Məhkəmə qərarları › İş №2-3(103)-79/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(103)-79/2024

10.10.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-3(103)-79/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının X2 cavabdeh “X7 Redaksiyası” MMC-yə qarşı “media subyektinin və onun redaksiyasının fəaliyyətinə xitam verilməsi tələbinə dair” iddia ərizəsi üzrə inzibati mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İ. İddiaçı Azərbaycan Respublikasının X4 cavabdeh X7 Redaksiyası” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X7 Redaksiyası” MMC (VÖEN **********) - media subyektinin və onun “onlayn” media redaksiyasının (“gündemxeber.az”veb saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılışdır: “...Cavabdeh media subyekti olaraq fəaliyyət göstərir. Belə ki, xx.xx.2022-ci il tarixdə Media Reyestrinə daxil edilməsi üçün Agentliyə müraciət etmiş, onun fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olmadığından xx.xx.2022-ci il tarixdə reyestrə daxil edilməsindən imtina olunması barədə R/103 saylı qərar qəbul edilmişdir. Cavabdeh həmin qərarı məhkəmə qaydasında mübahisələndirmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun iddia tələbi rədd edilmiş və həmin qərar yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Buna baxmayaraq cavabdeh hazırda da qanunsuz olaraq fəaliyyət göstərməkdə davam edir. Halbuki, ölkə ərazisində fəaliyyət göstərən çap mediası və ya onlayn media subyektləri media reyestri formalaşdığı tarixdən 6 ay müddətində media reyestrinə daxil edilməsi üçün Agentliyə müraciət etməli idi. Hazırkı halda, cavabdeh “Media haqqında” Qanunun 62.2-ci maddəsinin tələblərinə əməl etməmiş, Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərməkdədir. Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnir ki, özlüyündə həmin media subyektinin fəaliyyətinin qanunsuz olmasına gətirib çıxarır. Belə olan halda, isə həmin media subyektinin fəaliyyətinə xitam verilməlidir...” İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 3.2-ci və 35.1-ci maddəsinin tələbləri bağımından düzgün verilmişdir, iddianın məhkəmə icraatı mümkündür. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “X7 Redaksiyası” MMC-nin fəaliyyətinə xitam verilməsi barədə iddia qalıdırılması üçün “Media haqqında” Qanunun 65.4-cü maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud deyil. MMC media subyekti kimi həmin Qanunun tələbələrinə uyğun fəaliyyət göstərir. MMC xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə 2 dəfə “Media haqqında Qanununa və AR Prezidentinin “MediaReyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 26 sentyabr 2022-ci il tarixli Fərmana əsaslanaraq Agentliyə müraciət etmişdir. İddiaçının Redaksiyaya qarşı birbaşa ən ağır sanksiyanın tətbiq edilməsini tələb etiməsi qanunsuzdur. İddia ərizəsinin əsaslandırıldığı “Media haqqında” Qanunun Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən mənfi qiymətləndirilib. Çünki, X6 standartlarına cavab vermir. Redaksiyanın fəaliyyətinə xitam verilməsi tələb olunan iddianın konstitusion əsası yoxdur. İddiaçının istinad etdiyi Qanunun maddələri Konstitusiyada nəzərədə tutulanlardan fərqli olaraq, lisenziyaya, icazə sisteminə bərabər tutulan tənzimləmələrə tabe etdirir. İddia ərizəsində irəli sürülən tələblər Avropa İnsan haqları Konvensiyasının 10-cu maddəsinə və Avropa İnsan haqları Məhkəməsinin həmin madə üzrə presedent qərarlarına ziddir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmunua uyğun izahat verərək təmin edilməsini, cavabdehin nümayəndəsi isə onunla razılaşmamış, iddia ərizəsinə etirazında gösətrilənlərə uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İPM-in: 128.1-ci maddəsinə əsasən çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 128.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi barədə ərizə müvafiq inzibati orqan tərəfindən verilə bilər. Bu halda müvafiq çap mediası, onlayn media və audiovizual media subyektləri cavabdeh qismində məhkəmə icraatına cəlb olunur. 128.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. İddiaçının qeyd olunan tələbindən göründüyü kimi, prosessual qanunvericiliyin qeyd olunan tələblərinə istinadən cavabdeh “X7 Redaksiyası” MMC media subyekti və onun “onlayn” media redaksiyasının (“gündemxeber.az”-veb saytının) fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində iddiaçının həmin tələbi, cavabdehin media subyekti olaraq Media Reyestrində qeydiyyata alınmaması ilə əsaslandırırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçı tələbində haqlıdır. “Media haqqında” Qanununda təsbit olunan anlayışlara əsasən: 1.1.2. media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühitidir; 1.1.3. media subyekti – əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxsdir; 1.1.7. onlayn media – audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan mediadır; 1.1.9. redaksiya – veb-saytlar, qəzetlər və digər dövri-nəşrlərin, habelə televiziya və radio kanallarının, sifarişli yayım xidmətinin və informasiya agentliklərinin yaradıcı heyətindən ibarət bölmədir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş müraciət bu Qanunun 73.5-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun edilir. Həmin Qanunun 65.4; 65.4.4-cü maddələrinə əsasən bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən Media Reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır və saxlanması Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2021-ci il tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Medianın X1 3.1.19-2. “Media haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda çap mediası və onlayn media subyektlərinə xəbərdarlıq etmək, habelə onların fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, eləcə də həmin subyektlərin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırmaq Agentliyin vəzifəsi kimi nəzərədə tutulmuşdur. Qanunun qeyd olunan tələblərindən göründüyü kimi, media subyektlərinin təsis edilməsinə icazə tələb olunmur, lakin onlar fəaliyyət göstərmək üçün yayımdan əvvəl 7 gün əvvəl müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi quruma müraciət edərək reyestrədə qeydiyyatdan keçməlidirlər. Əks halda, Azərbaycan Respublikasının X4 tərəfindən həmin subyektlərin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılır. Konkret halda, işin mübahisələndirilən hallarından göründüyü kimi, cavabdeh “X7 Redaksiyası” MMC media subyekti olaraq qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərir. İş materiallarına, o cümlədən, iddia ərizəsinə, qarşı tərəfin iddia ərizəsinə etirazına, Azərbaycan Respublikasını Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1869/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən olunan hallara əsasən müəyyən edilir ki, cavabdeh “X7 Redaksiyası” MMC, 29..11.2022-ci il tarixdə ərizə ilə hazırkı iddiaçı Azərbaycan Respublikasının X4nə ərizə ilə müraciət edərək həm cəmiyyətin, həm də onun sahibi olduğu “Gündemxeber.az” onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsini xahiş etmiş, sonuncu tərəfindən xx.xx.2022-ci il tarixli qərarı ilə onun həmin ərizəsinin təmin edilməsindən imtina olunmuşdur. Bundan sonra, “X7 Redaksiyası” MMC Agentliyə qarşı məhkəmədə məcburetmə haqqında iddia qaldıraraq cəimiyyətin Media Resystrinə daxil edilməsini tələb etmiş, Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2-1(112)-5644/2023 salyı qərarı ilə onun iddia tələbi rədd edilmiş, həmin qərardan verdiyi apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli 2-1(103)- 1139/2024 saylı qərarı ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış, eyni zamanda həmin qərardan da onun verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə də, Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2-1(112)-5644/2023 saylı qərarı qanuni qüvvəsini almışdır. İşin hallarından isə göründüyü kimi, cavabdeh “X7 Redaksiyası” MMC konkret halda, qanuni qüvvəsini almış həmin məhkəmə qərarına varmadan, media subyekti kimi fəaliyyətini davam etdirir. Halbuki, İPM-in 78-ci maddəsinin tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh “X7 Redaksiyası” MMC Media Reyestrində daxil edilmədən fəaliyyət göstərməsi qanuna zidd olduğu sübuta yetirilir. Belə olan halda, cavabdehin etirazının onun media subyekti kimi qanuni fəaliyyət göstərdiyini bildirən dəlillərinin əsassız olduğu və iddiaçı tərəfindən ona qarşı “Media haqqında” Qanunun 62.2 və 64.44 və İPM-in 128.1-ci maddəsinin tələblirinə müvafiq hazırıkı iddia tələbində haqlı olduğu sübuta yetirilir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, yekunda belə qənaətə gəlir ki, iddia təmin olunmalı, cavabdeh “X7 Redaksiyası” MMC media subyektinin (VÖEN **********) və onun “onlayn” media redaksiyasının (“gündemxeber.az”-veb saytının) - media subyekti olaraq fəaliyyətinə xitam verilməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 89, 90.2, 94.1 və 128.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı İddia təmin edilsin. “X7 Redaksiyası” MMC media subyektinin (VÖEN **********) və onun “onlayn” media redaksiyasının (“gündemxeber.az”-veb saytının) - media subyekti olaraq fəaliyyətinə xitam verilsin. Qərardan təqdim olunduğu gündən 3 (üç) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar