Məhkəmə qərarları › İş №2-3(103)-52/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-52/2024

06.08.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-52/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı 32 saylı Suraxanı seçki dairəsi dairə seçki komissiyasının xx.xx.2024-cü il tarixli 17/49 saylı qərarının dəyişdirilmədən saxlanılması ilə bağlı Azərbaycan Respublikası Məkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli N 26/119 saylı qərarının ləğv edilərək onun 01 sentyabr 2024-cü il tarixə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı 32 saylı Suraxanı seçki dairəsi dairə seçki komissiyasının xx.xx.2024-cü il tarixli 17/49 saylı qərarının dəyişdirilmədən saxlanılması ilə bağlı Azərbaycan Respublikası Məkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli N 26/119 saylı qərarının ləğv edilərək onun 01 sentyabr 2024-cü il tarixə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçının 01 sentyabr 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 32 saylı Suraxanı üçüncü şəhər seçki dairəsi üzrə öz təşəbbüsü ilə namizədliyinin irəli sürülməsi 32 saylı Suraxanı üçüncü seçki dairəsi Dairə Seçki Komissiyası (bundan sonra DSK) tərəfindən təsdiq edilmişdir. İmza vərəqələri götürüldükdən sonra imza toplama kampaniyası qanunvericiliyə uyğun formada aparılmış və namizədliyin qeydə alınması həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri qanunla nəzərdə tutulan vaxt ərzində 32 saylı Suraxanı üçüncü dairə seçki komissiyasına təqdim edilmişdir. Lakin sözügedən DSK namizədliyin qeydə alınmasından imtina edilməsi barədə 30 iyul 2024-cü il tarixli 17/49 saylı qərar vermişdir. DSK öz qərarını namizədin öz gəlirlərinin miqdarı və mənbələri barədə düzgün məlumat verməməsi ilə əsaslandırmışdır. Qeyd edilir ki, DSK-ya təqdim edilən sənədlər barədə arayışdan görünür ki, ərizəçi DSK-ya öz gəlirlərinin miqdarı və mənbəyi haqqında məlumatları 2 vərəqədə təqdim etmişdir. İddiaçı DSK-nın 30 iyul 2024-cü il tarixli 17/49 saylı qərarından Mərkəzi Seçki Komissiyasına poçt vasitəsilə şikayət etmiş, müraciətlə əlaqədar MSK-nın nəznində yaradılmış ekspert qrupu rəyində 31 iyul 2024-cü il tarixli 5 saylı müraciəti əsassız olduğundan təmin edilməməli, dairə seçki komissiyasının 30 iyul 2024-cü il tarixli 17/49 saylı qərarı dəyişdirilmədən saxlanılmalı olduğunu bildirmişdir. Ekspert qrupu rəyində DSK-nın qərarında göstərilən gəlirlə bağlı məsələlərə toxunmuş və DSK-nın mövqeyini haqlı saymışdır. İddiaçının işçi qrupunun fəaliyyətində iştirakı təmin edilməmişdir. Müvafiq müraciətlə bağlı MSK 03 avqust 2024-cü il tarixli 26/119 saylı qərarında DSK-nın 30 iyul 2024-cü il tarixli 17/49 saylı qərarının dəyişdirilmədən saxlanılmasına qərar vermişdir. MSK qərarında araşdırma ilə əlaqədar namizəd İddiaçı tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş sənədlər dairə seçki komissiyasından tələb edilərək yoxlanılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupuna verilmişdir. İşçi qrupunun 2 avqust 2024-cü il tarixli rəyindən məlum olur ki, namizəd İddiaçı öz gəlirlərinin miqdarı və mənbəyi barədə təqdim etdiyi məlumata əsasən 1 iyul 2023-cü il tarixdən 1 iyul 2024-cü il tarixidək olan dövrdə 25.571,60 (iyirmi beş min beş yüz yetmiş bir manat altmış qəpik) manat məbləğində qeyd etdiyi gəlirlər qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdən ibarətdir. Aparılan araşdırma nəticəsində həqiqətən də onun gəlirlərinin miqdarı və mənbəyi barəsində təqdim etdiyi həmin məlumatda göstərmədiyi, lakin 2023-cü ilin son altı ayını əhatə edən dövr üzrə muzdlu işdən 2070,0 (iki min yetmiş) manat məbləğində gəlirlərinin olduğu aşkar edilmişdir. Göstərilən məbləğ isə namizədin gəlirlərinin miqdarı və mənbələri barədə olan Qaydalara 1 saylı əlavədə “Əsas iş yerindən aylıq əmək haqqı” bölümündə öz əksini tapmadığını göstərmişdir. İddiaçı hesab edirik ki, cavabdeh təşkilatın hərəkətləri nəticəsində onun Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin 1-ci bəndində, İnsan hüquqları haqqında bəyanamənin 21-ci maddəsinin 1-ci bəndində və Avropa İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Konvensiyasının 13-cü maddəsinin və 1 saylı protokolunun 3-cü maddəsində təsbit edilmiş hüquqları pozulmuşdır. Azərbaycan Respublikası Konstiutsiyasının 56-cı maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. İnsan hüquqları haqqında bəyanamənin 21-ci maddəsinin 1-ci bəndinə əsasən hər bir şəxs dövlətin idarə olunmasında bilavasitə və ya azad şəkildə seçilmiş nümayəndələr vasitəsilə iştirak etmək hüququna malikdir. Həmin maddənin 3-cü bəndinə əsasən xalqın iradəsi iqtidar hakimiyyətinin əsası olmalıdır: bu iradə öz ifadəsini gizli səsvermə yolu ilə, ümumi və bərabər seçki hüququ və ya səsvermənin azadlığını təmin edən digər eynimənalı formalar əsasında keçirilən mütəmadi və saxtalaşdırılmamış seçkilərdə tapmalıdır. İnsan Hüquqlarına dair Avropa Konvensiyanın (İHAK) Əlavə 1 saylı protokolunun 3-cü maddəsinə görə razılığa gələn Yüksək Tərəflər qanunverici hakimiyyət orqanını seçərkən xalqın öz iradəsini sərbəst ifadə edə biləcək şəraitdə, ağlabatan dövriliklə gizli səsvermə yolu ilə azad seçkilər keçirməyi öhdələrinə götürürlər. İHAK-ın 13-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra İHAM) presedent hüququna əsasən seçkilərdə namizəd kimi iştirak etmək hüququna məhdudiyyət qoyula bilər. Lakin belə bir məhdudiyyət özbaşına xarakter daşımamalı və yerli qanunvericiliyə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müddəalarına uyğun olmalıdır. Baxmayaraq ki, iştirakçı Dövlətlər səsvermə hüququndan fərqli olaraq parlament seçkilərində namizəd kimi iştirak etmək hüququna daha ciddi tələblər tətbiq edə bilərlər (Seyidzadə Azərbaycana qarşı işi, 29-cu bənd və Meiniçenko Ukraynaya qarşı işi, 57-ci bənd), lakin namizədliyə uyğunluğu müəyyən edən prosedur əsassız qərarların qarşısını almaq üçün yetərincə təminatları ehtiva etməlidir (Podkolzina Latviyaya qarşı, 35-ci bənd). İnsan Hüquqları və X5 dair Avropa Konvensiyasının (bundan sonra İHAK) Əlavə 1 saylı Protokolunun 3-cü maddəsinə qoyulan məhdudiyyətlər iki meyara cavab verməlidir: məhdudiyyət əsassız və ya qeyri-mütənasibdirmi və məhdudiyyət xalqın iradəsini sərbəst ifadə etməsinə müdaxilədirmi (Yumak və Sadak Türkiyəyə qarşı, bənd 109 (iii). 1 saylı Protokolun 3-cü maddəsində nəzərdə tutulmuş hüquq mütləq hüquq deyil. Bu hüquqa “məhdudiyyət tətbiq oluna” bilər və Razılığa gələn Dövlətlər seçki məsələlərində geniş mülahizə sərbəstliyinə sahibdirlər (bax: Matieu-Mohirı və Klerfayt, yuxanda qeyd olunub, 52-ci bənd; X7rşı [GCJ], №24833/94, 63-cü bənd, AİHM 1999-1; və Labita İtaliyaya qarşı [GC], № 26772/95, 201-ci bənd, AİHM 2000-İV). Lakin buna baxmayaraq, 1 saylı Protokolun 3-cü maddəsinin pozulub pozulmadığını müəyyən etmək səlahiyyəti son olaraq Məhkəməyə məxsusdur. Dövlətin qoyduğu şərtlər mübahisə mövzusu olan hüquqların mahiyyətinə ziyan vuracaq dərəcədə onları məhdudlaşdırmamalı və onların səmərəliliyini azaltmamalıdır; onlar legitim məqsədin müəyyən olunması üçün zəruridir; və istifadə olunan vasitələr qeyri-mütənasib və qanunsuz olmamalıdır (bax: Matieu-Mohin və Klerfayt, yuxarıda qeyd olunub, 52-ci bənd, və Gitonas və Başqaları Yunanıstana qarşı, 1 iyul 1997, 39-cu bənd, Hökmlərin və qərarların hesabatları 1997-İV). Belə şərtlər qanunvericinin seçimində insanların ifadə azadlığını məhdudlaşdırmamalıdır - başqa sözlə, onlar universal səsvermə yolu ilə insanların iradəsini ifadə etmək məqsədi daşıyan seçki sisteminin səmərəliliyinin və ya həqiqiliyinin qorunmasını əks etdirməli və ya bu məqsədə zidd olmamalıdırlar (bax: Hirst (№2), yuxarıda qeyd olunub, 62-ci bənd). İHAM vurğulayıb ki, seçki administrasiyası üzrə səlahiyyəli hakimiyyət nümayəndələrinin şəffaf fəaliyyəti şərtdir və onlar qərəzsizliyi və müstəqilliyi seçki manipulyasiyasından qorumalıdırlar (bax: X1rşı, №9103/04, 101-ci bənd, 8 iyul 2008), odur ki, onların icra etdikləri prosedurlar qanunsuzluqdan müdafiə ilə müşahidə olunmalı və qərarları yetərli qədər əsaslandırılmış olmalıdır (bax: müvafiq dəyişikliklər, Namət Əliyev, yuxarıda qeyd olunub, 81-90-cı bəndlər, və Kovaç, yuxarıda qeyd olunub, 59-60-cı bəndlər). Hazırki iş üzrə bu təminat MSK tərəfindən əsas seçki orqanı kimi yerinə yetirilməlidir. (Azərbaycan Respublikası SM 25,58,59,60 mad) DSK-da pozuntular: Qeyd edilir ki, ərizəçi nə DSK-nın imzaların yoxlanılması zamanı işçi qrupunun iclasına, nə də DSK-nın iclasına dəvət edilib. Ona qərarın surəti DSK-nın qərarı qəbul edildikdən sonra təqdim edilib. Qərarda əsaslar ətraflı göstərilməyib və aydın deyil. Belə ki, qərardan aydın olmur ki, ərizəçi hansı gəlirləri barədə məlumatları təqdim etməyib və ya hansı gəlirlərinin mənbəyini gizlədib, yaxud da hansı gəlirlərinin miqdarını yanlış göstərib. Heç olmasa işçi qrupunun və ya DSK-nın iclasına dəvət edilsəydi bəlkə də ərizəçiyə ona çatışmazlıqların əsl səbəbi barədə vəziyyət məlum ola bilərdi və o həmin çatışmamazlıqları dərhal aradan qaldıra bilərdi. Lakin ərizəçiyə, əgər səhvlər varsa, bunları aradan qaldırmaq üçün şərait yaradılmayıb. Əslində bu faktlar göstərir ki, namizədin gəliri barədə gizlətdiyi hər hansı məlumat yoxdur. Belə ki, qərarda heç bir əsas olmadan namizədin imza toplaması zamanı nöqsanlar aşkar edildiyi bildirilsə də, lakin bu nöqsanların nələr olduğunu qeyd etməmiş və heç bir faktla əsaslandırılmamışdır. Bu da DSK-nın qərəzliliyinin və onun çıxardığı qərarın əsasının olmamasının göstəricisidir. Ərizəçidə dəqiq məlumat var ki, DSK bu qərarı MSK-nın göstərişi əsasında qəbul edib. Bundan əlavə olaraq qərarın namizədin öz gəlirlərinin miqdarı və mənbəyi ilə bağlı düzgün məlumat verməməsi məsələsində DSK qərəzli mövqe sərgiləmişdir. Belə ki, ərizəçi özünün ona müəyyən olan bütün gəlirləri barədə məlumat versə də, DSK qərəzli olmasaydı və ərizəçiyə bilərəkdən problem yaratmaq istəməsəydi, ona hansı gəlirlərinin miqdarı və mənbələrinin problem yaratması barədə iradını bildirib və o natamamlıqları aradan qaldırmasını istəyərdi. Lakin ərizəçi DSK-nın iclasına dəvət edilmədiyi üçün ona buraxılan səhvlərin düzəldilməsi təklif edilməmişdir. Bu fakt özüözlüyündə pozuntu olmaqla yanaşı DSK-nın ziddiyyətli mövqeyini də ortaya qoymaqdadır. DSK-nın ərizəçinin namizədliyinin qeydə alınmaması qərarının rasionallaşdırması ondan ibarətdir ki, namizəd gəlirlərinin miqdarı və mənbəyi barədə məlumatı gizlədib. Amma DSK-nın bu yanaşması əsassızdır. Belə ki, birincisi, namizəd DSK-ya müraciətdində gəlirlərinin miqdarı və mənbəyi barədə məlumatı qəsdən gizlətməyib, hətta onda olan məlumatları tam təqdim edib. DSK bu çatışmamazlıqları aradan qaldırmaq üçün (əgər belələri varsa) ona şərait yaratmayıb. DSK müraciətdə göstərilməsinə baxmayaraq bu faktı araşdırmayıb. İkincisi, baxmayaraq ki, DSK qərarında namizədin gəlirlərinin miqdarı və mənbəyi barədə məlumatı gizlətdiyini qeyd etsə də, bunu sübut edən heç bir dəlilə qərarında istinad etməyib. Belə ki, hər hansı məlumatı gizlətmək bilərəkdən (qəsdən) edilən bir feildir. Əgər şəxs nəyisə gizlədirsə, bunu dərk edərək, qavrayaraq və istəyərək edir. DSK əgər hesab edirdisə ki, namizəd bu məlumatı gizlədir, onda o borclu idi ki, bu halı sübut edən dəlilləri qərarında əks etdirsin. Namizədin məlumat verməməsi gizlətməyə bərabər tutula bilməz. Çünki 29-cu paraqrafda qeyd olunduğu kimi namizəd bu məlumatı bilməyərək də edə bilərdi. Bu halda DSK borclu idi ki, tərəfi dəvət edib bu halı aydınlaşdırsın. Lakin DSK belə bir araşdırma aparmayıb. Üçüncüsü Azərbaycan seçki qanunvericiliyi əmlak və gəlir senzi nəzərdə tutmadığı üçün seçkilərdə passiv seçki hüququndan istifadə edib iştirak etmək istəyən şəxslərdən əmlak barədə hesabat-məlumat tələb edilməsi, eyni ilə gəlirləri barədə məlumat tələb edilməsi kimi, seçkilərin vicdanlılığını təmin etmək, korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə aparmaq, siyasətin təsir altına alımasının və seçki kompaniyasının bəzi mənbələrdən maliyyələşdirilməsinin qarşısını almaq məqsədi ilə nəzərdə tutulub. Məhz bu məqsədlərə nail olmaq üçün seçki kampaniyalarının maliyyələşdirilməsində transparentliyin və hesabatlılığın təmin edilməsi zəruridir. Seçki kompaniyalarında maliyyələşməsində belə məhdudiyyətlərin və nəzarətin qoyulması Seçki Məcəlləsinin 25.2, 90, 113.2.5, 113.2.6 və 115.1.10-cu maddələri ilə nəzərdə tutulur. Eyni zamanda dövlətlərin belə məhdudiyyətlər tətbiq etmək haqqının və bəzən vəzifəsinin olması ATƏT üzv-Dövlətlərin demokratik seçki keçirmək mövcud öhdəlikləri barədə Sənədin 7.6-7.9 bəndlərində və X19 Komissiyasının seçkilər üzrə rəhbər prinsiplərinin 107-111 bəndlərinə uyğundur. Hesab edir ki, namizədlərə qeydiyyat üçün tətbiq edilən əmlak və gəlir barədə məlumatların təqdim edilməsi bu məqsədlə nəzərdə tutulduğundan, yanlız seçkilərdə tətbiq edilən maliyyəşmənin gizlədilməsinə xidmət edən məlumatların verilməməsi qəsdən gilzlədilmiş hesab edilə bilərdi. Bütün hallarda sadə vətəndaş olan ərizəçinin unutmuş olduğu məlumatların (ərizəçi hesab edir ki, belə məlumat yoxdur) seçkilərin maliyyələşməsinə məhdudiyyət qoyulması məqsədləri baxımından əhəmiyyətli deyil. Ərizəçinin belə məlumatların gizlətməsinin praktiki əhəmiyyəti yox idi. Belə olan halda ərizəçiyə bu tədbirin (qeydiyyata alınmanın) tətbiq edilməsi mütənasib müdaxilə sayıla bilməz. Dördüncüsü, ələxsus DSK-da aparılmış araşdırma Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1, 58.2-ci və 60.4-cü maddələrinin pozuntusu olub. Belə ki, həmin müddəaya əsasən mülkiyyət hüququ əsasında namizədə məxsus gəlirlər barədə məlumat (AR SM, 58.1.4-cü maddə) qeyridüzgün idisə, ilk növbədə DSK 48 saat əvvəl bu barədə namizədi xəbərdar etməli və bu halı düzətməsi üçün onu dəvət etməli idi. Daha sonra da namizədə şərait yaratmalı idi ki, bu halı aradan qaldırsın. Lakin DSK ümumiyyətlə AR Seçki Məcəlləsinin 58.2-ci maddəsinin və AR Seçki Məcəlləsinin 60.4-cü maddəsinin tələblərini yerinə yetirməyib. Hazırki iş üzrə AR Seçki Məcəlləsinin 58.2-ci və 60.4-cü maddələrinin pozulması bilavasitə olaraq hazırki qərarın mübahisələndirilərək ləğv edilməsi üçün əsasdır. Beşincisi, bundan əlavə namizəd ümumiyətlə DSK-da işçi qrupları tərəfindən imzaların və digər məlumatların yoxlanılması prosesinə dəvət edilməyib və ona işçi qrupunun protokolu və rəyi nəzərdə tutulmuş qaydada təqdim edilməyib. Bununla da AR Seçki Məcəlləsinin 59.3 və 59.13-cü maddələri pozulub. MSK-da pozuntular: MSK-da İşçi qrupunun araşdırmasında iddiaçının iştirakı təmin edilməyib. MSK DSK-dan fərqli olaraq heç olmasa, iddiaçının hansı gəlirləri barədə məlumatların verilməməsini qərarında göstərib. Yalnız MSK-nın da qərarında gətirdiyi arqumentlər yalnışdır. Belə ki, MSK qərarında qeyd edir ki, iddiaçı 1 iyul 2023-cü il tarixdən 1 iyul 2024-cü il tarixədək olan dövrdə 25.571,60 (iyirmi beş min beş yüz yetmiş bir manat altmış qəpik) manat məbləğində gəlirləri barədə məlumat versə də, lakin 2023cü ilin son altı ayını əhatə edən dövr üzrə muzdlu işdən 2070,0 (iki min yetmiş) manat məbləğində gəlirləri barədə məlumat verməyib. Əslində 2023-cü ilin son altı ayını əhatə edən dövr üzrə muzdlu işdən 2070,0 (iki min yetmiş) manat gəlirləri 25571,60 (iyirmi beş min beş yüz yetmiş bir manat) gəlirləri əhatə olunur, iddiaçının həmin dövrdə 25571,60 (iyirmi beş min beş yüz yetmiş bir) manatdan artıq gəliri olmayıb. İddiaçının bütün gəlirləri Kapital Bankın təqdim etdiyi ona məxsus bank hesabından açıqlamada əks olunub. MSK 25571,60 (iyirmi beş min beş yüz yetmiş bir) manatdan əlavə 2070,0 (iki min yetmiş) manat gəlirinin olmasının hansı mənbə əsasında müəyyən etdiyini göstərməyib. Bu da o mənaya gəlir ki, iddiaçının 25571,60 (iyirmi beş min beş yüz yetmiş bir) manatdan əlavə gəlirləri olmayıb. Qeyd edir ki, şikayətdə göstərilən faktiki halların məcmusu və hüquqi əsaslar DSK və MSK-nın qərarlarının əsassızlığının nümayiş etdirilməsi üçün substantiv xarakter daşıyır. Göstərilən faktiki və hüquqi əsaslara əsasən, 32 saylı Suraxanı üçüncü seçki dairəsi dairə seçki komissiyasının 30 iyul 2024-cü il tarixli 17/49 saylı qərarının dəyişdirilmədən saxlanılması ilə bağlı Mərkəzi Seçki Komissiyasının 03 avqust 2024-cü il tarixli 26/119 saylı qərarının ləğv edilməsi və İddiaçı 01 sentyabr 2024-cü il tarixə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizəd olaraq iştirak etmək üçün namizədliyini öz təşəbbüsü ilə 32 saylı Suraxanı seçki dairasındən irəli sürmüş, ilkin sənədləri təqdim edərək 14 imza vərəqi almış, 700 imza təqdim etmişdir. İmza vərəqələri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri də dairə seçki komissiyasına təqdim etmişdir. Sənədləri təqdim edərkən hər hansı bir səhv, çatışmamazlıq varsa 48 saat müddətinə ona məlumat verilməsini, onların aradan qaldırmaq üçün imkan yaradılmasını demişdir. Sənədləri təqdim edərkən o, qanunvericilikdə nəzərdə tutulmayan digər sənədləri, o cümlədən son bir ildə özünün gəlirləri ilə bağlı sənədi də təqdim etmişdir. 2023-cü ilin son altı ayı və 2024-cü ilin birinci altı ayı ərzində əldə etdiyi gəlirlərlə bağlı qanunvericiliklə nəzərdə tutulmayan bank çıxarışını təqdim edərkən onun hansısa formada seçkiyə buraxılmayacağını bilmişdir. Qanunvericilikdə 450 yetərli imza nəzərdə tutulsa da, yuxarı hədd barədə qeyd yoxdur. O, 800 imzalıq imza vərəqi tələb etmiş, ona 500 imzalıq imza vərəqi veriləcəyi deyildiyindən aralarında mübahisə olmuşdur. O, 10 imza vərəqini götürməyəcəyini demiş, çünki hansısa formada seçkiyə buraxılmayacağını bilmişdir. Bundan sonra son bir ildə gəlirləri ilə bağlı saxta sənədə əsasən güya onun 2070 manat gəliri gizlətməsi bildirilmişdir. Halbuki, o, 25.000 manatlıq bank çıxarışı təqdim etmişdir. X3 X14 hesabı Kapital Bankdadır və orda bütün dövriyyə göstərilir. Cavabdeh 2070 manatı onun hansı bankdan və hansı formada almasını sübut etməlidir. Bu hal qeyri-realdır. Bilir ki, bu bir sifarişli qərardır, o, seçkiyə gedəcəyi dairənin ya nəticəsi ləğv olunacaq, ya da o, seçiləcəkdir. Məmurları tənqid etdiyindən, əzilən insanlara köməklik göstərdiyindən onun fəaliyyətindən narazıdırlar. O, 2070 manatla bağlı aydınlıq verilməsini, araşdırımasını xahiş edir. DSK-nın iclasının onun işirakı ilə tez keçirilməsini desə də, iclas onun iştirakı olmadan, gizlin keçirilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi X11 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, iddiaçının özünün təqdim etdiyi sənədlər onun özünə qarşı çevrilib. Bəlkə qəsdən edib ki, gələcəkdə meydana çıxmaq üçün, çıxış etmək üçün əsas olsun. Gəlirin göstərilməməsi gizlədilməsi deməkdir. Namizəd sənəd təqdim edən zaman bütün gəlirlərini tam özü göstərməlidir. Heç bir dövlət orqanı bunu təsdiq etmir. Seçki prosesində gəlirin gizdədilməsi qanunun pozulmasıdır. 25.000 manatın iddiaçının hesabına necə daxil olması heç bir vergi orqanında göstərilmir. İddiaçının namizədliyinin qeydə alınmasından imtina edilməsinin yeganə səbəbi gəlirləri barədə düzgün məlumatın təqdim edilməməsi olmuşdur. İddiaçı DSK-nın iclasına dəvət olunmuş, lakin iştirak etməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi xahiş olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 26. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 56. İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Seçki Məcəlləsi Maddə 3. İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır. Maddə 53.1. Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. Maddə 55.1. Bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Maddə 58.1. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir: 58.1.4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat; Maddə 58.2. Bu Məcəllənin 58.1.2-58.1.6-cı maddələrində göstərilən sənədlərdə qəsdən buraxılmayan səhvlər aşkar edilərsə, müvafiq seçki komissiyası namizədi 48 saat müddətində məlumatlandırmalı və buraxılan səhvlərin düzəldilməsini təklif etməlidir. Maddə 58.3. Namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi bəyannamə formasında, seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən əvvəlki bir illik dövr üçün təqdim olunur. Eyni zamanda, gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış təqdim edilir. Namizədin əmlakı barədə məlumat bu Məcəlləyə 5 saylı Əlavəyə uyğun formada təqdim edilir. Əmlak və gəlirlər haqqında dərc edilməli məlumatların siyahısını Mərkəzi Seçki Komissiyası müəyyənləşdirir. Maddə 60.1. Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Siyasi partiyanın, siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda müvafiq seçki komissiyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir. Maddə 60.2. Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir. İmtina üçün aşağıdakılar əsas ola bilər: 60.2.1. imzaların toplanması zamanı bu Məcəllənin 57.1-ci maddəsinin tələblərinin pozulması; 60.2.2. bu Məcəllənin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması; 60.2.3. namizədlərin, siyasi partiyanın, siyasi partiyalar bloklarını bu Məcəllənin 57-ci və 58-ci maddələrinə uyğun təqdim etdikləri məlumatların düzgün olmaması (siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülən namizədlərə bu əsas o vaxt tətbiq edilə bilər ki, göstərilən düzgün olmayan məlumatlar namizədin təqsirindən buraxılsın.); 60.2.4. namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması; 60.2.5. namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondunun yaradılması qaydasının və müvafiq seçki fondunun vəsaitinin xərclənməsi qaydasının pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq olunsun); 60.2.6. bu Məcəllənin 55-ci maddəsinin tələblərinin siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi, habelə siyasi partiya, siyasi partiyaların bloku və ya namizəd tərəfindən pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq edilsin - bu cür pozuntu digər məsuliyyətə səbəb olmursa). Maddə 60.3. Bu Məcəllənin 60.2-ci maddəsində göstərilən hallar qeydiyyatdan imtinaya dair qərarın çıxarılması üçün əsas götürüldükdə, qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib olmalıdır. Maddə 60.4. Bu Məcəllənin 60.2.2 və 60.2.4-cü maddələrində göstərilən səbəblər olduqda, səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd və ya siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsini 24 saat müddətində bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədi qeydə alır. Maddə 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Maddə 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. Maddə 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. Maddə 112.4. Şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul etməklə yanaşı cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət edir. Hər bir şikayətə dair Mərkəzi Seçki Komissiyası əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır. Maddə 112.6. Seçki komissiyasının qərarı məhkəmə tərəfindən ləğv edildikdə, qərarı ləğv edilmiş seçki komissiyası məsələnin mahiyyəti üzrə yeni qərar qəbul etməlidir və ya məhkəmənin qərarı əsasında yuxarı seçki komissiyası müvafiq qərar qəbul etməlidir. Məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur. Maddə 113.1. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu bu Məcəllənin tələblərini pozduğu hallarda müvafiq seçki komissiyası seçicilərə məlumat vermək şərti ilə həmin namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna media vasitəsi ilə xəbərdarlıq edir. Seçki komissiyası namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almaqdan imtina edilməsi, qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun bu Məcəllənin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallarda qeydiyyatın ləğv edilməsi barədə, namizədin seçilməsinin etibarsız sayılması barədə, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında qərarın ləğv edilməsi barədə, bu Məcəllənin 112.2-ci maddəsi nəzərə alınmaqla belə xəbərdarlığın edilib-edilməməsindən asılı olmayaraq, qərar qəbul etmək hüququna malikdir. Maddə 113-1.1. Seçki komissiyası namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyata alınmasından onlar tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Maddə 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Maddə 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VİQR nömrəli Qərarını və “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarını nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyasının 981ci maddəsinin İ hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutalaraq - 1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması; 2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib aşağıdakı nəticəyə gəlir. Kollegiya ilk növbədə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Kollegiya hesab edir ki, irəli sürülən iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir, iddia düzgün cavabdehə qarşı qaldırılmışdır. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli N 26/119 saylı Qərarının ləğv edilməsinə və namizədliyinin qeydə alınmasına dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Daha sonra kollegiya qeyd edir ki, iddia mahiyyəti üzrə əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunan aşağıdakı sübutlarla müəyyən olunmuşdur ki; 32 saylı Suraxanı üçüncü dairə seçki komissiyasının 11/31 saylı qərarına əsasən, 01 sentyabr 2024-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş İddiaçı namizədliyinin irəli sürülməsi təsdiq edilmişdir. Namizədin gəlirlərinin miqdarı və mənbəyi haqqında məlumatdan müəyyən olunur ki, İddiaçı xx.xx.2023-xx.xx.2024-cü il tarixləri aralığında əsas iş yerindən əmək haqqı üzrə 2023-cü il üçün 16.068 manat, 2024-cü il üçün 9.503,60 manat (cəmi 25.571,6 manat) gəlirinin olması barədə xx.xx.2024-cü il tarixdə təqdim etdiyi məlumatın düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Kapital Bank ASC-nin İddiaçı məxsus ödəniş kartı üzrə çıxarış məlumatlarından müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri aralığında hesaba 25.571,30 manat mədaxil, 25.575,50 manat məxaric olunmuşdur. 32 saylı Suraxanı üçüncü dairə seçki komissiyasının sədri F.M.Mirzəyev, üzvü S.A.Allahverdiyev və sənədləri təqdim edən A.Ş.Əliyev tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanan Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə özü tərəfindən deputatlığa namizədliyi irəli sürmüş İddiaçı müdafiəsi üçün seçici imzalarının vərəqələri və bu vərəqələrlə birlikdə təqdim olunan digər sənədlərin qovluğunda olan vərəqələrin sayına dair tərtib olunan aktdan müəyyən olunur ki, namizədin gəlirlərinin miqdarı və mənbəyi haqqında 2 vərəqədə olan sənədlər namizədin gəlirlərinin miqdarı və mənbəyi haqqında məlumat və Kapital Bank ASC-nin ödəniş kartı üzrə çıxarış təqdim edilmişdir. 01 sentyabr 2024-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsində deputatlığa namizəd özü tərəfindən namizədliyi irəli sürmüş İddiaçı təqdim etdiyi imza vərəqələrindəki və digər məlumatların düzgünlüyünün yoxlanılmasının nəticələri haqqında 32 saylı Suraxanı üçüncü seçki dairəsi dairə seçki komissiyasının nəzdində yaradılmış işçi qrupunun rəhbəri Ş.Allahverdiyevin xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim olunan imza vərəqələrindəki namizədliyinin müdafiəsi üçün təqdim edilmiş 700 imzalardan 495 imza düzgün olduğundan işçi qrupu İddiaçı namizəd kimi qeydə alınmasına kifayət qədər əsasın olmasına dair rəy vermişdir. 01 sentyabr 2024-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürmüş İddiaçı namizədliyinin qeydə alınması üçün özü tərəfindən təqdim edilmiş namizədin gəlirlərinin miqdarı və mənbələri, eləcə də mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə Mərkəzi Seçki Komissiyasına təqdim olunmuş məlumatların yoxlanmasına dair işçi qrupu üzvləri A.Baxşəliyev, S.Kamilzadə, M.Mirsultanov, H.Alməmmədov tərəfindən imzalanan xx.xx.2024-cü il tarixli rəydən müəyyən olunur ki, 1 sentyabr 2024-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar blokunun təqdim etdikləri imza vərəqələri və ona əlavə edilmiş sənədlərdəki məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə işçi qrupunun yaradılması haqqında Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 15/55 nömrəli Qərarına uyğun olaraq yoxlamaya təqdim edilmiş namizədin gəlirlərinin miqdarı və mənbələri, ilkin maliyyə hesabatı, eləcə də mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumatların düzgünlüyünün yoxlanılması üzrə tədqiqat aparılmışdır. Tədqiqatı işçi qrupuna daxil edilmiş Maliyyə Nazirliyinin nümayəndəsi X9, Dövlət Vergi Xidmətinin nümayəndəsi X4, Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 və Hesablama Palatasının nümayəndəsi X12 aparmışdır. İşçi qrupuna namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı gəlirlərinin miqdarı və mənbələri, eləcə də mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumatlar təqdim olunmuşdur. İşçi qrupuna təqdim olunmuş sənədlər üzrə aparılan araşdırmalar nəticəsində aşağıdakılar müəyyən olunmuşdur: Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd İddiaçı tərəfindən namizədin ilkin maliyyə hesabatı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1.6-cı maddəsinin tələbinə uyğun olaraq hazırlanıb müvafiq seçki komissiyasına təqdim edilmişdir; Milli Məclisə seçkilərdə deputatlığa irəli sürülmüş namizəd İddiaçı tərəfindən Seçki Məcəlləsinin 58.1.4-cü və 58.1.5-ci maddələrinin tələbinə uyğun olaraq gəlirlərinin miqdarı və mənbəyi, eləcə də mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə Mərkəzi Seçki Komissiyasına müvafiq sənədlər təqdim edilmişdir; Araşdırma zamanı mülkiyyət hüququ əsasında namizədə məxsus əmlakla bağlı təqdim edilmiş məlumatlarda kənarlaşma aşkar edilməmişdir. Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə deputatlığa namizədin gəlirlərinin miqdarı və mənbəyi barədə təqdim etdiyi məlumata əsasən İddiaçı 01 iyul 2023-cü il tarixindən 01 iyul 2024-cü il tarixinədək olan dövrdə 25571,60 (iyirmi beş min beş yüz yetmiş bir manat, altmış qəpik) manat məbləğində qeyd etdiyi gəlirlər qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdən ibarətdir. Deputatlığa namizəd İddiaçı gəlirləri barəsində təqdim etdiyi məlumatda göstərmədiyi, lakin muzdlu işdən 2023-cü ilin son altı ayı üzrə 2070,0 (iki min yetmiş) manat məbləğində gəlirlərinin olduğu aşkar edilmişdir. Göstərilən məbləğ namizədin gəlirlərinin miqdarı və mənbələri barədə olan 1 saylı əlavədə əsas iş yerindən aylıq əmək haqqı bölümündə öz əksini tapmamışdır. Bundan başqa namizəd tərəfindən təqdim olunmuş 15 iyul 2024-cü il tarixli Kapital Bankın ödəniş kartı (debet) üzrə çıxarışda müxtəlif tarixlərdə köçürülmüş məbləğlərdə namizədə aid olan 2023-cü ilin son altı ayı üzrə hər ay üçün ayrı-ayrılıqda minimum əmək haqqı məbləğində (345,0 manat) olan ödənişlər öz əksini tapmamışdır. Beləliklə, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş sənədlər qanunla müəyyən edilmiş tələblərə tam uyğun deyildir. 32 saylı Suraxanı üçüncü dairə seçki komissiyasının sədri F.Mirzəyevin, işçi qrupunun sədri S.Allahverdiyevin, katibi X.Mehdiyevin, katibi F.Abbasovun Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına ünvanladıqları xx.xx.2024-cü il tarixli izahatlardan müəyyən olunur ki, İddiaçı namizədliyinin qeydə alınıb-alınmamasına dair məsələyə DSK xx.xx.2024-cü il tarixinə saat 1200-1300 radələrinə təyin edilmiş iclasında baxılacağı bildirilmişdir. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə 32 saylı Suraxanı üçüncü seçki dairəsi dairə seçki komissiyasının N 17/49 saylı xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı namizədliyinin irəli sürülməsi 32 saylı Suraxanı üçüncü seçki dairəsi dairə seçki komissiyasının 08 iyul 2024-cü il tarixli 11/31 saylı qərarı ilə təsdiq edilmişdir. Namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər namizədin qeydə alınması üçün namizəd tərəfindən 26 iyul 2024-cü il tarixdə 32 saylı Suraxanı üçüncü seçki dairəsi dairə seçki komissiyasına təqdim edilmişdir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.1ci maddəsinə əsasən müvafiq seçki komissiyası imza vərəqlərini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Namizəd İddiaçı iclasın vaxtı barədə məlumat verilmişdir. Təqdim edilmiş sənədlər işçi qrupu tərəfindən Azərbaycan Respublikasının Seçki Məcəlləsində göstərilən qaydada və müddətdə yoxlanılmış və müvafiq rəylər tərtib edilmişdir, işçi qrupu tərəfindən tərtib edilmiş rəydən görünür ki, irəli sürülmüş namizəd İddiaçı tərəfindən namizədin gəlirlərinin miqdarı və mənbələri barədə təqdim etdiyi məlumatda göstərmədiyi, lakin muzdla 2023-cü ilin son 6 ayı üzrə 2070 (iki min yetmiş) manat məbləğində gəlirinin olduğu aşkar edilmişdir. Rəydən məlum olmuşdur ki, deputatlığa namizəd İddiaçı muzdla işdən gəlirlər əldə etmiş, lakin Seçki Məcəlləsinin 58.1.4-cü maddəsinin tələbinə uyğun olaraq öz gəlirlərinin miqdarı və mənbələri barədə müvafiq seçki sənədinə düzgün məlumat daxil etməmişdir. Beləliklə, namizədin Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə uyğun olaraq zəruri seçki sənədinə düzgün məlumat daxil edilmədiyi üçün onun namizəd kimi qeydə alınmasından imtina edilməlidir. Göstərilənlərə əsasən müəyyən edilir ki, öz gəlirlərinin miqdarı və mənbələri barədə müvafiq seçki sənədinə düzgün məlumat daxil etmədiyindən Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı namizəd kimi qeydə alınmasından imtina edilməlidir. Yuxarıda qeyd edilənləri əsas götürərək, 32 saylı Suraxanı üçüncü seçki dairəsi dairə seçki komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 31.1.1-ci, 34.3-cü, 34.4-cü, 58-ci, 59-cu, 60-cı və 148.1-ci maddələrinə əsasən, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı namizədliyinin qeydə alınmasından imtina edilməsi və namizədə bu barədə məlumat verilməsi, bu qərarın dairə seçki komissiyasının binasındakı lövhədə asılmaq yolu ilə dərc edilməsi qərara alınmışdır. 2024-cu il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü X15 Seçki Komissiyasına daxil olmuş 31 iyul 2024-cü il tarixli 5 saylı müraciəti üzrə xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, ekspert qrupunun uzvu Bəxşeyiş Əsgərov 2024-cu il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) növbədənkənar seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı namizəd kimi qeydə alınmasından imtinaya dair 32 saylı Suraxanı üçüncü seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 30 iyul 2024-cü il tarixli 17/49 saylı qərarından verdiyi 31 iyul 2024-cü il tarixli 5 saylı şikayətini araşdıraraq müəyyən etmişdir ki, müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112- 1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun və nəzərdə tutulan şikayətvermə müddətində verildiyindən icraata qəbul edilmiş və araşdırma aparılmışdır. Namizəd İddiaçı şikayətində bildirmişdir ki, 2024-cu il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri vaxtında dairə seçki komissiyasına təqdim edilmiş, lakin namizəd öz gəlirlərinin miqdarı və mənbəyi haqqında düzgün məlumat vermədiyinə görə dairə seçki komissiyasının mübahisələndirdiyi qərarı ilə onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir. Eyni zamanda o, şikayətində namizədliyin qeydə alınması ilə bağlı məsələyə baxılarkən dairə seçki komissiyasının iclasına dəvət olunmadığını, seçki sənədlərində aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün ona şərait yaradılmadığını göstərmişdir. Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin olunmuşdur. Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş İddiaçı namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, işçi qrupunun namizədin gəlirlərinin miqdarı və mənbəyi barədə məlumatların yoxlanılmasına dair rəyində onun 2023-cü ilin son 6 ayı üzrə muzdlu işdən gəlir əldə etdiyi müəyyən edilmiş və namizəd gəlirlərinin miqdarı və mənbəyi haqqında məlumatları seçki sənədində düzgün göstərməmişdir. Buna görə də Seçki Məcəlləsinin 58.1.4-cü və 60.2.3-cü maddələrinə əsasən, onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir. Araşdırma ilə əlaqədar namizəd İddiaçı tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş sənədlər dairə seçki komissiyasından tələb edilərək yoxlanılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupuna verilmişdir. İşçi qrupunun 2 avqust 2024-cü il tarixli rəyindən məlum olur ki, namizəd İddiaçı öz gəlirlərinin miqdarı və mənbəyi barədə təqdim etdiyi məlumata əsasən 1 iyul 2023-cü il tarixdən 1 iyul 2024-cü il tarixədək olan dövrdə 25571.60 (iyirmi beş min beş yüz yetmiş bir manat altmış qəpik) manat məbləğində qeyd etdiyi gəlirlər qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdən ibarətdir. Aparılan araşdırma nəticəsində həqiqətən də onun gəlirlərinin miqdarı və mənbəyi barəsində təqdim etdiyi həmin məlumatda göstərmədiyi, lakin 2023-cü ilin son altı ayını əhatə edən dövr üzrə muzdlu işdən 2070,0 (iki min yetmiş) manat məbləğində gəlirlərinin olduğu aşkar edilmişdir. Göstərilən məbləğ isə namizədin gəlirlərinin miqdarı və mənbələri barədə olan Qaydalara 1 saylı əlavədə “Əsas iş yerindən aylıq əmək haqqı” bölümündə öz əksini tapmamışdır. Bundan başqa, namizəd tərəfindən təqdim olunmuş 15 iyul 2024-cü il tarixli Kapital Bankın ödəniş kartı (debet) üzrə çıxarışda müxtəlif tarixlərdə köçürülmüş məbləğlərdə namizədə aid olan 2023-cü ilin son altı ayı üzrə hər ay üçün ayrı-ayrılıqda minimum əmək haqqı məbləğində (345.0 manat) olan ödənişlər öz əksini tapmamışdır. Beləliklə, İddiaçı öz gəlirlərinin miqdarı və mənbəyi barədə dairə seçki komissiyasına verdiyi məlumatların düzgün olmaması Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən namizədliyin qeydə alınmasından imtina üçün əsasdır və dairə seçki komissiyası bu əsaslarla İddiaçı namizədliyinin qeydə alınmasından imtina etməkdə düzgün qənaətə gələrək qərar qəbul etmişdir. İddiaçı şikayətində göstərdiyi namizədliyinin qeydə alınması ilə bağlı məsələyə baxılarkən dairə seçki komissiyasının iclasına dəvət olunmadığına eləcə də seçki sənədlərində aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün ona şərait yaradılmadığına dair iddiaları araşdırılarkən dairə seçki komissiyasının sədrindən, katiblərindən və həmin dairə seçki komissiyası nəzdində yaradılmış işçi qrupunun rəhbərindən alınan izahatlardan aydın oldu ki, İddiaçı imza vərəqələri və digər zəruri seçki sənədlərini xx.xx.2024-cü il tarixdə dairə seçki komissiyasına təqdim etmişdir. Dairə seçki komissiyasının nəzdində yaradılmış işçi qrupunda təqdim edilmiş seçki sənədləri və imza vərəqləri nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, bir neçə imza vərəqəsində və seçki sənədində qəsdən buraxılmayan səhvlər mövcuddur. Bununla əlaqədar İddiaçı və səlahiyyətli nümayəndəsi X8 xx.xx.2024-cü il tarixdə dairə seçki komissiyasına dəvət olunmuş, həmin səhvlər aradan qaldırılmışdır. Nəhayət, təqdim edilən izahatlardan o da məlum olur ki, xx.xx.2024-cü il tarixdə dairə seçki komissiyasında olarkən İddiaçı dairə seçki komissiyasının sədrindən namizədliyinin qeydə alınması məsələsinə qısa müddətdə baxılmasına dair xahişinə cavab olaraq dairə seçki komissiyasının sədri həmin məsələyə xx.xx.2024-cü il saat 1200-1300 aralığında baxılacağını bildirmiş, lakin nə, İddiaçı nə də, onun səlahiyyətli nümayəndəsi həmin iclasa gəlməmişdir. Beləliklə, aparılan tam və hərtərəfli araşdırma göstərmişdir ki, İddiaçı şikayətində göstərdiyi namizədliyin qeydə alınması ilə bağlı məsələyə baxılarkən dairə seçki komissiyasının iclasına dəvət olunmadığına eləcə də seçki sənədlərində aşkar edilmiş qəsdən buraxılmayan səhvlərin aradan qaldırılması uçun ona şərait yaradılmadığına dair iddiaları öz təsdiqini tapmır, əksinə dairə seçki komissiyası imza vərəqələri və digər seçki sənədlərində aşkar edilmiş qəsdən buraxılmayan səhvlərin aradan qaldırılması üçün zəruri addımlar atmış, yəni namizəd və onun səlahiyyətli nümayəndəsi təqdim olunmuş sənədlərin yoxlanılması prosesində iştirak etmiş və qeyd edilən sənədlərdə imza atmaq yolu ilə mövcud çatışmazlıqlar aradan qaldırılmışdır. Göstərilənlərə əsasən İddiaçı 31 iyul 2024-cü il tarixli 5 saylı şikayəti əsassız olduğundan təmin edilməməli onun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 30 iyul 2024-cü il tarixli 17/49 saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxanda göstərilənlərə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimatın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı 31 iyul 2024-cü il tarixli 5 saylı şikayəti əsassız olduğundan təmin edilməməsi, həmin dairə seçki komissiyasının 30 iyul 2024-cü il tarixli 17/49 saylı qərarının dəyişdirilmədən saxlanılması, rəyin qəbul edildiyi andan 18 saatdan gec olmayaraq dərc olunması (internet saytına yerləşdirilməsi) və surətinin müraciət etmiş şəxsə göndərilməsi barədə rəy verilmişdir. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 31 iyul 2024-cü il tarixli 05 saylı şikayətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının N 26/119 saylı xx.xx.2024-cü il tarixli Qərarından müəyyən olunur ki, 2024cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı 2024-cü il iyulun 31-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair həmin seçki dairəsi dairə seçki komissiyasının 30 iyul 2024-cü il tarixli 17/49 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimata uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır. Namizəd İddiaçı şikayətində bildirmişdir ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri vaxtında dairə seçki komissiyasına təqdim edilmiş, lakin namizəd öz gəlirlərinin miqdarı və mənbəyi haqqında düzgün məlumat vermədiyinə görə dairə seçki komissiyasının mübahisələndirdiyi qərarı ilə onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir. Eyni zamanda, o, şikayətində namizədliyin qeydə alınması ilə bağlı məsələyə baxılarkən dairə seçki komissiyasının iclasına dəvət olunmadığını, seçki sənədlərində aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün ona şərait yaradılmadığını göstərmişdir. Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin olunmuşdur. Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş İddiaçı namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, işçi qrupunun namizədin gəlirlərinin miqdarı və mənbəyi barədə məlumatların yoxlanılmasına dair rəyində onun 2023-cü ilin son 6 ayı üzrə muzdlu işdən gəlir əldə etdiyi müəyyən edilmiş və namizəd gəlirlərinin miqdarı və mənbəyi haqqında məlumatları seçki sənədində düzgün göstərməmişdir, buna görə də Seçki Məcəlləsinin 58.1.4-cü və 60.2.3-cü maddələrinə əsasən onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir. Araşdırma ilə əlaqədar namizəd İddiaçı tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş sənədlər dairə seçki komissiyasından tələb edilərək yoxlanılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupuna verilmişdir. İşçi qrupunun 2 avqust 2024-cü il tarixli rəyindən məlum olur ki, namizəd İddiaçı öz gəlirlərinin miqdarı və mənbəyi barədə təqdim etdiyi məlumata əsasən 1 iyul 2023-cü il tarixdən 1 iyul 2024-cü il tarixidək olan dövrdə 25571,60 (iyirmi beş min beş yüz yetmiş bir manat altmış qəpik) manat məbləğində qeyd etdiyi gəlirlər qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdən ibarətdir. Aparılan araşdırma nəticəsində həqiqətən də onun gəlirlərinin miqdarı və mənbəyi barəsində təqdim etdiyi həmin məlumatda göstərmədiyi, lakin 2023-cü ilin son altı ayını əhatə edən dövr üzrə muzdlu işdən 2070,0 (iki min yetmiş) manat məbləğində gəlirlərinin olduğu aşkar edilmişdir. Göstərilən məbləğ isə namizədin gəlirlərinin miqdarı və mənbələri barədə olan Qaydalara 1 saylı əlavədə “Əsas iş yerindən aylıq əmək haqqı” bölümündə öz əksini tapmamışdır. Bundan başqa, namizəd tərəfindən təqdim olunmuş 15 iyul 2024-cü il tarixli Kapital Bankın ödəniş kartı (debet) üzrə çıxarışda müxtəlif tarixlərdə köçürülmüş məbləğlərdə namizədə aid olan 2023-cü ilin son altı ayı üzrə hər ay üçün ayrıayrılıqda minimum əmək haqqı məbləğində (345,0 manat) olan ödənişlər öz əksini tapmamışdır. Beləliklə, İddiaçı öz gəlirlərinin miqdarı və mənbəyi barədə dairə seçki komissiyasına verdiyi məlumatların düzgün olmaması Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən namizədliyin qeydə alınmasından imtina üçün əsasdır və dairə seçki komissiyası bu əsaslarla İddiaçı namizədliyinin qeydə alınmasından imtina etməkdə düzgün qənaətə gələrək qərar qəbul etmişdir. İddiaçı şikayətində göstərdiyi namizədliyin qeydə alınması ilə bağlı məsələyə baxılarkən dairə seçki komissiyasının iclasına dəvət olunmadığına, eləcə də seçki sənədlərində aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün ona şərait yaradılmadığına dair iddiaları araşdırılarkən dairə seçki komissiyasının sədrindən, katiblərindən və həmin dairə seçki komissiyası nəzdində yaradılmış işçi qrupunun rəhbərindən alınan izahatlardan aydın oldu ki, İddiaçı imza vərəqələri və digər zəruri seçki sənədlərini xx.xx.2024-cü il tarixdə dairə seçki komissiyasına təqdim etmişdir. Dairə seçki komissiyasının nəzdində yaradılmış işçi qrupunda təqdim edilmiş seçki sənədləri və imza vərəqləri nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, bir neçə imza vərəqəsində və seçki sənədində qəsdən buraxılmayan səhvlər mövcuddur. Bununla əlaqədar İddiaçı və səlahiyyətli nümayəndəsi X8 xx.xx.2024-cü il tarixdə dairə seçki komissiyasına dəvət olunmuş, həmin səhvlər aradan qaldırılmışdır. Nəhayət, təqdim edilən izahatlardan o da məlum olur ki, xx.xx.2024-cü il tarixdə dairə seçki komissiyasında olarkən İddiaçı dairə seçki komissiyasının sədrindən namizədliyinin qeydə alınması məsələsinə qısa müddətdə baxılmasına dair xahişinə cavab olaraq dairə seçki komissiyasının sədri həmin məsələyə xx.xx.2024-cü il saat 1200 - 1300 aralığında baxılacağını bildirmişdir. Lakin nə İddiaçı, nə də onun səlahiyyətli nümayəndəsi həmin iclasa gəlməmişdir. Beləliklə, aparılan tam və hərtərəfli araşdırma göstərdi ki, İddiaçı şikayətində göstərdiyi namizədliyin qeydə alınması ilə bağlı məsələyə baxılarkən dairə seçki komissiyasının iclasına dəvət olunmadığına, eləcə də seçki sənədlərində aşkar edilmiş qəsdən buraxılmayan səhvlərin aradan qaldırılması üçün ona şərait yaradılmadığına dair iddiaları öz təsdiqini tapmır. Əksinə, dairə seçki komissiyası imza vərəqələri və digər seçki sənədlərində aşkar edilmiş qəsdən buraxılmayan səhvlərin aradan qaldırılması üçün zəruri addımlar atmışdır, yəni namizəd və onun səlahiyyətli nümayəndəsi təqdim olunmuş sənədlərin yoxlanılması prosesində iştirak etmiş və qeyd edilən sənədlərdə imza atmaq yolu ilə mövcud çatışmazlıqlar aradan qaldırılmışdır. Göstərilənlərə əsasən İddiaçı 31 iyul 2024-cü il tarixli 5 saylı şikayəti əsassız olduğundan təmin edilməməli, onun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 30 iyul 2024-cü il tarixli 17/49 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı 31 iyul 2024-cü il tarixli 5 saylı şikayətinin əsassız olduğundan təmin edilməməsini, həmin dairə seçki komissiyasının 30 iyul 2024-cü il tarixli 17/49 saylı qərarının dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, sığortaedən X3 X18 tərəfindən təqdim edilmiş 2023-cü ilin 3-cü və 4-cü rübləri üzrə məcburi dövlət sosial sığorta haqqı məqsədləri üçün təqdim edilmiş hesabatda vətəndaş İddiaçı ilə bağlı hər ay 345,0 manat olmaqla ümumilikdə 2070,0 manat məbləğində əmək haqqı hesablanmışdır. İddiaçının dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası parlamentinin - Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin - referendumun təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmişdir. Həmin Məcəllənin yuxarıda istinad olunan normalarının tələblərinə əsasən irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına dairəsi qanunla dəqiq müəyyən edilmiş seçki sənədlərini təqdim etməlidir. Həmin sənədlərdən biri də, namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumatdan ibarətdir. Qanunda göstərilən seçki sənədlərində qeyd olunan məlumatların düzgün olmaması halı isə namizədin qeydə alınmasından imtina edilməsi üçün əsasdır. (SM-nin 58.1.,58.1.4. 60.2.3-cü mad.) Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının namizədliyinin qeydə alınmasından imtina edilməsinin yeganə səbəbi onun öz gəlirlərinin miqdarı və mənbələri barədə müvafiq seçki komissiyasına düzgün məlumat verməməsi olmuşdur. İddiaçı təqdim etdiyi Kapital Bank ASC tərəfindən verilmiş ona məxsus ödəniş kartı üzrə çıxarışda qeyd olunan məbləğlə cavabdehin qeyd etdiyi 2070,0 manat pul vəsaitinin əhatə olunmasını bildirsə də, həmin sənəddə iddiaçıya aid olan 2023-cü ilin son altı ayı üzrə hər ay üçün ayrı-ayrılıqda 345,0 manat ödənişlərin aparılması öz əksini tapmamışdır. Bu isə məhkəməyə, gəlirləri barədə düzgün məlumat vermək vəzifəsi olan namizədin (hazırkı işdə iddiaçının) öz təqsiri üzündən müvafiq seçki komissiyasına gəlirləri barədə düzgün məlumat verməməsi nəticəsinə gəlməyə əsas verir. Kollegiya iddiaçının ona qarşı qərəzli münasibət bəslənilməsinə, DSK-nın iclası barədə ona məlumat verilməməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, araşdırma zamanı bu dəlillərdə öz təsdiqini tapmamışdır. İddiaçının öz gəlirlərinin miqdarı və mənbəyi haqqında düzgün məlumat veməməsi nəticəsində namizədliyinin qeydə alınmasından imtina edilməsi halı, yəni onun özünün davranışının nəticəsi iddiaçıya qarşı qərəzli münasibətin mövcud olması kimi qiymətləndirilə bilməz. Belə ki, bütün namizədlər bərabər hüquqlara malik olmaqla bərabər öhdəliklər daşıdıqlarından, iddiaçı seçki qanunvericiliyinin tələblərinə əməl etmədiyi halda namizədliyinin qeydə alınmasından imtina ediləcəyini bilirdi. Daha sonra iddiaçının eləcə də, onun nümayəndəsinin xx.xx.2024-cü il tarixinə təyin edilən 32 saylı Suraxanı üçüncü dairə seçki komissiyasının iclasının yeri və vaxtı barədə məlumatlarının olması 32 saylı Suraxanı üçüncü dairə seçki komissiyasının sədrinin, katiblərinin və həmin dairə seçki komissiyası nəzdində yaradılmış işçi qrupunun rəhbərinin izahatları ilə öz təsdiqini tapır. Dairə seçki komissiyasının nəzdində yaradılmış işçi qrupunda iddiaçı tərəfindən təqdim edilmiş seçki sənədləri və imza vərəqələri nəzərdən keçirilərkən bir neçə imza vərəqində və seçki sənədində qəsdən buraxılmayan səhvlərin olması, bu səhvlərin aradan qaldırılması üçün İddiaçı və səlahiyyətli nümayəndəsi A.Ş.Əliyevin xx.xx.2024-cü il tarixdə dairə seçki komissiyasına dəvət olunmaları, həmin səhvlərin iddiaçı tərəfindən düzəldilməsi isə işin mübahisə edilməyən hallarıdır. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən, öz gəlirlərinin miqdarı və mənbələri barədə məlumatların müvafiq seçki komissiyasına düzgün təqdim edilməməsi faktı təsdiqini tapdığından, aparılan inzibati icraat zamanı hüquqlarının pozulması ilə bağlı iddiaçının dəlilləri isə öz təsdiqini tapmadığından iddiaçının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirakı üçün namizədliyinin qeydə alınmasından imtina edilərkən Azərbaycan Respublikasının Milli Məclisinə deputatların seçkilərinin təşkili və keçirilməsi qaydalarını müəyyən edən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə cavabdeh tərəfindən əməl edilmişdir. Ona görə də kollegiya 32 saylı Suraxanı seçki dairəsi dairə seçki komissiyasının xx.xx.2024-cü il tarixli 17/49 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli N 26/119 saylı Qərarının qanuni və əsaslı olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən mübahisələndirilən qərarın qanuni və əsaslı olması nəticəsinə gəldiyindən həmin qərarın ləğv edilərək iddiaçının namizədliyinin qeydə alınmasına dair iddia tələblərini əsassız sayaraq təmin etmir. Şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 87, 90 və 130-cu maddələrini və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsini rəhbər tutaraq Məhkəmə kollegiyası, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı 32 saylı Suraxanı seçki dairəsi dairə seçki komissiyasının xx.xx.2024-cü il tarixli 17/49 saylı qərarının dəyişdirilmədən saxlanılması ilə bağlı Azərbaycan Respublikası Məkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli N 26/119 saylı qərarının ləğv edilərək onun 01 sentyabr 2024-cü il tarixə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 2 (iki) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar