Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-3(107)-4/2020 11.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi ilə, İddiaçı1, İddiaçı2 (bundan sonar mətndə iddiaçılar) cavabdeh X8 (bundan sonra mətndə MSK) qarşı “xx.xx.2020-ci il tarixli 16/105 saylı qərarının və 109 saylı Balakən seçki dairəsindən X1 deputatlığa namizədliyinin qeydə alınması haqqında qərarının ləğv edilməsi” barədə iddiasına açıq məhkəmə iclasında baxaraq bu qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə etdikləri müraciətlərində 2020-ci ilin fevral ayının 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə iştirak etməklə deputatlığa namizədlikləri irəli sürülmüş və 109 saylı Balakən seçki dairəsində namizədlikləri qeydə alınmışdır. Onlarla eyni dairədən 2019-cu il tarixində buraxılmış parlamentdə deputat olmuş X1 da namizədliyi qeydə alınmışdır. Qeyd edilən deputatlığa namizəd Nəsib Məhəməliyev Respublika ərazisində fəaliyyət göstərən, milyonlarla tamaşaçı auditoriyası olan xxxx-də xx.xx.2020-ci il tarixində yayımlanan “Səni axtarıram” verlişinin canlı yayımında seçki kompaniyasının gedişində açıq-aşkar Nəsib Məhəməliyev özünü təbliğ edərək xeyriyəçilik fəaliyyəti ilə məşğul olmasını nümayiş etdirmişdir. Beləliklə o, Seçki Məcəlləsinin 55.1, 55.2, 55.3, 80.7 və 80.8-ci maddələrin tələblərini pozmuşdur. İddiaçılar xx.xx.2020-ci il tarixdə şikayət ərizəsi ilə MSK-ya müraciət edərək qeyd edilən qanun pozuntusuna yol verilməsi əsası ilə Nəsib Məhəməliyevin namizədliyinin ləğv edilməsini xahiş etmişdir. MSK-nın nəzdində yaradılmış ekspert qrupunun üzvü Qabil Orucovun MSK-ya daxil olmuş xx.xx.2020-ci il tarixli 37 saylı müraciəti üzrə 109 saylı Balakən seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı1 və digərlərinin xx.xx.2020-ci il tarixli 37 saylı müraciətinin əsassız olduğundan təmin olunmaması barədə rəy verilmişdir. MSK-nın xx.xx.2020-ci il tarixli 16/105 nömrəli qərarı ilə İddiaçı1 və digərlərinin müraciəti əsassız olduğundan təmin edilməmişdir. İddiaçı, cavabdeh MSK-ya qarşı “xx.xx.2020-ci il tarixli 16/105 saylı qərarının və 109 saylı Balakən seçki dairəsindən X1 deputatlığa namizədliyinin qeydə alınması haqqında qərarının ləğv edilməsi”ni xahiş etişdir. İddia tələbinin mahiyyəti İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 109 saylı Balakən Seçki dairəsindən namizədliyi qeydə alınmış 2019-cu il tarixində buraxılmış parlamentdə deputat olmuş X3 Respublika ərazisində fəaliyyət göstərən, milyonlarla tamaşaçı auditoriyası olan xxxx-də xx.xx.2020-ci il tarixində yayımlanan “Səni axtarıram” serlişinin canlı yayımında seçki kompaniyasının gedişində açıq-aşkar Nəsib Məhəməliyev özünü təbliğ edərək xeyriyəçilik fəaliyyəti ilə məşğul olmasını nümayiş etdirmişdir. Beləliklə deputatlığa namizəd üçün nəzərdə tutulmuş təşviqatda qeyri-bərabər şərait yaradılmış, qanunsuz hərəkətlərə yol verilmiş və seçicilər ələ alınmışdır. Beləliklə də Seçki Məcəlləsinin 55.1, 55.2, 55.3, 80.7 və 80.8-ci maddələrin tələblərini pozulmuşdur. Bununla bağlı müraciətlərinə baxılmış MSK-nın xx.xx.2020-ci il tarixli 16/105 nömrəli qərarı ilə müraciətlər əsassız olduğundan təmin edilməmişdir. Qeyd edilən qərarı qanunsuz və əsassız hesab edirlər. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı Məhkəmə kollegiyasının iclası xx xxxxxx 2020-ci il tarixə saat 17:40-a təyin edilmiş, tərəflərə iddiaçıların şəxsi istifadəsində olan telefon nömrəsinə zəng edilməklə məhkəmə kollegiyasının iclаsının vaxtı və yeri barədə məlumat verilmişdir. Cavabdeh tərəfə elektron poçt vasitəsilə məhkəmə bildirişi göndərilmiş və qəbul edilmiş qərarla əlaqədar sənədlər tələb edilmişdir. İş üzrə İddiaçı2 onun Bakı şəhərində yaşaması, İddiaçı1 isə Balakən rayonunda yaşaması səbəbindən məhkəmə iclasının növbəti günə təxirə salınmasını bildirmişlər. Lakin qeyd edilən telefon danışığında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 130-cu maddəsində seçki keçirilən gündən sonra daxil olmuş şikayətlərə dərhal baxılmalı olması onların nəzərinə çatdırılmışdır. Cavabdeh MSK nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin tələb edilən müvafiq sənədləri electron poçt vasitəsilə məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bunadn sonar İPM) 62.3-cü maddəsinə əsasən tərəflərin və ya onların nümayəndələrinin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icraatı zamanı təqdim edilmiş sübutlara əsaslanılmış və həmin sübutlar iş materiallarına əlavə edilmişdir. Onlara iddiaçıların MSK-ya ünvanladıqları şikayət ərizəsi, MSK-nın nəzdində yaradılmış ekspert qrupunun üzvü Qabil Orucovun MSK-ya daxil olmuş xx.xx.2020-ci il tarixli 37 saylı müraciəti üzrə rəyi, MSK-nın xx.xx.2020-ci il tarixli 16/105 nömrəli qərarı, X2 arayışı, X6 Balakən rayonunda qeydiyyatda olmaması barədə 109 saylı DSK-nın xx.xx.2020-ci il tarixli arayışı, deputatlığa namizəd Nəsib Məhəməliyevin xx.xx.2020-ci il tarixli məlumatı, Xəzər Televizyasının xx.xx.2020-ci il tarixli 06 nömrəli məktubu və digər sənədlər daxildir. Əsaslandırma hissəsi İPM-in 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Seçki Məcəlləsinin: 112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. 112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. 112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) X8, X7 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. İPM-in 130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. MSK-nın xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi tələb edilən hazırkı şikayət (ərizə) Şəki Apelyasiya Məhkəməsinə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, iddiaçı şikayət vermək üçün qanunda müəyyən müddəti ötürməmişdir. Məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, qeyd edilən əsaslara görə iddia mümkün iddiadır. Məhkəmə kollegiyası MSK tərəfindən müraciətin araşdırılması ilə bağlı əldə edilmiş sübutların tədqiqi zamanı müəyyən etmişdir ki, ərizəçilər iddia edir ki, 2020-ci il fevralın 9na təyin edilmiş Milli Məclisə seçkilərdə 109 saylı Balakən seçki dairəsi üzrə qeydə alınmış namizəd N.M.Məhəməliyev barədə xxxx-nin xx xxxxxx 2020-ci il tarixdə efirə getmiş “Səni axtarıram” verilişində aparıcı Xoşqədəm Hidayət qızı tərəfindən namizədin xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmasını əks etdirən fikir səsləndirilmiş, M.N.Məhəməliyevin xəstə olan bir şəxsin müəlicəsi üçün 1500 manat pul verməsi elan edilmişdir. xxxx-nin xx xxxxxx 2020-ci il tarixdə efirə getmiş “Səni axtarıram” verilişində 109 saylı Balakən seçki dairəsi üzrə qeydə alınmış namizəd M.N.Məhəməliyevin və ya onun maraqlarını təmsil edən hər hansı bir şəxsin iştirak etməsi ilə bağlı “xxxx” MMC-dən sorğuya cavab olaraq təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli məktubunda xxxx-də yayımlanan “Səni axtarıram” verilişinin xx xxxxxx 2020-ci il buraxılışında deputatlığa namizəd M.N.Məhəməliyev və ya onun maraqlarını təmsil edən hər hansı bir şəxs iştirak etməmişdir. Eyni zamanda işə əlavə edilmiş və qeydə alınmış namizəd M.N.Məhəməliyev tərəfindən verilmiş məlumatda göstərilir ki, 2019-cu ilin oktyabr ayında “Səni axtarıram” verilişində Yeganə Babayeva adlı şəxsin xəstə uşağının müalicəsinə kömək üçün verilmiş elan əsasında N.M.Məhəməliyevin ailə üzvləri tərəfindən həmin şəxsə müvafiq maddi yardım göstərilmişdir. Həmin yardımın beş aydan sonra hazırkı təşviqat dövründə qeyd edilən verlişdə səsləndirilməsi seçicinin ələ alınması kimi qiymətləndirilə bilməz. Həmçinin X2 və 109 saylı Balakən seçki dairəsinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən edilir ki, qeydə alınmış namizəd M.N.Məhəməliyevin ailə üzvlərinin köməklik göstərdikləri X10 109 saylı Balakən seçki dairəsinin seçicilər siyahısında olması müəyyən edilməmişdir. Seçki Məcəlləsinin: 55.1. Bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. 55.2. Bu Məcəllədə aşağıdakılar vəzifə mövqeyindən və ya xidməti mövqedən üstünlük əldə etmək üçün sui-istifadə olunması kimi başa düşülür: ocümlədən dövlət orqanlarının, təşkilatlarının, bələdiyyə qurumlarının fəaliyyətini təmin edən rabitə, informasiya, telefon vasitələrindən imzaların toplanması və seçkiqabağı təşviqat üçün istifadə etmək;... 75.1. Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır. 75.2. Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. 88.4. Seçkiqabağı təşviqatda bilavasitə yaxud dolayısı ilə iştirak edən namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun, onların səlahiyyətli nümayəndələrinin, habelə digər şəxslərin və təşkilatların seçiciləri aşağıdakı üsullarla ələ alması qadağandır: 88.4.1. təşkilati işlərin yerinə yetirilməsi məqsədi istisna olmaqla, seçicilərə pul vəsaiti, hədiyyələr və digər qiymətli materiallar vermək (döş nişanları, yapışqanlı nişanlar, plakatlar və nominal dəyərə malik olan digər təşviqat materialları istisna edilməklə); 88.4.2. göstərilən təşkilati işi yerinə yetirən seçiciləri səsvermənin nəticəsindən asılı olaraq mükafatlandırmaq və ya belə mükafatlandırmanı vəd etmək; 88.4.3. malların güzəştli satışını keçirmək, hər hansı malı (çap materialları istisna olmaqla) pulsuz vermək; 88.4.4. əvəzsiz və ya güzəştli şərtlərlə xidmətlər göstərmək; 88.4.5. seçkiqabağı təşviqat zamanı seçicilərə qiymətli kağızlar, habelə maddi sərvətlər, pul vəsaiti veriləcəyini vəd etmək yolu ilə, habelə qanunvericiliyə zidd olan digər əsaslarla xidmətlər göstərilməsi ilə təsir etmək. Məhkəmə kollegiyası qeyd edilən normaların işin faktiki hallarına tətbiq edərək hesab edir ki, işin araşdırılmış halları ilə təsdiq edilir ki, namizədliyi qeydə alınmış Nəsib Məhəməliyevin ailə üzvləri tərəfindən 2019-cu ilin oktyabr ayında xxxx-də yayımlanan “Səni axtarıram” verilişində xəstə uşağın müalicəsi üçün qeyd edilən namizədin ailə üzvləri tərəfindən köməklik edilməsi və həmin köməkliyin sonradan xx.xx.2020-ci il tarixdə xxxxdə yayımlanan həmin verilişində yayımlanması yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinin pozulması kimi qəbul edilə bilməz. Qeyd ediən həmin verilişdə xxxx-nin təqdim edilən məktubunda N.M.Məhəməliyevin özünün və ya hər hansı vəkil edilmiş nümayəndəsinin iştirak etməməsi buna sübutdur. Eyni zamanda iddia edilən namizədin maddi köməklik göstərdiyi X6 109 saylı Balakən seçki dairəsinin seçicilər siyahısında olmaması rəsmi sənədlərlə öz təsdiqini tapmışdır. Bununla yanaşı 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin keçiriləcəyi barədə hər hansı bir rəsmi məlumat mövcud olmamışdır. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsləyə Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il dekabrın 2-də keçiriln iclasında baxılmışdır. İddiaçılar bu dəlilləri irəli sürsə də, yuxarıda qeyd edilən hallar seçicinin pul və ya digər maddi nemətlər qarşılığında ələ əlınması kimi qiymətləndirilməsi, həmçinin bütün namizədlər üçün qeyri-bərabər təşviqat şəraiti kimi qiymətləndirilməsi qanuna ziddi hesab edilməlidir. Belə ki, X11 Məhkəməsinin “Abil Azərbayana qarşı məhkəmə işi (Ərizə No. 16511/06) xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, ərizəçini ruşvətxorluqda ittiham edən on yeddi nəfərdən yalnız səkkizi Apellyasiya Məhkəməsi tərəfindən dindirilib. Qeyd olunan səkkiz nəfərdən yeddisi onlara səsləri qarşılığında naməlum şəxslər tərəfindən pul vəd edildiyini təsdiq edib. Məhkəmə hesab edir ki, bu məlumat özlüyundə iddia edilən ruşvət təklifinin Ərizəçi tərəfindən ediliyini və ya, qeyd olunan “naməlum şəxslər”in birbaşa onun gostərişi ilə hərəkət etdiyini və ya hər hansı başqa şəkildə onun adından hərəkət etmək səlahiyyətləri olmasını təsdiq etmir. Ərizəçinin secicilərə ruşvət təklif etməsi iddia edilən bu “naməlum şəxslər”in iddia edilən hərəkətləri ilə əlaqəsini gostərən başqa sübutlar mövcud deyil. Həmin şəxslər tərəfindən sadəcə olaraq Ərizəçinin adının qeyd edilməsi faktı onların Ərizəçinin gostərişi ilə hərəkət etməsini və ya Ərizəçinin seciciləri satın almaq niyyətindən olmasını və ya bunu həyata kecirmək üçün hər hansı praktik tədbirlər gorməsini sübut etmir. Apellyasiya Məhkəməsinin qərarından sonra Ərizəçi onun əleyhinə ifadə vermiş şahidlərin şəxsiyyətini müəyyən etmək üçün araşdırma apardı və müəyyən etdi ki, onun əleyhinə ifadə vermiş səkkiz şəxsdən dördü əslində onun namizədliyini irəli sürdüyü seçki dairəsində seçici kimi qeydiyyatda olmayıb. Eyni zamanda, hər hansı namizədin qeyri-qanuni və ədalətsiz təşviqat metodlarına əl atmasının muəyyən edilməsi həmin namizəd üçün ciddi nəticələrə səbəb ola bilər, belə ki bu həmin şəxsin namizədliyinin ləğvi üçün əsas ola bilər. Konvensiyan fərdi seçki hüquqlarının effektiv həyata kecirilməsinə təminat verdiyi üçün Məhkəmə hesab edir ki, seckilərdə namizədliyini irəli sürmüş şəxslərin namizədliyinin özbaşına ləğvinin qarşısını almaq üçün müvafiq daxili qanunvericilik namizədləri əsassız və alçaldıcı seçki pozuntusu iddialarından mudafiə etmək üçün kifayət qədər təminatlara malik olmalı və eləcə də namizədliyin ləğvinə dair qərar seçki pozuntusuna dair əsaslı, etibarlı və yetərli sübutlara əsaslanmalıdır (bax: Orucoov, yuxarıda qeyd olunan qərar, 46-cı bəndi). Məhkəmə kollegiyası yuxarıda sadalanan işin faktiki halları və qanunvericiliyin tələbləri baxımından iddiaçıların mübahisələndirdikləri MSK-nın xx.xx.2020-ci il tarixli 16/105 saylı qərarının ləğv edilməsi üçün əsaslar müəyyən etməmişdir. Bu səbəbdən də 109 saylı Balakən seçki dairəsindən X1 deputatlığa namizədliyinin qeydə alınması haqqında qərarının ləğv edilməsi məsləsinə baxılması qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsi (şikayət) təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı1, İddiaçı2 cavabdeh X8 “xx.xx.2020-ci il tarixli 16/105 saylı qərarının və 109 saylı Balakən seçki dairəsindən X1 deputatlığa namizədliyinin qeydə alınması haqqında qərarının ləğv edilməsi” barədə ərizəsi (şikayəti) təmin edilməsin. Qərardan, tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(107)-4/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(107)-4/2020
11.02.2020 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver