Məhkəmə qərarları › İş №2-3(106)-5/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(106)-5/2025

18.02.2025 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-3(106)-5/2025 18.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Firdusi oğlunun sədrliyi, Hakimlər Hüseynov Fikrət Cilingir oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə,Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Mərkəzi Seçki Komissiyasına qarşı 10 fevral 2025-ci il tarixli, 10/53 nömrəli qərarının ləğv edilməsinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 71 saylı Cəlilabad şəhər seçki dairəsindən Cəlilabad bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd İddiaçı seçki hüquqlarının müdafiəsi ilə bağlı (03 fevral 2025-ci il tarixli, 07/30 nömrəli qərarının ləğv edilməsi) iddia ərizəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək tələbinə “Mərkəzi Seçki Komissiyasının 10 fevral 2025-ci il tarixli, 10/53 nömrəli qərarının ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni icraata qəbul etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında 29 yanvar 2025-ci ildə keçirilən Bələdiyyə seçkilərində öz təşəbbüsümlə iştirakım barədə Cəlilabad 71 saylı Dairə Seçki Komissiyasına müraciət etmiş, xx.xx.2024-cü ildə DSK-nın 38/169 qərarı ilə Cəlilabad şəhəri üzrə Bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınıb. 71 saylı Cəlilabad şəhər seçki dairəsinin 13 məntəqəsində müşahidə apara bildiyimdən 3, 7, 9, 10, 11, 14, 18 saylı məntəqələrində səsvermələr total saxtakarlıqla keçirilib. Belə ki, Psixoloji təzyiqlər vasitəsilə müşahidəçilərin fəaliyyəti məhdudlaşdırılıb;Əksər seçki məntəqələrində səsvermə otağında müşahidəçilərin normal müşahidə aparılmasına imkan verilməyib;Bütün məntəqələrdə daşınmaz seçki qutuları Seçki Məcəlləsinin 103.3. maddəsinə zidd olaraq çoxlu sayda bülletenin salınmasına imkan verən formada hazırlanıb;Bütün seçki məntəqələrində Seçki Məcəlləsinin 106.5. maddəsinin tələbləri,yəni səslərin hesablanmasının fasiləsiz aparılması tələbi pozulub;Veb-kamera qurulan seçki məntəqələrinin bəziləri istisna olmaqla əksər seçki məntəqələrində səsvermə bittikdən sonra seçicilərin imzaları sayılmayıb;Seçki məntəqələrinin əksəriyyətində (13) Məntəqə Seçki Komissiyasının yekun protokollarının surəti müşahidəçilərə verilməyib, 1 seçki məntəqəsindən verilən protokolların yalnız 1 -də protokolun nə vaxt tərtib olunması haqqında məlumat qeyd edilib.Heç bir məntəqədə məntəqə seçki komissiyalarında səsvermənin nəticələri bitdikdən sonra yekun protokolların müşahidəçilərə verildiyi seçki məntəqələrində belə seçkilərin yekun nəticələri haqqında karbonlaşmış protokollar tərtib olunmayıb və bu protokolların 3-cü nüsxəsi məlumat lövhəsindən asılmayıb.Bu qanun pozuntuları barədə dairə seçki komissiyasına mütəmadi olaraq məlumat verilib, bundan sonra məntəqə seçki komissiyaları protokolların yazılması işini bilərəkdən yubadıb və sonda müşahidəçilərə karbonlaşmış seçki protokolunun 3-cü nüsxəsinin yalnız növbəti gün verilə biləcəyini söyləyərək onları seçki məntəqələrindən kənarlaşdırıb. 18-ci məntəqə: səsvermə otağında səsverən seçicilərin sayı həm seçki məntəqəsində müşahidəçilərin hesablarına görə 11 nəfər oldüğu halda məntəqənin yekun protokolunda bu rəqəm 279 göstərilib.11-ci məntəqə: Səsvermə otağında səsverən seçicilərin sayı həm seçki məntəqəsində müşahidə aparan müşahidəçilərin hesablarına görə 99 nəfər olduğu halda məntəqənin yekun protokolunda bu rəqəm 348 göstərilib.Bu faktlar onu sübut edir ki,veb-kamera qoyulmuş seçki məntəqələrində belə məntəqəyə gələn seçicilərin sayı bilərəkdən şişirdilib.Bunu sübut etmək üçün seçki dairəsinin ərazisindəki veb-kamera quraşdırılmış seçki məntəqələrində veb- kameraların çəkilişinin yoxlanılması kifayətdir.Məntəqə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi protokol tərtib edildikdən sonra məlumat lövhəsində asılmayıb; Bu qanun pozuntuları barədə dairə seçki komissiyasına məlumat verilib, lakin məhəl qoyulmayıb. Mərkəzi Seçki Komissiyasının qaynar xətti ilə 5 dəfə əlaqə saxlanılmışdır.Ona görə də 71 saylı Cəlilabad şəhər seçki dairəsi səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun. “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının qərarının Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlara, seçki münasibətlərinə dair Təlimat və Əsasnaməyə, eləcə də yuridiksiyası altında olduğumuz Avropa Məhkəməsinin presedent qərarına zidd olduğundan ləğv edilməsi zəruridir. Qeyd olunanlar nəzərə alınaraq 71 saylı Cəlilabad şəhər seçki dairəsinin 03 fevral 2025-ci il tarixli, 07/30 nömrəli qərarının ləğv edilməsi xahiş edilmişdir. Prosessual məsələlər Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini, Mərkəzi Seçki Komissiyasına qarşı 10 fevral 2025-ci il tarixli, 10/53 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilsə də cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 10 fevral 2025-ci il tarixli, 10/53 nömrəli qərarının məzmununda qeyd olunmuşdur ki:- 2025-ci il yanvarın 29da keçirilmiş bələdiyyə seçkilərində 71 saylı Cəlilabad şəhər seçki dairəsindən Cəlilabad bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər İddiaçı Səttərxan oğlu, X2 və X3 8 fevral 2025-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının hərəkətsizliyini və 3 fevral 2025-ci il tarixli 07/30 saylı Qərarını mübahisələndirərək, bu barədə müvafiq tədbirin görülməsini xahiş etmişlər. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış və bu barədə müvafiq rəy verilərək Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.Araşdırma ilə bağlı müraciət etmiş namizədlərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. Namizədlər əlavə sənəd və materialların olmadığını bildirmiş, eləcə də dəvət olunsalar da araşdırmada və Komissiyanın iclasında iştirak etməmişlər.Müəyyən edilmişdir ki, qeydə alınmış namizədlər İddiaçı, R.A.Abdullayev və M.M.Zeynalov dairə seçki komissiyasına müraciət edərək 3, 7, 9, 10, 11, 14 və 18 saylı seçki məntəqələrində səsvermə və səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verildiyini iddia etmiş, səsvermənin yekunlarının onların iştirakı ilə yoxlanmasını tələb etmişlər.Həmin müraciətdə iddia edilən pozuntular dairə seçki komissiyası tərəfindən araşdırılmış, komissiyanın 3 fevral 2025-ci il tarixli 07/30 saylı qərarı ilə müraciət əsassız hesab olunaraq təmin edilməmişdir.Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Müraciətin araşdırılması ilkin icraat materiallarını və veb kameralar vasitəsilə yayımlanan video görüntüləri əhatə etmişdir.Ərizəçilərin araşdırmada və komissiyanın iclasında iştirak etməsinin dairə seçki komissiyası tərəfindən təmin edilməməsi ilə bağlı iddiası həmin dairə seçki komissiyasının sədrindən, katiblərindən, üzvlərindən alınan izahatlarla, aktlarla və araşdırmaya təqdim edilmiş 1 ədəd video görüntü ilə öz təsdiqini tapmamışdır. Müəyyən olunmuşdur ki, namizədlər İddiaçı, R.A.Abdullayev və M.M.Zeynalov araşdırmaya və komissiyanın iclasına dəvət olunmuş, İddiaçı həm araşdırmada, həm də M.M.Zeynalovla birlikdə komissiyanın iclasında iştirak etmişlər.Mərkəzi Seçki Komissiyasında aparılmış geniş, tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədlərin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq subyektlərindən, o cümlədən 'səsvermə günü həmin seçki məntəqələrində sə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, üzvləri, qeydə alınan digər namizədlər (sözügedən bələdiyyə üzrə liderlər siyahısında olmayan) tərəfindən verilən izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.Bundan əlavə, nəticələri mübahisələndirilən 3, 9 və 11 saylı seçki məntəqələrində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə” 21 yanvar 2025-ci il tarixli 4/13 saylı Qərarına əsasən veb-kamera quraşdırılmışdır. İcraatın tərkib hissəsi olaraq hər üç məntəqə üzrə veb-kameraların görüntülərinə baxış keçirilmiş və hər hansı qanun pozuntusu müşahidə edilməmişdir. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə əsasən qərara alır: 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 71 saylı Cəlilabad şəhər seçki dairəsindən Cəlilabad bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər İddiaçı Səttərxan oğlu, X2 və X1 8 fevral 2025-ci il tarixli 40 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 3 fevral 2025-ci il tarixli 07/30 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün seçki münasibətlərini tənzimləyən, eyni zamanda müvafiq prosessual normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin: -170.2-ci maddəsinə əsasən dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır: səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə; birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin; məhkəmənin qərarı əsasında. -112.1. seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. -112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. -112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apelyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə (XVİİİ fəsil) əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh inzibati orqanın mübahisələndirilən qərarının surətindən görünür ki, cavabdeh inzibati orqan tərəfindən araşdırma ilə bağlı müraciət etmiş iddiaçının komissiyanın iclasında iştirakı təmin edilmişdir. Dairə seçki komissiyasından mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Bundan başqa səsvermə günü sözügedən seçki məntəqələrində müşahidə aparmış müxtəlif maraqları təmsil edən müşahidəçilərdən və digər seçki subyektlərindən alınmış izahatlarda həmin məntəqələrdə səsvermə prosesinin təşkili, keçirilməsi, səsvermə və səsvermənin nəticələrinə dair seçki məntəqəsi üzrə yekun protokolun tərtib edilməsi zamanı səsvermənin nəticələrinə təsir edə biləcək har hansı bir pozuntuların olması müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən cavabdeh inzibati orqan yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarı qəbul etmiş cavabdeh inzibati orqan həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, lakin iddiaçı tərəfindən sözügedən qərarın ləğv edilməsi ilə əlaqədar məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Bundan əlavə məhkəmə kollegiyası bildirir ki, bələdiyyə seçkilərinin ümumi yekunlarına dair Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli, 12/64 nömrəli qərarı ilə 71 saylı Cəlilabad şəhər seçki dairəsinin səsvermənin nəticələrinə dair protokolu qanuni hesab edilmiş və sözügedən qərar (Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli, 12/64 nömrəli qərarı) rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetində 15 fevral 2025-ci il tarixdə 34(9779) nömrə ilə dərc edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci, 68-69-cu və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı 10 fevral 2025-ci il tarixli, 10/53 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar