Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-3(103)-67/2024 13.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “31 saylı Suraxanı ikinci seçki dairəsi səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının qərarının ləğv edilməsinə, İddiaçı münasibətdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozulmasının tanınması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “31 saylı Suraxanı ikinci seçki dairəsi səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının qərarının ləğv edilməsinə, İddiaçı münasibətdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozulmasının tanınması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, X2 qərarına əsasən 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə İddiaçı (bundan sonra şikayətçi) 31 saylı Suraxanı ikinci seçki dairəsindən (bundan sonra DSK) Müsavat Partiyası adından deputatlığa namizəd irəli sürülüb və qeydə alınıb. 31 saylı Suraxanı ikinci seçki dairəsinin bütün məntəqələri üzrə səsvermə total saxtakarlıqla keçirilib. Belə ki, DSK-dan məntəqəyə verilən bülletenlərin sayı barədə, qeydiyyatdan çıxma və qeydiyyata düşmə barədə, daşınan seçki qutularının plomblanması barədə aktların surətləri müşahidəçilərinə verilmədi, komissiya üzvləri seçki qutularına topa bülletenlər atdılar, eyni seçicilər dəfələrlə səs verdilər, aralıq hesabatlarda verilən rəqəmlər imza vərəqələrində olan imzaların sayına uyğun deyildi, məntəqənin ərazisində yaşamayan şəxslərin səs vermələrinə imkan yaradılırdı, seçicilərə komissiya üzvləri təsir edirdilər ki, namizəd Qaya Məmmədova səs versinlər. 6-cı və 7-ci məntəqələr eyni binada yerləşdiyindən 6-cı məntəqədə baş verən qanun pozuntuları 7-ci məntəqədə də baş verirdi, 1-ci məntəqədə səs verənləri komissiya üzvləri yönləndirirdilər 7-ci məntəqəyə və əksinə. Hər iki məntəqədə “karusel” olub. Şəxsiyyət vəsiqələrində Şabran rayonu, Naxçıvan MR qeydiyyatı göstərilsə də, səs verdilər. 12-ci məntəqədə də müşahidəçilərinə aktların surətləri təqdim olunmayıb, bütün məntəqələrdə seçki qutularının yarığı çox geniş idi, topa bülleten atmağa imkan verirdi. Müşahidəçiləri şəhid anası kimi özünü təqdim edən şəxs tərəfindən zorakılığa məruz qalıb. X1suz olaraq məntəqədən çıxarılıb. 4-cü, 6-cı, 7-ci məntəqələrdə barmaqların şəffaf maye ilə işarələnməsi aparılmırdı. Məntəqəyə gələn seçicilərin sayı MSK sədrinin aralıq hesabatında şişirdilirdi, “karusel” həyata keçirilirdi. 11ci məntəqədə seçiciləri açıq-aşkar Qaya Məmmədova səs verməyə təhrik edirdilər. Seçki qutularına topa şəkildə bülletenlərin salınması, seçki qutularının yarıqlarının genişliyi, “karusel” əməliyyatının keçirilməsi, seçicilərin dəfələrlə səs vermələri, aralıq hesabatlarda rəqəmlərin qutudakı bülletenlərdən dəfələrlə artıq olması, seçicilərin yönləndirilməsi, imza vərəqələrində imzaların sayılmasına imkan verilməməsi, məntəqənin dislokasiyasından kənar şəxslərin səs verməsinə imkan verilməsi, səslərin sayılması zamanı müşahidəçilərin bülletendəki qeydləri görməsinə imkan verilməməsi, eləcə də səsvermə bitdikdən sonra səslərin sayılması üçün müxalifət müşahidəçilərinə şərait yaradılmaması, yekun protokolun surətinin müşahidəçilərə verilməməsi və seçkinin nəticələri haqqında hazırlanan karbonlaşmış protokolunun 3-cü nüsxəsinin seçki məntəqəsindəki məlumat lövhəsində asılmaması demək olar ki, bütün seçki məntəqələrinə aiddir. Qərarın əsasalndırıcı hissəində deyilir: “Mərkəzi Seçki Komissiyasında şikayətçi, Müsavat Partiyasından qeydə alınmış namizəd İddiaçı iştirakı ilə aparılmış tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədin mübahisələndırdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınmış digər namizəd tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır. Təqdim edilmiş video görüntülərin araşdırılması zamanı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilməmişdir. İddianın dəllilləri: “İnzibati İcraat Haqqında” Qanununun 46.3-cü maddəsində sübutların həqiqiliyi prezumpsiyası imperativ olaraq əks olunub. Bu baxımdan haqlı olaraq qanunverici sənədlərin həqiqiliyini təsdiq etməyi də tərəfin üzərinə qoymağı qanunla təsbit etməyi inzibati idarəçilik sisteminin vahidliyi prinsipi ilə bir araya sığmaz olduğu üçün yolverilməz hesab etmişdir. İnzibati orqanın sənəd barəsində hər hansı bir şübhələri varsa, bu şübhələrə son qoymaq üçün o özü aktiv hərəkət etməlidir. İnzibati icraatda sübutların qiymətləndirilmə azadlığı prinsipi müəyyən edir ki, qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan halların və onların qarşılıqlı əlaqəsinin aydınlaşdırılması, eyni zamanda qiymətləndirilməsi və müqayisəsi zamanı kənar təsirdən azad olmalıdır. Lakin bundan əvvəlki seçkilər və bu seçki barədə verilən yerli və beynəlxalq təşkilatalrın rəyində seçki komissiyalarının birbaşa siyasi hakimiyyətdən asllı olduğu açıq bildirilib. Eləcə də bu hal seçki komissiyalarının formalaşması barədə hüquqi müddəalarda təsbit olunub, aydın görünür. Belə ki, SM-nin 24.3-cü maddəsinə əsasən Mərkəzi Seçki Komissiyasının 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə. Seçiki komissiyasında Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyalar ölkəmizdə və beynəlxalq qurumlar tərəfindən müxalifət partiyası kimi tanınmırlar, həmçinin müstəqillərin bitərəf olması isə formal xarakter daşıyır, onlar siyasi hakimiyyətin nəzarətindədirlər, ümumiyyətlə qanunverici orqanın üzvünün ideoloji baxışlarda, siyasi məsələlərdə bitərəf olması absurdur. Sentyabrın 02-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT Parlament Assambleyası beynəlxalq müşahidəçilərinin hesabatında Azərbaycanda keçirilən parlament seçkiləri barədə ümumi qiymətləndirməsi belədir ki, 01 sentyabr erkən parlament seçkisi zamanı seçicilərə “həqiqi siyasi alternativlər” təklif edilməyib. Qurumun rəyinə görə, seçki prosesi effektiv hazırlansa da, əsas azadlıqların və medianın “həddindən artıq məhdudlaşdırıldığı hüquqi çərçivədə” keçib. Fərqli fikir bildirən şəxslərə qarşı davam edən repressiya fonunda keçən təşviqat kampaniyası nəzərə çarpmırdı və vətəndaşların qorxu və cəzalandırmadan azad mühitdə iştirakını təmin etmək üçün səylər göstərilməmişdir. Prosesdə çoxlu sayda namizədin iştirak etməsinə baxmayaraq, demək olar ki, hamısı öz təşviqat çıxışlarında hökümətin siyasətini dəstəkləyirdilər”, “Əsaslı islahatlar və dəyişiklik olmasa, bu məsələlər ölkədə demokratiya və qanunun aliliyinə xələl gətirməkdə davam edəcək” Səsvermə günü tərtib edilmiş aktlardan və bu qanun pozuntularına səlahiyyətli vəzifəli şəxslər tərəfindən heç bir reaksiya verilməməsi, beynəlxalq müşahidəçilərin yekun rəyi seçkinin total saxtalaşdırıldığı kimi qiymətləndirilməsi üçün əsasdır. Beləliklə, Seçki Məcəlləsinin seçicilərin siyahılarının tərtib edilməsi (maddə 46), vətəndaşların seçici siyahısına daxil edilməsi və seçici siyahılarından çıxarılması qaydası (maddə 47; 47.10), seçki komissiyalarının fəaliyyətində aşkarlıq (maddə 40), müşahidəçilərin hüquq və vəzifələri (maddə 42), seçki komissiyası üzvünün statusu (maddə 22.10), seçki məntəqələrinin yaradılması (maddə 35), səsvermə otağı (maddə 98), seçki qutuları (maddə 103, 103.3), səsvermə qaydası (maddə 104), səsvermə otağından kənarda səs vermə (maddə 105), seçki məntəqəsində səslərin hesablanması (maddə 106) maddələrində göstərilən tələblərə məntəqə seçki komissiyaları tərəfindən əməl olunmayıb. Ona görə də 31 saylı Suraxanı ikinci seçki dairəsi səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının qərarının ləğv edilməsinə, İddiaçı münasibətdə Avropa İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi Konvensiyayasına dair 1 saylı Protokolun 3-cü maddəsinin pozulmasının tanınması barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdehin iddiaya qarşı etirazı Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına rəsmi qaydada məlumat verilmiş, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 26. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 56. İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Maddə 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Maddə 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Maddə 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Maddə 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Maddə 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. Maddə 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. Azərbaycan Respublikasının Seçki Məcəlləsi Maddə 53.1. Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. Maddə 56.1. Seçicilərin təşəbbüs qruplarının irəli sürdükləri və ya öz təşəbbüsləri ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin Maddə 53.6-cı maddəsində göstərilən qərarın qəbul edildiyi gündən başlanır. Siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülmüş namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 54.9-cu maddəsində göstərilən qərarın qəbul edilməsi günündən başlanır. Maddə 56.2. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin imzaları toplanmalıdır. Maddə 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Maddə 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. Maddə 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. Yaşayış yeri və olduğu yer üzrə Azərbaycan Respublikasının Qanunu Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 3. Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia tələbi aidiyyəti üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı iş üzrə mübahisələndirilən qərarı (inzibati aktı) qəbul etmiş orqanın iş üzrə cavabdehin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin ikinci cümləsinin tələbinə əsasən hazırkı işə iddiaçının yaşayış yerinin (olduğu yerin) məhkəməsində baxılmalıdır. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, Cəlilabad rayonunda anadan olmuş, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Cəlilabad RPŞ QVŞV Bölməsi tərəfindən verilmiş AA******* nömrəli xx.xx.2021-ci il tarixli şəxsiyyət vəsiqəsinə əsasən, o, Cəlilabad rayonu Dədə Qorqud küçəsi ev 64 ünvanına qeydiyyata alınmışdır. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Qərarına əsasən Cəlilabad rayonu Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, iddiaçının qeydiyyat ünvanı isə ünvan 1ti Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin tələbinə əsasən hazırkı işə iddiaçının yaşadığı (qeydiyyatda olduğu) yerin məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, ““İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana bilər və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Həmin qərarda eyni zamanda İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə istinad edilərək göstərilmişdir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Avropa Məhkəməsinin Vasilesku Ruminiyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab vermiş olur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İPM-nin 8, 80, 130.1-130.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “31 saylı Suraxanı ikinci seçki dairəsi səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının qərarının ləğv edilməsinə və İddiaçı münasibətdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozulmasının tanınması barədə qərar qəbul edilməsi” tələbinə dair 2-3(103)-67/2024 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardadın təqdim olunduğu gündən 3 (üç) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(103)-67/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(103)-67/2024
13.09.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver