Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-3(104)-3/2025 17.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrliyi və məruzəsi ilə), X7 və Mehtiyev Fikrət Ədilşah oğludan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Cavabdeh X5 iştirakı ilə, İddiaçı Media subyektinin və onun onlayn redaksiyasının (demokratik.az veb saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilməsi tələbinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh X1 olaraq (demokratik.az veb saytının) fəaliyyət göstərir. Lakin cavabdeh hazıradək qanunvericiliyin tələblərinə müvafiq olaraq Media Reyestrinə daxil edilməsi üçün iddiaçı Agentliyə müraciət etməmişdir. Buna görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
İddia ərizəsinin dəlilləri:
2. İddiaçı Azərbaycan Respublikasının X6 cavabdeh X8 qarşı cavabdeh - X9 (VÖEN **********) - media subyektinin və onun onlayn redaksiyasının (demokratik.az veb saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X9 (VÖEN **********) (bundan sonra Cavabdeh) Media subyekti olaraq ("demokratik.az" onlayn media redaksiyası – veb-saytı vasitəsi ilə) fəaliyyət göstərir. Buna baxmayaraq cavabdeh Media Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının X4 bu günə qədər müraciət etməmişdir. Halbuki ölkə ərazisində fəaliyyət göstərən çap mediası və ya onlayn media subyektləri media reyestri formalaşdığı tarixdən 6 ay müddətində media reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının X4 (İddiaçıya) müraciət etməli idi. "Media haqqında" AR Qanununun 1.1.3-cü maddəsinə əsasən media subyekti əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxsdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə onlayn media audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan mediadır. Nəzərə çatdırmaq istəyirlər ki, "Media haqqında" Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni "Media Reyestrinin aparılması Qaydaları"na uyğun olaraq X4 müraciət etməlidir. Qeyd ounan müddəa keçid müddəa statusunda olmuş və Qanun qüvvəyə minənə qədər, yəni xx.xx.2022-ci il tarixinə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyırdı. Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra, yəni 14 aprel 2023-cü ildə Qanunun 78.3-cü maddəsi öz hüquqi qüvvəsini itirdi və bu tarixdən sonra Qanunun 62.2-ci maddəsi yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir. Belə ki, həmin Qanunun 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yəni X4 rəsmi müraciət etməlidir. "Media haqqında" Qanunun 65.4.4-cü maddəsinə əsasən isə bu Qanunun 62.2ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının X4 rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda Agentlik çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır. Hazırki halda isə cavabdeh Qanunun 62.2-ci maddəsinin tələblərinə əməl etməyərək, yəni Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərməkdədir. Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnir ki, özlüyündə həmin media subyektinin fəaliyyətinin qanunsuz olmasına gətirib çıxarır. Belə olan halda isə həmin media subyektinin və onun onlayn redaksiyasının fəaliyyətinə xitam verilməlidir.
4. İddia tələbinə dair cavabdeh tərəfindən yazılı etiraz daxil olmamışdır.
Prosses iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında cavabdeh X9 iddia ərizəsinə etiraz edərək bildirdi ki, o, hal hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək cəza çəkdiyinə görə iddia ərizəsində göstərilən bildirişə dair məlumat əldə etməmişdir. Ona görə də onun məhkum olmağını nəzərə alaraq Media haqqında qanunun tələbinin yerinə yetirilərək media reyestrinə daxil edilməsi üçün ona əlavə vaxt verilməlidir. Odur ki, tərəfindən Media haqqında qanunun tələblərinin pozulmamış hesab edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edir.
6. Məhkəmə kollegiyasının iclası barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
7. “Media haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.1.1. kütləvi informasiya – əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlar; 1.1.2. media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti; 1.1.3. media subyekti – əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxs; 1.1.4. jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxs; 1.1.5. audiovizual media – televiziya və radio yayımının, o cümlədən sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və (və ya) vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən media; 1.1.6. çap mediası – il ərzində müəyyən dövriliklə planlaşdırılmış vaxtda və ya müvafiq materiallar toplandıqda mətn və ya vizual formada olan kütləvi informasiyanı vahid tərtibata malik kağız və (və ya) elektron daşıyıcıda yayımlayan media; 1.1.7. onlayn media – audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı vebsaytda yayımlayan media; 1.1.8. informasiya agentliyi – kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyanın müntəzəm olaraq həmin müqavilələr üzrə çatdırılmasını təmin edən media; 1.1.9. redaksiya – veb-saytlar, qəzetlər və digər dövri-nəşrlərin, habelə televiziya və radio kanallarının, sifarişli yayım xidmətinin və informasiya agentliklərinin yaradıcı heyətindən ibarət bölmə; .......... s.); 1.1.14. audiovizual yayımçı – televiziya və radio yayımında, o cümlədən sifarişli yayım xidmətində proqramların məzmunu üzərində cavabdehlik daşıyan və bu xidmətin yayımlanma üsuluna qərar verən fiziki və ya hüquqi şəxs; ......... 62.1. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur. 62.2. Çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş müraciət bu Qanunun 73.5- ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun edilir. ........ 65.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır: ......... 65.4.4. bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda;. .......... 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq X4 müraciət etməlidir (qüvvədən düşmüşdür).
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 127. Audiovizual media subyektlərinə lisenziyanın verilməsi ilə bağlı mübahisələrə dair işlər üzrə icraat: 127.1. Audiovizual media subyektlərinə lisenziyanın verilməsindən imtina olunması ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 127.2. Audiovizual media subyektlərinə lisenziyanın verilməsindən imtina olunması haqqında qərara (inzibati akta) qarşı iddia ərizəsi audiovizual yayımı həyata keçirmək iddiasında olan şəxs tərəfindən verilə bilər. 127.3. İddia ərizəsi imtina haqqında qərar (inzibati akt) barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada maraqlı tərəfə məlumat verildiyi vaxtdan 30 gün müddətində verilə bilər. 127.4. Məhkəmə tərəfindən iddia ərizəsinə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 127.5. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Maddə 128. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə dair işlər üzrə icraat. 128.1. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 128.2. Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi barədə ərizə müvafiq inzibati orqan tərəfindən verilə bilər. Bu halda müvafiq çap mediası, onlayn media və audiovizual media subyektləri cavabdeh qismində məhkəmə icraatına cəlb olunur. 128.3. Məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 128.4. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
9. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
10. Məhkəmə kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslıdır və təmin olunmalıdır.
11. Göründüyü kimi, X1 olaraq (“demokratik.az” onlayn media redaksiyası - vebsaytı vasitəsi ilə) fəaliyyət göstərir. Lakin cavabdeh bu günə qədər Media Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının X4 müraciət etməmişdir.
12. “Media haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə əsasən çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq İcra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yəni X4 rəsmi müraciət etməlidir.
13. Həmin Qanunun 65.4.4-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır.
14. İş materiallarından məlum olur ki, cavabdeh hazırkı tarixədək iddiaçıya müvafiq qeydiyyatın aparılması üçün müraciət etməmişdir və bu isə onun fəaliyyətinə xitam verilməsi üçüs əsasdır.
15. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməli, cavabdeh X5 (onun redaksiyasının (demokratik.az)) media subyekti olaraq fəaliyyətinə xitam verilməlidir.
16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2- ci, 68.3-cü, 128-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
İddia tələbi təmin edilsin. Cavabdeh X5 (onun redaksiyasının (demokratik.az)) - media subyekti olaraq fəatiyyətinə xitam verilsin. Qərardan, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində, Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına verilə bilər.