Məhkəmə qərarları › İş №2-3(103)-55/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-55/2023

13.11.2023 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-55/2023 13.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndələri X1, X3 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı “pul vəsaitinin növbədənkənar qaydada ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun imtinasının qanunsuz sayılması, xx.xx.2020-ci il tarixli, 04 saylı ödəniş tapşırığına əsasən Cavabdeh1 ASC-yə köçürülmüş və Cavabdeh1 ASC tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 05 saylı ödəniş tapşırığının icra olunmaması nəticəsində hesabda qalmış 2.532.90 manat məbləğində pul vəsaitinin növbədənkənar qaydada İddiaçınə ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "MKS-5” Məhdud Məsuliyyətli Cəmiyyəti 18 yanvar 2016-cı il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin MGBİHŞDQİ-də dövlət qeydiyyatına alınmışdır. "MKS-5” MMC qeydiyyata alındığı gündən hazırki vaxtadək çoxmənzilli hündürmərtəbəli yaşayış binalarına öz işçi heyəti ilə xidmət göstərir. Qeyd olunmalıdır ki, iddiaçı fəaliyyət dövründə bir sıra banklarda hesablaşma-hesabı açmış və bu hesablardan biri də "AtaBank” ASC-də olmuşdu. "MKS-5” MMC öz işçi heyətinə 2020ci ilin fevral ayı üzrə əmək haqqının verilməsi məqsədilə "Kapital Bank” ASC-də olan hesabına 2.532.9 (iki min beş yüz otuz iki manat doxsan qəpik) manat pul vəsaitini köçürmək əvəzinə, səhvən xx.xx.2020-ci il tarixində Cavabdeh1 ASC-də olan hesablaşma-hesabına 2.532.9 manat məbləğində əmək haqqı vəsaitini köçürmüşdür. Belə ki, xx.xx.2020-cı il tarixli 04 saylı ödəniş tapşırığında da ödənişin təyinatı və əsası "əmək haqqı fevral ayı” kimi qeyd olunmuşdur. Bundan sonra "MKS-5” MMC-nin əməkdaşı dərhal bu barədə Cavabdeh1 ASC-yə bildirmiş və həmin vəsaiti "KapitalBank” ASC-də olan müəssisənin hesabına köçürülməsini xahiş etmişdir. "MKS-5” MMC-nin müraciəti əsasında "AtaBank” ASC xx.xx.2020-ci il tarixində 05 saylı ödəniş tapşırığı verərək, səhvən köçürülmüş məbləğin geri qaytarılmasını qeyd etmişdiı. Bundan sonra həmin vəsaitin nə zaman "Kapital Bank” ASC-yə daxil olacağını gözləsələr də, vəsaitin onlara verilməsi təmin edilməmişdir. Məhz bu məqəsədlə də tərəflərindən "Kapital Bank ASC-yə rəsmi müraciət ünvanlandırıldı və onların müraciətinə bank özünün xx.xx.2020-ci il tarixli 419 saylı məktubu ilə cavab yazaraq göstərmişdir ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək "xxxx" MMC-nin AZ44AJ1B******************** nömrəli hesabına 2532.90 AZN vəsait mədaxil olmamışdır. Sonradan məlum olmuşdur ki, "AtaBank” ASC ləğv prosesindədir və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. Pulun geri qaytarılması ilə bağlı adı çəkilən Fonda xx.xx.2020-ci il tarixində rəsmi müraciət ünvanladılar və müraciətə xx.xx.2020-ci il tarixli cavab məktubu yazılaraq göstərilmişdir ki, «siz hal-hazırda ləğv prosesində olan bankın təminatsız kreditoru olduğunuza görə əvvəlki növbənin tələbi tam icra edildikdən sonra kreditor tələbiniz ödəniləcəkdir». Əmanətlərin Sığortalanması Fondunun bu cür cavabından sonra bir müddət gözlədilər ki, qeyd olunan vəsait onlara qaytarılsın, lakin vəsaitin qaytarılmadığını gördükdə, onlar xx.xx.2023-cii il tarixində təkrar olaraq cavabdehə müraciət etdilər. İddiaçının müraciətini Fond özünün xx.xx.2023-cü il tarixli məktubu ilə cavablandıraraq göstərmişdir ki, “İddiaçı MMC-nin "Banklar haqqında" Azərbaycan Respublikası Qanununa əsasən qeydə alınmış kreditor tələbinin ödənilməsi həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir." İddiaçı tərəfdən səhvən köçürülmüş əmək haqqı vəsaitinin onlara geri qaytarılmamasını gördükdə, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldılar. Qeyd olunmalıdır ki, Əmanətlərin Sığortalanması Fondunun iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan da göründüyü kimi, Cavabdeh1 ASC Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)-129/2020 saylı qərarı ilə müflis elan edilmiş və iflas proseduruna başlanılaraq, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən səhvən köçürülən vəsait bankın hesabına daxil olarkən, o, ləğv edilməmiş və müflis elan olunmamışdır. İddiaçının hüquqları pozulmuşdur və iddiaçı da bu hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddia ərizəsinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: Ləğvedici Azərbaycan Respublikası “Banklar haqqında” Qanununun 77.1-ci maddəsinə uyğun olaraq kreditor kimi tələbi qeydə almışdır. Belə ki, xx.xx.2021-ci il tarixində kreditor tələbi kimi 2539 AZN məbləğində tələb ləğvedici tərəfindən qeydə alınmışdır. Bu isə öz növbəsində kreditorların reyestrində öz əksini tapmış və kreditorların reyestri məhkəmə tərəfindən təsdiq edilmişdir. İddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası «Banklar haqqında» Qanununun 76.1-ci maddəsinə əsasən bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. Kreditor tələbi kimi qeydə alınmış tələblər üzrə ödənişlər qanunamüvafiq olaraq növbəlilik qaydasında həyata keçirilir. LPO Cavabdeh1 ASC isə hazırda həmin növbəlilik üzrə birinci növbənin ödənişinin yığımı və ödənilməsi hissəsindədir. Bu tələb “Banklar haqqında” Qanunun 82-ci maddəsinin 7-ci növbəsi üzrə, yəni təminatsız kreditor tələbi kimi qeydə alınmış və ödəniləcək məbləğdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X4 və X6 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddia ərizəsini iş materialları ilə birgə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, "xxxx" ASC Cəfər Cabbarlı filialı bildirir ki, 05 mart 2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək İddiaçı MMC AZ44AİİB******************** nömrəli hesabına 2532,90 AZN vəsait mədaxil olmamışdır. İş materiallarında olan ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: "MKS-5” MMC-nın hesablarında qalmış vəsaitin ödənilməsinə dair muracıətinizə Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. Bakı Apellyasıya Məhkəməsinin xx.xx.2020-cı il tarixli 2-3(103)-129/2020 nömrəli qərarı ilə "AtaBank’' ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən hüquqi şəxslərin hesablarında qalmış vəsaitlər qorunan əmanətlərə aid edilmədiyi üçün həmin vəsaitlər “Banklar haqqında” Azərbaycan Respublikas Qanununa uygun olaraq kreditor tələbi kimi qeydə alınır. İddiaçı MMC-nin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qeydə alınmış kreditor tələbinin ödənilməsi həmin Qanunun 82-cı maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. “Banklar haqqında” Azərbaycan Respublikası qanununun: 81.4-cü maddəsinə əsasən təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. 82.1-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər, büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri. 82.2-ci maddəsinə əsasən qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir. 87.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. 87.2-ci maddəsinə əsasən tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. 87.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. 87.4-cü maddəsinə əsasən ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş məbləğlər Mərkəzi Bankda xüsusi hesabda depozitə qoyulur. Ləğvedici mediada bildiriş dərc etdirərək göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş vəsait göstərilən kreditorlar və ya onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alma bilər. İddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-cı il tarixli, 2- 3(103)-129/2020 saylı qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 ASC-nin ləğvedicisi təyin olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununa əsasən hüquqi şəxslərin hesablarında qalmış vəsaitlər qorunan əmanətlərə aid edilmədiyi üçün həmin vəsaitlər «Banklar haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alınır, İddiaçı MMC-nin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununa əsasən qeydə alınmış kreditor tələbinin ödənilməsi həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı MMC-nin 2539 manat məbləğində tələbi kreditor tələb kimi qeydə alınmışdır və bu, kreditorların reyestrində öz əksini tapmışdır. Qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən isə kreditor tələbi kimi qeydə alınmış tələblər üzrə ödənişlər qanunamüvafiq olaraq növbəlilik qaydasında həyata keçirilir. Göründüyü kimi, qanunvericiliklə müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülməsi və hər kateqoriya üzrə tələblərin əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilməsi imperativ qaydada tənzimlənmişdir. Bu da o deməkdir ki, müflis elan olunmuş bankın kreditorlarına növbəlikdən kənar hər hansı qaydada ödəniş aparıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131.1-ci maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 131.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 89, 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddia təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar