Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-68/2024 15.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X249 Oruczadənin sədrliyi və məruzəsi ilə, X163 və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi X39 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “8 saylı Binəqədi birinci seçki dairəsi səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2024-cü il tarixli 42/208 saylı qərarının ləğv edilməsi, ona münasibətdə Avropa İnsan hüquqlarının və X100 Konvensiyasına dair 1 saylı Protokolun 3-cü maddəsinin tanınması” tələbinə dair inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8 saylı Binəqədi birinci seçki dairəsi səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2024-cü il tarixli 42/208 saylı qərarının ləğv edilməsi, ona münasibətdə Avropa İnsan hüquqlarının və X100 Konvensiyasına dair 1 saylı Protokolun 3-cü maddəsinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X233 qərarına əsasən 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə İddiaçı (bundan sonra; Şikayətçi) 8 saylı Binəqədi birinci seçki dairəsindən (bundan sonra DSK) Müsavat Partiyası adından deputatlığa namizəd irəli sürülüb və qeydə alınıb. 8 saylı Binəqədi birinci seçki dairəsinin bütün məntəqələri üzrə səsvermə total saxtakarlıqla keçirilib. Seçki günü seçki məntəqələrində olan müşahidəçilərimiz öz aktları ilə təsdiq edir ki, 35 saylı seçki məntəqəsində öz təşəbbüsləri ilə qeydə alınan müşahidəçilər həm bu məntəqədə, həm də yaxınlıqda yerləşən 36 saylı seçki məntəqəsində səs verdilər. Gün ərzində məntəqədə 131 nəfər səs versə də, komissiyanın sədri seçki bitdikdən sonra bülletenləri saymadan 311 nəfərin səs verdiyini elan edib. X101 təkid etməsinə baxmayaraq, bülletenlər sayılmayıb. Səsvermənin nəticələri haqqında yekun protokol tərtib olunmayıb. 36 saylı seçki məntəqəsində cəmi 105 nəfər səs verib, amma qutudan 380 bülleten çıxıb. Seçki komissiyasının sədri və üzvü seçki qutusuna dəfələrlə bülletenlər atıb. İşarələnmiş bülletenlərin masanın altında gizlədilməsini əks etdirən videogörüntü var. X395 Etibar adlı vəkili müşahidəçi Vaqif Hacıbəyliyə təzyiq edib. Seçki başa çatdıqdan sonra komissiya üzvləri "yemək yeməyə gedirik” adı ilə seçki məntəqəsini tərk ediblər. Təqribən iki saat sonra qayıdıb bülletenləri saydılar. Müşahidəçilərin bülletenlərə baxmasına imkan vermədilər. Səsvermənin nəticələrinə dair protokol tərtib etmədilər. 35 və 36 saylı məntəqələrə aidiyyatı olmayan 10 nəfərlik “karusel” dəstəsi hər iki məntəqədə səs veriblər. (Video əlavə olunur). 33 saylı məntəqədə səslərin sayılması qəsdən 2 saatdan artıq yubadılıb. Seçki qutularından 60 bülleten çıxıb. Səslərin yekunlarına dair protokol tərtib edilmədən komissiya üzvləri məntəqəni tərk ediblər. MSK-nın saytında bu məntəqədə guya 382 nəfərin səs verdiyi barədə yalan məlumat yayılıb. 13 saylı məntəqədə səsvermə başa çatdıqdan sonra 2 saatlıq fasilə verilib. Sonra səslər sayılarkən müşahidəçilərin iştirakına imkan verilməyib. Səsvermənin nəticələrinə dair yekun protokolu tərtib edilmədən komissiya üzvləri məntəqəni tərk ediblər. 30 saylı məntəqədə seçki “karusel” dəstələri cəlb edilib. Bununla belə cəmi 172 nəfər səs verdiyi halda qutudan 375 bülleten çıxıb. Məntəqədə səsvermənin nəticələrinə dair protokol tərtib edilməyib. 12 saylı seçki məntəqəsində müşahidəçi Cavad Qafarov saat 9:22-də heç bir əsas olmadan polis tərəfindən məntəqədən uzaqlaşdırılıb. Təqribən bir saat sonra bizim şikayətimiz əsasında geri qaytarılıb. Lakin qayıdarkən seçki qutusunun artıq bülletenlərlə doldurulduğunu görüb. Saat 16:30 radələrində S.S. Axundov 7c. m.39-da yaşayan seçici bu məntəqədə səs verməli olsa da, "cihaz xarabdır, şəxsiyyət vəsiqəsini oxumur” adı ilə onun səs verməsinə imkan verilməyib. Səsvermənin nəticələrinə dair yekun protokolu tərtib edilmədən komissiya üzvləri məntəqəni tərk ediblər. 28 saylı məntəqədə gün ərzində cəmi 67 nəfər səs verib, lakin qutudan 418 bülletenin çıxdığı elan edilib. Səslərin sayılması prosesinin gözlə görünən məsafədən müşahidə edilməsinə imkan verilməyib. Səsvermənin nəticələrinə dair yekun protokolu tərtib edilmədən, komissiya üzvləri məntəqəni tərk ediblər. 29 saylı məntəqədə seçki qutusunun içində bülletenlərin dəstədəstə qoyulduğu müşahidə edilib. Bunu sübut edən şəkillər və video əlavə edilir. Səsvermənin nəticələrinə dair yekun protokolu tərtib edilməyib. 11 saylı seçki məntəqəsində saat 11:30-da iki qadın heç bir sənəd təqdim etmədən bülleten alıblar və səs veriblər. Gün ərzində 107 nəfər səs verib, qutudan 903 bülletenin çıxdığı elan edilib. Səslərin sayılması prosesində 3 saatlıq fasilə verilib. Səsvermənin nəticələrinə dair yekun protokolu tərtib edilməyib. 34 saylı seçki məntəqəsində səsverməyə 92 seçici gəlib. Seçkinin bitməsindən 2 saat keçməsinə baxmayaraq istifadə olunmamış bülletenlər ləğv olmayıb. Bülletenlər sayılmayıb. Müşahidəçilərə deyiblər ki, komissiya sədri xəstələnib. Seçki məntəqəsində səsvermənin nəticələrinə dair yekun protokolu tərtib edilməyib. 6 saylı seçki məntəqəsində saat 11:50 radələrində bu ərazidə qeydiyyatda olmayan təqribən 15 nəfər səs veriblər. Səsvermənin nəticələrinə dair protokol seçki məntəqəsində tərtib edilməyib. MSK-nın üzvləri X109 və X110 dairə ərazisində yaşamadıqları üçün komissiya üzvü olmaları qanunsuzdur. 31 saylı seçki məntəqəsində şəxsiyyət vəsiqəsini oxuyan cihaz xarab olub. Gün ərzində seçkiyə 84 nəfər gəlib. Qutudan 399 bülleten çıxıb. Səslərin sayılması qəsdən 3 saat yubadılıb. Səslər sayılarkən müşahidəçilər yaxın buraxılmayıb. Komissiya üzvləri yekun protokolu tərtib etmədən məntəqəni tərk ediblər. 24 saylı seçki məntəqəsində səhər saat 7:50-də məntəqənin sədri müşahidəçi Zahir Beydullayevi məntəqəyə buraxmayıb. Deyib ki, sizin vəsiqədə məntəqənin nömrəsi göstərilməyib, halbuki Respublika üzrə müşahidəçi istənilən məntəqədə ola bilər. Səsvermə bitdikdən sonra müşahidəçilər məntəqədən uzaqlaşdırılıb. Onlara deyilib ki, protokol sabah yazılacaq. 7 saylı seçki məntəqəsində şəxsiyyət vəsiqəsi təqdim etməyən şəxslərə bülleten verilib və onlar səs veriblər. Səsvermənin yekunlarına dair protokol tərtib edilməyib. X64 və X7 dairənin ərazisində yaşamadıqları halda MSK-nın üzvüdürlər. 20 saylı seçki məntəqəsində məntəqənin sədri müşahidəçi Eldar Nəsibzadəni məntəqəyə buraxmayıb. Deyib ki, sizin vəsiqədə məntəqənin nömrəsi göstərilməyib, halbuki Respublika üzrə müşahidəçi istənilən məntəqədə ola bilər. Müşahidəçi yalnız bir neçə saat sonra məntəqəyə buraxılıb. Vebkameranın olduğu bu məntəqədə səsvermə başa çatdıqdan sonra səslər dərhal sayılsa da, yekun protokol tərtib edilməyib və müşahidəçilərə verilməyib. 19 saylı seçki məntəqəsində səsvermə başa çatdıqdan sonra 3 saatlıq fasilə verilib. Səslərin sayılmasına saat 22:10-da başlanılıb. Müşahidəçilərə protokol verilməyib. 22 saylı seçki dairəsində səslərin sayılması qəsdən 3 saat yubadılıb. Səslər sayılarkən müşahidəçilər gözlə görünən məsafəyə buraxılmayıb. Məntəqədə yekun protokol tərtib edilməyib. 14 saylı seçki məntəqəsində səsvermə başa çatdıqdan sonra komissiya üzvləri axşam yeməyinə gediblər. Yeməkdən qayıdandan sonra səsləri sayıblar. Nəinki karbonlaşdırılmış protokolun üçüncü nüsxəsinin lövhədən asılması, hətta qaralama protokol da tərtib etməyiblər. Bunu tələb edən müşahidəçi Əziz Əlişovu çölə çıxarıblar. 21 saylı seçki məntəqəsində gün ərzində 130 nəfər səs verib, qutudan 336 bülletenin çıxdığı elan edilib. Qutu açılmazdan əvvəl qanunla nəzərdə tutulan prosedurlara əməl edilməyib. Səslərin sayılması 3 saat yubadılıb. Yekun protokol seçki məntəqəsində tərtib edilməyib. 8 saylı Binəqədi birinci seçki dairəsi iizrə kütləvi hal alan qanun pozuntularından biri də məntəqə seçki komissiyalarının tərkibi ilə bağlıdır. Dairə üzrə bütün məntəqələrdə MSK üzvlərinin bir neçəsi dairə ərazisində yaşamırlar, bu da Seçki Məcəlləsinin 36.2-ci maddəsinin tələbinə ziddir. 8 saylı Binəqədi seçki dairəsində daimi yaşamayan Məntəqə Seçki Komissiyası üzvlərinin siyahısı: 6 saylı məntəqə: X109, X111 7 saylı məntəqə: X64, X7 11 saylı məntəqə: X250, X173 12 saylı məntəqə: X312, X174 13 saylı məntəqə: X22, X251 14 saylı məntəqə: X65, X40 19 saylı məntəqə: X175, X23 20 saylı məntəqə: X450 21 saylı məntəqə: X13, X176 22 saylı məntəqə: X41, X252 24 saylı məntəqə: X65, X40 25 saylı məntəqə: X451, X66, X112 28 saylı məntəqə: X24, X253 30 saylı məntəqə: X67, X254, X293 31 saylı məntəqə: X68, X113, X313 33 saylı məntəqə: X384, X69, X177 34 saylı məntəqə: X114, X70, X262 37 saylı məntəqə: X61, X1 komissiyasının protokolunun 3-cü nüsxəsi protokol tərtib edildikdən sonra məlumat lövhəsində asılmayıb. Bu qanun pozuntuları barədə dairə seçki komissiyasına məlumat verilib, lakin məhəl qoyulmayıb. Mərkəzi Seçki Komissiyasının qaynar xətti isə daim “məşğul” olub. Ərizəçi Azərbaycan Respubliksı Seçki Məcəlləsinin 112-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 10.1.1-cü bəndinə əsasən 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə səsvermənin nəticələri haqqında DSK-nın protokolunun ləğv edilməsi üçün Mərkəzi Seşki Komissiyasına müraciət edib. MSK bu şikayəti araşdırmaq üçün DSK-ya qaytarıb. DSK şikayəti təmin etməyib. Qərar ümumi sözlərdən ibarətdir və əsaslandırıcı hissəsində (əgər bunu əsaslandırma demək olarsa) qeyd edilib: '"Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olunduğundan namizəd İddiaçı şikayəti əsassız olduğu uçun təmin edilməməlidir. DSK-nın bu qərarından yenidən MSK-ya şikayət edilib. Şikayətin dəlilləri: Səsvermə günü tərtib edilmiş aktlardan və bu qanun pozuntularına səlahiyyətli vəzifəli şəxslərin heç bir reaksiya verməməsi, seçkinin total saxtalaşdırılması barədə beynəlxalq müşahidəçilərin yekun rəyi, məntəqə seçki komissiyasının protokollarının verilməməsi və tərtib edildikdən sonra 3-cü nüsxəsinin məntəqənin məlumat lövhəsindən asılmaması və sair. MSK 13 sentyabr 2024-cü il tarixli 42/208 saylı qərarla ümumi sözlərdən istifadə etməklə iddiaçının şikayətini təmin etməyib. DSK-nın 8 sentyabr 2024-cü il tarixli 36/95 saylı qərarını qüvvədə saxlayıb. MSK isə öz qərarında DSK-nın qərarında qeyd edilənləri təkrarlayıb, iddiaçının şikayətinə münasibət bildirməyib, araşdırılmayıb. MSK-nın bu şikayəti araşdırmaq üçün DSK-ya qaytarması qanunsuz və əsasızdır. Belə ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.13-cü bəndinə əsasən vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. MSK-nın qərarında qeyd edilir: “Seçki Məcəlləsinin tələbinə görə iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər. Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə görə müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir. ” MSK-nın istinad etdiyi Seçki Məcəlləsinin 112-1.12-ci maddəsində deyilir ki, əgər şikayət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə, şikayətin aidiyyəti üzrə göndərilməsi barədə müvafiq seçki komissiyası qərar qəbul edir. Yəni onlara aid olmadıqda şikayətə birinci DSK-da baxılmalıdır, bu qərar qanunsuz və əsasızdır. Belə ki, SM-in 112.3-cü maddəsinə əsasən şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən (təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. Şikayətçinin şikayəti DSK-nın səsvermənin nəticələri haqqında yekun protokolu barədə olub və SM-nin 112-ci maddəsinə əsasən MSK-ya verilməli idi və verilib. Ümumiyyətlə, DSK inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları “İnzibati İcraat Haqqında” Qanuna uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırmayıb, iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edib, baxmayaraq ki, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir, digər tərəfdən iddia edilən nöqsanlarla bağlı sübutlar təqdim etməyib, mübahisə edilə biləcək ümumi sözlər qeyd ediblər. Məntəqə seçki komissiyasının protokolunun 3-cü nüsxəsinin protokol tərtib edildikdən sonra məlumat lövhəsində asılmaması, həmin protokolların dairə seçki komissiyasında və ya başqa yerdə saxtalışdırıldığını hesab etmək üçün kifayət qədər əsasdır. DSK bu məsələyə münasibət bildirməyib. “inzibati İcraat Haqqında” Qanunun 46.3-cü maddəsində sübutların həqiqiliyi prezumpsiyası imperativ olaraq əks olunub. Bu baxımdan haqlı olaraq qanunverici sənədlərin həqiqiliyini təsdiq etməyi də tərəfin üzərinə qoymağı qanunla təsbit etməyi inzibati idarəçilik sisteminin vahidliyi prinsipi ilə bir araya sığmaz olduğu üçün yolverilməz hesab etmişdir. İnzibati orqanın sənəd barəsində hər hansı bir şübhələri varsa, bu şübhələrə son qoymaq üçün o özü aktiv hərəkət etməlidir. İnzibati icraatda sübutların qiymətləndirilmə azadlığı prinsipi müəyyən edilir ki, qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan halların və onların qarşılıqlı əlaqəsinin aydınlaşdırılması, eyni zamanda qiymətləndirilməsi və müqayisəsi zamanı kənar təsirdən azad olmalıdır. Lakin bundan əvvəlki seçkilər və bu seçki barədə verilən yerli və beynəlxalq təşkilatların rəyində seçki komissiyalarının birbaşa siyasi hakimiyyətdən asılı olduğu açıq bildirilib. Eləcə də bu hal seçki komissiyalarının formalaşması barədə hüquqi müddəalarda təsbit olunub, aydın görünür. Belə ki, SM-nin 24.3-ci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyasının 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır, bir namizəd Milli Məclisdə yoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə. Seçki komissiyasında Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyalar ölkəmizdə və beynəlxalq qurumlar tərəfindən müxalifət partiyası kimi tanınmırlar, həmçinin müstəqillərin bitərəf olması isə formal xarakter daşıyır, onlar siyasi hakimiyyətin nəzarətindədirlər, ümumiyyətlə qanunverici orqanın üzvünün ideoloji baxışlarda, siyasi məsələlərdə bitərəf olması absurdur. Sentyabrın 02-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT Parlament Assambleyası beynəlxalq müşahidəçilərinin hesabatında Azərbaycanda keçirilən parlament seçkiləri barədə ümumi qiymətləndirməsi belədir ki, 01 sentyabr erkən parlament seçkisi zamanı seçicilərə “həqiqi siyasi alternativlər” təklif edilməyib. Qurumun rəyinə görə, seçki prosesi effektiv hazırlansa da, əsas azadlıqların və medianın “həddindən artıq məhdudlaşdırıldığı hüquqi çərçivədə” keçib. Fərqli fikir bildirən şəxslərə qarşı davam edən repressiya fonunda keçən təşviqat kampaniyası nəzərə çarpmırdı və vətəndaşların qorxu və cəzalandırmadan azad mühitdə iştirakını təmin etmək üçün səylər göstərilməmişdi. Prosesdə çoxlu sayda namizədin iştirak etməsinə baxmayaraq, demək olar ki, hamısı öz təşviqat çıxışlarında hökumətin siyasətini dəstəkləyirdilər”, “Əsaslı islahatlar və dəyişiklik olmasa, bu məsələlər ölkədə demokratiya və qanunun aliliyinə xələl gətirməkdə davam edəcək”. Səsvermə günü tərtib edilmiş aktlardan və bu qanun pozuntularına səlahiyyətli vəzifəli şəxslər tərəfindən heç bir reaksiya verilməməsi, beynəlxalq müşahidəçilərin yekun rəyi seçkinin total saxtalaşdırıldığı kimi qiymətləndirilməsi üçün əsasdır. Beləliklə, Seçki Məcəlləsinin seçicilərin siyahılarının tərtib edilməsi (maddə 46), vətəndaşların seçici siyahısına daxil edilməsi və seçici siyahılarından çıxarılması qaydası (maddə 47; 47.10), seçki komissiyalarının fəaliyyətində aşkarlıq (maddə 40), müşahidəçilərin hüquq və vəzifələri (maddə 42), seçki komissiyası üzvünün statusu (maddə 22.10), seçki məntəqələrinin yaradılması (maddə 35), səsvermə otağı (maddə 98), seçki qutuları (maddə 103, 103.3), səsvermə qaydası (maddə 104), səsvermə otağından kənarda səs vermə (maddə 105), seçki məntəqəsinsdə səslərin hesablanması (maddə 106) maddələrində göstərilən tələblərə məntəqə seçki komissiyaları tərəfindən əməl olunmayıb. Ona görə də 8 saylı Binəqədi seçki dairəsi səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun, “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının qərarının Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlara, seçki münasibətlərinə dair Təlimat və Əsasnaməyə, eləcə də yuridiksiyası altında olduğumuz Avropa Məhkəməsinin presedent qərarına zidd olduğundan ləğv edilməsi zəruridir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İzahatında həmçinin qeyd etdi ki, ərizəçi araşdırmada iştirakdan imtina etdiyindən onun iştirakı olmadan ekspert qrupu tərəfindən ətraflı araşdırma aparılmış və DSK qərarının qanuni olması nəticəsinə gəlinmişdir. Hazırki iddiaçının şikayət ərizəsində qeyd etdiyi qanun pozuntuları ilə bağlı faktlar aşkar edilməmişdir. Belə ki, müvafiq izahatlar alınmış, aktlaşdırılmış, video görüntülərdən isə hər hansı qanun pozuntusu ilə bağlı məlumat əldə etmək mümkün olmamışdır. Bundan əlavə şikayətçinin ərizəsində seçki dairəsinin bütün məntəqələrində MnSK üzvlərindən bir neçəsinin dairə ərazisində yaşamamasını qanun pozuntusu kimi iddiasına cavab olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 36.2-ci maddəsində qeyd edilir ki, məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir. Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri dairə seçki komissiyasında partiyaları təmsil edən dairə seçki komissiyasının üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları, heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını təmsil edən dairə seçki komissiyasının üzvlərinə isə seçicilər də (seçicilərin təşəbbüs qrupları) təklif edə bilərlər. Bu zaman həmin üzvlərin məhz həmin ərazidə 6 aydan çox yaşaması faktları hərtəfərli araşdırılmışdır. Belə ki, Binəqədi rayonu ərazisində həddən artıq yeni tikililər vardir ki, vətəndaşlar həmin ünvanlarda yaşasalar da rəsmi qeydiyyata düşə bilmirlər. Bundan başqa çoxlu özbaşına tikililər vardır ki, həmin ünvanlar da rəsmiləşdirilmədiyindən vətəndaşlar uzun illər həmin ünvanlarda yaşayırlar, lakin pasport qeydiyyatında fərqli yerlərdə qeydiyyatdan keçirlər. Məhz komissiya üzvlərinin aidiyyəti ünvanlarda yaşaması faktları da inzibati icraat zamanı alınmış izahatlarla ətraflı araşdırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir, həmçinin məhkəmə iclasının katibi tərəfindən iddiaçının istifadəsində olan mobil nömrə ilə əlaqə saxlanılmış, iddiaçı məhkəmə iclasına gəlməyəcəyini bildirmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ- İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Həmin Məcəllənin 112-1.1-ci maddəsinə əsasən vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (“İPM”) 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və ərizənin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, irəli sürülən iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir, iddia düzgün cavabdehə qarşı qaldırılmışdır. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli N 42/208 saylı Qərarını 14 sentyabr 2024-cü il tarixdə əldə edərək, onun ləğv edilməsinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə əsassız olması ilə bağlı hazırki işin faktiki hallarını nəzərdən keçirir: İş materiallarında olan 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasından aidiyyəti üzrə 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasına daxil olmuş 5 sentyabr 2024cü il tarixli, 01 saylı müraciətə baxılmasına dair Dairə Seçki Komissiyasının 08 sentyabr 2024-cü il tarixli, 36/95 nömrəli qərarından görünür ki, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmış İddiaçı Mərkəzi Seçki Komissiyasından aidiyyəti üzrə 05 sentyabr 2024-cü ildə adı çəkilən dairə seçki komissiyasına daxil olmuş müraciətində həmin seçki dairəsinin 6, 7, 11, 12, 13, 14, 19, 20, 21, 22, 24, 28, 29, 30, 31, 33, 34, 35 və 36 saylı seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia etmişdir və bununla bağlı qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat” ın tələblərinə uyğun olaraq 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır. Müraciət etmiş şəxsə araşdırma aparılması barədə məlumat verilmiş, ona şikayətlə bağlı araşdırmada iştirak etmək hüququnun olması izah edilmişdir. Lakin həmin şəxs araşdırmada və komissiyanın iclasında iştirak etməkdən imtina etmişdir. 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasına daxil olmuş 5 sentyabr 2024-cü il tarixli, 01 saylı müraciətə baxılmasına dair Dairə Seçki Komissiyasının 08 sentyabr 2024-cü il tarixli, 36/95 nömrəli qərarı ilə 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmış İddiaçı Mərkəzi Seçki Komissiyasından aidiyyəti üzrə 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasına daxil olmuş 05 sentyabr 2024-cü il tarixli, 01 saylı müraciəti əsassız olduğundan təmin edilməmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən qabaq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova rəsmi müraciət edərək 8 saylı Binəqədi birinci seçki dairəsinin bəzi seçki məntəqələrində səsvermə günü qanun pozuntularına yol verildiyini iddia edərək, dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 36/95 saylı Qərarının ləğv edilməsini xahiş etmişdir. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır. Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 42/208 saylı Qərarı ilə 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə Müsavat Partiyasından qeydə alınmış namizəd İddiaçı 10 sentyabr 2024-cü il tarixli 75 saylı müraciəti əsassız olduğundan təmin edilməmiş, dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 36/95 saylı Qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, hazırki iddia tələbində iddiaçı 8 saylı Binəqədi birinci seçki dairəsi səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2024-cü il tarixli 42/208 saylı qərarının ləğv edilməsi, ona münasibətdə Avropa İnsan hüquqlarının və X100 Konvensiyasına dair 1 saylı Protokolun 3-cü maddəsinin tanınması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin birinci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir Konstitusiyanın 56-cı maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin Preambulasında qeyd edilir ki, Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil edir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər, gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən ümumxalq səsverməsindəreferendumda öz təzahürünü tapır. Azərbaycan dövləti Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir. Sadalanan normalardan göründüyü kimi seçki hüquq münasibətlərində vətəndaşın seçmək, seçilmək, referendumda iştirak etmək hüququ varsa, bu hüquqa qarşılıq olaraq dövlətin həmin hüquqların realizə edilməsini təmin etmək öhdəliyi vardır ki, dövlət bu öhdəliyi seçki qanunvericiliyi ilə müəyyən edilmiş prinsip və normalara, seçkilərin təşkili və keçirilmə qaydalarına riayət edilməsini təmin etməklə həyata keçirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. AR Seçki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir: 25.2.2. bu Məcəllənin qaydalarının pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərar qəbul edir; ... Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən seçki komissiyalarının fəaliyyəti seçicilər üçün şəffaf olmalıdır. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir. Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri dairə seçki komissiyasında partiyaları təmsil edən dairə seçki komissiyasının üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları, heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını təmsil edən dairə seçki komissiyasının üzvlərinə isə seçicilər də (seçicilərin təşəbbüs qrupları) təklif edə bilərlər. Həmin namizədlər müvafiq seçki dairəsinin ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları olmalıdırlar. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən aktiv seçki hüququna malik olan bütün vətəndaşlar seçici siyahılarına daxil edilirlər. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən vətəndaşın seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün həmin vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür. Həmin Məcəllənin 47.10-cu maddəsinə əsasən seçici yalnız bir seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilə bilər. Seçki komissiyası seçicinin birdən çox məntəqədə seçici siyahısına daxil edilməsini aşkar etdikdə, bunun səbəblərini araşdırıb seçicinin bir siyahıda saxlanılmasını təmin etməlidir. Seçici bilərəkdən birdən çox seçici siyahısına daxil edilibsə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 98.4-cü maddəsinə əsasən səsvermə başlandığı andan səsvermə otağında səsvermənin yekunları barədə məlumatları göstərmək məqsədi ilə, səsvermənin yekununa aid böyüdülmüş protokol nümunələri asılmalıdır. Həmin Məcəllənin 98.5-ci maddəsinə əsasən səsvermə otağı elə təşkil edilməlidir ki, seçki bülletenlərinin verildiyi yer, kabinələr, səsvermə üçün digər yerlər, səsvermə qutuları məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər tərəfindən sərbəst görünə bilsin. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən seçki qutularının ölçüləri (daşınan seçki qutuları üçün ayrıca daşınmaz seçki qutuları üçün ayrıca ) Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən seçki qutuları şəffaf olmalıdır. Onların şəffaflığının dərəcəsi onların dolu olub-olmamasını müəyyən etməyə imkan verməlidir. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən seçki qutusuna seçki bülleteninin salınması üçün yarıq eyni zamanda birdən artıq seçki bülleteni qoyulan zərfin salınmasına imkan verməməlidir. Həmin Məcəllənin 103.4-cü maddəsinə əsasən səsvermə günü seçki qutuları məntəqə seçki komissiyasının sədri tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada kilidlənir. Kilidlər plastikdən hazırlanmalıdır və hər birinin öz nömrəsi olmalıdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən səsvermə müddəti başa çatdıqda məntəqə seçki komissiyasının sədri ucadan elan edir ki, «yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilər səs verə bilərlər». Bu zaman təmin olunmalıdır ki, yalnız bu elanadək səsvermə otağında növbəyə dayanmış seçicilər səs versinlər. Seçki qutuları açılmamışdan əvvəl, istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir. Həmin seçki bülletenlərinin sayı elan edilir və səsvermənin yekun protokolunda qeyd olunur. Seçki bülleteni və zərf almış seçicilərin imzalarının sayı səsvermənin yekun protokoluna daxil edilir. Eyni zamanda, səsvermə vəsiqəsi ilə səs verən və ayrıca seçki məntəqəsindən kənarda, daşınan seçki qutusundan istifadə etməklə səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının kilidlərinin (daşınan seçki qutusunda isə həmçinin yarığın üzərindəki möhürün) salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən seçki qutuları növbə ilə açılır: əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutuları. İlk növbədə daşınan seçki qutusundakı bülletenlər sayılır. Onların sayı səsvermə otağından kənarda səs verilməsi üçün seçicilərin verdikləri ərizələrin sayından çox olmamalıdır. Daşınan seçki qutusu üzrə səslər hesablanarkən bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, daşınan seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır. Bu barədə akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini təmin edən məntəqə seçki komissiyası üzvlərinin soyadları göstərilməklə səsvermənin yekun protokoluna əlavə olunur. Seçki məntəqəsi üzrə seçicilər siyahısında olan seçicilərin sayına bu seçki məntəqəsində səsvermə vəsiqəsi ilə səs verən seçicilərin sayı əlavə olunur. Həmin Məcəllənin 106.4-cü maddəsinə əsasən səsin etibarlığına şübhə yarandıqda məntəqə seçki komissiyası məsələni səsvermə yolu ilə həll edir. Səsin etibarsız sayılması haqqında qərar qəbul edilirsə, bülletenin arxa tərəfində etibarsız sayılmanın səbəbləri göstərilməlidir. Belə qeydlər məntəqə seçki komissiyası sədrinin və katiblərinin imzası ilə təsdiqlənməlidir. Etibarsız səslər ayrıca yığılıb bağlanır. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən məntəqə seçki komissiyasının sədri tərəfindən məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə seçicilərin səslərinin hesablanması birbaşa səsverməyə yekun vurulanadək fasiləsiz aparılır. Bu zaman istifadə edilmiş hər bir seçki bülleteni möhürlənir. Məntəqə seçki komissiyasının bütün üzvləri və müşahidəçilər səsvermənin nəticələri ilə tanış edilir. Həmin Məcəllənin 106.6-cı maddəsinə əsasən səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolları bu Məcəllənin 40.2 və 40.4-cü maddələrində göstərilən şəxslərin müşahidəsi ilə tərtib olunur. Həmin Məcəllənin 106.7-ci maddəsinə əsasən protokolun 1-ci nüsxəsi, səsvermə günü məntəqə seçki komissiyasına bu Məcəllənin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə məntəqə seçki komissiyasının qəbul etdiyi qərarlar, məntəqə seçki komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməyən səsvermə vəsiqələrinin ləğv edilməsi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə), seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayı haqqında akt, bu Məcəllənin 104.15-ci maddəsində göstərilən korlanmış seçki bülletenlərinin sayı haqqında akt, bu Məcəllənin 105.3-cü maddəsində göstərilən akt, seçki bülletenləri və məntəqə üzrə seçicilərin siyahısı (səsvermə vəsiqələri əlavə olunmaqla) əlavə edilməklə dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyasının sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvünün və müşahidəçilərin müşayiəti ilə dairə seçki komissiyasına göndərilir. Adları çəkilən aktlar məntəqə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), məntəqə seçki komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir. Həmin Məcəllənin 106.8-ci maddəsinə əsasən protokolun 2-ci nüsxəsi həmin bülletenlərin kəsilmiş sol küncləri, sıradan çıxmış bülletenlərin kəsikləri səsverməni və səslərin hesablanmasını müşahidə edən, bu Məcəllənin 40.2-ci. və 40.4-cü maddələrində göstərilən şəxslərin siyahıları ilə birlikdə komissiyanın fəaliyyətinin sonuna kimi məntəqə seçki komissiyasının katibində saxlanılır. Həmin Məcəllənin 106.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası ərazisindən kənarda yaradılmış məntəqə seçki komissiyaları səsvermənin nəticələri haqqında protokolun 1-ci nüsxəsini ona əlavə edilmiş sənədlərlə birlikdə səsvermə günündən başlayaraq 3 gün ərzində Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş dairə seçki komissiyasına göndərirlər. Həmin Məcəllənin 106.10-cu maddəsinə əsasən seçkilərin (referendumun) keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə və ya məhkəmənin qərarı olduqda dairə və ya məntəqə seçki komissiyası səsverməni baş tutmamış hesab edir. Həmin Məcəllənin 106.11-ci maddəsinə əsasən məntəqə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi protokol tərtib edildikdən sonra məlumat lövhəsində asılır və 5 gün saxlanılır. “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VİQR nömrəli Qərarını və “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarı nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyasının 98ci maddəsinin İ hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutularaq - 1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması; 2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi qərara alınmışdır. İddia ərizəsinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İddia tələbini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müraciətində qeyd etdiyi hər bir hal üzrə aparılan araşdırma prosesində iddianın dəlilləri öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə kollegiyası iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarını tədqiq edərkən müəyyən etmişdir ki: 6 saylı seçki məntəqəsində - şikayət ərizəsində və müşahidəçi tərəfindən tərtib olunan aktda saat 11:50 radələrində bu ərazidə qeydiyyatda olmayan təqribən 15 nəfərin səs verməsini, səsvermənin nəticələrinə dair protokolun seçki məntəqəsində tərtib edilmədiyi qeyd olunsa da, seçki günü həmin seçki məntəqəsində olan MnSK üzvləri və seçki subyektlərindən alınmış izahatlarda bu iddialar əsassız hesab edilmiş, seçki günü seçki məntəqəsinin hüdudlarından kənarda yaşayan heç bir seçinin səs verməsinə komissiya üzvləri tərəfindən şərait yaradılmadığı bildirilmişdir. Seçki məntəqəsi səsverməyə açıq elan olunan vaxtdan yekun protokolun doldurulmasınadək gün ərzində komissiya 50-dən çox qeydiyyatdan keçmiş yerli və beynəlxalq müşahidəçilərin və digər seçki subyektlərinin müşahidəsi altında fəaliyyət göstərmişdir. İddiaçı istisna olmaqla heç kim MnSK-nın hansısa qanun pozuntusu olan hərəkət və hərəkətsizliyindən şikayət etməmişdir. Seçki Məcəlləsinə uyğun olaraq bütün seçki hərəkətləri MnSK tərəfindən fasiləsiz icra olunaraq sonda səsvermənin yekunlarına dair yekun protokol tərtib olunaraq nüsxələri təsdiq olunaraq sonadək gözləyən müşahidəçilərə təqdim olunmuşdur. 7 saylı seçki məntəqəsində - şikayət ərizəsində və müşahidəçi tərəfindən tərtib olunan aktda şəxsiyyət vəsiqəsi təqdim etməyən şəxslərə bülleten verildiyi və onların səs verdiyi, səsvermənin yekunlarına dair protokolun tərtib edilmədiyi qeyd olunsa da, həmin seçki məntəqəsində olan MnSK üzvləri və digər seçki subyektlərindən alınmış izahatlarda bu iddialar əsassız hesab edilmişdir. Belə ki, seçki məntəqəsi səsverməyə açıq elan olunan vaxtdan sonadək gün ərzində komissiya 50-dən çox qeydiyyatdan keçmiş yerli və beynəlxalq müşahidəçilərin və digər seçki subyektlərinin müşahidəsi, eyni zamanda seçki məntəqəsində quraşdırılan veb kameranın nəzarəti altında fəaliyyət göstərmişdir. Bütün seçki hərəkətləri MnSK tərəfindən Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq icra olunmuş, seçki məntəqəsinə gəlmiş hər bir seçicinin təqdim etdiyi sənəd MnSK üzvü tərəfindən yoxlanıldıqdan sonra onlara seçki hüquqlarını həyata keçirilməyə şərait yaradılmışdır. Sonda səsvermənin yekunlarına dair yekun protokol tərtib olunaraq nüsxələri təsdiq olunaraq sonadək gözləyən maraqlı şəxslərə təqdim olunmuşdur. 11 saylı seçki məntəqəsində - şikayət ərizəsində və müşahidəçi tərəfindən tərtib olunan aktda seçki məntəqəsində saat 11:30-da iki qadının heç bir sənəd təqdim etmədən bülleten almaları və səs vermələri, gün ərzində 107 nəfərin səs verdiyi halda, qutudan isə 903 bülletenin çıxdığının elan edilməsi, səslərin sayılması prosesində 3 saatlıq fasilənin verilməsi, səsvermənin nəticələrinə dair yekun protokolun tərtib edilməməsi ilə bağlı məsələlərə gəldikdə isə aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin seçki məntəqəsinin məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilərdən alınmış izahatlarda bu iddialar əsassız hesab edilərək rədd edilmişdir. İzahatlarda MnSK tərəfindən heç bir sənədsiz seçiciyə bülletenin verilmədiyi, şikayətdə qeyd olunan 903 rəqəminin seçki qutusundan çıxan seçki bülletenlərinin sayı deyil, istifadə olunmadan ləğv olunan bülletenlərin sayı olduğu, eyni zamanda səslərin sayılması prosesində 3 saatlıq fasilə verilməsi və yekun protokolun tərtib edilməməsi öz təsdiqini tapmamışdır. Gün ərzində 50-dən çox qeydiyyatdan keçmiş yerli və beynəlxalq müşahidəçilərin və digər seçki subyektlərinin müşahidəsi altında fəaliyyət göstərən komissiya tərəfindən bütün seçki hərəkətləri Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq icra edilmiş, seçki məntəqəsinə gəlmiş hər bir seçicinin təqdim etdiyi sənəd MnSK üzvü tərəfindən yoxlanıldıqdan sonra onlara seçki hüquqlarını həyata keçirilməyə şərait yaradılmışdır. Sonda səsvermənin yekunlarına dair yekun protokol tərtib olunaraq nüsxələri təsdiq olunaraq müşahidəçilərə təqdim olunmuşdur. 12 saylı seçki məntəqəsində - şikayət ərizəsində və müşahidəçi tərəfindən tərtib olunan aktda müşahidəçi Cavad Qafarovun saat 9:22-də heç bir əsas olmadan polis tərəfindən məntəqədən uzaqlaşdırıldığı, təqribən bir saat sonra bizim şikayətimiz əsasında geri qaytarıldığı, lakin qayıdarkən seçki qutusunun artıq bülletenlərlə doldurulduğunu gördüyünü, saat 16:30 radələrində S.S.Axundov 7C, mənzil 39-da (seçici siyahısında belə ünvan qeyd olunmayıb) yaşayan seçicinin bu məntəqədə səs verməli olsa da, “cihaz xarabdır, şəxsiyyət vəsiqəsini oxumur” adı ilə onun səs verməsinə imkan verilmədiyini, səsvermənin nəticələrinə dair yekun protokolun tərtib edilmədən komissiya üzvlərinin məntəqəni tərk etdikləri ilə bağlı aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin məntəqə seçki komissiyasının üzvlərindən və digər seçki subyektlərindən alınmış izahatlarda şikayətdə qeyd olunanların həqiqəti əks etdirmədiyi bildirilir. Belə ki, izahatlarda Müsavat Partiyası tərəfindən təyin olunmuş müşahidəçilərin gün ərzində Seçki Məcəlləsində nəzərdə tutulan öz hüquq və vəzifələrini kobudcasına pozaraq dəfələrlə məntəqə seçki komissiyasının fəaliyyətinə müdaxilə edərək mane olduqlaları, bununla bağlı məntəqə seçki komissiyası üzvləri və müşahidəçilərin iştirakı ilə akt tərtib olunduğu bildirilir. Həmçinin, izahatlarda seçki məntəqəsinə polisin dəvət olunması ilə bağlı iddiaların da həqiqətə uyğun olmadığı və heç kimin polis tərəfindən seçki məntəqəsindən uzaqlaşdırılmadığı bildirilir. Şikayət ərizəsində və aktda qeyd olunan Eyvaz adlı seçicinin yeni nəsil şəxsiyyət vəsiqəsini oxuyan cihazın işləməməsi səbəbindən səs verə bilməməsi iddiası ilə bağlı izahatlarda DSK tərəfindən bütün seçki məntəqələrinə yeni nəsil şəxsiyyət vəsiqəsini oxuyan 2 ədəd Verifone cihazı verildiyindən kiminsə cihazın işləməməsi səbəbindən səs verə bilməməsi absurd iddia kimi dəyərləndirilir. Müşahidəçinin tərtib etdiyi aktda göstərdiyi Eyvaz adlı seçicinin ünvanının seçici siyahısında olmadığı bildirilir. Digər bir seçici X2 verməsinə şəraitin yaradılmaması ilə bağlı iddialar da araşdırma zamanı öz təsdiqini tapmamışdır. Belə ki, ümumiyyətlə belə bir seçicinin Binəqədi ərazisində pasport qeydiyyatında olmadığı bildirilir. İki nəfər seçicinin isə şəxsiyyət vəsiqəsini telefonda göstərərək səs verməsi də həqiqəti əks etdirmir. Səsvermənin nəticələrinə dair yekun protokolun tərtib edilmədən komissiya üzvlərinin məntəqəni tərk etmələri ilə bağlı iddialar verilən izahatlarda təkzib olunmuşdur. Yekun protokolun seçki məntəqəsində tərtib olunaraq maraqlı şəxslərə təqdim olunduğu bildirilir. 13 saylı seçki məntəqəsində - şikayət ərizəsində və müşahidəçi tərəfindən tərtib olunan aktda səsvermə başa çatdıqdan sonra 2 saatlıq fasilənin verilməsi, səslər sayılarkən müşahidəçilərin iştirakına imkan verilməməsi, səsvermənin nəticələrinə dair yekun protokolu tərtib edilmədən komissiya üzvlərinin məntəqəni tərk etdikləri ilə bağlı məsələlər aparılan araşdırma zamanı öz təsdiqini tapmamışdır. Belə ki, həmin seçki məntəqəsində olan seçki subyektlərindən alınmış izahatlarda səslərin sayılması prosesinin 2 saat uzadılması ilə bağlı bildirilir ki, Müsavat Partiyasını təmsil edən müşahidəçilər səsvermə başa çatan kimi dərhal seçki qutularının açılmasını tələb etməyə başladılar. Onlara Seçki Məcəlləsinin tələblərinə əsasən, seçki qutularının açılmasına qədər 9 hərəkətin (seçki məntəqəsi üzrə seçici siyahısında olan seçicilərin ümumi sayının hesablanması və qeyd edilməsi, MnSK-dan qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi almış seçicilərin sayının MnSK-nın aktına əsasən dəqiqləşdirilməsi, DSK-dan MnSK-ya verilmiş seçki bülletenlərinin sayının qeyd edilməsi, seçki bülleteni alan seçicilərin sayının qeyd edilməsi, istifadə edilməmiş seçki bülletenlərinin sayılması, ləğvi və qeyd edilməsi, korlanmış seçki bülletenlərinin müəyyən olunması və qeyd edilməsi, seçki qutularının açılması və içindəki bülletenlərin ayrılması (qruplaşdırılması), daşınan və daşınmaz seçki qutularındakı etibarsız seçki bülletenlərinin müəyyən olunması, daşınan və daşınmaz seçki qutularındakı etibarlı seçki bülletenlərinin müəyyən olunması) həyata keçirilməli olduğunu izah olunsa da, onlar buna məhəl qoymayaraq tələblərini davam etdirirdilər. Müşahidəçilərin səslərin hesablanmasına imkan verilməməsi ilə bağlı bildirilir ki, onlara MnSK tərəfindən yalnız müşahidə etmək hüquqlarının olması izah olunmuşdur. Həmçinin izahatlarda səsvermənin nəticələrinə dair yekun protokolun tərtib olunaraq nüsxələrinin seçki məntəqəsində gözləyən maraqlı tərəflərin nümayəndələrinə təqdim edildikdən sonra MnSK üzvlərinin seçki məntəqəsini tərk etməsi bildirilir. Eyni zamanda səsvermə prosesinin seçki günü 60-a yaxın yerli və beynəlxalq müşahidəçilərinin və digər seçki subyektlərinin müşahidəsi altında həyata keçirildiyi bildirilir. 14 saylı seçki məntəqəsində - şikayət ərizəsində və müşahidəçi tərəfindən tərtib olunan aktda seçki məntəqəsində səsvermə başa çatdıqdan sonra komissiya üzvlərinin axşam yeməyinə getmələri, yeməkdən qayıtdıqdan sonra səsləri saymaları, protokolun tərtib edilməməsi, protokolun 3-cü nüsxəsinin lövhədən asılmaması, bunu tələb edən müşahidəçinin çölə çıxarılması ilə bağlı məsələlər aparılan araşdırma zamanı öz təsdiqini tapmamışdır. Belə ki, verilən izahatlarda seçki günü seçki məntəqəsində qeydiyyatdan keçən 40-dan çox müşahidəçinin nəzarəti altında bütün komissiya üzvlərinin yeməyə getməsi və qayıdandan sonra səslərin sayılması absurd iddia kimi qiymətləndirilir. Seçki günü bütün seçki hərəkətlərinin məntəqə seçki komissiyası tərəfindən Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilməsi, səsvermə başa çatdıqdan sonra digər hərəkətlər o cümlədən seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokolun tərtib edilərək gözləyən müşahidəçilərə təqdim edilməsi və protokolun 3-cü nüsxəsinin məlumat lövhəsindən asılmasının təmin olunduğu və hansısa müşahidəçinin seçki məntəqəsindən uzaqlaşdırıldığı təsdiqini tapmamışdır. 19 saylı seçki məntəqəsində - şikayət ərizəsində və müşahidəçi tərəfindən tərtib olunan aktda səsvermə başa çatdıqdan sonra 3 saatlıq fasilə verilməsi, səslərin sayılmasına 22:10 – da başlanılması və müşahidəçilərə protokolun verilməməsi aparılan araşdırma zamanı öz təsdiqini tapmamışdır. Belə ki, həmin seçki məntəqəsində olan MnSK üzvləri və digər seçki subyektlərindən alınmış izahatlarda bu şikayətlər əsassız hesab edilmişdir. Belə ki, şikayət ərizəsində səslərin sayılmasına saat 22:10-da başlanıldığı qeyd olunsa da, seçki günü seçki məntəqəsində olan müşahidəçi tərəfindən tərtib olunan aktda səslərin sayılmasının başlanma vaxtı saat 19:10 qeyd olunması namizədin qərəzli mövqe nümayiş etdirməsini göstərir. İzahatlarda yekun protokolun müşahidəçilərə verilməməsi ilə bağlı bildirilir ki, səsvermə başa çatdıqdan sonra bütün seçki hərəkətləri icra olunaraq səsvermənin nəticələrinə dair yekun protokol tərtib olunaraq nüsxələri seçki məntəqəsində qalan maraqlı şəxslərə təqdim olunmuşdur. 20 saylı seçki məntəqəsində - şikayət ərizəsində məntəqə seçki komissiyası sədrinin Eldar Nəbizadə adlı respublika üzrə müşahidəçinin vəsiqəsində məntəqənin nömrəsi qeyd edilməməsi səbəbindən seçki məntəqəsinə bir neçə saat gec buraxması, həm şikayət ərizəsində, həm müşahidəçi tərəfindən tərtib olunan aktda səsvermə başa çatdıqdan sonra yekun protokolun tərtib edilməməsi və müşahidəçilərə verilməməsi ilə bağlı məsələlər aparılan araşdırma zamanı öz təsdiqini tapmamışdır. Belə ki, verilən izahatlarda seçki günü seçki məntəqəsində 50-dən çox yerli və beynəlxalq müşahidəçinin, eyni zamanda digər seçki subyektlərinin, o cümlədən Müsavat Partiyası tərəfindən təyin olunmuş X63 də seçki məntəqəsinə daxil olmasına komissiya üzvləri tərəfindən heç bir maneçilik və ya qadağa qoyulmamışdır. Həmçinin izahatlarda yekun protokolun tərtib edilməməsi və müşahidəçilərə verilməməsi ilə bağlı seçki günü bütün seçki hərəkətlərinin məntəqə seçki komissiyası tərəfindən Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilməsi, səsvermə başa çatdıqdan sonra digər hərəkətlər o cümlədən seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokolun tərtib edilərək gözləyən müşahidəçilərə təqdim edilməsi və protokolun 3-cü nüsxəsinin məlumat lövhəsindən asılmasının təmin olunduğu bildirilir. 21 saylı seçki məntəqəsində - şikayət ərizəsində və müşahidəçi tərəfindən tərtib olunan aktda gün ərzində 130 nəfərin səs verməsi, qutudan isə 336 bülletenin çıxdığının elan edilməsi, qutular açılmazdan əvvəl qanunla nəzərdə tutulan prosedurlara əməl edilməməsi, səslərin sayılmasının 3 saat yubadılması və yekun protokolun seçki məntəqəsində tərtib edilməməsi ilə bağlı aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, məntəqə seçki komissiyasının üzvlərindən və səsvermə günü həmin seçki məntəqəsində olan seçki subyektlərindən alınmış izahatlarda bu şikayətdə qeyd olunan məsələlər əsassız hesab edilmişdir. Belə ki, seçki məntəqəsində gün ərzində 50-dən çox qeydiyyatdan keçmiş yerli və beynəlxalq müşahidəçilərin və digər seçki subyektlərinin müşahidəsi altında fəaliyyət göstərən komissiya tərəfindən bütün seçki hərəkətləri Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq icra edilmişdir. İzahatlarda gün ərzində MnSK sədri tərəfindən 5 dəfə müəyyən olunmuş saatlarda seçki bülletenləri alan seçicilərin sayı barədə rəqəmlərin elan olunduğu, saat 19:00-a olan məlumatda bu rəqəmin 336 olduğu qeyd olunmuşdur. Həmçinin izahatlarda şikayət ərizəsində səslərin sayılmasının 3 saat yubadılması ilə bağlı səsvermə başa çatan kimi Müsavat Partiyasını təmsil edən müşahidəçilərin seçki qutularının dərhal açılmasının və namizədlərə verilən səslərin elan edilməsi tələbinin rədd edilərək onlara Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq müəyyən seçki hərəkətlərinin (seçki məntəqəsi üzrə seçici siyahısında olan seçicilərin ümumi sayının hesablanması və qeyd edilməsi, MnSK-dan qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi almış seçicilərin sayının MnSK-nın aktına əsasən dəqiqləşdirilməsi, DSK-dan MnSK-ya verilmiş seçki bülletenlərinin sayının qeyd edilməsi, seçki bülleteni alan seçicilərin sayının qeyd edilməsi, istifadə edilməmiş seçki bülletenlərinin sayılması, ləğvi və qeyd edilməsi, korlanmış seçki bülletenlərinin müəyyən olunması və qeyd edilməsi, seçki qutularının açılması və içindəki bülletenlərin ayrılması (qruplaşdırılması), daşınan və daşınmaz seçki qutularındakı etibarsız seçki bülletenlərinin müəyyən olunması, daşınan və daşınmaz seçki qutularındakı etibarlı seçki bülletenlərinin müəyyən olunması) icrasından sonra seçki qutularının açılacağı elan olunmuşdur. Bu hərəkətlərin icra olunması şikayətdə qeyd olunduğu kimi 3 saat deyil müəyyən vaxt tələb edir. Seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokolun seçki məntəqəsində tərtib olunduğu və maraqlı tərəflərə təqdim olunduğu bildirilir. 22 saylı seçki məntəqəsində - şikayət ərizəsində və müşahidəçi tərəfindən tərtib olunan aktda səslərin sayılmasının 3 saat yubadılması, səslər sayılarkən müşahidəçilərin gözlə görünən məsafəyə buraxılmaması və yekun protokolun seçki məntəqəsində tərtib edilməməsi ilə bağlı aparılan araşdırma zamanı məntəqə seçki komissiyasının üzvlərindən və səsvermə günü həmin seçki məntəqəsində olan digər seçki subyektlərindən alınmış izahatlarda şikayətdə qeyd olunan məsələlər təkzib edilmişdir. Belə ki, izahatlarda seçki günü bütün seçki proseslərinin Seçki Məcəlləsinə uyğun olaraq 50-dən çox yerli və beynəlxalq müşahidəçilərin nəzarəti altında icra olunduğu kimi, səsvermə başa çatdıqdan sonra fasiləsiz olaraq MnSK tərəfindən müəyyən hərəkətlərin (seçki məntəqəsi üzrə seçici siyahısında olan seçicilərin ümumi sayının hesablanması və qeyd edilməsi, MnSK-dan qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi almış seçicilərin sayının MnSK-nın aktına əsasən dəqiqləşdirilməsi, DSK-dan MnSK-ya verilmiş seçki bülletenlərinin sayının qeyd edilməsi, seçki bülleteni alan seçicilərin sayının qeyd edilməsi, istifadə edilməmiş seçki bülletenlərinin sayılması, ləğvi və qeyd edilməsi, korlanmış seçki bülletenlərinin müəyyən olunması və qeyd edilməsi, seçki qutularının açılması və içindəki bülletenlərin ayrılması (qruplaşdırılması), daşınan və daşınmaz seçki qutularındakı etibarsız seçki bülletenlərinin müəyyən olunması, daşınan və daşınmaz seçki qutularındakı etibarlı seçki bülletenlərinin müəyyən olunması) icrası olunaraq qutular açıldı, bülletenlərin sayılmasına başlanıldığı, heç bir seçki subyektinə seçki bülletenlərinin sayılması və namizədlərə verilən səslərin hesablanmasını müşahidə etməyə qadağa qoyulmadığı bildirilir. Səsvermənin nəticələrinə dair protokolun seçki məntəqəsində tərtib edilərək gözləyən müşahidəçilərə təqdim olunduğu qeyd olunur. 24 saylı seçki məntəqəsində - şikayət ərizəsində və müşahidəçi tərəfindən tərtib olunan aktda səhər saat 7:50 - də seçki məntəqəsinin sədri tərəfindən Zahir Beydullayev adlı respublika üzrə müşahidəçinin vəsiqədə məntəqənin nömrəsinin qeyd edilməməsi səbəbindən məntəqəyə buraxmaması, səsvermə başa çatdıqdan sonra müşahidəçilərin məntəqədən uzaqlaşdırılması və protokolun sabah yazılacağının elan olunması ilə bağlı aparılan araşdırma zamanı məntəqə seçki komissiyasının üzvlərindən və səsvermə günü həmin seçki məntəqəsində olan digər seçki subyektlərindən alınmış izahatlarda şikayətdə qeyd olunan məsələlər reallığa uyğun olmadığına görə qəti şəkildə təkzib edilmişdir. Belə ki, Müsavat Partiyası tərəfindən təyin olunmuş müşahidəçi Zahir Beydullayev səhər saatlarında seçki məntəqəsinə daxil olmaq istəyərkən MnSK üzvünə müşahidəçi vəsiqəsini səbəb göstərmədən təqdim etməkdən imtina etdiyinə görə seçki məntəqəsinə buraxılmamışdır. Qısa müddətdən sonra qeyd olunan şəxs vəsiqəni təqdim edərək seçki məntəqəsinə daxil olmuş və günün sonunadək müşahidə aparması təmin edilmişdir. Şikayət ərizəsində səsvermə başa çatdıqdan sonra müşahidəçilərin məntəqələrdən uzaqlaşdırılması və protokolun sabah yazılacağı ilə bağlı məsələlərlə bağlı araşdırma zamanı izahatlarda belə halın baş verməməsi qeyd olunur. Bildirilir ki, seçki günü bütün seçki prosesləri 50-yə yaxın yerli və beynəlxalq müşahidəçilər və digər seçki subyektlərinin müşahidəsi altında Seçki Məcəlləsinə uyğun olaraq icra olunmuş, bütün seçki hərəkətləri səsvermə başa çatdıqdan sonra fasiləsiz olaraq həyata keçirilərək sonda səsvermənin nəticələrinə dair protokol tərtib edilərək gözləyən müşahidəçilərə təqdim edilmiş və protokolun 3-cü nüsxəsinin məlumat lövhəsindən asılması təmin edilmişdir. 28 saylı seçki məntəqəsində - şikayət ərizəsində gün ərzində 67 nəfərin səs verməsi, lakin qutudan 418 ədəd bülletenin çıxdığının elan edilməsi, səslərin sayılması prosesinin gözlə görünən məsafədən müşahidə edilməsinə imkan verilməməsi və yekun protokolun tərtib edilmədən komissiya üzvlərinin məntəqəni tərk etmələri ilə bağlı aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, məntəqə seçki komissiyasının üzvlərindən və səsvermə günü həmin seçki məntəqəsində olan seçki subyektlərindən alınmış izahatlarda şikayətdə qeyd olunan məsələlər əsassız hesab olnaraq təkzib edilmişdir. Belə ki, izahatlarda seçkidə 67 nəfər seçicinin səs verməsi, qutulardan 418 ədəd bülletenin çıxması və səslərin sayılması prosesinin gözlə görünən məsafədən müşahidə edilməsinə imkan verilməməsi ilə bağlı iddialara cavab olaraq bildirilir ki, komissiya seçki məntəqəsində qeydiyyatdan keçmiş 50-dən çox yerli və beynəlxalq müşahidəçilərin və digər seçki subyektlərinin müşahidəsi altında fəaliyyət göstərmiş, dəfələrlə məntəqə seçki komissiyasının fəaliyyətinə müdaxilə etməyə cəhd göstərən müşahidəçilərə hüquq və vəzifələri izah olunmuşdur. Bütün seçki hərəkətlərinin Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq icra edildiyi, seçki günü MnSK-nın fəaliyyətindən istər DSK-ya, istərsə də MSK-ya şikayət daxil olmamışdır. Seçki məntəqəsinə gələn bütün seçicilərə bərabər şərait yaradılmışdır. İzahatlarda şikayət ərizəsində komissiya üzvlərinin yekun protokol tərtib edilmədən məntəqəni tərk etmələri ilə bağlı iddialara cavab olaraq seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokolun seçki məntəqəsində tərtib olunaraq maraqlı tərəflərə təqdim olunduğu və protokolun 3-cü nüsxəsinin məlumat lövhəsindən asılması bildirilir. 29 saylı seçki məntəqəsində - şikayət ərizəsində və təqdim etdiyi videogörüntü və fotoşəkillərdə seçki qutularının içində bülletenlərin dəstə-dəstə qoyulduğunun müşahidə edilməsi, səsvermənin nəticələrinə dair yekun protokolun tərtib edilməməsi ilə bağlı aparılan araşdırma zamanı məntəqə seçki komissiyasının üzvlərindən və səsvermə günü həmin seçki məntəqəsində olan seçki subyektlərindən alınmış izahatlarda şikayətdə qeyd olunan məsələlər əsassız hesab olunaraq təkzib edilmişdir. Belə ki, seçki günü səsvermə başlamazdan əvvəl MnSK sədri bütün seçki subyektlərinin müşahidəsi altında seçki məntəqəsində olan boş qutuları nümayiş etdirib onları akt tərtib etməklə kilidləyərək seçki məntəqəsini səsverməyə açıq elan etmişdir. Gün ərzində seçki məntəqəsində qeydiyyatdan keçən 40-a yaxın yerli və beynəlxalq müşahidəçilərin, eyni zamanda digər seçki subyektlərinin gözü qarşısında dəstə-dəstə seçki bülletenlərinin qutuya atılması iddiaları birmənalı şəkildə təkzib edilmişdir. İzahatlarda bu məsələ ilə bağlı istər MnSK-ya, istər DSK-ya, istərsə də MSK-ya şikayətin daxil olmaması belə bir halın baş verməməsi və İddiaçı qərəz nümayiş etdirdiyi bildirilir. Şikayət ərizəsində qeyd olunan yekun protokolun tərtib edilməməsi ilə bağlı iddialarla əlaqədar yazılan izahatlarda seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokolun seçki məntəqəsində tərtib olunaraq maraqlı tərəflərə təqdim olunduğu və protokolun 3-cü nüsxəsinin məlumat lövhəsindən asılması bildirilir. 30 saylı seçki məntəqəsində - şikayət ərizəsində və müşahidəçi tərəfindən tərtib olunan aktda məntəqəyə “karusel” dəstələrinin cəlb edilməsi, cəmi 172 nəfərin səs verdiyi halda qutudan 375 bülletenin çıxması və səsvermənin nəticələrinə dair protokolun tərtib edilməməsi ilə bağlı aparılan araşdırma zamanı məntəqə seçki komissiyasının üzvlərindən və səsvermə günü həmin seçki məntəqəsində olan digər seçki subyektlərindən alınmış izahatlarda şikayətdə iddia məsələlər reallığa uyğun olmadığına görə qəti şəkildə təkzib edilmişdir. Belə ki, izahatlarda seçki günü bütün seçki proseslərinin təkcə Müsavat Partiyasının müşahidəçilərinin deyil, müxtəlif vaxtlarda qeydiyyatdan keçmiş 80-nə yaxın yerli və beynəlxalq müşahidəçilərin, digər seçki subyektlərinin, telekanalların ən əsası isə seçki məntəqəsində quraşdırılan veb kamera vasitəsilə bütün dünyanın gözü qarşısında baş verdiyi və “karusel” əməliyyatı ilə bağlı heç bir quruma şikayətin daxil olmadığına görə bu məsələ ilə əlaqədar şikayətin böhtan xarakterli olduğu bildirilir. Şikayət ərizəsində seçki məntəqəsində cəmi 172 nəfər seçicinin səs verməsi, lakin qutulardan 375 ədəd bülletenin çıxması ilə bağlı məsələlərlə əlaqədar izahatlarda həqiqətən gün ərzində seçki bülleteni alan seçicilərin sayı ilə seçki qutularında olan bülletenlərinin sayının eynilik təşkil etdiyi bildirilir. Şikayət ərizəsində qeyd olunan yekun protokolun tərtib edilməməsi ilə bağlı iddialara bağlı yazılan izahatlarda seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokolun seçki məntəqəsində tərtib olunaraq maraqlı tərəflərə təqdim olunduğu və protokolun 3-cü nüsxəsinin məlumat lövhəsindən asılması bildirilir. 31 saylı seçki məntəqəsində - şikayət ərizəsində və müşahidəçi tərəfindən tərtib olunan aktda seçki məntəqəsində şəxsiyyət vəsiqəsini oxuyan cihazın xarab olması, gün ərzində seçkiyə 84 nəfərin gəlməsi qutudan isə 399 bülletenin çıxması, səslərin sayılmasının qəsdən 3 saat yubadılması, səslər sayılarkən müşahidəçilərin yaxına buraxılmaması və komissiya üzvlərinin yekun protokolunun tərtib edilmədən tərk etmələri ilə bağlı aparılan araşdırma zamanı məntəqə seçki komissiyasının üzvlərindən və səsvermə günü həmin seçki məntəqəsində olan seçki subyektlərindən alınmış izahatlarda şikayətdə qeyd olunan məsələlər əsassız hesab olunaraq təkzib edilmişdir. Belə ki, şikayətdə qeyd olunan yeni nəsil şəxsiyyət vəsiqələrini oxuyan cihazın işləməməsi ilə bağlı yazılan izahatlarda bu məsələ ilə bağlı iddialar qətiyyətlə rədd edilərək əsassız hesab olunmuşdur. Şikayət ərizəsinə əlavə olunmuş aktda qeyd olunan MnSK sədri tərəfindən gün ərzində seçicilərin səsvermədə iştirakı barədə təyin olunmuş vaxt intervalında məlumatların elan edilməməsi ilə bağlı iddialar da əsassız hesab edilmişdir. Belə ki, seçki günü seçki məntəqəsində qeydiyyatdan keçmiş 40-a yaxın yerli və beynəlxalq müşahidəçilər, eyni zamanda digər seçki subyektləri tərəfindən bu məsələ ilə bağlı MnSK sədrinə heç bir şikayət və yaxud irad bildirilməmişdir. Əslində Seçki Məcəlləsi ilə müəyyən olunmuş saatlarda MnSK sədri tərəfindən 5 dəfə səsvermədə iştirak etmiş seçicilərin sayı haqqında məlumat verildiyi bildirilir. Şikayət ərizəsində seçki məntəqəsində cəmi 84 nəfər seçicinin səs verməsi, lakin qutulardan 399 ədəd bülletenin çıxması ilə bağlı məsələlərlə əlaqədar izahatlarda həqiqətən gün ərzində seçki bülleteni alan seçicilərin sayı ilə seçki qutularından çıxan bülletenlərin sayının eyni olduğu bildirilir. Şikayət ərizəsində səslərin sayılmasının 3 saat yubadılması ilə bağlı həmin seçki məntəqəsində olan seçki subyektlərindən alınmış izahatlarda bildirilir ki, Seçki Məcəlləsinin tələblərinə əsasən, seçki qutularının açılmasına qədər 9 hərəkətin (seçki məntəqəsi üzrə seçici siyahısında olan seçicilərin ümumi sayının hesablanması və qeyd edilməsi, MnSK-dan qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi almış seçicilərin sayının MnSK-nın aktına əsasən dəqiqləşdirilməsi, DSK-dan MnSK-ya verilmiş seçki bülletenlərinin sayının qeyd edilməsi, seçki bülleteni alan seçicilərin sayının qeyd edilməsi, istifadə edilməmiş seçki bülletenlərinin sayılması, ləğvi və qeyd edilməsi, korlanmış seçki bülletenlərinin müəyyən olunması və qeyd edilməsi, seçki qutularının açılması və içindəki bülletenlərin ayrılması (qruplaşdırılması), daşınan və daşınmaz seçki qutularındakı etibarsız seçki bülletenlərinin müəyyən olunması, daşınan və daşınmaz seçki qutularındakı etibarlı seçki bülletenlərinin müəyyən olunması) həyata keçirilməli olduğu və bunun da kifayət qədər vaxt tələb etdiyi müşahidəçilərə izah olunmuşdur. Şikayət ərizəsində müşahidəçilərin səslərin hesablanmasına imkan verilməməsi ilə bağlı iddialar da izahatlarda təkzib olunur. Belə ki, müşahidəçilərə MnSK tərəfindən təkrar olaraq hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin izahatlarda səsvermənin nəticələrinə dair yekun protokolun seçki məntəqəsində tərtib olunaraq nüsxələrinin gözləyən maraqlı tərəflərin nümayəndələrinə təqdim edildikdən və protokolun 3-cü nüsxəsinin məlumat lövhəsində asıldıqdan sonra MnSK üzvlərinin seçki məntəqəsini tərk etməsi bildirilir. 33 saylı seçki məntəqəsində - şikayət ərizəsində və müşahidəçi tərəfindən tərtib olunan aktda səslərin sayılmasının qəsdən 2 saatdan artıq yubadılması, yekun protokolun tərtib edilmədən komissiya üzvlərinin məntəqəni tərk etmələri və protokolun təsdiq olunmuş surətinin müşahidəçiyə verilməməsi və məlumat lövhəsindən asılmaması ilə bağlı aparılan araşdırma zamanı məntəqə seçki komissiyasının üzvlərindən və səsvermə günü həmin seçki məntəqəsində olan seçki subyektlərindən alınmış izahatlarda şikayətdə qeyd olunan məsələlər əsassız hesab olunaraq təkzib edilmişdir. Belə ki, şikayət ərizəsində səslərin sayılmasının 2 saat yubadılması ilə bağlı həmin seçki məntəqəsində olan seçki subyektlərindən alınmış izahatlarda bildirilir ki, Seçki Məcəlləsinin tələblərinə əsasən, seçki qutularının açılmasına qədər 9 hərəkətin (seçki məntəqəsi üzrə seçici siyahısında olan seçicilərin ümumi sayının hesablanması və qeyd edilməsi, MnSK-dan qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi almış seçicilərin sayının MnSK-nın aktına əsasən dəqiqləşdirilməsi, DSK-dan MnSK-ya verilmiş seçki bülletenlərinin sayının qeyd edilməsi, seçki bülleteni alan seçicilərin sayının qeyd edilməsi, istifadə edilməmiş seçki bülletenlərinin sayılması, ləğvi və qeyd edilməsi, korlanmış seçki bülletenlərinin müəyyən olunması və qeyd edilməsi, seçki qutularının açılması və içindəki bülletenlərin ayrılması (qruplaşdırılması), daşınan və daşınmaz seçki qutularındakı etibarsız seçki bülletenlərinin müəyyən olunması, daşınan və daşınmaz seçki qutularındakı etibarlı seçki bülletenlərinin müəyyən olunması) həyata keçirilməsi, bülletenlərinin sayılmasına başlanılmasına kifayət qədər vaxt tələb etməsi müşahidəçilərə izah olunmuşdur. Müşahidəçi tərəfindən seçki günü tərtib olunan aktda məntəqə seçki komissiyasının üzvlərinin seçki məntəqəsini tərk edərək evə getmələri iddiaları da həmin MnSK üzvləri tərəfindən yazılan izahatlarda təkzib edilmişdir. Belə ki, MnSK üzvləri öz izahatlarında üzrlü səbəblərə görə seçki məntəqəsini deyil, müvəqqəti olaraq səsvermə otağını tərk etdiklərini və yenidən qayıtdıqlarını qeyd etmişlər. Səsvermənin nəticələrinə dair yekun protokolun tərtib edilmədən komissiya üzvlərinin məntəqəni tərk etmələri ilə bağlı iddialar verilən izahatlarda təkzib olunmuşdur. Belə ki, yekun protokolun seçki məntəqəsində tərtib olunaraq maraqlı şəxslərə təqdim olunduğu bildirilir. 34 saylı seçki məntəqəsində - şikayət ərizəsində və müşahidəçi tərəfindən tərtib olunan aktda seçki məntəqəsində səsverməyə 92 seçicinin gəlməsi, seçkinin bitməsindən 2 saat keçməsinə baxmayaraq istifadə olunmamış bülletenlərin ləğv olunmaması, bülletenlərin sayılmaması, komissiya sədrinin xəstələnməsi, səsvermənin yekunlarına dair yekun protokolun tərtib edilməməsi ilə bağlı aparılan araşdırma zamanı məntəqə seçki komissiyasının üzvlərindən və səsvermə günü həmin seçki məntəqəsində olan seçki subyektlərindən alınmış izahatlarda şikayətdə qeyd olunan məsələlər əsassız hesab olunaraq təkzib edilmişdir. Belə ki, izahatlarda seçki günü seçki məntəqəsinə səs verməyə 92 seçicinin deyil, 394 seçicinin bülleten alaraq səs verdiyi və bu rəqəmin seçki məntəqəsinin səsvermənin nəticələrinə dair yekun protokolunda öz əksini tapdığı qeyd olunur. Səsvermə günü komissiya seçki məntəqəsində qeydiyyatdan keçmiş 50-dən çox yerli və beynəlxalq müşahidəçilərin və digər seçki subyektlərinin müşahidəsi altında fəaliyyət göstərmiş, dəfələrlə məntəqə seçki komissiyasının fəaliyyətinə müdaxilə etməyə cəhd göstərən müşahidəçilərə hüquq və vəzifələri izah olunmuşdur. Bütün seçki hərəkətlərinin Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq icra edildiyi, seçki günü MnSKnın fəaliyyətindən istər DSK-ya, istərsə də MSK-ya şikayət daxil olmamışdır. Seçki məntəqəsinə gələn bütün seçicilərə bərabər şərait yaradılmışdır. Şikayət ərizəsində seçkinin bitməsindən 2 saat keçməsinə baxmayaraq istifadə olunmamış bülletenlərin ləğv olunmaması iddiası da izahatlarda qəti şəkildə təkzib olunmuşdur. Belə ki, verilən izahatlarda səsvermə başa çatdıqdan sonra Seçki Məcəlləsinin tələblərinə görə seçki qutularının açılmasınadək məntəqə seçki komissiyası tərəfindən həyata keçirilməli olan 6 hərəkətdən biri də istifadə olunmamış seçki bülletenlərinin ləğv olunmasıdır. Bildirilir ki, seçki günü istifadə olunmamış seçki bülletenləri müvafiq qaydada ləğv olunaraq bu barədə akt tərtib olunmuşdur. (Akt əlavə olunur) Şikayət ərizəsinə əlavə olunmuş aktda MnSK sədrinin xəstələnməsi səbəbindən bəzi seçki hərəkətlərinin vaxtından gec icra olunması ilə bağlı iddialar da verilən izahatlarda təkzib olunmuşdur. Səsvermənin nəticələrinə dair yekun protokolun tərtib edilmədən komissiya üzvlərinin məntəqəni tərk etmələri ilə bağlı iddialar verilən izahatlarda təkzib olunmuşdur. Belə ki, yekun protokolun seçki məntəqəsində tərtib olunaraq maraqlı şəxslərə təqdim olunmuş, 3-cü nüsxəsi isə məlumat lövhəsindən asılmışdır. 35 saylı seçki məntəqəsində - şikayət ərizəsində seçki məntəqəsində öz təşəbbüsləri ilə qeydə alınan müşahidəçilərin həm bu məntəqədə, həm də yaxınlıqda yerləşən 36 saylı seçki məntəqəsində səs verdikləri, gün ərzində məntəqədə 131 nəfər səs versə də seçki bitdikdən sonra komissiyanın sədrinin 388 nəfərin səs verdiyini elan etməsi, X101 təkid etməsinə baxmayaraq bülletenlərin sayılmaması və səsvermənin nəticələri haqqında yekun protokolun tərtib edilməməsi ilə bağlı aparılan araşdırma zamanı məntəqə seçki komissiyasının üzvlərindən və səsvermə günü həmin seçki məntəqəsində olan seçki subyektlərindən alınmış izahatlarda şikayətdə qeyd olunan məsələlər əsassız hesab olunaraq təkzib edilmişdir. Belə ki, izahatlarda seçki günü seçki məntəqəsinə səs verməyə 131 seçicinin deyil, 388 seçicinin bülleten alaraq səs verdiyi və bu rəqəmin seçki məntəqəsinin səsvermənin nəticələrinə dair yekun protokolunda öz əksini tapdığı qeyd olunur. Şikayətdə səsvermədə iştirak edən seçicilərin sayının 311 nəfər elan edilməsi ilə bağlı qeydlərdən də görünür ki, müşahidəçi seçkinin şəffaflığına kölgə salmaq məqsədilə seçki məntəqəsinə gəlmişdir. Səsvermə günü komissiya seçki məntəqəsində qeydiyyatdan keçmiş 70-dən çox yerli və beynəlxalq müşahidəçilərin və digər seçki subyektlərinin və seçki məntəqəsində quraşdırılan veb kameranın müşahidəsi altında fəaliyyət göstərmiş, dəfələrlə məntəqə seçki komissiyasının fəaliyyətinə müdaxilə etməyə cəhd göstərən müşahidəçilərə hüquq və vəzifələri izah olunmuşdur. Bütün seçki hərəkətlərinin Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq icra edildiyi, seçki günü MnSK-nın fəaliyyətindən istər DSK-ya, istərsə də MSK-ya şikayət daxil olmamışdır. Seçki məntəqəsinə gələn bütün seçicilərə bərabər şərait yaradılmışdır. Şikayətdə X101 təkid etməsinə baxmayaraq bülletenlərinin sayılmaması ilə bağlı izahatlarda bildirilir ki, sözügedən müşahidəçi seçki qutuları açıldıqdan sonra bülletenlərin təkrar sayılması tələbi ilə məntəqə seçki komissiyasının sədrinə müraciət etsə də bu digər seçki subyektləri tərəfindən narazılıqla qarşılanmışdır. Fərman Quliyevin səhər saatlarından etibarən dəfələrlə əsassız olaraq məntəqə seçki komissiyasının fəaliyyətinə qanunsuz müdaxilə etməsi ilə bağlı MnSK tərəfindən aktlaşdırılmışdır. Səsvermənin nəticələrinə dair yekun protokolun tərtib edilmədən komissiya üzvlərinin məntəqəni tərk etmələri ilə bağlı iddialar verilən izahatlarda təkzib olunmuşdur. Belə ki, yekun protokolun seçki məntəqəsində tərtib olunaraq maraqlı şəxslərə təqdim olunmuş, 3-cü nüsxəsi isə məlumat lövhəsindən asılmışdır. 36 saylı seçki məntəqəsində - şikayət ərizəsində və müşahidəçi tərəfindən tərtib olunan aktda cəmi 105 nəfərin səs verdiyi, amma qutudan 380 bületenin çıxdığı, komisiyanın sədri və üzvü tərəfindən seçki qutusuna dəfələrlə bülletenlər atılması, işarələnmiş bülletenlərin masanın altında gizlədilməsi, X395 vəkilinin müşahidəçi Vaqif Hacıbəyliyə təzyiq etməsi, seçki başa çatdıqdan sonra komissiya üzvlərinin yeməyə getməsi, təqribən 2 saat sonra qayıdaraq bülletenləri saymaları, müşahidəçilərin bülletenlərə baxmasına imkan verilməməsi və səsvermənin yekunlarına dair protokolun tərtib edilməməsi və MnSK sədrinin seçki bülleteni gizlətməyə çalışması ilə bağlı təqdim olunan videogörüntü ilə bağlı aparılan araşdırma zamanı məntəqə seçki komissiyasının üzvlərindən və səsvermə günü həmin seçki məntəqəsində olan seçki subyektlərindən alınmış izahatlarda şikayətdə iddia olunan məsələlər əsassız hesab olunaraq təkzib edilmişdir. Belə ki, izahatlarda seçki günü seçki məntəqəsinə səs verməyə 105 seçicinin deyil, 425 seçicinin bülleten alaraq səs verdiyi və bu rəqəmin seçki məntəqəsinin səsvermənin nəticələrinə dair yekun protokolunda öz əksini tapdığı qeyd olunur. Şikayətdə seçki qutusundan 380 bülletenin çıxması ilə bağlı düzgün olmayan qeydlərdən də görünür ki, şikayətçi və müşahidəçi seçkinin şəffaflığına qərəzli yanaşırlar. Bütün seçki hərəkətlərinin Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq icra edildiyi, seçki günü MnSK-nın fəaliyyətindən istər DSK-ya, istərsə də MSK-ya şikayət daxil olmamışdır. Seçki məntəqəsinə gələn bütün seçicilərə bərabər şərait yaradılmışdır. Komisiyanın sədri və üzvü tərəfindən seçki qutusuna dəfələrlə bülletenlər atılması və səsvermə başa çatdıqdan sonra komissiya üzvlərinin yemək yeməyə getməsi adı altında seçki məntəqəsini tərk etmələri ilə bağlı iddialara cavab olaraq izahatlarda belə bir halın baş verməsini absurd hal kimi qiymətləndirilir. Səsvermə günü komissiya seçki məntəqəsində qeydiyyatdan keçmiş 60-a yaxın yerli və beynəlxalq müşahidəçilərin və digər seçki subyektlərinin müşahidəsi altında fəaliyyət göstərmişdir. Bu qədər insanın gözü qarşısında komissiyanın sədri və üzvü tərəfindən belə bir qanun pozuntusuna yol verilməsini şikayət ərizəsində qeyd olunması komissiyanın şəffaf fəaliyyətinə kölgə salmaqdan başqa bir şey olmadığı qeyd olunur. Şikayətdə və müşahidəçi tərəfindən tərtib edilmiş aktda X395 vəkilinin müşahidəçi Vaqif Hacıbəyliyə təzyiq etməsi iddiası da digər seçki subyektləri tərəfindən yazılan izahatlarda öz təsdiqini tapmamışdır. Şikayətdə və müşahidəçi tərəfindən tərtib edilmiş aktda müşahidəçilərə seçki bülletenlərinə baxmağa imkan verilməməsi ilə bağlı verilən izahatlarda bildirilir ki, dəfələrlə müşahidəçilərə komissiya sədri tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Şikayətə əlavə olunmuş videogörüntüdə seçki bülletenini gizlətməyə çalışması ilə bağlı təqdim olunan videogörüntü ilə bağlı MnSK sədrinin verdiyi izahatda bir xanım seçicinin xahişi ilə bildirişə möhür vurarkən səhvən möhürü stolun üstündə olan seçki bülleteninə vurması, daha sonra həmin bülletenin korlanmış bülleten kimi stolun siyirtməsinə qoyan zaman seçki məntəqəsində olan müşahidəçi tərəfindən lentə alındığı və bu halın heç bir qanun pozuntusu olmadığı bildirilir. Səsvermənin nəticələrinə dair yekun protokolun tərtib edilməməsi ilə bağlı iddialar verilən izahatlarda təkzib olunaraq yekun protokolun seçki məntəqəsində tərtib olunaraq maraqlı şəxslərə təqdim olunması və 3-cü nüsxəsinin isə məlumat lövhəsindən asılması qeyd olunur. Məntəqə seçki komissiyalarının yekun protokolunun 3-cü nüsxəsinin heç bir seçki məntəqəsində məlumat lövhəsinə vurulmaması ilə bağlı iddialara gəldikdə isə qeyd edilməlidir ki, aparılan araşdırma zamanı sözügedən protokol nüsxələrinin bütün seçki məntəqələrində olan məlumat lövhələrində asılaraq qanunla müəyyən olunmuş müddətdə saxlanılması müəyyən edilmişdir. Bunu MnSK-lar tərəfindən DSK-ya təqdim olunan fotoşəkillərdən də görmək mümkündür. Bir dəstə qadının hansısa bir binanın həyətindən çıxdıqları videogörüntüdə olan kadrlar qeyri-müəyyən olduğundan araşdırılması mümkün olmamışdır. Bundan əlavə şikayətçinin ərizəsində seçki dairəsinin bütün məntəqələrində MnSK üzvlərindən bir neçəsinin dairə ərazisində yaşamamasını qanun pozuntusu kimi iddiasına cavab olaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 36.2-ci maddəsində qeyd edilir ki, məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir. Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri dairə seçki komissiyasında partiyaları təmsil edən dairə seçki komissiyasının üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları, heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını təmsil edən dairə seçki komissiyasının üzvlərinə isə seçicilər də (seçicilərin təşəbbüs qrupları) təklif edə bilərlər. Əlavə olaraq müəyyən edilmişdir ki, 1 sentyabr 2024-cü il tarixdə səsvermə günü dairə və adları çəkilən məntəqə seçki komissiyalarına heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. Bunu dairə və məntəqə seçki komissiyalarının 1 sentyabr 2024-cü il tarixli aktlarından da görmək mümkündür. Deputatlığa namizəd İddiaçı şikayət ərizəsinə əlavə olunmuş bütün aktlara imza atması bir insanın eyni vaxtda 19 seçki məntəqəsində baş verənlərə hal şahidliyi etməsi qeyri-mümkün qiymətləndirilməlidir. Seçki günü müxtəlif seçki məntəqələrində müşahidə aparmış deputatlığa namizəd X385 tərəfindən təyin olunan X255, X71 və X37 dairəsinə ərizə ilə müraciət edərək Müsavat Partiyası tərəfindən təyin olunmuş müşahidəçilərin seçki günü tərtib etdikləri aktlara səhvən çəkdikləri imzalarından imtina etdiklərini bildirmişlər. Bundan başqa, səsvermə günü 6, 7, 11, 12, 13, 14, 19, 20, 21, 22, 24, 28, 29, 30, 31, 33, 34, 35 və 36 saylı seçki məntəqələrində olmuş müxtəlif statuslu seçki subyektlərindən alınmış 200-dən artıq sayda izahatlar həmin məntəqələrində səsvermə prosesinin təşkili və keçirilməsi, vətəndaşların seçki hüquqlarının təmin olunması, seçki prosesi iştirakçılarının davranışı və vəzifə borclarını hansı səviyyədə yerinə yetirməsi kimi halları müəyyən etməyə tutarlı əsaslar verir. Şikayətdə qeyd olunan seçki məntəqələri üzrə - 6 saylı məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri X109, X256, X257, X398, Hüseyn-zadə İradə Əşrəf qızı, X355, 7 saylı məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri, X25, X179, X64, X180, X314, X8, 11 saylı məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri X250, X315, X181, X173, X182, X115, 12 saylı məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri X183, X184, X312, X42, X316, X174, 13 saylı məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri X116, X117, X72, X22, X185, X251, 14 saylı məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləriKərimova Svetlana Mənsuməli qızı, X118, X119, X73, X317, X318, 19 saylı məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri X319, X74, X186, X23, X43, X187, 20 saylı məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri X188, X189, X450, X320, X26, X190, 21 saylı məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri X120, X258, X13, X75, X321, X176, 22 saylı məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri X41, X121, X191, X27, X259, X252, 24 saylı məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri X65, X260, X192, X322, X44, X40, 28 saylı məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləriX24, X193, X194, X195, X122, X253, 29 saylı məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri X76, X261, X123, X28, X77, X124, 30 saylı məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri X67, X323, X45, X387, Qulu-zadə Aslan Aydın oğlu, X46, 31 saylı məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri X15, X68, X113, X313, X125, X16, 33 saylı məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri X126, X384, X127, X104, X78, X177, 34 saylı məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri X196, X128, X197, X114, X70, X262, 35 saylı məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləriMirzəyev Saleh Əvəz oğlu, X198, X199, X324, X263, X200, 36 saylı məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri X79, X47, X9, X29, X48, X129 izahatlarında ümumiyyətlə 1 sentyabr 2024-cü ildə qanunvericilikdə nəzərdə tutulmuş vaxtda səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə qanunvericiliklə nəzərdə tutulmuş müddətdə çatdırıldığını, seçki məntəqələrinin hamısında seçici fəallığının yüksək olduğunu, bütün seçki subyektlərinə, o cümlədən müşahidəçilərə sərbəst müşahidə aparmağa lazımi şərait yaradıldığını, səsvermədə yalnız müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşayan və səsvermə hüququna malik olan seçicilərin iştirak etdiyini, səsvermənin şəffaf keçdiyini, səslərin seçki subyektlərinin müşahidəçi ilə sayılaraq protokolun tərtib edildiyini bildirmişlər. Səsvermə günü adı çəkilən seçki məntəqələrində olmuş müxtəlif maraqları təmsil edən müşahidəçilər – X201 (öz təşəbbüsü ilə), X130 (ƏHDP), X17 (namizədin təyinatı əsasında), X202 (öz təşəbbüsü ilə), X131 (DİP), X388 (öz təşəbbüsü ilə), X325 (YAP), X264 (MCP), X203 (GAP), X326 (namizədin təyinatı əsasında), X30 (MCP), X80 (YAP), X132 (BAP), X327 (öz təşəbbüsü ilə), X133 (ƏHDP), X49 (namizədin təyinatı əsasında), X50 (GAP), X81 (öz təşəbbüsü ilə), X51 (DİP), X204 (GAP), X82 (ƏHDP), X134 (namizədin təyinatı əsasında), X205 (YAP), X389 (DİP), X328 (öz təşəbbüsü ilə), X265 (namizədin təyinatı əsasında), X390 (MCP), X52 (öz təşəbbüsü ilə), X83 (öz təşəbbüsü ilə), X391 (DİP), X329 (ƏHDP), X206 (öz təşəbbüsü ilə), X84 (öz təşəbbüsü ilə), X85 (MCP), X452 (MCP), X207 (YAP), X392 (öz təşəbbüsü ilə), X453 (GAP), X135 (DİP), X136 (öz təşəbbüsü ilə), X266 (öz təşəbbüsü ilə), X330 (öz təşəbbüsü ilə), X331 (öz təşəbbüsü ilə), X208 (ƏHDP), X209 (GAP), X86 (YAP), X210 (MCP), X31 (öz təşəbbüsü ilə), X10 (YAP), X267 (GAP), X87 (BAP), X32 (BAP), X211 (DİP), X137 (MCP), X268 (öz təşəbbüsü ilə), X269 (öz təşəbbüsü ilə), X270 (ƏHDP), X332 (öz təşəbbüsü ilə), X333 (öz təşəbbüsü ilə), X138 (namizədin təyinatı əsasında), X212 (YAP), X213 (BAP), X11 (DİP), X139 (ƏHDP), X271 (GAP), X140 (MCP), X53 (öz təşəbbüsü ilə), X334 (öz təşəbbüsü ilə), Abbasquliyev Sənan (öz təşəbbüsü ilə), Məhyəddinova Səbinə (MCP), X88 (GAP), X89 (ƏHDP), X33 (DİP), X141 (BAP), X34 (YAP), X90 (öz təşəbbüsü ilə), X214 (öz təşəbbüsü ilə), X215 (öz təşəbbüsü ilə), X18 (MCP), X142 (GAP), X216 (ƏHDP), X393 (DİP), X217 (BAP), X19 (YAP), X35 (namizədin təyinatı əsasında), X335 (öz təşəbbüsü ilə), X91 (öz təşəbbüsü ilə), X394 (öz təşəbbüsü ilə), X272 (öz təşəbbüsü ilə), X273 (ƏHDP), X336 (namizədin təyinatı əsasında), X143 (MCP), X218 (namizədin təyinatı əsasında), X274 (BAP), X337 (DİP), X275 (YAP), X518 (GAP), X144 (öz təşəbbüsü ilə), Rzayeva Günel (öz təşəbbüsü ilə), X219 (DİP), X220 (YAP), Məmmədov Pərviz (namizədin təyinatı əsasında), X276 (MCP), X54 (öz təşəbbüsü ilə), X92 (öz təşəbbüsü ilə), X55 (öz təşəbbüsü ilə), X145 (ƏHDP), X454 (GAP), X221 (öz təşəbbüsü ilə), X146 (DİP), Qurbanova Nuqzar (namizədin təyinatı əsasında), X277 (BAP), X222 (öz təşəbbüsü ilə), X147 (YAP), X93 (YAP), X278 (MCP), X223 (ƏDHP), X5 (GAP), X148 (namizədin təyinatı əsasında), X224 (ƏDHP), X279 (MCP), X280 (BAP), X281 (öz təşəbbüsü ilə), X56 (öz təşəbbüsü ilə), X338 (YAP), X20 (DİP), X282 (namizədin təyinatı əsasında), X283 (namizədin təyinatı əsasında), X149 (öz təşəbbüsü ilə), X339 (öz təşəbbüsü ilə), X455 (GAP), X150 (MCP), X94 (DİP), X151 (YAP), X225 (ƏDHP), X226 (BAP), Lələyev Zamiq (öz təşəbbüsü ilə), X95 (namizədin təyinatı əsasında), X152 (DİP), X227 (YAP), X153 (MCP), X284 (ƏDHP), X340 (BAP), X154 (GAP), X96 (öz təşəbbüsü ilə), X228 (öz təşəbbüsü ilə), X155 (ƏDHP), X36 (BAP), X57 (DİP), X456 (GAP), X97 (YAP), X229 (öz təşəbbüsü ilə), X341 (namizədin təyinatı əsasında), X230 (MCP), X285 (öz təşəbbüsü ilə), X286 (MCP), X4 (öz təşəbbüsü ilə), X58 (namizədin təyinatı əsasında), X342 (ƏDHP), X156 (BAP), X59 (DİP), X343 (GAP), X231 (YAP), X157 (namizədin təyinatı əsasında), X21 (öz təşəbbüsü ilə), Məhərrəmov Şahin (öz təşəbbüsü ilə), X60 (DİP), X158 (YAP), X287 (ƏDHP), X98 (BAP), X99 (öz təşəbbüsü ilə), X288 (öz təşəbbüsü ilə), Süleymanova Aytən (MCP), X159 (GAP), X344 (namizədin təyinatı əsasında), X289 (YAP), Salmanov Azər (öz təşəbbüsü ilə), X160 (DİP), X345 (GAP), X232 (öz təşəbbüsü ilə), X12, (ƏDHP), X290 (MCP), X161 (öz təşəbbüsü ilə) və başqaları izahatlarında səsvermə günü onlara müşahidə aparmaq üçün lazımi şərait yaradılmış və müşahidəçi hüquqları təmin edilmişdir. Məşvərətçi səs hüquqlu üzvlərə və müşahidəçilərə səsvermə prosesini izləyə bilmələrini təmin edən məsafədə onlara yerlər ayrılmışdır ki, bununla da bağlı kimsə narazılıq bildirməmişdir. Səsvermə prosedurları seçki qanunvericiliyinə uyğun olaraq həyata keçirilmişdir. Namizədlərin sayının çox olması və seçici fəallığı səbəbindən bülletenlərin sayılması və namizədlərə verilən səslərin hesablanması və səsvermənin nəticələrinə dair protokolların yazılması prosesi gecə saatlarına qədər davam etsə də, hər hansı qanun pozuntusuna rast gəlinməmiş, həmçinin səsvermənin nəticələri haqqında protokolun surətinin əldə olunmasında heç bir maneə ilə üzləşmədiklərini bildirmişlər. 2024-cü il sentyabrın 1-nə təyin olunmuş seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə namizədləri qeydə alınmış Gələcək Azərbaycan Partiyası və Milli Cəbhə Partiyası seçkilərin şəffaf və demokratik keçirilməsi ilə bağlı bəyanat qəbul etmişdir. Eyni zamanda 8 saylı seçki dairəsi üzrə öz təşəbbüsü ilə namizədliyi qeydə alınan X162 dairə seçki komissiyasına müraciətində seçki dairəsi üzrə seçicilərin azad və şəffaf şəkildə səsvermədə iştirak etdikləri, müşahidəçilərə sərbəst müşahidə aparmaq üçün əlverişli şərait yaradıldığı, səsvermə başa çatdıqdan sonra isə səslərin hamının gözü qarşısında hesablanaraq yekun protokolun tərtib edildiyini, bizə və müşahidəçilərimizə yekun protokolun surətinin heç bir maneə olmadan təqdim edildiyini göstərmişdir. Beləliklə, işdə olan sənədlərdən görünür ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi pozuntularla bağlı bütün xüsusatlar dairə seçki komissiyası tərəfindən qanunda nəzərdə tutulmuş müddətdə və qaydada, hərtərəfli araşdırılmış və dairə seçki komissiyası tərəfindən seçki günü pozuntuların baş verməsi iddia edilən məntəqə seçki komissiyalarında müşahidə aparmış müxtəlif siyasi partiyaları təmsil edən və ya öz təşəbbüsü ilə qeydiyyatdan keçmiş müşahidəçilərdən alınmış izahatlara və həmin müşahidəçilər tərəfindən tərtib edilmiş aktlara əsasən iddia edilən pozuntuların baş verməsi öz təsdiqini tapmamışdır. Seçicilərin sərbəst şəkildə öz iradələrini ifadə edərək səsvermədə iştirak etdikləri, bütün seçki subyektlərinə, o cümlədən müşahidəçilərə lazımi şərait yaradıldığı müəyyən edilmişdir. Seçki günü seçki dairəsi ərazisində müşahidə aparmış müxtəlif siyasi maraqları təmsil edən müşahidəçilər - 6 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 7 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 11 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 10 müşahidəçi, 12 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 13 müşahidəçi, 13 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 14 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 12 müşahidəçi, 19 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 20 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 21 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 22 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 13 müşahidəçi, 24 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 28 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 29 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 30 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 12 müşahidəçi, 31 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 33 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 14 müşahidəçi, 34 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 13 müşahidəçi, 35 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 12 müşahidəçi, 36 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi seçki günü tərtib etdikləri aktlarda səsvermə prosesinin qanunauyğun və şəffaf keçdiyi, səslərin sayılması və protokolların tərtib edilməsinin Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirildiyi, səsvermənin nəticələrinə dair protokolun surətini hər hansı maneə olmadan aldıqlarını öz imzaları ilə təsdiq etmişlər. X63 20 saylı seçki məntəqəsinə gec buraxıldığı, 12 saylı seçki məntəqəsində müşahidəçi Cavad Qafarovun məntəqədən uzaqlaşdırıldığı və sonradan məntəqəyə buraxıldığı barədə iddianın dəlilləri araşdırma zamanı öz təsdiqini tapmamış və müəyyən edilmişdir ki, həmin müşahidəçilər səsvermə prosesini və səslərin hesablanması qaydasını əvvəldən sonadək müşahidə etmişlər. İddiaçı tərəfindən təqdim edilmiş video görüntülərin araşdırılması zamanı vətəndaşların seçki hüquqlarının pozulmasını əks etdirən hər hansı bir hal aşkar edilməmişdir. Bundan əlavə, iddia ərizəsində seçki dairəsinin bəzi seçki məntəqələri üzrə məntəqə seçki komissiyalarının üzvlərindən bir neçəsinin seçki dairəsinin ərazisində yaşamaması dəlilinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, həmin seçki dairəsi üzrə bütün seçki məntəqələrinin məntəqə seçki komissiyalarının tərkibi Seçki Məcəlləsinin 36-cı maddəsinə uyğun təşkil edilmişdir. Beləliklə, iddiaçının qeyd olunan dəlilləri iş materiallarındakı sübutlarla təsdiq olunmur. Məhkəmə araşdırması zamanı da iddiaçı məhkəmə iclasında iştirak edərək əlavə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 130.5-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, iddiaçının tələbinin əsası kimi faktiki və hüquqi halları sübut edilmədiyindən iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 87, 90 və 130-cu maddələrini və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçı iddia ərizəsi təmin edilməsin. Qərardan, qərarın təqdim olunduğu gündən 3 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Pərviz Hüseynov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-3(103)-68/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-68/2024
15.09.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver