Məhkəmə qərarları › İş №2-3(105)-8/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(105)-8/2024

16.09.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-3(105)-8/2024 16.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı “mərkəzi seçki komissiyasının qərarının ləğv olunması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: 60 saylı Quba-Qusar dairə seçki komissiyasının 01 avqust 2024-cü il tarixli, 18/43 nömrəli qərarına əsasən İddiaçı Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə namizədliyi qeydə alınmışdır. İddiaçı səsvermə günü 60 saylı Quba-Qusar dairəsinin seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia edərək, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır. Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 38/194 nömrəli qərarı ilə 2024cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 60 saylı Quba-Qusar dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 07 sentyabr 2024-cü il tarixli, 61 nömrəli müraciəti şikayətvermə müddəti ötürülməklə verildiyindən ona geri qaytarılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 38/194 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mahiyyəti ondan ibarətdir ki, Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 38/194 nömrəli Qərarı ilə seçkinin nəticələrinin ləğv edilməsi barədə ərizəsi geri qaytarılmışdır. Həmin qərar ona poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə verilmişdir. Hesab edir ki, MSK-nın qərarı hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, AR Konstitusiyasının, Seçki Məcəlləsinin heç bir maddəsinə əməl olunmamış, qərar tərəflərin iştirakı olmadan qəbul edilmişdir. Hansı ki, cavabdeh tərəfləri dəvət edərək sübutları araşdırmalı idi. Seçki Məcəlləsinin tələbinə əsasən namizədə seçkinin nəticələri barədə protokol verildikdən sonra 3 gün müddətində şikayət verilə bilər. 60 saylı Quba-Qusar seçki dairəsinin protokolunu o, xx.xx.2024-cü il tarixdə almışdır. xx.xx.2024-cü il tarixdə poçt şöbəsinə məktublar verilmiş, lakin, həmin gün Sumqayıt İnzibati Məhkəməsində məhkəmə iclasında iştirak etdiyindən ərizəsi şəxsiyyət vəsiqəsi olmadan qəbul edilməmişdir. Eyni gündə Sumqayıt Apellyasiya Məhkəməsinə seçkinin nəticələrinin ləğv edilməsi barədə ərizə vermişdir, işə həmin gün baxılmışdır. xx.xx.2024cü il tarixdə məktubları poçt şöbəsindən yola salınmışdır. Yəni, tərəfindən şikayətin verilməsi üçün 3 günlük müddət ötürülməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, məlum olduğu kimi səsvermə günü seçki komissiyalarında baş verən pozuntularla bağlı maraqlı şəxslərin şikayət vermək hüququ Seçki Məcəlləsinin 112-ci maddəsində təsbit edilmişdir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə uyğun olaraq səsvermə günü ehtimal edilən qanun pozuntuları ilə bağlı şəxsin həmin gündən, yəni məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət vermək hüququ yaranır. Həmin günü hesabladıqda isə iddiaçının şikayət vermək hüququnun sentyabr ayının 3-ü bitdiyi məlum olur. İddiaçının şikayəti poçta sentyabr ayının 5-i verilmiş, MSK-ya isə 7-si çatmışdır. Hətta şikayətin sentyabr ayının 4-ü verildiyi qəbul edilsə belə, 3 günlük müddət ötürülmüşdür. İddiaçı şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş həmin müddəti ötürdüyündən Seçki Məcəlləsi və müvafiq təlimatın tələblərinə əsasən ərizəsi geri qaytarılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 56. Seçki hüququ İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. ... Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Seçki Məcəlləsi: Maddə 25. Mərkəzi Seçki Komissiyasının vəzifələri ... 25.2. Mərkəzi Seçki Komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir: ... 25.2.2. bu Məcəllənin qaydalarının pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərar qəbul edir; ... Maddə 112. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 3. İnzibati məhkəmələr və məhkəmə kollegiyaları 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. XVİİİ fəsil. SEÇKİ (REFERENDUMDA İŞTİRAK) HÜQUQLARİNİN MÜDAFİƏSİ İLƏ BAĞLİ İŞLƏR ÜZRƏ İCRAAT Maddə 130. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli Sərəncamı: “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VİQR nömrəli Qərarını və “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 981ci maddəsinin İ hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.

2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilsin.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəfləri dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. İşdən göründüyü kimi, səsvermə günü seçki məntəqələrində iddia olunan pozuntularla bağlı iddiaçının şikayəti cavabdeh inzibati orqana seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Belə ki, Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. İddiaçı iddia ərizəsinin dəlillərində qeyd etmişdir ki, Seçki Məcəlləsinin tələbinə əsasən namizədə seçkinin nəticələri barədə protokol verildikdən sonra 3 gün müddətində şikayət verilə bilər, o da 60 saylı Quba-Qusar seçki dairəsinin protokolunu xx.xx.2024-cü il tarixdə almış və xx.xx.2024-cü il tarixdə MSK-ya şikayət vermiş, bununla da müddəti ötürməmişdir. Kollegiya iddiaçının həmin dəlillərini əsassız sayaraq bildirir ki, işdən göründüyü kimi iddiaçı səsvermə günü 60 saylı Quba-Qusar dairəsinin seçki məntəqələrində qanun pozuntularını müşahidə etdiyindən şikayətlə MSK-ya müraciət edərək bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Yəni, iddiaçının cavabdehə müraciəti məhz seçki komissiyasının hərəkətlərindən narazı qalması ilə bağlı olmuşdur. SM-nin yuxarıda istinad edilən 112.1-ci maddəsinin tələbindən göründüyü kimi namizədlər seçki komissiyalarının hərəkətlərindən məhz həmin hərəkətin baş verdiyi gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər: hərəkətin baş verdiyi gün – 01 sentyabr, 2-ci gün – 02 sentyabr, 3-cü gün – 03 sentyabr. Hazırkı işdən isə görünür ki, iddiaçı 01 sentyabr 2024-cü il tarixdə keçirilmiş növbədənkənar seçkilər zamanı 60 saylı Quba-Qusar dairəsinin seçki məntəqələrində qanun pozuntularına yol verildiyini bildirsə də, dairə seçki komissiyasının hərəkətlərindən 3 gün ərzində deyil, 04 sentyabr 2024-cü il tarixdə MSK-ya poçt xidməti vasitəsilə rəsmi müraciət etmişdir. Belə ki, MSK-nın qərarında şikayətin xx.xx.2024-cü il tarixdə verildiyi göstərilsə də, SX030971295AZ nömrəli sifarişli poçt göndərişinin qəbuluna dair qəbzdən görünür ki, iddiaçının şikayəti xx.xx.2024-cü il tarixdə poçta təhvil verilmişdir. Bununla da, müəyyən edildi ki, dairə seçki komissiyasının hərəkətlərindən şikayət bu hərəkətlərin baş verdiyi gündən 3 gün müddətində verilməmiş, şikayətin verilməsi müddəti ötürülmüşdür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 3 (üç) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar