Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-3(105)-9/2024 17.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası, Cavabdeh1nə və digərlərinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası, Cavabdeh1nə və digərlərinə qarşı Cavabdeh1 bütün məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, Cavabdeh1 hərəkət və hərəkətsiz qalmamaqla dərhal barələrində tədbir görülmək və seçkilərinin nəticələrini ləğv etmək öhdəliyininin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması, onda olan və Mərkəzi Seçki Komissiyasında 11 məntəqəsindəki veb kameralı video faktların X4 bütün məntəqələrində səsvermənin nəticələrini etibarsız hesab edilməsi və ləğv etmək öhdəliyinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması, şəxsən iştirak edən seçicilərə vurulmuş maddi və mənəvi ziyanlara və hörmətsizliyə görə ********** manatın onun seçki hesabına ödənilməsi öhdəliyininin X7 Komissiyasının və Mərkəzi Seçki Komissiyasının və Yeni Azərbaycan Partiyasının və Quba Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması, 20953 seçici iştirak etmədiyi halda saxtakarcasına adından imza olunaraq, total saxtakarlığla, xəbərləri olmadan yerlərinə səs verildiyinə görə cinayət törədildiyi üçün həmin seçicilərin adına saylar göndərilmiş bülletenleri bilərəkdən korladıqları və s hallara görə həmin seçicilərə vurulmuş mənəvi ziyanlar üçün ********** onun seçki hesabına ödənilməsi öhdəliyinin X7 Komissiyasının, Yeni Azərbaycan Partiyasının və Quba Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması, ona vurduqları maddi və mənəvi və imicimə vurduqları ziyanlara görə ********** onun seçki hesabına ödənilməsi öhdəliyinin onun ABB hesablarına X7 Komissiyasının və Mərkəzi Seçki Komissiyasının və Yeni Azərbaycan Partiyasının və Quba Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması, bilərəkdən say artıqlı yaradan Millət Vəkilliyinə Namizədlər və saxtakarcasına seçki keçirilməsini bildikləri halda hərəkət və hərəkətsiz qaldıqları üçün barələrində intizam tənbehi qoyulmaqla və Azərbaycan Beynəlxalq Bank tərəfindən üzərlərinə mənfi SWOT qoyulması, Azərbaycan Beynəlxalq Bank tərəfindən onun tələb etdiyi, iddia etdiyi vurulmuş madddi və mənəvi ziyan məbləğlərinə görə maraqlı şəxs olmaq öhdəliyini və onun üçün seçkilərin araşdırılmasına saxta keçirilməsini sübutların təqdim etmək ödəliyini və onun seçki hesabına müsbət SWOT qoyulması, Azərbaycan Beynəlxalq Bank tərəfindən onun tələb etdiyi, iddia etdiyi vurulmuş madddi və mənəvi ziyan məbləğlərinə görə marağlı şəxs olmaq öhdəliyini və onun üçün seçkilərin araşdırılmasına saxta keçirilməsini sübutlarını təqdim etmək öhdəliyini və seçki hesabını ömürlük aktiv saxlamaqla və onun seçki hesabına müsbət SWOT qoyulması barəsində, Quba Rayon İcra Hakimiyyətinin qismən icra nümayəndələri tərəfindən əhalinin seçkilərə gəlməmək şəraitini bilərəkdən yaratdığına və özləri seçicilərin adına sayla gələn bülletenleri korladıqlarına və Dairə DSK ilə əlbir və əslində digər üçüncü şəxslərin kim olduğunu bilmədən əlbir olduqlarına gorə barələrində tədbir görülməsi, əsl seçici sayını məhkəməyə təqdim etmə öhdəliyinin Daxili İşlər Nazirliyinin və Quba Rayon Polisinin üzərinə öhdəlik qoyulması, saxtakarcasına guya 4987 seçicin səs vermədiyi halda sübutlara baxaraq və onda olan sübut və video faktlara əsasən 1 sentyabr 2024-cü il X4 nəticəsinin ləğv olunaraq və tələb etdiyi maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 1 sentyabr 2024-ci il tarixdə Millət Vəkilliyi üçün keçirilən seçkilərə X4 69 məntəqəsi üzrə gizli səs verməyə ümumi cəmi 3500 seçici şəxsən iştirak edərək səs vermişdir. X6 Komissiyasının elektron informasiya səhifəsində iddia edir ki, ilkin mərhələdə yəni 1 sentyabr 2024-cü il tarixdə, saat 19:30-a olan məlumata əsasən güya 17366 seçici və son məlumatlara əsasən güya 20953 seçicinin guya iştirak etməsi ilə səs verməsi barəsində X3 Komissiyasında seçicilərin səs vermədikləri halda olduğunu bildirilməsi və elan etməsi, qeyd etməsi əsassızdır, etibarsızdır, saxtadır, qanunsuzdur, qayda və tələblərin və qanunların açığ aşkar bilərəkdən pozulması deməkdir. Quba DSK-nın 69 məntəqəsi üzrə 1 sentyabr 2024-cü il seçkiləri günü 50826 seçicidən güya 20953 seçicinin şəxsən iştirak etmədiyi halda qeyd olunması və iddia olunması, şikayət və iddia tələblərinə baxmayaraq və hələdə özlərinin əlində olan sübutlara baxaraq dərhal ləğv etməmələri qanun pozuntusudur. Dəfələrlə pozulmuş cinayət məsuliyyəti olduğu kimi hərəkət və hərəkətsizlikdir. Ad soyad və təvəllüdlərində qismən 2 faiz texniki səhfliklərlə ümumi Quba DSK-nın 69 məntəqəsi üzrə MSK-nın iddiasına əsasən 50826 seçici sayı var. Bu seçicilər MSK tərəfindən elektron çapa verilmiş seçici siyahıları var və seçici sayına görə 50826 namizədlərin adları ilə qeyd olunmuş seçici bülletenləri var. 2 sentyabr 2024-cü il tarixdə dərhal səs vermədikləri halda ses verdikləri kimi göstərilmiş və gəlməyən seçicilərin adından imza olunarağ protokollaşdırılmışdır. Sənədlər araşdırılmalı və əhali arasında sorğu keçirilməli və elə ən çox seçici sayına təyin olunmuş 11 məntəqə üzrə veb kameralara və digər sübut sənədlərə baxılarağ dərhal, daha da gec olmadan saxta seçkilərin nəticələri ləğv olunmalıdır. Mərkəzi Seçki Komissiyasının eyni sədri və tərkibinin və X4 sədri və sair ibarət tərkibli komissiya olaraq Qubanın 69 məntəqəsinə nəzarət etməsi ilə 9 fevral 2020-cü ildə olduğu kimi 1 sentyabr 2024ci il seçkiləridə qanunsuz əsassız, böyük saxtakarlığla keçirilmişdir və hələdə nəticələrini ləğv etməməklə təkrar təkrar cinayəti ört basdır etməklə qanunvericiliyin bütün tələbləri ilə məsuliyyət daşıyırlar. Qutuya bilərəkdən saxta total bületen atması ilə və bunun sayəsində MSK tərəfindən göndərilən elektron çapa verilmiş seçici siyahılarının, seçici özü şəxsən olmadan, yəni ses vermədən adından doldurulması və adından imza olunması ilə seçki keçirilməsi və ilə baş tutması guman olunaraq keçirilən seçkilər əsassızdır və saxta total qutuya bülletenlərlə saxta extpolla və dairənin iddiasına əsasən sifarişli rəqəmlərlə keçirilən seçki əsassızdır və etibarsızdır. 9 fevral 2020-ci ildə olduğu kimi 1 sentyabr 2024-cü ildə seçkilərin səhəri günü 2 sentyabr dərhal müddəti gözləməklə həm yazılı və şifahi baş verən qanun pozuntuları barəsində şikayət ünvanlamış və iddia irəli sürmüşə və həmin saxtalaşdırılan seçici siyahılarına ekspert keçirilməsini xahiş etsə də Quba DSK tərəfindən hələdə möhürlənmədiyini bildirərək ekspert keçirilməsinə icazə verilməmişdir. X4 illərdir eyni saxtakarlığı ilə seçki keçirən həmin sədr və katibləri şəxsən imza edərək 2 sentyabr 2024-cü il ərizənin əslini qəbul etmiş və sürətini MSK-ya və Konstitusiya Məhkəməsinə də şəxsən və elektron mail ünvanlarına şikayət və iddia tələblərini ünvanlamışdır. 2020-ci ildəki kimi 2024-cü ildə nə DSK, nə də MSK tərəfindən hələdə seçkinin səhəri günü etdiyi şikayətinə və iddia tələbinə cavab verilməmişdir. İnzibati Prosessual müddətin ötməməsi üçün və DSK və MSK ilə ərizələrinə niyə cavab vermədiklərini qaynar xətlərinə zəng edərək dəfələrlə maraqlandı və həm Mərkəzi Seçki Komissiyası MSK və həmdə Quba DSK şikayətinə qaynar xətlə və iddia tələbinə 9 sentyabr 2024- cü ildə cavab verməyəcəklərini bildirdilər. Prosessual müddəti gözləməklə baş verən qanun pozuntuları barəsində məhkəməyə müraciət etməyi qərara aldı. Açıq aşkar göründüyü kimi onlar vaxtında verdiyi şikayət və iddia tələblərə 2020-ci ildəki kimi 2024-cü ildə müddəti özləri ötürməyə çalışmaq istəsələrdə və əsaslı olaraq və prosessual müddəti ötürmədiyi üçün məhkəməyə şikayət verə və iddia tələbini davam etdirə bilər. Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci yarım bəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Seçki Məcəlləsinin 112-1.14.1-ci maddəsinə və müvafiq Təlimatın 7.10.2-ci yarım bəndinə əsasən şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır. MSK-nın və Quba DSK-nın şikayətinə və iddia tələbinə cavab verməyəcəklərini bildirməsi bir daha pozulmuş qanun pozuntularıdır, hərəkət və hərəkətsizlikdir. Quba DSK və MSK yetərincə özlərinində sübut və faktları olduğu halda ən çox seçici sayı olan 11 məntəqəsində veb video kamera olduğu halda, seçkilərin ləğv olunması üçün yetərincə əllərində sübutları və video və faktları və əsasları olduğu halda hələdə ləğv edilməməsi ilə və Qubanın 69 məntəqəsində olmadığı halda 20953 seçici qeyd etməsi ilə əsas cavabdehlik daşıyır və əməlləri inzibati və cinayət məsuliyyəti yaradan və buna hələdə davam edən hərəkət və hərəkətsizlikdir. Qubanın 59 saylı DSK-na tabe olan 69 məntəqəsindən 11 məntəqəsinə təyin olunan veb kamera 5 saylı Alpan kənd seçki məntəqəsində 1173 seçici səs verə biləcəyi halda guya 495 səs verməsi,16 saylı Dağlı kənd seçki məntəqəsində 1406 seçici səs verə biləcəyi halda guya 538 səs verməsi və 22 saylı Qəçrəş kənd seçki məntəqəsində 757 seçici səs verə biləcəyi halda guya 290 seçicinin səs verməsi və 28 saylı Quba şəhər seçki məntəqəsininin, yəni Quba DSK-nın ərazisində qeydiyyatda olub və yaşayanların 1106 seçicisi səs verməli olduğu halda guya 430 seçicinin səs verməsi və 31 saylı Quba şəhər məntəqəsinin 1304 seçici səs verməli olduğu halda guya 510 seçicinin ses verməsi və 32 saylı Quba şəhər məntəqəsində 1177 seşici səs verməli olduğu halda guya 455 seçici səs verməsi və 33 saylı Quba şəhər məntəqəsində 1051 seçici səs verməli olduğu halda guya 410 seçicinin səs verməsi və 35 saylı Quba şəhər məntəqəsində 1467 seçicinin səs verməli olduğu halda guya 570 seçicinin səs verməsi və 36 saylı Quba şəhər məntəqəsində 1323 seçici səs verməli olduğu halda guya 524 seçici səs verməsi və 37 saylı Quba şəhər seçki məntəqəsində 1444 seçici səs verməli olduğu halda guya 270 seçicinin səs verməsi və 63 sayİı Vəlvələ kənd məntəqəsində 1268 seçicinin səs verməli olduğu halda guya 495 seçicinin guya səs verməsinin qeyd olunması çox ciddi qanun pozuntusu olmaqla və seçki nəticələrinin necə əsassız olması ilə və veb kameralara və sübutlara baxaraq hələdə ləğv olunmaması bir daha təkrar törədilmiş və cinayətin ört bastır edilməsi üçün əsasdır və sübutdur, faktdır və hərəkət və hərəkətsizlikdir. Veb kamera təyin olunan və ən çox seçici sayı olan 11 məntəqədə ümumilikdə 13481 seçici səs verə bilərdi və guya 4987 seçicinin ses verməsinin qeyd olduğunu bildirilməsi və açıq aydın cinayət törətmələri ilə davam edən qanun pozuntusudur. Veb kamera təyin olunan 11 məntəqədə səs verə biləcək 13481 seçicidən guya 4987 əsassızdır və 11 məntəqə üzrə 4987 seçici yox veb kamera təyin olunan 11 veb video kameralı məntəqə üzrə ümumi cəmi 920 seçici şəxsən seçici iştirak etmişdir, digərləri qalanlarının adından saxtakarcasına səs verilmişdir. Buna görə veb kameralara baxılmalı və digər sübut sənədlərə baxılmalı 59 saylı seçki dairəsinin komissiyalıq edərək elan etdiyi nəticələr barəsində dərhal qanun vericiliyin tələblərinə uyğun olaraq tədbir görülməlidir. Veb kamera ən çox seçici sayı olan 11 məntəqəyə təyin olunmuşdur və əslində bu gözəl bir haldır və elə bu sübutlara baxaraq ekspert keçirərək və seçkilərin nəticəsi dərhal ləğv olunmalı və bu zamanadək gözlənilməməli,yəni hərəkət və hərəkətsiz qalmamalı idilər. Baxmayaraq ki, ən çox 69 məntəqə üzrə daha yüksək ses verməli məntəqələr var və 9 fevral 2020-ci ildə olduğu kimi 1 sentyabr 2024-cü ildə seçkiləri zamanı da ən çox şəxsən seçicinin özünün iştirakı ilə ümumi 27 saylı olmuş hazırda 15 saylı olan İspik kənd məntəqəsində 93 seçici iştirak etmişdir və onlardan birinin vəsiqəsi olmadığı üçün geri qaytarılmışdır. Bu say 2020-ci il seçkilərində 97 seçici idi. Millət Vəkilliyinə namizəd olaraq özü və onunla birgə həmçinin YAP exsetpolu müşahidəsi ilə səhər saat 8:00-dan axşam 19:05-dək seçkini müşahidə etmiş və seçkiyə gələn bütün seçicilərin ad soyadları və vaxt-saatları siyahılaşdırılmışdır və beləcə 69 məntəqə üzrə 15 saylı İspik kənd seçki məntəqəsində seçki keçirən sədr, katib və müşahidəçilərin öz iştirakı ilə bütün məntəqələrə nisbətdə ən çox seçici iştirak etməsinə baxmayaraq cəmi 93 nəfər seçici iştirak etmişdir və əhalinin sorğusuna və gələn seçicilərdən 93 seçicidən 78 ona və digər 15 nəfər digər 8 namizədə səs versələrdə saxta səslə seçildiyini güman edən şəxsə ümumiyyətlə səs verilməmişdir. Bu məntəqədədə 2 nəfərdən biri 10 vəsiqə ilə digəri isə 5 vəsiqə ilə gəlməyə cəhd etsə də bu qədər vəsiqənin yerinə bir nəfərin səs verməsinə icazə verilməmişdir və qarşısı alınmasına baxmayaraq və seçkiyə gələn, iştirak edən ümumi 93 nəfərin hər birinin seçkidə iştirak etmə video foto görüntüləri və vaxt və saatları və sübutları var. Foto və video faktdan sübutdanda gördüyü kimi Seçki günü 18:58-də artıq həm məktəb direktorundan, həm də seçki üzvündən və məntəqə sədrindən xahiş etmişd ki, 15 saylı İspik kənd məntəqəsində 906 seçici iştirak etməli olduğu halda 93 seçici iştirak etdiyini qarşısında işlənmədiyi halda 811 bülletenin olduğunu imzası ilə təsdiq etməsi xahiş olunsada nə məktəb direktoru, nə də seçki sədri imza etməmişdirlər. Bütün sübut və fakt və video görüntülərə baxılaraq və törətdikləri ağır cinayətlərə barələrində tədbir görülməklə seçkilərin nəticəsi ləğv olunmalıdır. Bilərəkdən seçici siyahılarının və bülletenlərin bu qədər seçici olmadığı halda korlanması ilə bildirir ki, 09 fevral 2020-ci ildə 52 saylı Quba seçki dairəsi olmuş və hazırda 59 saylı olan X4 69 məntəqəsində bu halda seçki keçirilməsinə bilərəkdən şərait yaratmışdırlar və veb kamera sübutlarına baxaraq hələdə barələrində tədbir görməmişdirlər və cavabdehlərin hər birinin törətdiyi ağır cinayət olmağla və hələdə cavabdeh qaldığları əməldir hərəkət və hərəkətsizlikdir. Foto və video faktdan sübutdanda gördüyü kimi Seçki günü 18:58-də artıq həm məktəb direktorundan həmdə seçki üzvündən və məntəqə sədrindən xahiş etmişdi ki, 15 saylı İspik kənd məntəqəsində 906 seçici iştirak etməli olduğu halda 93 seçici iştirak etdiyini qarşısında işlənmədiyi halda 811 bülletenin olduğunu imzası ilə təsdiq etməsi xahiş olunsada nə məktəb direktoru və nə də seçki sədri imza etməmişdirlər. Bütün sübut və fakt və video görüntülərə baxılaraq və barələrində tədbir görülməklə seçkilərin nəticəsi ləğv olunmalıdır. Bilərəkdən seçici siyahılarının və bülletenlərin bu qədər seçici olmadığı halda korlanması ilə bağlı 09 fevral 2020-ci ildə 52 saylı Quba seçki dairəsi olmuş və hazırda 59 saylı olan X4 69 məntəqəsində bu halda seçki keçirilməsinə bilərəkdən şərait yaratmışdırlar və veb kamera sübutlarına baxaraq hələdə barələrində tədbir görməyərək hərəkət və hərətsiz qalaraq bir qrup vəzifəli törətdiyi şəxsin ağır cinayət halıdır və cavab verilməməklə hərərkət və hərəkətsiz qalaraq yenədə ağır cinayətlərini davam etdirməkdədirlər. Açıq aydın sübut sənədlərdən və bülletenlərin və seçki qutusunun video və foto görüntüsündəndə görünür ki, seçkidə 93 seçici iştirak etmişdir və buna baxmayaraq bu məntəqədə də guya 360 seçici iştirak etməsinin Mərkəzi Seçki Komissiyasının qeyd etməsi elan etməsi bir daha qanun pozuntusudur və onun və müşahidəçi olaraq qanunvericilik hakimiyyətinin qarşısında açığ aydın cinayət törətmələri və DSK və MSK-nın hələ də hərəkət və hərəkətsiz qalmaları ilə təkrar təkrar maddi və mənəvi hərəkət və hərəkətsizliyi məsuliyyəti yaradırlar. Şikayətlərinə və iddia tələblərinə əsasən dərhal araşdırılmalı və barələrində tədbir görülməli idi. Göründüyü kimi açıq aşkar seçki günü məntəqələrdə seçki qutularına topa bülletenlər atılmış hətta kamera altında cinayət törətməkdən çəkinməmişdirlər. Məntəqələr ağır cinayətlərindən boyun qaçıraraq iddia edir ki, guya Protokollar məntəqələrə hazır gətirilib və protokollara uyğun sifarişli rəqəmlərə uyğun seçki qutusuna bülletenlər atılıb. Bu əsassızdır. Çünki,seçkidən bir gün öncədən məntəqələrə daxil olan seçici siyahılarına polis nəzarət edir və seçki günü səhər məntəqə sədrinə və üzvlərinə seçici siyahılarını və MSK tərəfindən sayla göndərilmiş namizəd bülletenlərini təhvil verir və MSK tərəfindən elektron çapa verilmiş həmin seçici siyahılarında adı qeyd olunan seçici şəxsən səs verməyə gələrkən baxmayaraq bir daha məntəqə sədr və ya katib tərəfindən əllə doldurulur və şəxsən seçicinin özü tərfindən imza olunur. Əhali arasında keçirilən sorğulara əsasən və 20953 seçicinin 75 faizinin adından imza edən məntəqə üzv və ya katib və ya sədrlərinin əməllərinin necə açığ aydın cinayət olduğu görünür və özlərinin təyin etdiyi veb kameralara baxmağa ehtiyac belə yoxdur. Ekspert keçirilməklə məlum olacaq ki,açığ aydın göründüyü kimi bilərəkdən bütun məntəqələr tərəfindən qrup halında cinayət törətmişdirlər və DSK iddia edir ki, bilərəkdən sifarişlə və hədə ilə törətmişdirlər. İnandırıcı görünmür. Amma hər bir halda sübut və faktlar seçkinin ləğv olunması üçün saxta keçirilməsi üçün əsasdır. 2 sentyabr 2024-cü il şəxsən Quba DSK da şikayət yazarkən ilk dəfə gördüyü və fotosunu çəkdiyi sübut üçün təqdim etdiyi bu şəxs tərəfindən şikayət və iddia etməməklə hədələndi. Belə hal 2020-ci il tarixdə seçkilərində də baş vermişdir. Quba DSK-nın 69 məntəqəsi üzrə ən çox seçici sayı olan 15 saylı İspik kənd məntəqəsində iştirak etmiş 93 seçicinin imic və perispektivliyinə hörmətsizlik olunmağla yanaşı və qanunvericilik hamiyyətinə namizəd olan biri kimi bütün gün məntəqədə seçkini müşahidə edən biri kimi ona qarşıda hörmətsizlik olunmağla və açığ aydın qarşısında cinayət törətməklə guya MSK səhifəsində saxtakarlığla 360 seçici iştirak etdiyi qeyd olunmuşdur. Ümumi 360 sayı qədər seçici iştirak etməmişdir, digər saxta səslər əsasızdır, açıq aydın cinayət faktı olmaqla inzibati prossesual qayda və tələblərin pozulması ağır cinayəti deməkdir. Ümumi 69 məntəqə üzrə cəmi 3500 seçici iştirak etdiyi halda guya 20953 seçici iştirak etdiyi qeyd olunması həm Məntəqələr, həm Dairə, həm də Mərkəzi Seçki Komissiyasının hələdə araşdırmaması qanun pozuntusu olmağla yanaşı təkrar təkrar dəfələrlə əməllərinin inzibati qaydada törətdiyi ağır cinayət olması ilə yanaşı bugünədək davamı olan hərəkət və hərəkətsizliyidir. Zizik kəndində təbliğat təşviqat keçirdiyi zaman azı 50 nəfər seçici iştirak etdiyi halda, digər namizədin azı 5 nəfər nümayəndəsi tərəfindəndə ondan öncə Zizik kəndinə gəlsədə, onların təşviqatında heç 5 nəfərdə iştirak etmədiyi üçün ona qarşı təzyiq olunaraq bildirilmişdir ki, guya onlarla eyni gündə təşviqat etməməli idi. Buna görə onların təşviqatında seçici iştirak etməmişdir. Bu hal hərəkətlərlə namizədlər məsuliyyət daşıdıqları kimi Quba seçki dairəsindən onunla birgə 10 namizədin hər birinin ən azı 5 vəkil və öncədən təyin etdiyi nümayəndə və seçki müşahidəçiləri var və onların saxta seçkilərinin keçirildiyinə tutarlı əsasları olduğu halda qanunvericiliyin tələblərinə əsasən hələdə hərəkət və hərəkətsizlik qalması cinayət məsuliyyəti ilə yanaşı və inzibati məsuliyyətdir. Millət Vəkilliyinə namizədlərdə müyyən səs faizini toplamaq və müəyyən seçici sayı yığmağ üçün öz xeyirlərinə saxta səs atılmasına razılığ verilmişdirlər və buna görə də saxta total seçki bülletenlərinin korlanması ilə yəni seçicinin özü iştirak etmədən namizədlərin xeyirlərinə saxta ses verilməsinə etiraz etməmişdirlər və bu kimi hallar araşdırılmalıdır. Namizədlər inzibati qaydada tənbeh olunmalıdır və ağır cinayətləri təkrar təkrar törədən vəzifəli şəxslər barəsində tədbir görülməklə ona vurduğları madddi və mənəvi tələblər ödənilməlidir. Hər bir halda 3500 seçici iştirak etdiyi halda guya ümumi 20953 seçicinin ses vermədiyi halda açığ aydın bütün namizədlər bilərəkdən bu kimi cinayətlərə şərait yartdığının sübutu və əsasıdır. Eyni zamanda 2020 ci il seçkiləri zamanı məntəqələrdə MSK tərəfindən təyin olunmuş reklam plakatları cırılmağa cəhd olunduğu kimi 2024-cü il seçkiləri zamanıda məntəqə plokatlarının olduğu, təyin olunduğu yerlərə daxil olmaq ümumiyyətlə nə seçicilərə, nədə namizədlərin nümayədələrinə, nədə namizədlərin özləri üçün mümkünsüz olmuşdur, sübut üçün təqdim etdiyi fotolara baxılması xahiş olunur. Quba 59 saylı DSK iddia edirki,69 məntəqə üzrə sifarişli olduğu üçün 20953 seçicisi olub və həmin seçici imzalarına ekspert keçirilməsi üçün seçici siyahılarının sürəti xahiş olunsa da ilk öncə X4 sədr və katibləri tərəfindən bildirildi ki, hələ möhür vurulmamışdır və daha sonra bildirildi ki, guya artıq Mərkəzi Seçki Komissiyasına həmin saxtalaşdırılan seçicilər adından imza olunan seçici siyahılarısənədlər artığ MSK-ya göndərilmişdir. Məntəqələrdə müşahidə keçirən nümayəndələr tərəfindən öncədən saysız hesabsız səsvermə bülletenlərinin başlığı hazır kəsilib seçici olmadan açıq aşkar stolun üzərinə qoyulması hallarıda baş vermişdir. Belə ki, 2020-ci il seçkiləri zamanıda eyni sədr və katiblər həmin məntəqədə şəxsən iştirak edən 97 seçicinin gəlməsi video çəkiliş ilə sübut olunduğu kimi 1 sentyabr 2024 ci il seçkilərində video foto faktların vaxt və saatları və sübutları məhkəməyə təqdim olunur. Məntəqələrdə hazırlanmış protokollar faktlar əhalinin sorğusu ilə şahidlərinin ifadələri ilə də və video materiallarla da elan olunan seslər üst üstə düşmür. O, MSK-nın sədrinə və digər vəzifəli şəxslərinin MSK-nın internet səhvəsində qoyulmuş mail ünvanlarınada 2 şəxsən müraciət etdikdən sonra və hüquq şöbələrinə 113 saylı nömrələrinə zəng edərək və 3 sentyabr müraciət ünvanladı. 9 fevral 2020 ci il seçkiləri kimi 1 sentyabr 2024 ci il seçkiləridə qanun pozuntuları və yuxarıda sadaladığı hər bir hal hərəkət və hərəkətsizliklə keçirildiyi üçün ilk öncə seçkinin səhəri günü Quba DSK ya və MSK-ya müraciət etdi və şikayətlərinə və iddia tələblərinə cavab verməməkləridə hərəkət və hərəkətsizlik olduğunu bildirdi və 9 sentyabr 2024-cü il həm DSK həm də MSK-nın qaynar xəttindən bildirildi ki, guya ərizəyə və iddia tələbinə cavab verməyəcəklər. Prosessual müddəti gözləməklə aidiyyatı məhkəmənin həm inzibati kollegiyasına həm də cinayət kollegiyasına şikayət verə bilər. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin və Azərbaycan Respublikası İPM-nin müvafiq maddələrinin tələbləri pozulub. Cavabdehin iddia tələbinə dair etirazı daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia ərizəsini müdafiə edərək, öz izahatında iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 130.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 45.1. İddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir. Maddə 45.4. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Maddə 45.5. İddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 45.5.2. aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. XVİİİ fəsil. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat Maddə 130. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri 130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. 130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. 130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. 130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. 130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.4. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, hazırki inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbi məhkəmənin icraatında olmuş 2-3(105)-7/24 saylı inzibati iş üzrə iddia tələbi ilə eyni tərəflər, eyni predmet və eyni əsaslarla bağlı olduğundan, eynilik təşkil etmişdir. Nəticə etibarilə hazırki inzibati iş üzrə iddiaçı tərəfindən məhkəmənin icraatında olmuş iddia tələbi ilə eyni (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə) iddia tələbi irəli sürülmüşdür. Yuxarıda istinad edilən prosessual qanunvericilik normasının tələbinə əsasən iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Bundan əlavə, müvafiq Plenum Qərarının məzmunundan görünür ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz, qeyd olunan maddələrdə təsbit olunmuş hallar müəyyən edildikdə, verilmiş iddia mümkün saymamalıdırlar. İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, eyni iddia tələbi məhkəmənin icraatında olduğu halda iddiaçı tərəfindən yenidən həmin iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Hansı ki, prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçının iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə eyni iddia ilə məhkəməyə müraciət etmək hüququ olmamış, habelə həmin hal iddianın mümkün sayılmaması üçün əsas qismində çıxış etmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, eyni iddia tələbinə dair məhkəmənin icraatında inzibati iş olduğundan və bu hal iddia tələbinə baxılmasını mümkünsüz etdiyindən, hazırki inzibati iş üzrə iddia tələbi mümkün sayılmamalıdr. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, hazırki inzibati iş üzrə iddia mümkünlük şərtlrinə cavab vermədiyindən, mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddialar mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) şikayət verə bilər.
Məhkəmə qərarları › İş №2-3(105)-9/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(105)-9/2024
17.09.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver