Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1005/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh Əli İsgəndər oğluna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdeh Cavabdeh Əli İsgəndər oğlunun iştirakı ilə, İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh Əli İsgəndər oğluna qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İstehsalat Birliyi ilə cavabdeh Cavabdeh Əli İsgəndər oğlu ilə aralarında bağlanmış ##.##.2018-ci il tarixli, T/***** nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.8-ci maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.
2. Abonent saldosundan görünür ki, 100455916200000 abonent Cavabdeh Əli İsgəndər oğlunun 2025-ci ilin aprel ayının sonu üçün 24527.32 manat məbləğində borc olmuşdur. Qeyd edilən borcun qalıq və aktkar üzrə 2012-ci ilin sonu üçün 496.80 manat, 2013-cü ilin sonu üçün 193.20 manat, 2015-ci ilin sonu üçün 414 manat, 2016-cı ilin sonu üçün 1119.60 manat, 2017-ci ilin sonu üçün 1349.80 manat, 2018-ci ilin sonu üçün 1782.20, 2019-cu ilin sonu üçün 694.80 manat, 2020-ci ilin sonu üçün 1476 manat, 2021-ci ilin sonu üçün 4089.60 manat, 2022-ci ilin sonu üçün 5789.54 manat, 2023-cü ilin sonu üçün 3836.16 manat, 2024cü ilin sonu üçün 1939.68 manat, 2025-ci ilin mart ayında isə 199.20 manat borcun olması müəyyən edilir.
3. Saldodan Cavabdeh Əli İsgəndər oğlununun 2012-ci ilin sonu üçün 47 manat, 2021-ci ilin sonu üçün 47.60 manat, 2022-ci ilin sonu üçün 4.08 manat, 2023-cü ilin sonu üçün 10.44 manat, 2024-cü ilin sonu üçün 16.08 manat, 2025-ci ilin yanvar-mart ayında 258.69 manat sərfiyyat borcu və 2025-ci ilin yanvar mart ayında 82.65 manat limitdən artıq borc cəmi (47+47.60+4.08+10.44+16.08+258.69+82.65=466.54) 466.54 manat sərfiyyat borcu mövcuddur.
4. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2016-cı il tarixli ******* saylı akt əsasında 1119.60 manat, ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 324 manat, ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 323 manat, ##.##.2017- ci il tarixli ******* saylı akt əsasında 283.20 manat, ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 419.60 manat, ##.#.2018-ci il tarixli ******* saylı akt əsasında 575.20 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 182 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 128.80 manat, 16.04.018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 75.40 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 399.60 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 115.20 manat, ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 57.60 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 57.60 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 57.60 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 133.20 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 133.20 manat, ##.##.2019-cui il tarixli ******* saylı akt əsasında 133.20 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 133.20 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 885.60 manat, ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 583.20 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 1382.40 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 540 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 475.20 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat,##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 475.20 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat, ##.##.2022-ci il tarixli 0363401 sayl akt əsasında 541.10 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 298.08 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 483.84 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 1468.80 manat, 3101.2023-cü il tarixli ******* saylı akt əsasında 734.40 manat, ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734.40 manat, ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734.40 manat, ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 1088.64 manat, ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 1209.60 manat, ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 367.20 manat, ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 362.88 manat, ##.##.2025-ci il tarixli ******* saylı akt əsasında 199.20 manat, cəmi 23 389.58 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur.
5. İnzibati xəta haqqında MN seriyalı ##.##.2025-cü il tarixli, ******* nömrəli protokoldan və İnzibati tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli Qərardan görünür ki, ##.##.2025ci il tarixli, ****** nömrəli akta əsasən Cavabdeh Əli İsgəndər oğlu AR İXM-nin 282.1-ci maddəsi üzrə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı İB cavabdeh Cavabdeh Əli İsgəndər oğluna qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Əli İsgəndər oğlu tərəfindən iddiaçı İddiaçı İB-yə vurulmuş 23 389,58 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1007,74 manat və 163,19 (manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 24.560,51 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN 9900001881, M/H AZ03NABZ01350100000000002944, SWİFT İBAZAZ2X Azəriqaz iB, VÖEN**********, İBAN: AZ50İBAZ38040039449955001922) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı İddiaçı İstehsalat Birliyi iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İstehsalat Birliyi ilə abonent Cavabdeh Əli İsgəndər oğlu arasında ##.##.2018-ci il tarixində T/***** nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İBnın Bakı Regional Qazın Satışı Departamenti tərəfindəm ************** nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan İstifadə Qaydalarfmn 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib ##.##.2012-ci il tarixli ****** saylı akt əsasında 244,80 manat, ##.##.2012-ci il tarixli, ****** saylı akt əsasında 252 manat, ##.##.2013-cü il tarixli ****** saylı akt əsasında 117.60 manat, ##.##.2023-cü il tarixli ****** saylı akt əsasında 75.60 manat, ##.##.2015-ci il tarixli, ****** saylı akt əsasında 349.20 manat, ##.##.2015-ci il tarixli ****** saylı akt əsasında 64.20 manat, ##.##.2016-cı il tarixli ******* saylı akt əsasında 1119.60 manat, ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 324 manat, ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 323 manat, ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 283.20 manat, ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 419.60 manat, ##.#.2018-ci il tarixli ******* saylı akt əsasında 575.20 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 182 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 128.80 manat, 16.04.018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 75.40 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 399.60 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 115.20 manat, ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 57.60 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 57.60 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 57.60 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 133.20 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 133.20 manat, ##.##.2019-cui il tarixli ******* saylı akt əsasında 133.20 manat, ##.##.2019cu il tarixli ******* saylı akt əsasında 133.20 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 885.60 manat, ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 583.20 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 1382.40 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 540 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 475.20 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat,##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 475.20 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat, ##.##.2022-ci il tarixli 0363401 sayl akt əsasında 541.10 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 298.08 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 483.84 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 1468.80 manat, 3101.2023-cü il tarixli ******* saylı akt əsasında 734.40 manat, ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734.40 manat, ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734.40 manat, ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 1088.64 manat, ##.##.2023cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181.44 manat, ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 1209.60 manat, ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 367.20 manat, ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 362.88 manat, ##.##.2025-ci il tarixli ******* saylı akt əsasında 199.20 manat, cəmi 23 389.58 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. (sözügedən aktlar, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Cavabdehin ödənilməmiş 2011-ci il ayları üzrə qalıq 497,30 manat sərfiyyat borcu, 2012-ci ilin yanvar-mart ayları üzrə 47 manat sərfiyyat borcu, 2021-ci ilin aprel-may iyul, noyabr-dekabr ayları üzrə 47,60 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar/mart ayları üzrə 4,08 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar/aprel/may və oktyabrnoyabr ayları üzrə 10,44 manat sərfiyyat borcu, 2024- cü ilin yanvar/aprel və sentyabroktyabr ayları üzrə 16,08 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar-mart ayları üzrə 258,69 manat sərfiyyat borcu və limitdən əlavə 82,65 manat sərfiyyat borcu, cəmi 963,84 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, Azəriqaz İB-nın əməkdaşları tərəfindən ##.##.2021-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 639 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ##.##.2021-ci il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 51,40 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir (963,84+51,40=1015,24). 2012-ci ilin iyul ayından 2025-ci ilin aprel ayına qədər cavabdeh 7,50 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1007,74 (bir min yeddi manat 74 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldo üzrə ümum 24 397,32 (iyirmi dörd manat üç yüz doxsan yeddi manat 32 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
8. Cavabdeh Cavabdeh Əli İsgəndər oğlu etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, iddiaçıya heç bir zərər vurmamışdır. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Faktiki olaraq ünvan 2 ünvanında yaşayır. Ona məxsus ünvan 2 ünvanında yerləşən mənzili təbii qazla təmin etmək üçün ##.##.2012-ci ildə qaz sayğacı quraşdırılmış, *************** nömrəli kod verilmiş, lakin “Qazsayğacının çıxarılması, quraşdırılması, istismara qəbulu haqqında” akt tərtib edilməmiş və cavabdeh İddiaçı İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamışdır. ##.##.2012-ci ildə qaz sayğacı quraşdırılarkən sayğacın üzərində 400 manatlıq sərfiyyat qeyd edilmişdi və cavabdeh həmin sayğacın quraşdırılmasına etiraz etmiş, lakin etirazına əhəmiyyət verilməmiş, üzərində 400 manat borc olan sayğac ünvan 2 ünvanında yerləşən evə quraşdırılmışdır. Cavabdeh ümumi sahəsi 38 m2 olan 2 otaqlı mənzildə yaşayır. Bu səbəbdən təbii qazdan istifadə etməmək qərarına gəlmiş və elektrik enerjisindən istifadə etməyə üstünlük vermişdir. Onun təbii qazdan istifadə etməməsinə baxmayaraq iddiaçı İddiaçı İB-nin əməkdaşları ##.##.2012-ci ildə ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan baxış keçirərkən guya qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyriqanuni, əlavə qaz xəttindən istifadə olunması faktını aşkar etmiş, foto-şəkillər çəkmiş, kənar qaz xəttinin hansı ünvana daxil olmasına dair fotoşəkillər çəkilməmiş, sayğacdan kənar əlavə qaz xəttini ləğv etmiş və ##.##.2012-ci ildə faktla bağlı Birliyin işçiləri tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ****** nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən dəymiş ziyan hesablanmış və abonentin hesab koduna 244,80 manat borc yazılmışdır. Beləliklə, iddiaçı İddiaçı İB ##.##.2012-ci ildən başlayaraq ##.##.2015-ci ilə qədər, müxtəlif vaxtlarda təbii qazdan qeyri-qanuni, əlavə qaz xəttindən istifadə olunmasına dair aktlar tərtib etmiş və bu aktlar əsasında abonentin hesab koduna 1103,40 manat borc yazılmışdır. İddia ərizəsinin bu hissəsinə iddia müddəti tətbiq edilməli və bu hissədə 1103,40 manat borc silinməlidir. Bundan əlavə, iddiaçı İddiaçı İB ##.##.2025-ci ilə qədər, müxtəlif vaxtlarda təbii qazdan qeyri-qanuni, əlavə qaz xəttindən istifadə olunmasına dair 61 akt tərtib etmiş və bu aktlar əsasında abonentin hesab koduna ümumilikdə 23 389.58 manat borc yazılmışdır. Xüsusilə qeyd etmək istəyirik ki, aktların qeyri-qanuni tərtib edilməsi ardıcıllğın itməsi ilə sübut olunur. Belə ki, ##.##.2019-cu ildə tərtib edilmiş 0225490 li aktdan sonra ##.##.2019-cu ildə tərtib edilmiş 0202659 li akt, ##.##.2022-ci ildə tərtib edilmiş 0343247 li aktdan sonra ##.##.2022-ci ildə tərib edilmiş 0341419 Ne li akt, ##.##.2022-ci ildə tərtib edilmiş 0363401 li aktdan sonra ##.##.2022-ci ildə tərtib edilmiş 0362368, 0350261, 0358378 li aktlar və s. aktlar bir daha həmin aktların qeyriqanuni tərtib olunmasının sübutudur. Həmçinin, yay mövsümündə, təbii qaza ehtiyacın az olduğu halda tərtib edilmiş aktlar - həmin aktların qeyri - qanuni olmasını sübut edir. Yuxarıda, qeyd olunan maddə ##.##.2022-ci ildən qüvvəvə mindiyi üçün, hesab edirik ki. göstərilən norma 31,05.2022-ci il tarixli ******* nömrəli aktdan başlayaraq ##.##.2024- cü il tarixli. ******* nömrəli aktlara qədər tətbiq olunmalıdır. Beləliklə, İddiaçı İB qanunsuz qoşulma hallan ilə bağlı akt tərtib etdikdə bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə verməklə yanası, aktın digər nüsxəsini inzibati xəta haqqında is üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Hazırkı işdən göründüyü kimi, iddiaçı İddiaçı İB göstərilən qaydaya yalnız ##.##.2025-ci ildə tərtib etdiyi ******* nömrəli akta əsasən riayət etmiş və İnzibati Xəta Haqqında MN ISte ******* saylı protokol tərtib olunmuşdur. İş üzrə istehlakçının qaz xəttinə qanunsuz qoşulması, habelə sayğaca müdaxiləsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların iddiaçı tərəfindən təqdim olunmadığından hesab edir ki, ##.##.2025-ci il tarixli, 0424800 Ne li aktdan başqa, dəymiş zərərin cavabdehdən tutulması barədə tərib olunmuş aktlara əsasən hesablanmış 23 190,38 manata dair iddia tələbi rədd edilməlidir. Küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. Mübahisələndirilən həmin aktlar abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan tərtib edilmiş və abonent və ya ailə üzvləri və ya qonşular tərəfindən imzalanmamışdır, baxmayaraq ki, qeyd olunan ünvana dəfələrlə baxış keçirilsə də abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı təmin edilməmişdir. Ümumiyyətlə nə abonentin, nə də ki, qonşuların həmin aktlardan xəbərləri olmayıb. İddiaçı İddiaçı İB tərəfindən Məhkəməyə təqdim olunmuş aktlardan görünür ki. həmin aktlar birtərəfli qaydada tərtib edilmiş və cavabdeh həmin aktIarı imzalamamışdır: Cavabdeh tərəfindən imzalanmamış həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı təqdirdə iddia tələbi təmin edilməməlidir. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyriqanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda küçədəki qaz xəttində, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar olmalıdır, yəni qaynaq izləri qalır. İddiaçı İB tərəfindən tərtib olunmuş 61 ədəd akta əsasən boru üzərində bir o qədər zədə olmalıdır. Bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirilməsi zərurəti yaranır. İddiaçı İddiaçı İB-nin «Dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi tələbinə dair» iddia tələbi təmin edilməməsini, İddiaçı İddiaçı İB tərəfindən əsassız hesablanmış 23 190,38 manat məbləğin və 1 007,74 manat debitor borcun cavabdeh Cavabdeh Əli İsgəndər oğlunun hesab kodundan silinməsinə və 163,19 manat ödənilmiş dövlət rüsumunu iddiaçıya aid edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Nilüfər Cəfərli) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh Əli İsgəndər oğlundan ##.##.2025-ci il tarixli, ******* nömrəli akt əsasında yazılmış 199.20 manat borc, 459.04 manat debitor borcu və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı İddiaçı İB-nin xeyrinə tutulması qət edilmişdir.
10. Məhkəmə iddia tələbinin ##.##.2012-ci il tarixli ****** saylı, ##.##.2012-ci il tarixli ****** saylı, ##.##.2013-cü il tarixli ****** saylı, ##.##.2015-ci il tarixli ****** saylı və ##.##.2015-ci il tarixli ****** saylı aktlarə əsasən cavabdehə hesablanmış cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, sözügedən aktlar iş matriallarına əlavə edilmədiyindən və həmin aktların hansı əsasla nə qədər məbləğdə cərimənin hesablanması məhkəməyə məlum olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz.
11. ##.##.2016-cı tarixdən ##.##.2021-ci il tarixinədək tərtib olunmuş aktlara münasibətdə, sözügedən aktlarda istehlakçının imzasının olmadığı, istehlakçıya məxsus evə dəfələrlə baxış keçirilsə də onun iştirakının təmin edilməməsini, həmin aktlara əlavə edilmiş fotoşəkillərin çəkilmə tarixinin olmadığını, həmçinin fotoşəkillərin aydın olmadığını nəzərə alan məhkəmə hesab etmişdir ki, sözügedən aktların əsaslı olmasını təsdiq edən mötəbər və təkzib olunmaz sübutlar olmadığından iddia tələbi həmin aktlara əsasən hesablanmış cərimənin tutulması hissəsində də təmin edilə bilməz.
12. Digər aktlara münasibətdə isə məhkəmə qeyd etmişdir ki, aktlar ##.##.2022-ci il tarixdən sonraki dövürdə tərtib edildiyindən və istehlakçının məsuliyyətə cəlb edilmədiyindən sözügedən aktlar əsasında yazılmış cərimə cavabdehdən tutula bilməz.
13. İddia tələbinin ##.##.2025-ci il tarixli ******* saylı akta əsasən yazılmış 199.20 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, sözügedən aktla bağlı istehlakçının inzibati məsuliyyətə cəlb edilməsini təsdiq edən inzibati xəta haqqında qərar olduğundan, yəni istehlakçının həmin akta əsasən qeyd edilən tarixdə qaz xəttindən sayğacdan kənar qanunsuz qoşulması müəyyən edildiyindən iddia tələbi təmin akta münasibətdə təmin edilməlidir.
14. Məhkəmə iddia tələbinin 963.84 manat məbləğində debitor borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehə məxsus saldodan cavabdehin 466.54 manat debitor borcu olması müəyyən edildiyindən, yəni cavabdehin iddia ərizəsində göstərildiyi kimi 2011-ci ildə 497.30 manat sərfiyyat borcunun olması iş matrialları ilə öz təsdiqini tapmadığından iddia tələbi yalnız 466.54 manat debitor borcu hisssəsində təmin edilməlidir. İddiaçı tərəfindən iddia ərizəsində sözügedən borc üzrə 7.50 manat ödəniş olduğu bildirildiyindən təsdiqini tapmış sərfiyyat borcundan ödəniş çıxılmalı, bundan sonra yerdə qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
15. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən ##.##.2021-ci il taixli ******* saylı akta əsasən dəyəri ödənilməmiş 51.40 manat borcun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, sözügedən borcun hansı əsasla hesablanması mülki iş matrialları ilə müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2, 1096.1, 1096.2, 1097.1, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, Mülki Prosessual Məcəllənin 88, 107, 119.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onu iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətində göstərilmişdir ki, inzibati xəta haqqında protokol cavabdehə təqdim olunmamış, həmin protokol əsasında qərar qəbul edilmiş, lakin cavabdehə heç bir İnzibati tənbeh verilməmişdir. Həmçinin, 459,04 manat debitor borcun yaranması faktı tam araşdırılmamışdır. Belə ki, cavabdeh təbii qazdan istifadə etməmiş və elektrik enerjisindən istifadə etməyə üstünlük vermişdir. Məhkəmə həmin hissədə iddianın əsaslı olduğunu qeyd etmişdir. Əslində isə cavabdeh Cavabdeh Əli İsgəndər oğlunun qaz sayğacı üzrə borcu yoxdur. 459,04 manat debitor borcun olması iddiaçı tərəfindən heç bir sübut olmadan mülahizə əsasında qeyd olunmuşdur.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
21. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”
30. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
31. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
32. Maddə 4.9. istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
33. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
34. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
35. ##.##.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Qətnamə yalnız cavabdehin apellyasiya şikayətinə münasibətdə - iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən (iddia tələbinin təmin edilən) hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. İşin hallarından göründüyü kimi İddiaçı İstehsalat Birliyi ilə Cavabdeh Əli İsgəndər oğlu arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə ##.##.2018-ci il tarixli, T/***** nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır.
45. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli ******* saylı akt əsasında 199.20 manat zərər vurulduğunu iddia edir.
46. İnzibati xəta haqqında MN seriyalı ##.##.2025-cü il tarixli ******* nömrəli protokoldan və İnzibati tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli Qərardan görünür ki, ##.##.2025ci il tarixli, ****** nömrəli akta əsasən Cavabdeh Əli İsgəndər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi üzrə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
47. Göründüyü kimi, mübahisələndirilən borc məbləği “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 8-1-ci bəndin əlavə edildiyi 2022-ci il ## ###### tarixindən sonra tərtib edildiyi nəzərə alınaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına əsasən qiymətləndirmə aparılması zəruridir.
48. Kollegiya ##.##.2022-ci il tarixdən sonrakı dövr üçün tərtib olunmuş akta münasibətdə hesab edir ki, iddiaçı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin (##.##.2022-ci il tarixdən qüvvədədir) tələblərinə tam əməl edilmişdir.
49. İş materiallarından da göründüyü kimi, cavabdeh barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmiş, həmin qərar cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
50. Debitor borc hissəsinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh həmin borcu mübahisələndirsə də, həmin borcun hesablanmasını və əsassız olması barədə hər hansı dəlil göstərmədiyindən kollegiya birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticənin əsaslı hesab edir.
51. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır və göstərilən nəticəni qanuni və əsaslı hesab edir.
53. Apellyasiya şikayəti əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin dəyişdirilməsi və ləğvi üçün əsas vermir.
54. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.