Məhkəmə qərarları › İş №2-3(103)-50/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-50/2024

25.07.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-50/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı Azərbaycan Respublikası Məkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 22/105 saylı qərarının ləğv edilərək onun seçilmək hüququnun bərpa edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı Azərbaycan Respublikası Məkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 22/105 saylı qərarının ləğv edilərək onun seçilmək hüququnun bərpa edilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, 24 saylı Nizami birinci seçki dairəsinin qərarı qərəzli, məntiqə sığmayan, ona, döyüş dostlarına, şəhidlərin ruhuna hörmətsizlikdir. Belə ki, G.S.Fərziyev Qarabağ qazisi, ehtiyatda olan zabit, eyni zamanda onun oğlu X8 qazi və ehtiyatda olan zabitdir. G.S.Fərziyev namizədliyinin qeydə alınması üçün ərizə ilə müraciət etdiyi gündən 24 saylı Nizami birinci seçki komissiyası ona səmimiyyət deyil, qərəzli münasibət bəsləmiş, hər dəfə nahaq bu işə gedirsən, başın bərk ağrıyar deyərək ona maneələr yaradılır, ona qarşı sədd çəkilir. İmam Hüseyn ayı olan məhərrəm ayında Şah Abbas məscidində onun ziyarətinə görə sifarişlə məsciddə işləyən əməkdaşlardan akt və şikayət başlanmış, ona qarşı sifarişli araşdırma aparılmış, sonda nəticə əldə edilmədiyinə görə tələsik imza vərəqələri istənilmişdir. Müddətin mövcüd olmasını nəzərə almadan orda olan qüsurları axtarmağa vaxtını sərf etmişdir. İki vətəndaşın ata adı yoxdur və ya üç imza vərəqələrində sonda imza atılmaması qeyd edilmişdir. Ən böyük səhv imza vərəqələrində yüz əlli imzanın dairənin ərazisində olmayan prezident seçkiləri zamanı 18 saylı dairə ərazisi olduğunu bildirərək və ona əsaslanaraq tələsik qərar qəbul edilmişdir. Birincisi 18-ci dairə ərazisi də Nizami rayonu ərazisində qeydiyyatda olan vətəndaşlardır. Əgər bu imzalar etibarsız hesab edilirsə onun əlavə vaxtı var və dəfələrlə şifahi və yazılı müraciət edib yeni imza vərəqələrinin ona verilərək yenidən imzaların toplanması üçün şərait yaradılmasını xahiş etmiş, buna baxmayaraq qanuni müraciətlərinə etiraz edilmişdir. Qeyd olunan faktlar nəzərə alınaraq Azərbaycan Respublikasının Məkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 22/105 saylı qərarının ləğv edilərək iddiaçının seçilmək hüququnun bərpasına dair qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq izahatında göstərmişdir ki, o, öz təşəbbüsü ilə dördüncü dəfədir ki, namizəd kimi qeydə alınır. Hazırkı seçkidə siyasi atmosferi özünə daha münasib bilib hesab edir ki, əvvəlkilərdən fərqli olaraq bu dəfə seçilmək şansı daha böyükdür. Ona görə də namizədliyini irəli sürmüşdür. Dəfələrlə seçki dairəsindən namizədliyini geri götürməsi təklif olunsa da o, seçkilərə gedəcəyini israrla bildirmişdir. İmza vərəqələrini götürdükdə ona dislokasiya təqdim olunmamış, tələb etdikdə dördüncü dəfədir seçkilərdə iştirak edirsən get imzalarını topla cavabı verilmişdir. İmza vərəqələrini doldurub gətirməmişdən 4-5 gün əvvəl Keşlə məsçidində ziyarətda olan zaman o, Hacı İlham adlı şəxslə və məscidin axundu ilə görüşmüş, sonradan ona barəsində 9 nəfərin saxta akt tərtib etməsi məlum olmuşdur. Güya o, vaxtından əvvəl məsçiddə təbliğat-təşviqat aparmışdır. Həmin akta əsasən onun namizədliyinin ləğv edilməsi üçün MSK-ya müraciət edilmişdir. Bundan sonra ona namizədliyini geri götürməsi, əks halda ləğv edəcəkləri bildirilmişdir. İmza vərəqələrini doldurub təqdim etdikdən sonra ona dairədən kənarda imza toplamısı bildirilmişdir. O, ərazinin Nizami rayonunun ərazisi olmasını, əvvəlki seçkilərdə də həmin ərazidə imza toplamasını desə də, ona Prezident seçkilərindən sonra həmin dairənin bölünüb 18-ci dairə yaradılması deyilmişdir. O, yenidən imza vərəqi istəsə də verilməmişdir. MSK-da sədr ona yenidən imza toplaya bilməsini desə də, 24 saylı Nizami birinci seçki dairəsindən ona yenidən namizədliyini irəli sürməli olması deyilmiş, bundan sonra MSK-ya və 24 saylı Nizami birinci seçki dairəsinə teleqram göndərmiş, lakin bu günədək müraciətinə cavab verilməmişdir. O, Dövlətinə yardımçı olmaq, siyasi proseslərdə iştirak etmək istəyir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, şikayət daxil olduqdan sonra o, iddiaçıya zəng vurub əlaqə saxlamış və ona imza vərəqələrindəki çatışmamazlıqların aradan qaldırmasını izah etmişdir. Bundan sonra o, iddiaçıya namizədliyinin qeydə alınmamasının səbəbinin yalnız imza toplanması ilə bağlı olmasını bildirmişdir. İddiaçı MSK-nın iclasında Seçki Məcəlləsinin tələbini pozmasını qəbul edərək etiraf etmiş, dairənin hüdudlarından kənarda imza toplamasını bildirmişdir. İddaiçı tərəfindən imza toplamaq qanunvericiliyin tələblərinə uyğun aparılmamış, sənədlərdə olan xeyli sayda düzəlişlər təsdiq edilməmiş, təklif olunsa da, iddiaçı düzəlişləri etməkdən də imtina etmişdir. Dairə Seçki Komissiyasının qərarına əsasən 371 imzanın dairənin hüdudlarından kənarda toplanması müəyyən edilmişdir. İddiaçıya yenidən namizədliyini irəli sürmək hüququnun olması izah olunmuşdur. Seçki Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, seçki komissiyaları imza vərəqələrində olan məlumatların düzgünlüyünü müəyyənləşdirmək üçün seçici siyahılarından və vətəndaşların qeydiyyat sistemindən istifadə edə bilərlər. İddiaçının dairənin hüdudlarından kənarda imza toplaması onun namizədliyinin qeydə alınmasından imtina edilməsi üçün əsasdır. Dislokasiyanın namizədə təqdim edilməsi vəzifəsi qanunda qeyd olunmasa da iddiaçı bu barədə müraciət etsəyi ona bu barədə məlumat verilərdi. MSK-nın saytında bütün məntəqlərin, dairələrin hüdudları göstərilmişdir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Təbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 26. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 56. İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Seçki Məcəlləsi Maddə 3. İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır. Maddə 53.1. Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. Maddə 53.2. Namizəd və ya namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü barədə müvafiq seçki komissiyasına yazılı bildiriş verir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti, bundan başqa, irəli sürülən namizədin əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü) göstərilməlidir. Maddə 53.6. Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur. Maddə 53.7. Namizədin irəli sürülməsinin təsdiq olunmasından imtina edilməsi üçün əsas yalnız bu Məcəllənin 53.2 və 53.3-cü maddələrində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədlərin irəli sürülməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası bu Məcəllənin 53.6-cı maddəsində göstərilən müddətdə namizədi bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsini təsdiqləyir. Maddə 55.1. Bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Maddə 56.1. Seçicilərin təşəbbüs qruplarının irəli sürdükləri və ya öz təşəbbüsləri ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 53.6-cı maddəsində göstərilən qərarın qəbul edildiyi gündən başlanır. Siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülmüş namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 54.9-cu maddəsində göstərilən qərarın qəbul edilməsi günündən başlanır. Maddə 56.2. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin imzaları toplanmalıdır. Maddə 56.3. Hər bir imza vərəqəsində namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri və ya tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), yaşadığı yerin ünvanı, irəli sürüldüyü seçki dairəsinin adı (sıra nömrəsi) göstərilməlidir. Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, imza vərəqəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsi ilə məhkum olunduğu, həmin maddənin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. Maddə 57.1. Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağana əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydiyyatından, qeydə alınmış namizədlərin qeydiyyatından imtina üçün əsas ola bilər. Maddə 57.4. Seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir. Maddə 57.7. İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini göstərir. Maddə 57.10. Namizədin irəli sürülməsinin təşəbbüsçüləri, namizədin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzalarının sayını hesablayır, seçici imzalarının toplanması nəticələri haqqında protokolu tərtib edir və imzalayırlar. Maddə 58.1. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir: 58.1.1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri; Maddə 58.4. Seçki komissiyaları seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini və vaxtını qeyd edərək, namizədə və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə qəbul edilmiş imza vərəqələrinin sayını, oradakı imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir. Həmin şəxslər tərəfindən müvafiq seçki komissiyasına müvafiq sənədlər bu Məcəllənin 58.1 və 58.2-ci maddələrində göstərilmiş müddət başa çatanadək təqdim edildikdə, onların qəbul edilməsindən imtina edilə bilməz, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin müvafiq binaya (otağa) daxil olmasına məhdudiyyət qoyula bilməz. Maddə 59.1. Müvafiq seçki komissiyası bu Məcəllə ilə müəyyənləşdirilmiş sənədlərdə, hər bir namizədin imza vərəqələrində olan məlumatların düzgünlüyünü və namizədlərin irəli sürülməsi prosedurunun bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq seçki komissiyasının namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin bu Məcəlləyə uyğun olaraq təqdim etdikləri tərcümeyi-hala aid məlumatların və namizəd haqqında digər məlumatların düzgünlüyünü yoxlayır. Maddə 59.2. Müvafiq seçki komissiyası bu Məcəlləyə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədi ilə müvafiq orqanlara müraciət edə bilər. Həmin orqanlar seçki komissiyasının müəyyənləşdirdiyi müddətdə, lakin səsvermə gününə 40 gündən az vaxt qalmışsa, 1 gün müddətində yoxlamanın nəticələri barədə seçki komissiyasına məlumat verməlidir. Müvafiq seçki komissiyası öz qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Həmin işçi qruplarına bu qrupu yaradan seçki komissiyasının üzvü sədrlik etməlidir. Belə yoxlamaya Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi məbləğdə haqq ödənilməklə ekspertlər, müvafiq orqanların mütəxəssisləri sırasından ekspertlər, habelə əhalinin qeydiyyatını həyata keçirən xüsusiləşdirilmiş orqan və təşkilatların mütəxəssisləri cəlb edilə bilər. Onların rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir. Seçki komissiyaları imza vərəqələrində olan məlumatların düzgünlüyünü müəyyənləşdirmək üçün seçici siyahılarından və vətəndaşların qeydiyyat sistemindən istifadə edə bilərlər. Maddə 59.3. İmza vərəqələri yoxlanılarkən müvafiq seçki komissiyasında namizədlər, onların səlahiyyətli nümayəndələri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Müvafiq seçki komissiyası imza vərəqələrinin yoxlanılması haqqında göstərilən şəxslərə qabaqcadan məlumat verməlidir. Seçki komissiyası namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun göndərdiyi şəxsin həmin tədbirlərdə iştirakına etiraz edə və ya maneçilik törədə bilməz. Bu Məcəllənin 59.4-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, imza vərəqələrində olan bütün imzalar yoxlanılmalıdır. Maddə 59.4. İmzaların yoxlanılması o vaxt dayandırılır ki, düzgün imzaların sayı namizədin qeydə alınmasına əsas verir və ya qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət olmur. Yoxlamanın nəticələrinə görə seçici imzalarının düzgünlüyü və ya qeyri-düzgünlüyü təsdiqlənməlidir. Maddə 59.5. İmza vərəqələri müvafiq seçki komissiyasına təqdim edilənədək namizədi irəli sürənlərin imza vərəqələrində pozduqları imzalar o şərtlə yoxlanılmır və nəzərə alınmır ki, imza toplayanlar tərəfindən vərəqələrdə bu pozulmalar haqqında müvafiq qeydlər aparılsın. Maddə 59.7. Bu Məcəllənin 59.6-cı maddəsində göstərilənlə yanaşı, aşağıdakılar qeyri-düzgün imzalar hesab edilir: 59.7.1. müvafiq icra hakimiyyəti orqanının arayışı yaxud bu Məcəllənin 59.2-ci maddəsinə uyğun olaraq seçki komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərən seçicilərin imzaları; 59.7.2. namizəd irəli sürülməsi haqqında müvafiq seçki komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə daxil edilmiş seçici imzaları; 59.7.3. bu Məcəllənin 57.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar etibarsız sayılmış imzalar; 59.7.4. müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzalar; 59.7.5. imza vərəqəsinə əl yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar. Maddə 59.8. İmza vərəqələrində seçici imzalarının qoyulması tarixində düzəliş edildikdə, bu imzalar o şərtlə düzgün sayılır ki, imza vərəqəsini təsdiq edən şəxslər həmin düzəlişləri təsdiqləmiş olsunlar. Maddə 59.9. İmza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyridüzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır. Maddə 59.10. Bu Məcəllənin 59.7 - 59.9-cu maddələrində göstərilən hallar istisna olmaqla, imza vərəqələrində bu Məcəllənin tələblərinə uyğun gəlməyən yazı sırası aşkar edildikdə, yalnız bu sırada olan imza etibarsız sayılır. Maddə 59.11. Bu Məcəllənin 59.6 - 59.10-cu maddələrinə əsasən imzanın etibarsızlığı müəyyənləşdirilməyibsə, imzaların düzgünlüyü və ya imzaların sayının hesablanmasının düzgünlüyü yoxlanılarkən imza vərəqələrində müəyyənləşdirilmiş qaydada edilən düzəliş və qeydlər imzaların etibarsız sayılması üçün əsas götürülə bilməz. Maddə 59.12. Bu Məcəllənin 59.6 - 59.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır. Maddə 59.13. Hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması nəticələri haqqında işçi qrupunun rəhbəri, müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün seçki komissiyasına təqdim edilir. Protokolda seçicilərin yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd olunmaqla etibarsız sayılmış imzaların sayı göstərilir. Protokol seçki komissiyasının müvafiq qərarına qoşulur. Protokolun surəti namizədin qeydə alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir. İmzalar yoxlanılarkən lazımi sayda seçici imzalarının olmadığı aşkar edildikdə namizəd, habelə siyasi partiya, siyasi partiyaların bloku işçi qrupunun rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə yanaşı, seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir. Maddə 60.1. Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Siyasi partiyanın, siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda müvafiq seçki komissiyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir. Maddə 60.2. Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir. İmtina üçün aşağıdakılar əsas ola bilər: 60.2.1. imzaların toplanması zamanı bu Məcəllənin 57.1-ci maddəsinin tələblərinin pozulması; 60.2.2. bu Məcəllənin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması; 60.2.3. namizədlərin, siyasi partiyanın, siyasi partiyalar bloklarını bu Məcəllənin 57ci və 58-ci maddələrinə uyğun təqdim etdikləri məlumatların düzgün olmaması (siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülən namizədlərə bu əsas o vaxt tətbiq edilə bilər ki, göstərilən düzgün olmayan məlumatlar namizədin təqsirindən buraxılsın.); 60.2.4. namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması; Maddə 147.1. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Maddə 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Maddə 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VİQR nömrəli Qərarını və “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarını nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyasının 981ci maddəsinin İ hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutalaraq - 1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması; 2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib aşağıdakı nəticəyə gəlir. Kollegiya ilk növbədə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı məhkəməyə yazılı müraciəti zamanı özünü iddiaçı statusunda qeyd etsə də, “iddia ərizəsi” əvəzinə müraciətini “apellyasiya şikayəti” olaraq qeyd etmişdir. Məhkəmə kollegiyasının iclası zamanı qeyd edilən məqam iddiaçının iradə ifadəsinə əsasən formal xəta olması nəzərə alınmış və həmin formal xəta aradan qaldırılmışdır. Kollegiya hesab edir ki, irəli sürülən iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir, iddia düzgün cavabdehə qarşı qaldırılmışdır. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli N 22/105 saylı Qərarının ləğv edilməsinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Daha sonra kollegiya qeyd edir ki, iddia mahiyyəti üzrə əsassızdır. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, 24 saylı Nizami birinci seçki dairəsi Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 7/21 saylı qərarına əsasən, öz təşəbbüsü ilə Milli Məclis üzvlüyünə namizədliyini irəli sürmüş İddiaçı namizədliyinin irəli sürülməsi təsdiq edilmişdir. 24 saylı Nizami birinci seçki dairəsi Dairə Seçki Komissiyasının üzvləri tərəfindən 15 iyul 2024-cü il tarixdə tərtib olunmuş akta əsasən, xx.xx.2024-cü il tarixdə namizədliyi irəli sürülmüş İddiaçı xx.xx.2024-cü il tarixdə imza vərəqələrini və ona əlavə edilmiş seçki sənədlərini Dairə Seçki Komissiyasına namizədliyinin qeydə alınması üçün təqdim etmiş, imza vərəqələri və imza vərəqələrinə əlavə edilmiş seçki sənədləri yoxlanılarkən səhvlər aşkar edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı Dairə Seçki Komissiyasına dəvət olunmuş və ona düzəldilməsi mümkün olan səhvləri düzəltmək təklif olunmuşdur. Buna baxmayaraq İddiaçı nöqsanları düzəltməkdən imtina etmiş, namizədliyinin qeydə alınıb və ya alınmaması barədə qərarın ona təqdim olunmasını tələb etmişdir. 24 saylı Nizami birinci seçki dairəsi Dairə Seçki Komissiyasının işçi qrupunun üzvləri DSK-nın üzvü, işçi qrupunun rəhbəri X1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı X9, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında X2 4 saylı Xəzinədarlıq İdarəsinin əməkdaşı X4, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşı X3, Bakı şəhəri Nizami RPİ-nin Q.M.B.-nin inspektoru X5 tərtib etdikləri xx.xx.2024-cü il tarixli rəydən müəyyən olunur ki, xx.xx.2024-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə namizədliyi irəli sürülmüş İddiaçı təqdim olunmuş seçki sənədlərini və imza vərəqələrini yoxlayarkən aşağıdakı nöqsanlar aşkar edilmişdir: 1.10 imza vərəqəsində 499 imza vardır; 2. imza vərəqələri Seçki Məcəlləsinin 57.7-ci maddəsinə uyğun olaraq təsdiqlənməyib; 3. 499 imzadan 453 imzanın qoyulduğu tarix qeyd olunmayıb; 4. 371 imza dislokasiyadan kənar toplanıb; 5. 3-cü vərəqədə 49 nəfər imza edən vətəndaşların ata adları göstərilməyib; 6. 135 imza sahibinin ünvanı göstərilməyib; 7. 499 nəfərin şəxsiyyət vəsiqəsinin verilmə tarixi göstərilməyib; 8. 1 şəxsiyyət vəsiqəsinin seriya nömrəsi göstərilməyib; 9. 82 nəfərin səxsiyyət vəsiqəsinin seriya və nömrəsinin yerinə FİN kod yazılıb; 10. 1 şəxsiyyət vəsiqəsinin seriya və nömrəsinin yerinə verilmə tarixi yazılıb; 11. 1ci və 2-ci səhifələrdə 3,7,12,24,26-cı sətirlərdə,3-4-cü səhifələrdə 8,12,14,15,25,35,48 sətirlərdə, 5-6-cı səhifələrdə 13,15,33,39 sətirlərdə, 7-8-ci səhifələrdə 2,13,20,30,38,39 sətirlərdə, 9-10-cu səhifələrdə 39,46 sətirlərdə, 11-12-ci səhifələrdə 29,40,42,45 sətirlərdə, 13-14-cü səhifələrdə 3,9,10,14 sətirlərdə, 18-ci səhifədə 35,40 sətirdə və 20-ci səhifədə 40,49 sətirdə ad, soyad, doğum tarixi, ünvan, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsində imzalarda qaralamalar və düzəlişlər edilmiş, lakin düzəlişlər haqqında lazımi izahatlar verilməmişdir. Seçki Məcəlləsinin 57.7-ci maddəsinin tələblərini pozduğuna görə 499 imza etibarsız sayılır. 24 saylı Nizami birinci seçki dairəsi Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 12/37 saylı qərarına əsasən, 01 sentyabr 2024-cü il tarixə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərində 24 saylı Dairə Seçki Komissiyasına Parlament üzvlüyünə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş İddiaçı namizədliyinin qeydə alınmasından imtina edilmişdir. 2024-cü il senyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Nümayəndə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 iyul 2024-cü il tarixli 01 saylı müraciət üzrə xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, ekspert qurpunun üzvü Nümayəndə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı namizəd kimi qeydə alınmasından imtinaya dair 24 saylı Nizami birinci seçki dairəsi Dairə Seçki Komissiyasının (bundan sonra - dairə seçki komissiyası) 19 iyul 2024-cü il tarixli 12/37 saylı qərarından verdiyi 20 iyul 2024-cü il tarixli 01 saylı şikayətini araşdıraraq aşağıdakıları müəyyən etmişdir: Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulan müddətdə və qaydada verildiyindən icraata qəbul edilmiş və araşdırma aparılmışdır. Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin edilmişdir. 2024-ci il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsi üzrə İddiaçı namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş və Dairə Seçki Komissiyasının 08 iyul 2024-cü il tarixli 7/21 saylı qərarı ilə təsdiq edilmişdir. Namizəd İddiaçı tərəfindən namizədliyin qeydə alınması üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilmiş digər seçki sənədləri 13 iyul 2024-cü il tarixdə Dairə Seçki Komissiyasına təqdim edilmişdir. Dairə Seçki Komissiyasının üzvləri tərəfindən 15 iyul 2024-cü il tarixdə tərtib edilmiş aktdan müəyyən olunur ki, namizədin qeydə alınması üçün təqdim edilmiş seçki sənədlərində və imza vərəqələrində düzəldilməsi mümkün olan səhvlər və pozuntular aşkarlanmış və onların aradan qaldırılması üçün Seçki Məcəlləsi ilə müəyyən edilmiş müddətdə namizəd İddiaçı məlumatlandırılmış, buraxılmış səhvlərin düzəldilməsi ona təklif edilmiş, namizəd isə həmin düzəlişləri etməkdən imtina etmişdir. Dairə Seçki Komissiyası namizədliyi irəli sürülmüş İddiaçı namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin təqdim etdiyi imza vərəqələrində olan 499 seçici imzasından 371 imza dislokasiyadan kənar toplanmışdır. Bundan əlavə, çoxlu sayda digər xarakterli pozuntulara da yol verilmişdir. İmzaların seçki dairəsinin ərazisindən kənarda toplanması səbəbindən İddiaçı namizədliyinin qeydə alınması mümkün olmamışdır. Araşdırma ilə əlaqədar seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək imza vərəqələrində olan məlumatlar təkrar araşdırılmışdır. Namizədin qeydə alınması üçün İddiaçı tərəfindən Dairə Seçki Komissiyasına təqdim edilmiş 499 seçicinin məlumatının olduğu 10 ədəd imza vərəqinin 5-də (səhifə 1-10) olan 249 seçicinin məlumatının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, onlardan 177 seçici imzası seçki dairəsi ərazisindən kənarda toplanmışdır. Yerdə qalan seçici imzaları Seçki Məcəlləsinin 147.1-ci maddəsinin tələbinə əsasən namizədin qeydə alınması üçün kifayət etmədiyindən məlumatların yoxlanılması dayandırılmışdır. Seçki Məcəlləsinin 56.2-ci və 147.1-ci maddələrinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, seçki dairəsi ərazisində toplanmış seçici imzalarının sayı namizədliyin qeydə alınması üçün kifayət etmədiyindən İddiaçı namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə Dairə Seçki Komissiyasının qərarı əsaslı olmuşdur. Ona görə də şikayətin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Beləliklə, müraciət əsassız olduğundan təmin edilməməli, İddiaçı namizəd kimi qeydə alınmasından imtinaya dair 24 saylı Nizami birinci seçki dairəsi Dairə Seçki Komissiyasının 19 iyul 2024-cü il tarixli 12/37 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 56.2-ci, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayətə müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən, 1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı 20 iyul 2024-cü il tarixli 01 saylı müraciətinin əsassız olduğundan təmin edilməməsi, 24 saylı Nizami birinci seçki dairəsi Dairə Seçki Komissiyasının 19 iyul 2024-cü il tarixli 12/37 saylı qərarının dəyişdirilmədən saxlanılması; 2. Rəy qəbul edildiyi andan 18 saatdan gec olmayaraq dərc olunması (internet saytına yerləşdirilsin) və surətinin müraciət etmiş şəxsə göndərilməsi barədə rəy verilmişdir. 2024-cü il senyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunan deputatlığa namizəd İddiaçı namizədliyinin qeydə alınması üçün təqdim olunmuş imza vərəqələrində olan məlumatların yoxlanılmasının nəticələrinə dair cədvəldən müəyyən olunur ki, imza vərəqəsinin 1-ci səhifəsində 1-dən 12-dək sıra nömrəsində dislokasiyadan kənar toplanmış imzaların sayı 12-dir, imzası toplanmış seçicilərin adı 18 saylı seçki dairəsinin 18 saylı seçki məntəqəsinə aid seçici siyahısına daxil edilmiş seçicilərdir; imza vərəqəsinin 3-cü səhifəsində 2-dən 20-dək sıra nömrəsində dislokasiyadan kənar toplanmış imzaların sayı 19-dur, imzası toplanmış seçicilərin adı 18 saylı seçki dairəsinin 27 saylı seçki məntəqəsinə aid seçici siyahısına daxil edilmiş seçicilərdir; imza vərəqəsinin 4-cü səhifəsində 21-dən 42-dək və 44-dən 50dək sıra nömrəsində dislokasiyadan kənar toplanmış imzaların sayı 29-dur, imzası toplanmış seçicilərin adı 18 saylı seçki dairəsinin 28, 25 və 27 saylı seçki məntəqəsinə aid seçici siyahısına daxil edilmiş seçicilərdir; imza vərəqəsinin 5-ci və 6-cı səhifələrində 1-dən 8-dək, 9-dan 22-dək, 23-dən 31-dək və 33-dən 50-dək sıra nömrəsində dislokasiyadan kənar toplanmış imzaların sayı 49-dur, imzası toplanmış seçicilərin adı 18 saylı seçki dairəsinin 14, 15, 16,17, 18 və 26 saylı seçki məntəqəsinə aid seçici siyahısına daxil edilmiş seçicilərdir; imza vərəqəsinin 7-ci səhifəsində 1-dən 2-dək, 3-dən 13-dək, 14-dən 21-dək, 22-dən 31-dək, 32-dən 38-dək, 39-dan 43-dək, 45-dən 48-dək, 49-dan 50-dək sıra nömrələrində dislokasiyadan kənar toplanmış imzaların sayı 49-dur, imzası toplanmış seçicilərin adı 18 saylı seçki dairəsinin 14, 15, 16,17, 18 və 26 saylı seçki məntəqəsinə aid seçici siyahısına daxil edilmiş seçicilərdir; imza vərəqəsinin 10-cu səhifəsində 29, 30-dan 33-dək, 34-dən 35-dək, 37-dən 38-dək, 39-dan 50-dək sıra nömrələrində dislokasiyadan kənar toplanmış imzaların sayı 19-dur, imzası toplanmış seçicilərin adı 18 saylı seçki dairəsinin 14, 15, 25 və 27 saylı seçki məntəqəsinə aid seçici siyahısına daxil edilmiş seçicilərdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 iyul 2024-cü il tarixli 01 saylı müraciətə baxılması barədə xx.xx.2024-cü il tarixli N 22/105 saylı Qərarına əsasən, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı 20 iyul 2024-cü il tarixli 01 saylı müraciəti əsassız olduğundan təmin edilməmiş, 24 saylı Nizami birinci seçki dairəsi Dairə Seçki Komissiyasının 19 iyul 2024-cü il tarixli 12/37 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 iyul 2024-cü il tarixli 01 saylı müraciətə baxılması barədə xx.xx.2024-cü il tarixli N 22/105 saylı Qərarından müəyyən olunur ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı 20 iyul 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, namizəd kimi qeydə alınmasından imtinaya dair Dairə Seçki Komissiyasının 19 iyul 2024-cü il tarixli 12/37 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimatda nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır. Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin edilmişdir. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsi üzrə İddiaçı namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş və Dairə Seçki Komissiyasının 08 iyul 2024-cü il tarixli 7/21 saylı Qərarı ilə təsdiq edilmişdir. Namizəd İddiaçı tərəfindən namizədliyin qeydə alınması üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilmiş digər seçki sənədləri 13 iyul 2024-cü il tarixdə Dairə Seçki Komissiyasına təqdim edilmişdir. Dairə Seçki Komissiyasının üzvləri tərəfindən 15 iyul 2024-cü il tarixdə tərtib olunmuş aktdan müəyyən edilir ki, namizədin qeydə alınması üçün təqdim edilmiş seçki sənədlərində və imza vərəqələrində düzəldilməsi mümkün olan səhvlər və pozuntular aşkarlanmış və onların aradan qaldırılması üçün Seçki Məcəlləsi ilə müəyyən edilmiş müddətdə namizəd İddiaçı məlumatlandırılmış, buraxılmış səhvlərin düzəldilməsi ona təklif edilmiş, namizəd isə həmin düzəlişləri etməkdən imtina etmişdir. Dairə Seçki Komissiyası namizədliyi irəli sürülmüş İddiaçı namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin təqdim etdiyi imza vərəqələrində olan 499 seçici imzasından 371 imza dislokasiyadan kənar toplanmış, bundan əlavə, çoxlu sayda digər xarakterli pozuntulara da yol verilmişdir. İmzaların seçki dairəsinin ərazisindən kənarda toplanması səbəbindən İddiaçı namizədliyinin qeydə alınması mümkün olmamışdır. Araşdırma ilə əlaqədar seçki sənədləri Dairə Seçki Komissiyasından tələb edilərək imza vərəqələrində olan məlumatlar təkrar araşdırılmışdır. Namizədin qeydə alınması üçün İddiaçı tərəfindən dairə seçki komissiyasına təqdim edilmiş 499 seçicinin məlumatının olduğu 10 ədəd imza vərəqindən 5-də (səhifə 1-10) olan 249 seçicinin məlumatının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, onlardan 177 seçici imzası seçki dairəsi ərazisindən kənarda toplanmışdır. Yerdə qalan seçici imzaları Seçki Məcəlləsinin 147.1-ci maddəsinin tələbinə əsasən namizədin qeydə alınması üçün kifayət etmədiyindən məlumatların yoxlanılması dayandırılmışdır. Seçki Məcəlləsinin 56.2-ci və 147.1-ci maddələrinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, seçki dairəsi ərazisindən toplanmış seçici imzalarının sayı namizədin qeydə alınması üçün kifayət etmədiyindən İddiaçı namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə Dairə Seçki Komissiyasının qərarı əsaslı olmuşdur. Ona görə də şikayətin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Beləliklə, müracət əsassız olduğundan təmin edilməməli, İddiaçı namizəd kimi qeydə alınmasından imtinaya dair 24 saylı Nizami birinci seçki dairəsi Dairə Seçki Komissiyasının 19 iyul 2024-cü il tarixli 12/37 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası parlamentinin - Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin - referendumun təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmişdir. Həmin Məcəllənin yuxarıda istinad olunan normalarının tələblərinə əsasən seçkilər zamanı namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən o şərtlə irəli sürülə bilər ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. Bu zaman namizədin müdafiəsi üçün istənilən ərazi üzrə deyil, məhz onun irəli sürüldüyü seçki dairəsinin ərazisi üzrə seçicilərin imzaları toplanmalı, bu imzaların minimal həddi 450-dən az olmamalıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı namizədliyinin qeydə alınması üçün qanunla müəyyən olunan şərtlərə əməl etmədiyindən, yəni namizədliyinin qeydə alınmasına əsas olan, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq digər namizədlər kimi ondan da tələb olunan, irəli sürüldüyü seçki dairəsinin ərazisi üzrə yetərsayda (ən azı 450) seçicilərin imzalarını müvafiq seçki komissiyasına təqdim etməmişdir. İddiaçı müvafiq seçki komissiyasına təqdim etdiyi imza vərəqələrində irəli sürüldüyü seçki dairəsinin ərazisində olmayan seçicilərin imzalarının toplanmasının səbəbini tələb etməsinə baxmayaraq, namizədliyi irəli sürülən seçki dairəsinin dislokasiyasının ona verilməməsi ilə bağlı olmasını, təqdim etdiyi imza vərəqələrində yol verilən nöqsanların aradan qaldırılması üçün ona vaxt verilməməsini, ona qarşı qərəzli münasibət göstərlməsini izahatında qeyd etsə də, araşdırma zamanı bu hallar öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya imza vərəqələrində yol verilən nöqsanları aradan qaldırması təklif olunsa da, iddiaçı bu hüququndan istifadə etməmişdir. Daha sonra təyin olunmuş seçkilərdə namizəd olaraq əvvəllər dəfələrlə iştirak edən, seçki qanunvericiliyinin tələblərini, müraciətlərin edilməsi qaydasını bilən, seçkidə iştirak etmək istəyən bütün şəxslər üçün seçkinin keçirilməsi ilə bağlı məlumatların əldə edilməsi üçün yaradılan imkanlardan istifadə edərək məlumat əldə etmək imkanı, təcrübəsi olan iddiaçının namizədliyinin irəli sürüldüyü seçki dairəsinin dislokasiyasını müəyyən edə bilməməsi inandırıcı deyildir. Bununla yanaşı iddiaçı, seçki dairəsinə dislokasiyanın verilməsinə dair müraciət etməsi barədə hər hansı bir sübutunu məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə namizədə seçki dairəsinin dislokasiyasını vermək vəzifələri olmasa da, müraciət edilmiş olsaydı dislokasiyanın iddiaçıya təqdim edilməsinin, dislokasiya barədə məlumatın Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının saytına daxil olmaqla da əldə edilməsinin mümkün olmasını bildirmişdir. Kollegiya iddiaçının ona qarşı qərəzli münasibət bəslənilməsinə dair dəlili ilə bağlı qeyd edir ki, araşdırma zamanı digər dəlillər kimi bu dəlildə heç bir sübutla öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının namizədliyinin qeydə alınmasından imtina edilməsinin yeganə səbəbi Azərbaycan Respublikası SM-nin 147.1-ci maddəsinin tələblərinə əməl edilməməsi, yəni namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzasının toplanılmaması olmuşdur. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, müvafiq seçki komissiyası iddiaçının təqdim etdiyi imza vərəqələrində qeyd olunan məlumatların düzgünlüyünü yoxlayarkən sonuncunun namizəd olaraq müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının onun irəli sürüldüyü seçki dairəsinin ərazisindən deyil, başqa ərazidən olması səbəbindən, tələb olunan saydan az olmasını müəyyən edərək iddiaçının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirakı üçün namizədliyinin qeydə alınmasından imtina edərkən Azərbaycan Respublikasının Milli Məclisinə deputatların seçkilərinin təşkili və keçirilməsi qaydalarını müəyyən edən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə əməl etmişdir. İstinad olunanlara əsasən, kollegiya 24 saylı Nizami birinci seçki dairəsi Dairə Seçki Komissiyasının 19 iyul 2024-cü il tarixli 12/37 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli N 22/105 saylı Qərarının qanuni və əsaslı olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən mübahisələndirilən qərarın qanuni və əsaslı olması nəticəsinə gəldiyindən həmin qərarın ləğv edilərək iddiaçının seçilmək hüququnun bərpa edilməsinə dair iddia tələblərini də əsassız sayaraq təmin etmir. Şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 87, 90 və 130-cu maddələrini və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsini rəhbər tutaraq Məhkəmə kollegiyası, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı Azərbaycan Respublikası Məkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 22/105 saylı qərarının ləğv edilərək onun seçilmək hüququnun bərpa edilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 3 (üç) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar