Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-57/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iş üzrə (Açar sözlər: “qərarın ləğv edilməsi və namizədliyin qeydə alınması”) Bakı şəhəri 20 avqust 2024-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “qərarın ləğv olunması və namizədliyin qeydə alınması” tələbinə dair inzibati mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları
1. İddiaçı 46 saylı Sumqayıt-beşinci Seçki Dairəsindən xx.xx.2024-ci il tarixinə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyimin irəli sürülməsi Dairə Seçki Komissiyasının 15/35 saylı, 22 iyul 2024-cü il tarixli qərarı ilə təsdiq edilmişdir.
2. xx.xx.2024-cü il tarixdə imza vərəqələrini alaraq xx.xx.2024-cii il tarixində imzaların toplanmasını yekunlaşdırıb Dairə Seçki Komissiyasına təqdim etmişdir.
3. xx.xx.2024-cü il tarixdə saat 16.00-da Dairə Seçki Komissiyasına çağrılmış iclas keçirilərək imzalarının 65-nin müxtəlif səbəblərə görə (qara düşmə, səliqəsiz yazılma, oxunmama, iinvanın tam yazılmaması və s. kimi) etibarsız, 435 imzasının etibarlı sayılaraq, bununla da etibarlı imzalar 450 imzadan az olduğu üçün namizədliyimin qeydiyyata alınmasından imtina edilməsi barədə 20/50 saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək ona təqdim edilmişdir.
4. Həmin qərardan verdiyi şikayəti Mərkəzi Seçkii Komissiyasının 26/118 saylı xx.xx.2024-cü il tarixdi qərarı ilə ləğv edilmiş və onun namizədliyinin qeydə alınıbalınmaması məsələsinə həmin dairə seçki komissiyasında yenidən baxılması üçün göndərilmişdir.
5. Dairə Seçki Komissiyası tərəfində məsələyə yenidən baxılaraq xx.xx.2024-cü il tarixli, 22/59 saylı qərarı ilə onun namizədliyinin qeyd alınmasından imtina edilmişdir.
6. İddiaçı xx.xx.2024-cü il tarixdə Dairə Seçki Komissiyasını həmin qərarından Mərkəzi Seçki Komissiyasına şikayət ərizəsi verərək müraciət etmişdir.
7. Mərkəzi Seçki Komissiyasının 28/129 saylı, xx.xx.2024-cii il tarixli qərarı ilə onun şikayəti təmin edilməmiş və həmin qərar xx.xx.2024-cti il tarixində poçt vasitəsi ilə təqdim edilmişdir.
8. Bundan sonra, iddiaçı Mərkəzi Seçki Komissiyasına qarşı hazırkı mübahisələndirmə haqqında iddianı qaldıraraq, həmin xx.xx.2024-cü il tarixli qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini və seçkilər zamanı namizədliyinin qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslandırılması və qarşı tərəfin etirazı:
1. İddiaçı tələbində haqlı olmasını Azərbaycan Respublikası Konstitusiyasının 1-ci və 56-cı, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 21-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.4, 112-1.7, 19.13, -19.14, 59.3, 59.13, 60.2.3, 60.4, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 130.1, və 130.2-ci maddələrinə istinadən əsaslandıraraq hesab etmişdir ki, onun sözügedən qanunvericiliyin normaları ilə müəyən edilən seçki hüquqları pozulmuşdur.
2. Cavabdehin iddia ərizəsi ilə bağlı yazılı etirazı məhkəməyə təqdim edilməmişdir.
Tərəflərin məhkəmə iclasında izahatları:
1. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmənin aidiyyətlə bağlı prosessual məsələyə münasibət bildirərkən qeyd etdi ki, Sumqayıt şəhərində yaşayır, pasport qeydiyyatındadır, bu baxımdan da deputatlığa namizədliyini 46 saylı Sumqayıt-beşinci Seçki Dairəsinə vermişdir. Odur ki, hazırkı işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinə etiraz etmir.
2. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh(nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
Maddə 60. hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
Maddə 83. Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır.
Maddə 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur.
Maddə 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.
Maddə 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir.
Maddə 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.
Maddə 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur.
Maddə 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır.
Maddə 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsi:
Maddə 112. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi
112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər.
112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər.
“Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunu :
Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
Maddə 3. Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.
“Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VİQR nömrəli Qərarını və “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarını nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyasının 98.1-ci maddəsinin İ hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq - 1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması; 2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi qərara alınmışdır. İV. Məhkəmənin mövqeyi
1. Məhkəmə Kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının hazırkı mübahisələndirmə haqqında iddia ərizəsi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.
2. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən qərarı (inzibati aktı) qəbul etmiş inzibati orqanının, yəni Mərkəzi Seçki Komissiyasının səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin ikinci cümləsinin tələbindən isə göründüyü kimi, mübahisələndirmə haqqında iddiaya ilk növbədə iddiaçının yaşayış yerinin (olduğu yerin) məhkəməsində baxılır.
3. İddiaçının yaşayış yeri isə “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin yuxarıda qeyd olunan tələbi isə nəzərədə tutur ki, şəxsin yaşyış yeri onun şəxsiyyət vəsiqəsinə əsasən müəyyən edilir. Onun elektron məhkəmə-informasiya sistemi vasitəsilə (AZEMİS) əldə olunmuş AA******* nömrəli xx.xx.2019-cu il tarixli şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən isə müəyyən olunur ki, yaşayış yeri üzrə ünvanı - ünvan 1 təşkili və olduğu yer isə Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.
5. Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019cu il tarixli 2 №-li qərarı ilə Sumqayıt şəhəri – Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir.
6. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi və iddiaçının şəxsiyyət vəsiqəsinə əsasən yaşyış ünvanı üzrə qeydiyyatı ünvan 2 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin tələbinə əsasən iddiaçının yaşadığı (qeydiyyatda olduğu) yerin məhkəməsində baxılmalıdır.
7. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2011-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana bilər və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.
8. Plenum tərəfindən həmçinin, qərarda “İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə istinad edilərək qeyd olunmuşdur ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Avropa Məhkəməsinin Vasilesku Ruminiyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab vermiş olur.
9. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 8, 80, 130.1- 130.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q Ə R A R A A L D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “Azərbaycan Respublikasi Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 28/129 saylı Qərarının ləğv edilməsi və seçkilər zamanı namizədliyinin qeydə alınması”na dair iddia tələbi üzrə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardadın təqdim olunduğu gündən 3 (üç) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.