Məhkəmə qərarları › İş №2-3(108)-2/2024

Ali Məhkəmə Qərar — İş №2-3(108)-2/2024

19.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-3(108)-2/2024 19.08.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı namizədliyinin qeydə alınmaması ilə bağlı 19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasının qərarının qüvvədə saxlanılması barədə cavabdehin qəbul etdiyi 10 avqust 2024-cü il tarixli, 29/133 nömrəli qərarının ləğv edilməsi və namizədliyinin qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Az ərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, namizədliyinin qeydə alınmaması ilə bağlı 19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasının qərarının qüvvədə saxlanılması barədə cavabdehin qəbul etdiyi 10 avqust 2024-cü il tarixli, 29/133 nömrəli qərarının ləğv edilməsi və namizədliyinin qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 avqust 2024-cü il tarixli, 2-3(103)-56/2024 saylı qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə namizədliyinin qeydə alınması üçün 19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş və yetərli sayda seçici imzası təqdim etmişdir. Lakin həmin imzalardan 297 ədədi qeyri-düzgün hesab edilərək, 19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasının 07 avqust 2024-cü il tarixli qərarı ilə namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina olunmuşdur. İddiaçı həmin qərardan 09 avqust 2024-cü il tarixdə Mərkəzi Seçki Komissiyasına şikayət etsə də, Mərkəzi Seçki Komissiyasının 10 avqust 2024-cü il tarixli qərarı ilə şikayəti rədd edilmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında iştirak etməmiş, onunla saxlanılmış telefon əlaqəsi zamanı Bakı şəhərində yaşadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh Mərkəzi Seçki Komissiyası məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Qeyd edilən halların işin baxılmasına mane olmadığını nəzərə alan məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddianın mümkünlüyü İrəli sürülən iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir, iddia düzgün cavabdehə qarşı qaldırılmışdır. İddiaçı cavabdehin 10 avqust 2024-cü il tarixli, 29/133 nömrəli qərarını 12 avqust 2024-cü il tarixdə əldə etmiş və həmin qərarın ləğv edilməsinə dair iddia ərizəsi ilə 13 avqust 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli Sərəncamı ilə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi qərara alınmışdır. Həmin seçkilərdə 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə Azərbaycan Ümid Partiyası tərəfindən İddiaçı namizədliyi irəli sürülmüşdür. Azərbaycan Respublikası Seçki Məcəll əsinin 3-cü maddəsinə əsasən, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır. 19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Azad Nəbiyev və komissiyanın katibləri Rəna Həsənova, Emin Babayev tərəfindən imzalanaraq təsdiq edilmiş 14 iyul 2024-cü il tarixli, 12 saylı protokolundan çıxarışa əsasən, İddiaçı namizədliyinin irəli sürülməsi təsdiq edilmişdir. Seçki Məcəlləsinin 53.1-ci maddəsinə görə, namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçi cilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. Seçki Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə uyğun olaraq namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər namizədin qeydə alınması üçün namizəd tərəfindən 01 avqust 2024-cü il tarixdə 19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasına təqdim edilmişdir. Seçki Məcəlləsinin 59.6-cı maddəsinə əsasən, imza vərəqələri yoxlanılarkən eyni adamın bir neçə imzası aşkar edilərsə, yalnız bir imza etibarlı, digər imzalar isə qeyridüzgün sayılır. Həmin Məcəllənin 59.7-ci maddəsinə əsasən, bu Məcə llənin 59.6-cı maddəsində göstərilənlə yanaşı, aşağıdakılar qeyri-düzgün imzalar hesab edilir: 59.7.1. müvafiq icra hakimiyyəti orqanının arayışı yaxud bu Məcəllənin 59.2-ci maddəsinə uyğun olaraq seçki komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərən seçicilərin imzaları; 59.7.2. namizəd irəli sürülməsi haqqında müvafiq seçki komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə daxil edilmiş seçici imzaları; 59.7.3. bu Məcəllənin 57.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar etibarsız sayılmış imzalar; 59.7.4. müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzalar; 59.7.5. imza vərəqəsinə əl yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar. H əmin Məcəllənin 59.12-ci maddəsinə əsasən, Bu Məcəllənin 59.6 - 59.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır. Həmin Məcəllənin 59.13-cü maddəsinə əsasən, hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması nəticələri haqqında işçi qrupunun rəhbəri, müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün seçki komissiyasına təqdim edilir. Protokolda seçicilərin yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd olunmaqla etibarsız sayılmış imzaların sayı göstərilir. Protokol seçki komissiyasının müvafiq qərarına qoşulur. Protokolun surəti namizədin qeydə alınması məsələsinə baxan seçki komissi yası iclasının başlanmasına azı 24 saat qalmış namizədə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir. İmzalar yoxlanılarkən lazımi sayda seçici imzalarının olmadığı aşkar edildikdə namizəd, habelə siyasi partiya, siyasi partiyaların bloku işçi qrupunun rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə yanaşı, seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir. Seçki Məcəlləsinin tələblərinə əsasən təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə işçi qrupunun üzvləri, xətşünas ekspertlər Aygün Həşimova və Famil Əliyevin tərtib etdiyi 05 avqust 2024-cü il tarixli rəyə əsasən, təqdim olunmuş 10 ədəd imza vərəqələrində olan 499 ədəd imzadan 420 ədəd imza yoxlanılmış, onların 373 ədədinin 76 qrup olmaqla eyni şəxs tərəfindən icra olunduğu, bir imzanın təkrar imza olduğu müəyyən olunmuşdur. Həmin işçi qrupunun rəhbəri X4 tərəfindən tərtib olunmuş 05 avqust 2024-cü il tarixli protokola əsasən, etibarlı hesab edilmiş imzaların sayı 202 ədəd, etibarsız hesab edilmiş imzaların sayı isə 297 ədəd olmuşdur. Müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzaların sayı isə 297 ədəd olmuşdur. Seçki Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-a lınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Siyasi partiyanın, siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda müvafiq seçki komissiyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən, bu Məcəllənin 60.2-ci maddəsində göstərilən hallar qeydiyyatdan imtinaya dair qərarın çıxarılması üçün əsas götürüldükdə, qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib olmalıdır. Qeyd edilənlərə əsasən 19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasının 07 avqust 2024-cü il tarixli, 22/64 saylı qərarı ilə İddiaçı namizədliyinin qey də alınmasından imtina edilmişdir. Həmin qərarla razılaşmayan İddiaçı 09 avqust 2024-cü il tarixdə Mərkəzi Seçki Komissiyasına müraciət edərək mübahisəli imzaların yenidən yoxlanılmasını xahiş etmişdir. Seçki hüququnun pozulması ilə bağlı vətəndaşların şikayətlərinin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupu tərəfindən İddiaçı namizədliyinin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələri və ona əlavə edilmiş seçki sənədləri təkrar yoxlanılması üçün Dairə Seçki Komissiyasından tələb edilərək götürülmüşdür. Mübahisələndirilən və qeydiyyatdan imtina üçün əsas olmuş seçici imzaları təkrarən digər xətşünas ekspertlər tərəfindən yoxlanılmış, 499 ədəd imzadan 297 ədədinin etibarsız olması tərtib edilmiş 09 avqust 2024-cü il tarixli protokol və ekspert rəyi ilə bir daha öz təsdiqini tapmışdır. Təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə işçi qrupunun rəhbəri X6 tərəfindən tərtib edilmiş 09 avqust 2024-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş 10 ədəd imza vərəqəsində olan 499 ədəd imzadan 420 imza yoxlanılmış, etibarlı hesab edilmiş imzaların sayı 202 ədəd, etibarsız hesab edilmiş imzaların sayı isə 297 ədəd olmuşdur. Müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzaların sayı isə 297 ədəd olmuşdur. Həmin işçi qrupun üzvləri ekspertlər Nəsimi Əfəndiyev və Mətanət Muradova tərəfindən tərtib edilmiş 09 avqust 2024-cü il tarixli, 7/2 saylı rəyi ilə Dairə Seçki Komissiyasının işçi qrupunun üzvləri, xətşünas ekspertlər Aygün Həşimova və Famil Əliyevin tərtib etdiyi 05 avqust 2024-cü il tarixli rəyi ilə gəlinən nəticə bir daha öz təsdiqini tapmışdır. Ekspert qrupunun üzvü Qabil Orucovun müraciətə baxılması barədə tərtib etdiyi 10 avqust 2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, etibarlı (düzgün) seçici imzalarının sayı İddiaçı namizədliyinin qeydə alınması üçün kifayət etmədiyindən Dairə Seçki Komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə gəldiyi hüquqi nəticə Seçki Məcəlləsinin tələblərinə uyğun olmuşdur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 10 avqust 2024-cü il tarixli, 29/133 saylı qərarı ilə İddiaçı şikayəti təmin edilməmiş, 19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasında n imtina edilməsi barədə 07 avqust 2024-cü il tarixli, 22/64 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalmış iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci i nstansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə (XVİİİ fəsil) əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. İddiaçı, özünün iddia ərizəsində təqdim etdiyi imza vərəqələrində yol verilən nöqsanlarla bağlı ona qarşı qərəzli münasibət göstərilməsini qeyd etsə də, araşdırma zamanı bu hallar öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası tərəfindən İddiaçı müraciəti əsasında toplanmış materiallar Mərkəzi Seçki Komissiyasından götürülərək tədqiq edilmiş və araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının müraciəti üzrə onun iştirak hüququ təmin edilməklə inzibati araşdırma aparmış, seçici imzalarının qeyri-düzgün və etibarsız olması ekspert rəyləri ilə müəyyən olunmuşdur. İki xətşünas ekspert qrupu tərəfindən imzaların eyniliyi öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən isə bunun əksini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, imza vərəqələrində olan mübahisəli imzaların sahibləri barədə təqdim edilmiş məlumatlar “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadə edilərək məhkəmə kollegiyası tərəfindən yoxlanılmış və bir çox imza sahibi kimi qeyd edilmiş şəxslərlə onlara dair təqdim edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarının uyğun gəlmədiyi müəy yən olunmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin iddiaçı tərəfindən 500 ədəd imza təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən 499 imza təqdim edildiyi dəlili ilə bağlı isə qeyd edir ki, imza vərəqələri araşdırılarkən X2 (AZE ********) adının iki dəfə qeyd edildiyi müəyyən olunmuşdur. Bu halı nəzərə almış cavabdeh Mərkəzi Seçki Komissiyası təqdim edilmiş imzaların sayını düzgün müəyyən etmişdir. Seçki Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, işçi qrupunun tərkibinə müvafiq orqanların mütəxəssisləri sırasından cəlb edilən ekspertlərin rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir. Həmin Məcəllənin 147.1-ci maddəsinə əsasən, Milli Məclisə seçkilər zamanı namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində se çicilərin azı 450 imzası toplanmalıdır. Seçki Məcəlləsinin 60.2 və 60.2.4-cü maddələrinin mənasına görə, namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsasdır. Qeyd edilən maddi hüquq normalarının hazırkı mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, etibarlı (düzgün) seçici imzalarının sayı İddiaçı namizədliyinin qeydə alınması üçün kifayət etmədiyindən 19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə 07 avqust 2024-cü il tarixli, 22/64 saylı qərarı, habelə həmin qərarın dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 10 avqust 2024-cü il tarixli, 29/133 saylı q ərarı Seçki Məcəlləsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, müvafiq seçki komissiyası iddiaçının təqdim etdiyi imza vərəqələrində qeyd olunan məlumatların düzgünlüyünü yoxlayarkən 420 ədəd imzadan 297 ədəd imzanın qeyri-düzgün olması və bu halın ekspert rəyləri ilə müəyyən edilərək iddiaçının 2024-cü ilin sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirakı üçün namizədliyinin qeydə alınmasından imtina edərkən Azərbaycan Respublikasının Milli Məclisinə deputatların seçkilərinin təşkili və keçirilməsi qaydalarını müəyyən edən Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə əməl etmişdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alar aq məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarı qəbul etmiş cavabdeh inzibati orqan həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı namizədliyinin qeydə alınmaması ilə bağlı 19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasının qərarının qüvvədə saxlanılması barədə cavabdehin qəbul etdiyi 10 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikas ı Mərkəzi Seçki Komissiyasına qarşı namizədliyinin qeydə alınmaması ilə bağlı 19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasının qərarının qüvvədə saxlanılması barədə cavabdehin qəbul etdiyi 10 avqust 2024-cü il tarixli, 29/133 nömrəli qərarının ləğv edilməsi və namizədliyinin qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 3 (üç) gün müddətində Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar