Məhkəmə qərarları › İş №2-3(105)-7/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(105)-7/2024

13.09.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-3(105)-7/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası, Cavabdeh1nə və digərlərinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası, Cavabdeh1nə və digərlərinə qarşı Cavabdeh1 bütün məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, Cavabdeh1 hərəkət və hərəkətsiz qalmamaqla dərhal barələrində tədbir görülmək və seçkilərinin nəticələrini ləğv etmək öhdəliyininin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması, onda olan və Mərkəzi Seçki Komissiyasında 11 məntəqəsindəki veb kameralı video faktların X6 bütün məntəqələrində səsvermənin nəticələrini etibarsız hesab edilməsi və ləğv etmək öhdəliyinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması, şəxsən iştirak edən seçicilərə vurulmuş maddi və mənəvi ziyanlara və hörmətsizliyə görə ********** manatın onun seçki hesabına ödənilməsi öhdəliyininin X9 Komissiyasının və Mərkəzi Seçki Komissiyasının və Yeni Azərbaycan Partiyasının və İcra Hakimiyyətinin üzərinə qoyulması, 20953 seçici iştirak etmədiyi halda saxtakarcasına adından imza olunaraq, total saxtakarlığla, xəbərləri olmadan yerlərinə səs verildiyinə görə cinayət törədildiyi üçün həmin seçicilərin adına saylar göndərilmiş bülletenleri bilərəkdən korladıqları və s hallara görə həmin seçicilərə vurulmuş mənəvi ziyanlar üçün ********** onun seçki hesabına ödənilməsi öhdəliyinin X9 Komissiyasının və Mərkəzi Seçki Komissiyasının və Yeni Azərbaycan Partiyasının və İcra Hakimiyyətinin üzərinə qoyulması, ona vurduqları maddi və mənəvi və imicimə vurduqları ziyanlara görə ********** onun seçki hesabına ödənilməsi öhdəliyinin X9 Komissiyasının və Mərkəzi Seçki Komissiyasının və Yeni Azərbaycan Partiyasının və İcra Hakimiyyətinin üzərinə qoyulması, bilərəkdən say artıqlı yaradan Millət Vəkilliyinə Namizədlər və saxtakarcasına seçki keçirilməsini bildikləri halda hərəkət və hərəkətsiz qaldıqları üçün barələrində intizam tənbehi qoyulmaqla və Azərbaycan Beynəlxalq Bank tərəfindən üzərlərinə mənfi SWOT qoyulması, Azərbaycan Beynəlxalq Bank tərəfindən onun tələb etdiyi, iddia etdiyi vurulmuş madddi və mənəvi ziyan məbləğlərinə görə maraqlı şəxs olmaq öhdəliyini və onun üçün seçkilərin araşdırılmasına saxta keçirilməsini sübutların təqdim etmək ödəliyini və onun seçki hesabına müsbət SWOT qoyulması, Quba Rayon İcra Hakimiyyətinin qismən icra nümayəndələri tərəfindən əhalinin seçkilərə gəlməmək şəraitini bilərəkdən yaratdığına və özləri seçicilərin adına sayla gələn bülletenleri korladıqlarına və Dairə DSK ilə əlbir və əslində digər üçüncü şəxslərin kim olduğunu bilmədən əlbir olduqlarına gorə barələrində tədbir görülməsi, əsl seçici sayını məhkəməyə təqdim etmə öhdəliyinin Daxili İşlər Nazirliyinin və Quba Rayon Polisinin üzərinə öhdəlik qoyulması, saxtakarcasına guya 4987 seçicin səs vermədiyi halda sübutlara baxaraq və onda olan sübut və video faktlara əsasən 1 sentyabr 2024cü il X6 nəticəsi ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 1 sentyabr 2024-ci il tarixdə Millət Vəkilliyi üçün keçirilən seçkilərə X6 69 məntəqəsi üzrə gizli səs verməyə ümumi cəmi 3500 seçici şəxsən iştirak edərək səs vermişdir. X8 Komissiyasının elektron informasiya səhifəsində iddia edir ki, ilkin mərhələdə yəni 1 sentyabr 2024-cü il tarixdə, saat 19:30-a olan məlumata əsasən güya 17366 seçici və son məlumatlara əsasən güya 20953 seçicinin guya iştirak etməsi ilə səs verməsi barəsində X5 Komissiyasında seçicilərin səs vermədikləri halda olduğunu bildirilməsi və elan etməsi, qeyd etməsi əsassızdır, etibarsızdır, saxtadır, qanunsuzdur və qayda və tələblərin və qanunların açığ aşkar bilərəkdən pozulması deməkdir. Quba DSK-nın 69 məntəqəsi üzrə 1 sentyabr 2024-cü il seçkiləri günü 50826 seçicidən güya 20953 seçicinin şəxsən iştirak etmədiyi halda qeyd olunması və iddia olunması, şikayət və iddia tələblərinə baxmayaraq və hələdə özlərinin əlində olan sübutlara baxaraq dərhal ləğv etməmələri qanun pozuntusudur. Dəfələrlə pozulmuş cinayət məsuliyyəti olduğu kimi hərəkət və hərəkətsizlikdir. Ad soyad və təvəllüdlərində qismən 2 faiz texniki səhfliklərlə ümumi Quba DSK-nin 69 məntəqəsi üzrə MSK-nın iddiasına əsasən 50826 seçici sayı var. Bu seçicilər MSK tərəfindən elektron çapa verilmiş seçici siyahıları var və seçici sayına görə 50826 namizədlərin adları ilə qeyd olunmuş seçici bülletenləri var. 2 sentyabr 2024-cü il tarixdə dərhal səs vermədikləri halda ses verdikləri kimi göstərilmiş və gəlməyən seçicilərin adından imza olunarağ protokollaşdırılmışdır. Sənədlər araşdırılmalı və əhali arasında sorğu keçirilməli və elə ən çox seçici sayına təyin olunmuş 11 məntəqə üzrə veb kameralara və digər sübut sənədlərə baxılarağ dərhal, daha da gec olmadan saxta seçkilərin nəticələri ləğv olunmalıdır. Mərkəzi Seçki Komissiyasının eyni sədri və tərkibinin və X6 sədri və sair ibarət tərkibli komissiya olaraq Qubanın 69 məntəqəsinə nəzarət etməsi ilə 9 fevral 2020-cü ildə olduğu kimi 1 sentyabr 2024-ci il seçkiləridə qanunsuz əsassız, böyük saxtakarlığla keçirilmişdir və hələdə nəticələrini ləğv etməməklə təkrar təkrar cinayəti ört basdır etməklə qanunvericiliyin bütün tələbləri ilə məsuliyyət daşıyırlar. Qutuya bilərəkdən saxta total bületen atması ilə və bunun sayəsində MSK tərəfindən göndərilən elektron çapa verilmiş seçici siyahılarının, seçici özü şəxsən olmadan, yəni ses vermədən adından doldurulması və adından imza olunması ilə seçki keçirilməsi və ilə baş tutması guman olunaraq keçirilən seçkilər əsassızdır və saxta total qutuya bülletenlərlə saxta extpolla və dairənin iddiasına əsasən sifarişli rəqəmlərlə keçirilən seçki əsassızdır və etibarsızdır. 9 fevral 2020-ci ildə olduğu kimi 1 sentyabr 2024-cü ildə seçkilərin səhəri günü 2 sentyabr dərhal müddəti gözləməklə həm yazılı və şifahi baş verən qanun pozuntuları barəsində şikayət ünvanlamış və iddia irəli sürmüşə və həmin saxtalaşdırılan seçici siyahılarına ekspert keçirilməsini xahiş etsə də Quba DSK tərəfindən hələdə möhürlənmədiyini bildirərək ekspert keçirilməsinə icazə verilməmişdir. X6 illərdir eyni saxtakarlığı ilə seçki keçirən həmin sədr və katibləri şəxsən imza edərək 2 sentyabr 2024-cü il ərizənin əslini qəbul etmiş və sürətini MSK-ya və Konstitusiya Məhkəməsinə də şəxsən və elektron mail ünvanlarına şikayət və iddia tələblərini ünvanlamışdır. 2020-ci ildəki kimi 2024-cü ildə nə DSK, nə də MSK tərəfindən hələdə seçkinin səhəri günü etdiyi şikayətinə və iddia tələbinə cavab verilməmişdir. İnzibati Prosessual müddətin ötməməsi üçün və DSK və MSK ilə ərizələrinə niyə cavab vermədiklərini qaynar xətlərinə zəng edərək dəfələrlə maraqlandı və həm Mərkəzi Seçki Komissiyası MSK və həmdə Quba DSK şikayətinə qaynar xətlə və iddia tələbinə 9 sentyabr 2024- cü ildə cavab verməyəcəklərini bildirdilər. Prosessual müddəti gözləməklə baş verən qanun pozuntuları barəsində məhkəməyə müraciət etməyi qərara aldı. Açıq aşkar göründüyü kimi onlar vaxtında verdiyi şikayət və iddia tələblərə 2020-ci ildəki kimi 2024-cü ildə müddəti özləri ötürməyə çalışmaq istəsələrdə və əsaslı olaraq və prosessual müddəti ötürmədiyi üçün məhkəməyə şikayət verə və iddia tələbini davam etdirə bilər. Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci yarım bəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Seçki Məcəlləsinin 112-1.14.1-ci maddəsinə və müvafiq Təlimatın 7.10.2-ci yarım bəndinə əsasən şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır. MSK-nın və Quba DSK-nın şikayətinə və iddia tələbinə cavab verməyəcəklərini bildirməsi bir daha pozulmuş qanun pozuntularıdır, hərəkət və hərəkətsizlikdir. Quba DSK və MSK yetərincə özlərinində sübut və faktları olduğu halda ən çox seçici sayı olan 11 məntəqəsində veb video kamera olduğu halda, seçkilərin ləğv olunması üçün yetərincə əllərində sübutları və video və faktları və əsasları olduğu halda hələdə ləğv edilməməsi ilə və Qubanın 69 məntəqəsində olmadığı halda 20355 seçici qeyd etməsi ilə əsas cavabdehlik daşıyır və əməlləri inzibati və cinayət məsuliyyəti yaradan və buna hələdə davam edən hərəkət və hərəkətsizlikdir. Qubanın 59 saylı DSK-na tabe olan 69 məntəqəsindən 11 məntəqəsinə təyin olunan veb kamera 5 saylı Alpan kənd seçki məntəqəsində 1173 seçici səs verə biləcəyi halda guya 495 səs verməsi,16 saylı Dağlı kənd seçki məntəqəsində 1406 seçici səs verə biləcəyi halda guya 538 səs verməsi və 22 saylı Qəçrəş kənd seçki məntəqəsində 757 seçici səs verə biləcəyi halda guya 290 seçicinin səs verməsi və 28 saylı Quba şəhər seçki məntəqəsininin, yəni Quba DSKnın ərazisində qeydiyyatda olub və yaşayanların 1106 seçicisi səs verməli olduğu halda guya 430 seçicinin səs verməsi və 31 saylı Quba şəhər məntəqəsinin 1304 seçici səs verməli olduğu halda guya 510 seçicinin ses verməsi və 32 saylı Quba şəhər məntəqəsində 1177 seşici səs verməli olduğu halda guya 455 seçici səs verməsi və 33 saylı Quba şəhər məntəqəsində 1051 seçici səs verməli olduğu halda guya 410 seçicinin səs verməsi və 35 saylı Quba şəhər məntəqəsində 1467 seçicinin səs verməli olduğu halda guya 570 seçicinin səs verməsi və 36 saylı Quba şəhər məntəqəsində 1323 seçici səs verməli olduğu halda guya 524 seçici səs verməsi və 37 saylı Quba şəhər seçki məntəqəsində 1444 seçici səs verməli olduğu halda guya 270 seçicinin səs verməsi və 63 sayİı Vəlvələ kənd məntəqəsində 1268 seçicinin səs verməli olduğu halda guya 495 seçicinin guya səs verməsinin qeyd olunması çox ciddi qanun pozuntusu olmağla və seçki nəticələrinin necə əsassız olması ilə və veb kameralara və sübutlara baxaraq hələdə ləğv olunmaması bir daha təkrar törədilmiş və cinayətin ört bastır edilməsi üçün əsasdır və sübutdur,faktdır və hərəkət və hərəkətsizlikdir. Veb kamera təyin olunan və ən çox seçici sayı olan 11 məntəqədə ümumilikdə 13481 seçici səs verə bilərdi və guya 4987 seçicinin ses verməsinin qeyd olduğunu bildirilməsi və açıq aydın cinayət törətmələri ilə davam edən qanun pozuntusudur. Veb kamera təyin olunan 11 məntəqədə səs verə biləcək 13481 seçicidən guya 4987 əsassızdır və 11 məntəqə üzrə 4987 seçici yox veb kamera təyin olunan 11 veb video kameralı məntəqə üzrə ümumi cəmi 920 seçici şəxsən seçici iştirak etmişdir, digərləri qalanlarının adından saxtakarcasına səs verilmişdir. Buna görə veb kameralara baxılmalı və digər sübut sənədlərə baxılmalı 59 saylı seçki dairəsinin komissiyalığ edərək elan etdiyi nəticələr barəsində dərhal qanun vericiliyin tələblərinə uyğun olaraq tədbir görülməlidir. Veb kamera ən çox seçici sayı olan 11 məntəqəyə təyin olunmuşdur və əslində bu gözəl bir haldır və elə bu sübutlara baxaraq ekspert keçirərək və seçkilərin nəticəsi dərhal ləğv olunmalı və bu zamanadək gözlənilməməli,yəni hərəkət və hərəkətsiz qalmamalı idilər. Ən çox 69 məntəqə üzrə daha yüksək ses verməli məntəqələr var və 9 fevral 2020-ci ildə olduğu kimi 1 sentyabr 2024-cü ildə seçkiləri zamanı da ən çox şəxsən seçicinin özünün iştirakı ilə ümumi 27 saylı olmuş hazırda 15 saylı olan İspik kənd məntəqəsində 93 seçici iştirak etmişdir. Millət Vəkilliyinə namizəd olaraq özü və onunla birgə həmçinin YAP exsetpolu müşahidəsi ilə səhər saat 8:00-dan axşam 19:05-dək seçkini müşahidə etmiş və seçkiyə gələn bütün seçicilərin ad soyadları və vaxt-saatları siyahılaşdırılmışdır və beləcə 69 məntəqə üzrə 15 saylı İspik kənd seçki məntəqəsində seçki keçirən sədr, katib və müşahidəçilərin öz iştirakı ilə bütün məntəqələrə nisbətdə ən çox seçici iştirak etməsinə baxmayaraq cəmi 93 nəfər seçici iştirak etmişdir və əhalinin sorğusuna və gələn seçicilərdən 93 seçicidən 78 ona və digər 15 nəfər digər 8 namizədə səs versələrdə saxta səslə seçildiyini güman edən şəxsə ümumiyyətlə səs verilməmişdir. Bu məntəqədədə 2 nəfərdən biri 10 vəsiqə ilə digəri isə 5 vəsiqə ilə gəlməyə cəhd etsədə bu qədər vəsiqənin yerinə bir nəfərin səs verməsinə icazə verilməmişdir və qarşısı alınmasına baxmayaraq və seçkiyə gələn, iştirak edən ümumi 93 nəfərin hər birinin seçkidə iştirak etmə video foto görüntüləri və vaxt və saatları və sübutları var. Foto və video faktdan sübutdanda sədrindən xahiş etmişdi ki, 15 saylı İspik kənd məntəqəsində 906 seçici iştirak etməli olduğu halda 93 seçici iştirak etdiyini qarşısında işlənmədiyi halda 811 bülletenin olduğunu imzası ilə təsdiq etməsi xahiş olunsa da nə məktəb direktoru, nə də seçki sədri imza etməmişdirlər. Bütün sübut və fakt və video görüntülərə baxılaraq və barələrində tədbir görülməklə seçkilərin nəticəsi ləğv olunmalıdır. Bilərəkdən seçici siyahılarının və bülletenlərin bu qədər seçici olmadığı halda korlanması ilə 09 fevral 2020-ci ildə 52 saylı Quba seçki dairəsi olmuş və hazırda 59 saylı olan X6 69 məntəqəsində bu halda seçki keçirilməsinə bilərəkdən şərait yaratmışdırlar və veb kamera sübutlarına baxaraq hələdə barələrində tədbir görməmişdirlər. Foto və video faktdan sübutdanda gördüyünü kimi Seçki günü 18:58-də artıq həm məktəb direktorundan həmdə seçki üzvündən və məntəqə sədrindən xahiş etmişdi ki, 15 saylı İspik kənd məntəqəsində 906 seçici iştirak etməli olduğu halda 93 seçici iştirak etdiyini qarşısında işlənmədiyi halda 811 bülletenin olduğunu imzası ilə təsdiq etməsi xahiş olunsa da nə məktəb direktoru, nə də seçki sədri imza etməmişdirlər. Bütün sübut və fakt və video görüntülərə baxılaraq və barələrində tədbir görülməklə seçkilərin nəticəsi ləğv olunmalıdır. Bilərəkdən seçici siyahılarının və bülletenlərin bu qədər seçici olmadığı halda korlanması ilə 09 fevral 2020-ci ildə 52 saylı Quba seçki dairəsi olmuş və hazırda 59 saylı olan X6 69 məntəqəsində bu halda seçki keçirilməsinə bilərəkdən şərait yaratmışdırlar və veb kamera sübutlarına baxaraq hələdə barələrində tədbir görməmişdirlər. Açıq aydın sübut sənədlərdən və bülletenlərin və seçki qutusunun video və foto görüntüsündəndə görünür ki, seçkidə 93 seçici iştirak etmişdir və buna baxmayaraq bu məntəqədə də guya 360 seçici iştirak etməsinin Mərkəzi Seçki Komissiyasının qeyd etməsi elan etməsi bir daha qanun pozuntusudur və onun və müşahidəçi olaraq qanunvericilik hakimiyyətinin qarşısında açığ aydın cinayət törətmələri və DSK və MSK-nın hələ də hərəkət və hərəkətsiz qalmaları ilə təkrar təkrar maddi və mənəvi hərəkət və hərəkətsizliyi məsuliyyəti yaradırlar. Şikayətlərinə və iddia tələblərinə əsasən dərhal araşdırılmalı və barələrində tədbir görülməli idi. Göründüyü kimi açıq aşkar seçki günü məntəqələrdə seçki qutularına topa bülletenlər atılmış hətta kamera altında cinayət törətməkdən çəkinməmişdirlər. Məntəqələr cinayətlərindən boyun qaçırarağ iddia edir ki, guya protokollar məntəqələrə hazır gətirilib və protokollara uyğun sifarişli rəqəmlərə uyğun seçki qutusuna bülletenlər atılıb. Bu əsassızdır. Çünki, seçkidən bir gün öncədən məntəqələrə daxil olan seçici siyahılarına polis nəzarət edir və seçki günü səhər məntəqə sədrinə və üzvlərinə seçici siyahılarını və MSK tərəfindən sayla göndərilmiş namizəd bülletenlərini təhvil verir və MSK tərəfindən elektron çapa verilmiş həmin seçici siyahılarında adı qeyd olunan seçici şəxsən səs verməyə gələrkən baxmayaraq bir daha məntəqə sədr və ya katib tərəfindən əllə doldurulur və şəxsən seçicinin özü tərfindən imza olunur. Ekspert keçirilməklə məlum olacaq ki,açığ aydın göründüyü kimi bilərəkdən bütun məntəqələr tərəfindən qrup halında cinayət törətmişdirlər və DSK iddia edir ki, bilərəkdən sifarişlə və hədə İlə törətmişdirlər. İnandırıcı görünmür. Amma hər bir halda sübut və faktlar seçkinin ləğv olunması üçün saxta keçirilməsi üçün əsasdır. 2 sentyabr 2024-cü il şəxsən Quba DSK da şikayət yazarkən ilk dəfə gördüyü və fotosunu çəkdiyi sübut üçün təqdim etdiyi bu şəxs tərəfindən şikayət və iddia etməməklə hədələndi. Belə hal 2020-ci il tarixdə seçkilərində də baş vermişdir. Ən çox seçici sayı olan 15 saylı İspik kənd məntəqəsində iştirak etmiş 93 seçicinin imic və perispektivliyinə hörmətsizlik olunmağla yanaşı və qanunvericilik hamiyyətinə namizəd olan biri kimi bütün gün məntəqədə seçkini müşahidə edən biri kimi ona qarşıda hörmətsizlik olunmağla və açığ aydın qarşısında cinayət törətməklə guya MSK səhifəsində saxtakarlığla 360 seçici iştirak etdiyi qeyd olunmuşdur. Bu əsasızdır. Açığ aydın cinayət faktı olmaqla inzibati prossesual qayda və tələblərin pozulması deməkdir. Ümumi 69 məntəqə üzrə cəmi 3500seçici iştirak etdiyi halda guya 20355 seçici iştirak etdiyi qeyd olunması həm Məntəqələr, həm Dairə, həm də Mərkəzi Seçki komissiyasının hələdə araşdırmaması qanun pozuntusu olmağla yanaşı təkrar təkrar dəfələrlə əməllərinin cinayət olması ilə yanaşı bugünədək davamı olan hərəkət və hərəkətsizliyidir. Zizik kəndində təbliğat təşviqat keçirdiyi zaman azı 50 nəfər seçici iştirak etdiyi halda. Digər namizədin azı 5 nəfər nümayəndəsi tərəfindən də ondan öncə Zizik kəndinə gəlsədə, onların təşviqatında heç 5 nəfərdə iştirak etmədiyi üçün ona qarşı təzyiq olunaraq bildirilmişdir ki, guya onlarla eyni gündə təşviqat etməməli idi. Buna görə onların təşviqatında seçici iştirak etməmişdir. Bu hal hərəkətlərlə namizədlər məsuliyyət daşıdıqları kimi Quba seçki dairəsindən mənimlə birgə 10 namizədin hər birimizin ən azı 5 vəkil və öncədən təyin etdiyi nümayəndə və seçki müşahidəçiləri var və onların saxta seçkilərin keçirildiyinə tutarlı əsasları olduğu halda qanunvericiliyin tələblərinə əsasən hələdə hərəkət və hərəkətsizlik qalması cinayət məsuliyyəti ilə yanaşı və inzibati məsuliyyətdir. Millət Vəkilliyinə namizədlərdə müyyən səs faizini toplamağ və müəyyən seçici sayı yığmağ üçün öz xeyirlərinə saxta səs atılmasına razılığ verilmişdirlər və buna görə də saxta total seçki bülletenlərinin korlanması ilə yəni seçicinin özü iştirak etmədən namizədlərin xeyirlərinə saxta ses verilməsinə etiraz etməmişdirlər və bu kimi hallar araşdırılmalıdır .Namizədlər inzibati qaydada tənbeh olunmalıdır. Hər bir halda 3500 seçici iştirak etdiyi halda guya ümumi 20953 seçicinin ses vermədiyi halda açığ aydın bütün namizədlər bilərəkdən bu kimi cinayətlərə şərait yartdığını sübutu və əsasıdır. Eyni zamanda 2020-ci il seçkiləri zamanı məntəqələrdə MSK tərəfindən təyin olunmuş reklam plakatları cırılmağa cəhd olunduğu kimi 2024-cü il seçkiləri zamanıda məntəqə plokatlarınm olduğu, təyin olunduğu yerlərə daxil olmağı ümumiyyətlə nə seçicilərə, nədə namizədlərin nümayədələrinə, nədə namizədlərin özləri üçün mümkünsüz olmuşdur. Quba 59 saylı DSK iddia edirki, 69 məntəqə üzrə sifarişli olduğu üçün 20953 seçicisi olub və həmin seçici imzalarına ekspert keçirilməsi üçün seçici siyahılarının sürəti xahiş olunsada ilk öncə Dairə sədr və katibləri tərəfindən bildirildi ki, hələ möhür vurulmamışdır və daha sonra bildirildi ki, guya artığ Mərkəzi Seçki Komissiyasına həmin saxtalaşdırılan seçicilər adından imza olunan seçici siyahıları sənədlər artığ MSK-ya göndərilmişdir. Məntəqələrdə müşahidə keçirən nümayəndələr tərəfindən öncədən saysız hesabsız səsvermə bülletenlərinin başlığı hazır kəsilib seçici olmadan açıq aşkar stolun üzərinə qoyulması hallarıda baş vermişdir. Belə ki, 2020ci il seçkiləri zamanıda eyni sədr və katiblər həmin məntəqədə şəxsən iştirak edən 97 seçicinin gəlməsi video çəkiliş ilə sübut olunduğu kimi 1 sentyabr 2024 ci il seçkilərində video foto faktların vaxt və saatları və sübutları məhkəməyə təqdim olunur.Məntəqələrdə hazırlanmış protokollar, faktlar. Əhalinin sorğusu ilə şahidlərinin ifadələri ilə də və video materiallarla da elan olunan seslər üst üstə düşmür. MSK-nın sədrinə və digər vəzifəli şəxslərinin MSK-nin internet səhvəsində qoyulmuş mail ünvanlärmädä 2 və 3 sentyabr müraciət ünvanladı. 9 fevral 2020 ci il seçkiləri kimi 1 sentyabr 2024 ci il seçkiləridə qanun pozuntuları ilə və yuxarıda sadaladığım hər bir hal hərəkət və hərəkətsizliklə keçirildiyi üçün ilk öncə seçkinin səhəri günü Quba DSK ya və MSK-ya müraciət etdim və şikayətlərimə və İddia tələblərimə cavab verməməkləridə hərəkət və hərəkətsizlik olduğunu bildirdim və 9 sentyabr 2024-cü il həm DSK həm də MSK-nın qaynar xəttindən bildirildiki guya ərizəmə və iddiya tələbimə cavab verməyəcəklər. Prosessual müddəti gözləməklə hesab edirəm aidiyyatı məhkəmənin həm inzibati kollegiyasına həm də cinayət kollegiyasına şikayət verə bilər. Cavabdeh tərəfində Azərbaycan Respublikası Seçki Məcəlləsinin və İPM-nin müvafiq maddələrinin tələbləri pozulub. Cavabdehin iddia tələbinə dair etirazı daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə iddiaçı və cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 130.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 56. Seçki hüququ İ Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Seçki Məcəlləsi Maddə 11-1. Seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxiləyə yol verilməməsi 11-1.1. Hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin, digər fiziki şəxslərin seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxilə etmələri qadağandır. 11-1.2. Vətəndaşların seçkidə (referendumda) iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs verməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması, seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Maddə 17. Seçki (referendum) orqanlarının fəaliyyət prinsipləri 17.1. Azərbaycan Respublikasında seçkilər və referendumlar seçki (referendum) komissiyaları tərəfindən təşkil edilir və keçirilir. 17.2. Bu Məcəllə ilə müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki (referendum) orqanları-seçki (referendum) komissiyaları seçkilərin (referendumun) hazırlanmasını, keçirilməsini, səsvermənin nəticələrinin və seçkilərin (referendumun) yekunlarının müəyyən edilməsini, vətəndaşların seçki hüquqlarının həyata keçirilməsini və müdafiəsini təmin edir, həmin hüquqlara riayət olunmasına nəzarət edirlər. 17.3. Bu Məcəllə ilə müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki (referendum) komissiyaları seçkilərin (referendumun) hazırlanmasında və keçirilməsində dövlət hakimiyyəti orqanlarından, bələdiyyə qurumlarından, siyasi partiyalardan, qeyri-hökumət təşkilatlarından və başqa ictimai təşkilatlardan, digər hüquqi və fiziki şəxslərdən asılı deyildirlər; onların və ya onların vəzifəli şəxslərinin seçki (referendum) komissiyalarının fəaliyyətinə müdaxilə etməsinə yol verilmir. Seçki (referendum) komissiyalarının işinə müdaxilə edən və ya təsir göstərən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilirlər. 23.2. Aşağı seçki komissiyası tərəfindən vətəndaşların seçki və referendumda iştirak etmək hüquqları pozulduqda və belə bir hal nəticəsində Mərkəzi Seçki Komissiyası (və ya məhkəmə) müvafiq ərazidə səsvermənin nəticələrini etibarsız hesab etdikdə, Mərkəzi Seçki Komissiyası həmin aşağı seçki komissiyasını buraxa bilər. Aşağı seçki komissiyasının buraxılmasına dair Mərkəzi Seçki Komissiyasının qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət edilə bilər. Bu şikayət dərhal baxılmaq üçün qəbul edilir və müvafiq qərar 3 gündən gec olmayaraq çıxarılır. apellyasiya instansiyası məhkəməsinin bu barədə qərarının qanuni qüvvəyə mindiyi gündən ən geci bir həftə müddətində müvafiq aşağı seçki komissiyası bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada təşkil olunmalıdır. 23.3. Bu Məcəllə ilə nəzərdə tutulan hallarda seçki komissiyası buraxılıb yenidən təşkil edilərsə, yenidən təşkil edilmiş seçki komissiyasının səlahiyyət müddəti buraxılmış seçki komissiyasının səlahiyyət müddəti ilə məhdudlaşır. Maddə 112. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. (-) 112.11. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. XVİİİ fəsil. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat Maddə 130. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Seçki Məcəlləsinin yuxarıda istinad edilən 112.2 və 112.3-cü maddələrinin məzmunundan göründüyü kimi seçki hüquqlarının müdafiəsi ilə bağlı iddia növü üzrə xüsusi mümkünlük şərti kimi mübahisənin məhkəməyəqədər pretenziya qaydasında həlli qaydası təsbit edilmişdir. Hansı ki, vətəndaşlar seçki hüquqlarının pozulmasına səbəb olan qərar və ya hərəkətlərdən (hərəkətsizlikdən) ilk növbədə yuxarı seçki komissiyasına şikayət verməli, şikayət təmin edilmədiyi halda dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. Seçki qanunvericiliyi ilə müəyyən edilən üçpilləli şikayət qaydasından göründüyü kimi: 1) seçki məntəqələrində baş vermiş qanun pozuntularından DSK-ya; 2) DSK-nın qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) MSK-ya; 3) MSK-nın qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə məhkəməyə şikayət edilə bilər. Bilavasitə Seçki Məcəlləsi ilə müəyyən olunan bu qayda məcburidir və hər bir şikayətlə bağlı qeyd edilən prosedura əməl olunması qanunun imperativ tələbidir. Başqa ifadə ilə, sözügedən ardıcıllığa zidd olaraq verilən şikayətlər yolverilən, mümkün sayılmadığı üçün, onlara mahiyyəti üzrə baxıla və hüquqi qiymət verilə bilməz. İndiki halda iddiaçının iddia tələbi bir neçə tələbdən ibarət olmaqla, mahiyyət etibarilə müxtəlif əsaslara istinad edilməklə müvafiq seçki nəticələrinin etibarsız hesab edilməklə, ləğv edilməsi, seçicilərə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi, seçki prosesinin həyata keçirilməsi və seçki hüquqlarının pozulması ilə bağlı müvafiq icra hakimiyyəti orqanı və polis orqanının üzərinə öhdəlik qoyulması tələblərindən (və həmin tələblərdən törəmə tələblərdən) ibarət olmuşdur. Məhkəmə kolegiyası ilk növbədə iddia tələbinin bir neçə əsaslara istinad edilməklə seçkinin nəticələrinin etibarsız və ləğv edilməsi hissəsi ilə bağlı aşağıdakı halları qeyd edir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı qeyd edilən tələblə bağlı müvafiq Dairə Seçki Komissiyasına müraciət etmiş, həmin X4 tərəfindən ona cavab məktubu ünvanlanaraq, müraciətdə qeyd edilmiş halların öz təsdiqini tapmadığını, tələbin icrasının dairə seçki komissiyasına aid olmadığı qeyd edilmiş, Mərkəzi Seçki Komissiyasına seçkilərlə əlaqədar olaraq müraciəti daxil olmamışdır. Göründüyü kimi, indiki halda iddiaçının müraciətinin nəticəsinə müvafiq X2 hərəkətləri və ya hərəkətsizliyindən Mərkəzi Seçki Komissiyasına şikayət verilməsi, şikayətə baxılmasının nəticəsinə dair MSK tərəfindən qərar qəbul edilməsi halı müəyyən edilmir. Qeyd edilən hal isə həmin hissədə tələb üzrə iddianın mümkün sayılmaması üçün əsas hesab edilir. Həmçinin, məhkəmə kollegiyası seçicilərə vurulmuş maddi və mənəvi ziyanın ödəniıməsi və ondan törəmə tələblərlə bağlı onu qeyd edir ki, həmin hissədə də iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddiaçının başqa şəxslərə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüququ mövcud olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı iddia tələbində seçki prosesinin keçirilməsi və seçki hüquqlarının müdafiəsi ilə əlaqədar olaraq, müvafiq icra hakimiyyəti orqanı və müvafiq polis orqanının üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Seçki haqqında qanunvericiliyin tələbinə əsasən qeyd edilən inzibati orqanlar həmin tələbə cavab verməli qurum olmadığından, həmin hissədə də iddia mümkün sayılmamalıdır. Həmçinin, qeyd edilməlidir ki, hazırki iddia ərizəsinin məzmununda iddiaçı tərəfindən Mərkəzi Seçki Komissiyası və müvafiq X4 ilə yanaşı digər şəxslər də cavabdeh qismində qeyd edilmişdir. İndiki halda, iddia tələbi məhz seçki nəticələrinin etibarsız hesab edilməsi və bununla əlaqədar olaraq vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi, seçki prosesinin keçirilməsi ilə bağlı olmuşdur. Seçki haqqında qanunvericiliyin tələbinə əsasən qeyd edilən digər şəxslər seçki prosesinin təşkil edilməsi və onun nəticələri ilə bağlı səlahiyyətli qurum və şəxslər qismində çıxış etməməmişdir. Nəticə etibarilə hazırki iddia tələbi üzrə Mərkəzi Seçki Komissiyası və müvafiq X4 istisna olmaqla digər cavabdehlər tələbə cavab verməli olan subyekt qismində çıxış etmədiyindən, iddia həmin cavabdehlərə münasibətdə qeyd edilən mümkünlük şərtinə cavab vermədiyindən, həmin hissədə də mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, hazırki inzibati iş üzrə iddia mümkünlük şərtlrinə cavab vermədiyindən, mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddialar mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) şikayət verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar