Məhkəmə qərarları › İş №2-3(3-6)-3/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-3(3-6)-3/2026

09.04.2026 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-3(3-6)-3/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X3 cavabdeh Əmanətlərin Sığortalanaması Fonduna qarşı “kreditor tələbinin qeydə alınması” tələbinə dair işi üzrə Açar sözlər: (kreditor tələbinin qeydə alınması) Hakimlər Ismayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Iddiaçı X3 cavabdeh Əmanətlərin Sığortalanaması Fonduna qarşı “kreditor tələbinin qeydə alınması” tələbinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları X3 ilə ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı arasında bağlanmış “Bank əmanəti müqaviləsi”nə əsasən, 248.490,93 manat məbləğində pul iddiaçı tərəfindən ##.##.2010-cu il tarixdə Bankın Nərimanov filialına depozit kimi qoymuşdur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ##.##.2017-ci il tarixli, ** saylı qərarı ilə “xxxx” ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarı ilə “xxxx” ASC müflis elan edilmiş və Cavabdeh bankın ləğvedicisi təyin edilmişdir. Iddiaçı X3 cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə onunla cavabdeh Bankın Nərimanov filialı arasında ##.##.2010-cu il tarixdə bağlanmış müqavilənin ##.##.2010-cu il tarixində ləğv edilməsinə dair sənədlərin; onun ********-****-AZN-** saylı hesabına mədaxil etdiyi 248.490,93 manat məbləğində vəsaitin ##.##.2010-cu il tarixində eyni hesabdan 100.450 manat və 148.040,93 manat məbləğlərində olmaqla məxaric edilməsinə dair pul çeki və ya məxaric orderinin; yuxarıda tələb olunan sənədlər məhv edildiyi təqdirdə, həmin sənədlərin məhv edilmək üçün ayrılması barədə X6 Komissiyasının (MEK) (Ekspert Komissiyasının (EK)) sədri və üzvləri tərəfindən imzalanmış, Bankın rəhbəri tərəfindən təsdiq olunmuş aktlar, həmin sənədlərin məhv edilməsinə dair dövlət arxiv xidməti təşkilatının icazə sənədi və sənədlərin (işlərin) dövlət arxivinə təhvil-təslim aktlarının ona verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı mülki iş üzrə ## #### 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Banka əmanət qoyması faktı mülki iş materialları ilə sübuta yetirildiyindən, həmçinin, cavabdeh tərəfindən bu hal etiraf edildiyindən iddiaçı əmanətin Banka qoyulması barədə sənədləri, həmin sənədlər məhv edildikdə isə onların məhv edilməsinə dair sənədləri tələb etməkdə haqlıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin ##.##.2023-cü qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin mövqeyinə uyğun olaraq gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Banka pul yerləşdirməsi və həmin pulun hərəkəti barədə, eləcə də, iddiaçının tələb etdiyi sənədlər məhv edilmişdirsə, məhvetmə barədə məlumatları Bankdan tələb etməyə iddiaçının haqqı vardır. Bank iddiaya etirazının əsası kimi iddiaçının tələb etdiyi sənədlərin məhv edilməsini bildirsə də, məhvetmə ilə bağlı müvafiq sənədləri verməkdən də imtina etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə cavabdeh ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Icra sənədi ##.##.2024-cü il tarixdə Xətai rayon icra şöbəsinin icraatına daxil olsa da, halhazıradək məhkəmə qətnaməsi icra edilməmişdir. Daha sonra Rövşən Şərifov müvafiq tələblə Əmanətlərin Sığortalanaması Fonduna müraciət etmiş, sonuncunun ##.##.2026-cı il tarixli məktubu ilə tələbin təmin edilməsindən imtina edilmişdir. Imtinanın səbəbi kimi qeyd olunmuşdur ki, “xxxx” ASC-dəki cari hesabına ##.##.2010-cu il tarixində 248.490,93 (iki yüz qırx səkkiz min dörd yüz doxsan manat 93 qəpik) manat məbləğində vəsait mədaxil edilmiş, ##.##.2010-cu il tarixində eyni hesabdan 100.450,00 (bir yüz min dörd yüz əlli) manat və 148.040,93 (bir yüz qırx səkkiz min qırx manat 93 qəpik) manat məbləğində vəsait məxaric edilmişdir. Hazırda ləğv prosesində olan “xxxx” ASC-də kreditor tələbi mövcud deyil. Iddiaçının əsaslandırması Iddiaçı X3 cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək onun 248.490,93 manat məbləğində kreditor tələbinin qeydə alınması vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi ilə ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı arasında bağlanmış “Bank əmanəti müqaviləsi”nə əsasən, 248.490,93 manat məbləğində pul iddiaçı tərəfindən ##.##.2010-cu il tarixdə Bankın Nərimanov filialına depozit kimi qoymuşdur. Müqavilənin müddətinin bitməsindən sonra əmanətin məbləğinin qaytarılması tələb edilmədiyinə görə müqavilənin müddəti uzadılmışdır. Tərəflər arasında sıx əməkdaşlıq münasibətləri olduğuna, həmçinin, aralarında bağlanmış müqavilədən irəli gələn hər hansı bir mübahisə olmadığına görə, iddiaçı əmanətini və əmanət üzrə faizləri cavabdehdən tələb etməyi zəruri hesab etməmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə Bankın lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarı ilə Bank müflis elan edilmiş və Cavabdeh Bankın ləğvedicisi təyin edilmişdir. Bundan sonra ərizəçi müqavilə üzrə verdiyi pulun faizləri ilə birgə ona geri qaytarılmasına dair ərizə ilə Banka müraciət etmiş, Fonddan verilmiş ##.##.2018-ci il tarixli cavab məktubunda pulun qaytarılmasından imtina olunmuş və imtinanın səbəbi kimi göstərilmişdir ki, iddiaçının Bankın Nərimanov fılialındakı 33059182-3801-AZN- ** saylı hesabına ##.##.2010-cu il tarixində 248.490,93 manat məbləğində vəsait mədaxil edilmişdir. ##.##.2010-cu il tarixində eyni hesabdan 100.450,00 manat və 148.040,93 manat məbləğində vəsait məxaric edilmişdir. Verilən cavabla razılaşmayan ərizəçi cavabdeh ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehin üzərinə sənədlərin təqdim olunması vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2023-cü tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- ****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışma qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə cavabdeh ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edilən məhkəmə aktları qanuni qüvvəsini alsa da, bu günədək LPO “xxxx” ASC tərəfindən icra edilməmiş və iddia tələbində göstərilən sənədlər iddiaçıya təqdim edilməmişdir. Qeyd edilən tələb üzrə məhkəmə araşdırması aparılan zaman məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçının Banka pul yerləşdirməsi (pulun bank əmanəti müqaviləsi ilə depozitə və ya cari hesaba yerləşdirilməsindən asılı olmayaraq) işin mübahisəsiz halı kimi müəyyən edilmişdirsə, apellyasiya instansiyası məhkəməsi də bu baxımdan iddia tələbinə qiymət verməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi sübutetmə vəzifəsini yalnız iddiaçının üzərinə qoymaqla MPM-in 77-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini də hazırkı işin halları baxımından cavabdeh daşımışdır. Göründüyü kimi, bank tərəfindən bank əmanəti çərçivəsində tələb edilən sənədləri mənə təqdim etməsə də, məhkəmələr tərəfindən iddiaçının 248.490,93 manat məbləğində pulu ##.##.2010cu il tarixdə Bankın Nərimanov filialına depozit kimi qoyması işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Cavabdehə edilmiş ##.##.2026-cı il tarixli müraciətə ##.##.2026-cı il tarixli, 12- 5/2- Ş-1233-21-3 ***/**** saylı məktubla cavab verərək bildirilmişdir ki, müraciətinizdə qeyd olunan məsələnin həlli mümkün hesab olunmur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 76.1-ci maddəsinə əsasən bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. Həmin Qanunun 76.2-ci maddəsinə əsasən tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və kreditorun adı və ünvanı, tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri və tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumatları təqdim etməlidir. Həmin Qanunun 77.1-ci maddəsinə əsasən Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə almır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. Həmin Qanunun 77.2-ci maddəsinə əsasən Bank tərəfindən əks etdirilmiş məbləğdən az məbləğdə irəli sürülmüş tələblər istisna olmaqla, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş tələblər sənədlərdə əks olunmuş məbləğdə qəbul edilir. Az məbləğdə irəli sürülmüş tələblər isə təqdim olunmuş miqdarda qəbul edilir. Həmin Qanunun 77.5-ci maddəsinə əsasən Qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Həmin Qanunun 87.1ci maddəsinə əsasən Bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləş-dirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Həmin Qanunun 87.3-cü maddəsinə əsasən Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Həmin Qanunun 87.4-cü maddəsinə əsasən Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafıkdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafıkinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş məbləğlər Mərkəzi Bankda xüsusi hesabda depozitə qoyulur. Ləğvedici mediada bildiriş dərc etdirərək göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş vəsait göstərilən kreditorlar və ya onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alma bilər. Iddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, iddiaçı tərəfindən LPO “xxxx” ASC-nin Nərimanov filialına 248.490,93 manat məbləğində pul ##.##.2010-cu il tarixdə depozit kimi qoymuşdur. Lakin həmin depoziti sübut edəcək sənədlər onda olmadığından tələbinin qeydə alınması üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə məhkəməyə müraciət edə bilməmiş və uzun məhkəmə çəkişmələrdən sonra onun depozit hesabına tələb etdiyi pul məbləğini yerləşdirməsi təsdiq edildikdən sonra hazırkı ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Halbuki, bu gün də məhkəmə qərarı icra edilmədən qalmış və depozit üzrə olan sənədlər ona təqdim edilməmişdir. Cavabdehin iddiaya münasibəti (etirazı) Cavabdeh Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanaması Fondu tərəfindən iddia tələbinə münasibət (etiraz) təqdim etməmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi iddia tələbinə dair qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Maddə 954.3. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. Maddə 957.1. Hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir. Mülki Prosessual Məcəllə: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Banklar haqqında” Qanun: Maddə 41.2. Bank sirrini təşkil edən məlumatlar müştərinin özünə və səlahiyyətli nümayəndəsinə, habelə müştərinin yazılı razılığı ilə üçüncü şəxslərə verilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının ##.##.2013-cü il tarixli, **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” Təlimat: Bənd 7.1. Saxlanma müddəti başa çatmış sənədlər məhv edilmək üçün ayrılır, müvafiq akt (əlavə № *) tərtib olunur, bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanır, bankın rəhbəri tərəfindən təsdiq olunur və sənədlərin məhv edilməsinə icazə almaq üçün dövlət arxiv xidməti təşkilatına təqdim olunur. Dövlət arxiv xidməti təşkilatının icazəsi olmadan arxiv sənədləri məhv edilə bilməz. Bənd 7.3. Dövlət arxiv xidməti təşkilatının icazəsi olmadan arxiv sənədləri məhv edilə bilməz. Akt dövlət arxiv xidməti təşkilatı tərəfindən təsdiq edildikdən sonra aktda göstərilən sənəd və işlər məhv edilir. Sənədlər təkrar xammal tədarükü məntəqələrinə verilir, yaxud bankın özü tərəfindən məhv edilir. Sənədlərin təkrar xammal tədarükü məntəqələrinə təhvil verilməsi təhvil-təslim sənədi ilə, məhv edildikdə isə aktla rəsmiləşdirilir. Inzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 131. Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı müvafiq iddialar üzrə icraat 131.1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 131.2. Məhkəmə iddia ərizəsinə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxıb qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankının bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, eləcə də bankın lisenziyasının ləğvi ilə bağlı qəbul etdiyi inzibati aktın qanunsuz sayıldığı hallarda məhkəmə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edir. 131.3. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. 131.4. Ali Məhkəmə şikayətə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxıb qərar qəbul etməlidir. Maddə 132. Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq ərizələri üzrə icraat 132.1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının ərizələrinə apelyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 132.2. Məhkəmə Azərbaycan Respublikasının Mərkəzi Bankının ərizəsinə, ərizənin daxil olduğu vaxtdan aşağıdakı müddətlərdə baxıb qərar qəbul etməlidir: 132.2.1. bankın öhdəlikləri üzrə ödənişlərə moratorium tətbiq edilməsi ilə bağlı ərizələrə - 2 gün müddətində; 132.2.2. lisenziyası ləğv edilmiş bankın məcburi ləğvi və ləğvedicinin (ləğvedicilərin) təyin edilməsi ilə bağlı ərizələrə - 7 gün müddətində; 132.2.3. bankın iflas proseduruna başlanmasına və bu proses çərçivəsində digər məsələlərin həllinə dair ərizələrə - 7 gün müddətində; 132.2.4. bankın sağlamlaşdırılması və rezolyusiyası çərçivəsində verilmiş ərizələrə - 7 gün müddətində; 132.2.5. bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması ilə bağlı ərizələrə - 30 gün müddətində; 132.2.6.digər nəzarət tədbirləri ilə bağlı “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda verilən ərizələrə - 10 gün müddətində. 132.3. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Belə şikayətin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. 132.4. Ali Məhkəmə şikayətə 15 gün müddətində baxıb qərar qəbul etməlidir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəfləri dinləyərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Ilk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı onun 900.050 manat məbləğində kreditor tələbinin cavabdeh tərəfindən qeydə alınmasına, başqa sözlə, kreditorlar siyahısına daxil edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə bir neçə mərhələdə hüquqi dəyərləndirmə aparılmasımı zəruri hesab edir. Sübutetmə yükü Ali Məhkəmənin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2024-cü tarixli qərarı ilə (hazırki iş üçün preyudisial əhəmiyyət kəsb edir) iddiaçının 248.490,93 manatı ##.##.2010-cu il tarixdə Banka depozit qoyması faktı müəyyən edilmiş və bu depozitə aid mühasibat uçotu və hesabat sənədlərinin verilməsi vəzifəsi bankın ləğvedicisi olan cavabdehin üzərinə qoyulmuşdur. Buna baxmayaraq cavabdeh hal-hazıradək məhkəmə qətnaməsini icra etməmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Icra Şöbəsinin ## ##### 2026-cı il tarixli məktubu ilə bildirilmişdir ki,“... Icra sənədi ##.##.2024-cü il tarixdə Xətai rayon icra şöbəsinin icraatına daxil olmuşdur. Icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş və icra sənədinin surəti borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Icra sənədində qeyd olunan tələblərin icra edilməsi ilə əlaqədar Cavabdeh ##.##.2026-cı il tarixdə məktub göndərilmişdir. Borclu tərəf hal-hazırkı tarixədək borcun ödənilməsinə dair təsdiqedici sənədi Xətai Rayon Icra Şöbəsinə təqdim etməmişdir”. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, X3 cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı sənədlərin bank tərəfindən borcluya təqdim olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə qəbul edilmiş ## #### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnamə ilə iddia tələbi təmin edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və Nərimanov Rayon Icra şöbəsinin ## ##### 2024-cü il tarixdə təqdim edilmiş məlumata əsasən, ## ##### 2024-cü il tarixdə icra başlanılmışdır. Göründüyü kimi, iddiaçı banka depozitə pul qoyduğundan və bu fakt qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiqini tapdığından iddiaçı banka münasibətdə kreditor qismində çıxış edir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə yükü müəyyən bir faktın mövcud olub-olması barədə tələb irəli sürən tərəfin üzərinə qoyulan prosessual öhdəlikdir. Hazırkı halda sübutetmə yükünün bölüşdürülməsi prinsipinin tələbləri baxımından cavabdeh qeyd olunan məbləğin bankdan məxaric edildiyini sübut etməlidir. Qeyd olunmalıdır ki, sübutetmə vəzifəsinin formal və maddi növləri hüquq nəzəriyyəsində xüsusi yer tutur. Formal sübutetmə vəzifəsi tərəflərin öz təşəbbüsü ilə mübahisəli faktları sübut etmək öhdəliyini ifadə edir, maddi sübutetmə vəzifəsi isə faktların sübut edilə bilməməsi halında tərəflərin hüquqi nəticələrlə üzləşməsini nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, faktların araşdırılması zamanı müəyyən halların (qərar təsir edən halların) sübut olunması mümkün deyildirsə, bu zaman “non-liquet” adlandırılan vəziyyət yaranmış olur. Belə halların xüsusiyyəti ondan ibarətdir ki, faktların araşdırılmasından sonra belə, həmin halın mövcud olub-olmaması müəyyən edilə bilmir. Belə olan halda faktın mövcudluğuna da, mövcud olmamasına da eyni dərəcədə şübhə ilə yanaşılır. Bu halda maddi sübutetmə vəzifəsindən bəhs ediləcəkdir. Maddi sübutetmə adından fərqli olaraq “vəzifə” yaratmır. Çünki aidiyyəti tərəfdən müəyyən hərəkətin edilməsi tələb edilmir. Bu halda maddi sübutetmə vəzifəsi olan tərəf non-liquet vəziyyətində faktın sübut edilə bilməməsinin mənfi nəticələrinə məruz qalır və sonda sübut olunması tələb olunan faktın mövcudluğu təsdiq olmadığından proses tərəfin ziyanına başa çatır. Maddi sübutetmə vəzifəsi hüquqi nəticənin meydana gəlməsi üçün iddia olunan arqumentlərin təsdiq edilməsi öhdəliyidir. Roma hüququndan irəli gələn “in re dubia contra eum qui celavit praesumitur” və “in obscruis minimum est sequendum quod verisimus est aut quod plerumque fieri solet” qaydası isə onu nəzərdə tutur ki, şübhəli məsələni gizlədən şəxsin əleyhinə ehtimal olunur və şübhəli hallarda daha çox ehtimal edilən qəbul edilir. Əgər şəxs faktı gizlədibsə, həmin gizlətmənin nəticələri onun ziyanına təfsir olunur. Həmin qayda MPM-in 97.5-ci maddəsində belə göstərilmişdir ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Qeyd edilənlərə əsasən depozitə aid mühasibat uçotu və hesabat sənədlərinin verilməsi vəzifəsi cavabdeh tərəfindən icra edilmədiyindən həmin sənədlərin verilməməsinin hüquqi nəticələri onun əleyhinə ehtimal olunaraq depozit tələblərinin mühasibat və hesabat sənədlərində əks olunması nəticəsinə gəlmək olur. Başqa sözlə, cavabdeh qeyd olunan vəsaitin iddiaçının hesabından məxaric edilməsini sübut edə bilməmişdir. Mühasibat uçotu və hesabat sənədlərində əks olunan depozit tələblərin qeydə alınmasına dair müddət “Banklar haqqında” Qanunun 72.1.3-cü maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Qanunun 76.1-ci maddəsində nəzərdə tutulmuş 60 təqvim günü ərzində tələblərin qeydə alınması qaydası Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallara aid edilmədiyindən iddiaçıya münasibətdə həmin müddətin tətbiqi istisna edilir. Belə ki, Qanunun 77.1-ci maddəsinə əsasən bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Məhkəmə kollegiyası, xüsusilə, qeyd etməyi zəruri hesab edir ki, Qanunun https://eqanun.az/framework/5825 saytında olan elektron mətnində Qanunun 77.1-ci maddəsinin 1-ci cümləsində “tələblər qeydə almır” ifadəsi göstərilsə də, həqiqi mətnində (iş materiallarına əlavə edilmişdir) “tələblər qeydə alınır” göstərilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, həmin müddəada “tələblər qeydə alınır” qeyd edilməsi digər cümlə üzvləri ilə məntiqi uyğunluq təşkil edir. Belə ki, cümlədə “qeydə almır” ifadəsinin doğru olması üçün gərək, həmin ifadədən əvvəl gələn “tələblər” əvəzinə “tələbləri” sözü göstərilsin. Çünki qrammatik cəhətdən “qeydə almır” feli təsirli məlum növdədir və bu fel özündən əvvəl gələn ismin təsirlik halda olmasını (nəyi sualına cavab verən ismin olmasını) tələb edir ki, bu “tələblər” sözünün təsirlik halda “tələbləri” kimi ifadə edilməsini şərtləndirir. Başqa sözlə desək, “tələblər qeydə almır” ifadəsi qrammatik cəhətdən qüsurludur, “tələbləri qeydə almır” ifadəsi isə doğru hesab edilməlidir. Bundan başqa, həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən depozit dedikdə müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaiti başa düşülür. Göründüyü kimi, müqavilə ilə əmanət qoyulmuş vəsait depozit hesab edilir, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlə bağlı tələblərə münasibətdə tələblərin 60 təqvim günü ərzində qeydə alınması qaydası şamil edilmir və həmin tələblər müddətsiz olaraq qeydə alına bilər. Bununla yanaşı, qeyd edilməlidir ki, depozit tələblərinin mühasibat və hesabat sənədlərində əks olunması nəticəsinə gəlmək mümkün olmasaydı belə, iddiaçıya münasibətdə tələblərin 60 təqvim günü ərzində qeydə alınması qaydası tətbiq edilə bilməzdi. Belə ki, bank müflis elan olunmasına dair məhkəmə qərarı mediada ilk dəfə dərc edildikdən sonra iddiaçı ləğvedici olan cavabdehə qarşı vaxtında müraciət etməsinə baxmayaraq, cavabdeh onun tələbini qeydə almaqdan imtina etdiyindən bununla əlaqədar mülki mühakimə icraatı qaydasında uzun müddət məhkəmə çəkişməsi davam etmiş, nəticədə tələbin 60 təqvim günü ərzində qeydə alınmaması iddiaçının deyil, ləğvedici cavabdehin qanunsuz hərəkəti nəticəsində baş vermişdir. Bu səbəbdən “Banklar haqqında” Qanunun 76.1-ci maddəsində nəzərdə tutulmuş müddət buraxılmış sayıla bilməz. Nəzərə alınmalıdır ki, Ali Məhkəmənin Inzibati Kollegiyasının ##.##.2020-ci il tarixli *- *(***)-**/**** nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsinə əsasən də iddiaçının məhkəmə çəkişmələrini nəzərə alaraq ləğv prosesində olan banka qarşı tələbin qeydə alınması üçün buraxılmış müddət bərpa olunmuş və həmin tələbin müflis bankın tələbli kreditorları siyahısına daxil edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmuşdur. Məhkəmə aidiyyəti Hazırki iddiaya dair məhkəmə aidiyyətinə münasibətdə qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və MPM-də nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. Iflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata MPM-in 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, müflis elan edilmiş bankın kreditorlarının tələblərinin qeydə alınması ilə bağlı işlərə mülki mühakimə icraatı qaydasında baxıla bilməz, həmin işlərə iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Inzibati-Prosessual Məcəllənin 132.2.3-cü maddəsinə əsasən Mərkəzi Bank tərəfindən verilmiş bankın iflas proseduru çərçivəsində digər məsələlərin həllinə dair ərizələrə 7 gün müddətində apelyasiya instansiyası məhkəmələri baxıb qərar qəbul etməlidir. Göründüyü kimi, bankın iflas proseduru çərçivəsində məsələlərin həlli inzibati məhkəmə icraatı çərçivəsində apelyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. IPMdə isə yalnız Mərkəzi Bank tərəfindən verilmiş ərizələrə baxılması qaydası müəyyən edilmiş, bankın kreditorlarının ərizələrinə baxılması qaydası müəyyən edilməmişdir. Müflis elan edilmiş bankın kreditorlarının tələblərinin qeydə alınması ilə bağlı işlərə mülki məhkəmə icraatında baxılmasının mümkünsüzlüyü, həmin işlərə iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən baxılmalı olması, iflas proseduruna nəzarətin inzibati məhkəmə icraatı üzrə apelyasiya məhkəmələrinin səlahiyyətinə aid edilməsi, IPM-də bankın kreditorlarının ərizələrinə baxılması qaydasının müəyyən edilməməsi, lakin öz əlamətlərinə və hüquqi nəticələrinə görə oxşar münasibətləri tənzimləyən normanın (Mərkəzi Bank tərəfindən verilmiş ərizələrə baxılması qaydasının) olması bütövlükdə boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas verir. Bu baxımdan bankın kreditorlarının ərizələrinə də analoji hüquq norması olan IPM-in 132.2.3-cü maddəsinə uyğun olaraq bankın iflas proseduru çərçivəsində apelyasiya instansiyası məhkəmələri baxılıb qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X3 cavabdeh Əmanətlərin Sığortalanaması Fonduna qarşı iddia tələbi təmin edilməli, onun 900.050 manat məbləğində kreditor tələbinin qeydə alınması vəzifəsi cavabdeh Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və IPM-in 4.1, 68, 69, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddia təmin edilsin. Iddiaçı X3 248.490,93 manat məbləğində kreditor tələbinin qeydə alınması vəzifəsi cavabdeh Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar