Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-3(107)-21/2020 04.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mübariz Rahil oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçı cavabdeh X1rşı “112 saylı Qax seçki dairəsi səsvermənin nəticələri haqqında X6 protokolunun, Azərbaycan Respublikasının X3 xx xxxxxx 2020-ci il tarixli, 33/440 qərarının ləğv edilməsi və s.” tələbinə dair iddiasına açıq məhkəmə iclasında baxaraq bu qərarı qəbul etdi. Təsviri hissə Azərbaycan Respublikası X3 xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş Milli Məclisə seçkilərdə 112 saylı Qax seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı X4 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 413 saylı müraciətinin qismən təmin olunması, həmin seçki dairəsinin 24 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılması, X6 xx xxxxxx 2020-ci il tarixli 12/2 saylı qərarı 24 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilməsi, digər hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı iddia ərizəsi ilə Şəki Apelyasiya Məhkəməsinə müraciət edərək, 112 saylı Qax seçki dairəsi səsvermənin nəticələri haqqında X6 protokolunun, Azərbaycan Respublikasının X3 xx xxxxxx 2020-ci il tarixli 33/440 qərarının ləğv edilməsi, İddiaçı münasibətdə Avropa İnsan hüquqlarının və X5 Konvensiyayasına dair 1 saylı Protokolun 3-cü maddəsinin pozulmasının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, seçici siyahılarından uzun müddət ərazidə yaşamayan seçicilərin adları çıxarılmamış, seçki günü onların böyük əksəriyyətinin adına qutulara saxta bülletenlər atılmışdır. Təbliğat dövründə icra və bələdiyyə strukturlarında çalışan dövlət məmurları Azər Kərimliyə dəstək verərək onun təbliğatı ilə məşğul olmuş, sadə vətəndaşları müxtəlif vədlərlə, hədələrlə, təzyiqlərlə Azər Kərimliyə səs verməyə təhrik etmişlər. Məntəqə seçki komissiyasının sədri və üzvləri seçki günü səs verməyə gələn seçicilərə 6-cı yerdə adı olan (Azər Kərimliyə) namizədə səs verməyə çağırışlar ediblər. Seçkiyə aidiyyatı olmayan dövlət qurumlarının nümayəndələri seçki komissiyalarının işinə qeyri-qanuni nəzarət edərək Azər Kərimliyə səs vermək üçün təlimatlandırılıblar. Seçkiyə inamsızlıq səbəbindən seçici fəallığı az olub, bununla belə, həmin gün Qax rayonunda hava şəraitinin kəskin pisləşməsindən istifadə edilərək seçicilər maraqlı tərəflərin tapşırığı ilə ayrı-ayrı şəxslər tərəfindən maşınlarla daşınaraq onlara 6-cı yerdə adı olan namizədə səs vermək tapşırılıb. Seçki günü məntəqə sədrləri və komissiya üzvləri tərəfindən Seçki Məcəlləsinin maddələri kabud şəkildə pozulub. Müşahidəçilərin tələblərinə rəğmən seçki büllütenlərinin sayılması və onların görmə sahəsində yerləşdirilməsi təmin edilməyib. Məşvərətçi səs hüquqlu komissiya üzvləri və müşahidəçilərə öz vəzifələrini normal şəraitdə yerinə yetirməyə imkan yaradılmayıb. Komissiya üzvləri vəzifə səlahiyyətlərini aşaraq səsverməyə gələn seçicilərə Azər Kərimlinin adı qeyd edilən 6-cı adı qeyd etmək təklif olunub, hətta yardım göstərilib. Məntəqələrdə komissiya sədrləri və üzvləri tərəfindən seçki bülletenlərinin başlarının topa halda kəsilməsi, seçki qutularına atılması adi hal alıb. Seçicilər tərəfindın qutulara təkrar bülletenlər atılıb. Komissiya üzvlərinin oturmaları üçün altında əlavə rəfi olan stollardan istifadə edilib, həmin rəflərə Azər Kərimlinin adına əvvəlcədən saxtalaşdırılmış bülletenlər yerləşdirilərək qutular boşaldılarkən müxtəlif qanunazidd hərəkətlərlə həmin bülletenlərə qatılıb. Bülletenlərin sayılması zamanı komissiya üzvləri tərəfindən əvvəlcədən ciblərə və bədənin, paltarın müxtəlif hissələrinə yerləşdirdikləri bülletenlər sayılmaqda olan bülletenlərə qatılıb. Müşahidəçilərə bülletenlərin sayılmasını yaxından izləməyə imkan verilməyib. Başqa namizədlərə verilmiş səslər Azər Kərimlinin adına oxunub. Məşvərətçi səshüquqlu komissiya üzvləri və müşahidəçilərin apardıqları real seçici sayı, qutulardan çıxan bülletenlər sayı, həmçinin yekun protolollarındakı bülletenlərin sayı arasında kəskin uyğunsuzluqlar qeydə alınıb. Məntəqə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi protokol tərtib edildikdən sonra məlumat lövhəsində asılmayıb. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, MSK nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icraatı zamanı təqdim edilmiş sübutlara əsaslanılmış və həmin sübutlar iş materiallarına əlavə edilmişdir. Onlara 112 saylı X9 qəbul etdiyi qərarı, İddiaçı MSK-ya müraciəti, MSK-nın xx.xx.2020-ci il tarixli qərarı, ekspertiza qrupunun rəyi, aktlar və digər sənədlər daxildir. Əsaslandırma hissəsi İPM-in 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Seçki Məcəlləsinin: 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, X6 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) X4, X3 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. İPM-in 130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. İddianın ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. MSK-nın xx.xx.2020-ci il tarixli qərarından iddiaçı şikayət vermək üçün qanunda müəyyən edilmiş müddəti ötürməmişdir. Məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, qeyd edilən əsaslara görə iddia mümkün iddiadır. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 112 saylı Qax seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 2020-ci il fevralın 25-də Azərbaycan Respublikasının X4 yazılı müraciəti ilə həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair X6 xx xxxxxx 2020-ci il tarixli, 12/2 saylı qərarını mübahisələndirmiş, seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının dəlillərini və MSK-nın xx.xx.2020-ci il tarixli hazırkı tələb üzrə qərarını ətraflı araşdıraraq hesab edir ki, qeydə alınmış namizəd İddiaçı X4 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 413 saylı müraciətinin qismən təmin olunması, həmin seçki dairəsinin 24 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılması, X6 xx xxxxxx 2020-ci il tarixli, 12/2 saylı qərarı 24 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilməsi, digər hissələrdə dəyişdirilmədən saxlanılması ilə bağlı qəbul edilmiş qərarı qanuni və əsaslıdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 112 saylı Qax seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 2020-ci il fevralın 25-də Azərbaycan Respublikasının X4 (X7) yazılı müraciəti ilə həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair X6 xx xxxxxx 2020-ci il tarixli 12/2 saylı qərarını mübahisələndirmiş, seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının X4 və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq X3 nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır. Qeydə alınmış namizəd İddiaçı müraciətində iddia etmişdir ki, 2020-ci il fevralın 9da keçirilmiş Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat dövründə lider namizədin xeyrinə inzibati resurslardan istifadə edilmiş, bəzi seçki məntəqələrində müşahidəçilərin hüquqları pozulmuş, onlara seçkini müşahidə etməyə imkan yaradılmamış, qutulara topa halında bülletenlər atılmış, seçki məntəqəsi üzrə seçici siyahılarında olmayan şəxslər səs vermiş, seçicilərin sayı süni şəkildə şişirdilmiş, səsvermənin nəticələrinə dair protokolun nüsxəsi məlumat lövhəsində asılmamış və bu qəbildən olan digər qanun pozuntularına yol verilmişdir. O, müraciətinə iki ədəd CD-R disk, 10 ədəd seçki məntəqəsində səsvermənin nəticələrinə dair protokol nüsxəsi və 33 ədəd akt əlavə etmişdir. Qeyd olunanlarla əlaqədar İddiaçı 112 saylı Qax seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, X6 yuxarıda göstərilən müvafiq qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır. Dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini sərbəst ifadə etməsinə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd İddiaçı müraciəti əsassız hesab edildiyi üçün təmin edilməməlidir. Müraciətin hərtərəfli araşdırılması məqsədilə qeydə alınmış namizədin təqdim etdiyi 4, 5, 7, 9, 24 (iki ədəd), 25, 42, 56 və 57 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair 10 ədəd protokol və iki ədəd elektron məlumat daşıyıcısında olan məlumatlar, seçki dairəsinin seçki məntəqələri üzrə seçkilərin nəticələrinə dair rəsmi protokol məlumatları, qeydə alınmış lider olmayan digər namizədlərdən, müxtəlif siyasi partiyaları və namizədləri təmsil edən müşahidəçilərdən və adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlar, səsvermə günü sosial şəbəkələrdə yayımlanan məlumatlar, həmin X6 mübahisələndirilən qərarı və digər seçki sənədləri ətraflı tədqiq edilmişdir. Təqdim olunmuş 9 və 42 saylı məntəqə seçki komissiyalarının protokolları müvafiq qaydada düzgün təsdiq edilmədiyindən tədqiqata cəlb edilməmişdir. Araşdırma zamanı şikayətə əlavə edilən və məntəqə seçki komissiyalarından əldə edilməsi iddia olunan səsvermənin nəticələrinə dair protokolların nüsxələrinin rəsmi təqdim edilmiş protokollarla eyni olub-olmamasını müəyyən etmək üçün onlar müqayisəli tədqiq olunmuş və seçki dairəsinin 24 saylı seçki məntəqəsinin protokolu (iki ədəd) istisna olmaqla 4, 5, 7, 25, 56 və 57 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair müvafiq qaydada düzgün tərtib və təsdiq olunmuş protokollarının nüsxəsində və həmin seçki məntəqəsi üzrə tərtib edilərək rəsmi təqdim edilmiş protokollarda uyğunsuzluqlar müəyyən edilməmişdir. Təqdim edilmiş 24 saylı seçki məntəqəsi üzrə protokol (iki ədəd) nüsxəsindəki məlumatlarla həmin seçki məntəqəsi üzrə rəsmi protokollardakı məlumatlar tutuşdurularkən onlarda uyğunsuzluqlar müəyyən edilmişdir ki, bu da seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal kimi qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır. Eyni zamanda araşdırma ilə müəyyən edilmişdir ki, səsvermə günü 24 saylı seçki məntəqəsi istisna olmaqla, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və maraqlı seçki subyektlərinə verilmişdir, bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir. Səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularının araşdırılması məqsədi ilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən, o cümlədən qeydə alınmış lider olmayan digər namizədlərdən, müxtəlif siyasi partiyaları və namizədləri təmsil edən müşahidəçilərdən və adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlardan aydın olur ki, 24 saylı seçki məntəqəsi istisna olmaqla, müraciətdə qeyd olunan pozuntuları təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır. Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya X7 birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır: - 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə; - 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin. Göstərilənlərə əsasən müraciətin qismən təmin edilməsi, X6 qərarının 24 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilməsi, seçki dairəsinin həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən 24 saylı seçki məntəqəsi istisna olmaqla sadalanan həmin hüquq pozuntuları ilə bağlı həm iddiaçının özü, həm də seçki məntəqələrində müşahidəçilər qismində iştirak edən nümayəndələrin şikayətləri və həmin şikayətlərin nəticələri barədə məhkəmə kollegiyasına hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının irəli sürdüyü dəlillər ehtimal xarakteri daşıdığına və göstərdiyi dəlillər yalnız mülahizə xarakterli olduğuna görə iddia tələbi əsassızdır. Həmin məsələ ilə bağlı Seçki Məcəlləsinin: 101.1-ci maddəsinə əsasən referendum və prezident seçkiləri zamanı seçicilərə vahid dairə üzrə səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verilə bilər. 101.2. Səsvermə günü seçicilər siyahısına daxil edilmiş, seçki məntəqəsində səs vermək imkanı olmayan seçici müvafiq dairə seçki komissiyasında (səsvermə gününə 45- 25 gün qalmış) və ya məntəqə seçki komissiyasında (səsvermə gününə 24-3 gün qalmış) səsvermə vəsiqəsini ala bilər və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər. Bu qayda Milli Məclisə seçkilər zamanı müvafiq seçki dairəsinin ərazisində, prezident seçkiləri və referendum zamanı respublikanın bütün ərazisində, bələdiyyə seçkilərində isə müvafiq bələdiyyənin ərazisində tətbiq edilir. Bundan əlavə iddiaçının irəli sürdüyü dəlilləri təsdiq etmək üçün 24 saylı seçki məntəqəsi istisna olmaqla digər seçki məntəqələrində seçki zamanı baş verən pozuntu ilə bağlı qeyd etdiyi hallara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlarda bu faktların mövcudluğunu müəyyən etmək mümkün deyil. İddiaçı tərəfindən təqdim edilmiş video və digər materiallara baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd edilən görüntülərdə çəkilişin hansı seçki məntəqələrində aparılması, seçki məntəqələrinin ümumi görüntüləri, mübahisə, müzakirə, eyni zamanda, səsvermə hüququndan istifadə edilməyə imkan verilməyən hallarla bağlı verilən şərhlər, əsasən çəkiliş aparan şəxslərin ehtimalları olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların irəli sürdüyü dəlillər ehtimal xarakteri daşıyır və həmin pozuntuları təsdiq edə biləcək faktlar mövcud deyil, eyni zamanda çəkilişdə müsahibə verilmiş şəxslərin səsverməyə imkan verilməməsi və ya şəxslərin təkrar səsverməyə buraxılması ilə bağlı irəli sürdüyü dəlilər də əsassızdır. Belə ki, qeyd edilən şəxslərin özləri bununla bağlı aidiyyəti dairə seçki komissiyasına, X4 və prokurorluq orqanlarına müraciət etmək hüquqları olmuş, həmin şəxslər bununla bağlı aidiyyəti üzrə müraciət edə bilərlər. Belə ki, məhkəmə bütün sübutların mümkünlük dərəcəsini araşdırmaqla, həmin sübutlara digər sübutlarla birlikdə araşdırıb qiymət verməlidir. Seçki qanunveriicliyi üzrə hər bir seçicinin qeydiyyatdan keçməsi anından başlayaraq səslərin hesablanmasına kimi ciddi proseduralarla müəyyən edilmiş sənədləşmə aparılmalı olan bir prosesdir. Əgər iddiaçıların irəli sürdüyü dəlillər ehtimallara əsaslanırsa, konkret olaraq belə bir faktı təsdiq edə biləcək əsaslı sübut yoxdursa, məhkəmə kollegiyası həmin faktı mövcud olmayan fakt kimi dəyərləndirməlidir. İddiaçının tələblərinə münasibətdə qeyd edilməlidir ki, Seçki Məcəlləsinin: 104.5-ci maddəsinə əsasən seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib kilidləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir. 104.11-ci maddəsinə əsasən seçki qutuları məntəqə seçki komissiyası üzvlərinin və müşahidəçilərin maneəsiz müşahidə edə bildikləri yerdə qoyulmalıdır. 104.12-ci maddəsinə əsasən məntəqə seçki komissiyasının sədri səsvermə yerində qayda-qanuna nəzarət edir. Onun sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir. Məntəqə seçki komissiyasının sədri seçki məntəqəsində olmadıqda onu məntəqə seçki komissiyasının katibi və ya komissiyanın bu vəzifələr həvalə olunmuş üzvü əvəz edir. 104.13-cü maddəsinə əsasən seçicinin öz iradəsini ifadə etməsinə təsir göstərməyə cəhd edən və ya gizli səsverməni pozan məntəqə seçki komissiyasının üzvü müvafiq akt tərtib edilməklə işindən kənarlaşdırılır, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxs isə təxirə salınmadan otaqdan çıxarılır. Bu barədə məntəqə seçki komissiyası qərar qəbul edir. Təsirə məruz qalan seçici səs verməyibsə, onun səs verməsinə yol verilmir, seçki bülleteni ondan alınır və etibarsız sayılır. 104.14-cü maddəsinə əsasən seçki məntəqəsində səsvermədə iştirak edən seçicilərdən, məntəqə seçki komissiyasının üzvlərindən, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində nəzərdə tutulanlardan başqa digər şəxslər olmamalıdırlar. Səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, dövlət orqanlarının vəzifəli şəxslərinin olması qadağandır. Hüquq mühafizə orqanlarının işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsədi ilə, məntəqə seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər və öz vəzifələrini icra etdikdən sonra seçki məntəqəsini dərhal tərk etməlidirlər. Hüquq mühafizə orqanının işçisi səsvermə zamanı səsvermə otağında olduqda səsvermə dayandırılır. Səsvermə zamanı asayişi bərpa etmək 6 saatdan artıq mümkün olmazsa, X6 qərarı ilə seçki məntəqəsi bağlanır. Belə seçki məntəqələrində səsvermə etibarsız sayılır. 106.1-ci maddəsinə əsasən səsvermə müddəti başa çatdıqda məntəqə seçki komissiyasının sədri ucadan elan edir ki, «yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilər səs verə bilərlər». Bu zaman təmin olunmalıdır ki, yalnız bu elanadək səsvermə otağında növbəyə dayanmış seçicilər səs versinlər. Seçki qutuları açılmamışdan əvvəl, istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir. Həmin seçki bülletenlərinin sayı elan edilir və səsvermənin yekun protokolunda qeyd olunur. Seçki bülleteni almış seçicilərin imzalarının sayı səsvermənin yekun protokoluna daxil edilir. Eyni zamanda, səsvermə vəsiqəsi ilə səs verən və ayrıca seçki məntəqəsindən kənarda, daşınan seçki qutusundan istifadə etməklə səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının kilidlərinin (daşınan seçki qutusunda isə həmçinin yarığın üzərindəki möhürün) salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır. 106.2-ci maddəsinə əsasən seçki qutuları növbə ilə açılır: əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutuları. İlk növbədə daşınan seçki qutusundakı bülletenlər sayılır. Onların sayı səsvermə otağından kənarda səs verilməsi üçün seçicilərin verdikləri ərizələrin sayından çox olmamalıdır. Daşınan seçki qutusu üzrə səslər hesablanarkən bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, daşınan seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır. Bu barədə akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini təmin edən məntəqə seçki komissiyası üzvlərinin soyadları göstərilməklə səsvermənin yekun protokoluna əlavə olunur. Qeyd edilən hüquq normalarının tələblərinə görə MSK tərəfindən aparılmış araşdırma zamanı iddiaçının pozuntu baş verən dairələrdə qeyd etdiyi faktlar öz əksini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, MSK tərəfindən şikayət üzrə tam və hərtərəfli araşdırma aparılmış, Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq əsaslı və qanuni qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər əsaslı olmadığından, aparılmış araşdırma nəticəsində qeyd edilən seçki dairələrində pozuntu hallarının baş verməsi faktı sübuta yetirilmədiyindən iddia təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh X1rşı “112 saylı Qax seçki dairəsi səsvermənin nəticələri haqqında X6 protokolunun, Azərbaycan Respublikasının X3 xx xxxxxx 2020-ci il tarixli, 33/440 qərarının ləğv edilməsi, İddiaçı qızma münasibətdə Avropa İnsan hüquqlarının və X5 Konvensiyayasına dair 1 saylı Protokolun 3-cü maddəsinin pozulmasının tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 3 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(107)-21/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(107)-21/2020
04.03.2020 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver