Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-52/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsilə, X6 və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanətin əvəzləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırkı iddia ilə məhkəməyə müraciət edərək, “TuranBank ASC-nin 28 noyabr 2019-cu il tarixli, XD 20191127/1857 saylı MT320 SWİFT əqdinə əsasən Amrahbank ASC-də olan əmanətinin 380 617 (üç yüz səksən min altı yüz on yeddi) ABŞ dolları məbləğində qalıq hissəsi ilə Cavabdeh1 ASC-nin TuranBank ASCdə olan əmanətinin 380 616.20: (üç yüz səksən min altı yüz on altı dollar 20 sent) ABŞ dolları məbləğində qalıq hissəsi ilə əvəzləşdirilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, LPO Amrahbank ASC ilə fiziki şəxs X1 arasında 28 noyabr 2019-cu il tarixli, ***-*******DQK281119-01 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Ə.Ş.Allahverdiyevə 2 594 117 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda TuranBank ASC tərəfindən 28 noyabr 2019cu il tarixli. XD 20191127/1857 saylı MT320 SWİFT əqdinə əsasən, LPO Amrahbank ASCyə 3 000 000 ABŞ dolları məbləğində əmanət qoymuşdur. TuranBank ASC, X4 və Amrabank ASC arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli, ***-*******DQK281119-02 saylı girov müqaviləsinə əsasən, Amrahbank ASC-də TuranBank ASC-yə məxsus AZ30AMRA000035220USD00000032 saylı depozit hesabında olan 3 000 000 (üş milyon) ABŞ dolları məbləğində pul vəsaiti X1 AmrahBank ASC qarşısında olan 2 594 117 (iki milyon beş yüz doxsan dörd min yüz on yeddi) ABŞ dolları məbləğində kreditinin təminatı kimi girov qoyulmuşdur. Xətai rayon Məhkləməsinin xx.xx.2020-cı il tarixli, 2(011)- 6425/2020 nömrəli qətnaməsinə və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 3814/2021 nömrəli icra sənədinə əsasən Ə.Ş.Allahverdiyevin 2 594 117.37 ABŞ dolları məbləğində əsas, 30 099.76 ABŞ dolları məbləğində faiz borcu TuranBank ASC nin Cavabdeh1 ASC-də olan 3 000 000 ABŞ dolları məbləğində əmanətinin müvafiq hissəsi ilə əvəzləşdirilmişdir. Bütün silinmələr aparıldıqdan sonra, hazırkı tarixə TuraBank ASC-nin LPO Cavabdeh1 ASC-də həmin əmanət üzrə qalıq əmanət məbləği 380 617 ABŞ dolları təşkil edir. Qeyd edilənlərlə yanaşı bildirirlər ki, Cavabdeh1 ASC-nin də TuranBank ASC-də 600 000 ABŞ dolları məbləğində əmanəti mövcud olmuşdur. TuranBank ASC və Cavabdeh1 ASC-nin əmanət tələblərin qarşılıqlı şəkildə ödənişlərini təmin etmək məqsədi ilə Cavabdeh1 ASC-nin TuranBank ASC-də olan 600 000 ABŞ dolları məbləğində əmanətinin 219 383 ABŞ dolları məbləğində hissəsi tərəflərindən xx.xx.2025-ci il tarixdə Cavabdeh1 ASC-nin müxbir hesabına ödənilmişdir (köçürülmüşdür). Həmin əmanət üzrə hazırkı tarixə Cavabdeh1 ASC-nin TuranBank ASC-də qalıq əmanət məbləği 380 616.20 ABŞ dolları təşkil edir. Hesab edirlər ki, həmin əmanət məbləğləri qarşılıqlı əvəzləşdirilməlidir və bu məqsədlə tərəflərindən LPO Cavabdeh1 ASC-nin ləğvedicisinə müraciət edilsə də əmanətlərin əvəzləşdirilməsi təmin edilməmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddia ərizəsini iş materialları ilə birgə araşdırıb, proses iştirakçısının izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında 4628 nömrəli, 19 sentyabr 2025-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, “TuranBank ASC-nin LPO Amrahbank ASC-də olan və müvafiq qaydada kreditor tələbi kimi qeydə alınmış, qalıq 380 617 ABŞ dolları məbləğində əmanətini LPO Cavabdeh1 ASC-nin TuranBank ASC-də olan 380 616.20 ABŞ dolları məbləğində qalıq əmanəti ilə əvəzləşdirilməsini xahiş etmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası qanununun: 76.1-ci maddəsinə əsasən bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. 78.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. 81.4-cü maddəsinə əsasən təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. 82.1-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri. 82.2-ci maddəsinə əsasən qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir. 87.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. 87.2-ci maddəsinə əsasən tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. 87.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. 87.4-cü maddəsinə əsasən ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş məbləğlər Mərkəzi Bankda xüsusi hesabda depozitə qoyulur. Ləğvedici mediada bildiriş dərc etdirərək göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş vəsait göstərilən kreditorlar və ya onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alına bilər. İddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-cı il tarixli, 2- 3(103)-130/2020 saylı qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 ASC-yə ləğvedici təyin olunmuşdur. İş materiallarından göründüyü kimi, LPO Amrahbank ASC ilə fiziki şəxs X1 arasında 28 noyabr 2019-cu il tarixli, ***-*******DQK281119-01 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Ə.Ş.Allahverdiyevə 2 594 117 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda iddiaçı onu da bildirir ki, Cavabdeh1 ASC-nin də TuranBank ASC-də 600 000 ABŞ dolları məbləğində əmanəti mövcud olmuşdur. TuranBank ASC və Cavabdeh1 ASC-nin əmanət tələblərin qarşılıqlı şəkildə ödənişlərini təmin etmək məqsədi ilə Cavabdeh1 ASC-nin TuranBank ASC-də olan 600 000 ABŞ dolları məbləğində əmanətinin 219 383 ABŞ dolları məbləğində hissəsi tərəflərindən xx.xx.2025-ci il tarixdə Cavabdeh1 ASC-nin müxbir hesabına ödənilmişdir (köçürülmüşdür). Həmin əmanət üzrə hazırkı tarixə Cavabdeh1 ASC-nin TuranBank ASC-də qalıq əmanət məbləği 380 616.20 ABŞ dolları təşkil edir. Hesab edirlər ki, həmin əmanət məbləğləri qarşılıqlı əvəzləşdirilməlidir və bu məqsədlə tərəflərindən LPO Cavabdeh1 ASC-nin ləğvedicisinə müraciət edilsə də əmanətlərin əvəzləşdirilməsi təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tətbiq olunan qanunvericilik normalarının tələblərinə əsasən kreditor tələbi kimi qeydə alınmış tələblər üzrə ödənişlər qanunamüvafiq olaraq növbəlilik qaydasında həyata keçirilir. Göründüyü kimi, qanunvericiliklə müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülməsi və hər kateqoriya üzrə tələblərin əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilməsi imperativ qaydada tənzimlənmişdir. “Banklar haqqında” qanunun 78.1-ci maddəsinə əsasən isə bu Qanunun 82-ci maddəsinin (Ödənişlərin növbəliyi) tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131.1-ci maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 131.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 89, 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddia təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(103)-52/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-52/2025
28.10.2025 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver