Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-69/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Qərarın ləğv edilməsi və seçkilərin nəticələrinin etibarsız hesab edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimovadan və X7 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “qərarın ləğv edilməsi və seçkilərin nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. 01 sentyabr 2024-cü il tarixdə keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə 97 saylı Tərtər-X2 dairə seçki komissiyasına daxil olmuş 06 sentyabr 2024-cü il tarixli 3 saylı müraciətə baxılmasına dair dairə seçki komissiyasının 30/144 saylı, 08 sentyabr 2024cü il tarixli Qərarı ilə 01 sentyabr 2024-cü il tarixdə keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 97 saylı Tərtər-X8 üzrə qeydə alınmış namizəd İddiaçı 97 saylı Tərtər-X2 dairə seçki komissiyasına aidiyyatı üzrə daxil olmuş xx.xx.2024-cü il tarixli 3 saylı şikayəti əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır.
2. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü X14 Seçki Komissiyasına daxil olmuş 10 sentyabr 2024-cü il tarixli 72 saylı müraciət üzrə 13 sentyabr 2024-cü il tarixli Rəyi ilə:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərdə 97 saylı Tərtər - Ağdərə - X25 üzrə qeydə alınmış namizəd X1 10 sentyabr 2024-cü il tarixli 72 saylı müraciəti qismən təmin olunması, seçki dairəsinin 3, 4 və 18 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməsi;
2. Dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 30/144 saylı qərarı 3, 4 və 18 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilməsi, digər hissələrdə isə dəyişdirilmədən saxlanılması barədə Rəyə gəlinmişdir.
3. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 sentyabr 2024-cü il tarixli 72 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 42/213 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə:
4. 1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 97 saylı Tərtər - Ağdərə - X25 üzrə qeydə alınmş namizəd X1 10 sentyabr 2024-cü il tarixli 72 saylı müraciəti qismən təmin olunması, seçki dairəsinin 3, 4 və 18 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməsi;
5. 2. 97 saylı Tərtər - Ağdərə - X25 dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 30/144 saylı qərarı 3, 4 və 18 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilməsi, digər hissələrdə dəyişdirilmədən saxlanılması Qərara alınmışdır.
İİ. Tərəflərin əsaslandırması
İddiaçının əsaslandırması:
6. İddiaçı X5 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 42/213 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və 1 sentyabr 2024-cü il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər üzrə 97 saylı Tərtər-X8 üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 sentyabr 2024-cü il Milli Məclisə seçkilərdə deputatlığa namizəd olduğu 97 saylı TərtərX2 seçki məntəqələrində seçki günü qanun pozuntuları qeydə alınmışdır. Pozuntularla bağlı foto və video faktları, tərtib olunmuş aktları, həmçinin 97 saylı TərtərX13 Komissiyasının yekun protokolu ilə bağlı şikayətini 4 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etmişdir. MSK bu şikayətinin araşdırılması üçün 6 sentyabr tarixində 97 saylı Tərtər-X13 Komissiyasına göndərib. 97 saylı Tərtər-X13 Komissiyasının 8 sentyabr 2024-cü il tarixli iclasında iddiaçının şikayətinə baxılmış və 30/144 saylı qərar qəbul edilmişdir.Şikayəti 97 saylı Tərtər-X13 Komissiyasında obyektiv araşdırılmamış, birtərəfli izahatlar alınmış, təqdim etdiyi bütün video və foto faktlar gözardı edilmişdir. 10 sentyabr 2024-cü il tarixində 97 saylı Tərtər-X13 Komissiyasının 8 sentyabr 2024-cü il tarixli 30/144 saylı qərarı və aşağıdakı seçki pozuntuları ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına şikayət məktubu ünvanlamışdır:
1. 28 saylı məntəqədə saat 12:00-da səsvermə kabinəsinə eyni anda iki seçici daxil olub. (Video № 1-28; Akt№ 1-28) 2. 28 saylı məntəqədə saat 13:00-da komissiya üzvləri məntəqəni boş qoyaraq nahara gediblər. (Video № 2-28; 3-28; Akt № 2-28) 3. 28 saylı məntəqədə saat 17:15-də səsvermə kabinəsinə eyni anda iki seçici daxil olub. (Video № 4-28) 4. 28 saylı məntəqədə saat 18:17-də karusel əməliyyatı. 3 saylı MSKda səs verən 2 qadın 28 saylı məntəqədə də səs verməyə çalışıb. (Video № 5-28; № 4-3; 5-3 Akt № 3-28) 5. 28 saylı məntəqədə saat 18:17-də vəkil edilmiş şəxsin seçki prosesini müşahidə etməsinə komissiya sədri tərəfindən maneə törədilir. (Video № 5- 28; Akt № 3-28) 6. 28 saylı məntəqədə saat 19:25-də qutular istifadə edilməmiş bülletenlər yararsız hala salınmamışdan əvvəl açıldı. (Video № 6-28; Akt № 4-28) 7. 28 saylı məntəqədə saat 19.25-də vəkil edilmiş şəxsin səslərin sayılmasını müşahidə etməsinə maneə yaradlır və o fiziki zorakılıqla komissiya üzvləri və şəxsən X19 tərəfindən məntəqədən çıxarılır. (Video № 7-28; Akt № 5-28) 8. 28 saylı məntəqədə saat 2O:3O-da özünü komissiya üzvünün həyat yoldaşı kimi təqdim edən şəxs iddiaçını və vəkil təyin edilmiş şəxs X11 qarşısını kəsib, seçki pozuntularını ictimailəşdirdiyi təqdirdə onlarla yenidən “görüşəcəyini”, onlar üçün narahatlıq yaradacağını deyərək təhdid edir. (Video № 8-28; Akt № 6-28) 9. 28 saylı məntəqədə nümayəndəsi, vəkil edilmiş şəxsə protokol verilməyib. (Akt № 7-28);
10. 20 saylı məntəqədə saat 09:05-də səsvermə kabinəsinə eyni anda iki seçici daxil olub. (Foto № 1-20; Akt № 1-20) 11. 20 saylı məntəqədə saat 10:13-də səsvermə kabinəsinə eyni anda iki seçici daxil olub. (Video № 2-20; Akt № 2-20) 12. 20 saylı məntəqədə saat 11:29-da səsvermə kabinəsinə evni anda iki seçici daxil olub. (Video № 3-20; Akt № 3-20) 13. 20 saylı məntəqədə saat 11:31-də səsvermə kabinəsinə evni anda iki seçici daxil olub. (Video № 4-20; Akt № 4-20) 14. 20 saylı məntəqədə saat 12:04-də məntəqə seçki komissiyasının sədri sərbəst müşahidəyə mane olur. (Video № 5-20; Akt № 5-20) 15. 20 saylı məntəqədə saat 13:21 -də komissiya üzvləri məntəqəni boş qoyaraq nahara gediblər. (Video № 6-20) 16. 20 saylı məntəqədə saat 16.10-da müstəqil müşahidəçi Əsgərli Pünhani digər müşahidəçi və kimliyi məlum olmayan şəxs tərəfindən təhdid edilir. (Video № 7-20; № 8-20; Akt № 7-20) 17. 20 saylı məntəqədə saat 19:18-də səsvermə bitdikdən sonra məntəqə üzvləri məntəqəni tərk edib və səsvermənin ardıcıllığı prinsipini pozub. (Video № 9-20; Akt № 8-20) 18. 20 saylı məntəqədə saat 19:35-də daşınan qutu istifadə edilməmiş bülletenlərin ləğvindən əvvəl açılıb. (Video № 10-20; Akt № 9-20) 19. 20 saylı məntəqədə saat 19:35-də daşman qutudakı səslər protokola həmin an əlavə edilmədi. (Video № 10-20; Akt № 10-20) 20. 20 saylı məntəqədə səslərin sayılması prosesində səslər sayılmadı. (Video № 11-20; Akt № 11-20) 21. 20 saylı məntəqədə mənə 15 səs verildiyini dedikdən sonra digər komissiya üzvü mənə səs verilən digər bülletenlərin olduğunu desə də, protokolda göstərilən səs sayı 15 olaraq saxlanıldı. (Video № 11-20; Akt № 11-20) 22. 20 saylı məntəqədə komissiya üzvü etibarsız bülleten göstərir, lakin protokolda etibarsız bülletenlərin sayı sıfır olaraq göstərilib. (Akt № 12-20);
23. 33 saylı məntəqədə saat 09:07-də səsvermə kabinəsinə eyni anda iki seçici daxil olub. (Foto № 1-33; Akt № 1-33) 24. 33 saylı məntəqədə saat 15:19-da səsvermə kabinəsinə eyni anda iki seçici daxil olub. (Video № 2-33; Akt № 2-33) 25. 33 saylı məntəqədə saat l5:22-də səsvermə kabinəsinə evni anda iki seçici daxil plııb. (Video № 3-33; Akt № 3-33) 26. 33 saylı məntəqədə vəkil edilmiş şəxsə protokol verilməyib, komissiya sədri X12 adını çəkmədiyi bir şəxsdən protokolun verilməməyi ilə bağlı tapşırıq aldığını deyib. (Video № 4-33; Akt № 4-33) 27. 33 saylı məntəqədə qutunun biri tam şəffaf deyildi. (Foto № 5-33);
28. 42 saylı məntəqədə saat 14:53-də iki nəfər sol əlinin baş barmağı yoxlanılmadan səsverməyə buraxılıb. (Akt № 1-42) 29. 42 saylı məntəqədə səslər məntəqədən kənarda, ayn otaqda, müşahidəçilərin nəzarəti olmadan savılıb, protokol bağlı qapılar arxasında vazıhb. (Video № 1-42; 2-42; 3-42; 4-42; Akt № 2-42);
30. 19 saylı məntəqədə saat 09:15-də səsvermə kabinəsinə eyni anda iki seçici daxil olub. (Video № 1-19; Akt № 1-19) 31. 19 saylı məntəqədə saat 09:47-də səsvermə kabinəsinə eyni anda iki seçici daxil olub (Video № 2-19; Akt № 2-19) 32. 19 saylı məntəqədə saat 12:16-da səsvermə kabinəsinə eyni anda iki seçici daxil olub (Video № 3-19; Akt № 3-19) 33. 19 saylı məntəqədə saat 18.53-də şəxsiyyət vəsiqəsinin fotosu ilə səs verməyə cəhd edən naməlum şəxs müşahidəçi X6 hücum edərək ona fiziki zorakılıq göstərib, təhdid edib, komissiya sədri X20 bunun qarşısını almaq üçün heç bir tədbir görməyib, özü də müşahidəçiyə hücum edərək onun telefonunu alıb, digər komissiya üzvləri və müşahidəçilər də bu fiziki zorakılıqda bilavasitə iştirak edib: (Video № 4-19; 5-19; 6-19; 7-19 Akt № 4-19) 34. 19 saylı məntəqədə səslərin sayılması şəffaf aparılmayıb, müşahidəçi X4 davamlı etirazlarından sonra səslər yenidən sayılıb və Məmmədov Anar üçün ayrılmış bülletenlərin içindən iddiaçıya səs verilmiş bülletenlər çıxıb. (Video № 8-19; Akt № 5-19) 35. 19 saylı məntəqədə protokolda ciddi sayım səhvləri var, eyni zamanda protokolda göstərilən səs sayları Mərkəzi Seçki Komissiyasının rəsmi saytında olan protokoldakı sayla üst-üstə düşmür. (Foto № 9-19; 10-19; Akt № 5-19; 6-19);
36. 18 saylı məntəqədə səslərin sayılması qeyri-şəffaf həyata keçirilib. (Foto № 2-18; Video № 1-18; 3-18; Akt № 18-1) 37. 18 saylı məntəqədə səslərin yenidən sayılmasını istəyən müşahidəçi Abdullayev Fəridə qarşı məntəqə sədri X24 tərəfindən fiziki zorakılıq tətbiq olunub və o, məntəqədən çıxarılmaqla hədələnib. (Video № 4-18; Akt № 2-18);
38. 45 saylı məntəqədə məntəqə sədri X15 müşahidəçi Emin Nuruyevi məntəqədən çıxarmağa çalışıb. (Video № 1-42; Akt №1-45) 39. 45 saylı məntəqədə komissiya üzvü olmayan, lakin məntəqədə oturan naməlum şəxs iddiaçıya və vəkili Kəramət Nəcəfova (Böyükçöl) hücum edib. (Video № 1-42; 2-42; Akt № 2-45) 40. Digər məntəqədə qevdiyyatda olan şəxs çıxarışı olmadan 45 saylı məntəqədə səs verib. (Video № 3-42)
41. Qapalı seçki məntəqəsində müşahidə həyata keçirmək istəsə də, Dairə Seçki Komissiyası onların ünvanını iddiaçıya verməmiş və həmin məntəqələrdə bütün səslər şübhəli şəkildə Anar Məmmədovun xeyrinə qeyd olunub. (İstinad: Mərkəzi Seçki Komissiyası) 42. Mərkəzi Seçki Komissiyasının müşahidə kameralarında müşahidə etdikləri 3 saylı məntəqədə məntəqə üzvü (yaxud müşahidəçi) 4 dəfə səs verib. (Video № 7-3; 8-3; 9-3; 10-3);
43. 3 saylı məntəqədə naməlum şəxs 2 dəfə ard-arda səs verib. (Video № 2-3) 44. 3 saylı məntəqədə səslərin sayılması zamanı bir qadın telefonla danışdıqdan sonra əlində vərəqlərlə səslərin sayıldığı masaya yaxınlaşdı və həmin vərəqləri masaya, bülletenlərin üstiinə atdı. (Video № 6-3) 45. 3 saylı seçki məntəqəsində polis məntəqənin qarşısında dayanıb. (Video № 3-3) 46. Mərkəzi Seçki Komissiyasının müşahidə kameralarında müşahidə etdiyi 4 saylı məntəqədə məntəqə üzvü (yaxud müşahidəçi) qadm 2 dəfə səs verib. (Video №1-4);
47. 4 saylı məntəqədə məntəqə üzvü qutuya iki dəfə topa bülleten atır. (Video № 4-4; 5-4) 48. 4 saylı məntəqədə bir qadın səsvermədə iki dəfə iştirak edib, həmin qadın 3 saylı məntəqədə də səsvermədə iştirak edib. (Video № 2-4; 3-4) 49. 4 saylı məntəqədə saat 17:43-də komissiya üzvlərindən bəziləri masaları məntəqədən kənara çıxararaq, orada əyləşirlər. (Foto № 6-4) 50. Saat 13:19-da 7 savlı məntəqə boşdur. Komissiya üzvləri məntəqəni tərk edib. (Video № 1-7) 51. MSK-nın müşahidə kameralarından müşahidə etdiyimiz 8 saylı məntəqədə komissiya üzvü səyyar qutuda aparılacaq bülletenləri əvvəlcədən kəsərək komissiya üzvünə təqdim edir. (Video № 2-8);
52. 16 saylı seçki məntəqəsində səsvermə kabinəsinə eyni anda üç seçici daxil olub, naməlum şəxs səsverən vətəndaşlara müdaxilə edərək onlan yönləndirir. (Video № 1- 16) 53. 8 saylı məntəqədə naməlum qadın qutuya 2 bülleten atır (Video № 1-8) 54. Səsvermədən sonra, protokollar 97 saylı Dairə Seçki Komissiyasına aparıldı, mən və vəkilim Kəramət Nəcəfov (Böyükçöl) komissiyanın binasına buraxılmadıq. (Video № 1- 97); Səsvermə kabinələrində eyni anda iki şəxsin səs verməsi ilə bağlı faktların çoxluğu, topa bülletenlərin atılması onu göstərir ki, onlar karusel əməliyyatına cəlb edilib və üstəlik insanlar səs verərkən digər şəxslərin təzyiqinə məruz qalıb, bəziləri məcburən onların göstərişlərinə əməl edib. Məntəqələrdə komissiya üzvü olmayan idmançı görünüşlü şəxslərin müşahidəçilərə, vəkillərə və şəxsən ona - deputatlığa qeydə alınmış namizədə hücum etməsi səsvermənin nəticələrinə açıq müdaxilə olduğu kimi seçicilərə təzyiq, onların azad iradəsinə təsir və onların qorxudulması kimi qiymətləndirilməlidir. Bütün bunların hamısına MSK sədrlərinin göz yumması isə bunun məqsədyönlü və əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirildiyinin təsdiqidir. 97 saylı Tərtər-X13 Komissiyasının 8 sentyabr 2024-cü il tarixli, 30/144 saylı qərarında şikayətinin 4, 6, 9, 16, 19, 20, 21, 22, 27, 28, 40, 43, 50, 52, 53-cü bəndlərində təqdim olunan pozuntu faktlarının, ümumiyyətlə, araşdınlmaması və münasibət bildirilməməsi DSK-nın obyektiv araşdırma aparmadığını, bu dairədəki zorakılıq və qanun pozuntuları ilə müşayiət olunan seçkilərdə deputatlığa namizəd kimi ona qərəzli münasibətini açıq şəkildə bir daha ifadə edir. 97 saylı Tərtər-X13 Komissiyasının 8 sentyabr 2024-cü il tarixli, 30/144 saylı qərarından Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına şikayət vermiş və şikayətində 97 saylı Tərtər-X13 Komissiyasının 8 sentyabr 2024-cü il tarixli 30/144 nömrəli qərarının ləğv edilməsini və bu dairə üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 42/213 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayəti qismən təmin edilmiş, 97 saylı Tərtər-X2 3, 4 və 18 saylı seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilmiş, 97 saylı Tərtər-AğdərəGoranboy DSK-nın 30/144 saylı xx.xx.2024-cü il tarixli qərarı digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. MSK-nın bu qərarını xx.xx.2024-cü il tarixdə almışdır. Hesab edir ki, Mərkəzi Seçki Komissiyasının 42/213 saylı, xx.xx.2024-cü il tarixli qərarı qanunuz və əsassızdır. Belə ki, qanun pozuntuları yalnız 97 saylı Tərtər-X2 3,4 və 18 saylı seçki məntəqələrində deyil, seçki məntəqələrinin böyük əksəriyyətində kütləvi şəkildə baş vermişdir. Mərkəzi Seçki Komissiyasının digər pozuntular haqqında şərh bildirməməsi, araşdırma aparmaması onun qərarının obyektivliyini şübhə altına alır. Belə ki, Mərkəzi Seçki Komissiyasının 42/213 saylı, xx.xx.2024-cü il tarixli qərarında müşahidəçilərdən, eləcə də iki deputatlığa namizəddən izahat alındığı deyilsə də, həmin müşahidəçilərin və namizədlərin kimliyi və izahatları qərara əlavə edilməmişdir. Seçki günü məntəqələrdə idmançı görünüşlü komissiya üzvü olmayan şəxslərin olması müşahidəçilərə, vəkil təyin edilmiş şəxslərə və şəxsən ona edilən hücumlar seçiciləri qorxuya salmaq və onların azad iradəsinə təsir etməyə hesablanmış, ancaq bu faktlar MSK tərəfindən də araşdırılmamış və qərarda bu faktlara da toxunulmamışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 170.2-ci, 170.2J.-ci və 170.2.2. maddələrinə görə, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə seçkilərin nəticələrini etibarsız sayır. Mərkəzi Seçki Komissiyası göstərilən qanun pozuntularını nəzərə alaraq və Seçki Məcəlləsinin 170.2.-ci, 170.2.1.-ci və 170.2.2.-ci maddələrini əsas tutaraq, 97 saylı Tərtər-X9 üzrə səsvermənin nəticələrini etibarsız hesab etməli idi. X32 Komissiyası bütün bunlara əhəmiyyət verməmiş, qərarını əsaslandırmamış, qərarında sadəcə şikayətində göstərilən qanun pozuntularının 97 saylı TərtərAğdərə-Goranboy DSK-nın məntəqə seçki komissiyası üzvlərindən, adının çəkilmədiyi müşahidəçilərdən və adlarının açıqlanmadığı namizədlərdən aldığı pozuntuların təkzib edilməsinə dair izahatlara əsaslanmışdır. Bütün bunları nəzərə alaraq, hesab edir ki, Mərkəzi Seçki Komissiyasının 42/213 saylı, xx.xx.2024-cü il tarixli qərarı 97 saylı Tərtər-X2 3,4 və 18 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsi hissəsi istisna olmaqla digər hissədə ləğv edilməli və şikayəti tam təmin edilərək 97 saylı Tərtər-X8 üzrə seçkilərin nəticələri etibarsız hesab edilməlidir. Seçki Məcəlləsinin 170.2-ci və 170.2.3,-cü maddələrinə görə, seçki dairəsi üzrə seçkilər həm də məhkəmə qərarı ilə etibarsız hesab edilə bilər. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə görə, inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati Orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır
Cavabdehin etirazı:
8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.
Tərəflərin məhkəmə iclasında izahatları:
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin dəlillərinə istinad edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Əlavə olaraq izahatında göstərmişdir ki, 01 sentyabr Milli Məclisə seçkilər başlamazdan əvvəl dairə seçki komissiyası tərəfindən davamlı olaraq ikili standartların tətbiq edilməsinə dair o şikayət də vermişdir. Dairə seçki komissiyasında birtərəfli qaydada davamlı araşdırmaların aparılması, elə onun sonuncu müraciətində də öz əksini tapmışdır. Mərkəzi Seçki Komissiyası tərəfindən təmin olunan o qismən 3 məntəqənin nəticələrinin ləğvi dairə seçki komissiyasında onsuzda baxılmışdır və bu çox aydın seçki pozuntusu idi. Videolarda da var. MSK-nın özünün canlı olaraq yayımlanan saytında seçki prosesində komissiyanın üzvü olan şəxs oturub kameranın qarşısında bülleten atır və MSK həmin bu məntəqələrin nəticələrinin ləğv olunması barədə qərar qəbul edib. Onda belə bir sual yaranır ki. dairə seçki komissiyası özünün nəzarətində olan məntəqələrdə bilmirdi ki, bu bülletenlər belə atılır. Bundan ötrü MSK-nın qərarına nə ehtiyac vardır. Seçicilərin azad iradəsinə birbaşa müdaxilə olub.O və vəkili məntəqələri gəzərkən anidən 45 saylı məntəqədə (videousu var) komissiyanın üzvü olmayan şəxs onun üzərinə hücum çəkir, seçki prosesinin həmin məntəqə üzrə nəticələrinə birbaşa təsir edən təzyiq və fiziki zorakılıq tətbiq edir. Bununla bağlı videogörüntülər də var. Adam ölümlə hədələnir. Mərkəzi Seçki Komissiyasının araşdırması nəticəsində haqlı olaraq 3 məntəqənin nəticələri ləğv edilmişdir. Dairə seçki komissiyasının növbəti nöqsanlarından biri də, odur ki, nə onun vəkili, nə də onun müşahidəçiləri seçki günü dairə seçki komissiyasına buraxılmamışlar və səslərin sayılmasında iştirak etməmişlər. Bu onların müstəsna hüququ idi. Onun məntəqələri müşahidə edən cəmi 7 müşahidəçisi olmuşdur. Qalanları onlayn şəkildə müşahidəçi statusu ilə MSK-nın saytına baxmışdır. 7 müşahidəçinin qarşısında 62 pozuntunun qeydə alınması bu seçkinin müşahidəçi olmayan məntəqələrdə nə vəziyyətdə olduğunu göstərir..
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.İzahatında həmçinin qeyd etmişdir ki, sözsüz ki, seçki prosesində maraqlar toqquşur, çünki mürəkkəb bir prosesdir. Bəli, iddiaçının izahatına münasibətdə qeyd edir ki,Tərtərdəki seçkilər biraz fərqli oldu. Çünki namizədlər daha çox seçki qabağı kampaniyaya fikir verməkdənsə, bir-birləri ilə mübahisə edərək, vaxtlarını keçiriblər. Baş verən gərginliklərin heç biri Azərbaycan Respublikası Seçki Məcəlləsi ilə tənzimlənən məsələlər deyil. Digər iddiaçılardan fərqli olaraq Şəhriyar Məcidzadə olanlara emosional yanaşır. Namizəd müşahidəçi qismində məntəqəyə girə bilər. Məntəqəyə girib öz mövqeyini bildirə bilməz. Müşahidəçi kimi kənardan nəyin düz olub olmadığına baxa bilər. Seçicinin iradəsi pərdənin arxasında özünü göstərir və gizli olur. Bundan başqa bütün proseslər açıq şəkildə olur. 9 məntəqədə canlı yayım gedib. MSK tərəfindən öz səlahiyyətləri çərçivəsində, pozuntu törətmiş 3 məntəqənin nəticələri ləğv olunub, komissiyalar buraxılıb, bu verilən səsləri saymamaq deməkdir. Kimlərinsə təqsiri ucbatından bu qədər insanın iradəsi əleyhinə hallar baş verib.
İİİ. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
12. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.
13. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin : 112.1-ci maddəsinə əsasən Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.6-ci maddəsinə əsasən Seçki komissiyasının qərarı məhkəmə tərəfindən ləğv edildikdə, qərarı ləğv edilmiş seçki komissiyası məsələnin mahiyyəti üzrə yeni qərar qəbul etməlidir və ya məhkəmənin qərarı əsasında yuxarı seçki komissiyası müvafiq qərar qəbul etməlidir.Məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur. 170.2-ci maddəsinə əsasən dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır: - 170.2.1 səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə; - 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Maddə 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Maddə 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Maddə 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. Maddə 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.
15. “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VİQR nömrəli Qərarını və “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarını nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyasının 981ci maddəsinin İ hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutalaraq - 1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması; 2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi qərara alınmışdır.
İV. Məhkəmənin mövqeyi
16. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir.İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş 3 gün müddəti ötürməmişdir.
17. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır.
18. Belə ki, 01 sentyabr 2024-cü il tarixdə keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə 97 saylı Tərtər-X2 dairə seçki komissiyasına daxil olmuş 06 sentyabr 2024-cü il tarixli 3 saylı müraciətə baxılmasına dair dairə seçki komissiyasının 30/144 saylı, 08 sentyabr 2024-cü il tarixli Qərarı ilə 01 sentyabr 2024-cü il tarixdə keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 97 saylı Tərtər- X8 üzrə qeydə alınmış namizəd İddiaçı 97 saylı Tərtər-X2 dairə seçki komissiyasına aidiyyatı üzrə daxil olmuş xx.xx.2024-cü il tarixli 3 saylı şikayəti əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır.
19. Müəyyən olunmuşdur ki, İddiaçı şikayətində 97 saylı Tərtər-X8ndə 01 sentyabr 2024cü il tarixdə Milli Məclisə seçkilər zamanı 3,4,7,8,16,18,19,20,28,33,42 və 45 saylı seçki məntəqələrində qanun pozuntularının baş verməsini iddia etmiş, müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. İddiaçı müraciətində 3,4,7,8,16,18,19,20,28, 33, 42, və 45 saylı seçki məntəqələrində səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verildiyini, adları seçici siyahısında olmayan seçicilərin səs verməsini, bir şəxsin bir neçə dəfə səs verməsinə şəraitin yaradılmasını, seçki qutusuna topa şəklində seçki bülletenlərinin atıldığını iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişdir. Ərizəçinin müraciətinə elektron məlumat daşıyıcısı da əlavə olunmuşdur.
20. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 97 saylı Tərtər - Ağdərə - X25 üzrə qeydə alınmış namizəd X5 2024-cü il sentyabrın 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, seçki günü adıçəkilən seçki dairəsinin bir sıra seçki məntəqələrində müxtəlif xarakterli qanun pozuntularına yol verildiyini iddia etmiş, dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 30/144 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
21. Ş.S.Məcidzadə müraciətində seçki günü 97 saylı Tərtər - Ağdərə - X25nə daxil olan 62 seçki məntəqəsindən 12-də sərbəst müşahidə aparılmasına maneələr yaradıldığını, kabinələrə eyni anda iki seçicinin daxil olduğunu, dairə seçki komissiyasının bir sıra seçki məntəqələrində seçki qutularının şəffaf olmaması ilə bağlı heç bir araşdırma aparmadığını, bir sıra seçki məntəqələrində səslərin şəffaf sayılmadığını, səslərin sayılması zamanı elan olunan nəticələrlə Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində verilmiş nəticələrin uyğun gəlmədiyini, seçki qutularına birdən artıq bülletenin atıldığını, səslərin müşahidəçilərin müşahidəsi olmadan səsvermə otağından kənarda sayıldığını, səsvermənin nəticələrinə dair tərtib edilmiş protokolların nüsxəsi tələb edilsə də, onlara təqdim edilmədiyini, məntəqə seçki komissiyası sədrlərinin protokolların nüsxələrini təqdim etmədən məntəqəni tərk etdiklərini, səlahiyyəti olmayan şəxslərin seçki prosesinə müdaxiləsini, bir sıra seçki məntəqələrində baş vermiş pozuntuların dairə seçki komissiyası tərəfindən araşdırılmadığını və digər qanun pozuntularının olduğunu iddia edərək həmin seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını, həmçinin dairə seçki komissiyasına eyni məzmunlu müraciəti ilə bağlı həmin dairə seçki komissiyası tərəfindən qəbul olunmuş qərarın ləğvini tələb etmişdir. O, müraciətinə bir ədəd elektron informasiya daşıyıcısı, 35 ədəd aktın və seçkilərin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun bir ədəd kserosurətini əlavə etmişdir.
22. İş materiallarından və tərəflərin izahatından müəyyən olunur ki, araşdırma ilə bağlı müraciət etmiş namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırmada və Komissiyanın iclasında iştirakı təmin olunmuşdur. Dairə seçki komissiyasından mübahisələndirilən qərarın çıxarılması üçün əsas olmuş sənədlər, o cümlədən səsvermə günü göstərilən seçki məntəqələrində tərtib olunmuş aktların əsilləri alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Dairə seçki komissiyasında aparılan araşdırma zamanı müşahidəçilərdən, eləcə də həmin seçki məntəqələrinin məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlardan əlavə həmin seçki dairəsi üzrə qeydə alınmış 2 namizəddən də izahatlar alınmışdır.
23. Müraciətin araşdırılması məqsədilə səsvermə günü, sosial şəbəkələrdə həmin seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə, həmçinin müraciətə əlavə edilmiş bir ədəd elektron məlumat, daşıyıcısına, seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollara və təqdim olunmüş aktlara baxış keçirilmiş, seçki subyektlərindən alınmış seçki sənədləri tədqiq edilərək müəyyən edilmişdir ki, səsvermə günü 97 saylı Tərtər - Ağdərə - X16 3, 4 və 18 saylı seçki məntəqələri istisna olmaqla, mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkar edilməmişdir. Bu baxımdan dairə seçki komissiyası mübahisələndirilən qərarında əsasən düzgün nəticəyə gəlsə də, göstərilən seçki məntəqələrinə münasibətdə düzgün nəticəyə gəlməmişdir.
24. Belə ki, sosial şəbəkələrdə yayımlanan görüntülərə və təqdim olunmuş videomateriallara baxış keçirilməsi, digər seçki materiallarının və alternativ məlumat mənbələrindən əldə edilmiş məlumatlarin təhlili, həmçinin Ş.S Məcidzadənin dairə seçki komissiyası tərəfindən araşdırılmadığını iddia etdiyi, bir sıra seçki məntəqələrində baş verməsi iddia olunan qanun pozuntularının araşdırılması nəticəsində 3, 4 və 18 saylı seçki məntəqələrində səsvermə zamanı bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək qanun pozuntuları aşkar edilmişdir. Müəyyən edilmiş qanun pozuntuları seçki qanunvericiliyinin tələblərinə görə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal kimi qiymətləndirildiyindən qeyd edilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.
25. Buna görə də 97 saylı Tərtər - Ağdərə - X16 3, 4 və 18 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir.
26. Həmçinin, 97 saylı Tərtər - Ağdərə - X25 dairə seçki komissiyasının 8 sentyabr 2024cü il tarixli 30/144 saylı qərarı digər hissələrdə dəyişdirilmədən saxlanılması Qərara alınmışdır. Belə ki, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 97 saylı Tərtər - Ağdərə - X25 üzrə səsvermənin nəticələri etibarsız hesab edilən seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı isə seçki dairəsi üzrə qeydə alımış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etmədiyindən, seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar yaranmamışdır.
27. Məhkəmə baxışı zamanı iddiaçının iddia tələbinin sübutu kimi iddia ərizəsinə qoşma olaraq təqdim etdiyi 1 ədəd flaşdaşıyıcıya (eyni 2 nüsxəsi cavabdehin təqdim etdiyi inzibati icraat materiallarında mövcuddur) tərəflərin iştirakı ilə baxış keçirilərək tədqiq olunmuşdur və iddiaçıya təklif olunmuşdur ki, 97 saylı Tərtər - Ağdərə - X16 3, 4 və 18 saylı seçki məntəqələrindən başqa iddia ərizəsində göstərdiyi digər seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə əsas hesab etdiyi foto və videogörüntülərə istinad etməklə həmin foto və videogörüntülər barədə məhkəməyə məlumat versin.
28. Lakin iddiaçı yalnız 97 saylı Tərtər - Ağdərə - X16 3, 4 və 18 saylı seçki məntəqələrində baş vermiş qanun pozuntularına dəlalət edən videogörüntülərə istinad etmiş, iddia tələbində istinad etdiyi digər seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə əsas hesab etdiyi foto və videogörüntülər barədə məhkəməyə məlumat və faktları təqdim edə bilməmişdir.Bu hal isə məhkəmə iclasının audio-video çəkili zamanı da əksini tapmışdır.
29. Beləliklə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 42/213 saylı, xx.xx.2024-cü il tarixli qərarı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qəbul olunmuşdur.
30. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri (həm iddia ərizəsində göstərilən, həm də məhkəmə iclasında iddiaçının istinad etdiyi dəlillər) məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmadığından, mötəbər və təkzib edilməz sübutlarla təsdiqini tapmadığından iddia təmin edilməməlidir.
31. Məhkəmə Kollegiyası qeyd edir ki, mübahisələndirilən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 42/213 saylı, xx.xx.2024-cü il tarixli qərarının qanuni və əsaslı olması İPM-nin 68.2-ci maddəsinə əsasən məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla, o cümlədən Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 sentyabr 2024-cü il tarixli 72 saylı müraciət üzrə 13 sentyabr 2024-cü il tarixli Rəyi ilə təsdiqini tapmışdır.
32. Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 42/213 saylı, xx.xx.2024-cü il qərarının ləğv edilməsi tələbi əsassızdır və təmin olunmamalıdır.Həmçinin, mübahisələndirilən qərarın ləğv edilməsi tələbi təmin olunmadığından iddiaçının 1 sentyabr 2024-cü il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər üzrə 97 saylı Tərtər-X8 üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsi barədə tələbi də əsassızdır və təmin olunmamalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 130.1-ci-130.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
İddia təmin edilməsin. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.