Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-3(107)-3/2020 29.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mübariz Rahil oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı və cavabdeh 115 saylı Şəki 2-ci kənd X5 sədiri X1 iştirakı ilə, 115 saylı Şəki 2-ci kənd Dairə Seçki dairəsindən kənd bələdiyyəsinə seçkilərə namizədliyini irəli sürmüş namizəd İddiaçı tərəfindən verilmiş iddia ərizəsinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 115 saylı Şəki 2-ci kənd Dairə Seçki məntəqəsində keçirilən səsvermə saxtalaşdırılmışdır. Ona görə də həmin nəticələrin ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh 115 saylı Şəki 2-ci kənd X5 sədiri X4 iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 130.1-ci maddəsinə əsasən, seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. -130.2-ci maddəsinə əsasən, seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. -130.3-cü maddəsinə əsasən, məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. -130.4-cü maddəsinə əsasən, iş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. -130.5-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. Apelyasiya məhkəməsinə daxil olmuş İddiaçı tərəfindən verilmiş iddia ərizəsində göstərir ki, 115 saylı Şəki 2-ci kənd Dairə Seçki məntəqəsində keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə saxtalaşdırılmışdır. Ona görə də həmin nəticələrin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizənin mümkünlüyünü yoxlayıb qiymətləndirərək hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin: -112.5-ci maddəsinə əsasən, vətəndaşlar tərəfindən təqdim edilən şikayətlər aşağıdakıları əks etdirməlidir: -112.5.1. şikayətin ünvanlandığı vətəndaşların şikayətlərinə baxılması üzrə komissiyanın adı -112.5.2. şikayəti edən subyektə şikayətin baxılmasının vaxtı haqqında bildirişin göndərilməsi üçün ünvan; -112.5.3. şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik; -112.5.4. əgər bu qərardırsa, qərar şikayətə əlavə edilməli, mübahisə obyekti olan qərarı qəbul etmiş seçki komissiyasının və ya dövlət orqanının adı qeyd olunmalı, vəzifəli şəxs göstərilməlidir -112.5.10. aşağı seçki komissiyasının qərarından yuxarı seçki komissiyasına şikayət edildikdə, şikayətə müvafiq seçki komissiyasının qərarı əlavə edilməlidir. -112.5.11. Şikayətçi həmin şikayəti imzalamalıdır. Əgər şikayət seçkilərdə iştirak edən siyasi partiya və ya siyasi partiyalar blokları tərəfindən verilibsə, onda şikayət səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməklə səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır. Göründüyü kimi ərizəçi İddiaçı tərəfindən ilk olaraq rayon üzrə dairə seçki komissiyasına müraciət edilməsi və X5 həmin müraciətlə bağlı qərarı, həmin qərardan X3 şikayət edilməsinə dair hər hansı sənəd ərizəyə əlavə edilməmişdir. Halbuki, ərizəçi apelyasiya instansiyası məhkəməsinə müraciət etməmişdən əvvəl qeyd olunan orqanlara müraciət etməli idi. Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin: -18.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında seçki (referendum) komissiyaları sisteminə aşağıdakı komissiyalar daxildir: -18.1.1. Azərbaycan Respublikasının Mərkəzi Seçki (referendum) Komissiyası (bundan sonra- X6); -18.1.2. dairə seçki (referendum) komissiyaları (bundan sonra — dairə seçki komissiyaları); -18.1.3. məntəqə seçki (referendum) komissiyaları (bundan sonra — məntəqə seçki komissiyaları). -18.2-ci maddəsinə əsasən, seçki komissiyalarının işinə Azərbaycan Respublikasının X6 rəhbərlik edir. -18.3-cü maddəsinə əsasən, seçki komissiyaları Azərbaycan Respublikası Konstitusiyasının 3,83,101 və 142-ci maddələrinə uyğun olaraq daimi fəaliyyət göstərən dövlət orqanlarıdır (bu Məcəllənin 35.4-35.6-cı maddələrində göstərilən məntəqə seçki komissiyaları istisna olmaqla). -112.1-ci maddəsinə əsasən, seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. -112.2-ci maddəsinə əsasən, bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3-cü maddəsinə əsasən, şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, X5 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) X3, X2 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. -112.4-cü maddəsinə əsasən, şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul etməklə yanaşı cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət edir. Hər bir şikayətə dair X6 əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır. Yuxarıda göstərilən seçki qanunvericiliyinin müddəalarında müəyyən edilmişdir ki, seçki prosesini həyata keçirən orqanların fəaliyyəti vətəndaşların hüquqlarının təmin edilməsinə yönəlmişdir. Seçki Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına etməlidir, yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə yalnız bundan sonra vətəndaşlar ehtimal etdikləri hüquq pozuntularına dair işlər üzrə apelyasiya məhkəməsinə müraciət edə bilərlər və həmin məhkəmədə mübahisənin açılması mümkündür. Bununla qanunvericilik aşağı seçki komissiyalarında şikayətin tam və hərtərəfli araşdırılmasına, bütün zəruri sübutları toplamaqla qanuni, əsaslandırılmış qərar qəbul edilməsinə, əgər pozuntu aşkar edilərsə yol verilmiş pozuntuların məhkəməyə gəlmədən yuxarı seçki komissiyaları tərəfindən aradan qaldırılmasına imkanı yaradır. Beləliklə, yuxarıda sadalanan seçki qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ərizəçi tərəfindən ilkin olaraq rayon üzrə dairə seçki komissiyasına müraciət edilməsi barədə sənəd, X5 həmin müraciətin təmin edilməməsi ilə bağlı qərarından X3 edilmiş şikayət, dairə seçki komissiyası tərəfindən qəbul edilmiş qərardan verilmiş şikayətlə bağlı X2 qərarı işə əlavə edilmədiyindən 115 saylı Şəki 2-ci kənd Dairə Seçki dairəsindən kənd bələdiyyəsinə seçkilərə namizədliyini irəli sürmüş namizəd İddiaçı tərəfindən verilmiş iddia ərizəsi mümkün hesab edilməməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, ərizəçi İddiaçı yuxarıda sadalanan seçki qanunvericiliyinin tələblərinə riayət etmədən 115 saylı Şəki 2-ci kənd Dairə Seçki məntəqəsində keçirilən bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsinə dair iddia ərizəsi ilə apelyasiya instansiyası məhkəməsinə müraciət etdiklərinə görə onların iddia ərizələri mümkün hesab edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçi İddiaçı tərəfindən verilmiş115 saylı Şəki 2-ci kənd Dairə Seçki məntəqəsində keçirilən bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsinə dair iddia mümkün hesab edilməsin. Qərardaddan onun təqdim edildiyi gündən 3 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: MübarizHüseynov Rövşən Rəfiyev
Məhkəmə qərarları › İş №2-3(107)-3/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(107)-3/2020
29.01.2020 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver