Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-3(107)-20/2020 04.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mübariz Rahil oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh X3 (bundan sonra mətndə MSK) qarşı iddiaçının xx xxxxxx 2020-ci il tarixli şikayəti barədə qərar qəbul edilməsi öhdəliyinin MSK-nın üzərinə qoyulmasına dair qərar qəbul edilməsi və MSK-nın vəzifəli şəxslərinin əməlində cinayətin əlamətlərinin olması barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi haqqında xüsusi qərardad qəbul edilməsi barədə iddia ərizəsinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxxxx 2020-ci il tarixdə MSK-ya müraciət edərək səsvermə günü 86 saylı İsmayıllı seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və seçkilərin nəticəsinin ləğv olunmasını xahiş etmişdir. MSK-nın xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Seçki Məcəlləsinin tələbinə görə iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) MSK-ya şikayət verilə bilər. Ona görə də İddiaçı MSK-ya daxil olmuş xx.xx.2020-ci il tarixli 170 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə 86 saylı İsmayıllı seçki dairəsinin dairə seçki komissiyasına göndərilmişdir. 86 saylı İsmayıllı seçki dairəsinin dairə seçki komissiyasının xx.xx.2020-ci il tarixli 26/62 nömrəli qərarı ilə İddiaçı şikayətləri təmin edilməmişdir. İddiaçı yenidən MSK-ya müraciət etmiş, iddiaçının müraciəti MSK-ya xx.xx.2020-ci il tarixdə daxil olmuş, lakin MSK tərəfindən şikayətə dərhal baxılmalı olduğu halda baxılmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh MSK nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçı tərəfindən qaldırılmış iddia öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) növünə aiddir. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 130.1-ci maddəsinə əsasən, seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. -130.2-ci maddəsinə əsasən, seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. -130.3-cü maddəsinə əsasən, məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. -130.4-cü maddəsinə əsasən, iş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. -130.5-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. Sadalanan hüquq normalarının məzmunundan da göründüyü kimi bu qəbildən olan işlərə dərhal baxılmalı və mahiyyəti üzrə qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası iddianın mümkünlüyünü yoxlayıb qiymətləndirərək hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki,İddiaçı xx xxxxxx 2020-ci il tarixdə MSK-ya müraciət edərək səsvermə günü 86 saylı İsmayıllı seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və seçkilərin nəticəsinin ləğv olunmasını xahiş etmişdir. MSK-nın xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Seçki Məcəlləsinin tələbinə görə iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) MSK-ya şikayət verilə bilər. Ona görə də İddiaçı MSK-ya daxil olmuş xx.xx.2020-ci il tarixli 170 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə 86 saylı İsmayıllı seçki dairəsinin dairə seçki komissiyasına göndərilmişdir. 86 saylı İsmayıllı seçki dairəsinin dairə seçki komissiyasının xx.xx.2020-ci il tarixli 26/62 nömrəli qərarı ilə İddiaçı şikayətləri təmin edilməmişdir. İddiaçı yenidən MSK-ya müraciət etmiş, iddiaçının müraciəti MSK-ya xx.xx.2020-ci il tarixdə daxil olmuş, lakin MSK tərəfindən şikayətə dərhal baxılmalı olduğu halda baxılmamışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin: -112.1-ci maddəsinə əsasən, seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. -112.2-ci maddəsinə əsasən, bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. -112.3-cü maddəsinə əsasən, Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) X3, X2 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. -112.4-cü maddəsinə əsasən, şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul etməklə yanaşı cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət edir. Hər bir şikayətə dair X4 əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır. -112.10-cu maddəsinə əsasən, seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır. İnzibati iş üzrə iddiaçı tərəfindən edilmiş şikayət xx.xx.2020-ci il tarixdə MSK-ya daxil olmuş, E.Ələkbərov adlı şəxs tərəfindən qəbul edilmişdir. Seçki Məcəlləsinin 112.10-cu maddəsinə görə MSK-ya daxil olmuş şikayətə dərhal baxılmalıdır. MSK tərəfindən şikayətə baxılmasa da inzibati orqanın hərəkətsizliyinə dair iddia ərizəsi Şəki Apelyasiya Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı məhkəməyə seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayət etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, göstərilən seçki qanunvericiliyinin müddəalarında müəyyən edilmişdir ki, seçki prosesini həyata keçirən orqanların fəaliyyəti vətəndaşların hüquqlarının təmin edilməsinə yönəlmişdir. Seçki Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şəxslər şikayəti qanunla müəyyən edilmiş müddətdə məhkəməyə etməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1.-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda sadalanan seçki qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı tərəfindən seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, qeyd edilən tələblərə riayət edilmədiyindən, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozuntusu ilə bağlı müraciət etmək üçün Qanunda müəyyən edilmiş müddət ötürüldüyündən iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh X1rşı iddiaçının xx xxxxxx 2020-ci il tarixli şikayəti barədə qərar qəbul edilməsi öhdəliyinin X2 üzərinə qoyulmasına dair qərar qəbul edilməsi və MSK-nın vəzifəli şəxslərinin əməlində cinayətin əlamətlərinin olması barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi haqqında xüsusi qərardad qəbul edilməsi ilə bağlı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 3 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(107)-20/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(107)-20/2020
04.03.2020 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver