Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-74/2024 20.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X70 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi X23 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 43/217 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və 1 sentyabr 2024-cü il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər üzrə 97 saylı Tərtər-X22 üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 43/217 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və 1 sentyabr 2024-cü il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər üzrə 97 saylı Tərtər-X22 üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 31 saylı seçki məntəqəsi üzrə saat 8-00-da saat 14.47 radələrində məşvərətçi səs hüquqlu üzv Nahidə Muxtarova akt tərtib edərək göstərmişdir ki, X32 keçmiş sədri Mədinə Kərimova 5 ədəddən çox seçki bületenini seçki qutusuna atarkan müdaxilə edib saxlamağa çalışdım. Lakin Məntəqə sədri X76 özünü itirərərək qutuya sala bilmədiyi bülletenləri ona kömək edərək qutuya saldı. Mənim etirazımdan sonra kəndlimiz olan Mədinə səsvermə otağını tərk etdi. Buna dair Akt tərtib etdim. Saat 15.21 radələrində yenə həmin 31 saylı seçki məntəqəsində səsvermə otağına Seyidimli kəndinin sakinləri olmayan xeyli qadın və bir kişi daxil oldu. Onları tanımadığım üçün kimliklərini soruşdum. Mənə cavab vermədən məntəqə üzvlərindən seçki bülleteni alıb qutuya bülletenləri atıb getdilər. Yenə də, həmin kəndin sakinləri olmayan 70-80 belə qadın və kəndə yad adamlar gəlib heç nə demədən məntəqədən bülleten alıb qutuya salıb gedirdilər. Etirazlarıma məntəqə seçki komisiyasının sədri gülərək "gərək qardaşın əvvəldən bu vəziyyəti görəydi" dedi. Mən yanımda olan Seydimli kəndindən olan müşahidəçi Nüranədən bu adamların kimliyini soruşduqda, o, su idarəsi və rayondan olduqlarını dedi. Mən onlar barədə akt tərtib etdim. Hər iki məntəqə üzrə karusel əməliyyatını təşkil edən şəxslər aşağıdakılar idilər. 1. Seydimli kənd İcra X2 2. Seydimli kənd İN-nin müavini X101 3. X91 (Kənd İN-si N.Vəliyevanm atası) 4. Kərimova Mədinə (keçmiş bələdiyyə sədri) Saat 18.00-da isə bizi bülletenlər sayılan stuldan xeyli aralda görünməsi mümkün olmayacaq məsafədə qoydular, yaxın gəlməyə imkan vermədilər və kimə nə qədər səs verildiyini görmək mümkün olmadan səsləri saymağa başladılar. İddiaçı 125 səs deyib məni otaqdan çıxardılar. Bunu məntəqə sədri Teyyub Cəfərov etdi. Mən 18.50-də məntəqədən çıxanda Seyidimdi Kənd İcra X47, onun müavini, habelə atası Nəsib adlı şəxs, maşınlarının yanında durmuşdular və gətirib səs verdikləri rayon sakinlərini oradan uzaqlaşırmaq üçün maşına mindirdilər. Bunu məni görərkən etdilər. 30 saylı seçki məntəqəsi üzrə mən məşvərətçi səs hüquqlu komissiya üzvü X24 müşahidəm zamanı kənddə heç kimin tanımadığı yad adamların məntəqəyə girməsini müşahidə etdim. Onlar bülleten istəsə də məktəbin direktoru, Məntəqə seçki komissiyasının sədri Nürəddin İbrahimov onları otaqdan çıxardı. Lakin sonra yenə tanımadığımız adamlar müşahidə etdim onları Kənd İcra X47 və onun atası Nəsib seçki məntəqəsinə qədər gətirib gözləyirdilər. Saat 11.45 radələrindən bu hadisələr başladı. Onlara bülleten verildi və onlar özlərini şübhəli apararaq səs verib gedirdilər. Saat 13-00 radələrində bir adamın bir neçə dəfə səsvermə otağına gəlməsi və səs verməsini məntəqə seçki komissiyasının sədri qoymasa da, yeni gələnlərə kənd sakini olmayanlara seçki bülletenlərini verirdi. Bu hadisə gün ərzində davam etdi. Sonra səslərin sayılması zamanı İddiaçı 139 səs deyib mənə gedə bilərsən dedilər. Başqa namizədlərin səslərini demədilər. Məndən başqa ancaq YAPtəşkilatının müşahidəçiləri vardı. Onlar mənim tərtib etdiyim aktlara qol çəkməkdən qorxduqlarını dedilər. 16 saylı seçki məntəqəsi üzrə məşvərətçi səs hüquqlu komissiya üzvü X33 və digər müşahidəçi məntəqədə qeydiyyatdan keçən X71 da imzası ilə təsdiq etdi. Saat 10.34-də bir nəfərə 2-dən artıq bülleten verildi. Saat 13.22 radələrində seçki məntəqəsinə toplu olaraq xeyli adam gəldi, sənədləri yoxlanılmadan bülletenlər aldılar və seçki qutusuna atdılar. Bu barədə tərtib etdiyim aktı müşahidəçi X71 da imzası ilə təsdiq etdi. Saat 11.27-də seçki məntəqəsinə toplu halında gələn adamlardan birinə məntəqə üzvü yaxınlaşıb Anar Məmmədova səs verməli olduğunu göstədi. Mən onun şəklini və videosunu çəkdim, sosial şəbəkədə paylaşdım. Bunu bildikən sonra mənə qarşı məntəqə seçki komissiyasının sədri X72 hədə-qorxu gəldi və müşahidəçisi olduğum İddiaçı heç 1 səs də yazmayacağını bildirdi. Məni məntəqədən zorla çıxartmaq istəyirdilər. Məntəqəyə İddiaçı və digər vəkil İlyas Abdullayev gəldikdən sonra mən fəaliyyətimi davam etdirdim. Axşam saat 18.30 radələrinə kimi çoxlu sayda adamlar gəlirdi və hamısı da bir-birilərini tanıyırdı. Şəkil çəkdirib müdirlərinə göstərəcəklərini bildirdilər. Bir müşahidəçi onların şəkillərini çəkdi. Məntəqə seçki komissiyasının sədri və digərləri onlara Anar Məmmədova səs vermələri üçün səsvermə kabinəsinə girib göstərirdilər. Saat 19.00-da bizim görə bilməyəcəyimiz məsafədən səslərin sayılması başladı, sonra otaqlarına gedib protokol yazdılar, bizə səsləri göstərmədilər. Məntəqə seçki komissiyasının sədri Knyaz Mehdiyev ilk olaraq İddiaçı 0 səs aldığını göstərmək üçüm əsəbi şəkildə mənə protokolu verdi. Mən “Axı tanıdıqlarım adamlar vardı ki, onlar İddiaçı səs verdilər necə oldu o səslər? ” sualıma ‘"etibarsız oldu” dedi. O, Səhləbad kəndində olan 15-saylı digər məntəqədə də 0 səs alacağını söylədi. Mən onun dediklərini aktlaşdırdım və İddiaçı bildirdim. Həqiqətən də sonradan 15 saylı məntəqə üzrə nəticələr Knyaz Mehdiyevin dediyi kimi 0 səs oldu. 15 saylı seçki məntəqəsi (Səhlabad kəndi) üzrə Məntəqədə səhər saat 8.00-dan axşam saat 19.00-a qədər müşahidə edən məşvərətçi səs hüquqlu üzv Zamin Muxtarov məntəqədə davamlı olaraq bir-birilərini tanıyan insanlar toplu halında məntəqəyə gətirilirdilər və onlar hər şeyi bilirmişlər kimi dairədə şəxsiyyət vəsiqələrini təqdim etmədən onlara seçki bülletenləri verilirdi. Bu barədə akt tərtib etdim. Saat 19.00-da səsvermə başa çatarkən məntəqə seçki komissiyasının sədri və üzvləri bizdən 5-6 metr aralıda səsləri saymağa başladılar. Mən sayılan səsləri görmədiyimi desəm də, məhəl qoymadan saydılar. Protokollar imzalanıb mənə veriləndə İddiaçı heç bir səsin olmadığı ortaya çıxdı. Hansı ki mən dəqiq tanıdığım tanışlarımız İddiaçı səs vermək üçün seçki məntəqəsinə gəlmişdilər və səs də vermişdilər. 1 saylı seçki məntəqəsi (Tərtər şəhəri) üzrə vəkil edilmiş şəxs Mənsum Bayramov saat 12.15-də akt tərtib edərək bildirmişdir ki, seçki məntəqəsində müşahidə kameraları olmasına rəğmən insanlar toplu halında gəlir və təlimatlı şəkildə Anar Məmmədova səs verib çıxırdılar. Onların oradan başqa qonşudakı 2 saylı Uşaq və gənclər Şahmat məktəbinə getdiyini hamı müşahidə edə bilirdi. Gün ərzində seçki bu cür davam etmişdir. Səslərin sayılması müşahidə kamerasında göründüyü kimi bizim görə biləcəyimiz məsafədə deyildi. Tələblərimiz isə nəzərə alınmadı. Səslər sayılarkən məntəqə seçki komissiyasının sədrinin istəyinə uyğun şəkildə elan edildi. 2 saylı seçki məntəqəsi üzrə vəkil edilmiş şəxs Yavər Mikayılov bildirir ki, toplu halında insanların seçki məntəqələrinə istiqamətləndirilərək gəldiklərini, burada əsasən Anar Məmmədova səs verdiklərini və eyni dəstə ilə qonşudakı məntəqəyə gedib səs verdiklərini gördüm. Eyni adamların bir neçə dəfə gəldiklərini, təkrar səs vermək istədiklərini gördüm. 10 dəfə belə halı müşahidə etdim. Çünki 1 saylı seçki məntəqəsi ilə yaxın məsafədə idilər. Lakin gəlin bunları aktlaşdıraq desəm də, müşahidəçilər və orada iştirak edənlər başlarını aşağı salıb susdular. Əslində orada tək mən kənar adam idim. Hamı seçkini saxtalaşdırmaq üçün gəlibmiş. Beləcə nə qədər müqavimət göstərsəm də nəticəyə təsir edə bilmədim. Səsvermə bitdikdən sonra səslərin sayılması bizdən xeyli aralıda, heç cür gözlə görünəcək məsafədə olmadan sayılmağa başladı. Etirazlarımız isə nəzərə alınmadı. Bu pozuntuları aktlaşdırdım. 3 saylı seçki məntəqəsi üzrə seçkiləri Jalə adlı vəkil edilmiş şəxs müşahidə etmişdir. O, müşahidə zamanı bir nəfərin bir xeyli bülleteni qutuya atarkən qarşısını almağa cəhd etmiş və qoymamışdır. Lakin məntəqə seçki komissiyasının sədri onu tanıdığından ona qarşı ciddi aqressiya nümayiş etdirmiş və seçki məntəqəsindən çıxarmışdır. Onun vəkil kimi fəaliyyətinə imkan verilməmişdir. İşdən çıxarılacağı ilə qorxudulmuşdur. 4 saylı seçki məntəqəsi üzrə müşahidəni vəkil edilmiş şəxs Aybəniz Muxtarova həyata keçirmişdir. Onun tərtib etdiyi aktlarda göstərilir ki, məntəqə seçki komissiyasının sədri X10 15.00-da səsverənlərin sayını elan edərkən 40 nəfər fərq olduğu aşkara çıxdı. Mən bu barədə akt tərtib etdim. Bizi seçki prosesinin getdiyi komissiya üzvlərindən o qədər kənarda otuzdururdular ki, heç nəyi görə bilmirdik və bu faktla da özünü bir daha göstərdi. 15.00-a olan məlumatda 40 nəfərdən çox fərq ortaya çıxdı. Bu fərq saat 17.00-da və 19.00-da özünü göstərdi. Qanun pozuntusu törədən isə təqdim etdiyimiz video görüntüdə aşıq-aydın göstərilir. Saat 19.00-da protokollar sayılarkən biz müşahidəçilərdən 5-6 metr aralıda səslər sayılırdı. Biz heç bir bülleteni görə bilmirdik. Ancaq arada bir Anar Məmmədovun adına olan bülletenləri bizə nümayiş etdirirdilər. Məndən başqa bu qanunsuz əməl heç kimi maraqlandırmırdı. Bu qədər adam əslində Anar Məmmədovun seçilməsini təmin etmək üçün müşahidəçi vəkil məntəqə üzvü kimi gətirilmişdi. Baxmayaraq ki, İddiaçı səs verməyə gələn 3 nəfəri hamı görmüşdü amma ona 2 nəfər səs verdiyi elan edildi. Bu barədə də protokol tərtib edib qanunsuzluğu təqdim edirəm. 5 saylı seçki məntəqəsi: Seçki məntəqəsində səsverməni məşvərətçi səs hüquqlu üzv Alıyev Ramiş tərəfindən aparılmışdır. Burada aşağıdakı qanun pozuntuları öz əksini tapmışdır. Seçici kimi məntəqəyə daxil olanların sənədləri yoxlanmırdı. Ultrabənövşəyi şüadan demək olar ki, istifadə edilməyib. Toplu şəklində insanlar məntəqəyə gəlirdi. Bunların içərisində kənd sakini olaraq tanımadığı adamlar var idi. Səslərin sayılması zamanı müşahidəçi olaraq bülletenləri görə bilmirdim. Səslər şərti olaraq elan edildi, mən onları görə bilmədim. 7 saylı seçki məntəqəsi üzrə bu məntəqədə müşahidəni məşvərətçi səs hüquqlu komissiya üzvü Bahar Səmədova həyata keçirirdi. O topa bülletenləri qutuya atarkən saxtakarlığa müdaxilə edəndə Tərtər rayon İcra Hakimiyyətindən və rayon təsil şöbəsindən zəng edib müşahidəni dayandırmağı tələb ediblər və məntəqəni tərk etməsə işdən çıxma barədə ərizəsini yazmalı olacağı ilə hədələmişər. Digər vəkilim İlyas Abdullayev məntəqəyə gedərək prosesə müdaxilə edərkən Bahar xanımın direktorunun onun dalınca gəldiyini və məntəqədən apardığının şahidi olmuşdur. Bu barədə İlyas Abdullayev akt tərtib etmişdir. Seçkinin saxtalaşdırılması prosesi sonradan öz axarında davasın etmişdir. 17 saylı seçki məntəqəsi üzrə müşahidəni vəkilim X82 aparmışdır. O, seçki prosesində toplu halda insanların gəldiyini və bunun təşkil olunduğu barədə protokol tərtib etmişdir. 25 saylı seçki məntəqəsi üzrə mən deputatlığa namizəd olaraq və vəkilim İlyas İsmayılovla birlikdə iştirak edib müşahidə apardıq. Digər məntəqələrdə olan qanun pozuntuları eyni formada burada da baş vermişdi və seçki prosesinin bitməsinə 1 saat qalmış müddətdə orada müşahidə aparsaq da heç kim məntəqəyə gəlmədi artıq bülletenlər səsvermə qutusunda idi. Buna dair akt tərtib etdik. 28 saylı seçki məntəqəsi üzrə müşahidəni X73 aparmış və aşağıdakı qanun pozuntularını müəyyən edərək aktlar tərtib etmişdir. Səsvermə prosesini izləmək üçün müşahidəçiləri uzaq məsafədə əyləşdirmişdilər. Seçici kimi məntəqəyə daxil olanların sənədləri yoxlanmırdı və onlara yönləndirici sözlər deyilirdi. Toplu şəkilində insanlar məntəqəyə gəlirdi. Bunların içərisində kənd sakini olaraq tanımadığım adamlar var idi. Səslərin sayılması zamanı müşahidəçi olaraq bülletenləri görə bilmirdim. Səslər şərti olaraq elan edildi, mən onları görə bilmədim sadəcə İddiaçı adına yazdıqları səslər elan edildi. Baxmayaraq ki kənd əhalisi İddiaçı səs verdiklərini açıqlasalar da ona cəmi 50 səs yazmaqla ikini etmişdilər. Yuxarıda deyilənlərə dair akt tərtib etdim. 29 saylı seçki məntəqəsində seçkiləri Həsənov Həsən müşahidə etmişdir. Aşağıdakı qanun pozuntuları qeydə alınmışdır. Seçici kimi məntəqəyə daxil olanların sənədləri yoxlanmırdı. Toplu şəkilində insanlar məntəqəyə gəlirdi. Bunların içərisində kənd sakini olaraq tanımadığım adamlar var idi. Səslərin sayılması zamanı müşahidəçi olaraq bülletenləri görə bilmirdim. Səslər şərti olaraq elan edildi, mən onları görə bilmədim sadəcə İddiaçı adına yazdıqları səslər elan edildi. Digər müşahidəçi bu qanunsuzluğa etiaz edəndə ona zor tətbiq edərək qanunsuz olaraq seçki məntəqəsindən çölə çıxarıb öz istədikləri rəqəmləri elan etdilər. 32 saylı seçki məntəqəsi üzrə məşvərətçi səs hüquqlu komissiya üzvü X15 müşahidə etmişdir. Aşağıdakı qanun pozuntuları qeydə alınmışdır. Seçici kimi məntəqəyə daxil olanların sənədləri yoxlanmırdı. Toplu şəkilində insanlar məntəqəyə gəlirdi. Bunların içərisində kənd sakini olaraq tanımadığım adamlar var idi. Səslərin sayılması zamanı müşahidəçi olaraq bülletenləri görə bilmirdim. Səslər şərti olaraq elan edildi, mən onları görə bilmədim sadəcə İddiaçı adına yazdıqları səslər elan edildi. Digər müşahidəçi bu qanunsuzluğa etiraz edəndə ona zor tətbiq edərək qanunsuz olaraq çölə çıxarıb öz istədikləri rəqəmləri elan etdilər. 33 saylı seçki məntəqəsində müşahidəni vəkil edilmiş şəxs X34 müşahidə etmişdir. O akt tərtib edərək bildirmişdir ki, məntəqəyə girmədən kənardan müşahidə edərək aşağıdakı qanun pozuntularını müəyyən edə bildim. Seçici kimi məntəqəyə daxil olanların sənədləri yoxlanmırdı. Toplu şəklində insanlar məntəqəyə gətirilirdi. Bunların içərisində kənd sakini olmayan adamlar olduğunu digər kənd sakinləri təsdiq etdilər. Səslərin sayılması zamanı müşahidəçi olaraq bülletenləri görə bilmirdim. Səslər şərti olaraq elan edildi, mən onları görə bilmədim sadəcə İddiaçı adma yazdıqları səslər elan edildi. 36 saylı seçki məntəqəsində məşvərətçi səs hüquqlu üzv X58 həyata keçirib. Burada aşağıdakı qanun pozuntuları qeydə alınmışdır. Seçici kimi məntəqəyə daxil olanların sənədləri yoxlanmırdı. Onlara yönləndirici sözlər deyilirdi. Toplu şəkilində insanlar məntəqəyə gəlirdi. Bunların içərisində kənd sakini olaraq tanımadığım adamlar var idi. Səslərin sayılması zamanı müşahidəçi olaraq bülletenləri görə bilmirdim. Səslər şərti olaraq elan edildi, mən onları görə bilmədim sadəcə İddiaçı adına yazdıqları səslər elan edildi. İlk dəfə 36 səs, sonra isə 25 səsə saldılar. Bu barədə akt tərtib etdim. 37 saylı Qaradağlı seçki məntəqəsi: Bu məntəqədə məşvərətçi səs hüquqlu üzv X48 həyata keçirib. Burada aşağıdakı qanun pozuntuları öz əksini tapmışdır. Seçici kimi məntəqəyə daxil olanların sənədləri yoxlanmırdı. Toplu şəkilində insanlar məntəqəyə gəlirdi. Bunların içərisində kənd sakini olaraq tanımadığım adamlar var idi. Səslərin sayılması zamanı müşahidəçi olaraq bülletenləri görə bilmirdim. Səslər şərti olaraq elan edildi, mən onları görə bilmədim sadəcə İddiaçı adına yazdıqları səslər elan edildi. İddiaçı adına 40 səs elan etdilər. Bu barədə akt tərtib etdim. 39 saylı seçki məntəqəsində məşvərətçi səs hüquqlu komissiya üzvü X59 həyata keçirib. Burada aşağıdakı qanun pozuntuları öz əksini tapmışdır. Seçici kimi məntəqəyə daxil olanların sənədləri yoxlanmırdı. Onlara yönləndirici sözlər deyilirdi. Toplu şəkilində insanlar məntəqəyə gəlirdi. Bunların içərisində kənd sakini olaraq tanımadığım adamlar var idi. Səslərin sayılması zamanı müşahidəçi olaraq bülletenləri görə bilmirdim. Səslər şərti olaraq elan edildi, mən onları görə bilmədim sadəcə İddiaçı adına yazdıqları səslər elan edildi. Bu barədə akt tərtib etdim. 42 saylı seçki məntəqəsində namizəd olaraq özüm və vəkilim İlyas Abdullayev iştirak etmişdir. Burada aşağıdakı qanunpozuntuları oldu: Seçici kimi məntəqəyə daxil olanların sənədləri yoxlanılmırdı. Məntəqəyə çox az adam gəlmişdi və namizədlərə səslər əsasən məntəqə üzvləri tərəfindən DSK-dan gələn rəqəmlər yazılırdı. Səslərin sayılması zamanı müşahidəçi olaraq bülletenləri görə bilmirdim. Səslər şərti olaraq elan edildi, mən onları görə bilmədim sadəcə İddiaçı adına yazdıqları səslər elan edildi. 39 səs elan edilmişdi. Bu barədə akt tərtib etdim. 43 saylı seçki məntəqəsi üzrə vəkilim X3 8.17-dən axşam saat 20.30-a qədər seçkiləri müşahidə edib. Abbasov Nobil 8.17 dəqiqədə özünü təqdim edərkən və qeydiyyata düşərkən müəyyən edib ki, səsvermə qutusunda 150-dən çox bülleten atılıb. Vəkilim buna aydınlıq gətirilməsini istəyib. Məntəqə sədri X49 bildirib ki, seçicilər gəlmiş və səs vermişlər. Bu zaman “dəqiqəyə gəlib 150 nəfəri qeydə alıb bülletenləri qutuya sala bilərsinizmi”? sualına susublar və cavab verə bilməyiblər. Fakt vəkilim tərəfindən protokol tərtib edilərək, video və fotofakt olaraq qeydə alınmışdır. Sədr səsvermə zamanı əsasən çöldə olurdu. Səsverməyə gələnlərə təlimat verərək istiqamətləndirilirdi. İddiaçı 22 səs elan edilmişdi. Mən müşahidə etdiyim dövrdə 8.17-də 19-00-a qədər karusel qarışıq cəmi 91 nəfər gəlmişdi. 45 saylı seçki məntəqəsində seçkiləri X35 müşahidə etmişdir. Lakin Cəlalə xanım bizə məlum olmayan səbəblərdən seçkiləri müşahidə etməyi dayandıraraq oranı tərk etmişdir. Vəkilim İlyas Abdullayev məntəqələri gəzərkən kənd sakinlərində ümumi vəziyyəti soruşmuşdur. Sakinlər seçki prosesini fəlakət kimi qiymətləndirmiş və Cəlalə xanımın da bu üzdən məntəqəni tərk etdiyini söyləmişlər. 47 saylı seçki məntəqəsində müşahidə məşvərətçi səs hüquqlu üzv Səmədov Turxan tərəfindən aparılıbdır. Burada aşağıdakı qanun pozuntuları öz əksini tapmışdır. Seçici kimi məntəqəyə daxil olanların sənədləri yoxlanmırdı. Onlara yönləndirici sözlər deyilirdi. Ultra bənövşəyi şüadan istifadə edilmirdi. Toplu şəkilində insanlar məntəqəyə gəlirdi. Səslərin sayılması zamanı müşahidəçi olaraq bülletenləri görə bilmirdim. Səslər şərti olaraq elan edildi, mən onları görə bilmədim. Bu barədə akt tərtib edilmiş və videoya çəkə bilmişdir. Video materialda açıq-aydın müşahidəçilərin səsverməni izləyə bilməmələri üçün onların önü qəsdən kəsilir. Bu barədə qanun pozuntusu videoda öz əksini tapıbdır. 53 saylı seçki məntəqəsi üzrə müşahidəni məşvərətçi səs hüquqlu komissiya üzvü X102 müşahidə etmişdir. Burada aşağıdakı qanun pozuntuları öz əksini tapmışdır. Seçici kimi məntəqəyə daxil olanların sənədləri yoxlanmırdı. Onlara yönləndirici sözlər deyilirdi. Toplu şəkilində insanlar məntəqəyə gəlirdi. Bunların içərisində kənd sakini olaraq tanımadığım adamlar var idi. Səslərin sayılması zamanı müşahidəçi olaraq bülletenləri görə bilmirdim. Səslər şərti olaraq elan edildi, mən onları görə bilmədim. Bu barədə akt tərtib etdim. 54 saylı seçki məntəqəsi üzrə müşahidəni məşvərətçi səs hüquqlu üzv X60 həyata keçirmişdir. Burada aşağıdakı qanun pozuntuları öz əksini tapmışdır. Seçici kimi məntəqəyə daxil olanların sənədləri yoxlanmırdı. Cəmi 85 nəfər məntəqəyə daxil olmuşdur. Lakin 310 nəfərin iştirak etdiyinə dair sənəd tərtib etdilər. Səslər bizim iştirakımız olmadan sayıldı. Etirazımız nəzərə alınmadı. Sadəcə çıxıb rəqəmləri elan etdilər. Bunlar saxta idi və həqiqəti əks etdirmirdi. Səslər şərti olaraq elan edildi, mən onları görə bilmədim. 56 saylı seçki məntəqəsində seçkiləri məşvərətçi səs hüquqlu Camalov Rauf müşahidə etmişdir. Onun tərtib etdiyi akta görə günün sonuna yaxın 15 nəfərdən çox polis, dəstə-dəstə müəllimlər, kanal idarəsinin işçiləri gəlib sakitcə səs verib getdilər. Onların çox mükəmməl təlimatlanmış təcrübələri var idi. İddiaçı leyhinə 60 səs vardı. Bununla yanaşı aşağıdakı qanun pozuntuları öz əksini tapmışdır. Seçici kimi məntəqəyə daxil olanların sənədləri yoxlanmırdı. 58 saylı Əlirazalı seçki məntəqəsi üzrə müşahidəni vəkilim Mikayılov Əhməd aparıb. Aşağıdakı qanun pozuntuları onun tərtib etdiyi Aktda öz əksini tapmışdır. Seçici kimi məntəqəyə daxil olanların sənədləri yoxlanılmırdı. Seçicilərə yönləndirici sözlər deyilirdi. Ultrabənövşəyi şüadan istifadə edilmirdi. Toplu şəkilində insanlar məntəqəyə gəlirdi. Bunların içərisində kənd sakini olaraq yad adamların olduğu anlaşılan adamlar var idi. Səslərin sayılması zamanı müşahidəçi olaraq bülletenləri görə bilmirdim. Səslər şərti olaraq elan edildi, mən onları görə bilmədim. Bu barədə akt tərtib etdim. Qeyd edirəm ki, göstərilən qanun pozuntularına dair akların, fotoşəkillərin və videogörüntülərin olduğunu bildirmişəm və bu sübutları şikayətimə əlavə etmişəm. Beləliklə, bunlardan çıxış edərək hesab etmişəm ki, seçki günü 97 saylı Tərtər-Ağdərə- X93nin seçki məntəqələrində baş vermiş qanun pozuntuları bu seçki dairəsinə daxil olan bütün seçki məntəqələrində baş verdiyindən həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin demək olar ki, hamısını təşkil edir və bu da 97 saylı Tərtər-X22 üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Ona görə də, bütün bunları nəzərə alaraq şikayətimdə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 170.2,-ci, 170.2.1.-Cİ və 170.2.2. maddələrini əsas tutaraq 1 sentyabr 2024-cü il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə 97 saylı Tərtər-X22 üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişəm. Lakin 97 saylı Tərtər-X22 dairə seçki komissiyası şikayətimi obyektiv və qanuni araşdırmamış və nəticədə özünün 31/146 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayətimi təmin etməmişdir. 97 saylı Tərtər-X46 komissiyasının 31/146 saylı, xx.xx.2024- cü il tarixli qərarını qanunsuz hesab edərək, həmin qərardan Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) şikayət verərək 97 saylı Tərtər- Ağdərə- Goranboy DSK-nın 31/146 saylı, xx.xx.2024-cu il tarixli qərarının ləğv edilməsini və 97 saylı Tərtər-X22 üzrə 1 sentyabr 2024-cü il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərə dair səsvermənin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişəm. Göstərilən qanun pozuntularına dair akların, fotoşəkillərin və videogörüntülərin olduğunu bildirmişəm və bu aktların əsllərini və digər sübutları şikayətimə əlavə etmişəm. Mərkəzi Seçki Komissiyası 43/217 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 97 saylı Tərtər- Ağdərə-Goranboy dairəsi dairə seçki komissiyasının 9 sentyabr 2024-cü il tarixli 32/100 saylı qərarı ləğv edilmiş və qərar digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Mənim iştirakımla faktlar araşdırılmasına baxılmamış, video diskdə olan pozuntu faktlarına baxılmadan saxta rəy yazılmış və qərar üçün “əsas” yaradılmışdır. Mərkəzi Seçki Komissiyasının bu qərarını xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə almışam (Qərarın göndərldiyi zərfin surəti əlavə edilir). Hesab edirəm ki, Mərkəzi Seçki Komissiyasının 43/218 saylı, xx.xx.2024-cü il tarixli qərarı qanunuz və əsassızdır. Belə ki, qanun pozuntuları 97 saylı Tərtər-X22nin seçki məntəqələrinin böyük əkəsriyyətində baş vermişdir və bu da seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 170.2,-ci, 170.2.1,-ci və 170.2.2. maddələrinə görə dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə seçkilərin nəticələri etibarsız sayılır. Birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin. Mərkəzi Seçki Komissiyası göstərilən qanun pozuntularını nəzərə alarq və Seçki Məcəlləsinin 170.2-ci, 170.2.1-ci və 170.2.2-ci maddələrini əsas tutaraq 97 saylı Tərtər- X22 üzrə səsəvermənin nəticələrini etibarsız hesab edilməli idi. X128 Komissiyası bütün bunlara əhəmiyyət verməmiş, qərarını əsaslandırmamış, qərarında sadəcə olaraq şikayətimdə göstərilən qanun pozuntularının 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki DSK-nın məntəqə seçki komissiyası sənədlərindən, üzvlərindən və hakimiyyətyönlü müşahidəçilərdən aldığı pozuntuların təkzib edilməməsinə dair “izahatlara” əsaslanmışdır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Mərkəzi Seçki Komissiyasının 43/217 saylı, xx.xx.2024-cü il tarixli qərarı şikayətim tam təmin edilərək 97 saylı Tərtər-Ağdərə- X120 Dairəsi üzrə seçkilərin nəticələri etibarsız hesab edilməli idi. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, inzibati orqanda araşdırmaya dəvət edilməyib, MSK-ya çağrılan günü qərarın elan ediləcəyi ona bildirilib, halbuki o, araşdırmada iştirak etmək istəyirdi. Bundan əlavə MSK qərarında 89 videogörüntünün təqdim edildiyini bildirsə də, cəmi 14 videogörüntü təqdim edilmişdir. Bu da onu göstərir ki, inzibati araşdırma düzgün getməyib. Bir çox məntəqədə ona sesverilməsinə baxmayaraq, səslər hesablanarkən həmin məntəqələrdən ona guya heç bir səsverilmədiyi aşkar edilib. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İzahatında həmçinin qeyd etdi ki, iddiaçının inzibati araşdırmaya dəvət edilməsi məsələsi ətraflı araşdırılmış, hətta ona araşdırmaya saat 10-da dəvət edilməsi barədə qapıya buraxılış vərəqi də verilmişdir. Bundan əlavə iddiaçı 89 videogörüntünün olmadığını bildirsə də, inzibati araşdırma ətraflı getmiş, qısa fraqmentlərlə 89 videogörüntü təqdim edilmiş, lakin onun 69-u həmin dairəyə aid olmamışdır. DSK-da araşdırma aparılan zamanı da müxtəlif siyasi qüvvələri təmsil edən müşahidəçilər, komissiya üzvləri öz izahatlarında pozuntunun mövcud olmaması barədə məlumat vermişdirlər. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş aktların özü də şübhə doğurmuşdur. Belə ki, inzibati araşdırma zamanı səsverməgünü hər hansı bir pozuntu barədə aktların təqdim edilməsinə rastlanılmamışdır. Belə çıxır ki, sonradan aktlar doldurulmuş, bu hal isə həmin aktların mötəbərliyinə şübhə yaradır. Bununla bağlı da belə bir arqument gətirilir ki, şikayətçilər məntəqə sk, DSk-na etibar etməmişdirlər, bu səbəbdən MSK-ya təqdim etmişdirlər. Lakin bir halı unudurlar ki, məntəqə və dairəyə araşdırma zamanı təqdim edilməyən sənədlərə MSK-da baxıla bilməz. Mənətəqəyə cammatın topa halında gəlməsi ilə bağlı arqumentə cavab olaraq qeyd edilməlidir ki, kənd yerlərində sakinlər seçkiyə topa halında gedir, bu hal qanunzidd sayıla və ya pozuntu hesab edilə bilməz. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ- İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Həmin Məcəllənin 112-1.1-ci maddəsinə əsasən vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (“İPM”) 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və ərizənin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, irəli sürülən iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir, iddia düzgün cavabdehə qarşı qaldırılmışdır. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli N 43/217 saylı Qərarını 19 sentyabr 2024-cü il tarixdə əldə edərək, onun ləğv edilməsinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə əsassız olması ilə bağlı hazırki işin faktiki hallarını nəzərdən keçirir: İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən qabaq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova rəsmi müraciət edərək seçki günü adı çəkilən seçki dairəsinin bəzi seçki məntəqələrində müxtəlif xarakterli qanun pozuntularına yol verildiyini iddia etmiş, həmin seçki dairəsi dairə seçki komissiyasının 9 sentyabr 2024-cü il tarixli 31/146 saylı Qərarını mübahisələndirmiş, qərarın ləğv edilməsi, dairə seçki komissiyasına verdiyi şikayətdə göstərilən pozuntulara əsasən seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır. Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 43/217 saylı Qərarı ilə 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 97 saylı Tərtər - Ağdərə - X93 üzrə qeydə alınmış namizəd İddiaçı 11 sentyabr 2024-cü il tarixli 80 saylı müraciəti əsassız olduğundan təmin edilməmiş, dairə seçki komissiyasının 9 sentyabr 2024-cü il tarixli 31/146 saylı Qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, hazırki iddia tələbində iddiaçı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 43/217 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və 1 sentyabr 2024-cü il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər üzrə 97 saylı Tərtər-X22 üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin birinci bəndinə əassən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir Konstitusiyanın 56-cı maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin Preambulasında qeyd edilir ki, Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil edir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər, gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən ümumxalq səsverməsindəreferendumda öz təzahürünü tapır. Azərbaycan dövləti Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir. Sadalanan normalardan göründüyü kimi seçki hüquq münasibətlərində vətəndaşın seçmək, seçilmək, referendumda iştirak etmək hüququ varsa, bu hüquqa qarşılıq olaraq dövlətin həmin hüquqların realizə edilməsini təmin etmək öhdəliyi vardır ki, dövlət bu öhdəliyi seçki qanunvericiliyi ilə müəyyən edilmiş prinsip və normalara, seçkilərin təşkili və keçirilmə qaydalarına riayət edilməsini təmin etməklə həyata keçirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. AR Seçki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir: 25.2.2. bu Məcəllənin qaydalarının pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərar qəbul edir; ... Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Həmin Məcəllənin 112.2-ci maddəsinə əsasən bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. Həmin Məcəllənin 112.3-cü maddəsinə əsasən şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən seçki dairəsində seçicilərin siyahısının tərtib edilməsi, seçki komissiyalarının yaradılması, səsvermə, səslərin hesablanması və ya seçkilərin (referendumun) yekunlarının müəyyənləşdirilməsi qaydaları pozulduqda, bu Məcəllə ilə nəzərdə tutulan digər pozuntular olduqda və bu hərəkətlər (hərəkətsizlik) seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə müvafiq məhkəmə birmandatlı və ya vahid seçki dairəsi üzrə səsvermənin nəticələri və ya seçkilərin (referendumun) yekunları haqqında seçki komissiyasının qərarını ləğv edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır: 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə; 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin. 170.2.3. məhkəmənin qərarı əsasında. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən birmandatlı seçki dairəsi üzrə seçkilər səsvermə bülletenlərinin düzgün sayılmaması nəticəsində etibarsız sayıldıqda, Mərkəzi Seçki Komissiyası səslərin yenidən sayılması haqqında qərar qəbul edir. Bu zaman səslərin yenidən sayılması Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada müvafiq dairə seçki komissiyası tərəfindən təmin edilir. “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VİQR nömrəli Qərarını və “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarı nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyasının 98ci maddəsinin İ hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutularaq - 1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması; 2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi qərara alınmışdır. İddia ərizəsinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İddia tələbini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində seçki məntəqələrində müşahidəçilərə səsvermə prosesini izləməyə şəraitin yaradılmamasını, seçki məntəqələrinə seçicilərin toplu halda gəldiklərini, seçki məntəqələrində səslərin düzgün hesablanmadığını, seçicilərin seçki məntəqəsinə daxil olan zaman sənədlərinin yoxlanılmadığını, seçki qutularına topa bülleten atıldığını, 2, 30, 31 saylı seçki məntəqələrində başqa seçki məntəqələrinin ərazisində yaşayan seçicilərin səs verdiyini, 30 saylı seçki məntəqəsində naməlum adamların kənd İcra nümayəndəsi tərəfindən seçki məntəqəsinə gətirilməsini, 31 saylı seçki məntəqəsində X32 keçmiş sədri Mədinə Kərimovanın 5 ədəddən çox seçki bülletenini qutuya saldığını, 43 saylı seçki məntəqəsində saat 08.17-də vəkili X7 qutusunda 150-dən çox bülleten olduğunu müəyyən etməsini, sədrin səsvermə zamanı çox vaxtı çöldə olduğunu, 45 saylı seçki məntəqəsində müşahidəçi X4 məlum olmayan səbəblərdən seçkiləri müşahidə etməyi dayandıraraq oranı tərk etdiyini, vəkili İlyas Abdullayevin seçki məntəqələrini gəzərkən kənd sakinlərindən ümumi vəziyyəti soruşduğunu, onların bu prosesi fəlakət kimi qiymətləndirdiyini, 54 saylı seçki məntəqəsində cəmi 85 nəfər seçicinin məntəqəyə daxil olduğunu, lakin rəsmi protokolda 310 nəfərin seçki bülleteni almasının qeyd olunduğunu, 56 saylı seçki məntəqəsində günün sonuna yaxın 15-ə yaxın polisin, dəstə-dəstə müəllimlərin, kanal idarəsinin işçilərinin gəlib sakitcə səs verib getdiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd olunan dəlilləri iş materiallarındakı sübutlarla təsdiq olunmur. Belə ki, məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən də təqdim edilmiş inzibati icraat materiallarına baxış keçirərək müəyyən etmişdir ki, iddiaçı iddia edilən qanun pozuntuları ilə bağlı şikayətinə 97 saylı Tərtər-X22 üzrə səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunu, 35 ədəd aktın surətini təqdim etmiş, videogörüntülər olan elektron məlumat daşıyıcısını təqdim edəcəyini bildirsə də, onu araşdırmaya təqdim etməmişdir. Ekspert qrupu tərəfindən şikayət araşdırılan zaman baş verməsi iddia edilən qanun pozuntuları ilə bağlı 1 saylı MnSK-nın sədri X25, 2 saylı MnSK sədri X11, 3 saylı MnSK sədri X36, 4 saylı MnSK sədri X26, 5 saylı MnSK sədri X37, 6 saylı MnSK sədri X62, 7 saylı MnSK sədri X38, 8 saylı MnSK sədri X5, 13 saylı MnSK sədri X16, 15 saylı MnSK sədri X8, 16 saylı MnSK sədri X39, 17 saylı MnSK sədri X27, 25 saylı MnSK sədri X40, 28 saylı MnSK sədri X41, 30 saylı MnSK sədri X6, 31 saylı MnSK sədri X42, 32 saylı MnSK sədri X28, 33 saylı MnSK sədri X12, 36 saylı MnSK sədri X17, 37 saylı MnSK sədri X29, 39 saylı MnSK sədri X30, 42 saylı MnSK sədri X9, 43 saylı MnSK sədri X18, 45 saylı MnSK sədri X31, 47 saylı MnSK sədri X13, 53 saylı MnSK sədri X50, 56 saylı MnSK sədri X51, 57 saylı MnSK sədri X63, 58 saylı MnSK sədri X14 izahatları alınmışdır. İzahatı alınmış şəxslər adları göstərilən seçki məntəqələrində bütün müşahidəçilərə səsvermə və səslərin hesablanması prosesini izləmələri üçün lazımi şəraitin yaradıldığını, səslərin düzgün hesablandığını, seçicilərin səsvermə otağına müvafiq sənədlərinin yoxlandıqdan sonra buraxıldığını, seçki qutularına topa şəkildə seçki bülleteninin atılma halının baş vermədiyini, seçicilərin toplum halında səsverməyə gəlməsinin onların şəxsi işi olduğunu və bunun seçici fəallığının göstəricisi olmasını izahatlarında qeyd etmişlər. 2, 30, 31 saylı seçki məntəqələrinin MnSK sədrləri X43, X19 və X74 izahatlarında bildirmişlər ki, seçki məntəqələrində yalnız məntəqə ərazisində qeydiyyatda və adı seçicilər siyahısında olan seçicilər səs vermişdir. 30 saylı MnSK-nın sədri Nurəddin İbrahimov seçicilərin öz iradəsi ilə səsverməyə gəldiyini, onları kiminsə seçki məntəqəsinə gətirmədiyini izahatında bildirmişdir. 31 saylı MnSK ərazisində yaşayan seçici İmanova Mədinə (şikayətdə Kərimova Mədinə) izahatında seçici kimi səsvermə otağına daxil olaraq səs verdiyini, ona verilən bir ədəd səsvermə bülletenindən başqa heç bir bülleteni seçki qutusuna atmadığını qeyd etmişdir. 43 saylı MnSK-nın sədri X52 bildirmişdir ki, şikayətdə qeyd olunan vaxtda seçki qutusunda olan seçki bülletenlərinin sayını gözlə müəyyənləşdirmək absurddur. Həmin qutulardakı seçki bülletenlərinin sayı seçicilər siyahısındakı səsvermə bülleteni almış seçicilərin sayına uyğun olmuşdur. 45 saylı MnSK sədri X64 izahatında bildirmişdir ki, müşahidəçi X1 məntəqəsini istədiyi vaxt tərk etməsi onun şəxsi işidir. 54 saylı MnSK sədri X44 izahatında qeyd etmişdir ki, səsvermə günü seçici siyahısında 310 seçici seçki bülleteni almaları ilə bağlı imza etmişlər və bu da protokolun müvafiq bəndində qeyd edilmişdir. 56 saylı MnSK sədri X80 iddialara cavab olaraq bildirmişdir ki, polisin, müəllimin, kanal idarəsinin işçilərinin dəstə halında seçki məntəqələrinə gəlmələrində heç bir qanun pozuntusu yoxdur və bu onların şəxsi işidir. Adları göstərilən müşahidəçilər və məşvərəvətçi səs hüquqlu üzvlər- 1 saylı MnSKda X75, X45, 2 saylı MnSK-da X65, X81 3 saylı MnSK-da X53, X20, 4 saylı MnSK-da Nağıyev Rüstəm və X54, Aybəniz Mustafayevanın, 5 saylı MnSK-da Zaur Məmmədovun, 6 saylı MnSK-da Murad Qafarovun, Pərvanə Qasımovanın, 7 saylı MnSK- da Zülfiyyə Abdullayevanın, Leyla Məmmədlinin, 8 saylı MnSK-da Şəbinə Həsənzadənin (namizəd Tapdıq Həsənovun məşvərətçi səs hüquqlu üzvü), Vahid Hümbətovun, 13 saylı MnSK-da Vəli Albəndovun, Xəqani Şahbazovun, 15 saylı MnSK-da Şahnaz Aslanovanın, İftixar İsmayıllının, 16 saylı MnSK-da Sarvan Hümbətovun, Araz Məmmədovun, 17 saylı MnSKda Teymur Fətəliyevin, Bəhrəm Abbasovun, 25 saylı MnSK-da Qəribə Mustafayevanın, Ərşad Həsənovun (namizəd Tapdıq Həsənovun vəkili), 28 saylı MnSK- da Kamran Həsənlinin (namizəd X100 vəkili), Rəşad Vəlizadənin (namizəd Tapdıq Həsənovun məşvərətçi səs hüquqlu üzvü), 30 saylı MnSK-da Elnur, Cəfərovun (namizəd Tapdıq Həsənovun məşvərətçi səs hüquqlu üzvü), 31 saylı MnSK-da Mədinə Əliyevanın, Elçin Cəfərovun, 32 saylı MnSK-da Alxas Həsənovun, Nüşabə Quliyevanın, 33 saylı MnSK-da Natiq Əliyevin, Zərifə Xəlilovanın, 36 saylı MnSK-da Xəyalə Məmişovanın, 37 saylı MnSKda Musa Qarayevin, Tacirə llyasovanın, 39 saylı MnSK-da Rəşid Məmmədovun, 42 saylı MnSK-da Nicat Həşimzadənin, Kamil Abbasovun, 43 saylı MnSK-da Nizami Həsənovun, Gülnarə Əliyevanın, 45 saylı MnSK-da Mətahət Qənbərovanın, Almaz Qasımovanın, 47 saylı MnSK-da Rəhman Paşayevin, Vüsal Quliyevin, 53 saylı MnSK-da Zakir Meydanovun, Aişə Qafarovanın, 56 saylı MnSK- da Şəhla Məmmədovanın, Nərgiz Muxtarlının, 58 saylı MnSK-da Elmira Əliyevanın, Mübariz Paşayevin iştirakı ilə tərtib olunmuş aktlarda da səsvermə günü seçki prosesində qanun pozuntularına yol verilməsi halları da qeyd edilməmişdir. Eyni zamanda namizəd İddiaçı məşvərətçi səs hüquqlu üzvləri 5 saylı MnSK-da Ramiz Alıyev, 30 saylı MnSK-da Məleykə Muxtarova, 31 saylı MnSK-da Nahidə Muxtarova, 36 saylı MnSK-da Araz Vəlizadə, 39 saylı MnSK-da Bahar Muxtarova da seçki məntəqələrində qanun pozuntularına yol verilməməsi barədə aktları öz imzaları ilə təsdiq etmişlər. Araşdırma nəticəsində pozuntuların rəsmiləşdirildiyi iddia edilən 35 ədəd aktın əsli yox, surətləri təqdim edildiyinə görə həmin aktlar dəlil və sübut kimi qəbul edilməmiş, həmin aktların əsilləri tələb edildikdə şikayətçi onları araşdırmaya verməkdən imtina etmişdir. Səsvermə günü məntəqə seçki komissiyalarına və dairə seçki komissiyasına seçki hüquqlarının pozulması ilə bağlı müraciət daxil olmamışdır. Beləliklə 97 saylı Tərtər-X22nin adları sadalanan seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, deputatlığa namizədliyi qeydə alınmış İddiaçı şikayətində iddia olunan qanun pozuntuları ümumi xarakter daşıdığından seçkilərin nəticələrinə təsir etməyən pozuntular kimi qiymətləndirilməlidir. Eyni zamanda işdən görünür ki, Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Araşdırma namizəd İddiaçı təqdim etdiyi materialları və dairə seçki komissiyasından alınan sənədləri tam əhatə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, tam və hərtərəfli araşdırılma zamanı namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini öz təşəbbüsü ilə müşahidə etmiş, həmçinin müxtəlif siyasi maraqları təmsil edən müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, üzvləri, qeydə alınmış digər namizədlər tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır. Eyni zamanda namizəd İddiaçı tərəfindən müxtəlif seçki məntəqələrinə təyin edilmiş məşvərətçi səs hüquqlu üzvlər səsvermə günü seçki məntəqələrində qanun pozuntularına yol verilməməsi barədə aktları öz imzaları ilə təsdiq etmişlər. Şikayətçi tərəfindən araşdırmaya təqdim olunmuş 89 videogörüntüyə baxış keçirilmiş, həmin görüntülərin 69-nun ümumiyyətlə 97 saylı Tərtər - Ağdərə - X93nə aid olmadığı müəyyən edilmişdir. 97 saylı Tərtər-Ağdərə - X93nə aid olan görüntülərdə seçicilərin iradəsinə bu və ya digər formada təsir edə biləcək hallar müşahidə olunmamışdır. Beləliklə, iddia ərizəsinin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının səsvermə günü baş verdiyi iddia edilən qanun pozuntuları ilə əlaqədar müraciətinə dairə seçki komissiyası və Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılmış və Seçki Məcəlləsinə uyğun olaraq əsaslandırılmış qərar qəbul edilməklə düzgün hüquqi nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 130.5-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, iddiaçının tələbinin əsası kimi faktiki və hüquqi halları sübut edilmədiyindən iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 87, 90 və 130-cu maddələrini və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçı iddia ərizəsi təmin edilməsin. Qərardan, qərarın təqdim olunduğu gündən 3 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Kamran Əkbərov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-3(103)-74/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-74/2024
20.09.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver