belə şikayətlərə ərizə məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Şikayətin verilməsi tələbin rədd edilməsi barədə məhkəmə qərarının qüvvəsini dayandırmır. Konkret halda, da iddiaçı tərəfindən hazrkı tələbinin cavabdeh bankın kreditorları siyahısnda qeydə alınması üçün z qanunla nəzərədə tutlan müddətdə müvafiq ərizə ilə ləğvediciyə ( Əmanətlərin Sığortalanması Fonduna) müraciət etməmiş, həmin müddəti də ildən də çox ötürmüşdür. Belə ki, işə əlavə olunmuş və Bakı Apellypasiya Məhkəməsinin 2-1(103)-1377(2017 saylı 17 avqust 2017-ci il tarixli qərardadı il Ləğv prosesində olan Cavabdeh2 ASCnin “Etiraz edilmiş kreditorlarının və qəbul edilmiş kreditorlarının Siyahıları təsdiq edilmiş və bu barədə ləğvedci tərəfindən mətbuatda elan edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsi isə nəzərdə tutur ki,təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beləliklə də iddiaçının ləğv prosesində olan Cavabdeh2 ASC-yə və məhkəmə tərəfindən təyin olunmuş ləğvedicisi Əmanətlərin Sığortalanması fonduna qarşı artıq ödənilmiş 236 manat məbləğində pul tələbinə dair iddia tələbinin məhkəmə icraatı mümküsüzdür. Onun maddi ziyan tələbinə gəldikdə isə, birincisi, banka ödədiyi artıq məbləğ, kreditor tələbi kimi qeyd alınmadığı və müddət də keçdiyi halda, həmin vəsaitdən hesablanan maddi ziyan tələbinin də inzibati məhkəmə icraatı istisna olunur. İkinci bir tərəfdən, İPM-in 2.1-ci maddəsi isə nəzərədə tutur ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: …; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. İnzibati prosessual qanunvericiliyin qeyd olunan tələbləri baxımından, bankın kreditoru olmayan iddiaçının hazırkı maddi ziyan iddia tələbinin apellyasiya instansiyası məhkəməsində birinci instansiya məhkəməsi kimi inzibati icraat qaydasında baxılması nəzərdə tutulan iddia növünə aidiyyəti istisna olunur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd etmişdir ki, hüquqi mövqeyi baxımından iddiaçının hazırkı tələbinin predmet aidiyyəti iflas prosesi çərçivəsində deyil, mülki hüquq qabiliyyətini saxılayan "xxxx" ASC-yə qarşı irəli sürülməklə mülki hüquq müstəvisində həll olunması mümkün olan bir məsələni özündə əks etdirir. Beləliklə də, iddiaçının cavabdehlərə qarşı hazırkı tələblərinin inzibati məhkəmə icraatının mümkünlük şərtləri yerinə yetirilmədiyindən, İPM-in 35-ci maddəsinin tələblərinə müvafiq əsaslandırılmış iddia tələbləri kimi qəbul edilməsi mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsi isə nəzərdə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2, 80, 131-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar