Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-58/2023 01.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi və məruzəsi ilə, X26 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lhesan qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi X24, Cavabdeh3 ASC-nin nümayəndəsi X25 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ilkin maliyyələşdirilən kredit portfelinin ləğv prosesində olan "xxxx" ASC-dən "xxxx" ASC-yə keçirilməsi barədə» ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ilkin maliyyələşdirilən ümumi 1.972.423,72 (bir milyon doqquz yüz yetmiş iki min dörd yüz iyirmi üç manat, 72 qəpik) manat təşkil edən 21 ədəd ipoteka kreditini və həmin ipoteka kreditlərinin təminatı kimi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak üzrə hüquqlarını ləğv prosesində olan "xxxx" ASC-dən "xxxx" ASC-yə keçirilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası (bundan sonra - Qayda) Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra - Fond) vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsinə dair tələbləri, ipoteka kreditinin verilməsi prosedurunu, ipoteka krediti üzrə hüquqların əldə olunmasını və geri alınmasını, habelə ipoteka kreditinin restrukturizasiyası və ipoteka kreditləşməsi ilə bağlı digər məsələləri müəyyən edir. Fondun vəsaiti hesabına ipoteka kreditini, həmin Qaydada müəyyən edilmiş tələblərə müvafiq olaraq, müvəkkil banklar verir (Qaydanın 4.1-ci bəndi). Müvəkkil bank ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsinə və bununla bağlı yaranan digər münasibətlərin tənzimlənməsinə dair Fond ilə müvafiq müqavilə bağlamış bankdır (Qaydanın 2.0.2-ci yarımbəndi). İpoteka kreditinin maliyyələşdirilməsi (ilkin və ya yenidən) və onlara xidmət Fond və müvəkkil bank arasında bağlanan baş saziş və xidmət müqaviləsi əsasında həyata keçirilir (Qaydanın 5.1-ci bəndi). İpoteka kreditinin ilkin maliyyələşdirilməsi - Fondun müəyyən etdiyi şərtlərlə müvəkkil bankın verdiyi ipoteka kreditinin qabaqcadan maliyyələşdirilməsi (Qaydanın 2.0.6-cıyarımbəndi), ipoteka kreditinin yenidən maliyyələşdirilməsi isə müvəkkil bankın verdiyi ipoteka krediti üzrə tələb hüquqlarının ipoteka kağızının tərtib olunması yolu ilə Fond tərəfindən əldə olunmasıdır (Qaydanın 2.0.7- ci yarımbəndi). Qaydanın 5-ci hissəsi ipoteka krediti üzrə hüquqların əldə olunmasına dair müddəaları müəyyən edir. Fond ilə Fond ilə Cavabdeh1 ASC arasında Qaydanın 2.0.3-cü yarımbəndinə müvafiq olaraq bağlanılmış 11 iyun 2018-ci il tarixli 21 nömrəli İpoteka Kreditlərinin Maliyyələşdirilməsi üzrə Baş Sazişə əsasən Fond tərəfindən Cavabdeh1 ASC-nin verdiyi ipoteka kreditlərinin ilkin və yenidən maliyyələşdirilməsi həyata keçirilmişdir. Hazırda Qayda çərçivəsində Cavabdeh1 ASC tərəfindən verilmiş ümumi məbləği 1 972 423,72 (bir milyon doqquz yüz yetmiş iki min dörd yüz iyirmi üç manat, 72 qəpik) manat təşkil edən 21 ipoteka krediti Fond tərəfindən ilkin maliyyələşdirilmişdir. Azərbaycan Respublikası Mərkəzi X43 18 oktyabr 2023-cü il tarixli qərarına əsasən Cavabdeh1 ASC-nin bank lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 nömrəli qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu isə bank üzrə ləğvedici təyin edilmişdir. Qaydanın 5.12-ci bəndinə əsasən müvəkkil bankın (Ləğv prosesində olan Cavabdeh1 ASC-nin) lisenziyası ləğv edildikdə və bununla əlaqədar ləğvetmə proseduruna məruz qaldıqda X62 qərarı əsasında ləğvediciyə nəzarət edən məhkəmə orqanı Fondun vəsaiti hesabına ilkin maliyyələşdirilən kredit portfelini ləğvetməyə məruz qalmış bankdan digər müvəkkil banka keçirir. Bu zaman həmin kredit portfelinin təminatı kimi müvəkkil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak üzrə hüquqlar yeni müvəkkil banka ötürülür. X62 25 oktyabr 2023-cü il tarixli 20-2023 nömrəli qərarı ilə Fondun vəsaiti hesabına ilkin maliyyələşdirilən kredit portfelinin ləğv prosesində olan Cavabdeh1 ASC-dən Cavabdeh3 ASC-yə keçirilməsinə dair qərar qəbul olunmuş və məsələ ilə bağlı 30 oktyabr 2023-cü il tarixli 12-3/2-4847/2023 nömrəli məktubla Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məlumat verilmişdir.“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3-ci maddəsinə görə, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanının tələblərini rəhbər tutaraq məhkəmədən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ilkin maliyyələşdirilən ümumi məbləği 1 972 423,72 (bir milyon doqquz yüz yetmiş iki min dörd yüz iyirmi üç manat, 72 qəpik) manat təşkil edən 21 ipoteka krediti və həmin ipoteka kreditlərinin təminatı kimi Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak üzrə hüquqların Ləğv prosesində olan Cavabdeh1 ASC-dən Cavabdeh3 ASC-yə keçirilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X47 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X48 ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ilkin maliyyələşdirilmiş kredit portfelinə dair 24 oktyabr 2023-cü il tarixli məlumatdan görünür ki, kredit qalığı cəmi 1.972.423,72 manat təşkil edir, o cümlədən:
1. Bank "xxxx" ASC, X22, kredit qalığı 130738,41 manat;
2. Bank "xxxx" ASC, X2, kredit qalığı 69826,66 manat;
3. Bank "xxxx" ASC, X16, kredit qalığı 119851,86 manat;
4. Bank "xxxx" ASC, X9, kredit qalığı 82897,54 manat;
5. Bank "xxxx" ASC, X17, kredit qalığı 92370,71 manat;
6. Bank "xxxx" ASC, X3, kredit qalığı 99752,38 manat;
7. Bank "xxxx" ASC, X4, kredit qalığı 99730,36 manat;
8. Bank "xxxx" ASC, X20, kredit qalığı 131673,15 manat;
9. Bank "xxxx" ASC, X10, kredit qalığı 149441,24 manat;
10. Bank "xxxx" ASC, X5, kredit qalığı 54863,81 manat;
11. Bank "xxxx" ASC, X6, kredit qalığı 124377,37 manat;
12. Bank "xxxx" ASC, X11, kredit qalığı 108007,58 manat;
13. Bank "xxxx" ASC, X1, kredit qalığı 59776,49 manat;
14. Bank "xxxx" ASC, X7, kredit qalığı 59884,82 manat;
15. Bank Cavabdeh1 ASC, X8, kredit qalığı 149814,83 manat;
16. Bank "xxxx" ASC, X12, kredit qalığı 80000,00 manat;
17. Bank "xxxx" ASC, X13, kredit qalığı 80000,00 manat;
18. Bank "xxxx" ASC, X18, kredit qalığı 72845,96 manat;
19. Bank "xxxx" ASC, X14, kredit qalığı 26912,34 manat;
20. Bank "xxxx" ASC, X19, kredit qalığı 89769,31 manat;
21. Bank "xxxx" ASC, X15, kredit qalığı 89888,90 manat. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun: 71.4-cü maddəsinə əsasən ləğv edilən bankın sənədlərinin və əmlakının bankın inzibatçılarından ləğvediciyə təhvil verilməsi aktıı məhkəmə təsdiq edir. Ləğvedici bu Qanunun müddəaları ilə tələb edilən hallarda göstəriş almaq üçün istənilən vaxt məhkəməyə müraciət edə bilər. Ləğvedici məhkəmənin nəzarəti altında və maliyyə bazarlarına nəzarət orqanı ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. 80-ci maddəsinə əsasən məhkəmənin qabaqcadan razılığını aldıqdan sonra bankın ləğvedicisi tələblərin nizama salınması məqsədilə bankın istənilən kreditoru və ya borclusu ilə danışıqlara başlaya bilər. Bu cür nizamasalmanın nəticələrinə etiraz edilə və ya bunlardan şikayət verilə bilməz. 90-cı maddəsinə əsasən bankın müflis elan olunması və ya müflis elan olunmuş bankla əlaqədar işə baxarkən birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq həmin məsələyə dair maliyyə bazarlarına nəzarət orqanının rəyini alır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası»nın: 2.0.1-ci bəndinə əsasən ipoteka krediti - yaşayış sahəsi almaq üçün müvəkkil bankın verdiyi və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edilən borcdur. 2.0.2-ci bəndinə əsasən müvəkkil bank - ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsinə və bununla bağlı yaranan digər münasibətlərin tənzimlənməsinə dair Fond ilə müvafiq müqavilə bağlamış bankdır. 2.0.6-cı bəndinə əsasən ipoteka kreditinin ilkin maliyyələşdirilməsi - Fondun müəyyən etdiyi şərtlərlə müvəkkil bankın verdiyi ipoteka kreditinin qabaqcadan maliyyələşdirilməsidir. 2.0.7-ci bəndinə əsasən ipoteka kreditinin yenidən maliyyələşdirilməsi - müvəkkil bankın verdiyi ipoteka krediti üzrə tələb hüquqlarının ipoteka kağızının tərtib olunması yolu ilə Fond tərəfindən əldə olunmasıdır. 4.1-ci bəndinə əsasən Fondun vəsaiti hesabına ipoteka kreditini, bu Qaydanın 3-cü hissəsində müəyyən edilmiş tələblərə müvafiq olaraq, müvəkkil banklar verir. 5.1-ci bəndinə əsasən ipoteka kreditinin maliyyələşdirilməsi və onlara xidmət Fond və müvəkkil bank arasında bağlanan baş saziş və xidmət müqaviləsi əsasında həyata keçirilir. 5.12-ci bəndinə əsasən müvəkkil bankın lisenziyası ləğv edildikdə və bununla əlaqədar ləğvetmə proseduruna məruz qaldıqda X62 qərarı əsasında ləğvediciyə nəzarət edən məhkəmə orqanı Fondun vəsaiti hesabına ilkin maliyyələşdirilən kredit portfelini ləğvetməyə məruz qalmış bankdan digər müvəkkil banka keçirir. Bu zaman həmin kredit portfelinin təminatı kimi müvəkkil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak üzrə hüquqlar yeni müvəkkil banka ötürülür. Azərbaycan Respublikası Mərkəzi X43 18 oktyabr 2023-cü il tarixli qərarına əsasən "xxxx" ASC-nin bank lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu isə bank üzrə ləğvedici təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ilə "xxxx" ASC arasında bağlanılmış İpoteka Kreditlərinin Maliyyələşdirilməsi üzrə Baş Sazişə əsasən Fond tərəfindən "xxxx" ASC-nin verdiyi ipoteka kreditlərinin ilkin və yenidən maliyyələşdirilməsi həyata keçirilmişdir. Hazırda "xxxx" ASC tərəfindən verilmiş ümumi məbləği 1.972.423,72 ( bir milyon doqquz yüz min yetmiş iki min dörd yüz iyirmi üç manat, 72 qəpik) manat təşkil edən 21 ipoteka krediti Fond tərəfindən ilkin maliyyələşdirilmişdir. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin 25 oktyabr 2023-cü il tarixli 20-2023 nömrəli qərarı ilə Fondun vəsaiti hesabına ilkin maliyyələşdirilən kredit portfelinin ləğb prosesində olan "xxxx" ASC-dən "xxxx" ASC-yə keçirilməsinə dair qərar qəbul edilmiş və bununla əlaqədar "xxxx" ASC-nin ləğvedicisinə müraciət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanmış 15 noyabr 2023-cü il tarixli 6-1-31/2-8869/2023 nömrəli məktubdan görünür ki, Fondun vəsaiti hesabına ilkin maliyyələşdirilən kredit portfelinin və həmin kredit portfelinin təminatı kimi ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak üzrə hüquqların "xxxx" ASC-yə keçirilməsinə dair Mərkəzi Bankın etirazı yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131.1-ci maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 83, 90, 131-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun ərizəsi təmin edilsin. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ilkin maliyyələşdirilən ümumi məbləği 1.972.423,72 (bir milyon doqquz yüz yetmiş iki min dörd yüz iyirmi üç manat, 72 qəpik) manat təşkil edən 21 ədəd ipoteka krediti və həmin ipoteka kreditlərinin təminatı kimi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak üzrə hüquqların ləğv prosesində olan "xxxx" ASC-dən "xxxx" ASC-yə keçirilməsi vəzifəsi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.