Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-3(107)-12/2020 02.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mübariz Rahil oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçı Cavabdehna qarşı “Cavabdeh xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, 90 saylı X7 seçki nəticələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiasına açıq məhkəmə iclasında baxaraq bu qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, 90 saylı X7 seçkilərin nəticələrinin etibarsız hesab edilməsi, 90 saylı seçki dairəsinin 40 məntəqəsinin hər birində olan seçicilərin adları qeyd edilən siyahılarda olan ad, soyad, ata adı qarşısında yazılmış şəxsiyyət vəsiqələrinin və imzaların həmin adamlara məxsus olub-olmamasını yoxlamaq üçün məhkəmə ekspertizasına göndərilməsinin təmin edilməsi, seçki pozuntularına yol verən MnSK üzvləri haqqında müvafiq addımlar atılması, MnSK üzvü kimi fəaliyyətlərinə xitam verilməsi, əməlləri cinayət tərkibi yaradan MnSK üzvləri, seçki pozuntularında əli olan və rol alan seçicilər, eləcə də seçicilərin seçki pozuntularında iştirak etməsində əsas rol oynayan inzibati orqanların rəhbərlərinin məsuliyyətə cəlb olunması üçün müvafiq prokurorluğa müraciət edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində keçirilən seçki prosesi zamanı dairə seçki məntəqələrində iddiaçı tərəfindən müşahidəçi qismində olan müşahidəçilər seçki məntəqələrində qanun pozuntuları, təhdidlər, təqib hədələnmələrlə rastlaşmışlar. Müşahidəçiləri seçki prosesi zamanı qanun pozuntuları, saxtakarlıqlar, cinayət tərkibli proseslər aşkar edildiyinin şahididirlər, bəzi məntəqələrdən video çəkilişlər əldə edilmişdir. Müşahidəçilərə hər cür vasitə ilə maneə olan sədr və digər komissiya üzvləri, digər müşahidəçilər tərəfindən seçki prosesini izləməyə imkan verilməmişdir. Seçki prosesi zamanı qanun pozuntularına yol verilərək müşahidəçilər tərəfindən kabinaya seçici ilə birlikdə girmə, seçiciyə kimə səs verəcəyi göstərişi vermə, hətta xətt çəkib vermə, bir seçiciyə iki və bir neçə bülleten verilməsi müşahidə olunmuş, bəzi cinayət halları baş vermişdir. Seçki sona çatdıqda bəzi məntəqələrdə istifadə olunmayan bülletenlər sayılaraq kəsilməmişdir, səslər sayıldıqdan sonra sədrlər yekun protokola qanun pozuntuları barədə qeydlər aparmağa imkan verməmişlər. Yekun protokolu müşahidəçi tələb etsə də sədrlər verməmişlər. Azərbaycan Respublikası MSK-nın xx xxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı müraciəti qismən təmin edilmiş, 90 saylı X8 6 və 7 saylı seçki məntəqələri üzrə seçki nəticələrinin etibarsız hesab edilməsi, 90 saylı X10 Komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 19/65 saylı qərarın 6 və 7 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilməsi, digər hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının X1rşı cavabdehin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, 90 saylı X7 seçkilərin nəticələrinin etibarsız hesab edilməsi və s. tələbinə dair inzibati işin aidiyyəti üzrə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, MSK nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icraatı zamanı təqdim edilmiş sübutlara əsaslanılmış və həmin sübutlar iş materiallarına əlavə edilmişdir. Onlara İddiaçı MSK-ya müraciəti, MSK-nın xx.xx.2020-ci il tarixli qərarı və digər sənədlər daxildir. Əsaslandırma hissəsi İPM-in 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Seçki Məcəlləsinin: 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) X5, X3 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. İPM-in 130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddianın ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. MSK-nın xx.xx.2020-ci il tarixli qərarından iddiaçı şikayət vermək üçün qanunda müəyyən edilmiş müddəti ötürməmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, qeyd edilən əsaslara görə iddia mümkün iddiadır. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, İddiaçı MSK-ya müraciət edərək 90 saylı Ağdaş seçki dairələrində x xxxxxx 2020-ci il tarixdə baş verən pozuntuların aradan qaldırılması və qanunu pozan şəxslər haqqında ölçü götürülməsi barədə tədbir görülməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının dəlillərini və MSK-nın xx.xx.2020-ci il tarixli hazırkı tələb üzrə qərarını ətraflı araşdıraraq hesab edir ki, MSK tərəfindən iddiaçının müaraciətinin qismən təmin olunması, həmin seçki dairəsinin 6 və 7 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi, 90 saylı X10 Komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 19/65 saylı qərarının 6 və 7 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilməsi, digər hissələrdə dəyişdirilmədən saxlanılması ilə bağlı qəbul edilmiş qərarı qanuni və əsaslıdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, bütün 40 məntəqə üzrə hər məntəqədə 100-dən çox saxta bülleten qutulara atılmışdır. Həmin bülletenləri gəlməyən insanların adlarının qarşısında şəxsiyyət vəsiqəsi nömrəsi kimi saxta 8 rəqəm yazılaraq komissiyada oturanlar tərəfindən imza atılmışdır ki, həmin adların qarşısındakı şəxsiyyət vəsiqəsi nömrəsi qarşısında olan ad, soyad və ata adı ilə düz gəlmir. Bütün məntəqələr üzrə bu halların olduğu tərəfindən aşkarlanmışdır. 11 saylı məntəqədə müşahidəçisi X4 müşahidəçi olduğu məntəqədə öz səsini vermək istədikdə onun əvəzinə başqa birisinin şəxsiyyət vəsiqəsinin nömrəsi yazılaraq imza atılmasının şahidi olub və hadisəni aktlaşdırmışdır. 1 saylı məntəqədə bir qadın ikinci dəfə səs verməyə gələrkən qarşısı alınmşdır. 90 seçki bülleteni qutuya atılaraq seçici siyahısında adamların adlarının qarşısına saxta şəxsiyyət nömrəsi yazılmışdır. 2 saylı seçki məntəqəsində YAP nümayəndəsi vəzifəli şəxs müşahidəçinə bir neçə dəfə müxtəlif saatlarda müşahidəçisinə qarşı təhdid və hədə qorxu gələrək onun hüquqlarını məhdudlaşdırmağa nail olmuşdur. Sədr sonda səslər sayılarkən müşahidəçisinə təzyiq göstərərək ona hücum etmiş və onu bülleten sayılan yerə yaxın buraxmamış, protokolu verməmişdir. Burada da 300-ə yaxın bülleten saxta şəkildə seçici siyahısında şəxsiyyət vəsiqəsinin nömrəsi əvəzinə adi rəqəmlər yazılaraq səs sayı artırılmışdır. 3 saylı seçki məntəqəsində də eyni vəziyyət təkrar edilmişdir. Müşahidəçisinə müəyyən təyziqlər olunmuşdur. Bir seçici bir neçə dəfə səs vermişdir ki, bu da digər məntəqələrdə olduğu kimi məntəqə üzrə seçici siyahısmda adları olan seçkiyə gəlməyən seçicinin adı, soyadı və atasının adı ilə pasport seriya nömrəsi, adı, soyadı, atasının adı üst-üstə düşmür, imza saxtadır. 4 və 5 saylı seçki məntəqələrində də eyni hallar baş vermişdir. Burada da seçkidə saxtakarlıq edilərək 200-dən çox seçki bülleteni qutuya atılmışdır. Həmin seçki məntəqələrində də saxtakarlığa yol verilmişdir müşahidə kamerasının qarşısı parça ilə örtülmüşdür. 6 saylı məntəqədə qanun pozuntuları baş vermişdir. Müşahidəçisi tərəfindən Malay kənd sakininin qanunsuz olaraq səs verməsi, 89 saylı seçki dairəsinə aid olan Şordəhnə kənd sakini və bir çox kəndlərdən olan insanların saxta bildirişlə məntəqəyə daxil olaraq səs verməsi aşkar edilmişdir. Bülletenlər qanunsuz olaraq topa ilə kəsilmiş formada masanın üstünə qoyulmuşdur. Həmin məntəqədə də 300-ə yaxın bülleten oğurluq yolla qutuya atılmışdır ki, seçici siyahısında olan adların qarşısında şəxsiyyət vəsiqəsinin seriya nömrəsi əvəzinə saxta rəqəmlər yazılaraq imza atılmışdır. 7 saylı məntəqədə də çoxsaylı qanun pozuntuları olmuşdur. Seçki başlayarkən bülletenlər müşahidəçilərin gözü önündə sayılmamış və başqa otağa aparılmağa cəhd edilmişdir. Müşahidəçilərin narazılığına əsasən geri qaytarılmışdır. Səhər radələrində özü məntəqəyə daxil olarkən bülletenlərin sədrin stolunun üstündə olmadığının və bir qədər vərəqin masanın üstünə topa ilə kəsilərək qoyulduğunun şahidi olmuşdur. Gün ərzində bir neçə dəfə səsvermə otağına müşahidəçi insanı yönləndirmək məqsədi seçici ilə birgə daxil olmuşdur. Katib seçiciyə bülleteni verərkən vərəqdə qeyd apararaq vermişdir. Seçki sona çatdıqda sədr istifadə olunmamış büllettenləri seyfdən oğurlayaraqi kabinetinə aparmağa cəhd etmiş lakin edə bilməmişdir. Məntəqəyə adları seçki məntəqəsinin qediyatında olmayan adamlar saxta bildirişlə gələrək digər seçicinin adının qarşısına öz şəxsiyyət vəsiqəsinin seriya nömrəsini yazdıraraq səs vermişdir. Belə səslər qanunsuzdur, saxtadır. 8 saylı məntəqədə də 280-dan çox bülleten qutuya saxtakarlıqla atılmışdır, adamların digər adamlar adı altında bildirişsiz gələrək səs verməyə sədr tərəfindən buraxılmağına şərait yaradılırdı. Müşahidəçinə bir neçə dəfə həmin seçki məntəqəsində digər müşahidəçi tərəfindən müdaxilə edilərək ona verilən hüquqlardan istifadə etməsinə maneələr törədilmişdir. Səslər sayılarkən həmin məntəqədə müşahidəçinin saydığı seçici sayından artıq bülleten qutudan çıxmışdır, səslər sayılarkən topa bülletenlərin çıxdığının şahidi olmuşdur. Həmin məntəqədə qanun pozuntusu və saxtakarlıqlar baş vermiş, seçici siyahısında olan adlarla imzalar üst-üstə düşməmişdir. 9 saylı məntəqədə də eyni hallar baş vermişdir. Həmin məntəqənin də nəticələri də saxtakarlıq və qanun pozuntuları ilə verilmişdir. 33 saylı məntəqədən çəkilən şəkildə aydın görünür ki, imzalar bir adam tərəfindən çəkilmişdir. Ərizədə həmçinin qeyd olunmuşdur ki, xx xxxxxx 2020-cu ildə baş verənlərlə bağlı 90 saylı X8 DSK-na şikayət ünvanlamışdır. Şikayətlərə yuxarıda qeyd etdiyi bütün pozuntuları və bu pozuntuların bir çoxu sübut edəcək videofaktların yükləndiyi video disk əlavə etmişdir. Şikayətə xx xxxxxx 2020-ci ildə 90 saylı Ağdaş DSK-nın Ekspert Qrupu tərəfindən baxılıb və DSK şikayətlə bağlı qərar verilmişdir. Qərar ona xx xxxxxx 2020-ci ildə çatdırılmışdır. Ekspert qrupu qərarında heç bir araşdırma aparmadan, MSK-nın quraşdırdığı video kameraların görüntülərini əldə edib izləmədən, həmçinin onların təqdim etdiyi videoyazılara diqqət etmədən, yalnız seçki pozuntularında xüsusi rol oynamış MnSK üzvlərini formal və seçkinin bu formada nəticələnməsində marağı olmayan, sadəcə inzibati yolla müşahidəçi etməyə məcbur edilmiş şəxslərə formal olaraq istinad etməklə şikayəti təmin etməmişdir. O, xx xxxxxx 2020-ci ildə 90 saylı DSK-nın 19/65 saylı qərarından MSK-ya şikayət vermişdir. Şikayətdə yuxarıda qeyd edilən bütün çatışmazlıqları MSK-nın diqqətinə çatdırmışdır. Bütün seçki məntəqələrini əhatə edən pozuntuları video faktlarla, akt və ərizələrlə sübut etsə də, MSK xx xxxxxx 2020-ci il tarixli qərarı ilə bunların əksəriyyətini diqqətə almadan, pozuntuların ortaya çıxarılması səbəb olacaq vəsatətlərini təmin etmədən yalnız 6 və 7 saylı seçki məntəqələri üzrə səsvermə nəticələrinin etibarsız hesab edilməsi barədə qərar çıxarmaqla kifayətlənmişdir. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən sadalanan həmin hüquq pozuntuları ilə bağlı həm iddiaçının özü, həm də seçki məntəqələrində müşahidəçilər qismində iştirak edən nümayəndələrin şikayətləri və həmin şikayətlərin nəticələri barədə məhkəmə kollegiyasına hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının irəli sürdüyü dəlillər ehtimal xarakteri daşıdığına və göstərdiyi dəlillər yalnız mülahizə xarakterli olduğuna görə iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası təqdim edilmiş sübutlar əsasında onu müəyyən etdi ki, iddiaçının müraciətində qeyd edilən və əsasən video material təqdim edilən 6 və 7 saylı məntəqələrdə baş vermiş pozuntular seçki qanunvericiliyinin tələblərinə görə məntəqə seçki komissiyalarında səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas olduğundan həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri MSK tərəfindən etibarsız hesab edilmişdir. İddiaçının irəli sürdüyü dəlillər qeyd edilən digər məntəqələrdə baş verən yuxarıda qeyd edilən qanun pozuntuları 90 saylı DSK və MSK tərəfindən aparılmış araşdırmanın nəticəsində öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilən görüntü materiallarından bu pozuntuların mövcudluğunu müəyyən etmək mümkün deyildir. Məhəmə kollegiyası tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş video və digər materiallara baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd edilən görüntülərdə çəkilişin hansı seçki məntəqələrində aparılması, seçki məntəqələrinin ümumi görüntüləri, mübahisə, müzakirə, eyni zamanda, səsvermə hüququndan istifadə edilməyə imkan verilməyən hallarla bağlı verilən şərhlər, əsasən çəkiliş aparan şəxslərin ehtimalları olmuşdur. Məhkəmə kollegiyası heab edir ki, iddiaçıların irəli sürdüyü dəlillər ehtimal xarakteri daşıyır və həmin pozuntuları təsdiq edə biləcək faktlar mövcud deyil, eyni zamanda çəkilişdə müsahibə verilmiş şəxslərin səsverməyə imkan verilməməsi və ya şəxslərin təkrar səsverməyə buraxılması ilə bağlı irəli sürdüyü dəlilər də əsassızdır. Belə ki, qeyd edilən şəxslərin özləri bununla bağlı aidiyyəti dairə seçki komissiyasına, X5 və prokurorluq orqanlarına müraciət etmək hüquqları olmuş, həmin şəxslər bununla bağlı aidiyyəti üzrə müraciət edə bilərlər. Həmin məsələ ilə bağlı Seçki Məcəlləsinin: 101.1-ci maddəsinə əsasən referendum və prezident seçkiləri zamanı seçicilərə vahid dairə üzrə səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verilə bilər. 101.2. Səsvermə günü seçicilər siyahısına daxil edilmiş, seçki məntəqəsində səs vermək imkanı olmayan seçici müvafiq dairə seçki komissiyasında (səsvermə gününə 45-25 gün qalmış) və ya məntəqə seçki komissiyasında (səsvermə gününə 24-3 gün qalmış) səsvermə vəsiqəsini ala bilər və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər. Bu qayda Milli Məclisə seçkilər zamanı müvafiq seçki dairəsinin ərazisində, prezident seçkiləri və referendum zamanı respublikanın bütün ərazisində, bələdiyyə seçkilərində isə müvafiq bələdiyyənin ərazisində tətbiq edilir. Bundan əlavə iddiaçının irəli sürdüyü dəlilləri təsdiq etmək üçün müvafiq müşahidəçilərin və məntəqə üzvlərinin səsvermənin nəticələrinin sayılmasına imkan verilməməsi ilə bağlı qeyd etdiyi hallara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlarda bu faktların mövcudluğunu müəyyən etmək mümkün deyil, həmin çəkiliş və video materialın çəkiliş yerini müəyyən etmək mümkün olmadığından həmin halları əsas tutaraq seçkinin nəticələrinin etibarsız sayılması qanunsuz olar. Belə ki, məhkəmə bütün sübutların mümkünlük dərəcəsini araşdırmaqla, həmin sübutlara digər sübutlarla birlikdə araşdırıb qiymət verməlidir. Seçki qanunvericiliyi üzrə hər bir seçicinin qeydiyyatdan keçməsi anından başlayaraq səslərin hesablanmasına kimi ciddi proseduralarla müəyyən edilmiş sənədləşmə aprılmalı olan bir prosesdir. Əgər iddiaçının irəli sürdüyü dəlillər ehtimallara əsaslanırsa, konkret olaraq belə bir faktı təsdiq edə biləcək əsaslı sübut yoxdursa, məhkəmə kollegiyası həmin faktı mövcud olmayan fakt kimi dəyərləndirməlidir. İddiaçının tələblərinə münasibətdə qeyd edilməlidir ki, Seçki Məcəlləsinin: 104.5-ci maddəsinə əsasən seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib kilidləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir. 104.11-ci maddəsinə əsasən seçki qutuları məntəqə seçki komissiyası üzvlərinin və müşahidəçilərin maneəsiz müşahidə edə bildikləri yerdə qoyulmalıdır. 104.12-ci maddəsinə əsasən məntəqə seçki komissiyasının sədri səsvermə yerində qayda-qanuna nəzarət edir. Onun sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir. Məntəqə seçki komissiyasının sədri seçki məntəqəsində olmadıqda onu məntəqə seçki komissiyasının katibi və ya komissiyanın bu vəzifələr həvalə olunmuş üzvü əvəz edir. 104.13-cü maddəsinə əsasən seçicinin öz iradəsini ifadə etməsinə təsir göstərməyə cəhd edən və ya gizli səsverməni pozan məntəqə seçki komissiyasının üzvü müvafiq akt tərtib edilməklə işindən kənarlaşdırılır, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxs isə təxirə salınmadan otaqdan çıxarılır. Bu barədə məntəqə seçki komissiyası qərar qəbul edir. Təsirə məruz qalan seçici səs verməyibsə, onun səs verməsinə yol verilmir, seçki bülleteni ondan alınır və etibarsız sayılır. 104.14-cü maddəsinə əsasən seçki məntəqəsində səsvermədə iştirak edən seçicilərdən, məntəqə seçki komissiyasının üzvlərindən, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində nəzərdə tutulanlardan başqa digər şəxslər olmamalıdırlar. Səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, dövlət orqanlarının vəzifəli şəxslərinin olması qadağandır. Hüquq mühafizə orqanlarının işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsədi ilə, məntəqə seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər və öz vəzifələrini icra etdikdən sonra seçki məntəqəsini dərhal tərk etməlidirlər. Hüquq mühafizə orqanının işçisi səsvermə zamanı səsvermə otağında olduqda səsvermə dayandırılır. Səsvermə zamanı asayişi bərpa etmək 6 saatdan artıq mümkün olmazsa, dairə seçki komissiyasının qərarı ilə seçki məntəqəsi bağlanır. Belə seçki məntəqələrində səsvermə etibarsız sayılır. 106.1-ci maddəsinə əsasən səsvermə müddəti başa çatdıqda məntəqə seçki komissiyasının sədri ucadan elan edir ki, «yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilər səs verə bilərlər». Bu zaman təmin olunmalıdır ki, yalnız bu elanadək səsvermə otağında növbəyə dayanmış seçicilər səs versinlər. Seçki qutuları açılmamışdan əvvəl, istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir. Həmin seçki bülletenlərinin sayı elan edilir və səsvermənin yekun protokolunda qeyd olunur. Seçki bülleteni almış seçicilərin imzalarının sayı səsvermənin yekun protokoluna daxil edilir. Eyni zamanda, səsvermə vəsiqəsi ilə səs verən və ayrıca seçki məntəqəsindən kənarda, daşınan seçki qutusundan istifadə etməklə səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının kilidlərinin (daşınan seçki qutusunda isə həmçinin yarığın üzərindəki möhürün) salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır. 106.2-ci maddəsinə əsasən seçki qutuları növbə ilə açılır: əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutuları. İlk növbədə daşınan seçki qutusundakı bülletenlər sayılır. Onların sayı səsvermə otağından kənarda səs verilməsi üçün seçicilərin verdikləri ərizələrin sayından çox olmamalıdır. Daşınan seçki qutusu üzrə səslər hesablanarkən bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, daşınan seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır. Bu barədə akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini təmin edən məntəqə seçki komissiyası üzvlərinin soyadları göstərilməklə səsvermənin yekun protokoluna əlavə olunur. Qeyd edilən hüquq normalarının tələblərinə görə MSK tərəfindən aparılmış araşdırma zamanı iddiaçının pozuntu baş verən dairələrdə qeyd etdiyi faktlar öz əksini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, MSK tərəfindən şikayət üzrə tam və hərtərəfli araşdırma aparılmış, Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq əsaslı və qanuni qərarlar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər əsaslı olmadığından, aparılmış araşdırma nəticəsində qeyd edilən seçki dairələrində pozuntu hallarının baş verməsi faktı sübuta yetirilmədiyindən iddia təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh X1rşı “Cavabdeh xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, 90 saylı X7 seçki nəticələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(107)-12/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(107)-12/2020
02.03.2020 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver