Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-3(105)-3/2025 14.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər (sədrlik edən və məruzəçi) Əzizova Vəfa Ehtiram qızı, Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, Hüseynli Nailə Natiq qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “2025-ci ilin yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 32 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9/51 saylı qərarının ləğv edilməsi və 19 saylı, 24 saylı, 52 saylı və 53 saylı seçki məntəqələrinin seçki bülletenlərinin iddiaçının iştirakı ilə yenidən sayılması və ya seçkinin nəticələrinin ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati mübahisəyə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışında inzibati məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2025-ci ilin yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 32 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9/51 saylı qərarının ləğv edilməsi və 19 saylı, 24 saylı, 52 saylı və 53 saylı seçki məntəqələrinin seçki bülletenlərinin iddiaçının iştirakı ilə yenidən sayılması və ya seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılır ki, 29 yanvar 2025-ci il tarixdə keçirilmiş bələdiyyə seçkilərində 56 saylı Şabran-Xaçmaz seçki dairəsinin 19, 52 və 53 saylı seçki məntəqələrində ciddi qanun pozuntularına və saxtakarlıq hallarına yol verilmişdir. Seçki zamanı seçki qutularına məntəqə seçki komissiya sədrləri və üzvləri tərəfindən topa bülletenlərin atılması halları müşahidə edilmişdir. Həmçinin masaların üstündə qulağı kəsilmiş bülletenlər və bir seçiciyə bir neçə seçki bülleteni verilməsi halları müşahidə edilmişdir. Bunları əks etdirən şəkillər və videolar mövcuddur. Seçki qutardıqdan sonra seçki bülletenlərinin hesablanması zamanı onların iştirakı təmin edilməmişdir. X5 sədrləri və üzvləri tərəfindən seçki bülletenləri gizlicə hesablanmış və onlara saxta rəqəmlər deyilmişdir. Dəfələrlə həmin məntəqələrin komissiya sədrlərinə bülletenlər hesablanan zaman ora yaxınlaşmaq istəsələr də, onlara hədə-qorxu gələrək, polis çağıracaqları ilə hədələmişlər. Sonra protokolların surətini istədikdə 52 saylı seçki məntəqəsinin sədri Qəzənfər Atabalayev ondan 100 manat tələb edərək, aldıqdan sonra seçkinin ertəsi günü ona başqa kənd sakini vasitəsilə 1 nüsxə protokol vermişdir. Digər namizədlər pul vermədiklərindən onlara seçki protokolları təqdim edilməmişdir. Bundan başqa qeyd edilir ki, namizədlikləri qeydə alınan vaxt onlar Saleh Təhməzovun qəbulunda olan zaman ona bələdiyyə seçkilərinin ədalətli və şəffaf keçirilməsini təmin etməsini, saxtakarlıq hallarına yol verilməməsini bildirmişlər. Saleh Təhməzov isə İcra Hakimiyyətinin binasını göstərərək ordan ona nə desələr, onu da edəcəyini iddiaçılara bildirmişdir. İddiaçılar da o vaxt ona bildirmişlər ki, əgər seçkidə qanun pozuntularına yol verilsə, MSK-ya və əlaqədar qurumlara şikayət edəcəklər. Saleh Təhməzov isə iddiaçılara ona nə deyilsə, onu da edəcəyini bildirmişdir. Eləcə də 24 saylı seçki məntəqəsinin sədri X1 bələdiyyəsi üzrə namizəd Qədir Nəzirovun bibisinin oğludur, bu qohumluq əlaqəsinə dairə seçki komissiyası tərəfindən əhəmiyyət verilməmişdir, nəticədə seçki zamanı Axunbala Həmidov dayısı oğlu Qədir Nəzirovun xeyrinə işlər görürdü. Qeyd olunan qanun pozuntularına istinad edilərək, iddiaçılar tərəfindən müvafiq şikayətlə cavabdeh MSK-ya müraciət edilərək, 19 saylı, 52 saylı və 53 saylı seçki məntəqələrinin seçki bülletenlərinin onların iştirakı ilə sayılması və ya həmin məntəqələrdə kütləvi, seçkinin nəticələrinə təsir edə biləcək ciddi qanun pozuntuları və seçki saxtakarlığı halları olduğuna görə seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin müvafiq araşdırma zamanı qeyd edilən dəlilləri təsdiq edəcək, sübutlar-fotoşəkillər, videodisk və s. MSK-ya təqdim edilmişdir. Sonradan iddiaçılara məlum oldu ki, Rəhimli bələdiyyəsinə səsvermə keçirilən seçki məntəqələri üzrə səsvermənin nəticələri haqqında 24, 52 və 53 saylı X5nın sədrləri tərəfindən onlara verilmiş rəsmi protokollarla həmin məntəqələrin Dairə seçki komissiyasına təqdim etdikləri protokollarda bəzi namizədlərə verilən səslərdə uyğunsuzluqlar olmuşdur. Bu uyğunsuzluqlar ciddi qanun pozuntusu hesab olunur. MSK heç bir tutarlı fakta əsaslanmadan təqdim edilmiş protokollardakı uyğunsuzluğu öz qərarı ilə iddiaçılar tərəfindən edildiyini qeyd etmişdir. Halbuki iddiaçılar X5 tərəfindən onlara təqdim edilmiş protokolları olduğu kimi MSK-ya təhvil vermişdir. MSK təqdim edilən dəlillərə düzgün hüquqi qiymət vermək əvəzinə onlara hədə-qorxu gələrək protokolların guya onlar tərəfindən saxtalaşdırılması faktını ortaya atmışdır. Cavabdeh Mərkəzi Seçki Komissiyası tərəfindən 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 05 fevral 2025-ci il tarixli 32 saylı müraciətə baxılmasına dair 9/51 saylı qərarla əsassız olaraq iddiaçıların şikayəti təmin edilməmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesab edirlər ki, Mərkəzi Seçki Komissiyasının “2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli, 32 saylı müraciətə baxılmasına dair” 9/51 saylı qərarı təmamilə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, MSK tərəfindən qəbul edilmiş qərar əsaslandırılmamış, yalnız ehtimallara istinad edilməklə, müraciətləri əsassız olaraq təmin edilməmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair etiraz ünvanlayaraq qeyd etmişdir ki, namizədin müraciəti əsasında Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən obyektiv, ətraflı araşdırma aparılaraq müraciətin əsassız olduğundan təmin edilməməsi, müraciətə əlavə edilmiş X5nın səsvermənin nəticələri haqqında protokolların təsdiq edilmiş surətinin Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasında hazırda namizəd tərəfindən mübahisələndirilən qərar qəbul edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ünvanladığı etiraz ərizəsində məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. ... Maddə 26. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 56. İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. ... Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Seçki Məcəlləsi Maddə 3. İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır. Maddə 112. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. (-) 112.11. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 3. İnzibati məhkəmələr və məhkəmə kollegiyaları 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. XVİİİ fəsil. SEÇKİ (REFERENDUMDA İŞTİRAK) HÜQUQLARİNİN MÜDAFİƏSİ İLƏ BAĞLİ İŞLƏR ÜZRƏ İCRAAT Maddə 130. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. ƏSASLANDİRMA HİSSƏ: Məhkəmə kollegiyası iddiaçıların izahatını, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, hazırki iş üzrə mübahisə predmetini 2025-ci ilin yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 05 fevral 2025-ci il tarixli 32 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9/51 saylı qərarının ləğv edilməsi və 19 saylı, 24 saylı, 52 saylı və 53 saylı seçki məntəqələrinin seçki bülletenlərinin iddiaçının iştirakı ilə yenidən sayılması və ya seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı tələb təşkil edir. İş materiallarına əlavə olunmuş 2025-ci ilin yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 05 fevral 2025-ci il tarixli 32 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9/51 saylı qərarından görünür ki, 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən Rəhimli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər İddiaçı1, İddiaçı2, X6, Rəhimli kənd sakini X8 və digərləri 2025-ci ilin fevralın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyası sədrinin hərəkətlərini mübahisələndirmiş, 19, 24, 52 və 53 saylı seçki məntəqələrində qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər. Mərkəzi Seçki Komissiyasının 9/51 saylı qərarına əsasən 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən Rəhimli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər İddiaçı1, İddiaçı2, X6 və digərlərinin 05 fevral 2025-ci il tarixli, 32 saylı müraciətinin əsassız olduğundan təmin edilməməsi, müraciət etmiş şəxslər tərəfindən araşdırmaya təqdim edilmiş 56 saylı Şabran-Xaçmaz seçki dairəsinin Rəhimli bələdiyyəsinə seçkilər keçirilən 24, 52 və 53 saylı seçki məntəqələrində səsvermənin nəticələri haqqında protokolların təsdiq edilmiş surətlərinin araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi, Rəhimli kənd sakini X8 şikayətindən imtina etdiyi üçün həmin müraciət üzrə araşdırmaya xitam verilməsi qərara alınmışdır. Hazırda iddia tələbi iki hissədən ibarətdir: 1) 2025-ci ilin yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 05 fevral 2025-ci il tarixli 32 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9/51 saylı qərarının ləğv edilməsi; 2) 19 saylı, 24 saylı, 52 saylı və 53 saylı seçki məntəqələrinin seçki bülletenlərinin iddiaçıların iştirakı ilə yenidən sayılması və ya seçkinin nəticələrinin ləğv edilməsi. Məhkəmə kollegiyası iddia tələbini əsassız hesab etməklə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçılar ilk növbədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9/51 saylı qərarının ləğv edilməsini tələb edirlər. Mərkəzi Seçki Komissiyasının mübahisələndirilən qərarından görünür ki, komissiya tərəfindən aparılmış tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədlərin mübahisələndirdiyi seçki məntəqələri üzrə iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır. Həmçinin qərardan görünür ki, şikayətçilər tərəfindən araşdırmaya təqdim edilmiş Seçki Məcəlləsinin 100.11-ci maddəsində nəzərdə tutulmuş qaydada məntəqə seçki komissiyası tərəfindən seçki subyektlərinə təqdim olunmuş səsvermənin nəticələri haqqında protokolun təsdiq olunmuş surətlərində bəzi namizədlərin topladığı səsləri əks etdirən rəqəmlərin dəyişdirilərək artırılması hallarının mövcud olmasına əsaslı ehtimallar yarandığından, Seçki Məcəlləsinin 112-1.6.4-cü və 112-1.6.5-ci maddələrinə əsasən, ehtimal olunan qanun pozuntusunun Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab olunub-olunmaması, habelə cinayət əməlinin ehtimal olunmasının müəyyən edilməsi üçün şikayətə əlavə edilmiş protokol surətlərinin Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq prokurorluq orqanına göndərilməsinə zərurət yarandığından həmin protokol surətləri Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməlidir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıların müraciətinə əsasən zəruri araşdırma aparılmışdır. Belə ki, cavabdeh qanunvericiliyin tələbinə əməl edərək müvafiq müraciətə baxarkən iddiaçılarla əlaqə saxlamış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, beləliklə də, iddiaçıların dinlənilmə hüququnu təmin etmiş, onları Mərkəzi Seçki Komissiyasının iclasına dəvət etmiş, iddiaçılar Komissiyanın iclasında iştirak etmişlər. Kollegiya hesab edir ki, həmin araşdırmanın nəticəsi olaraq qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsas müəyyən olunmadığından iddiaçıların tələbi əsassız olmuşdur. Göründüyü kimi iddiaçılar 29 yanvar 2025-ci il tarixdə keçirilmiş bələdiyyə seçkilərində yol verilmiş qanun pozuntuları ilə əlaqədar cavabdeh inzibati orqana müraciət edərək hüquqlarının bərpasını tələb etmişlər. Cavabdeh inzibati orqan zəruri araşdırma apararaq bələdiyyə seçkilərində yol verilməsi ehtimal olunan qanun pozuntularına əsasən müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini qərara almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda iddiaçıların tələbi Mərkəzi Seçki Komissiyasının sözügedən qərarının ləğv edilməsi hissəsində əsassız olmuşdur. Belə ki, iddiaçılar yol verilmiş qanun pozuntuları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş müvafiq materiallar üzrə aparılacaq araşdırma nəticələrinə uyğun olaraq mümkün hüquq müdafiə vasitələrindən istifadə etmək imkanına malikdirlər. İddiaçıların iddia tələbinin ikinci hissəsi isə seçki məntəqələrinin seçki bülletenlərinin iddiaçının iştirakı ilə yenidən sayılması və ya seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlıdır. Bu hissədə də iddia tələbi əsassız hesab edilməlidir. Belə ki, iddiaçıların iddia ərizəsində istinad etdiyi dəlillər ümumi sözlərdən ibarət olmaqla mötəbər sübutlara əsaslanmadığından və təsdiq olunmadığından cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş sözügedən qərarının ləğv edilməsi üçün əsas təşkil etmir. Məhkəmə iclasında iddiaçılar istinad etdikləri videoçəkilişin mobil telefon vasitəsi ilə gizlin çəkilməsini bildirdilər. Məhkəmə kollegiyası qeyd edir ki, bu növ sübut qanunsuz yolla əldə edildiyi üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən seçki haqqında qanunvericiiyin norma və tələblərinin pozulması halı müəyyən edilmədiyindən, habelə cavabdehin iddiaçıya münasibətdə qəbul etdiyi qərarı qanuni və əsaslı olduğundan, iddiaçının iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, hazırki inzibati iş üzrə iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 90 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “2025-ci ilin yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 32 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9/51 saylı qərarının ləğv edilməsi və 19 saylı, 24 saylı, 52 saylı və 53 saylı seçki məntəqələrinin seçki bülletenlərinin iddiaçının iştirakı ilə yenidən sayılması və ya seçkinin nəticələrinin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) şikayət verə bilər.
Məhkəmə qərarları › İş №2-3(105)-3/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(105)-3/2025
14.02.2025 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver