Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-54/2025 03.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və Abşeron rayon Mehdiabad Bələdiyyəsinə qarşı “Abşeron rayon Mehdiabad Bələdiyyəsində sədr müavini vəzifəsindən çıxarılmağına əsas olan seçki nəticələrinə dair qəbul edilmiş qərarın ləğv edilməsi və onun yenidən Abşeron rayon Mehdiabad Bələdiyyəsində sədr müavini vəzifəsinə bərpa olunmağı barədə barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və Abşeron rayon Mehdiabad Bələdiyyəsinə qarşı “Abşeron rayon Mehdiabad Bələdiyyəsində sədr müavini vəzifəsindən çıxarılmağına əsas olan seçki nəticələrinə dair qəbul edilmiş qərarın ləğv edilməsi və onun yenidən Abşeron rayon Mehdiabad Bələdiyyəsində sədr müavini vəzifəsinə bərpa olunmağı barədə barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. 2014-cü üdə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 2015-2018-ci illərdə Zeytun Aptekdə əczaçı, 2018-2019-cu illərdə həkim-terapevt, xx.xx.2019-xx.xx.2021-ci illərdə Bakı Sağlamlıq Mərkəzində həkim-laborant, xx.xx.2022xx.xx.2023-cü illərdə Endomed Klinikasında həkim-laborant vəzifəsində işləmişdir. Halhazırda Azərbaycan Respublikası Prezidenti yanında X1 “Dövlət və bələdiyyələrin idarə edilməsi fakultəsi”nin təiəbəsidir. 2019-cu ildə keçirilən Bələdiyyə seçkilərinə qatılaraq, yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbə Bələdiyyəsinə namizədliyini verərək, Mehdiabad Bələdiyyəsinin üzvü seçilmişdir. Bələdiyyə üzvü seçildikdən sonra Abşeron rayonunun və Mehdiabad Bələdiyyəsinin həyata keçirdiyi bütün sosial-siyasi fəaliyyətlərdə aktiv iştirak etmişdir. Bu fəaliyyətinə görə 2023-cü ilin iyun ayının 22-də Mehdiabad Bələdiyyəsinin ümumi yığıncağının qərarı ilə Texniki və iqtisadi məsələlər üzrə Sədr müavini vəzifəsinə təyin edilmişdir. 2024-cü ilin dekabr ayında Respublika üzrə Bələdiyyə seçkiləri elan olunduqdan sonra Mehdiabad Bələdiyəsinin sədri Mustafa Süleymanov ona psixoloji və fiziki təzyiq göstərərək, onun iş fəaliyətinə maneçilik törətmiş, heç bir izah və nöqsan olmadan otağında olan sənədləri götürərək onu fəaliyyətsiz vəziyyətdə qoymuşdur. O, bununla bağlı Sumqayıt Regional Ədliyyə İdarəsinə və Abşeron rayon İcra Hakimiyyətinə müraciət edərək, Bələdiyyə sədri Mustafa Süleymanovun qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş etmiş, lakin Sumqayıt Regional Ədliyyə İdarəsindən şikayətinə heç bir cavab verilmədi, Abşeron rayon İcra Hakimiyyəti isə bələdiyyələrə heç bir aidiyyəti olmadığını bildirdilər. İddiaçı 2025-ci ildə keçirilən Bələdiyyə seçkilərinə yenidən qatılaraq, Mehdiabad bələdiyəsi üzvülüyünə namizədliyini verdi və Mehdiabad qəsəbəsində sakinlərlə görüşərək aktiv seçki kompaniyası keçirdi. Lakin 29 yanvar 2025-ci il tarixçə keçirilən Bələdiyyə seçkilərində onun namizədliyi 50 saylı Abşeron 3-cü Seçki Dairəsi tərəfindən əngəllənərək və seçki sənədlərində saxtakarlıq edilərək, onun Mehdiabad bəiədiyəsinə üzv seçilməyinə imkan verilməmişdir. İddiaçı 2019-cu ilin dekabr ayında Yeni Azərbaycan Partiyasının Abşeron rayon Təşkilatına müraciət edərək və müvafiq sənədlərini təqdim edərək Partiayaya üzv olmağını xahiş etmiş, lakin YAP Abşeron rayon Təşkilatı bu günə qədər, onun partiayaya üzvülüyünü təsdiq etməyərək, onun ümumiyyətlə qeydiyyatdan keçmədiyini bildirmişdir. Bununla yanaşı Sumqayıt Regional Ədliyyə İdarəsinə, Abşeron Rayon İcra Hakimiyyərinə, Abşeror Rayon Yeni Azərbaycan Partiyasına, Abşeron Rayon Mehdiabad qəsəbə Polis İdarəsinə, Azərbaycan Respublikası Prezident Adminstrasiyasına, Azərbaycan Respublikası Baş Prokurorluğuna, Abşeron DOST xidmətinə müxtəlif vaxtlarda onlayn və yazılı qaydada müraciət etmişdir. Həmin orqanlara yaxınlaşıb müraciətinə baxılmasını soruşduqda, ona müraciəti üzrə araşdırma aparıldığı bildirilmişdir. Müraciətlərinin üstündən uzun müddət keçsə də heç bir araşdırma aparılmamış, ona heç bir rəsmi yazılı cavab verilməmişdir. Hesab edir ki, onun bələdiyyə müavini vəzifəsindən çıxarılmağı üçün əsas müəyyən edilməmiş, nə də ki bu əsas ona bildirilməmişdir. Buna cavabdeh olan dövlət orqanlarına etdiyi müraciətlər də cavabsız qalmışdır. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 56. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Maddə 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Maddə 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Maddə 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Maddə 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Maddə 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. Maddə 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. Azərbaycan Respublikasının Seçki Məcəlləsi: Maddə 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Maddə 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. Maddə 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 3. Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmə kollegiyasının mövqeyi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia tələbi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı iş üzrə mübahisələndirilən qərarı (inzibati aktı) qəbul etmiş orqanın iş üzrə cavabdehin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin ikinci cümləsinin tələbinə əsasən hazırkı işə iddiaçının yaşayış yerinin (olduğu yerin) məhkəməsində baxılmalıdır. Elektron məhkəmə informasiya sistemdən çıxarışdan müəyyən olunur ki, Sumqayıt şəhərində doğulmuş, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı Asan-Sumqayıt 3 tərəfindən verilmiş AZE ******** nömrəli xx.xx.2016-cı il tarixli aktiv şəxsiyyət vəsiqəsinə əsasən, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Savalan küçəsi, 46 ünvanına qeydiyyata alınmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə qərarından görünür ki, Abşeron rayonu Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, iddiaçının qeydiyyat ünvanı isə ünvan 1likası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin tələbinə əsasən hazırkı işə iddiaçının yaşadığı (qeydiyyatda olduğu) yerin məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana bilər və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 80, 130.1-130.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və Abşeron rayon Mehdiabad Bələdiyyəsinə qarşı “Abşeron rayon Mehdiabad Bələdiyyəsində sədr müavini vəzifəsindən çıxarılmağına əsas olan seçki nəticələrinə dair qəbul edilmiş qərarın ləğv edilməsi və onun yenidən Abşeron rayon Mehdiabad Bələdiyyəsində sədr müavini vəzifəsinə bərpa olunmağı barədə barədə qərar qəbul edilməsi” tələbinə dair 2- 3(103)-54/2025 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardadın təqdim olunduğu gündən 3 (üç) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-3(103)-54/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(103)-54/2025
03.11.2025 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver