Məhkəmə qərarları › İş №2-3(107)-13/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(107)-13/2020

02.03.2020 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-3(107)-13/2020 02.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu, Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və 49 saylı X2 Komissiyasına qarşı “cavabdehlərin qeyriqanuni hərəkətlərinə son qoyulması, Bələdiyyə seçkiləri ilə bağlı 49 saylı Seçki Dairəsinin 9 saylı Məntəqə seçki komissiyasının seçkinin yekunları haqqında qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə 2020-ci il yanvarın 07-də 49 saylı X1nin Tanrıqulular bələdiyyəsi üzrə qeydə alınmış namizəd İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsinin 9 saylı seçki məntəqəsində qanun pozuntularının baş verdiyini iddia etmiş və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Mərkəzi Seçki Komissiyasının ekspert qrupunun üzvü Nailə Əsgərovanın xx xxxxxx 2020-ci il tarixli 68 saylı müraciəti üzrə xx.xx.2020-ci il tarixli rəyində 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 49 saylı X1nin Tanrıqulular bələdiyyəsi üzrə qeydə alınmış namizəd İddiaçı Mərkəzi Seçki Komissiyasına daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 68 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilməsi barədə rəy verilmişdir. Mərkəzi Seçki Komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə 2019-cu il dekabrın 23də keçirilmiş bələdiyyə seçkilərində 49 saylı X1nin Tanrıqulular bələdiyyəsi üzrə qeydə alınmış namizəd İddiaçı Mərkəzi Seçki Komissiyasına daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 68 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilməsi qərara alınmışdır. İddiaçı Mərkəzi Seçki Komissiyasının qərarını xx.xx.2020-ci il tarixdə rəsmi poçt vasitəsilə qəbul etsə də, iddia ərizəsi xx.xx.2020-ci il tarixdə Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. İddiaçının dəlilləri İddiaçı bildirir ki, xx.xx.2019-cu il tarixdə keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə zamanı 49 saylı X1nin 9 saylı məntəqəsində qanunsuzluqlar baş vermiş, səsvermənin nəticələri elan edilməmiş, yekun protokol ona təqdim edilməmiş, onun yüksək sayda səs toplamasına baxmayaraq onun seçilmədiyini sonradan ona bildirmişlər. Məhkəmə kollegiyası aşağıdakı işdə olan sübutlara istinad etmişdir. Mərkəzi Seçki Komissiyasının xx.xx.2020-ci il tarixli 68 saylı qərarı, Ekspert qrupu üzvünün rəyi, qərarın iddiaçıya göndərilməsi barədə poçt reyestri və həmin qərarın alınmasına dair poçt sənədinin surəti və digər sənədlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, bələdiyyə seçkilri keçirildikdən dərhal sonra Mərkəzi Seçki Komissiyasına deyil, aidiyyəti orqanlara müraciət etmiş, sonradan xx.xx.2020-ci il tarixdə Mərkəzi Seçki Komissiyasına müraciət etmiş, Mərkəzi Seçki Komissiyası müddəti ötürdüyü üçün şikayətini geri qaytarmışdır. Mərkəzi Seçki Komissiyasının qərarını xx.xx.2020-ci il tarixdə əldə etsə də, qanunu bilmədiyindən məhkəməyə gec müraciət etmişdir. Bundan əvvəlki Bələdiyyə seçkilərində də seçki komissiyalarının qərarlarından şikayət vermiş, lakin 01 ay müddət keçsə də məhkəmələr onun şikayətini baxmağa qəbul etmişdir. İddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və 49 saylı X2 Komissiyasının nümayəndələriməhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İPM-in: -130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. -130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. -130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. -130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. -130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. Məhkəmə kollegiyası işin faktiki hallarından müəyyən edir ki, iddiaçının 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 49 saylı X1 üzrə 9 saylı məntəqədə Yevlax rayon Tanrıqulular bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınmış, səsvermənin nəticəsində seçilməmiş, 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunları Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2020-ci il tarixli 8/56 nömrəli qərarı ilə təsdiq edilmişdir. İddiaçı 2020-ci il yanvarın 07-də 49 saylı X1nin Tanrıqulular bələdiyyəsi üzrə qeydə alınmış namizəd olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsinin 9 saylı seçki məntəqəsində qanun pozuntularının baş verdiyini iddia etmiş və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Mərkəzi Seçki Komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə 2019-cu il dekabrın 23də keçirilmiş bələdiyyə seçkilərində 49 saylı X1nin Tanrıqulular bələdiyyəsi üzrə qeydə alınmış namizəd İddiaçı Mərkəzi Seçki Komissiyasına daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 68 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilməsi qərara alınmışdır. İddiaçı özü də etiraf etmiş, həmçinin və iş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Mərkəzi Seçki Komissiyasının xx.xx.2020-ci il tarixli qərarını rəsmi poçt vasitəsi ilə qəbul etmiş, iddiaçının Şəki Apelyasiya Məhkəməsinə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kolegiyası qeyd edilən işin faktiki halları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin: -112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. -112.3. Şikayət ilkin olaraq qərarı qəbul edən və ya hərəkəti (hərəkətsizliyi) edən seçki komissiyası tərəfindən təmin edilməzsə, yuxarı seçki komissiyasına müraciət oluna bilər. Mərkəzi Seçki Komissiyası nəticə etibarilə şikayəti təmin etməzsə, bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər Apellyasiya Məhkəməsinə müraciət hüququ əldə edirlər. Yurisdiksiya münaqişəsinin qarşısını almaq məqsədi ilə müvafiq seçki komissiyası həmin iş üzrə şikayətin məhkəməyə və ya prokurorluğa verilib-verilməməsini yoxlamalıdır. Şikayətlə əlaqədar cinayət işi qaldırılıbsa və ya şikayətə məhkəmə tərəfindən baxılırsa, bu Məcəllənin 112.2-ci maddəsində göstərilən meyarlara uyğun olaraq məhkəmə şikayətin mahiyyətini araşdırmalıdır və əsas olduqda şikayətə baxmaqdan imtina etməlidir. Digər əsaslarla şikayət ərizəsinin qəbul edilməsindən imtina edilə bilməz. Mərkəzi Seçki Komissiyasının və onun vəzifəli şəxslərinin qərar və hərəkətlərindən Apellyasiya Məhkəməsinə şikayət edilir. -112.9. Yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək və ya şikayətin mahiyyəti üzrə qərar qəbul etmək və ya bu məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malikdir. -112.10. Seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan şikayət üzrə qərar 3 gün müddətində, səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır. -112.11. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddiaçı xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş Bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına müddət keçdikdən sonra müraciət etmiş, o cümlədən Mərkəzi Seçki Komissiyasının xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qərarının iddiaçıya çatdırılmasından (xx.xx.2020-ci ildə çatdırılıb) 2 aya yaxın vaxt keçdikdən sonra Şəki Apelyasiya Məhkəməsinə müraciət etmişdir. Mərkəzi Seçki Komissiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə 2019-cu ilin 23 dekabr tarixində keçirilmiş Bələdiyyə seçkilərinin yekunu təsdiq edilmişdir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə seçki komissiyaları vətəndaşların, namizədlərin və digər şəxslərin seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Həmçinin, şikayət ilkin olaraq qərarı qəbul edən və ya qanunsuz hərəkət və ya hərəkətsizliyi ilə bağlı seçki komissiyasının qərarından yuxarı seçki komissiyasına müraciət oluna bilər. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, qanunvericiliyin qeyd edilən tələblərinə riayət edilmədiyindən, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozuntusu əsaslandırılmadığından, Qanunda müəyyən edilmiş müddət ötürüldüyündən iddia mümkün sayılmamlıdır. Nəticəvi hissə Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 130-cu mаddəsini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı q ə r а r а а l d ı : İddiaçı oğlunun cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və 49 saylı X2 Komissiyasına qarşı “cavabdehlərin qeyri-qanuni hərəkətlərinə son qoyulması, Bələdiyyə seçkiləri ilə bağlı 49 saylı Seçki Dairəsinin 9 saylı Məntəqə seçki komissiyasının seçkinin yekunları haqqında qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərаrdаddаn 3 gün müddətində Şəki Аpelyаsiyа Məhkəməsi vаsitəsilə Аzərbаycаn Respublikаsı Ali Məhkəməsinə kassasiya şikаyəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar