Məhkəmə qərarları › İş №2-3(105)-4/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(105)-4/2025

14.02.2025 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-3(105)-4/2025 14.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədlrik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçılar X1 və İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı 29 yanvar 2025-ci il tarixdə keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 32 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9/51 saylı qərarının ləğv edilməsi və 19 saylı, 24 saylı, 52 saylı və 53 saylı seçki məntəqələrinin seçki bülletenlərinin iddiaçıların iştirakı ilə yenidən sayılması və ya seçkinin nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işin materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ İddiaçılar X2 və İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək 29 yanvar 2025-ci il tarixdə keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 32 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9/51 saylı qərarının ləğv edilməsi və 19 saylı, 24 saylı, 52 saylı və 53 saylı seçki məntəqələrinin seçki bülletenlərinin iddiaçıların iştirakı ilə yenidən sayılması və ya seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(105)-3/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbi ayrıca icraata ayrılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı ərizə verərək hazırki işin X1 iddia ərizəsi üzrə 2-3(105)-3/2025 nömrəli inzibati işə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki 2-3(105)-4/2025 nömrəli inzibati iş 2- 3(105)-3/2025 nömrəli inzibati işə birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Həmin Məcəllənin 56.3-cü maddəsinə görə məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar X1 və İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı 29 yanvar 2025-ci il tarixdə keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 32 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9/51 saylı qərarının ləğv edilməsi və 19 saylı, 24 saylı, 52 saylı və 53 saylı seçki məntəqələrinin seçki bülletenlərinin iddiaçıların iştirakı ilə yenidən sayılması və ya seçkinin nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası üzrə 2-3(105)-4/25 saylı inzibati iş 2-3(105)-3/25 saylı inzibati işlə bir iddiada birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar