Məhkəmə qərarları › İş №2-3(106)-7/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(106)-7/2024

18.09.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-3(106)-7/2024 18.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçı Ərizəçi, üçüncü şəxs 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyasının sədri X1 iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Ərizəçi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 09 sentyabr 2024-cü il tarixli, 38/191 nömrəli qərarının və 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 33/103 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İşin halları İddiаçı tələbi onunla əsaslandırılmışdır ki, o, təbliğat-təşviqat işləri zamanı seçicilərlə çoxsaylı görüşlər keçirmişdir. Bu görüşlər zamanı yerli icra orqanları və bələdiyyə sədrləri görüşlərin keçirilməsinə maneəçiliklər törədmişdir. 22 sentyabr 2024-ci il seçkilərinə müşahidəçilərin təyin edilməsi üçün müraciətlər etmişdir. Bu müraciətlərin bilərəkdən vaxtı uzadılaraq qərarlı şəkildə verilməsinə maneəçilik törədilmişdir.Təbliğattəşviqat üçün rəsmi ayrılmış görüş yerləri təqdim olunan siyahıda olan kimi faktiki ərazilərdə olmamışdır və bilərəkdən bağlı saxlanılmışdır. Bütün bunlar barədə 63 saylı DSK-ya Hacıqabul rayon İcra başçısına, MSK-ya,115 qaynar xəttinə müraciətlər etmişdir. Bu müraciətində 63 saylı Hacıqabul-Kürdəmir DSK-da baş verən qanun pozuntularının qarşısının alıması üçün 63 saylı DSK-nın rəhbəri Ə.M.Hacıyevə MSK-nın X5 və Möhtərəm Ali Baş komandan X7 rəsmən müraciət edilmiş və köməklik göstərilməsi xahiş edilmişdir. 24 avqust 2024-cü il tarixdə Aztürk TV youtube kanalında 2 (iki) dəfə müraciətlər etmişdir. Təbliğat-təşviqat işlərində baş verən pozuntular barədə video çəkilişlər və fotolar çəkmiş, 01 sentyabr 2024-cü il tarixdə seçkilər günü seçki məntəqələrində seçkinin obyektivliyi və qanuni keçirilməsi üçün müşahidəçilərlə seçki məntəqələrində ciddi çoxsaylı qanun pozuntuları aşkar edilmişdir. Bu nöqsanlar barədə video çəkilişlər etmiş, rəsmi aktlar tərtib edilmişdir. 01 sentyabr DSK-nın demək olar ki, bütün məntəqələrində ciddi qanun pozuntuları baş vermişdir. N31 saylı seçki məntəqəsi Nəvahi qəsəbəsi, N26-27 saylı seçki məntəqəsi Nəvahi kəndi, N36 saylı seçki məntəqəsi Qızılburun, N37-38 saylı seçki məntəqəsi Atbulaq, N32-33 saylı seçki məntəqəsi Rəncbər, N34-35 saylı seçki məntəqəsi Qubalıbaloğlan, N39 saylı seçki məntəqəsi Şorbaçı, N40-41 saylı seçki məntəqəsi İ Udulu, N242-43-44 saylı seçki məntəqəsi İİ Udulu, N13 saylı seçki məntəqəsi Muğan qəsəbəsi və s. seçki məntəqələrində ciddi qanun pozuntuları baş vermişdir. Bu barədə aktlar tərtib edilmişdir, foto və video çəkilişlər edilmişdir. 06 sentyabr Apelyasiya məhkəməsində xx.xx.2024-cü ildə iddia ərizəsinə baxılmışdır.Bu iddia üzrə Apelyasiya Məhkəməsinin qəbul etdiyi qərarında göstərilirki 63 saylı Seçki dairəsinin qərarından MSK-ya müraciət edilməlidir. 63 saylı DSK-nın №33-103 saylı qərarından Mərkəzi Seçki komissiyasına şikayət edilmişdir. 15 sentyabr 2024-cü il tarixdə o, Mərkəzi Seçki Komissiyasının binasında olmuş,rəsmi müraciət etmişdir.Ona bildirmişlər ki, onlar artıq qərar qəbul ediblər və ona bu qərarın surətini vermişlər və poçtla bu qərarın əslini göndərdiklərini demişlər.Ona verilən sənədlərə əsasən 09 sentyabr №38-191 saylı qərarından onun müraciətinin vaxtı ötürüldüyünü bildirmişlər. Onun 03 sentyabr 2024-cü il tarixdə vaxtında 63 DSK-ya, MSK-ya qanun pozuntuları barədə rəsmi poçtda təstiq olunmuş qəbzlər və teleqram mətinləri vardır ki, buda onlar tərəfindən 03 sentyabr 2024-cü il tarixdə DSK tərəfindən saat 14:45-də qəbul edilmişdir. MSK tərəfindən saat 17:30-da qəbul edilmişdir. Deməli o, 63 saylı DSK-da 01 sentyabr baş verən seçki məntəqələrində qanun pozuntuları barədə vaxtında müraciət etmişdir. Bu barədə yuxarıda göstərildiyi kimi seçki məntəqələrində baş verən qanun pozuntuları barədə bir çox videoçəkilişlər, foto və sənədlər vardır. Odur ki, 63 saylı DSK-nın və MSK-nm mənim bu müraciətiinə baxılmaması Seçki Məcəlləsinin maddələri pozulmaqla çıxaarılmış qəbul edilmiş qərarlardır. Qeyd olunanlar nəzərə alınaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 09 sentyabr 2024-cü il tarixli, 38/191 nömrəli qərarının və 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 33/103 nömrəli qərarının ləğv edilməsi xahiş edilmişdir. Prosessual məsələlər Məhkəmə iclasında iştirak edən iddiaçı Ərizəçi iddianı müdafiə edərək Mərkəzi Seçki Komissiyasının 09 sentyabr 2024-cü il tarixli, 38/191 nömrəli nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyasının sədri X2 iddianın təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 09 sentyabr 2024-cü il tarixli, 38/191 nömrəli nömrəli qərarının məzmunundan görünür ki, iddiaçının müraciəti seçki qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə verilmədiyindən ekspert qrupunun rəyi nəzərə alınmaqla geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün seçki münasibətlərini tənzimləyən, eyni zamanda müvafiq prosessual normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin: -170.2-ci maddəsinə əsasən dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır: səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə; birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin; məhkəmənin qərarı əsasında. -112.1. seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. -112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. -112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apelyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə (XVİİİ fəsil) əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh inzibati orqanın mübahisələndirilən qərarının surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə qanunvericiliyin tələbləri həddində baxılmış, şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən haqlı olaraq şikayətin geri qaytarılması barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, namizəd Ərizəçi xx.xx.2024-cü il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin qanunsuz keçirilməsi ilə bağlı 63 saylı Hacıqabul- Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyasına xx.xx.2024-cü il tarixdə müraciət etmiş və müraciətə mahiyyəti üzrə baxılmış, 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 32/102 nömrəli qərarı ilə müraciət əsassız olduğu üçün təmin edilməmişdir.Lakin namizəd Ərizəçi 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 32/102 nömrəli qərarından Mərkəzi Seçki Komissiyasına şikayət etməmişdir. Bundan sonra namizəd Ərizəçi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin qanunsuz keçirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə ərizə ilə 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyasına müraciətlər etmiş və 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli, 33/103 nömrəli və xx.xx.2024-cü il tarixli, 34/104 nömrəli qərarları ilə şikayətvermə müddəti ötürüldüyü üçün şikayətlər geri qaytarılmışdır. Beləliklə də namizəd Ərizəçi 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyasının sədrinə ünvanladığı ərizənin surətindən də görünür ki, Ərizəçi Dairə Seçki Komissiyasına ünvanlanmış müraciət ərizəsi 05 sentyabr 2024-cü il tarixdə və xx.xx.2024cü il tarixdə onun özü tərəfindən şəxsən Dairə Seçki Komissiyasının sədri Məhəmməd Hacıyevə təqdim edilmiş və ərizə həmin gün qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçı Seçki Məcəlləsinin 112.1-ci maddəsi ilə müəyyən edilmiş müddəti ötürməklə şikayət vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bundan əlavə, iddiaçı 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini tələb etsə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin tələbin təmin edilməsində hüquqi marağı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 09 sentyabr 2024-cü il tarixli, 38/191 nömrəli qərarının qanuniliyinin yoxlanılması ilə əhatə olunur. Bu baxımdan iddianın həmin hissəsəsinə müstəqil tələb kimi baxılması zərurəti yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci, 68-69-cu və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Ərizəçi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı 09 sentyabr 2024-cü il tarixli, 38/191 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 (üç) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar