Məhkəmə qərarları › İş №2-3(107)-5/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(107)-5/2020

12.02.2020 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-3(107)-5/2020 12.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mübariz Rahil oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh 87 saylı Ağsu-X1rşı “87 saylı X6 Komissiyasının 56 saylı seçki məntəqəsində xx xxxxxx 2019-cu ildə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsinə dair qərar qəbul edilməsi barədə iddia ərizəsinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.2020-ci il tarixdə 87 saylı X6 Komissiyasına Bələdiyyə seçkilərində təmsil olunduğu Xəlilli Bələdiyyəsinə seçkilər zamanı 59 saylı seçki məntəqəsində səslərin düzgün hesablanmaması, gizlədilməsi ilə bağlı müraciət etmiş, 87 saylı X6 Komissiyası iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayət müddəti Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən 3 gün müəyyən edilmişdir. Şikayət qanunla müəyyən edilmiş müddəti keçdiyi üçün araşdırılması mümkün deyildir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası X5 müraciət etmiş, X2 müraciətindən imtina edərək bildirmişdir ki, AR Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və “Azərbaycan Respublikası X5 və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 4.1.2-ci bəndinə əsasən seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. X3 xx.xx.2020-ci il tarixli, 8/56 saylı qərarı ilə xx.xx.2019cu il tarixdə keçirilmiş bələdiyyə seçkilərinin yekunları artıq təsdiq edilmişdir. X3 bu qərarı qətidir. Bundan sonra İddiaçı 87 saylı Ağsu-X1rşı Şəki Apelyasiya Məhkəməsinə müraciət edərək 87 saylı X6 Komissiyasının 56 saylı seçki məntəqəsində xx xxxxxx 2019-cu ildə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumat verilməsi üçün İddiaçı və cavabdeh 87 saylı X6 Komissiyası ilə telefon vasitəsilə əlaqə saxlanılmış, tərəflər məsafə uzaq olduğu üçün məhkəmə iclasına həmin vaxt gəlmələrinin mümkünsüz olduğunu bildirmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 130.1-ci maddəsinə əsasən, seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. -130.2-ci maddəsinə əsasən, seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. -130.3-cü maddəsinə əsasən, məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. -130.4-cü maddəsinə əsasən, iş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. -130.5-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. Apelyasiya məhkəməsinə daxil olmuş İddiaçı tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasında bələdiyyə seçkilərində İsmayıllı rayonu Xəlilli kəndində bələdiyyə üzvü seçilməsi üçün namizədliyini vermişdir. Lakin 87 saylı X6 Komissiyasının 56 saylı seçki məntəqəsində səslər düzgün hesablanmamış və saxtalaşdırılmışdır. O cümlədən onun da səsləri düzgün hesablanmamışdır. O, komissiyanın buna dair aktı barədə məlumat alan kimi 87 saylı X6 Komissiyasına müraciət etmişdir. Lakin dairə seçki komissiyası xx.xx.2020-ci il tarixli 05 saylı məktubla Seçki Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə zidd olaraq guya müddəti ötürməsini əsas tutaraq şikayətinə baxmamış və şikayətin araşdırılmasını mümkünsüz hesab etmişdir. O, bundan sonra bununla əlaqədar X5 müraciət etmişdir. X8 xx.xx.2020-ci il tarixli 10/20-221 nömrəli məktubla cavabdeh 87 saylı X7 gətirdiyi səbəbləri əsas tutaraq və artıq bələdiyyə seçkilərinin yekunlarının təsdiq edildiyini bildirərək onun şikayətinə baxmamışlar. Hesab etmişdir ki, 87 saylı X6 Komissiyasının gəldiyi nəticə əsassızdır və onun seçki hüquqlarını pozmuşdur. Ona görə də 87 saylı X6 Komissiyasının 56 saylı seçki məntəqəsində xx xxxxxx 2019-cu ildə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə kollegiyası iddianın mümkünlüyünü yoxlayıb qiymətləndirərək hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, iddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddianın ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin: -112.1-ci maddəsinə əsasən, seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. -112.2-ci maddəsinə əsasən, bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. -112.3-cü maddəsinə əsasən, Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, X7 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) X5, X3 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. -112.4-cü maddəsinə əsasən, şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul etməklə yanaşı cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət edir. Hər bir şikayətə dair X8 əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddiaçı 87 saylı X6 Komissiyasının 56 saylı seçki məntəqəsində səslərin düzgün hesablanmaması və saxtalaşdırılması ilə bağlı cavabdeh 87 saylı X6 Komissiyasına Seçki Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş 3 günlük müddəti ötürməklə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikasında bələdiyyə seçkiləri xx.xx.2019-cu il tarixdə keçirilmiş, iddiaçı isə 87 saylı X6 Komissiyasına xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı dairə seçki komissiyasına seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayət etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Ona görə də iddiaçının müraciətindən imtina ilə bağlı cavabdeh 87 saylı X6 Komissiyası və X3 hərəkətləri qanuni və əsaslı olmuşdur. Göstərilən seçki qanunvericiliyinin müddəalarında müəyyən edilmişdir ki, seçki prosesini həyata keçirən orqanların fəaliyyəti vətəndaşların hüquqlarının təmin edilməsinə yönəlmişdir. Seçki Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şəxslər şikayəti qanunla müəyyən edilmiş müddətdə müvafiq yuxarı seçki komissiyasına etməlidir. Yuxarıda sadalanan seçki qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı tərəfindən seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, qeyd edilən tələblərə riayət edilmədiyindən, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozuntusu ilə bağlı müraciət etmək üçün Qanunda müəyyən edilmiş müddət ötürüldüyündən iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh 87 saylı Ağsu-X1rşı “87 saylı X6 Komissiyasının 56 saylı seçki məntəqəsində xx xxxxxx 2019-cu ildə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsinə dair qərar qəbul edilməsi” ilə bağlı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 3 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar