Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-3(107)-14/2020 02.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mübariz Rahil oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı 114 saylı Şəki kənd seçki dairəsi üzrə 1, 2, 3, 7, 15, 16, 17, 18, 19, 23, 31, 32, 33, 34, 35, 36, 37, 39 saylı seçki məntəqələri üzrə x xxxxxx 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız sayılması, 114 saylı Şəki kənd seçki dairəsi üzrə x xxxxxx 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız sayılması öhdəliyinin X3 üzərinə qoyulması, X3 xx xxxxxx 2020-ci il tarixli 32/409 nömrəli qərarının ləğv edilməsi barədə iddiasına açıq məhkəmə iclasında baxaraq bu qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Azərbaycan Respublikası X4 (bundan sonra mətndə - MSK) müraciət edərək 114 saylı Şəki kənd seçki dairəsi üzrə 1, 2, 15, 16, 17, 18, 19, 31, 32, 33, 34, 35, 36, 37 saylı seçki məntəqələri üzrə x xxxxxx 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız sayılması, 114 saylı Şəki kənd seçki dairəsi üzrə x xxxxxx 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. MSK-nın xx.xx.2020-ci il tarixli 32/409 nömrəli qərarı ilə 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı MSK-ya daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 369 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə daxil olduğundan şikayət geri qaytarılmışdır. Bundan sonra İddiaçı cavabdeh MSK-ya qarşı Şəki Apelyasiya Məhkəməsinə müraciət edərək 114 saylı Şəki kənd seçki dairəsi üzrə 1, 2, 3, 7, 15, 16, 17, 18, 19, 23, 31, 32, 33, 34, 35, 36, 37, 39 saylı seçki məntəqələri üzrə x xxxxxx 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız sayılması, 114 saylı Şəki kənd seçki dairəsi üzrə x xxxxxx 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız sayılması öhdəliyinin X3 üzərinə qoyulması, X3 xx xxxxxx 2020-ci il tarixli 32/409 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, x xxxxxx 2020-ci ilə təyin edilmiş Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi 114 saylı Şəki kənd seçki dairəsindən X5 müvafiq qərarı ilə qeydə alınmışdır. Təşviqat dönəmində rəqib hakimiyyətin namizədi X8 resurslardan istifadə edərək dairə ərazisində yerləşən dövlət müəssisələrinə tapşırıq verilməklə adamlar yığılmışdı. Bu səbəbdən hesab edir ki, təşviqat dönəmində o və digər namizədlər qeyri-bərabər imkanlardan istifadə etmişlər, həmçinin seçki prosessinə dövlət qurumlarının müdaxiləsi baş vermişdir. Bununla bərabər qərəzli idarə edilən seçkilərdə iştirak hüquqları pozulmuşdur. Müstəqil qurumların monitorinq nəticəsində ortaya çıxmış iştirakçılıq faizi rəsmi açıqlanan rəqəmlərdən fərqli olmuşdur. MSK-nın rəsmi məlumatlarında ölkə üzrə iştirakçılıq 79,49% göstərilsə də, müstəqil müşahidəçilərin rəyinə əsasən dairə üzrə 20,56% təşkil etmişdir. Səsvermə günü isə açıq-aşkar ədalətsiz seçki keçirilmişdir. Belə ki, seçici aktivliyi aşağı olsa da, seçki qutularına hakimiyyət namizədinin xeyrinə əlavə bülletenlərin atılması və “karusel” üsulu ilə qrup halında şəxslərin seçki məntəqəsinə gətirilməsi və seçicilərin bir neçə seçki məntəqəsində, həmçinin bir çoxlarının ümumiyyətlə dairəyə və ya məntəqəyə aid olmadığı halda səs verməsinə nail olunması hesabına seçici aktivli süni şəkil rəsmi olaraq artırılmışdır. Seçki prosesini müşahidə etmək üçün müşahidəçilərə Seçki Məcəlləsinin tələblərinə əsasən səsvermə prosesinin izlənilməsi üçün yaradılan şərait qanunla nəzrdə tutulmuş tələblərə uyğun olmamışdır. Müşahidə üçün nəzərdə tutulmuş yerlərdən isə müşahidəçilərin səsvermə prosesini tam və dəqiq müşahidə etməsi mümkün deyildir. Belə ki, müşahidəçilər səsverməyə gəlmiş seçicilərin barmaqlarının necə yoxlanmasını, həmin şəxslərin məntəqə ərazisində yaşayan seçicilər olub-olmamasım, daha sonra, səslərin sayılması zamanı, bülletenlərin düzgün sayılıb-sayılmamasını müşahidə edə bilmirdilər. Çünki müşahidəçilərin olduğu yerdən nə bülletenlərin sayını, nə bülletenlərdə olan məlumatları (kimə səs verilməsini, etibarlılığım) müəyyən etmək mümkün deyildi. Bir çox məntəqə seçki komissiyaları saydıqları bülletenləri səsli şəkildə müşahidəçilərə elan etmirdilər. Bir çox məntəqədə barmaqlarının yoxlanması ümumiyyətlə səsvermə zalından və müşahidəçilərin görmə imkanından kənarda idi. Yeni nəsil şəxsiyyət vəsiqələrini yoxlamaq üçün nzərdə tutulan aparatlar bir çox məntəqdə işləmirdi. 114 saylı Şəki kənd seçki dairəsindən yekun protokol fevral ayının 16-sı götürülüb və bununla təsdiq edən qeyd protokol üzərindən verilmişdir. MSK bildirir ki, fevral ayının 18-i verilmiş şikayətdə müddət ötürülmüşdür. Lakin protokolun üzərində təsdiqlənmiş qeyddə görünür ki, xx xxxxxx 2020-ci il tarixində iddiaçı tərəfindən yekun protokol DSK- dan götürülmüşdür. Bu səbəbdən şikayət üçün son gün xx xxxxxx 2020-ci il hesab olunur. İddiaçı müddəti ötürməmişdir. Bundan əlavə MSK heç bir təqdim olunan sübutları və faktları araşdırmamışdır. Ümumiyyətlə Seçki Məcəlləsinin 112-1-ci maddəsinin tələbinə uyğun olaraq qərar əsaslandırılmamışdır. Araşdırma prosesində iştirakı təmin edilməmişdir. Ekspertin rəyi təqdim olunmamış və müdafiə imkanı yaradılmamışdır. İclasa çağrılsa da, orada çıxış etmək imkanı verilməmişdir. Əlavə faktları təqdim etmək, şikayətini əsaslandırmaq imkanı verilməmişdir. Həm DSK, həm də MSK səviyyəsində şikayət üzrə araşdırma prosesində iddiaçının prosessual hüquqları pozulmuşdur. Belə ki, DSK-da aparılan araşdırmada iddiaçının tələb etməsinə baxmayaraq Seçki Məcəlləsinin 112-1.7-ci maddəsinin ziddinə olaraq iştirak etməsi təmin edilməmiş, iddiaçı hər iki şikayət instansiyasına ünvanladığı şikayətlərində tələb etməsinə baxmayaraq, şikayətin araşdırılmasına dair ekspert qrupunun üzvü tərəfindən həyata keçirilən iclaslarda onun və ya səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilməmişdir. Bu hal Seçki Məcəlləsinin 112-1.7-ci maddəsinə ziddir. Baxmayaraq ki, iddiaçıya MSK-nın araşdırma keçirilən ekspert qrupunun üzvünün araşdırmasında iştirakı təmin edilmiş, lakin bu araşdırma keyfiyyətli araşdırma olmamışdır. Belə ki, iddiaçıdan yalnız protokolların əslləri və flaşkart tələb olunmuş və eləcə də bəzi videolarla bağlı suallar verilmişdir. Lakin həmin sübutların araşdırılması prosesində onun iştirakı təmin edilməmişdir. İddiaçının MSK-nın ekspert qrupunun üzvü İlkin Şahbazov tərəfindən verilmiş rəyi mübahisələndirmək və öz mövqeyini arqumentlərşdirmək imkanından məhrum edilməsini aradan qaldırmamışdır. Belə ki, MSK özü həqiqi araşdırma aparmamışdır. Praktikada adətən MSK sual-cavabsız və şikayətin mahiyyətini araşdırmadan ekspert qrupunun üzvünün rəyini qəbul edir. MSK 33, 35, 74 və 80 saylı seçki dairələri üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərarında aktları mötəbər sübut kimi qəbul edərək seçicilərin iradəsinə təsir göstərən hallar kimi həmin aktlara əsaslanmışdır. Bu şikayət üzrə isə fərqli davranaraq heç bir münasibət bildirməmişdir. Baxmayaraq ki, MSK seçki şikayətlərinin araşdırılması üzrə kvazi birinci instansiya məhkəməsi statusundadır. MSK-da aparılan araşdırma və MSK-nın qərarının hüquqi əsaslandırması birinci instansiya məhkəməsi keyfiyyətində olmamışdır. MSK birinci instansiya məhkəməsi kimi iddiaçı (şikayətçi) tərəfi çağırıb dindirməmiş, onun sübutlarını araşdırmamış, faktiki olaraq şahid kimi təqdim etdiyi müşahidəçiləri və məşvərətçi səs hüquqlu şəxsləri dindirməmişdir, təqdim etdiyi sübutları qanunsuz olaraq araşdırmaqdan imtina etmiş, digər vəsatətlərini ya nəzərə almamış ya da əsassız rədd etmişdir. Cavabdeh təşkilat şikayətin mahiyyətini təşkil edən arqumentlərin heç birinə bilavasitə baxmamışdır. MSK-nın qərarından görünmür ki, o, iddiaçı tərəfindən şikayətdə iddia olunan seçki pozuntuları ilə əlaqədar sübut kimi təqdim edilən müşahidəçi və məşvərətçi səs hüquqlu üzvlərin tərtib etdikləri videoları və aktları adekvat nəzərdən keçirmişdir. Eləcə də, qeyd edək ki, müşahidəçilər SM-lərinə gələn seçicilərlə seçki qutusundan çıxan seçki bülletenlərinin sayı arasında meydana çıxan (seçki qutusundan çıxan seçki bülletenlərin sayı seçki məntəqəsinə gələn seçicilərin sayından çox olub) kəskin fərqə dair iddialar irəli sürüblər. Lakin MSK ekspert qrupunun üzvü bu problemi həll etmək üçün heç bir addım atmamışdır. Bu məsələ ilə əlaqədar bir aşkar addım atıla bilərdi: seçki məntəqələrində seçki bülleteni almış seçicilərin imza atdıqları seçici siyahıları tələb oluna və sayın uyğun gəlib-gəlmədiyini müəyyən etmək üçün nəzərdən keçirilə bilərdi. Baxmayaraq ki, MSK qərarında seçki bülletenləri ilə seçici siyahısında imza atmış seçicilərin sayının müqayisə edildiyini bildirsə də, araşdırma prosesinə cəlb edilmədiyi və seçki sənədləri ona təqdim edilmədiyi üçün belə bir araşdırmanın aparılması şübhəlidir. Nəticə etibarilə MSK qərarında toplanılmış sübutların məcmusu ilə iddiaçının tələblərinin rədd olunması nəticəsinə gəlsə də, toplanılmış sübutlar iddiaçının təqdim etdiyi əsaslı sübutları ehtiva etməmişdir. Belə olan halda MSK-nın qərarı əsaslı və qanuni sayıla bilməz. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq MSK nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icraatı zamanı təqdim edilmiş sübutlara əsaslanılmış və həmin sübutlar iş materiallarına əlavə edilmişdir. Onlara 114 saylı Şəki kənd seçki dairəsi üzrə səsvermənin nəticələri haqqında protokol, İddiaçı MSK-ya etdiyi müraciəti, MSK-nın xx.xx.2020-ci il tarixli 32/409 nömrəli qərarı, 114 saylı Şəki kənd seçki dairəsinin X5 xx.xx.2020-ci il tarixli 44 nömrəli məktubu, xx.xx.2020-ci il tarixli aktlar və digər sənədlər daxildir. Əsaslandırma hissəsi İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddianın ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. MSK-nın xx.xx.2020-ci il tarixli qərarından iddiaçı şikayət vermək üçün qanunda müəyyən edilmiş müddəti ötürməmişdir. İPM-in 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Seçki Məcəlləsinin: 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, X5 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) X4, X3 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. İPM-in 130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, 114 saylı Şəki kənd seçki dairəsi üzrə səsvermənin nəticələrin haqqında X5 protokolu xx.xx.2020-ci il tarixdə saat 17:10-da baş məsləhətçi Azər Əhmədov tərəfindən İddiaçı təqdim edilmişdir. İddiaçı tərəfindən isə MSK-ya xx xxxxxx 2020-ci il tarixdə müraciət edilmişdir. Bununla bağlı, MSK tərəfindən müraciət araşdırılmış və MSK-nın xx.xx.2020-ci il tarixli 32/409 nömrəli qərarı ilə 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı MSK-ya daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 369 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə daxil olduğundan şikayət geri qaytarılmışdır. Məhkəmə kollegiyası iddiaçının dəlillərini və MSK-nın xx.xx.2020-ci il tarixli hazırkı tələb üzrə qərarını ətraflı araşdıraraq hesab edir ki, MSK tərəfindən iddiaçının müraciəti ilə bağlı qəbul edilmiş qərarı qanuni və əsaslıdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia ərizəsində göstərilmişdir ki, 114 saylı Şəki kənd seçki dairəsindən yekun protokol fevral ayının 16-sı götürülüb və bununla təsdiq edən qeyd protokol üzərindən verilmişdir. MSK bildirir ki, fevral ayının 18-i verilmiş şikayətdə müddət ötürülmüşdür. Lakin protokolun üzərində təsdiqlənmiş qeyddə görünür ki, xx xxxxxx 2020ci il tarixində iddiaçı tərəfindən yekun protokol DSK-dan götürülmüşdür. Bu səbəbdən şikayət üçün son gün xx xxxxxx 2020-ci il hesab olunur. Odur ki, şikayətvermə müddətini ötürməmişdir. Məhkəmə kollegiyası iddia ərizəsinin həmin dəlillərini əsassız sayaraq qeyd edir ki, İddiaçı tərəfindən 114 saylı Şəki kənd seçki dairəsi üzrə səsvermənin nəticələrin haqqında X5 protokolu xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. İddiaçı MSK-ya xx.xx.2020-ci il tarixdə müraciət etdiyini bildirsə də, MSK-nın xx.xx.2020-ci il tarixli qərarından və həmin tarixli rəyindən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə MSK-ya müraciət etmişdir. Bununla da, Seçki Məcəlləsinin 112.1-ci maddəsi ilə müəyyən edilmiş şikayətvermə müddəti ötürülmüşdür. Bununla bağlı, məhkəmə kollegiyasının şifahi sorğusuna əsasən, 114 saylı Şəki kənd seçki dairəsi tərəfindən məhkəmə kollegiyasına daxil olmuş xx xxxx 2020-ci il tarixli 44 nömrəli məktubdan görünür ki, x xxxxxx 2020-ci il tarixdə Milli Məclisə növbədənkənar seçkilər üzrə 114 saylı Şəki kənd seçki dairəsi seçki komissiyası tərəfindən seçki dairəsinin məntəqə seçki komissiyasının yekun protokolları yoxlanılaraq qəbul edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Seçki Məcəlləsinin 107.2-ci maddəsinə uyğun olaraq seçki məntəqələrindən qəbul edilmiş protokollar əsasında saat 03:15-də səsvermənin nəticəsi haqqında X5 üzvləri tərəfindən imzalanaraq seçki dairəsinin məlumat lövhəsindən asılmışdır. Bu məlumatdan İddiaçı və onun vəkilinin xəbər olmuşdur. Yekun protokolun surətini almaq üçün dairə seçki komissiyasına müraciət etməmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə dairə seçki komissiyasına gəlmiş, məlumat lövhəsində yekun protokol ilə tanış olmuş və protokolun surətini DSK-dan istəməmişdir. xx xxxxxx 2020-ci il tarixdə poçt vasitəsilə dairə seçki komissiyasına şikayət ərizəsi daxil olmuşdur. Ərizənin üzərində tarix və imza olmadığından İddiaçı xx xxxxxx 2020-ci il tarixdə saat 16:29-da və 17:30-da telefon vasitəsilə bildirilmişdir ki, ərizə imzasızdır, gəlin ona imza qoyun. Həmin günü saat 18:41-də ***********97 nömrəli telefonla İddiaçı özü zəng etmiş və ona bir daha izah edilmişdir ki, o, ərizəni imzalamalıdır. O, ərizəyə imza etməyə gəlməmişdir. Məktuba əlavə edilmiş komissiyanın üzvləri tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktlardan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə dairə seçki komissiyasına daxil olmuş ərizəsi imzasız və tarix göstərilmədən verilmiş, həmin nöqsanların aradan qaldırılması üçün İddiaçı ilə telefon vasitəsilə əlaqə saxlanılaraq məlumat verilmişdir. Göründüyü kimi, iddiaçı 114 saylı Şəki kənd seçki dairəsi üzrə səsvermənin nəticələri haqqında X5 protokolunu xx.xx.2020-ci ildə qəbul etdiyini iddia etsə də, lakin məhkəmə kollegiyasına daxil olmuş sənədlərdən müəyyən edildi ki, İddiaçı 114 saylı Şəki kənd seçki dairəsi üzrə səsvermənin nəticələri haqqında X5 protokolu ilə xx.xx.2020-ci il tarixdə tanış olmuş, xx.xx.2020-ci il tarixdə dairə seçki komissiyasına bununla bağlı şikayət etmişdir. Bu hal da iddiaçı tərəfindən Seçki Məcəlləsinin 112.1-ci maddəsi ilə müəyyən edilmiş şikayətvermə müddətini ötürməklə MSK-ya şikayət verildiyini təsdiq edir. İddiaçının tələblərinə münasibətdə qeyd edilməlidir ki, Seçki Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən səsvermə müddəti başa çatdıqda məntəqə seçki komissiyasının sədri ucadan elan edir ki, «yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilər səs verə bilərlər». Bu zaman təmin olunmalıdır ki, yalnız bu elanadək səsvermə otağında növbəyə dayanmış seçicilər səs versinlər. Seçki qutuları açılmamışdan əvvəl, istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir. Həmin seçki bülletenlərinin sayı elan edilir və səsvermənin yekun protokolunda qeyd olunur. Seçki bülleteni almış seçicilərin imzalarının sayı səsvermənin yekun protokoluna daxil edilir. Eyni zamanda, səsvermə vəsiqəsi ilə səs verən və ayrıca seçki məntəqəsindən kənarda, daşınan seçki qutusundan istifadə etməklə səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının kilidlərinin (daşınan seçki qutusunda isə həmçinin yarığın üzərindəki möhürün) salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır. 106.2-ci maddəsinə əsasən seçki qutuları növbə ilə açılır: əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutuları. İlk növbədə daşınan seçki qutusundakı bülletenlər sayılır. Onların sayı səsvermə otağından kənarda səs verilməsi üçün seçicilərin verdikləri ərizələrin sayından çox olmamalıdır. Daşınan seçki qutusu üzrə səslər hesablanarkən bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, daşınan seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır. Bu barədə akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini təmin edən məntəqə seçki komissiyası üzvlərinin soyadları göstərilməklə səsvermənin yekun protokoluna əlavə olunur. 106.4-cü maddəsinə əsasən, səsin etibarlığına şübhə yarandıqda məntəqə seçki komissiyası məsələni səsvermə yolu ilə həll edir. Səsin etibarsız sayılması haqqında qərar qəbul edilirsə, bülletenin arxa tərəfində etibarsız sayılmanın səbəbləri göstərilməlidir. Belə qeydlər məntəqə seçki komissiyası sədrinin və katiblərinin imzası ilə təsdiqlənməlidir. Etibarsız səslər ayrıca yığılıb bağlanır. 106.5-ci maddəsinə əsasən, məntəqə seçki komissiyasının sədri tərəfindən məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə seçicilərin səslərinin hesablanması birbaşa səsverməyə yekun vurulanadək fasiləsiz aparılır. Bu zaman istifadə edilmiş hər bir seçki bülleteni möhürlənir. Məntəqə seçki komissiyasının bütün üzvləri və müşahidəçilər səsvermənin nəticələri ilə tanış edilir. 106.6-cı maddəsinə əsasən, səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolları bu Məcəllənin 40.2 və 40.4-cü maddələrində göstərilən şəxslərin müşahidəsi ilə tərtib olunur. 106.7-ci maddəsinə əsasən, protokolun 1-ci nüsxəsi, səsvermə günü məntəqə seçki komissiyasına bu Məcəllənin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə məntəqə seçki komissiyasının qəbul etdiyi qərarlar, məntəqə seçki komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməyən səsvermə vəsiqələrinin ləğv edilməsi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə), seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayı haqqında akt, bu Məcəllənin 104.15-ci maddəsində göstərilən korlanmış seçki bülletenlərinin sayı haqqında akt, bu Məcəllənin 105.3-cü maddəsində göstərilən akt, seçki bülletenləri və məntəqə üzrə seçicilərin siyahısı (səsvermə vəsiqələri əlavə olunmaqla) əlavə edilməklə dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyasının sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvünün və müşahidəçilərin müşayiəti ilə dairə seçki komissiyasına göndərilir. Adları çəkilən aktlar məntəqə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), məntəqə seçki komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir. 106.8-ci maddəsinə əsasən, protokolun 2-ci nüsxəsi həmin bülletenlərin kəsilmiş sol küncləri, sıradan çıxmış bülletenlərin kəsikləri səsverməni və səslərin hesablanmasını müşahidə edən, bu Məcəllənin 40.2-ci. və 40.4-cü maddələrində göstərilən şəxslərin siyahıları ilə birlikdə komissiyanın fəaliyyətinin sonuna kimi məntəqə seçki komissiyasının katibində saxlanılır. 106.9-cu maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisindən kənarda yaradılmış məntəqə seçki komissiyaları səsvermənin nəticələri haqqında protokolun 1-ci nüsxəsini ona əlavə edilmiş sənədlərlə birlikdə səsvermə günündən başlayaraq 3 gün ərzində X6 tərəfindən müəyyən edilmiş dairə seçki komissiyasına göndərirlər. 106.10-cu maddəsinə əsasən, seçkilərin (referendumun) keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə və ya məhkəmənin qərarı olduqda dairə və ya məntəqə seçki komissiyası səsverməni baş tutmamış hesab edir. 106.11-ci maddəsinə əsasən, məntəqə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi protokol tərtib edildikdən sonra məlumat lövhəsində asılır və 5 gün saxlanılır. 107.1-ci maddəsinə əsasən, bu Məcəllənin 106.7-ci maddəsində göstərilən sənədlər X5 sədrinə təqdim edilir. Dairə seçki komissiyası sədrinin tapşırığı ilə komissiyanın üzvü (üzvləri) təqdim olunan sənədlərin bu Məcəllənin 106.7-ci maddəsinin tələblərinə cavab verməsini, səsvermənin nəticələrində uyğunsuzluğun olub-olmamasını yoxlayır (yoxlayırlar). Sonra səsvermənin nəticələri dairə üzrə səsvermənin nəticələrinin (seçkilərin yekunlarının) yekun cədvəlinə daxil edilir. Məntəqə seçki komissiyasının sənədlərinin qəbul edilməsi haqqında məntəqə seçki komissiyasının sədrinə X5 sədri tərəfindən imzalanmış və möhürlənmiş qəbz verilir. 107.2-ci maddəsinə əsasən, X5 protokolu məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında səsvermə günündən 2 gün keçənədək tərtib edilir. Göstərilən məlumatların ümumiləşdirilməsi fasiləsiz aparılır. 107.3-cü maddəsinə əsasən, X5 protokolunda bu Məcəllənin 100.2-ci maddəsində göstərilənlərlə yanaşı, məntəqə seçki komissiyalarının sayı və həmin komissiyalar tərəfindən təqdim edilmiş protokolların sayı, X5 protokolunun tərtib edilməsi üçün əsas götürülmüş protokolların sayı, səsvermə baş tutmayan seçki məntəqələrinin sayı, dairə üzrə səsvermədə iştirak edən seçicilərin sayı göstərilməlidir. 107.4-cü maddəsinə əsasən, X5 protokolunun 1-ci nüsxəsi, səsvermə günü dairə seçki komissiyasına bu Məcəllənin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə X5 qəbul etdiyi qərarlar, dairə seçki komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğvi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməmiş səsvermə vəsiqələrinin ləğvi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə) əlavə edilməklə, dərhal, lakin səsvermə günündən 2 gündən gec olmayaraq X5 sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən üzvlərin müşayiəti ilə X4 göndərilir. Göstərilən aktlar X5 sədri və katibləri tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), X5 qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.[121] 107.5-ci maddəsinə əsasən, protokolun 2-ci nüsxəsi bağlanıb möhürlənmiş seçki bülletenləri, həmin bülletenlərin kəsilmiş sol küncləri, habelə səslərin hesablanmasını müşahidə edən, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərin siyahıları ilə birlikdə komissiyanın fəaliyyətinin sonuna kimi X5 katibində saxlanılır. 107.6-cı maddəsinə əsasən, dairə seçki komissiyası məntəqə seçki komissiyasının protokolunda (prolokola əlavə olunan digər sənədlər də daxil olmaqla) səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki məntəqəsində səslərin yenidən hesablanması haqqında qərar qəbul edə bilər. Bu halda səslərin təkrar hesablanması X5 həlledici səs hüquqlu üzvləri tərəfindən aparılır. Səslərin təkrar hesablanması haqqında müvafiq məntəqə seçki komissiyasına və bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərə əvvəlcədən məlumat verilir. Səslərin təkrar hesablanmasına dair protokol tərtib edilir və həmin protokolda «səslərin təkrar hesablanması» sözləri qeyd edilir. 107.7-ci maddəsinə əsasən, X5 protokolunun 3-cü nüsxəsi və müvafiq məntəqə seçki komissiyalarının protokollarının surətləri məlumat lövhəsində asılır və 10 gün saxlanılır. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində səsvermə günü müəyyən edilən pozuntularla bağlı onu qeyd edir ki, iddiaçı tərəfindən səsvermənin nəticələrinə dair yekun protokolu qəbul etdiyi vaxtdan qanunla nəzərdə tutulmuş şikayətvermə müddəti ötürülməklə MSK-ya müraciət etdiyindən iddiaçının MSK-nın xx xxxxxx 2020-ci il tarixli 32/409 nömrəli qərarının ləğv edilməsi ilə bağlı iddia tələbi əsassız olduğundan, iddiaçı tərəfindən irəli sürülmüş digər tələblər də həmin iddia tələbindən asılı olduğundan 114 saylı Şəki kənd seçki dairəsi üzrə 1, 2, 3, 7, 15, 16, 17, 18, 19, 23, 31, 32, 33, 34, 35, 36, 37, 39 saylı seçki məntəqələri üzrə x xxxxxx 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız sayılması, 114 saylı Şəki kənd seçki dairəsi üzrə x xxxxxx 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız sayılması öhdəliyinin X3 üzərinə qoyulması barədə tələbləri də məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, MSK tərəfindən şikayət üzrə tam və hərtərəfli araşdırma aparılmış, Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq əsaslı və qanuni qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər əsaslı olmadığından iddia təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh X1rşı 114 saylı Şəki kənd seçki dairəsi üzrə 1, 2, 3, 7, 15, 16, 17, 18, 19, 23, 31, 32, 33, 34, 35, 36, 37, 39 saylı seçki məntəqələri üzrə x xxxxxx 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız sayılması, 114 saylı Şəki kənd seçki dairəsi üzrə x xxxxxx 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə səsvermənin nəticələrinin etibarsız sayılması öhdəliyinin X3 üzərinə qoyulması, X3 xx xxxxxx 2020-ci il tarixli 32/409 nömrəli qərarının ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(107)-14/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(107)-14/2020
02.03.2020 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver