Məhkəmə qərarları › İş №2-3(105)-4/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(105)-4/2024

20.08.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-3(105)-4/2024 20.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi, namizədliyin qeydə alınması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 28/129 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğvi və namizədliyinin qeydə alınması ilə bağlı Mərkəzi Seçki Komissiyasının üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, 46 saylı Sumqayıt-beşinci seçki dairəsinin 22/59 saylı, xx.xx.2024-cü il tarixli qərarının qüvvədə qalması ilə bağlı Azərbaycan Respublikası X3 28/129 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və namizədliyinin qeydə alınması ilə bağlı X3 üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 46 saylı Sumqayıt-beşinci Seçki Dairəsindən xx.xx.2024-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizəd kimi qeydə alınmağı üçün bütün lazımi sənədlərini təqdim edərək müraciət etmişdir. Dairənin 15/35 saylı, 22 iyul 2024-cü il tarixli qərarı ilə namizədliyinin irəli sürülməsi təsdiq edilmişdir. Sonra onu dəvət edərək, ona imza toplamaq üçün 10 ədəd imza vərəqi (hər birində 50 imza olmaqla) təqdim edilmişdir. O hər ehtimala qarşı imza vərəqələrinin 2-3 ədəd ona artıq verilməsini istədiyində xoşagəlməz ifadələr ilə qarşılaşdı. Halbuki nə Seçki Məcəlləsində, nə digər seçki ilə bağlı müvafiq qanunvericilik aktlarında belə bir limit müəyyən edilməmişdir. İmza vərəqələrini xx.xx.2024-cü il tarixində aldı və qapı-qapı gəzərək xx.xx.2024-cü il tarixində yekunlaşdırıb Dairəyə təqdim etdi. Dedilər ki, imzalar yoxlanılacaq və Sizə xəbər ediləcəkdir. xx.xx.2024-cü il tarixində saat 16.00-da Dairəyə çağrıldı və kiçik bir iclas keçirildi və iclasda guya ki imzaların 65-nin müxtəlif gülünc səbəblərə görə {qara düşma, saliqasiz yazılma, oxunmama, ünvanın tam yazılmaması va s. kimi) etibarsız sayılması və onun 435 imzamın etibarlı sayılması qərarına gəldilər. Bu səbəbdən etibarlı imzalar 450 imzadan az olduğu üçün namizədliyinin qeydiyyata alınmasından imtina edilməsi ilə bağlı 20/50 saylı, xx.xx.2024-cü il tarixli qərarı ona təqdim etdilər. O iclasda imzalarla bağlı şifahi olaraq qeyd etdikləri uyğunsuzluqların iclas vaxtı aradan qaldırılmasının mümkün olmasını, əksik hesab etdikləri və ya imzamla təsdiq olunası düzəlişlərin orada aradan qaldırılmasının mümkün olduğunu və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.4-cü maddəsinə əsasən onun buna haqqı çatdığını qeyd etdi, lakin dinləmədilər. Seçki Məcəlləsinin 19.13, 59.13-cii maddələrinə əsasən ona iclasın protokolunun verilməsi, həmçinin qeyd etdikləri uyğunsuzluqların cədvəl şəkilində qərarla birlikdə ona təqdim edilməsini tələb etdi. Lakin bu sənədlərin mövcud olmadığı qeyd etdilər. Dərhal sənədləri toplayaraq xx.xx.2024-cü il tarixdə bir üst qurum olaraq Mərkəzi Seçki Komissiyasına şikayət ərazəsi təqdim etdi, həmçinin qanunsuz qərarla bağlı ölkə rəhbərliyinə teleqram və müraciət məktubları ünvanladı. xx.xx.2024-cü il tarixində saat 14.00-da Dairədən ona zəng gəldi və təcili ora yaxınlaşmağı istənildi. Oraya gəldi, bu dəfə qeyd etdilər ki, dünən ona verilən qərarda texniki xəta olub, əslində qərarı Seçki Məcəlləsinin 19.14-cü maddəsinə əsasən Sədr və iclas katibləri imzalaya bilər, ona verilən qərarı isə həm də komissiya üzvləri imzalayıb. Bu səbəbdən sadəcə imza hissəsində dəyişiklik olunaraq ancaq sədr və katiblərin imzaladığı eyni nömrəli və eyni tarixli (20/50 saylı, xx.xx.2024-cü il) qərarı ona təqdim etdiklərini bildirdilər. Diqqətlə qərarı oxuduğumda qərarın mətninin orta hissəsinə əmlakla bağlı bir məlumatı da əlavə etdiklərini gördü. Bu məlumatı bura niyə əlavə etdiklərini söylədiyində və bu məlumatı ondan xəbərsiz, iclasda müzakirə etmədən gizli olaraq niyə yazdıqlarını soruşduqda bu məlumatı yeni eşitdiklərini söylədilər. Əmlaklarını bəyan edərkən Dairəyə onun və yoldaşımın adına olan əmlakların sənədlərini aparmışdı və hansıları bəyan etməli olduğu soruşduqda yalnız özünün adına və ona məxsus əmlakları göstərərək onları bəyan etməyi lazım olduğunu bildirmişdilər. Bu əmlakın onun olmadığı və həyat yoldaşının şəxsi vəsaiti hesabına alındığını qeyd etmişdi. Onlar da bu əmlakı yazmamalı olduğumu qeyd edərək onu yazmağa qoymadılar. İndi isə ondan gizli olaraq həmin əmlakı qərara salaraq guya ki həmin əmlakın ona məxsus olduğu və onun bunu gizlətməyini qeyd etmişdilər. Ona təqdim olunan eyni saylı, eyni tarixli lakin mətni və imzaları fərqli Dairənin ikinci qərarından da dərhal xx.xx.2024-cü il tarixində Mərkəzi Seçki Komissiyasına şikayət edərək 46 saylı Sumqayıt beşinci seçki dairəsində baş verən qanunsuzluqlarla bağlı xx.xx.2024-cü il tarixində qanunsuz qəbul edilmiş Dairənin qərarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixində keçiriləcək milli məclisə seçkilərdə namizədliyinin qeydə alınmasını xahiş etmişdi. xx.xx.2024-cii il tarixində, saat 14.00-da Məzahir bəyin rəhbərliyi ilə keçirilən iclasda şikayəti əsaslı sayılmış, təmin edilmiş, dairənin qərarı ləğv edilmiş və qeyd etdiyi xüsuslara yenidən baxılması və ətraflı araşdırılması üçün 46 saylı Sumqayıt beşinci seçki dairəsinə göstəriş verilmişdir. MSK-nın 26/118 saylı, xx.xx.2024-cü il tarixli qərarı ona xx.xx.2024-cti ildə təqdim edildi. Həmin tarixdən etibarən 46 saylı Sumqayıt beşinci seçki dairəsi tərəfindən onunla əlaqə saxlanılmamışdır. xx.xx.2024-cü il tarixində Mərkəzi Seçki komissiyasından qərarı aldıqdan sonra Dairə ilə əlaqə saxladı və bu məsələyə onun iştirakı ilə nə vaxt baxılacağını soruşdu. Məlumatsız olduqlarını söylədilər. Sonra yenidən ona zəng vuraraq gün ərzində onlardan xəbər gözləməyini söylədilər. Günün sonuna qədər bir neçə dəfə əlaqə saxladı hələ ki, heç nə deyə bilmədiklərini dedilər. xx.xx.2024-cü il tarixində onunla əlaqə saxladılar, o da rayonda olduğu üçün (hüzürümüz düşmüşdü) 14.00-dan tez gələ bilməyəcəyimi söylədi. Onlar da saat 14.00-a iclas saldıqlarını dedilər və onu gözləyəcəklərini qeyd etdilər. Rayondan təcili Dairəyə gəldi, 14.09-da Dairəyə çatdı. Dairəyə daxil olduğunda sakitlik olduğunu, sədrin otağına yaxınlaşdığında hamının otaqdan çıxdığını gördü. Dairə sədri artıq iclasın bitdiyini və qərarın verildiyini söylədi və 14.15-də ona qərarın təsdiqlənmiş surətini təqdim etdi. O niyə gözləmədiklərini soruşduqda “Biz səni gözlədik sən gəlmədin” cavabını aldı. O 9 dəqiqə ərzində Azərbaycan üçün əhəmiyyətli, tale yüklü məsələ olan bu işlə bağlı necə belə tələsik iş gördüklərini soruşdu. Hansı ehtimalla hesablasaq 9 dəqiqə ərzində onu gözləmək, iclas keçirmək, Mərkəzi Seçki Komissiyası tərəfindən verilmiş tapşırıqları müzakirə etmək, sənədlərə bir daha baxış keçirmək, yenidən araşdırmaq, qərarı demək, səsə qoymaq, qərarı kompüterdə yazmaq, nömrələmək, printerdən çıxarmaq, iclas iştirakçıları tərəfindən imzalatdırmaq, möhürləmək, yenidən surətin çıxararaq ona vermək mümükün deyil. Bu bir daha qərarın əvvəlcədən hazır olduğu və tez bir şəkildə imzalanıb ona verildiyini sübut edir. Ona surəti təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 22/59 saylı qərar Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilmiş xx.xx.2024-cü il tarixli, 20/50 saylı qərarın eynisidir. Hətta yenidən Seçki Məcəlləsinin 19.14-cü maddəsinin tələbləri pozulmuş və yenidən qərarı komissiya üzvləri imzalamışdır. O bu qərarla birlikdə iclas protokolunun da təqdim edilməsini tələb etdi. Dairə sədri protokolun olmadığını, yazılmadığını söylədi. Axı necə ola bilərki iclas protokolu olmadan qərar qəbul olunur. Bununla bağlı saat 16:10 radələrində Mərkəzi Seçki Komissiyasına telegram vuraraq onun protokolun verilmədiyini bildirmişdir. Əlavə olaraq etibarsız sayılmış imzaları ilə bağlı ona cədvəl şəkilində ətraflı məlumat verilməsini tələb etdiyində həmin sənədin də hazır olmadığını söylədilər. Əgər bu sənədlər hazır deyilsə o zaman Dairə iclasda hansı sənədlərə baxıb, araşdırıb və qərar qəbul edib. xx.xx.2024-cü il tarixində Dairənin növbəti qanunsuz qərarından MSK-ya şikayət ərizəsi verərək müraciət etdi. xx.xx.2024-cü ildə MSK-dan ona zəng gəldi və bir şəxs işin icrasının onda olduğu və işə ədalətli baxacaqlarını qeyd etdi. Araşdırma zamanı iştirakının təmin olunmasını xahiş etdi. xx.xx.2024-cü il tarixdə, saat 16:00-da iclas olacağını və onun da orda iştirak etmək hüququ olduğunu bildirdi. İclasa getdi və iştirak etdi. İclasda şikayətində qeyd olunan heç bir xüsus dilə gətirilmədi, tam əksinə dairənin qərarında göstərilən 65 etibarsız imza məsələsi biraz da qabardılaraq 113 imzaya qaldırıldı. Heç bir sübut təqdim etmədən bildirildi ki guya bu imzalar eyni şəxslər tərəfindən atılıb və s. Ekspertə və icraçıya etirazını bildirərək işə niyə belə ədalətsiz baxıldığını, niyə şikayətində qeyd etdiyi pozuntuların dilə gətirilmədiyi soruşdu. Əmlakla bağlı məsələyə niyə belə qeyri ciddi yanaşdıqlarını soruşduqda sakit durmağını tələb etdilər. Ona heç bir səbəb gətirilmədi və haqqımı tələb etdiyinə görə fiziki zor tətbiq edərək iclas zalından zorla çölə çıxartdılar. MSK-nın 28/129 saylı, xx.xx.2024-cü il tairxli qərarı ona xx.xx.2024-cü il tarixində poçt vasitəsi ilə təqdim edilmişdir. Bütün bu proseslər zamanı 1 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçrilən növbədənkənar seçkilər üzrə 46 saylı Sumqayıt-beşinci seçki dairəsi tərəfindən namizədliyinin qeydə alınmaması ilə bağlı müşahidə etdiyi ciddi qanun pozuntuları, qeyri-bərabər seçki mühitinin təşkil edilməsi, süni maneələr və qanunsuz hərəkətlərlə onun seçkidən kənarlaşdırılma, prosesin qanuna uyğun olaraq aparılmasına şərait yaradılmaması və protokolların surətlərinin seçki qanunvericiliyinə uyğun olaraq verilməməsi halları tərəfindən aşkar olunmuşdur. Qeyd olunan pozuntularla əlaqədar olaraq Dairə Seçki Komissiyasının (bundan sonra DSK) qərarlarından Azərbaycan Respublikası Mərkəzi Seçki Kommissiyasına (bundan sonra MSK) şikayət etmişdir. Azərbaycan Respublikası MSK-na etdiyi şikayətə xx.xx.2024-cü il tarixdə ünvanına məktub çatdırılmaqla cavab verilmişdir. Belə ki, qeyd olunan məktubda topladığı imzalardan 113-nün etibarsız olduğunu qeyd etmiş və əmlaka münasibətdə isə heç bir şey qeyd etməmişdir. Çox maraqlıdır ki, MSK etibarsız imza sayını 65-dən 113-ə hansı qayda əsasında qaldırmışdır. Araşdırmada onun iştirakını təmin etmədən hansı üsul və vasitələrlə bunu müəyyən etmişdir. İmzaların etibarsız hesab edilmə səbəbləri şifahi şəkildə Dairə tərəfindən fərqli şəkildə deyilmiş, MSK tərəfindən isə tamamilə fərqli səbəblər dilə gətirilmişdir. Nə dairə, nə də MSK tərəfindən imzaların etibarsız sayılması səbələri yazılı şəkildə ona təqdim edilməmişdir. Hansı imzalarının etibarsız sayılması haqqında xəbəri və məlumatı yoxdur. Əmlak məsələsinə heç toxunulmamışdır. Əgər MSK-nın araşdırmasının düzgün olduğunu düşünsək 28/129 saylı, xx.xx.2024-cü il tairxli qərarda etibarsız imza sayını çıxartmış və əmlak məsələsinə münasibətdə fikir bildirməmişdir. Bu halda Dairənin xx.xx.2024-cü il tarixli, 22/59 saylı qərarını nəyə əsasən qüvədə saxlaya bilər axı. MSK öz qərarı ilə dairənin qərarının yalnış olduğunu sübut edir, sonra da onu qüvvədə saxlayır. Cavabdehin iddia tələbinə dair yazılı etirazı daxil olmamışdır. İş materiallarında olan sənədlər: 46 saylı Sumqayıt beşinci seçki dairəsi Dairə Seçki Komissiyasının 1 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasında keçiriləcək Milli Məclisə növbədənkənar seçkilər zamanı namizədliyin irəli sürülməsinin təsdiq olunmasına dair xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, bitərəf İddiaçı namizədliyinin irəli sürülməsi təsdiq edilməsi, namizədə və ya səlahiyyətli nümayəndəsinə qərarın surəti və imza vərəqələri təqdim edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, Azərbaycan Respublikasında 01 sentyabr 2024-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkiləri ilə əlaqədar ekspert - mütəxəssis yoxlaması Azərbaycan Respublikası Seçki Məcəlləsi”nin 59-cu maddəsinə uyğun olaraq aparılır. 46 saylı Sumqayıt beşinci Dairə Seçki Komissiyasının 10/22 saylı 01 iyul 2024-cü il tarixli qərarına əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin rəyi 46 saylı Sumqayıt beşinci Dairə Seçki Komissiyasından Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərinə deputatlığa namizədliyi İbrahimov X1 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində fərdi sahibkar kimi (VÖEN: **********) geydiyyatdadır. Riskli vergi ödəviciləri siyahısında olması müəyyən edilməmişdir. Vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcu yoxdur. Fəaliyyəti aktivdir. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, 46 saylı Sumqayıt beşinci Dairə Seçki Komissiyasından Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərinə deputatlığa namizədliyi özü tərəfindən irəli sürülmüş İddiaçı təqdim etdiyi imza vərəqələrindəki 500 imzaların düzgünlüyünün yoxlanılması zamanı: vərəq 1-2-nin 9; 10; 11; 13; 14 sıralarında imzalara qoyulan tarixlərdə düzəliş olunub təsdiqlənməyib, 10 və 12-ci sıralarda təkrar imzalar, 33-cü sırada şəxsiyyət vəsiqəsinin nömrəsi oxunmur, 35-ci sırada şəxsiyyət vəsiqəsinin nömrəsi səhv, vərəq 3-4-də 2-ci sırada şəxsiyyət vəsiqəsinin nömrəsi düzgün deyil, 49-cu sırada imzaya qoyulan tarixdə düzəliş edilib təsdiqlənməyib, 16 və 17-ci sıralarda təkrar imzalar, vərəq 5-6-da 6; 15; 17; 19; 29; 39; 44 və 50-ci sıralarda şəxsiyyət vəsiqəsinin məlumatları düzgün deyil, vərəq 7-8-də 7-ci sırada şəxsiyyət vəsiqəsinin nömrəsi düzgün deyil, 33-cü sırada tarixdə edilmiş düzəliş təsdiqlənməyib, 46; 47; 48 sıralarda təkrar imzalar, vərəq 9- 10-da 3; 21; 27 imzalara qoyulmuş tarixlərdə düzəliş olunub təsdiqlənməyib, 10; 11-ci sıralarda səxşiyyət vəsiqəsinin məlumatları düzgün deyil, 19; 20; 21; 22; 23; 24-cü sıralarda qeyd olunan ərazi bizim dairə ərazisi deyil, 29-cu sırada şəxsiyyəti təsdiq edən sənədin vaxtı bitib, 50-ci sırada qoyulmuş imzanın tarixi yazılmayıb, vərəq 11-12-də 37-ci sırada şəxsiyyət vəsiqəsinin nömrəsi səhvdir, 40 və 49-cu sıralarda şəxsiyyətin verilmə tarixi səhvdir, vərəq 13-14-də 7;14;22;26-cı sıralarda imzalara qoyulmuş tarixlərdə düzəliş edilib təsdiqlənməyib, vərəq 15-16da 21; 30; 36; 50-ci sıralarda imzalara qoyulmuş tarixlərdə düzəliş olunub təsdiqlənməyib, vərəq 17-18-də 1 ;2;3;21;22;23;24;46 sıralarda imzalara qoyulmuş tarixlərdə düzəliş olunub təsdiqlənməyib, 10-cu sırada vətəndaşın soyadı düzgün deyil, 4 və 12-ci sıralarda eyni vətəndaşın adı qeyd olunub, 16-cı sırada şəxsiyyət vəsiqəsinin verilmə tarixi səhvdir, 40 və 44cü sıralarda şəxsiyyət vəsiqəsinin nömrəsi düzgün deyil, 50-ci sırada şəxsiyyət vəsiqəsinin verilmə tarixi oxunmur, vərəq 19-20-də 9; 26; 33; 38-ci sıralarda imzalara qoyulmuş tarixlərdə düzəliş olunub təsdiqlənmədiyi aşkar edilmişdir. 46 saylı Sumqayıt beşinci seçki dairəsi Dairə Seçki Komissiyasının 1 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasında keçiriləcək Milli Məclisə növbədənkənar seçkilər zamanı deputatlığa namizədliyin qeydə alınmasına dair xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi özü tərəfindən irəli sürülmüş İddiaçı deputatlığa namizədliyinin qeydə alınmasından imtina edilmişdir. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 avqust 2024-cü il tarixli 10 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı 2 avqust 2024-cü il tarixli 10 saylı müraciəti təmin edilmiş, 46 saylı Sumqayıt beşinci seçki dairəsi dairə seçki komissiyasının 1 avqust 2024-cü il tarixli, 20/50 saylı qərarı ləğv edilmiş, İddiaçı namizədliyinin qeydə alınıb-alınmaması məsələsinə həmin dairə seçki komissiyasında yenidən baxılması qərara alınmışdır. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərində namizədlərin qeydə alınması üçün təqdim etdikləri məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə 46 saylı Sumqayıt beşinci seçki dairəsinin dairə seçki komissiyasının nəzdində yaradılmış işçi qrupu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəyin surətindən görünür ki, təqdim olunmuş imza vərəqələrində: 1.1-2 saylı vərəqin 9;10;11; 13;14-cü sıralarında imzalara qoyulan tarixlərdə düzəliş olunub təsdiqlənməyib, 10 və 12-ci sıralarda təkrar imzalar, 33-cü sırada şəxsiyyət vəsiqəsinin nömrəsi oxunmur, 35-ci sırada şəxsiyyət vəsiqəsinin nömrəsi səhv qeyd olunub. 2. 3-4 saylı vərəqdə 2-ci sırada şəxsiyyət vəsiqəsinin nömrəsi düzgün deyil, 49- cu sırada imzaya qoyulan tarixdə düzəliş edilib təsdiqlənməyib,16 və 17-ci sıralarda təkrar imzalar qoyulub. 3. 5-6 saylı vərəqdə 6;15; 17; 19;29;39;44 və 50-ci sıralarda şəxsiyyət vəsiqəsinin məlumatları düzgün deyil. 4.7-8 saylı vərəqdə 7-ci sırada şəxsiyyət vəsiqəsinin nömrəsi düzgün deyil, 33- cü sırada imzalara qoyulmuş tarixdə edilən düzəliş təsdiqlənməyib, 46;47;48 sıralarda təkrar imzalar qoyulub. 5. 9- 10 saylı vərəqdə 3;21;27-ci sıralarda imzalara qoyulmuş tarixlərdə düzəliş olunub təsdiqlənməyib, 10;11-ci sıralarda səxşiyyət vəsiqəsinin məlumatları düzgün deyil, 19;20;21;22;23;24-cü sıralarda qeyd olunan ərazi 46 saylı Sumqayıt beşinci seçki dairəsinin ərazisi deyil, 29-cu sırada şəxsiyyəti təsdiq edən sənədin vaxtı bitib, 50-ci sırada qoyulmuş imzanın tarixi yazılmayıb. 6. 11-12 saylı vərəqdə 37-ci sırada şəxsiyyət vəsiqəsinin nömrəsi səhvdir, 40 və 49-cu sıralarda şəxsiyyətin verilmə tarixi səhvdir. 7.13-14 saylı vərəqdə 7;14;22;26-cı sıralarda imzalara qoyulmuş tarixlərdə düzəliş edilib təsdiqlənməyib. 8. 15-16 saylı vərəqdə 21 ;30;36;50-ci sıralarda imzalara qoyulmuş tarixlərdə düzəliş olunub təsdiqlənməyib. 9. 17-18 saylı vərəqdə 1;2;3;21;22;23;24;46-ci sıralarda imzalara qoyulmuş tarixlərdə düzəliş olunub təsdiqlənməyib, 10-cu sırada vətəndaşın soyadı düzgün deyil, 4 və 12ci sıralarda eyni vətəndaşın adı qeyd olunub, 16-cı sırada şəxsiyyət vəsiqəsinin verilmə tarixi səhvdir, 40 və 44-cü sıralarda şəxsiyyət vəsiqəsinin nömrəsi düzgün deyil, 50-ci sırada şəxsiyyət vəsiqəsinin verilmə tarixi oxunmur. 10.19-20 saylı vərəqdə 9;26;33;38-ci sıralarda imzalara qoyulmuş tarixlərdə düzəliş olunub təsdiqlənmədiyib. Namizədin təqdim etdiyi imza vərəqələrində etibarlı hesab edilmiş imzaların sayı 435, etibarsız hesab edilmiş imzaların sayı 65-dir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır. Seçki Məcəlləsinin göstərilən maddəsinə əsasən İddiaçı namizədliyinin qeydə alınması üçün imzaların sayı yetərli deyil. Beləliklə, namizəd İddiaçı ümumi birgə mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evi barədə məlumatı dairə seçki komissiyasına düzgün təqdim etməmişdir. Seçki Məcəlləsinin 58.3-ci maddəsinə görə, xüsusi mülkiyyət hüququ əsasında (o cümlədən, ümumi mülkiyyət hüququ əsasında) namizədə məxsus olan əmlak barədə məlumatlar həmin Məcəllənin 5 saylı Əlavəsinə uyğun formada təqdim edilir. Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə görə, namizəd həmin Məcəllənin 58-ci maddəsinə uyğun olaraq məlumatları düzgün təqdim etmədikdə onun namizəd kimi qeydə alınmasından imtina edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 57, 58, 59, 60, 147.1, 148.1-ci maddələrinə uyğun olaraq namizədin qeydə alınmasından imtina edilməsini təklif edir. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə 46 saylı Sumqayıt beşinci seçki dairəsi Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 46 saylı Sumqayıt beşinci seçki dairəsi üzrə deputatlığa namizədliyi özü tərəfindən irəli sürülmüş İddiaçı namizədliyinin qeydə alınmasından imtina edilmişdir. 1 sentyabr 2024-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 46 saylı Sumqayıt beşinci seçki dairəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş İddiaçı qeydə alınması üçün dairə seçki komissiyasına təqdim edilmiş imza vərəqələrindəki məlumatların düzgünlüyünün yoxlanılması barədə işçi qrup üzvlərinin 3/1 nömrəli, xx.xx.2024-cü il tarixli rəyin surətindən görünür ki, işçi qrupuna Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyi özü tərəfindən irəli sürülmüş İddiaçı namizədliyinin müdafiəsi üçün 500 ədəd imza təqdim olunmuşdur. Təqdim edilmiş 10 ədəd imza vərəqələrində 27 sayda şəxsiyyəti təsdiq edən sənədlərdəki məlumatlar müxtəlif səbəblərə görə düzgün deyildir. 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 46 saylı Sumqayıt beşinci seçki dairəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş İddiaçı qeydə alınması üçün dairə seçki komissiyasına təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə işçi qrup üzvlərinin 3/2 nömrəli, xx.xx.2024-cü il tarixli rəyin surətindən görünür ki,1.Təqdim olunmuş 10 ədəd imza vərəqələrində olan 500 ədəd imzadan “İmza və onun qoyulduğu tarix” qrafalarındakı yoxlanılmış 195 ədəd imzadan 140 ədəd imza 54 qrup olmaqla öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur. 2. Yoxlanılmış imza vərəqələrində əl yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar aşkar olunmadı. 3.Yoxlanılmış imza vərəqələrində bir imza istisna olmaqla təkrar imzalar aşkar olunmadı. 4. Yoxlanılmış imza vərəqələrində tam doldurulmamış sətirlərdə olan imzalar (və ya imza edilməyən) sətirlər aşkar olunmadı. 5. Yoxlanılmış imza vərəqələrində Seçki Məcəlləsinin tələbinə uyğun gəlməyən yazılar olan sıralar aşkar olunmadı.

6. Yoxlanılmış imza vərəqələrində imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyən və ya səlahiyyətli nümayəndənin imzası düzgün olmayan imza vərəqələri aşkar olunmadı. 1 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə namizədliyi özü tərəfindən irəli sürülmüş İddiaçı namizədliyinin qeydə alınması üçün özü tərəfindən təqdim edilmiş namizədin gəlirlərinin miqdarı və mənbələri, eləcə də mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak də Mərkəzi Seçki Komissiyasına təqdim olunmuş məlumatların yoxlanılmasına dair işçi qrup üzvlərinin xx.xx.2024-cü il tarixli rəyin surətindən görünür ki, Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd İddiaçı tərəfindən namizədin ilkin maliyyə hesabatı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1.6-cı maddəsinin tələbinə uyğun olaraq hazırlanıb müvafiq seçki komissiyasına təqdim edilmişdir; Milli Məclisə seçkilərdə deputatlığa özü tərəfindən irəli sürülmüş namizəd İddiaçı tərəfindən Seçki Məcəlləsinin 58.1.4-cü və 58.1.5-ci maddələrinin tələbinə uyğun olaraq gəlirlərinin miqdarı və mənbəyi, həmçinin mülkiyyət hüququ əsasında ona məxsus olan əmlak barədə sənədlər müvafiq seçki komissiyasına təqdim edilmişdir; Araşdırma zamanı namizədin gəlirlərinin miqdarı və mənbələri ilə bağiı təqdim edilmiş məlumatlarda kənarlaşma aşkar edilmədi. Lakin, namizəd İddiaçı həyat yoldaşı X5 məxsus ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil daşınmaz əmlakın dövlət milli qeydiyyat sistemində faktiki olaraq onun adına olduğu halda, bu barədə müvafiq seçki komissiyasına qeyd olunmamışdır. Beləliklə, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş sənsdlər qanunla müəyyən edilmiş tələblərə tam uyğun deyildir. Mərkəzi Seçki Komissiyasına 46 saylı Sumqayıt beşinci seçki dairəsi dairə seçki komissiyasının izahatından görünür ki, Azərbaycan Respublikasının Milli Məclisinə namizədliyi özü tərəfindən irəli sürülmüş İddiaçı namizədliyinin qeydə alınıb-alınmaması məsələsinə yenidən baxılması üçün 6 avqust 2024-cü il saat 09:10-da namizədlə telefon əlaqəsi yaradılaraq 6 avqust 2024-cü il saat 12:00-da iclasın keçiriləcəyi bildirilmişdir. Namizəd rayonda olmasını səbəb gətirərək iclasın 6 avqust 2024-cü il saat 14:00-da keçirilməsini xahiş etmişdir. Namizədin xahişi nəzərə alınmışdır. İclas təyin olunduğu saatdan gec, yəni 14:05-də başlamışdır. Namizəd iclas bitdikdən sonra iclas keçirilən zala daxil olmuş, onsuz iclasın keçirilməsinə etiraz etmişdir. Namizədə iclasa gec gəldiyi bildirilmiş və iclasın Qərarının surəti təqdim edilmişdir. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 avqust 2024-cü il tarixli 12 saylı müraciət üzrə xx.xx.2024-cü il tarixli rəyin surətindən görünür ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı 7 avqust 2024-cü il tarixli 12 saylı müraciəti əsassız olduğundan təmin edilməmiş, 46 saylı Sumqayıt beşinci seçki dairəsi dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 22/59 saylı Qərarı dəyişdirilmədən saxlanılmışdır. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 avqust 2024-cü il tarixli 12 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İddiaçı 7 avqust 2024-cü il tarixli 12 saylı müraciəti əsassız olduğundan təmin edilməmiş, 46 saylı Sumqayıt beşinci seçki dairəsi dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 22/59 saylı Qərarı dəyişdirilmədən saxlanılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia ərizəsini müdafiə edərək, öz izahatında iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, izahat verərək, öz izahatında bildirmişdir ki, iddiaçı onun namizədliyinin qeydə alınmasından imtina barədə müvafiq dairə seçki komissiyasının qərarından Mərkəzi Seçki Komissiyasına şikayət etmiş, Komissiya tərəfindən araşdırma aparılarkən iddiaçının müvafiq dairə seçki komissiyasına təqdim etdiyi imza vərəqələri və digər sənədlər üzrə icraat və yoxlama aparılmış, ekspert qrupunun üzvü kimi tərəfimizdən müvafiq işçi qrupuna sorğu verilmiş, imza vərəqələrində olan məlumatların yoxlanılması üçün onlar qarşısında vəsatət qaldırılmışdır, işçi qrup tərəfindən imza vərəqələrindəki məlumatların düzgünlüyü yoxlanılarkən tərtib olunmuş rəy və işçi qrupunun rəhbəri tərəfindən imzalanan protokola əsasən icraata təqdim olunmuş sənədlərdə şəxsin təqdim etdiyi imzalarla bağlı yoxlama aparılmış, etibarsız hesab edilən imzaların sayı iddiaçının namizəd kimi qeydə alınmasına imkan verməmişdir, bu səbəbdən iddiaçının namizədliyinin qeydə alınmasından imtina edilmişdir, MSK-da imza vərəqələri və digər sənədlər üzrə aparılan icraat müvafiq dairə seçki komissiyasında aparılan icraatdan asılı deyildir, iddiaçının namizədliyinin qeydə alınmasından imtina olunmasının yeganə əsasının təqdim etdiyi seçici imzalarından 113 ədəd seçici imzası etibarsız hesab edildiyindən, tələb olunan həddə seçici imzası toplanılmaması ilə bağlı olmuşdur, müvafiq dairə seçki komissiyasının qərarından verilmiş şikayət üzrə inzibati icraatın qanunla müəyyən edilmiş qaydada aparılmışdır, bu barədə iddiaçıya məlumat verilmişdir, birinci halda verilmiş şikayəti əsaslı olmuşdur, yenidən baxılması üçün göndərilməsi qərara alınmış, ikinci halda verildiyi şikayət üzrə inzibati icraat aparılaraq, namizədliyin qeydə alınmasından imtina olunması barədə qərar qüvvədə saxlanılmış, müvafiq dairə seçki komissiyası tərəfindən təqdim edilmiş imzalardan 65 imza etibarsız sayılsa da, həmin icraat zamanı ekspert və ekspertlərin daxil olduğu işçi qrupu tərəfindən yoxlama aparılmadığından, şikayət üzrə icraat zaman tərəflərindən həmin halın müvafiq ekspertlər tərəfindən yoxlanılması zərurəti yaranmışdır, bu səbəbdən həmin hal ekspertlər və ekspertlərin daxil olduğu işçi qrupu tərəfindən yenidən yoxlanılmışdır, həmin ekspertlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin ekspertləri olmuşdur, müvafiq dairə seçki komissiyası tərəfindən həmin qaydada yoxlama aparılsa idi, bu zərurət olmayacaq idi, iddiaçının əmlakla bağlı qeydin əks olunması hissəsində şikayəti əsaslı hesab edildiyindən, qəbul edilmiş qərarda ona münasibət bildirilməmiş, namizədliyin qeydə alınmasından imtina üçün həmin hal əsas götürülməmişdir, yalnız seçici imzalarının etibarsız hesab edildiyindən, tələb olunan həddə seçici imzası olmaması halı əsas götürülmüşdür, imza nümunələri məhz bu sahədə xüsusi biliyə malik olan xətşünas ekspertləri tərəfindən müvafiq qaydada yoxlanılır, onun nəticəsinə uyğun rəy tərtib edilir, ekspertlər tərəfindən yoxlamanın nəticəsinə uyğun olaraq 113 imza etibarsız hesab edilib, bu hala istinad edilməklə, qərar qəbul edilmişdir.. Hesab edirik ki, MSK-nın qərarı qanunvericiliyin tələblərinə uyğundur və şikayət təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. ... Maddə 26. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 56. İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. ... Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Seçki Məcəlləsi Maddə 3. İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır. Maddə 53. Namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülməsi 53.1. Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. 53.2. Namizəd və ya namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü barədə müvafiq seçki komissiyasına yazılı bildiriş verir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti, bundan başqa, irəli sürülən namizədin əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü) göstərilməlidir. ... 53.6. Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur. 53.7. Namizədin irəli sürülməsinin təsdiq olunmasından imtina edilməsi üçün əsas yalnız bu Məcəllənin 53.2 və 53.3-cü maddələrində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədlərin irəli sürülməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası bu Məcəllənin 53.6-cı maddəsində göstərilən müddətdə namizədi bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsini təsdiqləyir. Maddə 55. Namizədlərin irəli sürülməsi zamanı onların bərabər statusunun təmin edilməsi 55.1. Bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. ... Maddə 56. Namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması şərtləri 56.1. Seçicilərin təşəbbüs qruplarının irəli sürdükləri və ya öz təşəbbüsləri ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 53.6-cı maddəsində göstərilən qərarın qəbul edildiyi gündən başlanır. Siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülmüş namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 54.9-cu maddəsində göstərilən qərarın qəbul edilməsi günündən başlanır. 56.2. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin imzaları toplanmalıdır. 56.3. Hər bir imza vərəqəsində namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri və ya tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), yaşadığı yerin ünvanı, irəli sürüldüyü seçki dairəsinin adı (sıra nömrəsi) göstərilməlidir. Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, imza vərəqəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsi ilə məhkum olunduğu, həmin maddənin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. ... Maddə 57. Namizədin müdafiəsi üçün seçici imzalarının toplanması qaydası 57.1. Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağana əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydiyyatından, qeydə alınmış namizədlərin qeydiyyatından imtina üçün əsas ola bilər. ... 57.4. Seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir. ... 57.7. İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini göstərir. ... 57.10. Namizədin irəli sürülməsinin təşəbbüsçüləri, namizədin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzalarının sayını hesablayır, seçici imzalarının toplanması nəticələri haqqında protokolu tərtib edir və imzalayırlar. 57.11. Müvafiq seçki komissiyalarına təqdim edilən imza vərəqələri nömrələnməli və qovluq formasında səhifələnməlidir. ... Maddə 58. Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi 58.1. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir: 58.1.1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri; ... 58.4. Seçki komissiyaları seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini və vaxtını qeyd edərək, namizədə və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə qəbul edilmiş imza vərəqələrinin sayını, oradakı imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir. Həmin şəxslər tərəfindən müvafiq seçki komissiyasına müvafiq sənədlər bu Məcəllənin 58.1 və 58.2-ci maddələrində göstərilmiş müddət başa çatanadək təqdim edildikdə, onların qəbul edilməsindən imtina edilə bilməz, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin müvafiq binaya (otağa) daxil olmasına məhdudiyyət qoyula bilməz. ... Maddə 59. İmza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün seçki komissiyaları tərəfindən yoxlanılması 59.1. Müvafiq seçki komissiyası bu Məcəllə ilə müəyyənləşdirilmiş sənədlərdə, hər bir namizədin imza vərəqələrində olan məlumatların düzgünlüyünü və namizədlərin irəli sürülməsi prosedurunun bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq seçki komissiyasının namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin bu Məcəlləyə uyğun olaraq təqdim etdikləri tərcümeyi-hala aid məlumatların və namizəd haqqında digər məlumatların düzgünlüyünü yoxlayır. 59.2. Müvafiq seçki komissiyası bu Məcəlləyə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədi ilə müvafiq orqanlara müraciət edə bilər. Həmin orqanlar seçki komissiyasının müəyyənləşdirdiyi müddətdə, lakin səsvermə gününə 40 gündən az vaxt qalmışsa, 1 gün müddətində yoxlamanın nəticələri barədə seçki komissiyasına məlumat verməlidir. Müvafiq seçki komissiyası öz qərarı ilə mza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Həmin işçi qruplarına bu qrupu yaradan seçki komissiyasının üzvü sədrlik etməlidir. Belə yoxlamaya Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi məbləğdə haqq ödənilməklə ekspertlər, müvafiq orqanların mütəxəssisləri sırasından ekspertlər, habelə əhalinin qeydiyyatını həyata keçirən xüsusiləşdirilmiş orqan və təşkilatların mütəxəssisləri cəlb edilə bilər. Onların rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir. Seçki komissiyaları imza vərəqələrində olan məlumatların düzgünlüyünü müəyyənləşdirmək üçün seçici siyahılarından və vətəndaşların qeydiyyat sistemindən istifadə edə bilərlər. 59.3. İmza vərəqələri yoxlanılarkən müvafiq seçki komissiyasında namizədlər, onların səlahiyyətli nümayəndələri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Müvafiq seçki komissiyası imza vərəqələrinin yoxlanılması haqqında göstərilən şəxslərə qabaqcadan məlumat verməlidir. Seçki komissiyası namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun göndərdiyi şəxsin həmin tədbirlərdə iştirakına etiraz edə və ya maneçilik törədə bilməz. Bu Məcəllənin 59.4-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, imza vərəqələrində olan bütün imzalar yoxlanılmalıdır. 59.4. İmzaların yoxlanılması o vaxt dayandırılır ki, düzgün imzaların sayı namizədin qeydə alınmasına əsas verir və ya qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət olmur. Yoxlamanın nəticələrinə görə seçici imzalarının düzgünlüyü və ya qeyridüzgünlüyü təsdiqlənməlidir. 59.5. İmza vərəqələri müvafiq seçki komissiyasına təqdim edilənədək namizədi irəli sürənlərin imza vərəqələrində pozduqları imzalar o şərtlə yoxlanılmır və nəzərə alınmır ki, imza toplayanlar tərəfindən vərəqələrdə bu pozulmalar haqqında müvafiq qeydlər aparılsın. ... 59.7. Bu Məcəllənin 59.6-cı maddəsində göstərilənlə yanaşı, aşağıdakılar qeyridüzgün imzalar hesab edilir: 59.7.1. müvafiq icra hakimiyyəti orqanının arayışı yaxud bu Məcəllənin 59.2-ci maddəsinə uyğun olaraq seçki komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərən seçicilərin imzaları; 59.7.2. namizəd irəli sürülməsi haqqında müvafiq seçki komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə daxil edilmiş seçici imzaları; 59.7.3. bu Məcəllənin 57.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar etibarsız sayılmış imzalar; 59.7.4. müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzalar; 59.7.5. imza vərəqəsinə əl yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar. ... 59.8. İmza vərəqələrində seçici imzalarının qoyulması tarixində düzəliş edildikdə, bu imzalar o şərtlə düzgün sayılır ki, imza vərəqəsini təsdiq edən şəxslər həmin düzəlişləri təsdiqləmiş olsunlar. 59.9. İmza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyri düzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır. 59.10. Bu Məcəllənin 59.7 - 59.9-cu maddələrində göstərilən hallar istisna olmaqla, imza vərəqələrində bu Məcəllənin tələblərinə uyğun gəlməyən yazı sırası aşkar edildikdə, yalnız bu sırada olan imza etibarsız sayılır. 59.11. Bu Məcəllənin 59.6 - 59.10-cu maddələrinə əsasən imzanın etibarsızlığı müəyyənləşdirilməyibsə, imzaların düzgünlüyü və ya imzaların sayının hesablanmasının düzgünlüyü yoxlanılarkən imza vərəqələrində müəyyənləşdirilmiş qaydada edilən düzəliş və qeydlər imzaların etibarsız sayılması üçün əsas götürülə bilməz. 59.12. Bu Məcəllənin 59.6 - 59.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır. 59.13. Hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması nəticələri haqqında işçi qrupunun rəhbəri, müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün seçki komissiyasına təqdim edilir. Protokolda seçicilərin yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd olunmaqla etibarsız sayılmış imzaların sayı göstərilir. Protokol seçki komissiyasının müvafiq qərarına qoşulur. Protokolun surəti namizədin qeydə alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir. İmzalar yoxlanılarkən lazımi sayda seçici imzalarının olmadığı aşkar edildikdə namizəd, habelə siyasi partiya, siyasi partiyaların bloku işçi qrupunun rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə yanaşı, seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir. ... Maddə 60. Namizədin qeydə alınması 60.1. Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıbalınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Siyasi partiyanın, siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda müvafiq seçki komissiyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir. 60.2. Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir. İmtina üçün aşağıdakılar əsas ola bilər: 60.2.1. imzaların toplanması zamanı bu Məcəllənin 57.1-ci maddəsinin tələblərinin pozulması; 60.2.2. bu Məcəllənin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması; 60.2.3. namizədlərin, siyasi partiyanın, siyasi partiyalar bloklarını bu Məcəllənin 57-ci və 58-ci maddələrinə uyğun təqdim etdikləri məlumatların düzgün olmaması (siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülən namizədlərə bu əsas o vaxt tətbiq edilə bilər ki, göstərilən düzgün olmayan məlumatlar namizədin təqsirindən buraxılsın.); 60.2.4. namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması; ... Maddə 147. Milli Məclisə seçkilər zamanı birmandatlı seçki dairəsi üzrə irəli sürülən namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması 147.1. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. ... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 130. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli Sərəncamı Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləriin izahatını, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, hazırki iş üzrə mübahisə predmetini iddiaçının namizədliyinin qeydə alınmasından imtina olunması ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş müvafiq qərarın ləğv edilməsi və namizədliyin qeydə alınması ilə bağlı tələb təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının namizədliyinin qeydə alınmasından imtina olunmuş və imtina əsası kimi iddiaçı tərəfindən toplanmış 500 seçici imzasının 113 imza nümunəsi müxtəlif əsaslarla etibarsız sayıldığından qanunla tələb olunan həddə (azı 450) seçici imzasının toplanması tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən seçki haqqında qanunvericiliyin tələbinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Həmçinin, qeyd olunan qanunvericilik normasının tələbinə əsasən namizədliyin qeydə alınması üçün tələb olunan sənədlərdən biri də irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri təşkil edir. Bundan əlavə, müvafiq seçki komissiyası tərəfindən həmin imza vərəqələrində olan məlumatların düzgünlüyü qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılır. Eyni zamanda seçki haqqında qanunvericilikdə imza vərəqlərində əks olunmuş imzaların hansı halda qeyri-düzgün imza hesab olunması halları dəqiq və imperativ şəkildə müəyyən edilmişdir. İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçı tərəfindən təqdim edilmiş imza vərəqələri əks olunmuş məlumatların düzgünlüyü barədə yoxlama aparılmış, həmin yoxlamanın nəticəsinə uyğun olaraq 500 seçici imzasından 195 imza yoxlanılmış, həmin imzalardan 140 ədəd imza 54 qrup olmaqla eyni şəxslər tərəfindən icra edildiyindən 86 seçici imzası qeyridüzgün, o ümlədən 500 ədəd imzadan şəxsiyyəti təsdiq edən sənədlərdəki məlumatlar qeyridüzgün olduğundan 26, seçki hüququ olmayan (18 yaşına çatmamış vətəndaş tərəfindən qoyulan imza) şəxsin imzası olduğuna görə 1 ədəd imza qeyri-düzgün imza hesab edilmiş,bununla da ümumilikdə 113 ədəd imza etibarsız hesab edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş inzibati icraatın materialları tədqiq edilmiş və iddiaçı tərəfindən təqdim edilmiş imza vərəqələrində əks olunan imzaların qeyri-düzgün hesab edilməsi halı məhz aparılmış inzibati icraatın nəticəsi olaraq müəyyən edildiyi aşkar edilmişdir. Belə ki, tədqiq edilmiş inzibati icraat materallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində inzibati icraat aparılmış, ona dair qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə sənədlər (protokol, qərar və s.) tərtib edilmiş, iddiaçı həmin sənədlərlə tanış olmuşdur. Bu hal özlüyündə iddiaçının iddia tələbinin əsası kimi həmin hallarla bağlı hissədə istinad etdiyi halları təkzib edir. Bundan əlavə, inzibati icraatın materiallarından görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş imza vərəqələrində əks olunmuş imzaların düzgünlüyü məhz müvafiq ekspertlər və ekspertlərin daxil olduğu müvafiq işçi qrupu tərəfindən tədqiqat aparılmaqla və aparılmış tədqiqatın nəticəsinə dair rəy tərtib edilməklə müəyyən edilmişdir. Başqa sözlə desək, həmin halın müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan məhz xətşünas ekspertlər tərəfindən aparılmış tədqiqatın nəticəsi olaraq (bu barədə rəy tərtib edilmişdir) müəyyən edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, müvafiq ekspert rəyini tərtib edən ekspertlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları olduğundan, cavabdeh inzibati orqanın özünün təqdim etdiyi ekspertlər olmadığından, həmin rəy qeyd edilən halın müəyyən edilməsi üçün mötəbər sübut qismində çıxış edir. İddiaçı tərəfindən isə həmin halları təkzib edən və ya ekspert rəyinin mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş imza vərəqələrindən 86 seçici imzası eyni şəxs tərəfindən icra edilməsi halı məhz aparılmış müvafiq ekspertizanın nəticəsi olaraq müvafiq ekspert və ekspertlərin daxil olduğu işçi qrupu tərəfindən tərtib edilmiş rəy əsasında müəyyən edildiyindən, indiki halda isə iddiaçı tərəfindən həmin halı təkzib edən heç bir dəlilə istinad edilmədiyindən, habelə məhkəmə araşdırması zamanı da bu halları təkzib edən və ya mötəbərliyini şübhə altına alan heç bir hal müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın bununla bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Nəticə etibarilə iddiaçı tərəfindən təqdim edilmiş 500 seçici imzasından 86 ədəd seçici imzası eyni şəxslər tərəfindən icra edilməsi əsası ilə etibarsız hesab edildiyindən, iddiaçıya münasibətdə namizədliyin qeydə alınması üçün qanunla tələb olunan azı 450 seçici imzası ilə bağlı şərtin ödənilməsi təmin edilməmişdir. Bu hal isə özlüyündə namizədliyin qeydə alınmasından imtina üçün müstəqil əsas kimi çıxış etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə namizədliyin qeydə alınmasından imtina etməsi ilə bağlı hərəkətləri qanuni və əsaslı olmuş, onun tərəfindən seçki haqqında qanunvericiliyin hər hansı norma və tələblərinin pozulması halı müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi Seçki Məcəlləsinin 60.4-cü maddəsinə istinad edərək, həmin yol verilmiş pozuntuların aradan qaldırılmasının mümkün olduğunu və buna şərait yaradılmaması halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən normanın tələbinə əsasən yol verilmiş səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi 24 saat müddətində bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədi qeydə alır. İndiki halda isə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş 500 ədəd seçici imzasından 86 seçici imzası ilə bağlı yol verilmiş pozuntu aradan qaldırılması mümkün olmayan xarakterli pozuntu kimi çıxış etmişdir. Belə ki, həmin imzaların etibarsız hesab edilməsinə əsas olan hal 86 ədəd seçici imzasının məhz eyni şəxslər tərəfindən icra edilməsi halı olmuşdur (bu hal ekspert rəyi əsasında müəyyən edilmişdir). Bununun nəticəsində iddiaçıya münasibətdə qanunla tələb olunan azı 450 seçici imzasının toplanması halı mümkün olmadığından, digər əsasların yoxanılması zərurəti də aradan qalxmış olur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi həmin hala istinad edilməsi əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi müvafiq dairə seçki komissiyası tərəfindən təqdim edilmiş qərarın məzmununda texniki yanlışlığa yol verildiyini, onunla bağlı əmlaka aid mətnin müvafiq qərara daxil edildiyini, cavabdeh tərəfindən isə həmin hala münasibət bildirilməməsi halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı həmin hissədə cavabdeh inzibati orqan tərəfindən iddiaçının dəlilləri əsaslı hesab edildiyindən, namizədliyin qeydə alınmasından imtina əsası kimi həmin hala istinad edilmədiyi, bu səbəbdən də həmin hissəyə münasibət bildirilmədiyi müəyyən edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə də iddiaçının dəlilləri əsassız olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən seçki haqqında qanunvericiiyin norma və tələblərinin pozulması halı müəyyən edilmədiyindən,habelə cavabdehin iddiaçıya münasibətdə qəbul etdiyi qərarı qanuni və əsaslı olduğundan, iddiaçının iddia tələbi əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, hazırki inzibati iş üzrə iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 28/129 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğvi və namizədliyinin qeydə alınması ilə bağlı Mərkəzi Seçki Komissiyasının üzərinə öhdəlik qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) şikayət verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar