Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-72/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Protokolun, Qərarın ləğv edilməsi və iddiaçıya qarşı münasibətdə Avropa insan Hüquqlarının və X4 haqqında” Konvensiyasına dair 1 saylı Protokolun 3-cü maddəsinin pozulmasının tanınması barədə”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimovadan və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “protokolun, qərarın ləğv edilməsi və iddiaçıya qarşı münasibətdə Avropa insan Hüquqlarının və X4 Konvensiyasına dair 1 saylı Protokolun 3-cü maddəsinin pozulmasının tanınması” barədə tələbinə dair inzibati mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 11 saylı Binəqədi - Qaradağ seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı müraciətində səsvermə günü 11 saylı Binəqədi - Qaradağ seçki dairəsinin 1, 5, 7, 24, 25, 26,32, 33, 34 və 37 saylı seçki məntəqələrində səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verildiyini, adları seçici siyahılarında olmayan seçicilərin səs verməsini, bir şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradılmasını, seçki bülletenlərinin topa şəkildə seçki qutularına atıldığını, səsvermənin nəticələrinə dair protokolun 3-cü nüsxəsinin məlumat löhvələrində asılmadığını iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişdir. Ərizəçi müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə 22 akt əlavə etmişdir.
2. İddia edilən pozuntularla əlaqədar olaraq namizəd İddiaçı şikayəti 11 saylı Binəqədi- Qaradağ seçki dairəsinin dairə seçki komissiyası tərəfindən araşdırılmış, dairə seçki komissiyasının 13 sentyabr 2024-cü il tarixli 29/86 saylı qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.
3. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 11 saylı Binəqədi - Qaradağ seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 15 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 13 sentyabr 2024-cü il tarixli 29/86 saylı qərarını mübahisələndirmiş, seçki dairəsinin bəzi seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
4. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qurupunun üzvü X8 Seçki Komissiyasına daxil olmuş 15 sentyabr 2024-cü il tarixli 90 saylı müraciəti üzrə Rəyindən görünür ki, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 11 saylı Binəqədi - Qaradağ seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 15 sentyabr 2024-cü il tarixli 90 saylı müraciəti əsassız olduğundan təmin edilməməsi, dairə seçki komissiyasının 13 sentyabr 2024-cü il tarixli 29/86 saylı qərarı dəyişdirilmədən saxlanılması barədə rəyə gəlinmişdir.
5. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 sentyabr 2024-cü il tarixli 90 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 45/225 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 11 saylı Binəqədi - Qaradağ seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 15 sentyabr 2024-cü il tarixli 90 saylı müraciəti əsassız olduğundan təmin edilməmiş, dairə seçki komissiyasının 13 sentyabr 2024-cü il tarixli 29/86 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
İİ. Tərəflərin əsaslandırması
İddiaçının əsaslandırması:
6. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 11 saylı Binəqədi - Qaradağ seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1. 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi səsvermənin nəticələri haqqında Dairə Seçki Komissiyasının Protokolunun, Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 45/225 qərarının ləğv edilməsi, 2. İddiaçı qarşı münasibətdə Avropa insan Hüquqlarının və X4 haqqında” Konvensiyasına dair 1 saylı Protokolun 3-cü maddəsinin pozulmasının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, 2024-cü il sentyabın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə İddiaçı 11 saylı Binəqədi-Qaradağ seçki darisəindən deputatlığa namizədliyi müstəqil irəli sürülüb və qeydə alınıb.11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin məntəqələri üzrə səsvermə saxtakarlıqla keçirilib. Seçki günü seçki məntəqələrində olan müşahidəçilər öz aktları və rəyləri ilə təsdiq edir ki, Belə ki; 1 saylı seçki məntəqələrində " karusel" olub, eyni zamanda 40 nəfər şəxslər birdən seçki məntəqəsinə daxil olub səs veriblər. Seçki qutusuna atılan bülletenləri müşahidə etmək mümkün olmayıb, bunun üçün şərait də yaradılmayıb. Seçki məntəqəsində səsvermənin nəticəsinə dair yekun protokol tərtib edilməyib. Müşahidəçiyə Protokolun surətini verilməsindən imtina olunub. 5 saylı seçki məntəqəsində " karusel" olub, seçicilər eyni zamanda qrup formada səs verib, səsvermə şəffaf keçirilməyib, müşahidəçilər dörd dəfə topa şəkilində büllentenlər seçki qutusuna atıblar. Yekun Protokolun surətini müşahidəçiyə verməkdən imtina olunub. 7 saylı seçki məntəqəsində də "karusel" olub, seçicilərin şəxsiyyət vəsiqəsi yoxlanılmadan onlara bülletenlər verilib, seçicilər qrup formasında daxil olub səs verirdilər. Məntəqədə seçki aktivliyi 110 olaraq hesablansa da, qutudan 507 bülleten çıxdı. Protokolun surətini müşahidəçiyə verilməsindən imtina edilib. 14-16-17 seçki məntəqələrində seçici siyahıları seçicilər üçün əlverişi yerdə asılmayıb və oxunaqlı deyil. 24 saylı seçki məntəqəsində büllentenlər bəzi müşahidəçilər tərəfindən seçki qutusuna topa-topa atılıb. " karusel " olub, Qonşu 25 saylı seçki məntəqəsində səs verərlər, eyni zamanda 24 saylı seçki məntəqəsində səs verib. 25 saylı seçki məntəqəsində müşahidəçiyə görə seçki aktivliyi 52 olsa da, seçki qutusundan 135 qutudan çıxdığı məlum oldu. Müşahidəçilər səsverməniin sonunu gözləmədən məntəqəni tərk etdilər. Protokolun surətinin müşahidəçiyə verilməsindən imtina olunub. 26 saylı seçki məntəqəsində də səsverənlərin sayı 165 olsa da seçki qutusandan çıxan büllüetenlərin sayı 180 olub. Büllütenlərdəki səslərin etibarlılığının yoxlanılmasına imkan verilməyib. 32 saylı seçki məntəqəsində seçki siyahıları elə yazılıb ki, onları oxumaq mümkün olmayıb. Müşahidəçinin hesablamasına görə seçki aktivliyi 134 olsa da, protokolda fərqli say yazılıb. Müşahidəçilər səsvermənin nəticələrinə dair yekun protokolu gözləmədən məntəqəni tərk ediblər. Protokolun surəti müşahidəçiyə verilməyib. 33, 34 saylı seçki məntəqələrində seçki səsvermə otaqında deyil, başqa otaqda olub. 37 saylı seçki məntəqəsində də " karusel olub, və karuselə məntəqədə şərait yaradılıb. Müşahidəçi olara etiraz etdikdə, məntəqə sədri tərəfindən polislə hədələnib. Pozuntular barədə müşahiəçinin rəyinin surəti məntəqə sədrinə təqdim olunub, lakin məntəqə sədri rəyiin surətini qəbul etməkdən imtina edib. Məntəqə sədrləri bütün seçki prosesi ərzində seçici aktivliyini elan etməkdən imtina edib. Məntəqə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi protokol tərtib edildikdən sonra məlumat lövhəsində asılmayıb; Bu və ya digər qanun pozuntuları barədə DSK və Mərkəzi Seçki Komissiyasına şikayət edilib, şikayətlər təmin edilməyib, qərarlar əsaslandırlmayıb, şikayətlər tam və obyektiv araşdırlmayıb, formal cavab verilib.Şikayətin hüquqi əsasları: Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.2-ci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyası bu Məcəllənin qaydalarına uyğun şikayətlərə öz səalhiyyətləri daxilində baxıb əsaslandırılmış qərar qəbul edir. SM-nin 106.11-ci maddəsinə əsasən məntəqə seçki komissiyasının protokolunda 3-cü nüsxəsi protokol tərtib edildikdən sonra məlumat lövhəsində asılır və 5 gün saxlanılır.
6. SM-nın 112.3, 112.4-cü madddələrinə əsasən şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. Hər bir şikayətə dair Mərkəzi Seçki Komissiyası əsaslandırılmış qərar qəbul etməlidir.Flora Kərimova Azərbaycana qarşı Avropa Məhkəməsinin qərarında qeyd edilir ki, seçki idarəçiliyinə cavabdeh olan dövlət orqanlarının, şəffaf qaydada fəaliyyət göstərməsi, habelə qərəzsiz və siyasi manipuyasiyadan azad olması vacibdir (X1rşı, N 9103/ 04, 101-ci bənd, 8 iyul 2008-ci il), onların həyata keçirdiyi prosedurlar minimum təminatlara müşayət olunmalı və onların qərarları kifayət qədər əsaslandırlmış olmaldır (Kovaç, Ukraynaya qarşı, N 39424/ 02, bənd 59, Kərimova Azərbaycana qarşı N 20799 /06, bənd 45).Qərar qəbul etmək üçün hüquqi araşdırmalar zamanı sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probatation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sentyabrın 02-də ATƏT-in Demokratik Təsisatlar və insan Hüquqları Bürosu və ATƏT Parlament Assambleyası beynəlxalq müşahidəçilərinin hesabatında Azərbaycanlı keçirilən parlament seçkiləri barədə ümumi qiymətləndirlməsi belədir ki, 01 sentyabr erkən parlament seçkisi zamanı seçicilərə " həqiqi siyasi alternativ" təklif edilməyib. Qurumun rəyinə görə, seçki prosesi effektiv hazırlansa da, əsas azadlıqların və medianın "həddindən artıq məhdudlaşdırıldığı hüquqi çərçivədə" keçib. Fərqli fikir bildirən şəxslərə qarşı davam edən represiya fonunda keçən təşviqat kampaniya nəzərə çarpmırdı və vətəndaşların qorxu və cəzalandırmadan azad mühitə iştirakını təmin üçün səylər göstərilməmişdir. Prosesdə çoxlu sayda namizədin iştirak etməsinə baxmayaraq demək olar ki, hamısı öz təşviqat çıxışlarında hökümətin siyasətini dəstəkləyirlər" Əsaslı islahatlar və dəyişiklik olmasa, bu məsələlər ölkədə demokratiya və qanunun əliliyinə xələl gətirməkdə davam edəcək," Məntəqə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi protokol tərtib edildikdən sonra məlumat lövhəsində asılmaması, həmin protokolların dairə seçki komissiyasında və ya başqa yerdə saxtalaşdırıldığını hesab etmək üçün kifayət qədər əsasdır. Səsvermə günü tərtib edilmiş aktlardan və bu qanun pozuntularına səlahiyyətli vəzifəli şəxslər tərəfindən heç bir reaksiya verilməməsi, beynəlxalq müşahidəçilərin yekun rəyi seçkinin total saxtalaşdırıldığı kimi qiymətləndirlməsi üçün əsasdır.Ona görə də 11 saylı Binəqədi - Qaradağ seçki dairəsi səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının qərarının Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, Qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlara, Seçki münasibətlərinə dair Təlimat və Əsasnaməyə, eləcədə yuridiksiyasına aid olduğumuz Avropa Məhkəməsinin Przedent qərarına ziddi olduğundan ləğv edilməsi zəruridir.Beləliklə, Seçki Məcəlləsinin seçicilərin siyahılarının tərtibb edilməsi (maddə 46) vətəndaşların seçici siyahısına daxil edilməsi və seçici siyahılarından çıxarılması qaydası (maddə 47, 47, 10 ) seçki komissiyalarının fəaliyyətində aşkarlıq (maddə 40) müşahidəçilərin hüquq və vəzifələri (maddə 42) seçki komissiyası üzvünün statusu (maddə 22, 10), seçki məntələrinini yaradılıması (maddə 35) səsvermə otağı (maddə 98), seçki qutuları (maddə 103, 103,3), səsvermə qaydası (maddə 104) səsvermə otağından kənarda səs vermə (maddə 105), seçki məntəqəsində səslərin hesablanması (maddə 106) maddələrində göstərilən tələblərə məntəqə komissiyası tərəfindən əməl olunmayıb.
Cavabdehin etirazı:
8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin məhkəmə iclasında izahatları:
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.İzahatında həmçinin qeyd etmişdir ki, İddiaçı iddiaları əsassızdır. Belə ki, o dairə seçki komissiyasına yönələn birinci şikayətində iş materiallarına kserosurətlər əlavə etmişdir. X3 əlaqə saxlayaraq, həmin sənədlərin əslini təqdim etməyi xahiş etmişdir. Lakin, o yubadaraq bildirmişdir ki, ona fərqi yoxdur, hər hansısa bir qərar verilsin. Həmçinin, qeyd etmişdir ki, o, verilmiş həmin qərarı mübahisələndirəcək. Dairə Seçki Komissiyası qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada komissiyanın iclasında İddiaçı şikayətinə baxıb araşdırmışdır. İddiaçı X9nın araşdırmasında da iştirak etməmişdir. X5 şikayət ünvanlandıqdan sonra o şəxsən özü iddiaçı ilə əlaqə saxlamış, onu araşdırmaya və komissiyanın iclasına dəvət etmişdir. O cavabında “şikayəti siyasi partiya irəli sürdüyündən ona qərar lazımdır” deyə belə bir ifadə işlətmişdir və bildirmişdir ki, onun iştirakı olmadan baxılsın.Şikayətin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, həmin materiallarda tək nəfərlik aktlar imzalanıb və pozuntuların ümumi xarakterli olduğu görünür. İddiaçı müraciətində qeyd etmişdir ki, səsvermə günü seçki məntəqələrində pozuntular olmuş, ona protokollar şəxsən verilməmişdir. Həmin müraciəti də araşdırdıq və müəyyən olundu ki, heç həmin gün iddiaçı həmin seçki məntəqəsinə gəlməmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, aktlar ümumi xarakterli olmuşdur, heç pozuntuların konkret nədən ibarət olduğu göstərilməmişdir.
10. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmənin “Qaynar xətt”i vasitəsilə məlumat verərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
İİİ. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
12. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.
13. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin : 112.1-ci maddəsinə əsasən Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.6-ci maddəsinə əsasən Seçki komissiyasının qərarı məhkəmə tərəfindən ləğv edildikdə, qərarı ləğv edilmiş seçki komissiyası məsələnin mahiyyəti üzrə yeni qərar qəbul etməlidir və ya məhkəmənin qərarı əsasında yuxarı seçki komissiyası müvafiq qərar qəbul etməlidir.Məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur. 40.1. Seçki komissiyalarının fəaliyyəti seçicilər üçün şəffaf olmalıdır. 46.1. Seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilir və səsvermə gününə azı 25 gün qalmış dəqiqləşdirilir. Bu müddətdən sonra səsvermə gününədək (səsvermə günü də daxil olmaqla) seçici siyahısına seçici Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yalnız məntəqə seçki komissiyası tərəfindən əlavə edilə bilər .Səsvermə günü bu Məcəllənin 101-ci maddəsinə uyğun olaraq səsvermə vəsiqəsi ilə səs verən seçicilərin səsvermə vəsiqəsi seçicilər siyahısına əlavə edilir. Səsvermə günü seçici siyahılarına heç bir əlavə və dəyişiklik edilə bilməz. Seçici siyahıları mətbuatda dərc edilə bilməz. Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada seçici siyahıları Mərkəzi Seçki Komissiyasının (dairə seçki komissiyasının) müvafiq internet saytında yerləşdirilir. 47.1. Aktiv seçki hüququna malik olan bütün vətəndaşlar seçici siyahılarına daxil edilirlər. 170.2-ci maddəsinə əsasən dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır: - 170.2.1 səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə; - 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Maddə 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Maddə 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Maddə 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. Maddə 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.
15. “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VİQR nömrəli Qərarını və “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarını nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyasının 981ci maddəsinin İ hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutalaraq - 1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması; 2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi qərara alınmışdır.
İV. Məhkəmənin mövqeyi
16. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir.İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş 3 gün müddəti ötürməmişdir.
17. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır.
18. Belə ki, işin hallarına görə 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 sentyabr 2024-cü il tarixli 90 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 45/225 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 11 saylı Binəqədi - Qaradağ seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 15 sentyabr 2024-cü il tarixli 90 saylı müraciəti əsassız olduğundan təmin edilməmiş, dairə seçki komissiyasının 13 sentyabr 2024-cü il tarixli 29/86 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1. 11 saylı Binəqədi- Qaradağ seçki dairəsi səsvermənin nəticələri haqqında Dairə Seçki Komissiyasının Protokolunun və Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 45/225 qərarının ləğv edilməsi, 2. İddiaçı qarşı münasibətdə Avropa insan Hüquqlarının və X4 haqqında” Konvensiyasına dair 1 saylı Protokolun 3-cü maddəsinin pozulmasının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə Kollegiyası iddiaçının 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi səsvermənin nəticələri haqqında Dairə Seçki Komissiyasının Protokolunun ləğv edilməsi tələbinin Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 45/225 qərarının ləğv edilməsi tələbindən asılı tələb olduğunu nəzərə alaraq ilk olaraq Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 45/225 qərarının ləğv edilməsi tələbi üzrə hüquqi dəyərləndirilmə aparılmasını zəruri hesab edir.
21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 11 saylı Binəqədi - Qaradağ seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı müraciətində səsvermə günü 11 saylı Binəqədi - Qaradağ seçki dairəsinin 1, 5, 7, 24, 25, 26,32, 33, 34 və 37 saylı seçki məntəqələrində səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verildiyini, adları seçici siyahılarında olmayan seçicilərin səs verməsini, bir şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradılmasını, seçki bülletenlərinin topa şəkildə seçki qutularına atıldığını, səsvermənin nəticələrinə dair protokolun 3-cü nüsxəsinin məlumat löhvələrində asılmadığını iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişdir. Ərizəçi müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə 22 akt əlavə etmişdir.
22. İddia edilən pozuntularla əlaqədar olaraq namizəd İddiaçı şikayəti 11 saylı Binəqədi- Qaradağ seçki dairəsinin dairə seçki komissiyası tərəfindən araşdırılmış, dairə seçki komissiyasının 13 sentyabr 2024-cü il tarixli 29/86 saylı qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.
23. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 11 saylı Binəqədi - Qaradağ seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 15 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 13 sentyabr 2024-cü il tarixli 29/86 saylı qərarını mübahisələndirmiş, seçki dairəsinin bəzi seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
24. Ərizəçinin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirak etmək huququ izah olunmuş, o, araşdırmada və Komissiyanın iclasında iştirakdan imtina etmişdir.
25. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına iddiaçının yazılı müraciətinin araşdırılması ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq icraat materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.
26. Mərkəzi Seçki Komissiyasında aparılmış tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınmış digər namizəd tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.
27. İcraat prosesində müəyyən edilmişdir ki, namizəd İddiaçı səsvermə günü baş verdiyi iddia edilən qanun pozuntuları ilə əlaqədar müraciətinə dairə seçki komissiyası qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxmış, o cümlədən maddi və prosesual huquq normalarını düzgün tətbiq etməklə əsaslandırılmış qərar qəbul etmişdir.
28. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi (iddiaçı) müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə 22 akt əlavə etmişdir, həmin aktlarlarda pozuntular ümumi xarakterli olmuşdur və pozuntuların konkret nədən ibarət olduğu göstərilməmişdir. Bu aktlar iddiaçıya partiyası tərəfindən təyin olunmuş müşahidəçilər tərəfindən tərtib olunub verilmişdir.Aktlar Müsavat partiyasının müşahidəçiləri tərəfindən imzalanmışdır.
29. Şikayətin araşdırılması nəticəsində o da müəyyən olunmuşdur ki, həmin materiallarda tək nəfərlik aktlar imzalanıb və pozuntuların ümumi xarakterli olduğu görünür. İddiaçı müraciətində qeyd etmişdir ki, səsvermə günü seçki məntəqələrində pozuntular olmuş, ona protokollar şəxsən verilməmişdir.
30. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, həmin müraciət də araşdırılarkən müəyyən olunmuşdur ki, ümumiyyətlə həmin gün iddiaçı həmin seçki məntəqəsinə gəlməmişdir.
31. Beləliklə, iddiaçı həmin aktlarda qeyd edilənləri təsdiq edən hər hansı videogörüntü, foto və.sair sübuta istinad etməmişdir, belə sübutu məhkəməyə də təqdim etməmişdir.
32. Beləliklə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 45/225 saylı qərarı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qəbul olunmuşdur.
33. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmadığından, mötəbər və təkzib edilməz sübutlarla təsdiqini tapmadığından iddia təmin edilməməlidir.
34. Məhkəmə Kollegiyası qeyd edir ki, mübahisələndirilən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 45/225 saylı qərarının qanuni və əsaslı olması İPM-nin 68.2-ci maddəsinə əsasən məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla, o cümlədən Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 sentyabr 2024-cü il tarixli 90 saylı müraciət üzrə Rəyi ilə təsdiqini tapmışdır.
35. Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 45/225 saylı qərarının ləğv edilməsi tələbi əsassızdır və təmin olunmamalıdır.Həmçinin, mübahisələndirilən qərarın ləğv edilməsi tələbi təmin olunmadığından iddiaçının 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi səsvermənin nəticələri haqqında Dairə Seçki Komissiyasının Protokolunun ləğv edilməsi və İddiaçı qarşı münasibətdə Avropa insan Hüquqlarının və X4 haqqında” Konvensiyasına dair 1 saylı Protokolun 3-cü maddəsinin pozulmasının tanınması barədə tələbi də əsassızdır və təmin olunmamalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 130.1-ci-130.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
İddia təmin edilməsin. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.