Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-3(108)-1/2024 25.04.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X10 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X8 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qarşı “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 02 avqust 2023-cü il tarixli 347-06/S nömrəli sərəncamının ləğv olunması, X15 müalicəxanasında mövcud olan Darı-Dağ turizm firmasına məxsus olan mülklərin Naxçıvan Muxtar Respublikası X3 alınıb Darı-Dağ turizm firmasına qaytarılması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati bina sında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qarşı 29 mart 2024-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 02 avqust 2023-cü il tarixli 347-06/S nömrəli sərəncamının ləğv olunması, X15 müalicəxanasında mövcud olan Darı-Dağ turizm firmasına məxsus olan mülklərin Naxçıvan Muxtar Respublikası X3 alınıb Darı-Dağ turizm firmasına qaytarılması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində Naxçıvan Muxtar Respublikası Ali M əclisinin 02 avqust 2023-cü il tarixli 347-06/S nömrəli sərəncamının ləğv olunması, X15 müalicəxanasında mövcud olan, Darı-Dağ turizm firmasına məxsus olan mülklərin Naxçıvan Muxtar Respublikası X4 alınıb Darı-Dağ turizm firmasına qaytarılması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzərinə qoyulması tələbi barədə qərar qəbul edilməsini xahiş edib, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-625/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(122)-625/2024 nömrəli qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin 02 avqust 2023-cü il tarixli, 347-06/S nömrəli sərəncamı qeyri-normaliv hüquqi akt olduğundan həmin sərəncamın mübahisələndirilməsinə dair iddiaya inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılması mümkün deyildir. Əlavə olaraq qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində işə baxılan zaman etiraz daxil olmuşdur. Qeyd olunan formada iddiaya etiraz edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən normativ aktların uyğunluğuna dair həll edilən məsələlərlə bağlı müvafiq bəndlərində Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin sərəncamlarının uyğunluğu barədə norma öz əksini tapmamışdır. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 44-cü maddəsinin İİ hissəsinin 1-ci və 2-ci bəndlə rinə əsasən Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin sərəncamlarının Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğu ilə bağlı məsələlər Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən həll edilir. Buna görə də Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin sərəncamları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində nəzərdə tutulan şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mıübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddianın (mübahisələndirmə haqqında iddia) predmeti ola bilməz. İddiaçı bildirir ki, Naxcivan MR-da mövcud olan Darı-Dağ müalicə kompleksi 1999-cu ildən Araz elmi təcrübə institutunun balansına verilmişdir. O, 1990-cı ildən Araz elmi təcrübə institutunun balansına verilmiş X17 su müalicəxanasında işləyib. 31 avqust 1993-cü ildə Culfa şəhər Xalq deputatları Sovetinin 250 №-li qərarı ilə Darı-Dağ turist firmasını yaradıb. 05 avqust 1993-cü ildə Culfa Xalq İcrayə Komitəsinin 57 saylı qərarı ilə Culfa rayon ərazisində Darı-Dağ massivində isti suyun mənbəyi yaxınlığında turizm və müalicə binaları və stasionar otaqların tikintisi məqsədi ilə 0,3 hektar torpaq sahəsi ayrılmışdır. İddiaçı 57 saylı qərara əsasən isti su mənbəyinin yaxınlığında 1994-cü ildə, 102.29.kv metr həcmində vanna otaqları, 177.22 kv.m müalicə binası, 19.50 kv.m bufet binası, 12.25 kv.m, 12.25 kv.m və 12.7.5 kv.m navesi öz vəsaiti hesabına inşa etdiyini iddia edir. 25 iyul 2003-cü il tarixdə 01 nömrəli reyestr kitabının 83-cü səhifəsində 203 reyestr nömrəsi ilə qeydə alınmaqla, 111 inventar nömrə ilə qeydə alınmaqla ona mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2000-ci il tarixdə 02 nömrəli reyestr kitabının 19-cu səhifəsində, 73 qeydiyyat nömrəsi ilə qeydə alınmaqla 78.05 kv.m müalicə və turizm tikintisində mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Mülkiyyətində olan X15 müalicəxanası 16 oktyabr 2017-ci il tarixə qədər fəaliyyət göstərmiş və vergilərini vaxtl-vaxtında ödəmişdir. Naxçıvan MR Ali Məclisinin 16 oktyabr 2017-ci il tarixli, 185-05 nömrəli sərəncamına əsasən Naxcivan MR Respublikası Səhiyyə Nazirliyinin tabeliyində X15 müalicəxanasi publik hüquqi şəxsi yaradılmaqla Darı-Dağ sağlamlıq turist firmasının balansında olan bütün tikililər qanunsuz olaraq zəbt edilərək ona deyilib ki, əgər istəsə onun özü nü də publik hüquqi şəxsə direktor təyin edərlər. İddiaçının Ali Məclisin sədrinə heç bir iddia irəli sürməyə gücü və imkanı olmadığından bu təkliflə razılaşıb. 2019-cu ildə Ali Məclisin sədrinə müraciət edərək, ondan xahiş edib ki, Darı-Dağ-da müalicə və turizmin fəaliyətinin bərpa olunmasına və sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa köməklik göstərsin. Ali Məclisin sədri 2019-cu ildə 21 dekabr tarixli 31 -v QN nömrəli qanuna dəyişiklik edilməsi barədə sərəncam imzalamqla, publik hüquqi şəxslər haqqında qanuna dəyişiklik edildi və 1.2.2-ci maddədən və ya publik hüquqi şəxs tərəfindən sözləri çıxarılaraq, 7.6.2.8- ci maddəyə təsərrüfat sözündən əvvəl sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq sözləri əlavə olundu. Ali Məclis 2019-cu ildə 21 dekabr tarixli 31-VQ nömrəli publik hüquqi şəxslər haqqında qanuna dəyişiklik edilməsi barədə qərar olunaraq, aidiyyatı üzrə nazirliklərə göndərildi. 2021-ci ilin avqust ayına qədər mövcud qanuna dəyişiklik edilmədi. 2021-ci ildə İddiaçı Darı-Dağ sağlamlıq turist firması kimi fəaliyyət göstərməsini tələb etmişdir. 15 may 2023-cü ildə Səhiyyə Nazirliyinə ərizə ilə müraciət edərək onun fəaliyyətinə mane yaratdıqlarını, X15 müalicəxanasında sahibkar olduğunu bildirsə də, 21 iyun 2023-cü ildə ərizəsinə cavab olaraq ərizədə qeyd etdiyi iddiaların qanuna uyğun olaraq araşdırılıb təmin edilməsinin Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin səlahiyyətləri xaricində olduğu qeyd olunmuşdur. İddiaçı bundan sonra hüquqlarının müdafiəsi üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesinin gedişində cavabdeh olaraq qeyd edilən orqan həmin müalicəxananın onların balansında olmadığını, Naxçıvan Muxtar Respublikası X6 balansına verildiyini bildirmişdir. İddiasını geri götürərək 28 sentyabr 2023-cü il tarixində ərizə ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə və Naxçıvan Muxtar Respublikası X7 müraciət etmiş, 18 oktyabr 2023-cü il tarixində, 134 nömrə ilə qeydə alınmış Naxçıvan Muxtar Respublikası X6 cavab məktubunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 02 avqust 2023-cü il tarixli, 347-06/S nömrəli sərəncamı əsasında “X15 Müalicəxanası” PHŞ ləğv edilərək əmlakının Naxçıvan Muxtar Respublikası X7 verilməsi qeyd olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən iddiaçının hüquqları pozulmuş, məhkəmənin qərarı olmadan mülkiyyəti mənimsənilmişdir. Əlavə olaraq O, yenidən Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində cavabdeh qismində Naxçıvan Muxtar Respublikası X2rşı iddia qaldırmaqla, cavabdeh qismində Naxçıvan Muxtar Respublikası Ali Məclisini göstərməsə də, sərəncamın Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən verildiyinə görə həmin sərəncamın ləğv olunması üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin cavabdeh olaraq məhkəməyə cəlb edilməli olduğu halda, məhkəmədə ondan dolayı yolla ərizə alınaraq Naxçıvan Muxtar Respublikası X9 cavabdeh qismində göstərildiyindən, bu səbəbdən də iddia mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2 və 33-cü maddələrini rəhbər tutaraq məhkəmədən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 02 avqust 2023-cü il tarixli, 347-06/S nömrəli sərəncamının ləğv olunması, X15 Müalicəxanasında mövcud olan, Darı-Dağ turizm firmasına məxsus olan mülklərin Naxçıvan Muxtar Respublikası X4 alınıb Darı-Dağ turizm firmasına qaytarılması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddi anın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 25 aprel 2024-cü il tarixə təyin edilmiş və bununla yanaşı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfə yardım məktubu ünvanlanmışdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Belə ki, kollegiyanın müvafiq məktubunda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldıra bilməsi, Naxcıvan Muxtar Respublikasinin X1 3.3.2-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin sərəncamlarının Qeyri-normativ hüquqi akt hesab olunması qeyd edilməklə iddiaçıya qeyd edilən halların aradan qaldırılması məqsədilə müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 122.2-ci maddəsinə əsasən iddia normativ xarakterli aktın qəbul edilməsi və ya tətbiq olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu və ya yaxın gələcəkdə pozulacağını əsaslandıra bilən fiziki və ya hüquqi şəxs tərəfindən, habelə aidiyyətinə toxunulan digər orqanlar tərəfindən qaldırıla bilməsi müəyyən olunur. Cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Ali Məclisi 15 aprel 2024-cü il tarixdə 2-1-***-******* nömrəli məktubla kollegiyaya müraciət edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına ve onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. Məktubda bildirilir ki, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri) statusuna görə normativ xarakterti akt qəbul etmir və "X12" haqqında Naxçıvan Muxtar Respublikası Qanununun 3.3.2-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin sərəncamları qeyri-normativ hüquqi aktdır. Buna görə də Naxçıvan Respublikası ali vəzifəli şəxsinin sərəncamları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.6-cı maddəsində nəzərdə tutulan qanunauyğunluq haqqında iddianın pre dmeti ola bilməz. Bununla yanaşı, iddiçı İddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qarşı "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 02 avqust 2023-cü il tarixli 347-06/S nömrəli sərəncamının ləğv olunması, Naxçıvan Muxtar Respublikası X6 qərarı əsasında yaradılmış MMC-nin ləğv olunmaqla mülkiyyət hüququnun bərpa olunması, "X15 Müalicəxanası"nda sahibkarlıq fəaliyyətinin davam olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası da qanuni əsaslarla Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli 2-1(122)-625/2024 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Həmçinin İddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasına təqdim etdiyi iddia ərizəsində iddianın predmetninin "Darı-Dağ turizm firması" adlı kommersiya təşkilatının əmlakı ilə bağlı olduğu ifadə olunsa da, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin mübahisələndirilən 2 avqust 2023-cü il tarixli 347-06/S nömrəli sərəncamı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan "X16 Müalicəxanası" publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədardır. Qeyd olunan sərəncamda İddiaçı əmlakının əlindən alınması, başqa şəxslərə verilməsi və ya mülkiyyət növünün dəyişdirilməsi ilə bağlı göstəriş yoxdur. İddiaçı iddia etdiyi mülkiyyəti ilə bağlı problem vardırsa, o əsl cavabdehi müəyyən etməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, 25 aprel 2024-cil il tarixə təyin olunan mümkünlük icaslının iştirakları olmadan keçirilməsini və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün s ayılmaması barədə qərardad qəbul edilməsi kollegiyadan xahiş edilmişdir. Kollegiyanın 25 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə əsasən “Bu Məcəllənin XV,......... fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV,............... fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instans iya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur”. Normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair iddialara baxılması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin XV fəsili ilə tənzimlənir. Həmin fəslin müddəalarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. İddia normativ xarakterli aktın qəbul edilməsi və ya tətbiq olunmas ı nəticəsində subyektiv hüquqlarının pozulduğunu və ya yaxın gələcəkdə pozulacağını əsaslandıra bilən fiziki və ya hüquqi şəxs tərəfindən, habelə aidiyyətinə toxunulan digər orqanlar tərəfindən qaldırıla bilər. İddia ərizəsi bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq müvafiq apellyasiya instansiyası məhkəməsinə verilir. İddia ərizəsinin məzmunu ilə bağlı bu Məcəllənin 46-cı maddəsinin müddəaları tətbiq olunur. İddia həmin normativ xarakterli aktı qəbul etmiş dövlət və ya bələdiyyə orqanına qarşı qaldırılır. Məhkəmə mübahisələndirilən normativ xarakterli aktla aidiyyətinə toxunulan digər dövlət və ya bələdiyyə orqanına həmin aktla bağlı öz mövqeyini bildirmək imkanını təmin etməlidir. Bu məqsədlə məhkəmə tərəfindən müddət müəyyən olunur. Normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair iddialar üzrə inzibati məhkəmə icraatı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar əsasında həyata keçirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndinə uyğun olaraq İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. İnzibati icraat qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olubolma ması yoxlanılır. İddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkün hesab edilməyən iddiaların əsaslılığının yoxlanılması qanunvericiliklə yolverilməzdir. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prose ssual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Kollegiya ilk olaraq qeyd edir ki, “X12 haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu 1.0.3. normativ xarakterli akt – bu Konstitusiya Qanununun 4.1-ci maddəsində müəyyən edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd kimi təsbit edilmişdir. Konstitusiya Qanununun 4-cü maddəsinə görə Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır: Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərinə və İV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları; Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları; maliyyə bazarları tənzimləyicisinin qərarları; Məhkəmə-Hüquq Şurasının qərarları; Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları; yerli özünüidarə orqanlarının qərarları; yerli icra hakimiyyəti orqanlarının qərarları. Normativ xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz. Normativ xarakterli aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir. X11 4.1.1-ci maddəsində nəzərdə tutulan n ormativ xarakterli aktlar, yəni Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərinə və İV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları, istisna olmaqla, digər normativ xarakterli aktlar Azərbaycan Respublikasının X12ı ilə ziddiyyət təşkil edə bilməz. “X12 haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.3 bəndinin mənasına görə, Konstitusiya Qanununun 4.1-ci maddəsində müəyyən edilmiş sənədlər istisna olaraq digər hər hansı sənəd normativ xarakterli akt hesab edilmir. “X12 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müddəalarına görə isə mərkəzi icra hakimmiyyəti orqanlarının təsdiq etdiyi struktur bölmələrinin əsasnaməsi normativ xarakterli akt kimi təsbit olunmamışdır. Eyni məsələ anoloji olaraq “X12 haqqında“ Naxçıvan Muxtar Respublikasının Qanunu ilə də təsbit edilmişdir. Belə ki, həmin Qanunun 4-cü maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının normativ xarakterli aktları aşağıdakılardır: Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 44-cü maddəsinin İİ hissəsinin 1-3-cü bəndlərinə və V hissəsinə əsasən qəbul edilmiş Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarları; Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları; Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının qərarları; yerli özünüidarə orqanlarının qərarları; yerli icra hakimiyyəti orqanlarının qərarları. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, “Normativ hüquqi akt” və “Normativ xarakterli akt” qəbul edilmə qaydasına, tən zimləmə subyektinə görə bir-birindən fərqləndirildiyi kimi, qanunvericilik bu sənədlərin mübahisələndirilməsi üçün də fərqli prosedur qaydalar müəyyən etmişdir. Belə ki, “Normativ xarakterli akt”ların mübahisələndirilməsi qaydaları yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulsa da “Normativ hüquqi akt”ların mübahisələndirilməsi bu Məcəllə ilə həyata keçirilə bilməz. Burada xüsusi olaraq qeyd edilməlidir ki, heç şübhəsizdir ki, mübahisə predmeti olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 02 avqust 2023-cü il tarixli 347-06/S nömrəli sərəncamıdır. X14 Respublikasının ali vəzifəli şəxsi (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri) statusuna görə normativ xarakterlı akt qəbul et mir və "X12" haqqında Naxçıvan Muxtar Respublikası Qanununun 3.3.2-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin sərəncamları qeyri-normativ hüquqi aktdır. Buna görə də Naxçıvan Respublikası ali vəzifəli şəxsinin sərəncamları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.6-cı maddəsində nəzərdə tutulan qanunauyğunluq haqqında iddianın predmeti ola bilməz. Bu nöqteyi nəzərdən “Normativ hüquqi akt”ların yoxlanılması və qüvvədən düşmüş hesab edilməsi “X12 haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 89cu maddəsinə və konkret olaraq iddiaçının qaldırdığı məsələyə münasibətdə isə analoji olaraq “X12 haqqında“ Naxçıvan Muxtar Respublikasının Qanununun 84-cü maddəsinə münasibətdə həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plen umunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında da qeyd olunduğu kimi “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir”. Yəni, mümkün hesab edilməyən iddiaların əsaslılığının yoxlanılması qanunvericiliklə yolverilməzdir. İddiaçı tərəfindən qeyd edilən digər dəlillər iddianın əsaslılığı ilə əlaqədar olduğundan hazırki baxışın predmetinə daxil deyil və buna görə də müzakirə olunaraq qiymətləndirilməsi kollegiyanın səlahiyyətləri xaricindədir. Kollegiya yuxarıda qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikas ı Ali Məclisinə qarşı “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 02 avqust 2023-cü il tarixli 347-06/S nömrəli sərəncamının ləğv olunması, X15 müalicəxanasında mövcud olan Darı-Dağ turizm firmasına məxsus olan mülklərin Naxçıvan Muxtar Respublikası X4 alınıb Darı-Dağ turizm firmasına qaytarılması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzərinə qoyulması tələbi”nə dair iddiası inzibati icraat qaydasında baxılmalı olmadığından mümkün hesab edilməməlidir. Kollegiya qeyd edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi X15 müalicəxanasında mövcud olan Darı-Dağ turizm firmasına məxsus olan mülklərlə bağlı mülkiyyət hüquqlarının hər hansısa bir formada pozulması-zəbt olunması ilə bağlı tələb mülki-hüquqi tələb olmaqla qanunvericiliyin tələbinə əsasən inzibati mübahisə hesab edil mədiyinə görə müvafiq mübahisə ilə əlaqədar iddiaçıya mülki məhkəmə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l d ı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qarşı “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 02 avqust 2023-cü il tarixli 347-06/S nömrəli sərəncamının ləğv olunması, Darı-Dağ Arsenalı su müalicəxanasında mövcud olan Darı-Dağ turizm firmasına məxsus olan mülklərin Naxçıvan Muxtar Respublikası X4 alınıb Darı-Dağ turizm firmasına qaytarılması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzərinə qoyulması tələbi”nə dair iddiası inzibati icraat qayd asında baxılmalı olmadığından mümkün hesab edilməsin. İddiaçı mülki məhkəmə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-3(108)-1/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-3(108)-1/2024
25.04.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver