Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-77/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, X5 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının X2 Cavabdeh1 qarşı “media subyektinin və onun çap media redaksiyanın media subyekti olaraq fəaliyyətinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının X4 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh1- media subyektinin və onun çap media redaksiyasının (Real və Aşkar qəzetinin) media subyekti olaraq fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 73.1- ci maddəsinə əsasən Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır.Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın X1”nin 3.1.19-2-ci yarımbəndinə əsasən “Media haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda çap mediası və onlayn media subyektlərinə xəbərdarlıq etmək, habelə onların fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, eləcə də həmin subyektlərin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırmaq Agentliyin əsas vəzifələrindəndir.Cavabdeh1 (bundan sonra - Cavabdeh) Media subyekti olaraq (“Real və Aşkar” qəzeti çap media redaksiyası vasitəsi ilə) fəaliyyət göstərir. Belə ki, Cavabdeh Media Reyestrinə daxil edilməsi barədə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının X3 müraciət etməmişdir. Cavabdehin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olmadığından xx.xx.2023-cü il tarixdə cavabdehin media reyestrinə daxil edilməsinə imtina edilməsi barədə R/63 saylı qərar qəbul edilmişdir.Daha sonra cavabdeh həmin qərardan Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş qərarın ləğv edilməsini və cavabdehin media reyestrinə daxil edilməsi barədə qərar qəbul edilməsni məhkəmədən xahiş etmişdir.Lakin Məhkəmə prosesləri zamanı cavabdeh proseslərdə iştirak etməmiş və nəticədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 10163/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 media subyektinin və “Real və Aşkar” qəzeti çap mediası subyektinin Media Reyestrinə daxil edilməsindən imtina olunması haqqında qərarın ləğv edilməsi və adları çəkilən subyektlərin Media Reyestrinə daxil edilməsi haqda qərarın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə inzibati mübahisəyə dair iş üzrə iddia geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir.Cavabdeh həmin qərardan şikayət verməmişdir.Buna baxmayaraq cavabdeh hazırda da qanunsuz olaraq fəaliyyət göstərməkdə davam edir.Halbuki, Ölkə ərazisində fəaliyyət göstərən çap mediası və ya onlayn media subyektləri media reyestri formalaşdığı tarixdən 6 ay müddətində media reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının X3 (İddiaçı) müraciət etməli idi. “Media haqqında” AR Qanununun 1.1.3-cü maddəsinə əsasən media subyekti - əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxsdir.Həmin Qanunun 1.1,7-ci maddəsinə görə onlayn media - audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan mediadır.Nəzərinizə çatdırmaq istəyirik ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X3 müraciət etməlidir.Qeyd ounan müddəa keçid müddəa statusunda olmuş və Qanun qüvvəyə minənə qədər, yəni xx.xx.2022-ci il tarixinə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyırdı.Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra, yəni 14 aprel 2023-cü ildə Qanunun 78.3-cü maddəsi öz hüquqi qüvvəsini itirdi və bu tarixdən sonra Qanunun 62.2-ci maddəsi yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir.Belə ki, həmin Qanunun 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yəni X3 rəsmi müraciət etməlidir. “Media haqqında” Qanunun 65.4.4-cü maddəsinə əsasən isə bu Qanunun 62.2- ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının X3 rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda Agentlik çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır.Hazırki halda isə Cavabdeh Qanunun 62.2-ci maddəsinin tələblərinə əməl etməyərək, yəni Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərməkdədir. Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnir ki, özlüyündə həmin media subyektinin fəaliyyətinin qanunsuz olmasına gətirib çıxarır.Belə olan halda isə həmin media subyektinin fəaliyyətinə xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Medianin İnkişafı Agentliyinin xx.xx.2023-cü il tarixli R/63 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2023-cü il tarixli 00001089 nömrəli müraciət üzrə “Cavabdeh2” media subyektinin və “Real və aşkar” qəzeti çap mediası redaksiyasının Media Reyestrinə daxil edilməsindən imtina olunması qərara alınmışdır. “Media haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.1-ci maddəsinə əsasən kütləvi informasiya - əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlardır. 1.1.2-ci maddəsinə əsasən media - kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühitidir. 1.1.3-cü maddəsinə əsasən media subyekti - əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxsdir. 1.1.4-cü maddəsinə əsasən jurnalist - əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir. 1.1.5-ci maddəsinə əsasən audiovizual media - televiziya və radio yayımının, o cümlədən sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və (və ya) vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən mediadır. 1.1.6-cı maddəsinə əsasən çap mediası - il ərzində müəyyən dövriliklə planlaşdırılmış vaxtda və ya müvafiq materiallar toplandıqda mətn və ya vizual formada olan kütləvi informasiyanı vahid tərtibata malik kağız və (və ya) elektron daşıyıcıda yayımlayan mediadır. 1.1.7-ci maddəsinə əsasən onlayn media - audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan mediadır. 1.1.8-ci maddəsinə əsasən informasiya agentliyi - kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyanın müntəzəm olaraq həmin müqavilələr üzrə çatdırılmasını təmin edən mediadır. 1.1.9-cu maddəsinə əsasən redaksiya - veb-saytlar, qəzetlər və digər dövri-nəşrlərin, habelə televiziya və radio kanallarının, sifarişli yayım xidmətinin və informasiya agentliklərinin yaradıcı heyətindən ibarət bölmədir. 1.1.14-cü maddəsinə əsasən audiovizual yayımçı - televiziya və radio yayımında, o cümlədən sifarişli yayım xidmətində proqramların məzmunu üzərində cavabdehlik daşıyan və bu xidmətin yayımlanma üsuluna qərar verən fiziki və ya hüquqi şəxsdir. 62.1-ci maddəsinə əsasən çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur. 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir. 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş müraciət bu Qanunun 73.5-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun edilir. 65.4-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır: 65.4.4. bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda. 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 (bundan sonra - Cavabdeh) Media subyekti olaraq (“Real və Aşkar” qəzeti çap media redaksiyası vasitəsi ilə) fəaliyyət göstərir. Belə ki, Cavabdeh Media Reyestrinə daxil edilməsi barədə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının X3 müraciət etməmişdir. Cavabdehin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olmadığından xx.xx.2023-cü il tarixdə cavabdehin media reyestrinə daxil edilməsinə imtina edilməsi barədə R/63 saylı qərar qəbul edilmişdir.Daha sonra cavabdeh həmin qərardan Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş qərarın ləğv edilməsini və cavabdehin media reyestrinə daxil edilməsi barədə qərar qəbul edilməsni məhkəmədən xahiş etmişdir.Lakin Məhkəmə prosesləri zamanı cavabdeh proseslərdə iştirak etməmiş və nəticədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10163/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 media subyektinin və “Real və Aşkar” qəzeti çap mediası subyektinin Media Reyestrinə daxil edilməsindən imtina olunması haqqında qərarın ləğv edilməsi və adları çəkilən subyektlərin Media Reyestrinə daxil edilməsi haqda qərarın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə inzibati mübahisəyə dair iş üzrə iddia geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh həmin qərardan şikayət verməmişdir. Buna baxmayaraq cavabdeh hazırda da qanunsuz olaraq fəaliyyət göstərməkdə davam edir. Göründüyü kimi, cavabdeh media subyekti kimi fəaliyyətini qanunvericiliyə uyğun həyata keçirmək üçün müraciətinə imtina cavabı alsa da, fəaliyyətini qanuna uyğunlaşdıraraq yenidən Reyestrə müraciət etmiş, fəaliyyətini Reyestrə daxil olmadan, yəni qanunsuz olaraq “Real və Aşkar” qəzeti çap mediası vasitəsi ilə davam etdirmişdir. Hazırda da cavabdeh qanunvericiliyin tələblərinə zidd olaraq Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1- media subyektinin və onun çap media redaksiyasının (Real və Aşkar qəzetinin) media subyekti olaraq fəaliyyətinə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 128.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi barədə ərizə müvafiq inzibati orqan tərəfindən verilə bilər. Bu halda müvafiq çap mediası, onlayn media və audiovizual media subyektləri cavabdeh qismində məhkəmə icraatına cəlb olunur. 128.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 128.4-cü maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 90, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddia təmin edilsin. Cavabdeh1- media subyektinin və onun çap media redaksiyasının (Real və Aşkar qəzetinin) media subyekti olaraq fəaliyyətinə xitam verilsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(103)-77/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-77/2024
14.10.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver