Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1007/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “xxxx” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 6600 manat, dövlət rüsumuna görə ödənilmiş 85 manat xxxx vəsaitin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli (hakim Ilahə Abbasova) qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “xxxx” iddiasının təmin edilməsi, cavabdeh Cavabdeh 6600 manat xxxx vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 85 manat xxxx vəsaitinin tutularaq, iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə icraatın Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1 və 337.1-ci maddələrini həmin Məcəllənin ## ### 2016cı il tarixli ***-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş 740.2-ci maddəsi ilə (hazırda 739.2-ci maddə) əlaqəli şəkildə şərh edilməsinə dair müraciət üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı xxxx tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh Vasim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işin icraatın təzələlənməsi qərara alınmışdır. Iddiaçı İddiaçı məhkəməyə ərizə ünvanlayaraq cavabdehlə barışdığından iddiadan imtina etdiyini bildirmiş və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iddiaçı ilə barışdıqlarını, bir-birinə qarşı heç bir tələblərinin olmadığını, buna görə də vəkil üçün ödənilmiş vəsaitin tələb olunmasından imtina etdiyini bildirərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəflər arasında barışıq əldə olunduğunu, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı İddiaçı iddiadan imtinaya dair ərizəsi qəbul edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçı İddiaçı iddiadan imtinaya dair ərizəsi qəbul edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-1007/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1007/2026
26.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver