Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-70/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Protokolun və qərarın ləğv edilməsi və Avropa İnsan Hüquqlarının və X16 Konvensiyasına dair 1 saylı Protokolun 3-cü maddəsinin pozulmasının tanınması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Mirzə Nəsib oğlu Tağızadə (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Ayşəm Lehsan qızı Mirzəyevanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X17 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikası Milli Məclisə seçkilərində 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 4 sentyabr 2024-cü il tarixli 42 saylı müraciəti Mərkəzi Seçki Komissiyasından aidiyyəti üzrə baxılması üçün 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin dairə seçki komissiyasına 5 sentyabr 2024-cü il saat 11:30-da göndərilmiş, dairə seçki komissiyasının 34/83 nömrəli, 8 sentyabr 2024-cü il tarixli qərarı ilə İddiaçı müraciəti əsassız olduğundan təmin edilməmişdir.
2. Müsavat Partiyasınca qeydə alınmış namizəd İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 34/83 saylı Qərarını mübahisələndirmiş, seçki dairəsinin əhatə etdiyi seçki məntəqələri üzrə səsvermə nəticələrinin etibarsız hesab olunmasını və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 42/211 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 21 saylı Nəsimi - Binəqədi seçki dairəsi üzrə Müsavat Partiyasında - qeydə alınmış namizəd İddiaçı 10 sentyabr 2024-cü il tarixli 74 saylı müraciətinin qismən təmin olunması, 30 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi, 21 saylı Nəsimi - Binəqədi seçki dairəsi dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 34/83 saylı Qərarının 30 saylı seçki məntəqəsi üzrə hissədə ləğv edilməsi, digər hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
İİ. Tərəflərin əsaslandırması
İddiaçının əsaslandırması:
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2024-cü il tarixli, 42/211 saylı qərarının ləğv edilməsi və Avropa İnsan Hüquqlarının və X16 Konvensiyasına dair 1 saylı Protokolun 3-cü maddəsinin pozulmasının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 04 iyul 2024-cü il tarixli 01 saylı qərarına əsasən 2024-ci il sentyabrın 1-nə təyin edilmiş yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak barədə qərar qəbul etmiş, İddiaçı (bundan sonra; Şikayətçi) 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən (bundan sonra DSK) partiya tərəfindən deputatlığa namizədliyi Partiyanın Divanının 08 iyul 2024-cü il tarixli qərarı ilə irəli sürülüb və Dairə Seçki Komissiyasının 02 avqust 2024-cü il tarixli 24/58 saylı qərarı ilə qeydə alınıb. 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin bütün məntəqələri üzrə səsvermə total saxtakarlıqla keçirilib. Belə ki, fiziki və psixoloji təzyiqlər vasitəsilə müşahidəçilərin fəaliyyəti məhdudlaşdırılıb, əksər seçki məntəqələrində səsvermə otağında müşahidəçilərin normal müşahidə aparılmasına imkan verilməyib, bütün məntəqələrdə daşınmaz seçki qutuları Seçki Məcəlləsinin 103.3-cü maddəsinə zidd olaraq çoxlu sayda bülletenin salınmasına imkan verən formada hazırlanıb. Bütün seçki məntəqələrində Seçki Məcəlləsinin 106.5-ci maddəsinin tələbləri, yəni səslərin hesablanmasının fasiləsiz aparılması tələbi pozulub. Veb-kamera qurulan seçki məntəqələrinin bəziləri istisna olmaqla əksər seçki məntəqələrində səsvermə bittikdən sonra seçicilərin imzaları sayılmayıb. Seçki məntəqələrinin əksəriyyətində (26) Məntəqə Seçki Komissiyasının yekun protokollarının surəti müşahidəçilərə verilməyib. Seçki məntəqəsindən verilən protokolların yalnız 2-də (6 və 9 saylı seçki məntəqələrində) protokolun nə vaxt tərtib olunması haqqında məlumat qeyd edilib. Heç bir məntəqədə məntəqə seçki komissiyalarında səsvermənin nəticələri bitdikdən sonra yekun protokolların müşahidəçilərə verildiyi seçki məntəqələrində belə seçkilərin yekun nəticələri haqqında karbonlaşmış protokollar tərtib olunmayıb və bu protokolların 3-cü nüsxəsi məlumat lövhəsindən asılmayıb. Bu qanun pozuntuları barədə dairə seçki komissiyasına mütəmadi olaraq məlumat verilib, bundan sonra məntəqə seçki komissiyaları protokolların yazılması işini bilərəkdən yubadıb və sonda müşahidəçilərə karbonlaşmış seçki protokolunun 3-cü nüsxəsinin yalnız növbəti gün, sentyabrın 2-sində verilə biləcəyini söyləyərək onları seçki məntəqələrindən kənarlaşdırıb. 1-ci məntəqə: səsvermə otağında səsverən seçicilərin sayı həm seçki məntəqəsində həm də vebkamera qarşısında müşahidə aparan müşahidəçilərin hesablarına görə 302 nəfər olduğu halda məntəqənin yekun protokolunda bu rəqəm 326 göstərilib. 4-cü məntəqədə səsvermə otağında səsverən seçicilərin sayı həm seçki məntəqəsində həm də veb-kamera qarşısında müşahidə aparan hesablarına görə 270 nəfər olduğu halda məntəqənin yekun protokolunda bu rəqəm 448 göstərilib.Bu faktlar onu sübut edir ki,veb-kamera qoyulmuş seçki məntəqələrində belə məntəqəyə gələn seçicilərin sayı bilərəkdən şişirdilib. Bunu sübut etmək üçün seçki dairəsinin ərazisindəki vebkamera quraşdırılmış seçki məntəqələrində veb- kameraların çəkilişinin yoxlanılması kifayətdir. Məntəqə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi protokol tərtib edildikdən sonra məlumat lövhəsində asılmayıb. Bu qanun pozuntuları barədə dairə seçki komissiyasına məlumat verilib, lakin məhəl qoyulmayıb. Mərkəzi Seçki Komissiyasının qaynar xətti isə daim məşğul olub. 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə kütləvi hal alan qanun pozuntularından biri də məntəqə seçki komissiyalarının tərkibi ilə bağlıdır. Dairə üzrə bütün məntəqələrdə MSK üzvlərinin bir neçəsi dairə ərazisində yaşamırlar bu da Seçki Məcəlləsinin 36.2-ci maddəsinin tələbinə ziddir. Apardığı tədqiqat nəticəsində məlum oldu ki, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin ərazisində təşkil olunan 37 seçki məntəqəsinin hamısında Seçki Məcəlləsinin 36.2 maddəsinin tələbləri pozulub. Belə ki; 1) 1 saylı seçki məntəqəsində - 1 nəfər komissiya üzvü; 2) 2 saylı seçki məntəqəsində - komissiyanın sədri və 4 nəfər komissiya üzvü; 3) 3 saylı seçki məntəqəsində - 2 nəfər komissiya üzvü; 4) 4 saylı seçki məntəqəsində - komissiyanın sədri və 5 nəfər komissiya üzvü; 5) 5 saylı seçki məntəqəsində - 4 nəfər komissiya üzvü; 6) 6 saylı seçki məntəqəsində - komissiyanın sədri və 4 nəfər komissiya üzvü; 7) 7 saylı seçki məntəqəsində - komissiyanın sədri və 5 nəfər komissiya üzvü; 8) 8 saylı seçki məntəqəsində - 5 nəfər komissiya üzvü; 9) 9 saylı seçki məntəqəsində - 4 nəfər komissiya tizvü; 10) 10 saylı seçki məntəqəsində - komissiyanın sədri və 3 nəfər komissiya üzvü; 11) 11 saylı seçki məntəqəsində - komissiyanın sədri və 4 nəfər komissiya üzvü; 12) 12 saylı seçki məntəqəsində - 5 nəfər komissiya üzvü; 13) 13 saylı seçki məntəqəsində - 2 nəfər komissiya üzvü; 14) 14 saylı seçki məntəqəsində - komissiyanın sədri və 4 nəfər komissiya üzvü; 15) 15 saylı seçki məntəqəsində - 2 nəfər komissiya üzvü; 16) 16 saylı seçki məntəqəsində - komissiyanın sədri; 17) 17 saylı seçki məntəqəsində - komissiyanın sədri və 5 nəfər komissiya üzvü; 18) 18 saylı seçki məntəqəsində - 2 nəfər komissiya üzvü; 19) 19 saylı seçki məntəqəsində - 5 nəfər komissiya üzvü; 20) 20 saylı seçki məntəqəsində - 2 nəfər komissiya üzvü; 21) 21 saylı seçki məntəqəsində - komissiyanın sədri və 4 nəfər komissiya üzvü; 22) 22 saylı seçki məntəqəsində - 5 nəfər komissiya üzvü; 23) 23 saylı seçki məntəqəsində - komissiyanın sədri və 2 nəfər komissiya üzvü; 24) 24 saylı seçki məntəqəsində - komissiyanın sədri və 2 nəfər komissiya üzvü; 25) 25 saylı seçki məntəqəsində - komissiyanın sədri və 2 nəfər komissiya üzvü; 26) 26 saylı seçki məntəqəsində - 3 nəfər komissiya üzvü; 27) 27 saylı seçki məntəqəsində - komissiya sədri və 4 nəfər komissiya üzvü; 28) 28 saylı seçki məntəqəsində - 3 nəfər komissiya üzvü; 29) 29 saylı seçki məntəqəsində - komissiya sədri və 2 nəfər komissiya üzvü; 30) 30 saylı seçki məntəqəsində - komissiyanın sədri və 2 nəfər komissiya üzvü: 31) 31 saylı seçki məntəqəsində - komissiya sədri və 4 nəfər komissiya üzvü; 32) 32 saylı seçki məntəqəsində - 2 nəfər komissiya üzvü; 33) 33 saylı seçki məntəqəsində - komissiya sədri və 5 nəfər komissiya üzvü; 34) 34 saylı seçki məntəqəsində - komissiya sədri və 2 nəfər komissiya üzvü; 35) 35 saylı seçki məntəqəsində - komissiya sədri və 5 nəfər komissiya üzvü; 36) 36 saylı seçki məntəqəsində - 3 nəfər komissiya üzvü; 37) 37 saylı seçki məntəqəsində - komissiyanın sədri və 3 nəfər komissiya üzvü. Beləliklə, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 37 seçki məntəqəsinin 22-də komissiyanın sədri, 121 komissiya üzvü ümumilikdə isə seçki komissiyalarında olan 143 nəfər bu seçki dairəsinin ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı deyildir. Bu cür qeyri-qanuni yaradılan məntəqə seçki komissiyalarının seçki günü məntəqələrdə seçkilərə rəhbərlik etməsi və məntəqə seçki komissiyasının yekun protokolunu imzalaması qeyri-qanunidir və cinayət tərkibi yaradır. DSK-nın səhvi üzündən seçki günü bu seçki məntəqələrində bütün gün ərzində çalışmalı olan 143 nəfər aktiv seçki hüququ olan Azərbaycan Respublikası vətəndaşının seçki hüquqlarının həyata keçirilməsinə mane olma şəraiti yaranıb. Ərizəçi Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimatın 10.1.1-ci bəndinə əsasən 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının yekun protokolundan xx.xx.2024-cü il tarixində Mərkəzi Seçki Komissiyasına ünvanlanan şikayət MSK-nın xx.xx.2024-cü il tarixli 36/166 saylı qərarı ilə araşdırılmaq üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilib. 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi dairə seçki komissiyası xx.xx.2024-cü il tarixində 34/83 saylı qərar qəbul edib. DSK-nın bu qərarından yenidən MSK-ya şikayət edilib. MSK 13 sentyabr 2024-cii il tarixli 42/211 saylı qərarla ümumi sözlərdən istifadə etməklə iddiaçının şikayətini təmin etməyib. DSK-nın 8 sentyabr 2024-cü il tarixli 34/83 saylı qərarını qüvvədə saxlayıb. MSK isə öz qərarında DSK-nın qərarında qeyd edilənləri təkrarlayıb, iddiaçının şikayətinə münasibət bildirməyib, araşdırılmayıb. MSK-nın şikayətini araşdırmaq üçün DSK-ya qaytarması qanunsuz və əsasızdır. Belə ki, “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasinin Qanununun 7.13-cü bəndinə əsasən vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. MSK-nm qərarında qeyd edilir, “Seçki Məcəlləsinin tələbinə görə iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər. Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə görə müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir. MSK-nın istinad etdiyi Seçki Məcəlləsinin (SM) 112-1.12-ci maddəsində deyilir ki, əgər şikayət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə, şikayətin aidiyyəti üzrə göndərilməsi barədə müvafiq seçki komissiyası qərar qəbul edir. Yəni onlara aid olmadıqda şikayətə birinci DSK-da baxılmalıdır, bu qərar qanunsuz və əsasızdır. Belə ki, SM-nin 112.3-cü maddəsinə əsasən şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apelyasiya instansiya məhkəməsinə şikayət edə bilərlər.Şikayətçinin şikayəti DSK-nın səsvermənin nəticələri haqqında yekin protokolu barədə olub və SM-nin 112-ci maddəsinə əsasən MSK-ya verilməli idi və verilib. DSK isə inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallarını “İnzibati İcraat Haqqında” Qanuna uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırmayıb, iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edib, baxmayaraq ki, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir, digər tərəfdən iddia edilən nöqsanlarla bağlı sübutlar təqdim etməyib, mübahisə edilə biləcək ümumi sözlər qeyd ediblər. Məntəqə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi protokol tərtib edildikdən sonra məlumat lövhəsində asılmaması, həmin protokolların dairə seçki komissiyasında və ya başqa yerdə saxtalışdırıldığmı hesab etmək üçiin kifayət qədər əsasdır. DSK bu məsələyə münasibət bildirməyib.
Cavabdehin etirazı:
6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.
Tərəflərin məhkəmə iclasında izahatları:
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin dəlillərinə istinad edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, dairə seçki komissiyası cinayət əməli törədərək 37 seçki məntəqəsində həmin dairənin ərazisində daimi qeydiyyatda olmayan şəxsləri komissiya üzvü təyin etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, 37 məntəqənin 22-də, komissiyanın sədri daxil olmaqla, həmin seçki dairəsinin ərazisində daimi yaşayan vətəndaş deyildir. MSK-da bu məsələ tədqiq olunarkən ona məlumat verilmişdir ki, Seçki Məcəlləsinin 47-ci maddəsinə əsasən həmin adamlar guya son 12 ayın 6 ayını bu ərazidə yaşadıqları üçün onlar orada daimi yaşayan hesab oluna bilərlər. O həmin məntəqələrdə olan komissiya üzvlərinin adlarını seçici siyahısında axtarmağa başlamışdır. 5 məntəqədə 30 nəfər komissiya üzvünü yoxlamışdır və nəticəsi olaraq ona məlum olmuşdur ki, onlardan 23 nəfəri həmin ərazidə seçici siyahısında yoxdur. Bildirmişdir ki, MSK bunu belə təqdim edir ki, seçkidə iştirak edib-etməmək bu şəxslərin hüququdur. Eyni zamanda, seçki qutuları Seçki Məcəlləsinin 103.3-cü maddəsinə uyğun deyildir. Həmin maddədə göstərilir ki, seçki qutusunda bülletenin daxil olması üçün olan yarıq “bir bülletenin keçə bilməsi” enində olmalıdır. Lakin Azərbaycanda olan seçki qutularının bu meyarlara uyğun olmadığını bildirmiş və bu məsələ ilə bağlı o, 2010-cu ildə MSK-da olarkən təklif vermiş və təklifi qəbul olunmamışdır. Həmçinin, 11 məntəqədən başqa digər məntəqələrdə protokollar verilməyib. O, 27 protokol təqdim etmişdir, lakin 27 protokolun 23-nü DSKdan əldə etmişdir. Protokollarda tarixlər qeyd olunmamışdır. Hətta sentyabr ayının 3-də belə DSK məntəqə seçki komissiyalarının protokollarının surətini ona təqdim edərkən onun üstündə tarixin yazılmasını vacib hesab etməmişdir. Karbonlaşmış protokollar səslər sayılandan sonra divara asılmamışdır. Həmçinin, MSK-nın sədrinin də səsvermədə iştirak etdiyi seçki məntəqəsində cəmi 1243 nəfərdən 70 nəfər səsverməyə gəlmişdir. O biri məntəqələrdə isə səslərin sayılmasına müşahidəçiləri ümumiyyətlə yaxın qoymamışdırlar. Eyni zamanda, o, bu məsələləri DSK-da qaldırarkən həmin vaxtı bütün məntəqələrdə, məntəqə seçki komissiyalarının cədvəlləri mövcud olmuşdur, hansı ki, həmin cədvəllərdə onların ünvanı, telefon nömrəsi, doğulduğu gün, ay, il, peşəsi, hansı partiyadan verildiyi də daxil olmuşdur. Sonrakı gün isə bütün məntəqələrdə həmin cədvəllərdə ancaq ad, soyad, hansı partiya tərəfindən irəli sürülməsi, təhsili və iş yeri göstərilsə də, lakin ünvan və telefonlar göstərilməmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.İzahatında həmçinin qeyd etmişdir ki, İddiaçı MSK-ya müraciət edərək məntəqə seçki komissiyalarının təşkili zamanı 36.2-ci maddənin tələbinin pozulmasını qeyd etmiş, bununla bağlı mübahisələndirilən seçki məntəqələri ilə bağlı müvafiq dövlət orqanının arayışı alınmış və təsdiq olunmuşdur ki, komissiya üzvləri 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin ərazisində daimi yaşayırlar və bu fakt həmin sənədlərlə təsdiq olunur. Həmçinin, iddiaçı MSK-ya araşdırmaya dəvət olunub və araşdırma zamanı iddiaçıya bir neçə arayışı göstərdikdən sonra o, bildirmişdir ki, bu məsələ aydındır, sənədlər ona məlumdur və bütün bunlarla razıdır. Sonra biz təqdim olunan video-görüntülərə birlikdə baxdıq və həmin video-görüntülər səsvermə günü seçki məntəqəsindəki prosesləri əhatə edən və seçki məntəqəsində çəkilən videogörüntülər deyildi, sadəcə kənardan seçki məntəqəsinin məlumat lövhəsi idi ki, həmin məlumat lövhəsi səsvermədən 2 gün sonra çəkilmişdir. İddiaçı bildirir ki, müşahidəçilərə protokollar təqdim olunmayıb, lakin özü 27 protokol nüsxəsi təqdim edib və protokollarda tarixin olmamasını mübahisələndirir. Protokolun surətində tarix göstərilmir, sadəcə protokol imzalanır və möhürlənir, ki, protokolun əsli ilə düzdür. Məntəqə seçki komissiyalarında səsvermə günü müşahidə aparan çoxsaylı seçki subyektləri öz izahatlarında bildirirlər ki, səsvermə prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilib. İddiaçının da MSK-nın araşdırma və iclaslarında iştirakı təmin edilib.
İİİ. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
10. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.
11. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən : Maddə 112.1-ci maddəsinə əsasən Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Maddə 112.6-ci maddəsinə əsasən Seçki komissiyasının qərarı məhkəmə tərəfindən ləğv edildikdə, qərarı ləğv edilmiş seçki komissiyası məsələnin mahiyyəti üzrə yeni qərar qəbul etməlidir və ya məhkəmənin qərarı əsasında yuxarı seçki komissiyası müvafiq qərar qəbul etməlidir.Məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur. Maddə 36.2-ci maddəsinə əsasən məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir. Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri dairə seçki komissiyasında partiyaları təmsil edən dairə seçki komissiyasının üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları, heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını təmsil edən dairə seçki komissiyasının üzvlərinə isə seçicilər də (seçicilərin təşəbbüs qrupları) təklif edə bilərlər. Həmin namizədlər müvafiq seçki dairəsinin ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları olmalıdırlar. Maddə 170.2-ci maddəsinə əsasən dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır: - 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə; -170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Maddə 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Maddə 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Maddə 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. Maddə 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.
İV. Məhkəmənin mövqeyi
13. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisələndirilən Mərkəzi Seçki Komissiyasının 42/211 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, iddiaçı tərəfindən həmin qərardan şikayət Bakı Apellyasiya Məhkəməsinə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Beləliklə, hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş 3 gün müddəti ötürməmişdir.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.
16. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarına əsasən hazırki işin faktiki halları aşağıda qeyd edilənlərdən ibarət olmuşdur.
17. Azərbaycan Respublikası Milli Məclisə seçkilərində 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 4 sentyabr 2024-cü il tarixli 42 saylı müraciətinə Mərkəzi Seçki Komissiyasından aidiyyəti üzrə baxılaraq həmin müraciət araşdırılması üçün 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin dairə seçki komissiyasına 5 sentyabr 2024-cü il saat 11:30-da göndərilmişdir.
18. Şikayət 21 saylı Nəsimi - Binəqədi seçki dairəsi üzrə seçkilərin nəticələrinin həmin seçki dairəsi üzrə baş vermiş qanun pozuntuları səbəbindən ləğv edilməsi ilə bağlı olmuşdur.
19. 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi dairə seçki komissiyasının 34/83 nömrəli, 8 sentyabr 2024-cü il tarixli qərarı ilə müraciət təmin edilməmişdir. Qərardan müəyyən edilir ki, dairə seçki komissiyası tərəfindən şikayət əsassız hesab olunduğundan təmin edilməmişdir.
20. Daha sonra Müsavat Partiyasından qeydə alınmış namizəd İddiaçı 10 sentyabr 2024cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 34/83 saylı Qərarını mübahisələndirmiş, seçki dairəsinin əhatə etdiyi seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
22. İddiaçı müraciətində səsvermə günü 21 saylı Nəsimi - Binəqədi seçki dairəsinin bütün seçki məntəqələrində total pozuntuların olmasını, 37 seçki məntəqəsi məntəqə seçki komissiyasının təşkili zamanı Seçki Məcəlləsinin 36.2-ci maddəsinin tələbinin pozulmasını, 20 Yanvar küçəsi 28, 30, 34, 34A, 36, 40 ünvanlarının 22 saylı Nəsimi - Yasamal seçki dairəsinin hüdudlarına aid olmasını, səsvermənin nəticələri haqqında protokolların tərtib edildikdən sonra seçki subyektlərinə verilməməsini, səsvermənin nəticələrinə dair protokolun 3-cü nüsxəsinin məlumat löhvələrində asılmadığını iddia edərək, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişdir. Ərizəçi müraciətə mübahisələndirilən bəzi seçki məntəqələri üzrə protokollar və elektron məlumat daşıyıcısında olan video görüntülər əlavə etmişdir. Ərizəçinin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.
23. Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. 37 seçki məntəqəsi məntəqə seçki komissiyasının təşkili zamanı Seçki Məcəlləsinin 36.2-ci maddəsinin tələbinin pozulması iddiası ilə bağlı müvafiq dövlət orqanından araşdırmaya təqdim edilmiş arayışlardan müəyyən edilmişdir ki, mübahisələndirilən seçki məntəqələr, məntəqə seçki komissiyalarının üzvləri 21 saylı Nəsimi - Binəqədi seçki dairəsinin ərazisində daimi yaşayırlar, 20 Yanvar küçəsi 28, 30, 34, 34A. 36, 40 ünvanlarının 22 saylı Nəsimi - Yasamal seçki dairəsinin hüdudlarına aid olması iddiası ilə bağlı qeyd edilmişdir ki, göstərilən ünvanlar 21 saylı ünvan 3ildir.
24. Araşdırma prosesində dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq onlara baxış keçirilmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş 26 protokol nüsxəsinin rəsmi protokollarda olan məlumatlarla müqayisəli araşdırılması nəticəsində 25 protokol üzrə məlumatlar eynilik təşkil etmişdir. 30 saylı seçki məntəqəsi üzrə məlumatlar tədqiq edilərkən isə bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən uyğunsuzluqlar aşkarlanmışdır. Göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 30 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.
25. Məhkəmə kollegiyası ilk öncə iddiaçının şikayətinin MSK tərəfindən aidiyyəti üzrə göndərilməsinə münasibət bildirərək qeyd edir ki, MSK-nın iddiaçının şikayətini aidiyyəti üzrə baxılması üçün DSK-ya göndərməsi qanunun tələblərin uyğun olmuşdur.
26. Belə ki, Seçki Məcəlləsinin iddiaçının istinad etdiyi 112.3-cü maddəsində «şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə» ifadəsinin mahiyyəti və mənası onu ehtiva edir ki, seçki məntənqəsində baş verən istənilən qanun pozuntularından, o cümlədən məntəqə seçki komissiyasının hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ilkin olaraq həmin seçki orqanından yuxarı olan seçki orqanına, yəni, DSK-ya verilməsini ehtiva edir. Diqqət yetirildikdə, bundan sonra gələn ifadə tərzi də (yəni, «dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) məhz, cümlənin qeyd olunan birinci hissəsini tamamlayaraq məntəqədə baş verən pozuntularla bağlı verilən şikayətə DSK-da baxılması ardıcılllığını nəzərdə tutur. Ona görə də məhkəmə kollegiyası iddiaçının şikayətinə aidiyyəti üzrə düzgün baxılmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır.
27. İddiaçı seçki günü mübahisələndirdiyi seçki məntəqələri üzrə iddia etdiyi qanun pozuntuları, o cümlədən, seçki qutularına əlavə bülletenlərin atılması, məntəqələrdə ayrılmış yerlərdən müşahidəçilərin səsvermə prosesini tam və dəqiq müşahidə etməsinin mümkün olmaması, fiziki və psixoloji təzyiqlər vasitəsilə müşahidəçilərin fəaliyyəti məhdudlaşdırılması, bəzi seçki məntəqələrində qutudan çıxan bülletenlərin səs verən seçicilərin sayından çox olması, seçki məntəqələrində seçicilərin ultrabənövşəyi işıqla yoxlanılmadan keçidinin təmin edilməməsi, məntəqə seçki komissiyasınm protokolunun 3-cü nüsxəsinin protokol tərtib edildikdən sonra məlumat lövhəsində asılmaması, müvafiq seçki məntəqələrində müşahidənin aparılmasına mane olan hallar barədə pozuntulara dair iradlarla seçki komissiyalarının rəhbərliyinə yazılı və ya şifahi müraciət etmələrinə, eləcə də seçki məntəqələrində müşahidəçilərə protokolların surətinin verilməməsinə dair mötəbər sübutlarla çıxış etməmişdir.
28. Əksinə, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 37 seçki məntəqəsinin 22-də komissiyanın sədri, 121 komissiya üzvü ümumilikdə isə seçki komissiyalarında olan 143 nəfər bu seçki dairəsinin ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı olmaması dəlili məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş seçki qovluğundakı arayışlara əsasən təkzib olunmuşdur.
29. Həmçinin araşdırma zamanı seçki günü məntəqələrdə müşahidə aparan - X39 (öz təşəbbüsü ilə, 1 saylı məntəqə), X6 (öz təşəbbüsü ilə, 1 saylı məntəqə), X18 (YAP, 1 saylı məntəqə), X19 (YAP, 2 saylı məntəqə), X12 (öz təşəbbüsü İlə 3 saylı məntəqə), X30 (öz. təşəbbüsü ilə, 3 saylı məntəqə), X31 (YAP, 3 saylı məntəqə), X40 (öz təşəbbüsü ilə, 4 saylı məntəqə), X41 (YAP. 4 saylı məntəqə) X42 (öz təşəbbüsü ilə, 5 saylı məntəqə), X59 (YAP məşvərətçi, 10 saylı məntəqə), X13 (YAP, 10 saylı məntəqə), X53 (YAP, 11 saylı məntəqə), X1 (öz təşəbbüsü ilə, 12 saylı məntəqə), X68 (YAP məşvərətçi, 12 saylı məntəqə), X43 ( YAP məşvərətçi, 13 saylı məntəqə), X24 (öz təşəbbüsü ilə, 14 saylı məntəqə), X25 ( YAP, 15 saylı məntəqə), X50 (öz təşəbbüsü ilə, 16 saylı məntəqə) , X32(öz təşəbbüsü ilə, 17 saylı məntəqə), X33 (öz təşəbbüsü ilə, 18 saylı məntəqə), X29 (öz təşəbbüsü ilə, 19 saylı məntəqə), X26 (öz təşəbbüsü ilə, 20 saylı məntəqə),X20 (YAP məşvərətçi, 21 sayiı məntəqə), X44 (öz təşəbbüsü ilə, 22 saylı məntəqə), X2 (öz təşəbbüsü İlə, 23 saylı məntəqə), X14 (öz təşəbbüsü ilə, 24 saylı məntəqə) , X34 (öz təşəbbüsü ilə 25 saylı məntəqə) , X45 (öz təşəbbüsü ilə, 26 saylı məntəqə), X7 (öz təşəbbüsü ilə, 27 saylı məntəqə) , X21 (öz təşəbbüsü İlə, 28 saylı məntəqə), X27 (YAP məşvərətçi, 29 saylı məntəqə). X22 ( YAP, 30 saylı məntəqə), X35 (öz təşəbbüsü ilə, 31 saylı məntəqə), X15 (öz təşəbbüsü ilə, 32 sayiı məntəqə), Qafarova ilahə Nadir qızı (öz təşəbbüsü ilə, 33 saylı məntəqə), X23 (öz təşəbbüsü ilə, 34 sayiı məntəqə), X58 (öz təşəbbüsü ilə, 35 saylı məntəqə) .X8 (öz təşəbbüsü ilə, 36 sayiı məntəqə) X28 (öz təşəbbüsü ilə, 37 saylı məntəqə) və digər müşahidəçilərin hər biri dairə seçki komissiyasına seçki günü heç bir qanun pozuntusu olmadığını , səsvermə başa çatdıqdan sonra protokolun surətini götürdükləri barədə İzahat vermişlər.
30. Hətta iddiaçının üzv olduğu X11 Seçki Komissiyası tərəfindən qeydə alınmış müşahidəçisi X9 izahatında da qeyd edilmişdir ki, saat 07.00-dan sonadək seçkilərin keçirilməsi sonuncu tərəfindən müşahidə edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmiş, seçkiyə gələ seçicilərin sayı protokolda düzgün əks olunub, seçkinin sonunda protokolun ona verilməsi təklif olunub, lakin o bütün proseslərin doğruluğunu, eyni zamanda protokolun tərtib olunmasının müşahidə etdiyi üçün bundan imtina etmişdir.
31. İddiaçının elektron daşıyıcıda təqdim etdiyi video-görüntülər ilə bağlı isə qeyd edilməlidir ki, iş materiallarında olan sənədlərdən və cavabdehin nümayəndəsinin izahatından müəyyən olunur ki, həmin video-görüntülər iddiaçının iştirakı ilə Mərkəzi Seçki Komissiyasında araşdırılmış, aparılmış araşdırma zamanı həmin görüntülərdə məntəqələrdə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan veməyən pozuntular aşkar edilməmişdir.
32. Göründüyü kimi, məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı həmin vaxt sözügedən seçki dairəsi üzrə seçki məntəqələrində müşahidə aparmış çoxsaylı subyektlər: Yeni Azərbaycan Partiyası, Müsavat Partiyası kimi partiyalardan olan, eləcə də müstəqil müşahidəçilərin izahatları ilə səsvermə günü seçicilərin səsvermələrinə mane olan və ya səslərin düzgün hesablanması ilə nəticələnən seçki pozuntularına yol verilməsi barədə iddialar təkzib olunmuşdur.
33. Beləliklə qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası bildirir ki, cavabdeh MSK-nın xx.xx.2024-cü il tarixli 42/211 saylı qərarının iddiaçıya münasibətdə ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Belə olan halda 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun da ləğv edilməsini və Avropa İnsan Hüquqlarının və X16 Konvensiyasına dair 1 saylı Protokolun 3-cü maddəsinin iddiaçıya münasibətdə pozulmasının tanınması barədə iddia tələbinin faktiki hüquqi əssaslarının mövcudluğu da istisna olunur. Bu səbəbdən də məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının iddia tələblərinin təmin olunmaması barədə qərar qəbul olunmalıdır.
34. Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, iddia əsassızdır və təmin olunmamalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 130.1-ci-130.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
İddia təmin edilməsin. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.