Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-73/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iş üzrə QƏRAR (Açar sözlər: “şikayətə baxılması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mirzə Nəsib oğlu Tağızadə və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “şikayətə baxılması” tələbinə dair inzibati mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. İddiaçı 31 saylı Suraxanı ikinci seçki dairəsinin Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 23/82 saylı qərarından şikayətlə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir.
2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 sentyabr 2024-cü il tarixli 92 saylı müracəti Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçirilmiş növbədənkənar seçkilərdə səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilərək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilməsinə dair 16 sentyabr 2024-cü il tarixli 45/228 saylı Qərarı qəbul edildikdən sonra daxil olduğundan, həmin müraciətin araşdırma materiallarına əlavə edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə rəy verilmiş və İddiaçı müraciəti Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən 18 sentyabr 2024cü il tarixli məktubla Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilmişdir.
3. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının 13 sentyabr 2024-cü il tarixli 23/82 saylı qərarından verdiyi və Mərkəzi Seçki Komissiyasına daxil olmuş 92 saylı şikayəti Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilərək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilməsinə dair 16 sentyabr 2024-cü il tarixli 45/228 saylı Qərarı qəbul edildikdən sonra daxil olduğundan araşdırma materiallarına əlavə edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilmişdir.
İİ. Tərəflərin əsaslandırması
1. İddiaçının əsaslandırması:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 saylı Suraxanı ikinci seçki dairəsinin Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 23/82 saylı qərarından xx.xx.2024-cü il tarixli şikayətinə baxılması vəzifəsinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 31 saylı Suraxanı ikinci seçki dairəsinin Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 23/82 saylı qərarı ona xx.xx.2024-cü il tarixində təqdim edilmiş, elə həmin gün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına xx.xx.2024-cü il tarixli şikayət vermişdir. Şikayəti poçt vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına xx.xx.2024-cü il tarixində, saat 11:07-də çatdırılmışdır. xx.xx.2024-cü il tarixində şikayətə baxılması üçün müəyyən edilmiş müddətdən üç gün keçməsinə baxmayaraq, onun şikayətinə hələ də baxılmamışdır. xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “115” qaynar xəttinə zəng etdikdə ona onun şikayətinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən baxılmadığını, şikayətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərildiyini bildirmişlər. X5 Komissiyasının qərarından şikayətinə Mərkəzi Seçki Komissiyası baxmalı idi. Mərkəzi Seçki Komissiyasının bu hərəkətsizliyi qanun pozuntusudur. Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərini pozmuşdur.
2. Cavabdehin etirazı: Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.
3. Tərəflərin məhkəmə iclasında izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin dəlillərinə istinad edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı əlavə olaraq izahatında bildirmişdir ki, o, dairə seçki komissiyasına xx.xx.2024-cü il tarixdə müraciət etmişdir, dairə seçki komissiyası müraciətə baxılmasını həmin gün saat 17:00-a təyin etmişdir, qərarı isə xx.xx.2024-cü il tarixdə ona təqdim etmişlər. Şənbə və bazar günləri poçt şirkətləri işləmədiyindən şikayəti xx.xx.2024-cü il tarixdə poçta təqdim etmiş, poçt isə xx.xx.2024-cü il tarixdə, saat 11:00-da Mərkəzi Seçki Komissiyasına çatdırmışdır. O isə xx.xx.2024-cü il tarixdə iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Mərkəzi Seçki Komissiyası onun müraciətinə qanunvericiliyin tələbinə uyğun baxmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İzahatında həmçinin bildirmişdir ki, səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilərək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilməsinə dair 16 sentyabr 2024-cü il tarixli Qərarı qəbul edilərkən müraciətlərin, o cümlədən poçtla daxil olmuş müraciətlərin daxil olub-olmaması yoxlanılmış, həmin vaxt hər hansı müraciətin daxil olmadığı müəyyən edilmişdir. İddiaçının müraciəti qeyd olunan qərar qəbul olunduqdan sonra xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Bundan sonra seçki dairəsi ilə əlaqə saxlanılmış, müvafiq sənədlər götürülmüşdür. Dairə seçki komissiyasının qərarı ilə 3 məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilmiş, səsvermə günü seçki məntəqələrində yol verilmiş pozuntularla bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən aparılmış ümumi araşdırmalarla seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən hallar müəyyən edildiyindən həmin seçki dairəsinin 1 saylı seçki məntəqəsi üzrə də səsvermənin nəticələri etibarsız hesab edilmişdir. Ümumilikdə, 4 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir. Onun tərəfindən müvafiq rəy tərtib olunmuş, iddiaçının müraciəti səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilərək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilməsinə dair 16 sentyabr 2024-cü il tarixli 45/228 saylı Qərarı qəbul edildikdən sonra daxil olduğundan araşdırma materiallarına əlavə edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilmiş və bu barədə iddiaçıya poçt vasitəsilə məktub göndərilərək məlumat verilmişdir. Bu sahədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi daha səlahiyyətlidir və hüquqi qiymət verəcəkdir. Səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilərək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərildikdən sonra Mərkəzi Seçki Komissiyası tərəfindən qərar qəbul edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
İİİ. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2-ci maddəsinə əsasən bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3-cü maddəsinə əsasən şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. 112.7-ci maddəsinə əsasən səsvermənin nəticələri, seçkilərin yekunları barədə qərardan şikayətə baxılması, bu Məcəllənin pozulmasına aid faktlar üzrə keçirilmiş yoxlamalar bu Məcəllə ilə seçilmiş sayılan namizədin toxunulmazlığının pozulması sayılmır. Seçilmiş sayılan namizəd onun seçilməsi zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair verilmiş şikayətlərlə bağlı inzibati, mülki və ya cinayət işləri üzrə şahid ifadələri verməkdən imtina edə bilməz (Azərbaycan Respublikasının Mülki Prosessual və Cinayət-Prosessual Məcəllələrində göstərilən hallar istisna olmaqla). 112.11-ci maddəsinə əsasən seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər. 171.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq seçkilərin yekunlarını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir. 171.2-ci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir. 171.4-cü maddəsinə əsasən dairə seçki komissiyalarının protokolları bu Məcəllənin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 130.1. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.
İV. Məhkəmənin mövqeyi
1. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. İş materiallarından müəyyən olunur ki, iddiaçının 31 saylı Suraxanı ikinci seçki dairəsinin Dairə Seçki Komissiyasının qərarından verdiyi şikayətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli məktubla iddiaçıya məlumat verilmiş, iddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmişdir.
2. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarına əsasən hazırki işin faktiki halları aşağıda qeyd edilənlərdən ibarət olmuşdur.
3. İddiaçı ilkin olaraq səsvermə günü baş verməsi iddia edilən pozuntularla bağlı 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasına şikayət etmişdir. 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının 13 sentyabr 2024-cü il tarixli 23/82 saylı qərarı ilə 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 11 sentyabr 2024-cü il tarixli 05 saylı müraciəti qismən təmin olunmuş, seçki dairəsinin 18, 34 və 35 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir.
4. İddiaçı 31 saylı Suraxanı ikinci seçki dairəsinin Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 23/82 saylı qərarından şikayətlə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. Müraciət üzrə araşdırma materialları dairə seçki komissiyasından alınaraq şikayətə əlavə edilmiş digər sənədlərlə müqayisəli şəkildə araşdırılmışdır.
5. Səsvermə günü seçki məntəqələrində yol verilmiş pozuntularla bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən aparılmış ümumi araşdırmalarla seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən hallar müəyyən edildiyindən həmin seçki dairəsinin 1 saylı seçki məntəqəsi üzrə də səsvermənin nəticələri etibarsız hesab edilmişdir.
6. 31 saylı Suraxanı ikinci seçki dairəsinin 1, 18, 34 və 35 saylı seçki məntəqələri üzrə nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinə dair məlumat Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçirilmiş növbədənkənar seçkilərdə səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokoluna daxil edilmiş və nəticələr hesablanarkən nəzərə alınmışdır.
7. İddiaçının müraciəti Mərkəzi Seçki Komissiyasına Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçirilmiş növbədənkənar seçkilərdə səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilərək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsinə dair 16 sentyabr 2024-cü il tarixli 45/228 saylı Qərarı qəbul edildikdən sonra daxil olmuşdur. İddiaçı həmin müraciətin poçt vasitəsilə Mərkəzi Seçki Komissiyasına xx.xx.2024-cü il tarixdə, saat 11:07-də çatdırıldığını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi.
8. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 sentyabr 2024-cü il tarixli 92 saylı müracəti Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçirilmiş növbədənkənar seçkilərdə səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilərək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilməsinə dair 16 sentyabr 2024-cü il tarixli 45/228 saylı Qərarı qəbul edildikdən sonra daxil olduğundan, həmin müraciətin araşdırma materiallarına əlavə edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə rəy verilmişdir.
9. İddiaçı müraciəti Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən 18 sentyabr 2024-cü il tarixli məktubla Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilmiş və bu barədə iddiaçıya xx.xx.2024-cü il tarixli məktubla məlumat verilmişdir.
10. Beləliklə, iddiaçının 31 saylı Suraxanı ikinci seçki dairəsinin Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 23/82 saylı qərarından verdiyi şikayət Mərkəzi Seçki Komissiyasına Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçirilmiş növbədənkənar seçkilərdə səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilərək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsinə dair 16 sentyabr 2024-cü il tarixli 45/228 saylı Qərarı qəbul edildikdən sonra daxil olduğu üçün müvafiq rəy tərtib edilmiş və həmin müraciət araşdırma materiallarına əlavə edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, Mərkəzi Seçki Komissiyası tərəfindən iddiaçının şikayəti üzrə hərəkətsizliyə yol verilməmişdir.
11. İddiaçı onun şikayəti üzrə cavabdeh tərəfindən araşdırma aparılmayaraq hərəkətsizliyə yol verilməsini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi, habelə iş materiallarında olan və məhkəmə iclasında araşdırılmış sübutlarla da bu, öz təsdiqini tapmadı.
12. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin dəlilləri (həm iddia ərizəsində göstərilən, həm də məhkəmə iclasında iddiaçının istinad etdiyi dəlillər) məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmadığından, mötəbər və təkzibedilməz sübutlarla təsdiqini tapmadığından iddia tələbi əsassızdır və təmin olunmamalıdır.
13. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 130.1-ci-130.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddia təmin edilməsin. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.