Məhkəmə qərarları › İş №2-3(107)-10/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(107)-10/2020

27.02.2020 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-3(107)-10/2020 27.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) X7 (bundan sonra mətndə MSK) qarşı “X5 xx.xx.2020-ci il tarixli 34/428 nömrəli saylı Qərarının ləğv edilməsi, 110 saylı Zaqatala seçki dairəsinin bütün nəticələrinin ləğv edilməsi tələbi” barədə iddiasına açıq məhkəmə iclasında baxaraq bu qərarı qəbul etdi. Təsviri hissə İddiaçı2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 110 saylı Zaqatala seçki dairəsi üzrə qeydə alınmış namizəddir. İddiaçı iddia edir ki, 2020-ci ilin fevral ayının 9-da Azərbaycan Respublikası Milli Məclisinə Zaqatala 110 saylı Seçki Dairəsi (bundan sonra 110 saylı DSK) üzrə məntəqələrdə səsvermə günü seçkinin nəticələrinin etibarsız hesab ediləcək həddə seçki qanunvericiliyinin pozulması halları baş vermişdir. İddiaçı 110 saylı DSK-ya müraciət edərək həmin seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş etmişdir. Qeyd edilən 110 saylı DSK şikayətçinin tələbi üzrə araşdırma aparmış 21 fevral 2020-ci il və 22 fevral 2020-ci il tarixli qərarları ilə şikayətçinin tələblərini təmin etməmişdir. İddiaçı qeyd edilən qərardan MSK-ya müraciət etmiş, MSK-nın xx.xx.2020-ci il tarixli 34/428 nömrəli qərarı ilə 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 110 saylı Zaqatala seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı xx xxxxxx 2020-ci il tarixli müraciəti qismən təmin edilərək 110 saylı Zaqatala seçki dairəsinin 24 və 26 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməsi, həmin dairə seçki komissiyasının xx xxxxxx 2020-ci il tarixli 39/95 saylı və xx xxxxxx 2020-ci il tarixli 40/97 saylı qərarı 24 və 26 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilməsi, həmin qərarın digər hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı “X5 xx.xx.2020-ci il tarixli 34/428 nömrəli saylı Qərarının ləğv edilməsi, 110 saylı Zaqatala seçki dairəsinin bütün nəticələrinin ləğv edilməsi” tələbi ilə Şəki Apelyasiya Məhkəməsinə müraciət etmişdir. İddia tələbinin mahiyyəti İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat dönəmində lider namizədin xeyrinə inzibati resurslardan istifadə edilmiş, namizədə qeyri-bərabər təşviqat imkanları yaradılmış, seçki prosesinə dövlət qurumları müdaxilə etmiş, bəzi seçki məntəqələrində müşahidəçilərin hüquqları pozulmuş, onlara seçkini müşahidə etməyə imkan yaradılmamış, qutulara topa şəklində bülletenlər atılmış, seçki məntəqələri üzrə seçici siyahılarında olmayan şəxslər səs vermiş, seçicilərin sayı süni şəkildə şişirdilmiş, istifadə olunmamış bülletenlər sayılıb ləğv edilməmiş, səsvermə kabinələrinə eyni zamanda bir neçə şəxs daxil olmuş, daşınan qutu ilə bağlı qaydalar kobud şəkildə pozulmuş və digər qanun pozuntularına yol verilmişdir. Müraciətə bir ədəd elektron məlumat daşıyıcısı, 3, 24, 26, 33 və 42 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair 5 ədəd protokol və 7 ədəd akt əlavə edilmişdir. İddiaçı tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiasını müdafiə edərək 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat dönəmində lider namizədin xeyrinə inzibati resurslardan istifadə edilmiş, namizədlərə qeyri-bərabər təşviqat imkanları yaradılmış, seçki prosesinə dövlət qurumları müdaxilə etmiş, bəzi seçki məntəqələrində müşahidəçilərin hüquqları pozulmuş, onlara seçkini müşahidə etməyə imkan yaradılmamış, qutulara topa şəklində bülletenlər atılmış, seçki məntəqələri üzrə seçici siyahılarında olmayan şəxslər səs vermiş, seçicilərin sayı süni şəkildə şişirdilmiş, istifadə olunmamış bülletenlər sayılıb ləğv edilməmiş, səsvermə kabinələrinə eyni zamanda bir neçə şəxs daxil olmuş, daşınan qutu ilə bağlı qaydalar kobud şəkildə pozulmuş və digər qanun pozuntularına yol verilmişdir. Onun təşviqat dövründə onu təbliğ edən materialları ləğv edilmiş və təşviqatının normal keçirilməsinə inzibati maneələr yaradılmışdır.Ona görə də tələbnin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh MSK nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin tələb edilən müvafiq sənədləri electron poçt vasitəsilə məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonar İPM) 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icraatı zamanı təqdim edilmiş sübutlara əsaslanılmış və həmin sübutlar iş materiallarına əlavə edilmişdir. Onlara iddiaçıların MSK-ya ünvanladıqları şikayət ərizəsi, MSK-nın nəzdində yaradılmış ekspert qrupunun üzvü Bəxşeyiş Əsgərovun MSK-ya daxil olmuş xx.xx.2020ci il tarixli 410 saylı müraciət üzrə rəyi, MSK-nın xx.xx.2020-ci il tarixli 33/428 nömrəli qərarı, X1 110 saylı DSK-nın məntəqələrinin sayı ilə bağlı məlumat və iddiaçı tərəfindən təqdim edilən digər sənəd və materiallar daxildir. Əsaslandırma hissəsi İPM-in 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Seçki Məcəlləsinin: 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) X6, X4 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. İPM-in 130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. MSK-nın xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi tələb edilən hazırkı iddia ərizəsi Şəki Apelyasiya Məhkəməsinə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, iddiaçı müraciət üçün qanunda müəyyən müddəti ötürməmişdir. Məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, qeyd edilən əsaslara görə iddia mümkün iddiadır. İddiaçının seçki qanunvericiliyinin pozulması ilə bağlı müraciətinə baxaraq müraciəti əsassız hesab edən 110 saylı Dairə seçki komissiyası qeyd edilən qərarlarını onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində seçki dairəsinin bəzi seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini sərbəst ifadə etməsinə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd İddiaçı müraciətləri əsassız olduğundan təmin edilməməlidir. İddiaçı 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 110 saylı Zaqatala seçki dairəsi üzrə qeydə alınmış namizədlər İddiaçı 2020-ci il fevralın 23-də MSK-ya yazılı müraciətləri ilə həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair dairə seçki komissiyasının xx xxxxxx 2020-ci il tarixli 39/95 saylı və xx xxxxxx 2020-ci il tarixli 40/97 saylı qərarını mübahisələndirmiş, seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət X4 nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır. Müraciət hərtərəfli araşdırılması məqsədilə qeydə alınmış namizəd İddiaçı təqdim etdiyi 3, 24, 26, 39, 42 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair 5 ədəd protokol, 7 ədəd akt və bir ədəd elektron məlumat daşıyıcısında olan məlumatlar, seçki dairəsinin seçki məntəqələri üzrə seçkilərin nəticələrinə dair rəsmi protokol məlumatları, qeydə alınmış lider olmayan 4 namizəddən, müxtəlif siyasi partiyaları və namizədləri təmsil edən müşahidəçilərdən və adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlar, səsvermə günü sosial şəbəkələrdə yayımlanan məlumatlar, həmin dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər seçki sənədləri ətraflı tədqiq edilmişdir. Araşdırma zamanı şikayətə əlavə edilən və məntəqə seçki komissiyalarından əldə edilməsi iddia olunan 3, 24, 26, 33 və 42 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair müvafiq qaydada düzgün tərtib və təsdiq olunmuş protokollarının nüsxələri ilə həmin seçki məntəqələri üzrə tərtib edilərək rəsmi təqdim edilmiş protokollar müqayisəli tədqiq edildilər və müqayisəli tədqiqat nəticəsində onlar arasında seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən uyğunsuzluqlar aşkar edilməmişdir. Araşdırma gedişində həmçinin toplanmış seçki sənədlərinin və video görüntülərin təhlili zamanı seçki dairəsinin 24 və 26 saylı seçki məntəqələrində seçicilərin iradələrini sərbəst ifadə etmələrinə maneəçilik törədən və bununla da onların iradələrini müəyyənləşdirməyə imkan verməyən hallar müəyyən edilmişdir. Araşdırma ilə müəyyən edilmişdir ki, 24 və 26 saylı seçki məntəqələri istisna olmaqla, səsvermə günü seçki dairəsinin mübahisələndirilən seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları maraqlı seçki subyektlərinə verilmişdir. Bununla da dairə seçki komissiyası düzgün nəticəyə gəlsə də araşdırma zamanı səsvermə günü 24 və 26 saylı seçki məntəqələrində aşkar edilmiş ciddi qanun pozuntuları bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları kimi qiymətləndirilməlidir. Səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularının araşdırılması məqsədi ilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən, o cümlədən qeydə alınmış lider olmayan namizədlərdən, müxtəlif siyasi partiyaları və namizədləri təmsil edən müşahidəçilərdən və adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlardan aydın olur ki, 24 və 26 saylı seçki məntəqələri istisna olmaqla, müraciətdə qeyd olunan pozuntuları təsdiq edən hər hansı bir hal aşkarlanmamışdır. Məhkəmə kollegiyası iddiaçıların dəlilərini və təqdim edilmiş sübutları və 110 saylı DSK-nın 21 və xx xxxxxx 2020-ci il tarixli və MSK-nın xx.xx.2020-ci il tarixli hazırkı tələb üzrə qərarlarını ətraflı araşdıraraq hesab edir ki, şikayət aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhəmə kollegiyası tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş video və digər materiallara baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd edilən görüntülərdə çəklişin hansı seçki məntəqələrində aparılması, seçki məntəqlərinin ümumi görüntülər, mübahisə, müzakirə, eyni zamanda, səsvermə hüququndan istifadə edilməyə imkan verilməyən hallarla bağlı verilən şərhlər, əsasən çəkiliş aparan şəxslərin ehtimalları olmuşdur. İddiaçının MSK-ya təqdim etdiyi aktlar da tələb edilmiş və həmin aktlara baxış keçirilmiş və təqdim edilən aktlar bir qismi yalnız bir nəfər tərəfindən imzalanmış, qeyd edilən aktlarda əsasən müvafiq məntəqədə seçkidə iştirak edən şəxslərin bir-biri ilə mübahisələri, müzakirələri yer alır. Bundan əlavə 42 saylı məntəqədə bir nəfərin seçki qutusuna iki səsvermə büllüteni atması halı müəyyən edildiyi və həmin bülletenlərdən birinin ləğv edildiyi müəyyən edilir. Eyni zamanda, daşınan seçki qutusuna aid tələblərə əməl edilmədiyi yəni həmin qutuların ayrı saxlanıldığı qeyd edilir. Seçki Məcəllləsinin: 105.1. Məntəqə seçki komissiyası bütün seçicilərə, o cümlədən səhhətinə görə səsvermə otağına gələ bilməyən seçicilərə səsvermədə iştirak etmək imkanı yaratmalıdır. Bu məqsədlə seçki məntəqəsində bir daşınan seçki qutusu olmalıdır. 105.3. Daşınan seçki qutusundan yalnız səsvermə günü istifadə edilir. Daşınan seçki qutusu ilə gedən məntəqə seçki komissiyasının üzvləri ərizələrin (müraciətlərin) sayına uyğun seçki bülletenləri alırlar (bu saya 3 seçki bülleteni əlavə olunur). Seçicilərin ərizələri ilə əlaqədar istifadə olunan və geri qaytarılmış seçki bülletenlərinin sayı ayrıca tərtib olunan aktda göstərilir. Eyni zamanda seçicilər siyahısında seçicinin seçki məntəqəsindən kənarda səs verməsi məntəqə seçki komissiyasının üzvü tərəfindən ayrıca qeyd olunur. Məntəqə seçki komissiyasının üzvləri daşınan seçki qutusunu səsvermə otağına qaytardıqdan sonra bu qutu səslərin hesablanmasınadək açılmır və onun yarığı bağlanıb möhürlənir. Daşınan seçki qutusu adından da göründüyü kimi, seçki məntəqəsinə gəlmək imkanı olamayan şəxslər üçün nəzərdə tutulmuş və həmin qutular qanunvericiliklə müəyyən edilmiş proseduralara uyğun səyyar səsvermə aparıldıqdan sonra seçki məntəqəsinə qətirilir. Məhkəmə kollegiyası təqdim edilmiş sübutlar əsasında onu müəyyən etdi ki, iddiaçının müraciətində qeyd edilən və əsasən video material təqdim edilən 24 və 26 saylı məntəqələrdə baş vermiş pozuntular seçki qanunvericiliyinin tələblərinə görə məntəqə seçki komissiyalarında səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas olduğundan həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri MSK tərəfindən etibarsız hesab edilmişdir. Məhkəmə kollegiyası təqdim edilən digər məntəqələrlə bağlı seçki məntəqələrində çəkiliş aparan şəxslərin şərhləri, mübahisələri və seçki məntəqəsinin nümayəndələri və müşahidəçilərlə söhbətləri, müzakirəsi, o cümlədən şəxslərin müsahibəsi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən məntəqələrdə seçki qanunvericiliyinin pozulmasını müəyyən etməmişdir. İddiaçının rəli sürdüyü dəlillər qeyd edilən digər məntəqələrdə baş verən yuxarıda qeyd edilən qanun pozuntuları 110 saylı DSK və MSK tərəfindən aparılmış araşdırmanın nəticəsində öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilən görüntü materiallarından bu pozuntuların mövcudluğunu müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyası heab edir ki, iddiaçıların irəli sürdüyü dəlillərin ehtimal xarakteri daşıyır və həmin pozuntuları təsdiq edə biləcək faktlar mövcud deyil, eyni zamnda çəkilişdə müsahibə verilmiş şəxslərin səsverməyə imkan verilməməsi və ya şəxslərin təkrar səsverməyə buraxılması ilə bağlı irəli sürdüyü dəlilər də əsassızdır. Belə ki, qeyd edilən şəxslərin özləri bununla bağlı aidiyyəti dairə seçki komissiyasına, X6 və prokurorluq orqanlarına müraciət etmək hüquqları olmuş, həmin şəxslər bununla bağlı aidiyyəti üzrə müraciət edə bilərlər. Həmin məsələ ilə bağlı Seçki Məcəlləsinin: 101.1-ci maddəsinə əsasən referendum və prezident seçkiləri zamanı seçicilərə vahid dairə üzrə səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verilə bilər. 101.2. Səsvermə günü seçicilər siyahısına daxil edilmiş, seçki məntəqəsində səs vermək imkanı olmayan seçici müvafiq dairə seçki komissiyasında (səsvermə gününə 45-25 gün qalmış) və ya məntəqə seçki komissiyasında (səsvermə gününə 24-3 gün qalmış) səsvermə vəsiqəsini ala bilər və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər. Bu qayda Milli Məclisə seçkilər zamanı müvafiq seçki dairəsinin ərazisində, prezident seçkiləri və referendum zamanı respublikanın bütün ərazisində, bələdiyyə seçkilərində isə müvafiq bələdiyyənin ərazisində tətbiq edilir. Bundan əlavə iddiaçının irəli sürdüyü dəlilləri təsdiq etmək üçün müvafiq müşahidəçilərin və məntəqə üzvlərinin səsvermənin nəticlərinin sayılmasına imkan verilməməsi ilə bağlı qeyd etdiyi hallara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlarda bu faktların mövcudluğunu müəyyən etmək mümkün deyil, həmin çəkiliş və video materialın çəkiliş yerini müəyyən etmək mümkün olmadığından həmin halları əsas tutaraq seçkinin nəticlərinin etibarsız sayılması qanunsuz olar. Belə ki, məhkəmə bütün sübutların mümkünlük dərəcəsini araşdırmaqla, həmin sübutlara digər sübutlarla birlikdə araşdırıb qiymət verməlidir. Seçki qanunveriicliyi üzrə hər bir seçicinin qeydiyyatdan keçməsi anından başlayaraq səslərin hesablanmasına kimi ciddi proseduralarla müəyyən edilmiş sənədləşmə aprılmalı olan bir prosesdir. Əgər iddiaçıların irəli sürdüyü dəlillər ehtimallara əsaslanırsa, konkret olaraq belə bir faktı təsdiq edə biləcək əsaslı sübut yoxdursa, məhkəmə kollegiyası həmin faktı mövcud olmayan fakt kimi dəyərləndirməlidir. İddiçıların tələblərinə münasibətdə qeyd edilməlidir ki, Seçki Məcəlləsinin: 104.5-ci maddəsinə əsasən seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib kilidləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir. 104.11-ci maddəsinə əsasən seçki qutuları məntəqə seçki komissiyası üzvlərinin və müşahidəçilərin maneəsiz müşahidə edə bildikləri yerdə qoyulmalıdır. 104.12-ci maddəsinə əsasən məntəqə seçki komissiyasının sədri səsvermə yerində qaydaqanuna nəzarət edir. Onun sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir. Məntəqə seçki komissiyasının sədri seçki məntəqəsində olmadıqda onu məntəqə seçki komissiyasının katibi və ya komissiyanın bu vəzifələr həvalə olunmuş üzvü əvəz edir. 104.13-cü maddəsinə əsasən seçicinin öz iradəsini ifadə etməsinə təsir göstərməyə cəhd edən və ya gizli səsverməni pozan məntəqə seçki komissiyasının üzvü müvafiq akt tərtib edilməklə işindən kənarlaşdırılır, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxs isə təxirə salınmadan otaqdan çıxarılır. Bu barədə məntəqə seçki komissiyası qərar qəbul edir. Təsirə məruz qalan seçici səs verməyibsə, onun səs verməsinə yol verilmir, seçki bülleteni ondan alınır və etibarsız sayılır. 104.14-cü maddəsinə əsasən seçki məntəqəsində səsvermədə iştirak edən seçicilərdən, məntəqə seçki komissiyasının üzvlərindən, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində nəzərdə tutulanlardan başqa digər şəxslər olmamalıdırlar. Səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, dövlət orqanlarının vəzifəli şəxslərinin olması qadağandır. Hüquq mühafizə orqanlarının işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsədi ilə, məntəqə seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər və öz vəzifələrini icra etdikdən sonra seçki məntəqəsini dərhal tərk etməlidirlər. Hüquq mühafizə orqanının işçisi səsvermə zamanı səsvermə otağında olduqda səsvermə dayandırılır. Səsvermə zamanı asayişi bərpa etmək 6 saatdan artıq mümkün olmazsa, dairə seçki komissiyasının qərarı ilə seçki məntəqəsi bağlanır. Belə seçki məntəqələrində səsvermə etibarsız sayılır. 106.1-ci maddəsinə əsasən səsvermə müddəti başa çatdıqda məntəqə seçki komissiyasının sədri ucadan elan edir ki, «yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilər səs verə bilərlər». Bu zaman təmin olunmalıdır ki, yalnız bu elanadək səsvermə otağında növbəyə dayanmış seçicilər səs versinlər. Seçki qutuları açılmamışdan əvvəl, istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir. Həmin seçki bülletenlərinin sayı elan edilir və səsvermənin yekun protokolunda qeyd olunur. Seçki bülleteni almış seçicilərin imzalarının sayı səsvermənin yekun protokoluna daxil edilir. Eyni zamanda, səsvermə vəsiqəsi ilə səs verən və ayrıca seçki məntəqəsindən kənarda, daşınan seçki qutusundan istifadə etməklə səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının kilidlərinin (daşınan seçki qutusunda isə həmçinin yarığın üzərindəki möhürün) salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır. 106.2-ci maddəsinə əsasən seçki qutuları növbə ilə açılır: əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutuları. İlk növbədə daşınan seçki qutusundakı bülletenlər sayılır. Onların sayı səsvermə otağından kənarda səs verilməsi üçün seçicilərin verdikləri ərizələrin sayından çox olmamalıdır. Daşınan seçki qutusu üzrə səslər hesablanarkən bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, daşınan seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır. Bu barədə akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini təmin edən məntəqə seçki komissiyası üzvlərinin soyadları göstərilməklə səsvermənin yekun protokoluna əlavə olunur. Qeyd edilən hüquq normalarının tələblərinə görə səsvermə və seçki prosesi müşahidəçilər tərəfindən görünə bilən şəraitdə aparılmalı və bununla bağlı məhdudiyyətlər seçki qanunvericiliyinin pountusu hesab edilir. 110 saylı DSK və MSK tərəfindən aparılmış araşdırma zamanı pozuntu baş verməsi iddia olunan faktlar öz əksini tapmamış, təkzib edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər əsaslı olmadığından, aparılmış araşdırma nəticəsində pozuntu faktı aşkar edilən məntəqələrdə seçkinin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edildiyindən, digər məntəqələrdə də bu halların baş verməsi faktı sübuta yetirilmədiyindən iddia təmin edilməməlidir. Bundan əlavə iddiaçının iddianın xahiş hissəsində qeyd etdiyi video, foto və aktlarda qanun pozuntusu törədən şəxslər barəsində prokurorluq orqanlarına məlumat verilməsi və araşdırma aparılması, təqdim edilən materialların obyektiv və ədalətli araşdırılması tələbini iddia tələbi olaraq qəbul edilməsi mümkün deyildir. Belə ki, məhkəmə baxdığı iş üzrə müəyyən edəcəyi qanun pozuntusuna görə müvafiq qərar qəbul edərək hüquq mühafizə orqanlarına müraciət etməsi qanunvericiliyin tələbidir və bu tərəfin müraciətindən asılı deyildir. Hazırkı iddiada məhkəmə cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin və qəbul etdiyi qərarların qanuniliyinə qiymət vermişdir. İddiaçı ehtimal etdiyi qeyd edilən qanun pozuntuları ilə bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edə bilər. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı X3rşı “X5 xx.xx.2020-ci il tarixli 34/428 nömrəli Qərarının ləğv edilməsi, 110 saylı Zaqatala seçki dairəsinin bütün nəticələrinin ləğv edilməsi tələbi” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim olunduğu gündən 3 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar